Məhkəmə qərarları › İş №2(3-6)-956/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-956/2026

12.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-956/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (cavabdeh2mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X17 katibliyi ilə, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (cavabdeh2mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2006-cı il tarixli, MH No 0006484 seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən * saylı, 9 mərtəbəli binanın zirzəmisində 148,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. “xxxx” qismində cavabdeh2an Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsi ilə “Podratçı” qismində “xxxx” MMC-nin direktoru X5 arasında bağlanılmış ##.##.2008-ci il tarixli, N-***-**** saylı “Əsaslı təmir üçün podrat müqaviləsi”nə əsasən tərəflər Bakı şəhəri, T.Əliyarbəyov * saylı binanın fasadının layihə işlərinin yerinə yetirməsi, bərpası və əsaslı təmiri üzrə müqavilədə nəzərdə tutulan təminatları, onun istismara verilməsi və müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərlərinə götürmüşlər.

3. “xxxx” qismində cavabdeh2an Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X16 rəisi X2 ilə “Icraçı” qismində “xxxx” MMC-nin direktoru X4 arasında bağlanılmış cavabdeh2an Dövlət X11 binasında əsaslı təmiri və yenidən qurulması işlərinin və bu işlərin layihə-smeta sənədlərin hazırlanması barədə Az/ADMKT/BM-*** nömrəli, ##.##.2010-cu il tarixli müqaviləsinin surətindən görünür ki, “xxxx” obyekt üzrə işlərin satın alınması üçün “Icraçı”nın 18.200.000.00 manat məbləğində təklifini qəbul etmişdir (maddə 3 bənd 1). “Icraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “xxxx”yə satın alınan Obyekt üzrə işlərin yerinə yetirilməsini (layihə-smeta sənədləri hazırlanması, avadanlıqlarla təchiz etmə, onların quraşdırılması, işəalmasazlama, işçi heyətinin öyrədilməsi, ehtiyat hissələrlə təmin edilməsi və zəmanət öhdəliklərinin yerinə yetirilməsi) öhdəsinə götürür. Obyekt üzrə işlər “Icraçı”nın təklifinə və bu Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “Icraçı” aşkar olunan qüsurların Müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir (maddə 3 bənd 2). “xxxx” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Obyektdə görüləcək işlərin “Icraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür (maddə 3 bənd 3). Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır (maddə 3 bənd 4).

4. “Ipoteka saxlayan” qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC ilə “Kredit alan” qismində “xxxx” MMC və “Ipotekaqoyan” qismində İddiaçı arasında bağlanmış IS**** saylı, ##.##.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, PB/GTC-***/**** saylı, ##.##.2014-cü il tarixli ümumi şərtlər çərçivəsində ##.##.2014-cü il tarixli, ****-*** saylı ərizə əsasında açılmış qarantiya və ona edilmiş ##.##.2014-cü il tarixli və ##.##.2015-ci il tarixli Əlavələr üzrə “xxxx” MMC-yə verilən 300000 ABŞ dolları məbləğində qarantiya üzrə öhdəliklərin icrasının təmini kimi cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən * saylı evin 9 mərtəbəli binanın zirzəmisində 148,5 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Əmlakın dəyəri 148 000 manat məbləğində qiymətləndirilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən “xxxx” MMC və İddiaçı müştərək qaydada iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin xeyrinə 96 548,57 ABŞ dolları əsas borc, 1564,45 ABŞ dolları faiz borcu, 4000 ABŞ dolları cərimə olmaqla, cəmi 102 113,02 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh2an Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, “xxxx” MMC və İddiaçı müştərək qaydada iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASCnin xeyrinə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən ödənilən 10 manat məbləğində dövlət rüsumunun və 40 manat xidmət haqqının və “xxxx” MMC-yə ödənilən 350 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150.300 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin hesabına cavabdeh “xxxx” MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə olan borcunun ödənilməsi, əmlakın satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlərdən ümumi qaydada tutulması qət edilmişdir.

6. “xxxx” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında ##.##.2018-ci il tarixli, Y- 209 No-li yekun protokolun surətinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Səbail rayon icra və probasiya şöbəsinin *****/****-**-*-**** saylı, ##.##.2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 150300 manata hərraca çıxarılmış və həmin qeyri-yaşayış sahəsi alıcısı olmadığı üçün təkrar hərracda 95817 manata ipoteka saxlayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə təklif edilmiş və satılmışdır.

7. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə ##.##.2018-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi 95817 manata mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə satılmışdır.

8. cavabdeh2an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ##.##.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148,5 kv.m. ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir.

Iş üzrə məhkəmələrdəki icraat və qəbul edilmiş məhkəmə aktları

9. Iddiaçı İddiaçı cavabdehlər ARDNŞ-ə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 445500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq ARDNŞ Sosial Inkişaf Idarəsini cavabdehlər sırasına əlavə etməklə, vurulmuş zərərə görə 445500 manat və əldən çıxmış faydaya görə 288000 manat, cəmi 733500 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən aparılan təmir və yenidənqurma işləri nəticəsində onun xüsusi mülkiyyətində olan ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsi istifadəyə yararsız hala salınmışdır. Belə ki, sahənin döşəməsinin bir metr yuxarı qaldırılması, zirzəminin 50 kv.m sahəsində yüksək gərginlikli generatorun yerləşdirilməsi nəticəsində o, həmin obyekti altı il müddətində istifadə edə bilmir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. cavabdeh2an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2016-cı il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, Dövlət Neft Şirkətindən və “xxxx” MMCdən müştərək qaydada vurulmuş zərərə görə 445500 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

16. Ali Məhkəmənin Mülki Kollegiyasının ## #### 2018-ci il tarixli qərarı ilə Dövlət Neft Şirkətinin və “xxxx” MMC-nin kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-dən 125700 manatın alınaraq iddiaçı İddiaçı verilməsi, iddiaçı İddiaçı Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov Tərlan küçəsində yerləşən * nömrəli 9 mərtəbəli binanın zirzəmisində 148,5 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xüsusi mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etmək hüququnun maraqlı şəxslərə izah edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

18. Ali Məhkəmənin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vurulmuş zərərin məbləği hissəsində ləğv edilmiş, həmin hissə üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. “xxxx” MMC-nin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmamasına dair kassasiya şikayəti isə təmin edilməmişdir.

19. “xxxx” MMC cavabdeh2an Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının həmin hissədə cavabdeh2an Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125ci maddəsinin VII hissəsinə, 129-cu maddəsinin III hissəsinə və cavabdeh2an Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

20. cavabdeh2an Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il tarixli qərarı ilə cavabdeh2an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il ## ###### tarixli qərarının “xxxx” MMC-nin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmasına dair hissəsi cavabdeh2an Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, cavabdeh2an Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq cavabdeh2an Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

21. cavabdeh2an Respublikası Ali Məhkəməsinin Plenumunun ## ######## 2021-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il ## ### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi “xxxx” MMC-nin zərərin vurulmasına görə mülki hüquq məsuliyyətinin olmasına aid hissəsində ləğv edilmiş və iş həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-dən 315000 manatın alınaraq, iddiaçı İddiaçı verilməsi, iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xüsusi mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etmək hüququnun maraqlı şəxslərə izah edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” MMC podrat müqaviləsinə əlavə olunmuş layihə sənədlərində və həmin müqaviləyə əlavə olunmuş smetada göstərilən şərtlərə əməl etməməklə, işləri iddiaçının xüsusi mülkiyyətində olan əmlaka zərər vurmaqla icra etmiş, nəticədə həmin əmlak tamamilə yararsız vəziyyətə düşmüşdür.

24. Iddiaçının mülkiyyətində olan 148,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 43,75 kv.m. hissəsinin arakəsmə divarla bağlanaraq faktiki olaraq Dövlət Musiqili Teatrının qazanxana otağı kimi istifadə olunduğuna görə cavabdeh “xxxx” MMC yalnız 104,75 kv.m hissəsinin tam istifadəyə yararsız vəziyyətə salındığına görə mülki hüquqi məsuliyyətə cəlb olunmalıdır. Çünki, qeyri-yaşayış sahəsinin 43,75 kv.m. hissəsi iddiaçıya münasibətdə tam yararsız vəziyyətə düşərək əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, faktiki olaraq təyinatı dəyişərək başqa şəxs, yəni Dövlət Musiqili Teatrının qazanxana otağı kimi istifadə olunur. Ona görə də, həmin hissənin də təyinatı podratçı kimi “xxxx” MMC tərəfindən dəyişdirilsə də, sonuncu bu hissə üzrə mülki hüquqi məsuliyyətə cəlb edilməməlidir.

25. “xxxx” MMC-nin # ###### 2021-ci il tarixli rəyinə əsasən 104,75 kv.m qeyri-yaşayış sahəsinin # ###### 2021-ci il tarixinə bazar dəyəri 315000 manat təşkil edir.

26. Ali Məhkəmənin Mülki Kollegiyasının 2023-cü il ## ##### tarixli *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh “xxxx” MMC tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

27. cavabdeh2an Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin ## ### 2024cü il tarixli, **(***)-***/**** nömrəli qərardadına əsasən cavabdeh “xxxx” MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəsinin iş ilə birlikdə cavabdeh2an Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi qərara alınmışdır.

28. Qərar onunla əsaslandırılmışdır ki, ərizəçinin dəlilləri üzrə iş materialları öyrəniləndə müəyyən edilir ki, baxılan mülki iş üzrə iddia ərizəsi ##.##.2015-ci ildə verilmişdir. Həmin dövrdə İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” MMC və İddiaçı kredit öhdəliklərinin təminatı olaraq, 2015-ci il ## ###### tarixli sonrakı ipoteka müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilədə ipoteka predmetinin qiyməti 148000 manat müəyyən edilmişdi. Müqavilədə ipotekanın qiyməti müəyyən edilərkən “xxxx” MMC-nin ##.##.2014-cü il tarixli rəyi əsas götürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2017-ci il # #### tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin cavabdehlər “xxxx” MMC, İddiaçı və X6 qarşı qarantiya müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi yolu ilə mənzilə istifadə hüququnun itirilməsi tələbi üzrə iddiası qismən təmin edilərək, cavabdehlər “xxxx” MMC və İddiaçı müştərək qaydada iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin xeyrinə cəmi 1021213 ABŞ dolları 2 sent məbləğində pul vəsaitinin cavabdeh2an Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, tutmanın İddiaçı mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin 150300 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlərdən ümumi qaydada tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, icra məmurunun ##.##.2018-ci il tarixli qərarı ilə icraata başlanmış, ##.##.2018-ci il tarixli sifariş məktubu ilə hərrac keçirilməsi “xxxx” MMC-yə həvalə edilmiş, ipoteka predmeti satılmadığına görə hərracın nəticələrinə dair 2018-ci il # #### tarixli protokol əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə 95817 manata satılmışdır. Göründüyü kimi hazırkı iş üzrə icraat zamanı iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac yolu ilə satılmış, həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilmişdir. Həmçinin əmlak yararsız deyil, yararlı əmlak kimi ilkin satış qiyməti müəyyən edilməklə satılmışdır. Ərizəçi bu faktı – qeyriyaşayış sahəsinin hərracın yekunları haqqında # #### 2018-ci il tarixli protokol əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə 95817 manata satılmasını yeni hal hesab olunmasını xahiş edir. Yuxarıda qeyd olunduğu kimi MPMin 432.2.1-ci maddəsində üç hal məhkəmə aktına yenidən baxmaq üçün əsas kimi qəbul olunur (bu qərarın 26-cı paraqrafı). Baxılan iş üzrə birinci şərt mövcuddur. Belə ki, ərizəçinin istinad etdiyi hal hazırkı işə əvvəllər baxılarkən mövcud olub. Iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə olan borcuna görə qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi və hərracda satılması, işə mahiyyəti üzrə baxılan dövrdə ərizəçiyə və işə mahiyyəti üzrə baxan məhkəməyə məlum olmamışdır və işin hallarına görə məlum ola da bilməzdi. Çünki ərizəçi Nəsimi Rayon Məhkəməsinin 2017-ci il # #### tarixli *(***)-**/**** nömrəli qətnaməsi üzrə tərəf olmayıb. Iddiaçı da qeyri-yaşayış sahəsinin hərracda satılması barədə məhkəməyə məlumat verməyib. Həmçinin 3-cü şərt də mövcuddur. Belə ki, həlledici materiallar dedikdə, məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlar başa düşülür. Bu materialların işin həlli üçün əhəmiyyətli onda ifadə olunur ki, həmin materiallar (hallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2017-ci il # #### tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, qeyri-yaşayış sahəsinin hərracda satılması və mülkiyyətçisinin dəyişməsi, əmlakın yararlı əmlak kimi satılmaqla ondan yararlanması, hazırkı işə əvvəllər baxmış məhkəmələrə məlum olsaydı, məhkəmələr mübahisəli əmlakın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin mülkiyyətinə keçdiyi qiyməti nəzərə almaqla qərar çıxaracaq və bundan asılı olaraq hazırda çıxarılmış qərardan bilmərrə fərqli olan iki qərardan biri çıxarıla bilərdi - iddia tələbi qismən təmin oluna bilərdi. Yəni vurulmuş zərərin müəyyən olunan məbləği, əmlakın banka keçərkən müəyyən olunan qiymətindən çıxılmaqla müəyyən olunacaqdı. Başqa sözlə, iddia tələbi 315000 manatdan əhəmiyyətli məbləğdə az təmin edilərdi. Iddia tələbi rədd oluna bilərdi. Belə ki, baxılan işdə məhkəmələr tərəfindən son olaraq qeyri-yaşayış sahəsinin tamamilə yararsız hala düşdüyü müəyyən edilərək, iddiaçıya vurulmuş ziyanın məbləği - qeyri-yaşayış sahəsinin bazar dəyəri məbləğində müəyyən olunub. Halbuki, qeyri-yaşayış sahəsinin "xxxx" MMC və İddiaçı kredit öhdəliklərinin təminatı olaraq 2015-ci il ## ###### tarixi sonrakı ipoteka müqaviləsi bağlanarkən yararsız əmlak kimi deyil, 148000 manat dəyərində olan əmlak kimi ipoteka ilə yüklü edilmişdi. Nəsimi Rayon Məhkəməsinin 2017-ci il # #### tarixli *(***)-**/**** nömrəli qətaməsi ilə də qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150300 manat müəyyən edilməklə açıq hərracda satılması qət edilmiş, hərracın nəticələrinə dair 2018-ci il # #### tarixli protokol əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə 95817 manata satılmışdır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 432.2.4-cü maddəsinə əsasən yuxarıda adı çəkilən məhkəmə aktlarına yenidən baxılması üçün yeni hal açılmışdır. cavabdeh2an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və məhdudlaşdırılmır, habelə pozulmuş hüquqların və azadlıqların səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarilə ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

29. cavabdeh2an Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, **(***)-*/**** nömrəli qərardadına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsinin təmin edilməsi, cavabdeh2an Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il ## ##### tarixli, *(***)-****/**** nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2022-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2016-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qətnaməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2016-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

30. Qərar onunla əsaslandırılmışdır ki, baxılan mülki iş üzrə iddia ərizəsi 2015-ci il ## ### tarixda verilmişdir. Həmin dövrdə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” MMC və ya İddiaçı kredit öhdəliklərinin təminatı olaraq 2015-ci il ## ###### tarixli sonrakı ipoteka müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilədə ipoteka predmetinin qiyməti 148000 manat müəyyən edilmişdir. Mügavilədə ipoteka predmetinin qiyməti müəyyən edilərkən “xxxx” MMC-nin 2014-cü il # ###### tarixli rəyindən əsas götürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2017-ci il # #### tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin cavabdehlər “xxxx” MMC, İddiaçı və X6 qarşı qarantiya müqaviləsi üzrə əsas borcunun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutumun ipoteka predmetinə yönəldilməsi yolu ilə mənzilin istifadədə hüququnun itirilməsi tələbi üzrə iddiası qismən təmin edilərək, cavabdehlər “xxxx” MMC və İddiaçı müştərək qaydada iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin xeyrinə cəmi 102113 ABŞ dolları 2 sent məbləğində pul vəsaitinin cavabdeh2an Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manat məzənnəsinə uyğun olaraq tutulması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, tutumun İddiaçı mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin 150300 manat müəyyən edilməklə açıq hərracda satılması, satıdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlərdən ümumi qaydada tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, icra məmurunun ##.##.2018-ci il tarixli qərarı ilə icraata başlanmış, 2018-ci il ## ###### tarixli sifariş məktubu ilə hərracın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmiş, ipoteka predmeti satılmadığına görə hərracın nəticələrinə dair 2018-ci il # #### tarixli protokol əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə 95817 manata satılmışdır. Göründüyü kimi hazırki iş üzrə icraat zamanı iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac yolu ilə satılmış, həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilmişdir. Həmçinin əmlak yararsız deyil, yararlı əmlak kimi ilkin satış qiyməti müəyyən edilməklə satılmışdır. Ərizəçi bu faktın (qeyri-yaşayış sahəsinin hərracın yekunları haqqında 2018-ci il # #### tarixli protokol əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə 95817 manata satılması) yeni hal hesab olunmasını xahiş edir. Həmin faktın MPM-in 432.2.1-ci maddəsində nəzərdə tutulan məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar kimi qəbul olunması üçün əsaslar vardır. Belə ki, ərizəçinin istinad etdiyi hal hazırki işə əvvəllər baxılarkən mövcud olub. Iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə olan borcuna görə qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi və hərracda satılması işə mahiyyəti üzrə baxılan dövrdə ərizəçiyə və işə mahiyyəti üzrə baxan məhkəməyə məlum olmamışdır və işin hallarına görə məlum ola da bilməzdi. Çünki ərizəçi Nəsimi Rayon Məhkəməsinin 2017-ci il # #### tarixli *(***)-**/**** nömrəli qətnaməsi üzrə tərəf olmayıb. Iddiaçı da qeyri-yaşayış sahəsinin hərracda satılması barədə məhkəməyə məlumat verməyib. Həmçinin, həlledici materiallar dedikdə, məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlar başa düşülür. Bu materialların işin həlli üçün həlledici əhəmiyyəti onda ifadə olunur ki, həmin materiallar (hallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2017-ci il # #### tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, qeyri-yaşayış sahəsinin hərracda satılması və mülkiyyətçisinin dəyişməsi, əmlakın yararlı əmlak kimi satılmaqla ondan yararlanması hazırki işə əvvəllər baxmış məhkəmələrə məlum olsaydı, məhkəmələr mübahisəli əmlakın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin mülkiyyətinə keçdiyi qiyməti nəzərə almağa qərar çıxaracaqdılar və bundan asılı olaraq hazırda çıxarılmış qərardan fərqli məzmunda qərar çıxarıla bilərdi. Göründüyü kimi MPM-in 432.2.4-cü maddəsinə əsasən yuxarıda adı çəkilən məhkəmə aktlarına yenidən baxılması üçün yeni hal açılmışdır. cavabdeh2an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüquq əsas insan vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyəti etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Beləliklə, cavabdeh “xxxx” MMC-nin işə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilməli. cavabdeh2an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il ## ##### tarixli, *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qərarı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2016-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunmalı, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Birinci instansiya məhkəməsində icraat

31. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən * nömrəli 9 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 148,5 kv.m. olan qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2006-cı il tarixli, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. 2009-cu ilin sonlarında və 2010-cu il ərzində cavabdeh cavabdeh2an Respublikası Dövlət Neft Şirkəti tərəfindən mübahisə predmeti olan onun xüsusi mülkiyyətindəki qeyri-yaşayış sahəsinin yerləşdiyi Tərlan Əliyarbəyov küçəsində yerləşən * nömrəli 9 mərtəbəli binada təmir və yenidənqurma işləri aparılmışdır. Təmir və yenidənqurma işləri birgə cavabdeh “xxxx” MMC tərəfindən icra edilmişdir. Həmin təmir və yenidənqurma işləri nəticəsində onun xüsusi mülkiyyətində olan ümumi sahəsi 148,5 kv.m. olan qeyri-yaşayış sahəsi tamamilə istifadəyə yararsız hala salınmışdır. Belə ki, təmir və yenidənqurma işləri aparılan zaman onun icazəsi olmadan xüsusi mülkiyyəti olan qeyri-yaşayış sahəsinin döşəməsi bir metr yuxarı qaldırılmış, 50 kv.m. sahə zəbt olunaraq orada yüksək gərginlikli generator yerləşdirilmişdir. Yenidənqurma adı altında aparılan bütün bu işlərdən xəbər tutduqdan sonra həmin işləri aparan cavabdeh “xxxx” MMC-nin rəhbəri Rəşad Məmmədov və həmin şirkətin digər nümayəndəsi Azər Əsgərovla görüşmüşdür. Görüş zamanı cavabdeh “xxxx” MMC-nin adı çəkilən nümayəndələri bildirdilər ki, həqiqətən də aparılan işlər nəticəsində onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi istifadəyə yararsız hala düşmüşdür. Lakin narahatçılığa heç bir səbəb yoxdur, qeyri-yaşayış sahəsinin hər kvadrat metrinə bazar qiymətinə uyğun olaraq vurulmuş zərərə görə ona kompensasiya veriləcəkdir. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər tərəfindən ona vəd edilmiş kompensasiya ödənilməmişdir. Bununla da cavabdehlər tərəfindən cavabdeh2an Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər cavabdeh2an Respublikası Dövlət Neft Şirkətindən və “xxxx” MMC-dən müştərək qaydada 445500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Daha sonra, iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2an Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsi, cavabdeh2an Respublikası Dövlət Neft Şirkəti və “xxxx” MMC-dən müştərək qaydada 445500 manat zərərin və 288000 manat əldən çıxmış gəlirin, cəmi 733500 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, təmir və yenidənqurma işləri nəticəsində onun xüsusi mülkiyyətində olan ümumi sahəsi 148,5 kv.m. olan qeyri-yaşayış sahəsi tamamilə istifadəyə yararsız hala salınmışdır. Belə ki, təmir və yenidənqurma işləri aparılan zaman mənim icazəm olmadan xüsusi mülkiyyətim olan qeyri yaşayış sahəsinin döşəməsi bir metr yuxarı qaldırılmış, 50 kv.m. sahə zəbt olunaraq orada yüksək gərginlikli generator yerləşdirilmişdir. Yenidənqurma adı altında aparılan bütün bu işlərdən xəbər tutduqdan sonra həmin işləri aparan cavabdeh “xxxx” MMC-nin rəhbəri Rəşad Məmmədov və həmin şirkətin digər nümayəndəsi Azər Əsgərovla görüşmüşdür. Görüş zamanı cavabdeh “xxxx” MMC-nin adı çəkilən nümayəndələri bildirdilər ki, həqiqətən də aparılan işlər nəticəsində onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi istifadəyə yararsız hala düşmüşdür. Lakin narahatçılığa heç bir səbəb yoxdur, qeyri-yaşayış sahəsinin hər kvadrat metrinə bazar qiymətinə uyğun olaraq vurulmuş zərərə görə kompensasiya veriləcəkdir. Aradan uzun müddət keçməsinə baxmayaraq cavabdehlər tərəfindən ona vəd edilmiş kompensasiya ödənilməmişdir. Bununla da cavabdehlər tərəfindən cavabdeh2an Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Cavabdehlər tərəfindən mübahisə predmeti olan mülkiyyətindəki obyekt tam yarasız hala düşdüyünə görə həmin obyektdən istifadə edə bilmir. Həmin obyektin ən aşağı icarə qiyməti aylıq 4000 manatdır və cavabdehlərin təqsirli əməlləri nəticəsində obyektdən altı il müddətində istifadə edə bilməməsi nəticəsində 288000 manat gəlirimdən məhrum olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən * nömrəli 9 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 148,5 kv.m.olan qeyri-yaşayış sahəsinə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2016-cı il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi – cavabdeh2an Dövlət Akademik Musiqili Teatrının binasında təmir və yenidənqurma işləri aparılmışdır. Təmir və yenidənqurma işləri “xxxx” MMC tərəfindən icra edilmişdir. cavabdeh2an Dövlət Akademik Musiqili Teatrının binasında yenidənqurulması iki mərhələdə həyata keçirilmişdir. Birinci dəfə Bakı şəhər Icra Hakimiyyətinin cavabdeh2an Respublikası Dövlət Neft Şirkətinin Prezidentinə ünvanladığı ##.##.2007-ci il tarixli məktubun icrası ilə əlaqədar xxxx Sosial Inkişaf Idarəsi və icraçı “xxxx” MMC arasında “Bakı şəhəri, T.Əliyarbəyov küçəsi, * saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” ##.##.2008-ci il və 2009-cu il noyabr ayında podrat müqavilələri əsasında Teatr binasının fasadı yenidən qurularaq gülbax daşları ilə üzlənmiş və işıqlandırılmışdır. Ikinci dəfə isə cavabdeh2an Dövlət Akademik Musiqili Teatrının binasında yenidənqurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X16 ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2010-cu il tarixli müqavilənin icrası ilə əlaqədar bina daxilində yenidənqurma işləri aparılmış, o cümlədən yeni qazanxana, nasosxana sahələrinin inşası, həmin sahələrdə isitmə-soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması, həmçinin teatr binasına aid olan müxtəlif ölçülü boruların çəkilməsi həyata keçirilmişdir. Aparılmış yenidənqurma və təmir işlərinin nəticəsində ona məxsus Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən * nömrəli 9 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 148,5 kv.m. olan qeyri-yaşayış sahəsinə ziyan dəymiş, tamamilə yararsız hala düşmüşdür. Onun “xxxx” MMC-yə (VÖEN: **********) və digərlərinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair məhkəmə mübahisəsi üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarından (iş üzrə sonuncu qərar) göründüyü kimi, “8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2015-ci il tarixli, ***** nömrəli rəyinə əsasən ünvan * saylı ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 104,75 kv.m bunun da hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş 148,5 kv.m sahədən 43,75 kv.m. (148,5- 104,75) az olduğu müəyyən edilir. Həmin zirzəminin sahəsinin azalmasına səbəb, binada aparılan təmir isləri zamanı texniki pasportda 6 və 7 literi ilə qeyd olunmuş otaqların bir hissəsinin Dövlət Musiqili Teatrının binasına qatılmaqla, qazanxana otağı kimi istifadə edildiyi və həmin işlərin aparılması nəticəsində 6 və * saylı otaqlar arasındakı keçidin bağlanması ilə * saylı otağın qapalı vəziyyətə salınması olmuşdur. Zirzəmidə yerləşən 6 və * saylı otaqların, eləcə də onların üstündə yerləşən otaqların bir-birinə qatıldığı və həmin sahədə teatr binasının isitmə-soyutma sisteminə aid olan avadanlıqların və müxtəlif diametrli boruların quraşdırıldığı müəyyən edilmişdir. Bu işlərin nəticəsində iddiaçıya aid olan qeyri yaşayış sahəsinin 6 və * saylı tikililərinin bir hissəsinə, eləcə də * saylı tikilinin daxilinə zirzəmidə yerləşən digər otaqlardan keçməsinin mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində qalmış otaqlara pilləkən qəfəsindən olan keçidlər daraldığından, eləcə də diyər otaqların daxilindən teatr binasına aid olan müxtəlif ölçülü borular keçdiyindən, həmin hissələrə pilləkən qəfəsəsindən sərbəst daxil olmasının və bu sahələrdən maneəsiz istifadə edilməsi də mümkün deyildir.

34. Təkrar apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2018-ci il tarixli rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan * saylı ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 6 və * saylı tikililərinin bir hissəsinin, eləcə də * saylı tikilinin daxilində monolit beton konstruksiyalı rigerlərin və sütunların inşa olunduğu, pilləkən qəfəsəsinin və daxili girişçıxış qapılarının daralmasını, 148,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 43,75 kv.m. hissəsinin arakəsmə divarla bağlanaraq X11xana otağı kimi istifadə olunduğına görə həmin qeyri-yasayış sahəsinin istifadə üçün yararsız vəziyyətə salındığı müəyyən edilmişdir.

35. Təkrar apellyasiya icraatı zamanı təyin edilən əlavə məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ünvan * saylı ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin işdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2015-ci il tarixli, 18409 nömrəl rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlər görülərkən cavabdeh2an Dövlət Musiqili Komediya Teatrın binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X16 ilə “xxxx” MMC arasında bağlanmış ## ###### 2010-cu il tarixli, Az/ADMKT/BM-*** nömrəli müqaviləyə əlavə olunmuş Dövlət baş ekspertizadan razılaşdırılmış layihə sənədlərinə və həmin müqaviləyə əlavə olunmuş smetada göstərilən şərtlərə əməl edilmədiyi müəyyən olunur. Eyni zamanda 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin işdə olan və yuxarıda qeydedilən məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2015-ci il tarixli, ***** nömrəli rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlərin görülməsi cavabdeh2an Respublikası Dövlət Neft Sosial Inkişaf Idarəsi və “xxxx" MMC arasında “Bakı şəhəri, T.Əliyarbəyov küçəsi, * saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” ## ###### 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün bağlanmış podrat Müqavilələrində nəzərdə tutulmamışdır”. Iş üzrə mövcud olan ilkin və əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəylərinə əsasən, iddiaçının xüsusi mülkiyyətində olan 148,5 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin 43,75 kv.m hissəsi arakəsmə divarla bağlanaraq Musiqili Teatrın qazanxanası kimi istifadə edilmiş və nəticədə istifadəyə yararsız vəziyyətə salınmışdır. Sözügedən bina daxilində yeni qazanxana, nasosxana sahələrin inşası, isitmə və soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması, həmçinin teatr binasına aid olan müxtəlif boruların çəkilməsi cavabdeh AR Mədəniyyət Nazirliyinin sifarişi - ##.##.2010-cu il tarixli müqavilə əsasında “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Həmin hissənin təyinatı podratçı qismində çıxış edən “xxxx” MMC tərəfindən dəyişdirilmiş olsa da, cavabdeh1 podratçı şirkət tərəfindən yerinə yetirilmiş işləri qəbul etmiş və nəticədə sözügedən qazanxana faktiki olaraq cavabdeh2an Dövlət Akademik Musiqili Teatrın istifadəsinə verilmişdir. Belə olan halda, bu hissə üzrə MMC-nin məsuliyyəti istisna edilir. Qeyri-yaşayış sahəsinin qalan 104,75 kv.m hissəsinə münasibətdə isə, cavabdeh MMC müqaviləni Mülki Məcəllənin 762.1-ci maddəsinin tələblərinə zidd, üçüncü şəxs olan iddiaçıya ziyan vurmaqla icra etmiş və MMC-nin qanunsuz hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmuşdur.“xxxx” MMC Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratı elə icra etməli idi ki, bunun nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Lakin, sifarişin hansısa şəxs tərəfindən verilməsindən asılı olmayaraq o, podratı qüsurlu, daha doğrusu iddiaçının xüsusi mülkiyyətində olan əmlaka zərər vurmaqla icra etmiş, nəticədə həmin əmlak tamamilə yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar olaraq, bu is üzrə cavabdeh2an Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinin və cavabdeh2an Respublikası Dövlət Nefi Şirkətinin cavabdehlər sırasından çıxarılması zəruridir. Hesab edir ki, onun xüsusi mülkiyyətində olan, ümumi sahəsi 148,5 kv.m olan qeyri-yaşayış obyektinə dəymiş ümumilikdə 445.500 manat məbləğində ziyanın - 43,75 kv.m hissəsinə görə 131.250 manat cavabdeh1, qalan 104.75 kv.m hissəsinə görə 314.250 manat cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona tam şəkildə ödənilməlidir. Hesablanma qaydası: ümumi dəymiş zərər: 445 500 manat, ümumi sahə 148,5 kv.m - hər kv.m üçün 3000 manat, cavabdeh1: 3000 manat x 43,75 kv.m = 131,250 manat; “xxxx” MMC: 148,5 kv.m – 43,75 kv.m = 104,75 kv.m, 104,75 kv.m x 3000 manat – 314 250 manat. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus ümumi sahəsi 148,5 kv.m olan qeyri-yaşayış sahəsinə dəymiş 445 500 manat məbləğində zərərin 131 250 manat hissəsinin cavabdeh cavabdeh1, 314 250 manat hissəsinin cavabdeh “xxxx” MMC-dən və 288.000 manat əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili vəkil1 etirazı onunla əsaslandırılmışdır ki, iş üzrə icraat zamanı iddiaçının mülkiyyətində olan ünvan 7 2 ünvanında olan qeyri-yaşayış sahəsi hərrac yolu ilə satılmış, həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilmişdir. Həmçinin əmlak yararsız deyil, yararlı əmlak kimi ilkin satış qiyməti müəyyən edilməklə satılmışdır. AR Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, **(***)-*/**** saylı qərardadının 40-cı bəndində qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə mübahisəli qeyriyaşayış sahəsinə tutmanın yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, qeyri-yaşayış sahəsinin hərracda satılması və mülkiyyətçisinin dəyişməsi, əmlakın yararlı əmlak kimi satılmaqla ondan yararlanması hazırki işə əvvəllər baxmış məhkəmələrə məlum olsaydı, məhkəmələr mübahisəli əmlakın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin mülkiyyətinə keçdiyi qiyməti nəzər almaqla qərar çıxaracaqdılar və bundan asılı olaraq hazırda çıxarılmış qərardan fərqli məzmunda qərar çıxarıla bilərdi. Nəticədə cavabdeh2an Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, **(***)-*/**** saylı qərardadı ilə “xxxx” MMC-nin işə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilmiş, cavabdeh2an Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli,*(***)- ****/**** saylı qərarı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. cavabdeh2an Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, **/** saylı cavab məktubunda bildirilmişdir ki, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyriyaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz əmlakın özəlləşdirilməsi haqqında Dövlət Əmlakının idarə edilməsi üzrə dövlət komitəsinin ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ünvan * saylı ünvanda yerləşən doqquz mərtəbəli binanın zirzəmisində yerləşən, Səbail rayon MKTB-nin balansında olmuş, 148.5 kv.m olan qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış və ##.##.2006-cı il tarixli ****** saylı şəhadətnamə verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı ilə Dövlət Əmlakının Idarə edilməsi üzrə Dövlət Komitəsi arasında 148.5 kv.m qeyri-yaşayış sahəsinə **** saylı, ##.##.2006-cı il tarixli icarə müqaviləsi və icarəyə verilmiş əmlaka ##.##.2006-cı il tarixli *** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, * saylı qeyri-yaşayış sahəsinə dair ##.##.2006-cı il tarixli ****** saylı şəhadətnamə əsasında İddiaçı adına ********* qeydiyyat nömrəli ##.##.2006-cı il tarixli çıxarış verilmişdir. Lakin *(***)-**/**** saylı, ##.##.2017-ci il tarixli icra vərəqəsinə, Hərracın Yekunları üzrə əmlakın alq-satqısı barədə müqaviləyə və xxxx Hərracın nəticələri haqqında yekun Y-*** nömrəli ##.##.2018-ci il tarixli protokola əsasən Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, * saylı qeyri-yaşayış sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin adına qeydiyyatdan keçmişdir. Ipoteka müqaviləsində əmlakın qiyməti 148.000 manat müəyyən edilmişdir. Hərracda ilkin satış qiyməti 150300 manat təyin edilmiş və sonda əmlak 95.817 manata mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə satılmışdır. Iddiaçı isə hazırda bu əmlaka dəyən ziyanı 445.500 manat məbləğində (314.250 manat hissəsi cavabdeh “xxxx” MMC-yə aid) qiymətləndirir. Ali Məhkəmə Plenumunun qərardadında (bənd 40) qeyd edilmişdir ki, əgər məhkəmələr əmlakın satılmasını və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin mülkiyyətinə keçdiyi qiyməti bilsəydilər, fərqli məzmunlu qərar çıxara bilərdilər. Göründüyü kimi əmlakın satış qiyməti hazırki iddia olunan ziyan məbləğindən kəskin dərəcədə fərqlənir. Həmçinin iddiaçı tərəfindən əmlakın satılması nəticəsində iddiaçının real zərərinin (əgər varsa) mövcud olmasına dair heç bir mötəbər dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. Əmlak yararsız deyil, yararlı əmlak kimi satılmışdır. Əgər əmlak 445500 manat zərərə məruz qalmış olsaydı, ipoteka müqaviləsində 148000 manat, hərracda isə 150300 manat ilkin satış qiyməti müəyyən edilə bilməzdi. Iddiaçı hərracın nəticəsində əmlak üzərində mülkiyyət hüququnu itirdiyi üçün, o artıq həmin əmlakın "bərpası" üçün çəkiləcək xərcləri tələb etmək hüququna malik deyildir. Xüsusən əmlakın artıq iddiaçının mülkiyyətində olmadığını və yararsız deyil, yararlı əmlak kimi satıldığını nəzərə alsalar hazırki iddia tələbinin tamamilə əsassız olduğu görünür. Həmçinin iddiaçı əmlak üzərində mülkiyyət hüququnu rəsmi olaraq ##.##.2018-ci il tarixində itirmişdir. Bu səbəbdən iddiaçının 6 illik (qeyri-yaşayış sahəsinin mülkiyyətindən çıxdığı, mülkiyyət və istifadə hüququnu itirdiyi dövlər daxil olmaqla) əldən çıxmış fayda tələbi tamamilə əsassızdır. Iddiaçı 2018-ci ildə əmlaka mülkiyyət hüququnu itirdiyi üçün, 2018-ci ildən sonrakı dövr üçün həmin əmlakdan gəlir (icarə haqqı) əldə etmək imkanı, ümumiyyətlə, olmamışdır. Təmir-tikinti işlərinin getdiyi dövrdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və ya normal istifadəsi mümkün deyildir. AR Mülki Məcəlləsinə görə, əldən çıxmış fayda zərərçəkən tərəfindən real olaraq əldə edilə biləcək gəlir hesab olunur. Hətta 2018-ci ilə qədər olan dövr üçün də (təmir-tikinti işlərinin həyata keçirildiyi), obyektiv səbəblərə görə iddiaçının həmin əmlakdan davamlı və sabit gəlir (əldən çıxmış fayda) əldə etməsi real olaraq mümkün deyildi. Bu amil əldən çıxmış faydanın hesablanmasında nəzərə alınmalı və 288 000 manat məbləğinin əsassızlığı qəbul edilməlidir. Iddiaçının 288 000 manat məbləğində əldən çıxmış fayda tələbi üzrə subyektiv hüququ 2018-ci ilə qədər olan dövrə məhdudlaşdırılmalı (təmirtikinti işlərinin görüldüyü dövr nəzərə alınmaqla), 2018-ci ildən sonrakı dövrə aid tələb hissəsi isə əsassız hesab olunaraq rədd edilməlidir. Digər tərəfdən iddiaçı tərəfindən əldən çıxmış faydanın, bunun nədən ibarət olmasına, faydanın məbləğinin necə müəyyən edilməsinə dair heç bir mötəbər dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının zərərin ilkin yaranma mərhələsi ilə tələb hüququ məhkəmə tərəfindən yenidən araşdırılmalıdır. Iddiaçının subyektiv hüququ ilə bağlı bir sıra məhdudiyyətlər nəzərə alınmalıdır. Digər tərəfdən təmir-tikinti işləri cavabdeh Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçirilmişdir. “xxxx” MMC sadəcə olaraq sifariş əsasında podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. “xxxx” MMC yalnız xxxx (Mədəniyyət Nazirliyi) tərəfindən verilən tapşırıqları icra edən podratçı olmuşdur. Belə olduğu təqdirdə iddia tələbində məsuliyyət məsələsi xxxx və işi qəbul edən Nazirliyin öhdəsinə düşür. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh2an Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, **(***)-*/**** saylı qərardadında qeyd olunan göstərişlərin nəzərə alınmasını, işin yenidən və hərtərəfli araşdırılmasını və iddiaçının cavabdeh “xxxx” MMC-yə qarşı irəli sürdüyü əsassız iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir.

37. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

38. Qətnamənin əsaslarına görə, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən * saylı binanın zirzəmisində 148,5 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Bakı şəhəri Icra Hakimiyyətinin Başçısı cavabdeh2an Respublikası Dövlət Neft Şirkətinin Prezidentinə ##.##.2007-ci il tarixdə məktub göndərərək, Bakı şəhərində yerləşən bir sıra binaların, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, * saylı 9 mərtəbəli yaşayış binasının fasadının yenidən qurulması və işıqlandırılmasına dair təmir işlərinin aparılmasını xahiş etmişdir. Məktubun icrası ilə əlaqədar ARDNŞ-nin Sosial Inkişaf Idarəsi və “xxxx” MMC arasında ##.##.2008-ci il tarixdə 2009-cu ilin noyabr aylarında Əsaslı təmir üçün podrat müqavilələri bağlanmışdır. Bundan əlavə, cavabdeh2an Dövlət X11 binasının daxilində yenidənqurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X16 və “xxxx” MMC arasında ##.##.2010-cu il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən xxxx cavabdeh2an Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X16 cavabdeh2an Dövlət X11 binasında əsaslı təmir və yenidən qurulması işlərinin və bu işlərin layihə smeta sənədlərinin hazırlanması obyekti üzrə təmir işlərinin aparılmasını icraçı “xxxx” MMC-yə verir. cavabdeh2an Dövlət X11 binasının yenidən qurulması iki mərhələdə həyata keçirilmişdir. Birinci dəfə, Sosial Inkişaf Idarəsi və icraçı “xxxx” MMC arasında bağlanmış Podrat müqavilələri əsasında Teatr binasının fasadı yenidən qurularaq gülbax daşları ilə üzlənmiş və işıqlandırılmışdır. Ikinci dəfə isə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X16 və “xxxx” MMC arasında bağlanmış ##.##.2010-cu il tarixli müqavilənin icrası ilə əlaqədar bina daxilində yenidən qurma işləri aparılmış, o cümlədən yeni qazanxana, nasosxana sahələrinin inşası, həmin sahələrdə isitmə-soyutma sistemlərinə aid olan avadanlıqları quraşdırılması, həmçinin teatr binasına aid olan müxtəlif ölçülü boruların çəkilməsi həyata keçirilmişdir. Binada görülən yenidənqurma işləri nəticəsində İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsi Dövlət Musiqili Teatrının binasına qatılmaqla, qazanxana otağı kimi istifadə edilmiş, sahənin digər hissələrində Teatr binasının isitmə-soyutma sisteminə aid olan avadanlıqlar və müxtəlif diametri borular quraşdırılmış qeyriyaşayış sahəsinə pilləkən qəfəsindən olan keçidlər daraldılmışdır. Iş materialları ilə həmçinin müəyyən edilir ki, iddiaçı İddiaçı iddiası üzrə əvvəllər keçirilmiş məhkəmə araşdırılmaları zamanı əmlaka dəyən ziyanla bağlı ekspertizalar təyin edilmiş, ekspert rəyi ilə iddiaçının mülkiyyətində olmuş ümumi sahəsi 148,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 6 və * saylı tikililərin bir hissəsinin, eləcə də * saylı tikilinin daxilində monolit-beton konstruksiyalı riqerlərin və sütunların inşa olunduğu, pilləkən qəfəsinin və daxili giriş-çıxış qapılarının daralması, 148,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 43,75 kv.m. hissəsinin arakəsmə divarla bağlanaraq Dövlət Musiqili Teatrının qazanxana otağı kimi istifadə olunması və qeyri-yaşayış sahəsinin digər hissəsi – 104,75 kv.m. hissəsi istifadə üçün tam yararsız vəziyyətə düşməsi müəyyən edilmişdir. Təyin edilmiş ekspert rəyi ilə qeyri-yaşayış sahəsinin 1 kv.m.-nin dəyərinin 3000 manat həddində olması müəyyən edilmişdir. Iş materialları ilə eyni zamanda müəyyən edilir ki, əvvəlki məhkəmə araşdırmaları zamanı məhkəmə əmlakın 104,75 kv.m. sahəsinin bazar dəyərinin 315.000 manat təşkil etməsini və həmin sahənin tikinti işlərinin həyata keçirən “xxxx” MMC tərəfindən yararsız vəziyyətə salınmasını əsas götürərək həmin məbləği “xxxx” MMCdən iddiaçının xeyrinə tutması qənaətinə gəlmişdir. Lakin sonradan “xxxx” MMC-nin yeni açılmış hallar üzrə ərizəsi əsasında cavabdeh2an Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibi tərəfindən qərardad qəbul edilmiş, həmin qərardadda mübahisəli qeyriyaşayış sahəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-də kredit təminatı kimi yüklü edilməsi, Nəsimi rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə kreditin ipoteka predmeti olan iddiaçının mülkiyyətində olan mübaşhisəli qeyri-yaşayış sahəsinə yönəldilməsi və son nəticədə əmlakın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən mülkiyyətə alınması, bu halların işə baxarkən məhkəmələr tərəfindən araşdırılmamasını əsas gətirərək qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə “xxxx” MMC-nin ərizəsinin işlə birlikdə Ali Məhkəməsinin Plenumuna göndərilməsi qərarar alınmışdır. Həmin qərardadda məhkəmə təkibi bu nəticəyə gəlmişdir ki, Nəsimi rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisəli qeyriyaşayış sahəsinə tutmanın yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, qeyriyaşayış sahəsinin hərracda satılması və mülkiyyətçinin dəyişilməsi, əmlakın yararlı əmlak kimi satılmaqla ondan yararlanması, işə əvvəllər baxmış məhkəmələrə məlum olsaydı, məhkəmələr mübahisəli əmlakın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin mükiyyətinə keçdiyi qiyməti nəzərə almaqla qərar çıxaracaqdır və bundan asılı olaraq aşaşğıdakı nəticələrindən birinə gələ bilərdi: -iddia tələbi qismən təmin oluna bilərdi, yəni vurulmuş zərərin müəyyən olunan məbləği əmlakın banka keçərkən müəyyən olunan qiymətdən çıxmaqla müəyyən olunacaqdır; - iddia tələbi rədd oluna bilərdi. Belə ki, baxılan işdə məhkəmələr tərəfindən son olaraq qeyriyaşayış sahəsinin tamamilə yararsız hala düşdüyü müəyyən edilərək iddiaçıya vurulmuş ziyan məbləği – qeyri-yaşayış sahəsinin bazar dəyəri məbləğində müəyyən olunub, halbuki qeyri-yaşayış sahəsi 2015-ci il ## ###### tarixli sonrakı ipoteka müqaviləsi bağlanarkən yararsız əmlak kimi deyil, 148.000 manat dəyərində olan əmlak kimi ipotekaya yüklü edilmişdir. cavabdeh2an Respublikası Ali Məhkəmə Plenumunun ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddiası üzrə qəbul edlmiş yekun məhkəmə aktları ləğv edilmiş, iş yenilən bazxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC 3-cü şəxs qismində işə cəlb edilmiş və məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən * saylı 9 mərtəbəli binanın zirzəmisində yerləşən 148,5 kv.m. qeyri-yaşayış sahəsi ##.##.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən “xxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC arasında bağlanılmış kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 148.000 manat məbləğində müəyyən edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2017-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC və İddiaçı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmeti olan qeyriyaşayış sahəsinə yönəldilməsi qət edilmiş, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə verilmiş sifariş əsasında keçirilən hərracın nəticələrinə dair yekun protokol əsasında ipoteka predmeti 95.817 manata hərracın yekunları üzrə əmlakın alıq-satqısı barədə müqaviləyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə satılmış və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin həmin əmlak üzərində mülkiyyət hüquqları ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır. Iddiaçı hazırkı tələbini həm “xxxx” MMC-yə, həm AR Mədəniyyət Nazirliyinə qarşı irəli sürmüş ona məxsus, ümumi sahəsi 148.5 kv.m olan qeyriyaşayış sahəsinə dəymiş 445.500 manat məbləğində zərərin 131.250 manat hissəsinin cavabdeh cavabdeh1, 314.250 manat hissəsinin cavabdeh “xxxx” MMC-dən və 288.000 manat əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Iddiaçı AR Mədəniyyət Nazirliyinə qarşı maddi ziyana görə 131.250 manat məbləğində pulun tutulması tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olmuş 148,5 kv.m. sahəsi olan qeyri-yaşayış obyektinin 43,75 kv.m. hissəsi arakəsmə divarla bağlanaraq Musiqili Teatrının qazanxanası kimi istifadə edilir və nəticədə istifadəyə yararsız vəziyyətə salınmışdır, işlər cavabdeh1 sifarişi əsasında “xxxx” MMC tərəfindən yerinə yetirilsə də, Mədəniyyət Nazirliyi podratçı şirkət tərəfindən yerinə yetirilmiş işləri qəbul etmiş və nəticədə sözügedən qazanxana faktiki olaraq cavabdeh2an Dövlət Akademik Musiqili Teatrının istifadəsinə verilmiş və bu səbəbdən həmin hissə ilə əlaqədar maddi ziyana görə məsuliyyəti də Mədəniyyət Nazirliyi daşıyır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh1 qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının mülkiyyətində olmuş qeyriyaşayış sahəsi ipoteka müqaviləsi əsasında kredit müqaviləsinin təminatı kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-də yüklü edilmiş və son nəticədə həmin əmlak üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin mülkiyyət hüquqları yaranmışdır. Yəni qeyri-yaşayış sahəsinin 43,75 kv.m.hissəsində yerləşən və qazanxana kimi istifadə olunması üçün cavabdeh2an Dövlət Akademik Musiqili Teatrının istifadəsinə verilmiş sahə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin mülkiyyətində olduğu üçün iddiaçının həmin əmlakla bağlı iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı hazırda mülkiyyətində olmayan qeyriyaşayış sahəsinin qazanxana kimi istifadə olunan sahəsi ilə bağlı maddi ziyan tələb etmək hüququna malik deyildir. Məhkəmə iddia tələbinin “xxxx” MMC-dən maddi ziyanın əvəzi kimi 314 250 manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Iş materialları ilə müəyyən edilir ki, “xxxx” MMC tərəfindən podratçı təşkilat kimi 2008- 2009-cu illər ərzində Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsində yerləşən * saylı 9 mərtəbəli yaşayış binasının fasadının layihə işləri yerinə yetirilmiş, eyni zamanda “xxxx” MMC tərəfindən ##.##.2010-cu il tarixli müqavilənin icrası ilə bağlı cavabdeh2an Dövlət X11 binasının daxilində də yenidənqurma işləri aparılmış, o cümlədən yeni qazanxana, nasosxana sahələrinin inşası, həmin sahələrdə isitmə-soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması, teatr binasına aid olan müxtəlif ölçülü boruların çəkilməsi həyata keçirilmişdir. Iş materialları ilə eyni zamanda müəyyən edilir ki, keçirilmiş ekspert rəyləri ilə iddiaçının mülkiyyətində olmuş mübahisəli qeyri-yaşayış sahəsində iddiaçının iradəsinə zidd “xxxx” MMC tərəfindən aparılan yenidənqurma işləri nəticəsində qeyri-yaşayış sahəsinin 104,75 kv.m. hissəsi tam yararsız vəziyyətə düşmüş, həmin ərazidə yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m.-nin dəyərinin 3000 manat həddində olması müəyyən edilmişdir. Iddiaçı “xxxx” MMC-yə qarşı 314.250 manat maddi ziyan tələbini onunla əsaslandırmışdır ki, podratçı təşkilat kimi həmin MMC mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin 104,75 kv.m. hissəsini yararsız hala salmışdır. İddiaçı iddiası üzrə qəbul edilmiş kassasiya instansiya məhkəməsinin qərarı, onunla əlaqədar apellyasiya instansiya məhkəməsinin və birinci instansiya məhkəməsinin qətnamələrinin yeni açılmış halla bağlı ləğv edilməsinə dair Ali Məhkəmə Plenumunun qərarında xüsusilə vurğulanmışdır ki, məhkəmə qətnamələrində ekspert rəyləri sübut kimi dəyərləndirilərək iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yararsız vəziyyətə düşməsi nəzərə alınaraq maddi ziyanın tutulması qənaətinə gəlinsə də, həmin əmlak ipoteka müqaviləsinin predmeti kimi kreditin təminatı kimi yüklü edilmiş, sonradan yararsız deyil, yararlı əmlak kimi satış qiyməti müəyyən edilməklə satılmışdır. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmamaqla dəyərləndirilməlidir. Məhkəmə iş materiallarında olan ekspert rəylərində gəlinən nəticəni, yəni iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin bir hissəsinin tam yarasız vəziyyətə düşməsi barədə gəlinən nəticəni işin faktiki halları ilə (əmlakın yararlı əmlak kimi sonradan dəyərləndirilməsi) uyğun gəlmədiyini əsas gətirərək həmin rəyləri mötəbər sübut kimi qəbul etmir. Məhkəmə iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsində aparılan yenidənqurma işlərindən bir neçə il sonra kredit müqaviləsinin təminatı və yararlı əmlak kimi ipoteka ilə yüklü edildiyindən, həmçinin yararlı əmlak kimi kredit müqaviləsi üzrə tutulmalı olan pul vəsaitinin həmin əmlaka yönəldilməsi məhkəmə qətnaməsi ilə qət edildiyindən, məhkəmə hesab etmişdir ki, əmlakın yararsız vəziyyətə salınması ilə bağlı iddiasının podratçı təşkilat kimi “xxxx” MMC-dən maddi ziyanın tutulması ilə bağlı tələbi əsaslı hesab edilə bilməz. Bu səbəbdən həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, podratçı təşkilat kimi “xxxx” MMC tərəfindən iddiaçının mülkiyyətində olmuş qeyriyaşayış sahəsində aparılan rekonstruksiya işləri nəticəsində qeyri-yaşayış sahəsinin 104,75 kv.m. hissəsi yararsız hala düşməsinə dair ekspert rəyləri mötəbər sübut kimi qiymətləndirilmədiyindən, əmlak yararlı əmlak kimi ipoteka ilə yüklü edilib satıldığından, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 288.000 manat əldən çıxmış faydanın tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi həmin hissə üzrə istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və bu halları məhkəmə tədqiqi zamanı sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir.

39. Məhkəmə öz mövqeyini cavabdeh2an Respublikası Konstitusiyasının 127-ci maddəsinə, cavabdeh2an Respublikasının Mülki Məcəlləsinin 21, 752, 762, 1096, 1097-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə cavabdeh2an Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının cavabdeh2an Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” cavabdeh2an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarına, “cavabdeh2an Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” cavabdeh2an Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına, cavabdeh2an Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar cavabdeh2an Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının cavabdeh2an Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska Isveçreyə qarşı iş” üzrə ## ##### 1993-cü il tarixli Qərarına, “Kuznetsov və digərlərinin işi” üzrə ## ###### 2007-ci il tarixli Qərarına, “Hiro Bilaninin işi” üzrə ## ###### 1994-cü il tarixli Qərarına, “Van de Huk Niderlanda qarşı işi” üzrə ## ##### 1994cü il tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı işi” üzrə ## #### 2008-ci il tarixli Qərarına, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarına, cavabdeh2an Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 101.7, 103.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

40. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən * nömrəli, 9 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 148.5 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2016-cı il tarixli, ******* nömrəli çıxarış verilmişdir. 2009-cu ilin sonlarında və 2010-cu ilərzində həmin qeyri-yaşayış binasının yerləşdiyi binada təmir və yenidən qurma işləri aparılmışdır. Təmir və yenidənqurma işləri “xxxx” MMC tərəfindən icra edilmişdir. cavabdeh2an Dövlət Akademik Musiqili Teatrının binasının yenidənqurulması iki mərhələdə həyata keçirilmişdir. Birinci dəfə Bakı Şəhər Icra Hakimiyyətinin cavabdeh2an Respublikası Dövlət Neft Şirkətinin Prezidentinə ünvanlandığı ##.##.2007-ci il tarixli məktubun icrası ilə əlaqədar xxxx Sosial Inkişaf Idarəsi və icraçı “xxxx” MMC arasında “Bakı şəhəri, T.Əliyarbəyov küçəsi, * saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” ## ###### 2008-ci il və 2009-cu il noyabr ayında əsaslı təmir üçün podrat müqavilələri əsasında teatr binasının fasadı yenidən qurularaq gülbax daşları ilə üzlənmiş və işıqlandırılmışdır. Ikinci dəfə isə cavabdeh2an Dövlət Akademik Musiqili Teatrının binasının yenidənqurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X16 ilə “xxxx “MMC arasında bağlanmış ## ###### 2010-cu il tarixli müqavilənin icrası ilə əlaqədar bina daxilində yenidən qurma işləri aparılmış, o cümlədən yeni qazanxana, nasosxana sahələrinin inşası, həmin sahələrdə isitmə-soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması, həmçinin teatr binasına aid olan müxtəlif ölçülü boruların çəkilməsi həyata keçirilmişdir. Aparılmış yenidənqurma və təmir işlərinin nəticəsində iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən * nömrəli, 9 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 148.5 kv.m olan qeyri-yaşayış sahəsinə ziyan dəymiş, nəticədə yararsız hala düşmüşdür. Bunun nəticəsində iddiaçı öz mülkiyyətində olan əmlakdan istifadə etmək və gəlir əldə etmək imkanından faktiki olaraq məhrum edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyət hüququnun pozulması nəticəsində mülkiyyətçiyə vurulmuş zərər tam həcmdə ödənilməli, pozulmuş hüquqlar bərpa edilməlidir. Bu baxımdan, iddiaçıya məxsus əmlaka dəymiş zərərin aradan qaldırılması və ya ona vurulmuş maddi ziyanın kompensasiya edilməsi hüquqi məsuliyyətin tətbiqini zəruri edən əsaslı və qanuni tələbdir. Təkrar apellyasiya icraatı zamanı təyin edilən əlavə məhkəmə tikintitexniki ekspertizasının ## ###### 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ünvan * saylı ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsininişdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2015-ci il tarixli, ***** nömrəli rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlər görülərkən cavabdeh2an Dövlət Musiqili Komediya Teatrın binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X16 ilə “xxxx” MMC arasında bağlanmış ## ###### 2010-cu il tarixli, Az/ADMKT/BM-*** nömrəli müqaviləyə əlavə olunmuş Dövlət baş ekspertizadan razılaşdırılmış layihə sənədlərinə və həmin müqaviləyə əlavə olunmuş smetada göstərilən şərtlərə əməl edilmədiyi müəyyən olunur. Eyni zamanda 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin işdə olan və yuxarıda qeyd edilən məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2015-ci il tarixli, ***** nömrəli rəyində göstərilən vəziyyətə gətirilməsinə səbəb olmuş işlərin görülməsi cavabdeh2an Respublikası Dövlət Neft Sosial Inkişaf Idarəsi və “xxxx” MMC arasında “Bakı şəhəri, T.Əliyarbəyov küçəsi, * saylı binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” ## ###### 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün bağlanmış podrat Müqavilələrində nəzərdə tutulmamışdır.” Iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC podrat müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi cavabdeh2an Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinin tələblərinə uyğun şəkildə icra etməmişdir. Göründüyü kimi, ## ###### 2022-ci il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertiza rəyi ilə iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin zərər görməsinə səbəb olan işlər müqaviləyə əlavə edilmiş və Dövlət baş ekspertizasından razılaşdırılmış layihə-smeta sənədlərinin tələblərinə uyğun icra edilməməsi. eyni zamanda, həmin işlərin ## ###### 2008-ci il və noyabr 2009-cu il tarixli əsaslı təmir müqavilələrində nəzərdə tutulmadığı da təsdiq edilmişdir. Bu hallar cavabdeh “xxxx” MMC-nin üzərinə götürdüyü podrat öhdəliyini qanunvericiliyin və müqaviləşərtlərinin tələblərinə uyğun yerinəyetirmədiyini göstərir. Iş materialları ilə sübuta yetirilir ki, “xxxx” MMC-nin həyata keçirdiyi tikinti-quraşdırma və yenidənqurma işləri nəticəsində iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin konstruktiv və funksional vəziyyəti dəyişdirilmiş, sahənin bir hissəsi təyinatından kənar istifadə olunaraq yararsız vəziyyətə salınmışdır. Bu isə podratın nəticəsinin üçüncü şəxslərin hüquqlarından azad olmaması deməkdir. “cavabdeh2an Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” cavabdeh2an Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli Qərarında göstərildiyi kimi, mülki-hüquqi məsuliyyətin yaranması üçün hüquqazidd əməl, təqsir, zərərin mövcudluğu və həmin zərər ilə əməl arasında səbəbli əlaqə müəyyən edilməlidir. Hazırkı iş üzrə ekspertiza rəyləri və digər sübutlarla bu şərtlərin hər biri təsdiqini tapmışdır: cavabdeh “xxxx” MMC tərəfindənlayihə və müqavilə şərtlərindən kənara çıxılmaqla hüquqa zidd əməl törədilmiş, iddiaçının əmlakına real maddi zərər vurulmuş və həmin zərər birbaşa olaraq cavabdeh MMC-nin hərəkətləri nəticəsində yaranmışdır. Bu baxımdan, məhkəmə qərarında qeyd olunan hüquqi mövqeyə uyğun olaraq cavabdehin mülki-hüquqi məsuliyyət daşıması və vurulmuş zərərin əvəzini ödəməsi üçün bütün zəruri əsaslar mövcuddur. Əlavə olaraq qeyd edilməlidir ki, podratçının sifarişi hansı əsasla və ya hansı subyekt tərəfindən qəbul etməsi onu qanunvericiliyin imperativ normalarına riayət etmək öhdəliyindən azad etmir. Podratçı müqaviləni icra edərkən yalnızxxxxnin göstərişlərinə deyil, həmdə qüvvədə olan normativ-hüquqi aktların tələblərinə əməl etməli, üçüncü şəxslərin qanunla qorunan hüquq və mənafelərinə xələl gətirilməməsini təmin etməlidir. Iş üzrə mövcud olan ilkin və əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəylərinə əsasən, iddiaçının xüsusi mülkiyyətində olan 148,5 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin 43,75 kv.m hissəsi arakəsmə divarla bağlanaraq Musiqili Teatrının qazanxanası kimi istifadə edilmiş və nəticədə həmin hissə istifadəyə yararsız vəziyyətə salınmışdır. Sözügedən bina daxilində, yeni qazanxana, nasosxana sahələrin inşası həmin sahələrində isitmə və soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması, həmçinin teatr binasına aid olan müxtəlif boruların çəkilməsi cavabdeh cavabdeh1 sifarişi - ##.##.2010-cu il tarixli müqavilə əsasında “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Həmin hissənin təyinatı podratçı qismində çıxış edən “xxxx” MMC tərəfindən dəyişdirilmiş olsa da, cavabdeh1 podratçı şirkət tərəfindən yerinə yetirilmiş işləri qəbul etmiş və nəticədə sözügedən qazanxana faktiki olaraq cavabdeh2an Dövlət Akademik Musiqili Teatrın istifadəsinə verilmişdir. Belə olan halda, bu hissə üzrə MMC-nin məsuliyyəti istisna edilir. Həmin hissədə iddiaçının zərərin əvəzinin ödənilməsini cavabdeh1 tələb etməkdə hüququ yaranmışdır. Məhkəmə qətnaməsində mübahisəli qeyri-yaşayış sahəsinin sonradan “yararlı əmlak kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin mülkiyyətinə keçməsi faktına” istinad edərək iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Əmlaka zərər iddiaçının mülkiyyətində olan dövrdə vurulmuşdur və hüquq pozuntusu məhz həmin vaxt baş vermişdir. Əmlakın sonradan mülki dövriyyədə iştirakı, kredit münasibətlərində təminat predmeti kimi ipoteka ilə yüklü edilməsi, daha sonra hərrac yolu ilə satılması cavabdehlərin əvvəl törətdiyi hüquqazid hərəkətlərini və məsuliyyətini aradan qaldırmır. Zərərin vurulduğu an hüququ pozulmuş şəxs iddiaçı olmuşdur və bu səbəbdən o, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu saxlayır. Məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə dəfələrlə təsdiq edilmişdir ki, cavabdehlər tərəfindən həyata keçirilmiş yenidənqurma və tikinti işləri nəticəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin bir hissəsi faktiki olaraq zəbt edilmiş, həmin sahədə qazanxana və texniki avadanlıqlar yerləşdirilmiş, obyektin giriş-çıxış imkanları daraldılmış və nəticədə əmlak istifadəyə yararsız vəziyyətə salınmışdır. Deməli, cavabdehin MMC-nin xüsusi mülkiyyətdə olan əmlaka qanunsuz müdaxilələrinin, nəticədə zərərin mövcud olması, başqa sözlə desək zərər vurulması və onun əvəzinin hal-hazıradək ödənilməmiş olması artıq işin mübahisələndirilməyən hallarıdır. cavabdeh2an Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərardadda məhkəmə tərkibi bu nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsinətutmanın yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, qeyri-yaşayış sahəsinin hərracda satılması və mülkiyyətçinin dəyişilməsi, əmlakın yararlı əmlak kimi satılmaqla ondan yararlanması, işə əvvəllər baxmış məhkəmələrə məlum olsaydı, məhkəmələr mübahisəli əmlakın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-ninmükiyyətinə keçdiyi qiyməti nəzərə almaqla qərar çıxaracaqdır və bundan asılı olaraq aşağıdakı nəticələrindən birinə gələ bilərdi: -iddia tələbi qismən təmin oluna bilərdi, yəni vurulmuş zərərin müəyyən olunan məbləği əmlakın banka keçərkən müəyyən olunan qiymətdən çıxmaqla müəyyən olunacaqdır; -iddia tələbi rədd oluna bilərdi. Belə ki, baxılan işdə məhkəmələr tərəfindən son olaraq qeyri-yaşayış sahəsinin tamamilə yararsız hala düşdüyü müəyyən edilərək iddiaçıya vurulmuş ziyan məbləği – qeyriyaşayış sahəsinin bazar dəyəri məbləğində müəyyən olunub, halbuki qeyri-yaşayış sahəsi 2015-ci il ## ###### tarixli sonrakı ipoteka müqaviləsi bağlanarkən yararsız əmlak kimi deyil, 148.000 manat dəyərində olan əmlak kimi ipotekaya yüklü edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iş üzrə çoxsaylı qiymətləndirmə rəyləri mövcuddur və həmin rəylərdən görmək mümkündür ki, əmlakın ziyan vurulduğu dövrə -2009-cu ilə münasibətdə olan bazar dəyəri belə, ipotekaya qoyulan zaman -2015-ci ildə müəyyən edilən dəyərdən dəfələrlə artıqdır. Qeyd etmək zəruridir ki, ipoteka kimi qoyulan zaman həmin məbləğ qiymətləndirilən zona və seqment üzrə daşınmaz əmlak bazarının qiymət dinamikasına münasibətdə absurt məbləğdir. Bu isə o deməkdir ki, ipoteka üçün qiymətləndirmə apılarkən əmlaka əvvəl vurulmuş zərərin mövcudluğu nəzərə alınmışdır. Göründüyü kimi, məhkəmənin iddianı təmin etməsiüçün kifayət qədər əsaslar olduğu halda, iddia tələbini rədd etmişdir. Məhkəmə işə baxarkən zərərin vurulduğu dövrü, cavabdehlərin təqsirini və hüquq pozuntusunun nəticələrini düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qətnamə təqsirli hərəkətlər törədən şəxsin faktiki olaraq məsuliyyətdən süni surətdə yayınmasına səbəb olur ki, bu da iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə iş üzrə mövcud olan məhkəmə tikintitexniki ekspertiza rəylərini digər sübutları lazımi qaydada təhlil etməmiş, həmin sübutları yalnız sonradan əmlakın ipoteka predmeti kimi satılması faktı ilə əsaslandıraraq mötəbər hesab etməmişdir. Məhkəmənin ekspert rəylərini bu əsasla mötəbər sübut kimi qiymətləndirməməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Iş üzrə sonuncu ekspert rəyi olan “xxxx” MMCnin ## ###### 2021-ci il tarixli rəyinə əsasən, əmlakın 1 kv.m-nin həmin tarixə olan bazar dəyəri 3000 manat təşkil edir. Hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 148,5 kv.m olan qeyri-yaşayış obyektinə dəymiş ümumilikdə 445 500 manat məbləğində ziyanın - 43,75 kv.m hissəsinə görə 131 250 (yüz otuz bir min iki yüz əlli) manat cavabdeh1, qalan 104,75 kv.m hissəsinə görə 314 250 (üç yüz on dörd min iki yüz əlli) manat cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya tam şəkildə ödənilməlidir. Hesablanma: hər kv.m üçün 3000 manat; cavabdeh1: 3.000 manat × 43,75 kv.m = 131.250 manat; “xxxx” MMC:148,5 kv.m – 43.75 kv.m = 104.75 kv.m; 104.75 kv.m * 3.000 manat = 314.250 manat. Ümumi dəymiş zərər: 445 500 manat. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması prinsipi pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş və qətnamə prosessual tələblərə uyğun əsaslandırılmamışdır. Apellyasiya şikayətinin 6-cı və 7-ci bölmələrində də qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi cari iş barədəki qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və bu səbəblə də, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Əmlaka zərərin iddiaçının mülkiyyətçi olduğu dövrdə vurulması, təqsirli hərəkətlərinin mövcudluğunun ekspert rəylərii lə də təsdiqini tapması kimi məsələlər məhkəmə tərəfindən araşdırılmamışdır. Hazırki işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Qətnamədə də şikayətin 6-cı bölməsində sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Bu barədə yuxarıdakı bölmələrdə kifayət qədər dəlil göstərilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili vəkil1 ## ### 2026-cı il tarixində məhkəməyə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin cavabdeh “xxxx” MMC-yə aid olan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

43. Apellyasiya şikayətinə etiraz 36-cı bənddə qeyd olunan iddia ərizəsinə etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

44. Iddiaçı İddiaçı, onun nümayəndələri vəkil2 və vəkil3 iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər.

45. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil1 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin cavabdeh “xxxx” MMC-yə aid olan hissədə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

46. Cavabdeh cavabdeh1 nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

47. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, digər cavabdeh və üçüncü şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün cavabdeh2an Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

48. cavabdeh2an Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, xxxx isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. xxxx podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı xxxx üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, xxxx əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, xxxx qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

49. cavabdeh2an Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

50. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbində cavabdeh2an Respublikasının Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, **(***)-*/**** nömrəli qərardadının göstərişləri nəzərə alınmamış, ləğv edilmiş cavabdeh2an Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2023-cü il tarixli, 2(102)- ****/**** saylı qərarına, həmçinin qərarın əsassını təşkil edən əvvəlki ekspert rəylərinə istinad edilmişdir.

54. Belə ki, həmin iş üzrə icraat zamanı iddiaçının mülkiyyətində olan ünvan 7 2 ünvanında olan qeyri-yaşayış sahəsi hərrac yolu ilə satılmış, həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilmişdir. Həmçinin əmlak yararsız deyil, yararlı əmlak kimi ilkin satış qiyməti müəyyən edilməklə satılmışdır. cavabdeh2an Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, **(***)-*/**** saylı qərardadının 40-cı bəndində qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə mübahisəli qeyri - yaşayış sahəsinə tutmanın yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, qeyri-yaşayış sahəsinin hərracda satılması və mülkiyyətçisinin dəyişməsi, əmlakın yararlı əmlak kimi satılmaqla ondan yararlanması hazırki işə əvvəllər baxmış məhkəmələrə məlum olsaydı, məhkəmələr mübahisəli əmlakın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçdiyi qiyməti nəzər almaqla qərar çıxaracaqdılar və bundan asılı olaraq hazırda çıxarılmış qərardan fərqli məzmunda qərar çıxarıla bilərdi.

55. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

56. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə cavabdeh2an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar