Məhkəmə qərarları › İş №2(3-6)-966/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-966/2026

24.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-966/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Mehman İsmayılovun və cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ər-arvadın ümumi əmlakının bölünməsi, qızıl-zinət və cehiz əşyalarının qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər ##.##.2007-ci il tarixdə nikah bağlayıblar. Nikahdan iki uşaq doğulub: ##.##.2011-ci il təvəllüdlü Südabə Abdullayeva və ##.##.2016-cı il təvəllüdlü İlyas Abdullayev. Nikah Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə pozulub. Həmin qətnamədə uşaqların ananın yanında saxlanılması və uşaqlar üçün atadan aliment tutulması da qət olunub. 2.Tərəflər nikahda olduqları müddətdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev № **/*A-da yerləşən *** №-li mənzildə yaşayıblar. 3.İddiaçı bildirir ki, həmin mənzil qayınanasına məxsus olub, mənzilə gəlin gəlib, 15 il cavabdehlə birlikdə orada yaşayıb, 2022-ci il fevarl ayının əvvəlində cavabdeh onu Xırdalan şəhərində yaşayan valideynlərinin evinə gətirib, bundan üç gün əvvəl cavabdeh onu döyüb, valdeynlərinin evinə gedərkən özü ilə heç bir əşya götürməyib, mənzildən ev paltarında çıxıb, çünki cavabdehin onu valideynlərinin evinə müvəqqəti gətirdiyini düşünüb, daha sonra geri qayıda bilməyib. 4.Cavabeh bildirir ki, iddiaçı yaşadıqları mənzildən tək çıxıb gedib, həmin vaxt o, mənzildə olmayıb, anası da işdə olub, iddiaçı mənzildən gedərkən qızıl-zinət əşyalarını özü ilə aparıb. İddia tələbi 5.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə üç tələb irəli sürülüb. 6.İddia ərizəsindəki birinci tələb ondan ibarətdir ki, iddiaçıya məxsus olan, aşağıda göstərilən cehiz əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılsın: 1) Televizor “Samsung”, 500 manat dəyərində; 2) Divan-kreslo dəsti, 1.800 manat dəyərində; 3) Stol və 6 ədəd stul, 1.000 manat dəyərində; 4) Yataq dəsri, 900 manat dəyərində; 5) Paltaryuyan “Simens”, 1.200 manat dəyərində; 6) Tozsoran “Samsung”, 250 manat dəyərində; 7) Ətçəkən “Tefal”, 300 manat dəyərində; 8) Şirəçəkən “Tefal”, 200 manat dəyərində; 9) Mətbəxt robotu dəsti, 300 manat dəyərində; 10) “Madonna” çay dəsti, 150 manat dəyərində; 11) “Madonna” nahar dəsti, 200 manat dəyərində; 12) Bagema meyvə qabı, 2 ədəd, 300 manat dəyərində; 13) Bagema qənd qabı, 2 ədəd, 100 manat dəyərində; 14) Meduza güldan, 150 manat dəyərində; 15) Meduza meyvə qabı, 150 manat dəyərində; 16) Büllur meyvə qabı, 2 ədəd, 150 manat dəyərində; 17) Büllur meyvə qabı, qayıq formalı, 2 ədəd, 100 manat dəyərində; 18) Büllur güldan, böyük ölçülü, 100 manat dəyərində; 19) Büllur güldan, kiçik ölçülü, 75 manat dəyərində; 20) Büllur qənd qabı, 2 ədəd, 60 manat dəyəridə; 21) Büllur mürəbbə qabı, 2 ədəd, 60 manat dəyərində; 22) Büllur bakal, 12 ədəd, 120 manat dəyərində; 23) Büllur araq stəkanı, 12 ədəd, 120 manat dəyərində; 24) Büllur şirə stəkanı, 12 ədəd, 120 manat dəyərində; 25) Büllur çay stəkanı, 18 ədəd, 160 manat dəyərində; 26) Kompot dəsti, sarı zərli, 200 manat dəyərində; 27) Rəngli bakal, 6 ədəd, 100 manat dəyərində; 28) Bagema lampa, 70 manat dəyərində; 29) Mətbəx dəsti, 120 boşqab, 4 bulud, 600 manat dəyərində; 30) Göy nəlbəki, 12 ədəd, 60 manat dəyərində; 31) Salat qabı, 12 ədəd, 50 manat dəyərində; 32) Büllür limon qabı, 12 ədəd; 33) Mürəbbə qabı, balaca ölçülü, 12 ədəd; 34) Qazan dəsti, 2 ədəd; 35) Yemək (böyük) qaşığı, 24 ədəd; 36) Çay (kiçik) qaşığı, 24 ədəd; 37) Bıçaq, 12 ədəd; 38) Xalça, oval formalı, 2 m x l,50m ölçüdə, 120 manat dəyərində; 39) Xalça, 2,50m x 5 m ölçüdə, 800 manat dəyərində; 40) Xalça, dəhliz üçün, 5m x l m ölçüdə, 300 manat dəyərində; 41) Xalça, dəhliz üçün, lm x 3m ölçüdə, 150 manat dəyərində; 42) Xalça, mətbəx üçün, 1 ədəd, 2m x 2m, 150 manat dəyərində; 43) Taxt döşəyi, 1 ədəd; 44) Taxt yorğanı, 1 ədəd; 45) balış (yük), 2 ədəd; 46) balış, sintifon, 4 ədəd; 47) Örtük, 2 ədəd; 48) Yorğan, sintifon, 2 ədəd; 49) Qalın ədyal, böyük ölçülü; 50) Qalın ədyal, kiçik ölçülü; 51) Elektrikli soba, İtimat, 100 manat dəyərində; 52) Yataq üzü və dəsmal dəstləri, 800 manat dəyərində. 7.İddia ərizəsindəki ikinci tələb ondan ibarətdir ki, iddiaçıya məxsus olan, aşağıda göstərilən qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılsın: 1) Boyunbağı, qolbağ dəsti, 750 əyar, 30 qram, 4.500 manat dəyərində; 2) Üzük, sırğa dəsti, brilliant qaşlı, 750 əyar, 18 qram, 2.700 manat dəyərində; 3) Nişan üzüyü, brilliant qaşlı, 750 əyar, 8 qram, 1500 manat dəyərində; 4) Boyunbağı, mirvari ilə, 585 əyar, 10 qram, 300 manat dəyərində; 5) Gül komplekt – üzük və sırğa, 750 əyar, 11 qram, 1.650 manat dəyərində; 6) Oval şəklində komplekt – üzük və sırğa, 585 əyar, 8 qram, 850 manat dəyərində; 7) Uşaq komplekti - “Mələk” sırğa və üzük, 585 əyar, 5 qram, 500 manat dəyərində; 8) Şəbəkə sırğa, 585 əyar, 5 qram, 500 manat dəyərində; 9) Toplu sırğa, 585 əyar, 3 qram, 250 manat dəyərində; 10) Sırğa, uşaq üçün, halqa formalı, 585 əyar, 2 qram, 200 manat dəyərində; 11) Sırğa, uşaq üçün, qırmızı qaşlı, 583 əyar, 4 qram, 300 manat dəyərində; 12) Sırğa, qara qaşlı, Vancleef, 585 əyar, 7 qram, 600 manat dəyərində; 13) Şəbəkə üzük, 750 əyar, 6 qram, 900 manat dəyərində; 14) Üzük, ağ qaşlı, yarpaqlı, 583 əyar, 3 qram, 300 manat dəyərində; 15) Üzük, Vancleef, 585 əyar, 6 qram, 700 manat dəyərində; 16) Uşaq üzüyü “Mickey Mouse”, 585 əyar, 2 qram, 200 manat dəyərində; 17) Qolbağ, zəncir formalı, 585 əyar, 6 qram, 720 manat dəyərində; 18) Qolbağ, mirvari-arası qızıl, 585 əyar, 25 qram, 300 manat dəyərində; 19) Qolbağ, uşaq üçün, ad yazılan, 750 əyar, 3 qram, 250 manat dəyərində; 20) Qolbağ, uşaq üçün, ad yazılan, 2 ədəd, 585 əyar, 6 qram, 550 manat dəyərində; 21) Qolbağ, uşaq üçün, halqa formalı, 585 əyar, 4 qram, 300 manat dəyərində; 22) Boyunbağı, 750 əyar, 8 qram, 820 manat dəyərində; 23) Boyunbağı, toplu klonlu, 585 əyar, 5 qram, 250 manat dəyərində; 24) Boyunbağı, 583 əyar, 2 qram, 200 manat dəyərində; 25) Klon, damla formalı, 583 əyar, 1 qram, 100 manat dəyərində; 26) Klon, nal formalı, 583 əyar, 1 qram, 100 manat dəyərində; 27) Klon, kitab formalı, 583 əyar, 4 qram, 200 manat dəyərində; 28) Klon, ürək formalı, Tiffany, 585 əyar, 1 qram, 100 manat dəyərində; 29) Qızıl beşlik, 1 ədəd, 1.000 manat dəyərində. 8.İddia ərizəsindəki üçüncü tələb ondan ibarətdir ki, nikah dövründə əldə edilmiş, aşağıda göstərilən ümumi əşyaların ½ hissəsinə iddiaçının mülkiyyət hüququ tanınsın: 1) Mətbəx mebeli, 1.500 manat dəyərində; 2) Yataq otağı üçün dolab, 8 qapılı, 1.600 manat dəyərində; 3) Uşaq otağı üçün dolab, 3 qapılı, 480 manat dəyərində; 4) Televizor “Samsung”, 1.449 manat dəyərində; 5) Kondisioner “Samsung”, 790 manat dəyərində; 6) Soyuducu “Samsung”, 889 manat dəyərində; 7) Kondisioner “Samsung”, 1.098 manat dəyərində; 8) Kiçik ev alətləri - ət çəkən və şirə çəkən, 2 ədəd, 100 manat dəyərində; 9) Asperator “Bosch”, 171 manat dəyərində; 10) Bişirmə paneli, 4 gözlü qaz, 164 manat dəyərində; 11) Dolab, 8 qapılı, sexdə hazırlanan, 3.500 manat dəyərində; 12) Şkaf, 3 qapılı, uşaqlar üşün, sexdə hazırlanan, 800 manat dəyərində; 13) Kamod, sexdə hazırlanan, 200 manat dəyərində; 14) Yataq dəsti, iki mərtəbəli, sexdə hazırlanan, 600 manat dəyərində; 15) Stend, sexdə hazırlanan, 250 manat dəyərində; 16) Mebel, mərmər, sexdə hazırlanan, 2.500 manat dəyərində; 17) Stol və 6 stul, sexdə hazırlanan, 800 manat dəyərində; 18) Divan, sexdə hazırlanan, 700 manat dəyərində. Birinci instansiya məhkəməsinin qətnaməsi 9.Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunub. 10.Qətnamə ilə qət olunub ki, aşağıda göstərilən cehiz əşyaları, onlar mövcud olmadıqda isə dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılsın: 1) Paltaryuyan “Siemens”, 720 manat dəyərində; 2) Tozsoran “Samsung”, 150 manat dəyərində; 3) Madonna çay dəsti, 90 manat dəyərində; 4) Madonna nahar dəsti, 120 manat dəyərində; 5) Bagema meyvə qabı, 2 ədəd, 180 manat dəyərində; 6) Bagema qənd qabı, 2 ədəd, 60 manat dəyərində; 7) Meduza güldan, 90 manat dəyərində; 8) Büllur güldan, kiçik ölçülü, 45 manat dəyərində; 9) Büllur mürəbbə qabı, 2 ədəd, 36 manat dəyərində, 10) Büllür şirə stəkanı, 12 ədəd, 72 manat dəyərində; 11) Kompot dəsti, sarı zərli, 120 manat; 12) Rəngli bakal, 6 ədəd, 60 manat dəyərində; 13) Bagema lampa, 42 manat dəyərində; 14) Mətbəx dəsti -120 boşqab, 4 bulud, 360 manat dəyərində; 15) Xalça, oval formalı, 2m x l,50 ölçüdə, 72 manat dəyərində; 16) Xalça, 2,50m x 5m ölçüdə, 480 manat dəyərində; 17) Xalça, dəhliz üçün, 5m x l m ölçüdə, 180 manat dəyərində; 18) Xalça, dəhliz üçün, lm x 3 m ölçüdə, 90 manat dəyərində; 19) Xalça, mətbəx üçün, 2m x 2m ölçüdə, 90 manat dəyərində; 20) Taxt döşəyi, 42 manat dəyərində; 21) Taxt yorğanı, 15 manat dəyərində, 22) Balış, sintifon, 4 ədəd, 24 manat dəyərində; 23) Örtük, 2 ədəd, 18 manat dəyərində; 24) Yorğan, sintifon, 2 ədəd, 9 manat dəyərində; 25) Qalın ədyal, böyük ölçülü, 15 manat dəyərində; 26) Qalın ədyal, kiçik ölçülü, 12 manat dəyərində; 27) Elektrikli soba, İtimat, 60 manat dəyərində. 11.Qətnamə ilə qət olunub ki, nikah dövründə əldə edilmiş aşağıda göstərilən əşyalara tərəflərin hər birinin ½ hissədə mülkiyyət hüququ tanınsın, əşyalar ilkin satış qiymətləri ilə açıq hərracda satılsın, satışdan əldə edilən vəsaitin ½ hissəsi iddiaçıya, ½ hissəsi cavabdehə verilsin: 1) Ətçəkən “Tefal”, 180 manat dəyərində; 2) Şirəçəkən “Tefal”, 120 manat dəyərində; 3) Mətbəx mebeli, 900 manat dəyərində; 4) Yataq otağı üçün dolab, 8 qapılı, 2.100 manat dəyərində; 5) Uşaq otağı üçün dolab, 3 qapılı, 480 manat dəyərində; 6) Televizor “Samsung”, 828 manat dəyərində; 7) Kondisioner “Samsung”, 479,4 manat dəyərində; 8) Soyuducu “Samsung”, 539, 4 manat dəyərində; 9) Kondisioner “Samsung”, 300 manat dəyərində; 10) Kiçik ev alətləri - ət çəkən və sok çəkən, 2 ədəd, 72 manat dəyərində 11) Asperator “Bosch”, 180 manat dəyərində; 12) Bişirmə paneli, 4 gözlü qaz, 60 manat dəyərində; 13) Televizor “Samsung”, 300 manat dəyərində; 14) Divan-kreslo, 1.080 manat dəyərində 15) Stol və 6 ədəd stul, 600 manat dəyərində; 16) Yataq dəsti, 540 manat dəyərində . 12.Qətnamə ilə qət olunub ki, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 13.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. 14.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun vəkili və nümayəndəsi Mehman İsmayılov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 15.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 16.İddia tələbi cehiz əşyaları, ər-arvadın ümumi əşyaları və qızıl-zinət əşyaları barədə olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Cehiz əşyalarına dair tələb barədə 17.İddia ərizəsində 52 adda cehiz əşyasına dair tələb irəli sürülsə də, birinci instansiya məhkəməsi 27 adda əşyanın mövcud oluğunu müəyyən edib, həmin əşyaların iddiaçıya qaytarılmasını, onların naturada qaytarılması mümkün olmadıqda isə dəyərinin ödənilməsini qət edib. Qalan əşyalara münasibətdə tələb rədd olunub. Apellyasiya şikayətində qətnamənin bir hissəsi – tələbin rədd edilməsinə aid hissəsi mübahisələndirilib. Mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən hissəyə aid olan cehiz əşyalarının mövcud olması və cavabdehin sabiliyində qalması sübut olunmur. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin əşyalara dair tələbi rədd edib, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılamldır. Ər-arvadın ümumi əşyalarına dair tələb barədə 18.İddia ərizəsində 18 adda ümumi əşyaya dair tələb irəli sürülsə də, brinci instansiya məhkəməsi 16 adda əşyanın tərəflərin ümumi mülkiyyəti olduğunu müəyyən edib və həmin əşyalarda onların hər birinin payını ½ hissə müəyyən edib. Qalan 2 əşyanın ərarvadın ümumi mülkiyyətində olması müəyyən edilmədiyinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq həmin əşyalara dair tələbi rədd edib. Birinci instansiya məhkəməsi 16 adda əşyanın hərracda satılmasını və satış pulunun paylara mütənasib bölünməsini qət etsə də, belə nəticə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsinin göstərişinə uyğun deyil. Həmin maddədə qeyd olunub: “Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər”. Ona görə də 16 adda əşya tərəflərin arasında aşağıdakı kimi bölünməlidir. 19.Göstərilən əşyalar iddiaçının ayrıca mülkiyyətinə verilməlidir: 1) Ətçəkən “Tefal”, 180 manat dəyərində; 2) Şirəçəkən “Tefal”, 120 manat dəyərində; 3) Kiçik ev alətləri- ət çəkən və şirə çəkən, 2 ədəd, 72 manat dəyərində; 4) Bişirmə paneli, 4 gözlü qaz, 60 manat dəyərində; 5) Televizor “Samsung”, 828 manat dəyərində; 6) Soyuducu “Samsung”, 539,4 manat dəyərində; 7) Asperator “Bosch”, 180 manat dəyərində; 8) Stol və 6 ədəd stul, 600 manat dəyərində; 9) Yataq dəsti, 540 manat dəyərində; 10) Divan-kreslo, 1.080 manat dəyərində. 20.Göstərilən əşyalar cavabdehin ayrıca mülkiyyətinə verilməlidir: 1) Mətbəx mebeli, 900 manat dəyərində; 2) Kondisioner “Samsung”, 479,4 manat dəyərində; 3) Kondisioner “Samsung”, 300 manat dəyərində; 4) Yataq otağı üçün dolab, 8 qapılı, 2.100 manat dəyərində; 5) Uşaq otağı üçün dolab, 3 qapılı, 480 manat dəyərində; 6) Televizor “Samsung”, 300 manat dəyərində. 21.İddiaçının mülkiyyətinə verilməli olan əşyaların cəmi dəyəri 4.199,4 manat, cavabdehin mülkiyyətinə verilməli olan əşyaların cəmi dəyəri 4.559,4 manat təşkil edir. Apellyasiya icraatı zamanı ümumi əşyaların göstərilən qaydada bölünməsi tərəflərlə müzakirə olunmuş, onların heç biri bu qaydada bölgüyə etiraz etməmişdir. 22.Beləliklə, qətnamə ümumi əşyaların hərracda satılması və satış pulunun tərəflərin arasında bölünməsinə aid hissədə ləğv edilməli, ümumi əşyalar tərəflərin arasında yuxarıda göstərilən qaydada bölünməlidir. İddiaçının ayrıca mülkiyyəti sayılan 6 adda əşya cavabdehin sahibliyində olduğundan həmin əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, əşyaların naturada qaytarılması mümkün olmadıqda isə dəyəri cavabehdən alınaraq iddiaçıya ödənilməlidir. Qızıl-zinət əşyalarına dair tələb barədə 23.Birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının qaytarılması barədə tələbi rədd edib və gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı həmin əşyaların cavabdehdə olmasına dair sübut təqdim etməyib, habelə iddia ərizəsində bu əşylara dair qeyd olunmuş xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayıb. 24.Müəyyən olunur ki, tələb olunan 29 adda qızıl-zinət əşyası mövcud olub, iddiaçıya məxsus olub və cavabdehin sahibliyində qalıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 25.Birinci, iddiaçı üzərində qızıl-zinət əşyaları olarkən çəkdirdiyi fotoşəkilləri məhkəməyə təqdim edib. Həmin fotoşəkillər iddiaçının qızıl-zinət əşyalarının olduğunu təsdiq edən sübut sayılır. İkinci, cavabdeh etirazını onunla əsaslandırıb ki, iddiaçı mənzildən gedərkən qızıl-zinət əşyalarını da özü ilə aparıb. Göründüyü kimi, cavabdeh bu etirazı ilə iki faktı etiraf etmiş olub: 1) qızıl-zinət əşyaları mövcud olub; 2) qızıl-zinət əşyaları iddiaçıya məxsus olub. İddiaçı bildirir ki, mənzildən gedərkən heç bir əşyasını, o cünlədən qızıl-zinət əşyasının aparmayıb. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlər də iddiaçının bildirdiyi məlumatın həqiqiliyini təsdiq edib. Göründüyü kimi, qızıl-zinət əşyalarının cavabdehin sahibliyində qaldığı müəyyən olunur. 26.Qızıl-zinət əşyalarının növünün, çəkisinin, əyarının və qiymətinin müəyyən edilməsi üçün onların qiymətləndiriciyə təqdim edilməsi zəruri olub, lakin cavabdeh sahibliyində olan həmin əşyaları qiymətləndirmə üçün təqdim etməyib. Ona görə də qızıl-zinət əşyalarının növü, çəkisi və əyarı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 106.2-ci maddəsinin göstərişinə uyğun olaraq, iddiaçının bildirdiyi məlumatlara əsasən müəyyən edilməlidir. Qızıl-zinət əşyaların qiyməti isə bu məlumatlara əsasən “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli MEB-***-**** nömrəli qiymətləndirmə hesabatına əsasən müəyyən edilib. Qiymətləndirmə hesabatında göstərilən qiymətlər iddia ərizəsində iddiaçının göstərdiyi qiymətlərdən yüksək olduğuna görə, iddiaçının göstərdiyi qiymətlər əşyaların qiyməti kimi müəyyən olunmalıdır. Yalnız bir əşyanın – qızıl beşliyin qiyməti iddia ərizəsində 1.000 manat, qiymətləndirmə hesabatına isə bundan aşağı – 800 manat müəyyən edilib. Ona görə də həmin əşyanın qiyməti 800 manat müəyyən edilməlidir. 27.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə qızıl-zinət əşyalarının qaytarılması barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilməli və həmin tələb təmin olunmalıdır. 28.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qismən – nikah dövründə əldə edilmiş əşyaların açıq hərracda satılmasına aid hissədə və qızıl-zinət əşyalarının qaytarılması barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilsin. Nikah dövründə əldə edilmiş aşağıdakı əşyalar cavabdeh Cavabdeh ayrıca mülkiyyətinə verilsin: 1) Mətbəx mebeli, 900 manat dəyərində; 2) Kondisioner “Samsung”, 479,4 manat dəyərində; 3) Kondisioner “Samsung”, 300 manat dəyərində; 4) Yataq otağı üçün dolab, 8 qapılı, 2.100 manat dəyərində; 5) Uşaq otağı üçün dolab, 3 qapılı, 480 manat dəyərində; 6) Televizor “Samsung”, 300 manat dəyərində. Nikah dövründə əldə edilmiş aşağıdakı əşyalar iddiaçı İddiaçı ayrıca mülkiyyətinə verilsin: 1) Ətçəkən “Tefal”, 180 manat dəyərində; 2) Şirəçəkən “Tefal”, 120 manat dəyərində; 3) Kiçik ev alətləri- ət çəkən və şirə çəkən, 2 ədəd, 72 manat dəyərində; 4) Bişirmə paneli, 4 gözlü qaz, 60 manat dəyərində; 5) Televizor “Samsung”, 828 manat dəyərində; 6) Soyuducu “Samsung”, 539,4 manat dəyərində; 7) Asperator “Bosch”, 180 manat dəyərində; 8) Stol və 6 ədəd stul, 600 manat dəyərində; 9) Yataq dəsti, 540 manat dəyərində; 10) Divan-kreslo, 1.080 manat dəyərində. İddiaçı İddiaçı ayrıca mülkiyyəti sayılan əşyalar cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılsın. Həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda dəyəri cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin. Qızıl-zinət əşyalarının qaytarılması barədə tələb təmin olunsun. Aşağıda göstərilən qızıl-zinət əşyaları cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin: 1) Boyunbağı, qolbağ dəsti, 750 əyar, 30 qram, 4.500 manat dəyərində; 2) Üzük, sırğa dəsti, brilliant qaşlı, 750 əyar, 18 qram, 2.700 manat dəyərində; 3) Nişan üzüyü, brilliant qaşlı, 750 əyar, 8 qram, 1500 manat dəyərində; 4) Boyunbağı, mirvari ilə, 585 əyar, 10 qram, 300 manat dəyərində; 5) Gül komplekt – üzük və sırğa, 750 əyar, 11 qram, 1.650 manat dəyərində; 6) Oval şəklində komplekt – üzük və sırğa, 585 əyar, 8 qram, 850 manat dəyərində; 7) Uşaq komplekti - “Mələk” sırğa və üzük, 585 əyar, 5 qram, 500 manat dəyərində; 8) Şəbəkə sırğa, 585 əyar, 5 qram, 500 manat dəyərində; 9) Toplu sırğa, 585 əyar, 3 qram, 250 manat dəyərində; 10) Sırğa, uşaq üçün, halqa formalı, 585 əyar, 2 qram, 200 manat dəyərində; 11) Sırğa, uşaq üçün, qırmızı qaşlı, 583 əyar, 4 qram, 300 manat dəyərində; 12) Sırğa, qara qaşlı, Vancleef, 585 əyar, 7 qram, 600 manat dəyərində; 13) Şəbəkə üzük, 750 əyar, 6 qram, 900 manat dəyərində; 14) Üzük, ağ qaşlı, yarpaqlı, 583 əyar, 3 qram, 300 manat dəyərində; 15) Üzük, Vancleef, 585 əyar, 6 qram, 700 manat dəyərində; 16) Uşaq üzüyü “Mickey Mouse”, 585 əyar, 2 qram, 200 manat dəyərində; 17) Qolbağ, zəncir formalı, 585 əyar, 6 qram, 720 manat dəyərində; 18) Qolbağ, mirvari-arası qızıl, 585 əyar, 25 qram, 300 manat dəyərində; 19) Qolbağ, uşaq üçün, ad yazılan, 750 əyar, 3 qram, 250 manat dəyərində; 20) Qolbağ, uşaq üçün, ad yazılan, 2 ədəd, 585 əyar, 6 qram, 550 manat dəyərində; 21) Qolbağ, uşaq üçün, halqa formalı, 585 əyar, 4 qram, 300 manat dəyərində; 22) Boyunbağı, 750 əyar, 8 qram, 820 manat dəyərində; 23) Boyunbağı, toplu klonlu, 585 əyar, 5 qram, 250 manat dəyərində; 24) Boyunbağı, 583 əyar, 2 qram, 200 manat dəyərində; 25) Klon, damla formalı, 583 əyar, 1 qram, 100 manat dəyərində; 26) Klon, nal formalı, 583 əyar, 1 qram, 100 manat dəyərində; 27) Klon, kitab formalı, 583 əyar, 4 qram, 200 manat dəyərində; 28) Klon, ürək formalı, Tiffany, 585 əyar, 1 qram, 100 manat dəyərində; 29) Qızıl beşlik, 1 ədəd, 800 manat dəyərində. Qızıl-zinət əşyaların naturada qaytarılması mümkün olmadıqda dəyəri cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar