Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-991/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Hörmətova Samirə Romik qızına qarşı “alimentin azaldılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Əlili İsrafil Muğan oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh X3 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan ##.##.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadında göstərilmiş uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,15 misli həddində indeksasiya ilə artırılmış aliment məbləğinin dəyişdirilərək, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının aylıq qazancı müntəzəmdir. “xxxx” MMC-də icraçı direktor vəzifəsində çalışır, aylıq əmək haqqı 555,43 manat təşkil edir. Vergi və digər ödənişlər tutulduqdan sonra isə 500 manat əmək haqqı alır. Onun yaşamağı üçün aldığı əmək haqqı özünə çatmır. Buna baxmayaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində alimentin indeksasiya edilməsinə razıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalında həkim vəzifəsində çalışır. X3 aylıq gəliri 1000 manatdan yuxarıdır.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim A.Əsədzadə) iddiaçı İddiaçı cavabdeh X3 qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırkı işin halları baxımından isə iddiaçı onun və ya cavabdehin maddi və ya ailə vəziyyətində hər hansı dəyişiklik olduğunu sübut edə bilməmiş, bununla bağlı mötəbər sübutları təqdim edə bilməmişdir. Aliment miqdarının azaldılması üçün zəruri olan dizpozitiv şərtlərə uyğun faktiki halların mövcudluğunun iş materialları ilə sübut edilməməsi isə hazırkı iddianın rədd edilməsi üçün kifayətdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiac ının aylıq qazancı mu ntəzəmdir, “xxxx”MMC-də icrac ı direktor vəzifəsində c alıs ır, aylıq əmək haqqı 555,43 manat təs kil edir. Vergi və digər o dənis lər tutulduqdan sonra isə 500 manat əmək haqqı alır. Onun yas amag ı u c u n aldıg ı əmək haqqı o zu nə c atmır, təyin edilmiş məbləğin ödənilməsi onun imkanları xaricindədir. Buna baxmayaraq, o lkə u zrə mu əyyən olunmus minimum əmək haqqının 0,88 misli həddində alimentin indeksasiya edilməsinə razıdır. Cavabdeh Azərbaycan Respublikası Mu dafiə Nazirliyinin Hərbi Hospitalında həkim vəzifəsində c alıs ır. Ho rmətova Samirə Romik qızının aylıq gəliri 1000 manatdan yuxarıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Yasamal Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi və vəkili Əlili İsrafil Muğan oğlu öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
- 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; -110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.
12. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilib.
13. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** saylı qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçı İddiaçı ##.##.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,13 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh X3 ödənilməlidir.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, 2(001)- ****/**** nömrəli qətnaməsinə əsasən İddiaçı ilə X3 arasında bağlanmış nikah pozularaq ##.##.2010cu il təvəllüdlü X5 anası X3 yanında saxlanması və ##.##.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 250 manat məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ərizə təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,15 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
20. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, İddiaçı “xxxx” MMC-də icraçı direktor vəzifəsində işləməklə aylıq əmək haqqı 555,3 manat təşkil edir.
21. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinika tərəfindən ##.##.2025-ci il tarixdə verilən arayışdan görünür ki, X3 orta aylıq əmək haqqı vergilər tutulduqdan sonra 1319,34 manat təşkil edir.
22. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında nikah bağlanmış və birgə nikahdan tərəflərin ##.##.2010-cu il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaq ananın yanında saxlanılmış, uşağın saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutulmuşdur. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçıdan tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,15 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Hazırda isə iddiaçı tutulan aliment məbləğinin azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,88 misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş edir.
23. İddiaçının apellyasiya şikayətində göstərdiyi əsas dəlil ondan ibarətdir ki, onun aylıq əmək haqqı 555,43 manat təs kil edir. Vergi və digər o dənis lər tutulduqdan sonra isə 500 manat əmək haqqı alır. Onun yas amag ı u c u n aldıg ı əmək haqqı o zu nə c atmır, təyin edilmiş məbləğin ödənilməsi onun imkanları xaricindədir. Buna baxmayaraq, o lkə u zrə mu əyyən olunmus minimum əmək haqqının 0,88 misli həddində alimentin müəyyən edilməsinə razıdır.
24. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə qismən razılaşır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən iddiaçıdan tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,15 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Bu isə hazırda 860 (400x2.15=860) manat məbləğə bərabərdir. İddiaçının rəsmi iş yerindən aldığı əmək haqqı 555,43 manat təs kil etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,15 misli həddində, yəni hazırda 860 manat məbləğində alimentin tutulması iddiaçının aldığı əmək haqqı ilə qeyri-mütənasiblik təşkil edir.
25. Digər tərəfdən isə, iddiaçı alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində, yəni hazırda 352 manat həddində müəyyən edilməsini tələb edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının təklif etdiyi məbləğ kifayət deyildir.
26. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən uşağı saxlamaq hər iki valideynin borcudur. İş materiallarından göründüyü kimi uşağın anası da işləyir və onun orta aylıq əmək haqqı vergilər tutulduqdan sonra 1319,34 manat təşkil edir.
27. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı ##.##.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,13 misli həddində (hazırda 452 manat) sabit pul məbləğində alimentin tutulması ağlabatan və ədalətli hesab olunmalıdır.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçı İddiaçı ##.##.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,13 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh X3 ödənilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı İddiaçı ##.##.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,13 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov