Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1259/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Piriyeva (Hüseynova) Vüsalə Nəriman qızına qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Piriyeva (Hüseynova) Vüsalə Nəriman qızının iştirakı ilə iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Piriyeva (Hüseynova) Vüsalə Nəriman qızına (bundan sonra - cavabdeh) qarşı aliment tələbinə dair mülki işi üzrə Ağstafa Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh ## ###### 2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ər-arvad olmuşlar və onların birgə nikahlarından ##.##.2013-cü il təvəllüdlü Rafiq və ##.##.2015cü il təvəllüdlü Səfər adlı uşaqları doğulmuşdur. Ağstafa Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş uşaqların atalarının(hazırki iş üzrə iddiaçının) himayəsinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından anadan olmuş ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər bir uşağın saxlanılması üçün 100 manat olmaqla, iki uşağın saxlanılması üçün ümumilikdə 200 manat miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, cavabdehlə nikahı pozulduqdan sonra uşaqlara o baxır, cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir və heç bir maddi yardım göstərmir. Uşaqların saxlanması, qidalanması, təhsili, səhhəti ilə bağlı məsələlər maddi vəsait tələb etdiyindən və bunların tək onun tərəfindən qarşılanması mümkün olmadığından hesab edir ki, cavabdeh uşaqların saxlanması üçün aliment verməyə borcludur. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(*-***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tаrixli qətnaməsi ilə (hakim C.Həsənov) iddia tələbinin təmin edilməsi, cavabdeh Piriyeva (Hüseynova) Vüsalə Nəriman qızından ## ###### 2013-cü il təvəllüdlü X1 və ## ###### 2015-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni ##.##.2026-cı il tarixdən başlayaraq iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,25 misli, iki uşaq üçün cəmi 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşaqların maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən, cavabdeh isə uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən bir uşağın saxlanılması üçün 100 manat olmaqla hər ay iki uşağın saxlanılması üçün ümumilikdə 200 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ## ###### 2013cü il təvəllüdlü X1 və ## ###### 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,25 = 100 manat) 0,25, iki uşağa görə 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.2, 75.3, 75.4, 78.1, 78.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 124, 217.4-cü maddələlərinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Tərəflərin nikahları pozulduqdan sonra uşaqlar iddiaçının himayəsində saxlanıldı. Belə ki, cavabdeh həmin vaxt keysəriyyə əməliyyatından sonrakı fəsadlarla bağlı əməliyyat olunmuşdur. Səhhəti uşaqlara baxmağa imkan vermirdi. Buna görə uşaqları atalarına vermək məcburiyyətində qalmışdır. Cavabdehin nikahın pozulmasına dair ərizəsində də səhhəti ilə əlaqədar uşaqları saxlaya bilmədiyini, buna görə atasına verdiyini qeyd etmişdir. İddiaçı ilə nikahı pozulduqdan sonra cavabdeh yenidən ailə qurmuş və ##.##.2019-cu ildə onun Elcan adlı bir övladı dünyaya gəlmişdir. İkinci yoldaşı ilə də ayrıldığı üçün uşaq cavabdehin himayəsindədir. Ona təkbaşına baxır. Cavabdehin hər iki gözündə zəiflik və çəpgözlük var. “Hər iki gözdə müştərək xarici çəpgözlük. Sadə miopik astiqmatizm. Ambliopiya” xəstəliyindən əziyyət çəkir. Bundan başqa qarın boşluğundan dəfələrlə əməliyyat keçirmişdir. Səhhətində problem olduğu üçün işləyə bilmir. Himayəsində olan azyaşlı uşağı çətinliklə dolandırır. Belə ki, uşağa təkbaşına baxmağı ilə yanaşı, uşaq həm də xəstədir. İddiaçının himayəsində qalmış uşaqlara aliment ödəməyə cavabdehin heç cür imkanı yoxdur. İddiaçı kişidir, sağlamdır, iş qabiliyyəti var. Tərəflər bir yerdə yaşayan zaman cavabdeh heç vaxt işləməmişdir. İddiaçı özü ailəni dolandırıb. İddiaçı indi də ailəni dolandırmağa qadirdir, cavabdehdən aliment almağa ehtiyacı yoxdur. Cavabdeh həm özünün, həm də himayəsində olan uşağın xəstə olması ilə bağlı sənədləri, işsizlik barədə arayışı məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə onun təqdim etdiyim sənədlərə heç bir qiymət verməmiş, cavabdehin maddi və ailə vəziyyətini nəzərə almadan iddia tələbini təmin etmişdir. Məhkəmənin təyin etdiyi məbləğ yüksək məbləğdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, uşaqlar onun himayəsindədir. Hazırda işləmir. Uşaqlar böyüdükcə onların tələbatı artır. Uşaqlara məktəb ləvəzimatları almağa belə imkanı yoxdur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iş üzrə tərəflərin birgə nikahlarından – ##.##.2013-cü il təvəllüdlü Rafiq və ##.##.2015-cü il təvəllüdlü Səfər adlı uşaqların doğulmasına baxmayaraq onların münasibətləri pisləşmiş və ayrılmışlar. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Hazırda iddiaçı heç bir gəlirinin olmadığını bildirirərək, uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər uşağa görə 100 manat məbləğində alimentin tutulmasını xahiş edir. Rayon Məhkəməsi iddianı təmin edərək, hər ay hər uşağa görə ölkə üzrə minumum əmək haqqının 0,25 misli həcmində alimentin tutulmasını qət etmişdir. Tutulması qət edilmiş aliment məbləğindən narazı qalan cavabdeh apellyasiya şikayətində qeyd edir ki, maddi imkanı zəif olduğundan Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləğini ödəmək iqtidarında deyil. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, hazırda cavabdehin maddi imkanının olub-olmaması onu öz valideynlik vəzifəsinin icrasından azad edə və uşağın ehtiyaclarının minimum təmin edilməsi şəraitində böyümək hüququndan məhrum edə bilməz. Bundan başqa, qeyd etmək lazımdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Hazırda uşaqlar atası, yəni iddiaçı ilə birlikdə yaşayır. Belə olan halda, uşağın qayğıları ilə məşğul olmaq, məişət tələbatlarını ödəmək və s. kimi gündəlik həyat prosesində yaranan məsələləri həll etmək yükü əsas etibarilə, atanın üzərinə düşür. Aliment ödəməyə borclu olan tərəf indiki halda cavabdehdir. Lakin cavabdeh öz üzərinə düşən vəzifədən yayınaraq, iddiaçını, yəni atanı həmin vəzifəyə ortaq etmək niyyəti ilə çıxış edir. Məhkəmənin fikrincə isə cavabdehin bu mövqeyi ədalət prinsipi baxımından düzgün deyildir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Piriyeva (Hüseynova) Vüsalə Nəriman qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1259/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-1259/2026
14.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver