Məhkəmə qərarları › İş №2(3-7)-131/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-131/2026

06.04.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-131/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İddiaçı cavabdeh Bərdə Regional ASAN-Xidmət Mərkəzi Mərkəzində Notariat Ofisinə qarşı və 3-cü şəxs “xxxx” KB ASC-nə qarşı iş üzrə (Açar sözlər: notariat icra qeydinin ləğvi) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi, X2, üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Bərdə Regional ASANXidmət Mərkəzi Mərkzində Notariat Ofisinə qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC və “xxxx” KB ASC cəlb edilməklə Bərdə Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən ondan müştərək qaydada 46570 manat 20 qəpik tutulması üçün verilmiş ##.##.2025-ci il tarixli 8İ-797 saylı notariat icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ## ######## 2023-cü il tarixli, 6187 BRD/**-EM nömrəli əsas Kredit və X5 görünür ki, “xxxx” KB ASC tərəfindən İddiaçı illik 32 faiz ödəmək şərti ilə 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti açılmışdır.

2. ## ######## 2023-cü il tarixli 6182mic BRD/** nömrəli əlavə kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” KB ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 45000 manat kredit verilmişdir.

3. ## ######## 2023-cü il tarixli 6182mic BRD/** saylı zaminlik müqaviəsindən görünür ki, ## ######## 2023-cü il tarixli 6182mic BRD/** nömrəli kredit müqaviləsinin təminatı olaraq “xxxx” KB ASC ilə X3 arasında zaminlik müqaviləsi imzalanmışdır.

4. Kredit müqaviləsinə * saylı əlavədən görünür k, tərəflər kredit müqaviləsi üzrə aylıq 1743 manat sonuncu ay isə 1691.61 manat ödəməyi razılaşdırmışlar.

5. İddiaçı ****micBRD/** nömrəli kredit müqaviləsi üzrə ## ###### 2024-cü il tarixə borcu 39453,21manat əsas, 6412.3 manat faiz borcu, 679.69 manat cərimə borcu olmaqla cəmi 46545, 20 manat təşkil edir.

6. ## ###### 2024-cü il tarixli bildirişin surətindən görünür ki, “xxxx”KB ASC tərədindən İddiaçı, X3, X4 borcun ödənilməsi barədə bildiriş göndərilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir.

7. Poçt xəbərnaməsindən görünür ki, “xxxx” KB ASC tərəfindən verilmiş bildiriş İddiaçı, X3, X4 tərəfindən ## ###### 2024-cü il tarixdə qəbul edilmişdir.

8. ## ###### 2025-ci il tarixli icra qeydinin surətindən görünür ki, “İddiaçı zamin X3 və X4 45865,51 manat elədəcə 679,69 manat cərimə,25 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 46570 manat pul tutulmalıdır.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı cavabdeh Bərdə Regional ASAN-Xidmət Mərkəzi Mərkəzində Notariat Ofisinə qarşı və 3-cü şəxs “xxxx” KB ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bərdə Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən ondan müştərək qaydada 46570 manat 20 qəpik tutulması üçün verilmiş ##.##.2025-ci il tarixli 8İ-797 saylı notariat icra qeydinin ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3-cü şəxs olan “X6 tələbi üzrə Bərdə Regional ASAN-Xidmət Mərkəzi Mərkəzində Notariat Ofisinin notarisu Bənövşə Əlizadə tərəfindən ondan 46570 manat 20 qəpik pul məbləğinin tutulmasına dair verilmiş ##.##.2025ci il tarixli 8İ-797 saylı notariat qeydi verilmişdir. Bu barədə o yalnız Bərdə rayon İcra Şöbəsinin çağırışından sonra xəbəri olmuşdur. Pensiyasından tutulma aparıldıqdan sonra ona məlum olmuşdur. Bundan sonra o ASAN Xidmət mərkəzinə gedərək yazıl ərizə ilə notariat ofisinə müraciət edib notariat qeydi almağa səy göstərsə də lakin notariat həmin icra qeydini ona verməkdən imtian etmişdir. O məcbur olub icra qeydinin surətii İcra Şöbəsindən almışdır. 3-cü şəxs olan “xxxx” KB ASC notariat hərəkətlərinin aparılması haqqında təlimatın 161-ci bəndinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir tələbinə əməl etməmişdir.Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.

11. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli protokol-qərardadı ilə “xxxx”ASC iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdirlər.

12. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim B.Y.Məhərrəmov) İddiaçı cavabdeh Bərdə Regional ASANXidmət Mərkzində Notariat Ofisinə qarşı, üçüncü şəxs “xxxx” KB ASC cəlb edilməklə Bərdə Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 8İ-797 saylı notariat icra qeydinin ləğvinə dair iddiası təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən icra qeydi qanunvericiliyin tələbinə uyğun tərtib edilmiş, “Notariat haqqında” Qanununun 76-cı maddəsinin tələbləri gözlənilmiş və notarius tərəfindən tərtib edilən icra qeydi icraya yönəldilmişdir. Buna görə məhkəmə hazırki işdə notariusun icra qeydinin ləğvi ilə bağlı hər hansı maddi və prosessual əsas görmür və iş materiallarından bu hal müəyyən olunmur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hazırki iddianı əsassız hesab edir.

14. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, hazırkı iddia tələbinin dəlilləri iddiaçının yaranmış borcun tutulmaya yönəldilməsinə dair bildirişin iddiaçıya təqdim edilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bildirişlər iddiaçıya kuryer xidməti ilə göndərilmiş, xəbərnamədə iddiaçının imzasının olub-olmaması isə əhəmiyyət kəsb etmir. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən şifahi telefon danışıqlarından çıxarışdan görünür ki, iddiaçı ilə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək müxtəlif vaxtlarda dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış və müqavilə üzrə öhdəliklərin icra edilməsi tələb edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yaranmış borc iddiaçı tərəfindən mübahisələndirilməməklə yanaşı iddia müddəti ötməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 76, 79-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. “Mülki işə əlavə olunmuş ## ######## 2023-cü il tarixli, 6187 BRD/**-EM nömrəli əsas Kredit və X5 görünür ki, “xxxx”KB ASC tərəfindən İddiaçı illik 32 faiz ödəmək şərti ilə 120 ay müddətinə 300.00 manat məbləğində kredit xətti açılmışdır. Mülki işə əlavə olunmuş ## ######## 2023-cü il tarixli 6182mic BRD/** nömrəli əlavə kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” KB ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 45000 manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş ## ######## 2023-cü il tarixli 6182 mic BRD/** saylı zaminlik müqaviəsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq “xxxx” KB ASC əli X3 və arasında zaminlik müqaviləsi imzalanmışdır. Mülki işə əlavə edilmiş kredit müqaviləsinə * saylı əlavədən görünür ki, tərəflər kredit müqaviləsi üzrə aylıq 1743 manat sonuncu ay isə 1691.61 manat ödəməyi razılaşdırmışlar. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı ****micBRD/** nömrəli kredit müqaviləs i üzrə ## ###### 2024-cü il tarixə borcu 39453,21manat əsas, 6412.3 manat faiz borcu, 679.69 manat cərimə borcu olmaqla cəmi 46545, 20 manat təşkil edir.” Beləliklə, bir daha qeyd edir ki, Notariat Ofisi tərəfindən qeyd olunan icra qeydi verilərkən yuxarıda qeyd olunan Təlimatın tələbləri pozulmuş, Təlimatın tələbinə uyğun olaraq göstərilməsi məcburi olan məlumatlar İcra Qeydində tam olaraq göstərilməmişdir. İcra qeydi ləğv edilməsə tərəfindən əsas borc, faiz borcu və cərimə məbləğinin mübahisələndirilməsi imkanından məhrum olunur. Beləliklə də, onun Konstitusiyada nəzərdə tutulmuş hüquqları pozulur. Təssüf ki, iddiaçı bank ASC onunla lazımi qaydada danışıqlar üçün təşəbbüs nümayiş etdirməyibdir. Hansı ki, müqavilə Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. (389.1) müqavilənin mühüm şərtləri haqqında yalnız tərəflərin iradə ifadəsi əhəmiyyət kəsb edir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. O, iddiaçı Bank ASC ilə müqavilənin mühüm şərtləri barədə razılığa gəlikdə həm də onu razılaşmış oldu ki, birinci halda mübahisələr öz aralarında həllini tapmalıdır və bunun üçün mübahisə yarandığını düşünən tərəf ciddi təşəbüskarlıq nümayiş etdirməlidir. Lakin, göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sadalanan faktlar ilə birgəlikdə yerinə yetirlməsi ilə bağlı müqavilə öhdəliklərinin icrasından imtina etməsini də verilən maddi hüquq normaları işığında ədalətli və obeyktiv şəkildə qiymətləndirə bilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən, AR KM-nin ## ### 2025-ci iltarixli Aərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1- ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarındakı mövqeyini də nəzərə almamışdır. Həmin qərarda bildirilir ki, -icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun yaranma əsasını, məbləğini və s.) isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə mübahisələndirə bilər. Bu, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi, mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir. Onların tərəfindən banka ödənişlər olubdur. Məhkəmənin çəkişmə prinsipini təmin etməməsi həmin sübutların məhkəməyə təqdim etməkdən onları məhrum buraxmışdır. Habelə, göstərilən kredit müqaviləsi üzrə borclunun hesablaşma hesabına pul vəslərinin köçürüləri iş materiallarına təqdim olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri c) Etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətini müdafiə edərək, maddi təminatının aşağı olması səbəbi ilə icra qeydinin ləğv edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının 2024-cü ilin dekabrından ödənişləri dayandırdığını qeyd etdi.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, cavabdeh Bərdə Regional ASAN-Xidmət Mərkəzi Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Maddə 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Maddə 167. Borcu müəyyən edən vahid formalı (məsələn, bank borcu) sənədlər üzrə bir neçə icra qeydi aparıldıqda, notariusda borcu (borclulardan biri üçün) müəyyən edən sənədin (Bu Təlimatın 31-ci hissəsinin dördüncü və beşinci abzasları nəzərə alınmaqla) bir surəti və borclarının tutulması üçün icra qeydləri aparılmış borcluların siyahısı (borcluların tam adı və ünvanı, ödəmə müddətləri, icra qeydi üzrə tələbin məbləği, lazım gəldikdə isə digər məlumatlar göstərilməklə) saxlanıla bilər.

23. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 77. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı Bənd 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşdən görünür ki, “xxxx KB” ASC ilə borcalan X2 arasında bağlanılmış ##.##.2023cü il tarixli əsas kredit və bank hesabı müqaviləsinə görə borcverən borcalana 300.000 manat məbləğində, illik 32 faiz olmaqla, 120 ay müddəti ərzində kredit limiti vermiş, bu müqavilə çərçivəsində tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən borcalana illik 23% ödəməklə 36 ay müddətinə qaytarmaq şərti ilə ümumilikdə 45000 manat məbləğində kredit verilmiş, borcalanın öhdəliklərinin icrasının təminatı olaraq X3 ilə bank arasında ##.##.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kreditor ##.##.2024cü ildə borclulara borcun 20 gün müddətində ödənilməyəcəyi halda notarius tərfəindən icra qeydi aparılacağı barədə bildiriş göndərmiş, həmin bildiriş ##.##.2024-cü ildə borclulara çatdırılmışdır.

30. Bərdə Regional ASAN-Xidmət Mərkəzi Mərkəzində Notariat Ofisi ##.##.2025-ci il tarixində İddiaçı və zamin X3 və X4 45865,51 manat elədəcə 679,69 manat cərimə,25 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 46570 manat pul tutulmalıdır.

31. İşin hallarından müəyyən edilir ki, borclu tərəffindən kredit müqaviləsi üzrə ödənişlər müqavilədə razılaşdırılmış qaydada həyata keçirilmədiyinə görə kreditor icra qeydinin verilməsi barədə müraciət etmişdir.

32. İddiaçı icra qeydinin qanunvericiliyin tələblərinin pozulması ilə verildiyini, onun vaxtında məlumatlandırılmadığını bildirsə də, işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2018-ci il tarixli **-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forma və məzmununa uyğun iddiaçı kredotor tərəfindən icra qeydinin veriləcəyi ilə bağlı müəyyən edilmiş 20 günlük müddət gözlənilməklə məlumatlandırılmış, bundan sonra icra qeydi verilmişdir.

33. Yuxarıda istinad olunan “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana sifarişli poçt göndərişi (məktubu) göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

34. İşdən görünür ki, qeyd olunan müddət gözlənildikdən sonra tələbkar bank tərəfindən icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət edilmiş, bununla da qanunvericiliyin tələblərinə əməl edilmişdir.

35. İddiaçı həmçinin bildirir ki, icra qeydi forma və məzmunca düzgün tərtib edilməməklə bərabər həmçinin əsassız qəbul edilmişdir.

36. Qanunvericiliyin tələbinə əsasən icra qeydi notarius tərəfindən borclunun olduğu yer üzrə aparılır. İşdən görünür ki, həm borcalan, həm də zaminlərin olduqları yer üzrə notarius tərəfindən icra qeydləri aparılmışdır. Eyni zamanda, icra qeydinin məzmunundan görünür ki, həmin sənəddə zəruri olan bütün məlumatlar göstərilmişdir.

37. İcra qeydinin forma və məzmunca düzgün tərtib edilməməsi ilə bağlı iddiaçının dəlilini də məhkəmə kollegiyası əsassız sayaraq qeyd edir ki, notarius tərəfindən bununla bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilmir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar