Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-138/2026 11.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin e-2(062)-225/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 365000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin e-2(062)-225/2025-039 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 238700 (iki yüz otuz səkkiz min yeddi yüz) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 528.7 manat (beş yüz iyirmi səkkiz manat yetmiş qəpik) məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin e-2(062)-225/2025 saylı 06 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh (birləşdirilmiş iddia tələbi üzrə iddiaçı) Cavabdeh 19 dekabr 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Tovuz Rayon Məhkəməsinin e-2(062)-225/2025-039 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Süleyman Hacıyev) apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Allaherdi qızı xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət verərək, Tovuz Rayon Məhkəməsinin e-2(062)-225/2025-039 saylı xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində pozulması və ya düzgün tətbiq edilməməsi hesab edilən hər bir maddi və prosessual hüquq normasının qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni qeyd etmişdir. Həmçinin birinci instansiya məhkəməsinə təqdim edilməmiş “disk, məktublar və qətnamə” kimi yeni sübutlar apellyasiya instansiya məhkəməsinə birbaşa təqdim ediləcəkdir. O cümlədən şikayətin tərtibi başa çatıdırıldıqdan sonra bəzi bəndlər təkrar qeyd edilməsi şikayətçinin mövqeyi ilə bağlıdır. Tovuz Rayon Məhkəməsinin e-2(062)-225/2025-039 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayəti Müllki Prosessual Məcəllənin 2 saylı əlavəsində müəyyən edilmiş formada verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində pozulması və ya düzgün tətbiq edilməməsi hesab edilən hər bir maddi və prosessual hüquq normasının qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinə təqdim edilməmiş “disk, məktublar və qətnamə” kimi yeni sübutlar göstərilsə də həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməmiş, həmin predmetlər faktiki olaraq şikayətə əlavə edilməmişdir. O cümlədən şikayətin tərtibi başa çatdırıldıqdan sonra bəzi bəndlər təkrar qeyd edilməklə şikayətin forması ilə bağlı tələbə riayət edilməmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki prosessual qanunvericiliyin tələbindən göründüyü kimi, sübutları məhkəməyə, o cümlədən yeni sübutları apellyasiya instansiyasına təqdim etmək işdə iştirak edən şəxsin qanunla müəyyən edilmiş hüququdur və məhkəmə heç bir halda bu hüququ məhdudlaşdıra bilməz. Lakin, təqdim olunmuş sübutların qəbul edilməsi və mümkünlüyü baxımından qəbul edilməsi məhkəmə tərəfindən həll olunur. Həmçinin, apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş sübutların apellyasiya instansiyası tərəfindən qəbul edilib-edilməməsi birinci instansiya məhkəməsinin deyil, apellyasiya instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;https://e-qanun.az/framework/46945 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər konkret olaraq apellyasiya şikayətində göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə uyğun tərtib edilmişdir və MPM-nin 361-ci maddəsinin tələblərinə də uyğundur. Apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından apellyasiya şikayətinə üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Birinci instansiya məhkəməsi isə göstərilən hallara düzgün qiymət vermədən apellyasiya şikayətinin qaytarılması barədə yanlış nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayəti MPM-in 2 saylı əlavəsinə uyğun tərtib edildiyindən iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Tovuz Rayon Məhkəməsinin e-2(062)-225/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin e-2(062)-225/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən Tovuz Rayon Məhkəməsinin e-2(062)-225/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-138/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-138/2026
11.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver