Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-143/2026 31.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X7 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X8 ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçının nümayəndəsi (vəkil) vəkil1 Natiq oğlunun, cavabdehin vəkili X4 iştirakı ilə, Işin halları
1. X23 surətlərindən görünür ki, Imanov Mirzə Tahir oğlu ilə X5 birgə ailə münasibətlərindən ##.##.2013-cü il tarixdə X1, ##.##.2017-ci il tarixdə X2 və ##.##.2020-ci il tarixdə X3 doğulmuşlar.
2. X13 Haqqında Şəhadətnamələrin surətlərindən görünür ki, ##.##.2013-cü il tarixdə doğulmuş X1, ##.##.2017-ci il tarixdə doğulmuş X2 və ##.##.2020-ci il tarixdə doğulmuş X3 anaları X6, ataları Imanov Mirzə Tahir oğludur.
3. Qəbzlərin surətindən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün vəkil haqqı olaraq 320 manat ödəmiş, 60 manat mediasiya xərci çəkmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
4. Iddiaçı X5 cavabdeh Imanov Mirzə Tahir oğluna qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2013-cü il doğum tarixli X1, ##.##.2017-ci il doğum tarixli X2 və ##.##.2020-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Imanov Mirzə Tahir oğlundan onun xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246 manat) sabit pul məbləğində aliment tutulması, habelə 320 (üç yüz iyirmi) manat vəkil xərcinin cavabdeh Imanov Mirzə Tahir oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Imanov Mirzə Tahir oğlu ilə ##.##.2012-ci il tarixdə qeyri-rəsmi ailə münasibətləri qurmuşdur. Birgə ailə münasibətlərindən ##.##.2013-cü il tarixdə X1, ##.##.2017-ci il tarixdə X2 və ##.##.2020-ci il tarixdə X3 doğulmuşlar. Uşaqların atalıqları müəyyən edilmişdir. Toy mərasimindən sonra o, cavabdeh Imanov Mirzə Tahir oğlu və onun valideynləri ilə birlikdə Gədəbəy rayonu Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və təxminən 7 il həmin ünvanda yaşamışlar. Daha sonra onlar Gəncə şəhərinə köçərək 6 ay kirayə tutduqları mənzildə yaşamış, sonradan isə Şəmkir rayonu, Könüllü kəndində yaşayış sahəsi tikdirmişlər. Cavabdeh ilə əvvəlcə normal ailə münasibətləri mövcud olmuş, lakin sonradan aralarında teztez ailə münaqişələri yaranmışdır. 2024-cü ilin yanvar ayında ayrılmışlar. Iddiaçı uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Bu səbəbdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Imanov Mirzə Tahir oğlundan onun xeyrinə aliment tutulmasını xahiş etmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. O, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul oldur. O, hər ay hər uşaq üçün 246 manat, ümumilikdə isə üç uşaq üçün 738 manat aliment ödəyə bilər.
6. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin qismən təmin edilməsi, ##.##.2013-cü il tarixdə doğulmuş X1, ##.##.2017-ci il tarixdə doğulmuş X2 və ##.##.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ##.##.2025-ci il tarixdən başlayaraq Imanov Mirzə Tahir oğlundan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.25 misli həddində aliment alınaraq, X5 verilməsi, ödənilmiş 60 manat mediasiya xərci və 150 manat vəkil haqqının əvəzi Imanov Mirzə Tahir oğlundan alınaraq, X5 verilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər 2012-ci ildə nikah bağlamadan ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən ##.##.2013-cü il tarixdə X1, ##.##.2017-ci il tarixdə X2 və ##.##.2020-ci il tarixdə X3 doğulmuşlar. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər. Iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 246 manat alimentin cavabdehdən alınaraq, ona verilməsini tələb etmişdir. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşaqların layiqli həyat şəraitinin təmin edilməsi üçün onlara minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin də maddi vəziyyətini, cavabdehin tam əmək qabiliyyətinin olmamasını eləcə də, Azərbaycan Respublikasında yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ##.##.2013-cü il tarixdə doğumuş X1, ##.##.2017-ci il tarixdə doğulmuş X2 və ##.##.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ## ###### 2025-ci il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0.25 misli qədər aliment Imanov Mirzə Tahir oğlundan alınaraq, X5 verilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 100.2-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı X5 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, uşaqları – ##.##.2013-cü il doğum tarixli X1, ##.##.2017-ci il doğum tarixli X2 və ##.##.2020-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Imanov Mirzə Tahir oğlundan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində (246 manat) sabit pul məbləğində aliment tutulması və 320 manat vəkil xərcinin əvəzinin cavabdeh Imanov Mirzə Tahir oğlundan alınıb ona verilməsi barədə barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Imanov Mirzə Tahir oğlu ilə ##.##.2012-ci il qeyri-rəsmi ailə qurmuşdur və aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların üç övladları olmuşdur: ##.##.2013-cü il doğum tarixli X1, ##.##.2017-ci il doğum tarixli X2, ##.##.2020-ci il doğum tarixli X3 uşaqlarının atalığı müəyyən edilmişdir. O, Imanov Mirzə Tahir oğlu ilə toyları olduqdan sonra onun və valideynlərinin yaşadığı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Təxminən 7 il həmin evdə yaşamışdır. Ondan sonra onlar Gəncə şəhərinə kirayəyə köçüb və 6 ay kirayədə qalmışdılar. Daha sonra isə Şəmkir rayonu Könüllü kəndində özlərinə yaşayış sahəsi tikmişdilər. Cavabdeh Imanov Mirzə Tahir oğlu ilə əvvəllər normal ailə münasibətlərində yaşamışdılar. Lakin sonradan aralarında tez-tez ailə münaqişələri yaranmağa başlamışdır. Get-gedə bu cür vəziyyət dözülməz olmuşdur. Sonuncu dəfə 2024cü ilin yanvar ayında Imanov Mirzə Tahir oğlu ilə münaqişələri olmuş və həmin vaxtdan onunla ayrılmışdır. O, uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkmişdir. Ona görə də, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmasını istəmişdir. Hal-hazırda iki övladı məktəbə gedir. Onların hər birinin aylıq məktəb xərci, yeməyi, paltarı və digər tələbatları 200 manat edir. Təkcə hər ay hər bir uşağa 100 manat təhsil xərci çəkimişdir. Cavabdehin maddi imkanı yaxşıdır, fərdi əməklə məşğul olur. Belə ki,cavabdeh üçüncü qrup əlil olsa da, gündəlik fərdi əməklə (fəhləliklə) məşğul olur və hər gün 25-30 manat qazanc əldə edir ki, bu da ayda 750-900 manat pul edir. Həmçinin, cavabdeh üçüncü dərəcəli əlil kimi hər ay 180 manat müavinət alır. Həmin müavinəti də cavabdehin gəlirlərinə əlavə etsək, aylıq 1000 manat təşkil edir. Hesab edir ki, cavabdehin ona hər ay hər bir uşaq üçün 246 manat olmaqla üç uşaq üçün 738 manat aliment ödəməyə kifayət qədər imkanı vardır. Bundan başqa qeyd etmişdir ki, o, uşaqlarını saxladığı üçün işləmək imkanı yoxdur ki, uşaqların maddi ehtiyaclarını qarşılamaq üçün əlavə gəlir əldə etsin. Məhkəmə alimentin təyin edərkən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün minimum yaşayış həddinin 246 manat olmasına baxmayaraq və cavabdehin maddi imkanının yaxşı olmasına baxmayaraq alimentin miqdarını çox aşağı məbləğdə hər bir uşaq üçün 100 manat olmaqla kəsmişdir. Halbuki, bu dövrdə 100 manat bir uşağı saxlamaq, təhsil, geyim və digər xərclərini ödəmək, maddi ehtiyaclarını qarşılamaq üçün yetərli deyildir. Məhkəmə üç uşaq üçün cəmi 300 manat aliment təyin etmişdir ki, bu məbləğ də demək olar ki, bir uşağın alimenti edir. Odur ki, məhkəmə uşaqlarının minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə almamış, bununla da əsassız qətnamə çıxarmışdır. Məhkəmənin alimentin hər bir uşaq üçün 100 manat olmaqla üç uşaq üçün cəmi 300 manat həddində müəyyən etməsi heç bir sübutla sübuta yetirilmir. Göründüyü kimi, məhkəmə alimentin miqdarının bir uşaq üçün minumum əmək haqqının 0.25 misli həddində (100 manat məbləğində) müəyyən edilməsi nəticəsinə gələrkən aşağıdakı halların nəzərə alındığını qeyd etmişdir: - tərəflərin maddi vəziyyətini, cavabdehin tam əmək qabiliyyətinin olmamasını, Azərbaycan Respublikasında yaşayış minimumu haqqında qanunun tələblərini. Lakin məhkəmənin alimentin miqdarı barədə gəldiyi nəticə qeyd olunan hallara uyğun gəlmir. Birincisi, hal-hazırda uşaqların minimum dolanacaq xərcləri ölkə üzrə uşaqları üçün yaşayış minimumuna uyğun olaraq 260 manat (2025-ci il üçün 246 manat) olduğu halda məhkəmənin bir uşaq üçün 100 manat aliment təyin etməsi uşağın mənafeyinin nəzərə alınması halına uyğun gəlmir. Ikincisi, məhkəmə tərəflərin maddi imkanının nəzərə alındığını qeyd etsə də, onun maddi imkanının olmadığını və uşaqlarını təkbaşına saxladığı üçün işləyib qazanc əldə etmək imkanının olmadığını nəzərə almamışdır. Uşaqlarını yalnız özü saxlayır. Onların qayğısı və tərbiyəsi ilə tək məşğul olmuşdur. Cavabdeh uşaqlarının saxlanılmasında heç bir maddi və mənəvi köməklik göstərmir. Belə olan halda cavabdehin uşaqların saxlanılmasında iştirakı dərəcəsi sıfıra bərabərdir və iddiaçı ondan yalnız aliment tələb etmişdir. Lakin məhkəmə bu hala da uyğun olmayan qətnamə çıxarmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil vəkil1 Natiq oğlu izahatında hər uşaq üçün 100 manat alimentin çox az olduğunu, iddiaçının uşaqlarını böyütməkdə əziyyət çəkdiyini və iddiaçının heç bir yerdə işləmədiyini bildirmişdir. Iddiaçının maddi imkanına görə fəaliyyəti ilə bağlı onunla müqavilə bağlamaqda çətinlik çəkdiyi üçün özü ona köməklik göstərdiyini qeyd etmişdir. Onun üçün də, bu halın nəzərə alınmağını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinə təqdim etdikləri sənədlərə əsasən cavabdeh ruhi xəstədir. Əvvəllər ikinci qrup əlil olaraq pensiya almış, daha sonra isə üçüncü qrup əlil olaraq pensiya almışdır. Bu hal iddiaçıya da aydındır. Həmçinin iddiaçı cavabdehin adından iki dəfə 2100 manat məbləğində kredit götürmüşdür. Ona görə də, cavabdeh hazırda pensiyasını götürə bilmir. Çünki, həmin pensiyanın bir hissəsi kredit üçün, bir hissəsidə aliment üçün tutulur. Cavabdeh ruhi xəstədir, hərbi xidmətə getməmişdir. Eyni zamanda iddiaçı cavabdehi birgə nikah dövründə Şəmkir rayonunun, Abbaslı kəndində tikmiş olduqları fərdi yaşayış evindən də, qovmuşdur. Ona görə də, cavabdehin heç bir əşyası özündə yoxdur.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiyanın suallarına cavab olaraq isə bildirmişdir ki, cavabdeh 180 manat pensiya alır. Əlavə olaraq gündəlik 25-30 manat qazanır. Uşağın gündəlik tələbatlarına görə bir uşağa minimum 200 manat aliment kifayət edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
14. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:
21. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
22. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
23. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilməlidır.
35. Tərəflər ##.##.2012-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuş və 2024-cü ilin yanvar ayında ayrılmışlar. Birgə ailə münasibətlərindən ##.##.2013-cü il tarixdə X1, ##.##.2017-ci il tarixdə X2 və ##.##.2020-ci il tarixdə X3 doğulmuşlar. Uşaqların atalıqları müəyyən edilmişdir. Iddiaçı uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Imanov Mirzə Tahir oğlundan onun xeyrinə aliment tutulmasını xahiş etmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentin məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi alimenti hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.25 misli həddində müəyyən edərkən cavabdehin üçüncü qrup əlil olaraq pensiya almasına istinad etsə də, nəzərə almamışdır ki, üçüncü qrup əlillik orqanizmin funksiyalarının 31-60 faiz pozulması hallarında müəyyən edilir. Odur ki, kollegiya hesab edir ki, uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də, borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, nəzərə alaraq, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, hazırkı iş üzrə hər ay hər uşaq üçün minimum əmək haqqının 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulması daha məqsədəmüvafiqdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlər işləyib-işləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Bu onların konstitusion vəzifələridir. Valideynlər uşağın rifahı və inkişafı üçün lazım olan həyat şəraitini, zəruri olan qayğını, uşağın minimum tələbatlarını öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməlidir.
38. Digər tərəfdən, azyaşlı uşaqlara qulluq, onun sağlamlıq, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin, yəni iddiaçı X5 üzərinə düşməsi alimentin minimum əmək haqqının 0,38 misli həddində olan hissəsinin digər valideyndən, yəni cavabdeh Imanov Mirzə Tahir oğlundan tutulmasına əsas verir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı saymaqla, qeyd edir ki, cavabdehdən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyibişləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.
40. Iddiaçı X5 cavabdehin uşaqların saxlanılmasına görə hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində aliment ödəmək imkanında olduğunu iddia etsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
41. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya alimentin məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “##.##.2013-cü il tarixdə doğulmuş X1, ##.##.2017-ci il tarixdə doğulmuş X2 və ##.##.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ##.##.2025-ci il tarixdən başlayaraq Imanov Mirzə Tahir oğlundan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.25 misli həddində alimentin alınaraq, X5 verilməsi” hissəsində dəyişdirilməli və hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi “##.##.2013-cü il tarixdə doğulmuş X1, ##.##.2017-ci il tarixdə doğulmuş X2 və ##.##.2020ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ##.##.2025-ci il tarixdən başlayaraq Imanov Mirzə Tahir oğlundan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.25 misli həddində alimentin alınaraq, X5 verilməsi” hissəsində dəyişdirilsin. ##.##.2013-cü il tarixdə doğulmuş X1, ##.##.2017-ci il tarixdə doğulmuş X2 və ##.##.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ##.##.2025-ci il tarixdən başlayaraq Imanov Mirzə Tahir oğlundan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli həddində aliment alınaraq, X5 verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.