Azәrbaycan Respublikası adından Qətnamə Gәncә şәhәri İş № 2(3-7)-145/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gәncә Apellyasiya Mәhkәmәsinin mülki kollegiyasının hakimlәri- Qәhrәmanov Əkrәm Sabir oğlu (sәdrlik edәn vә mәruzәçi), Cavadova Günay İsmayıl qızı vә Mәcidov Rüfәt Azadәli oğlundan ibarәt tәrkibdә, İbrahimli Gülәsәr Rәhim qızının katibliyi, İddiaçı İsmayılova Cәmilә Ediyar qızının vә cavabdeh cavabdeh2 iştirakı ilә, İddiaçı İsmayılova Cәmilә Ediyar qızının cavabdehlәr cavabdeh1 İsfәndiyar qızı vә cavabdeh2 qarşı tikililәrin sökülmәsi vә vurulmuş ziyanın әvәzinin ödәnilmәsi tәlәbinә dair mülki iş üzrә Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәsindәn iddiaçı İsmayılova Cәmilә Ediyar qızı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq aşağıdakı qәtnamәni qәbul etdi. İşin halları
1. Hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn RX seriyalı ******* nömrәli Çıxarışın surәtindәn görünür ki, Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0,15 ha kәnd tәsәrrüfatı tәyinatlı әkin torpaq sahәsi xüsusi mülkiyyәt hüququ ilә tam olaraq İsmayılova Cәmilә Ediyar qızının adına daşınmaz әmlakın dövlәt reyestrindә ##.##.2011-ci il tarixdә 3111004539 nömrә ilә qeydiyyata alınmışdır.
2. Hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn MA seriyalı ******* nömrәli Çıxarışın surәtindәn görünür ki, ## ####### 2011-ci il tarixdә Gәdәbәy rayonu, Slavyanka kәndindә 0.05 ha torpaq sahәsinә cavabdeh1 İsfәndiyar qızının mülkiyyәt hüququ qeydә alınmışdır.
3. Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsi ** saylı Şәmkir Ərazi İdarәsi tәrәfindәn verilmiş mütәxәssis rәyindәn görünür ki, Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәti tәrәfindәn verilmiş hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn çıxarışa әsasәn İsmayılova Cәmilә Ediyar qızının adına ##.##.2011-ci il tarixdә 3111004539 qeydiyyat nömrәsi ilә qeydә alınmış Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0.15 ha torpaq sahәsinin 57.83 kv m hissәsi cavabdeh cavabdeh2 tәrәfindәn,49 33 kv m hissәsi isә cavabdeh cavabdeh1 İsfәndiyar qızı tәrәfindәn istifadә olunur.Cavabdeh cavabdeh2 tәrәfindәn inşa edilmiş 20 metrәdәk uzunluqda olan daş hasar X11 Uçotu İnformasiya sisteminә (TEKUİS) әsasәn İsmayılova Cәmilә Ediyar qızının mülkiyyәtindә olan Gәdәbәy rayonu, Slavyanka kәnd әrazisindә yerlәşәn 0.14 ha torpaq sahәsinin sәrәdlәrindә yerlәşir.
4. Azәrbaycan Respublikasının Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzi tәrәfindәn verilmiş ## ###### 2025-ci il tarixli, **/**** saylı ekspert rәyindәn görünür ki, Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәti tәrәfindәn verilmiş hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn çıxarışa әsasәn İsmayılova Cәmilә Ediyar qızının adına ##.##.2011-ci il tarixdә 3111004539 qeydiyyat nömrәsi ilә qeydә alınmış Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0.15 ha torpaq sahәsinin 57.83 kv m hissәsi cavabdeh cavabdeh2 tәrәfindәn,49 33 kv m hissәsi isә cavabdeh cavabdeh1 İsfәndiyar qızı tәrәfindәn istifadә olunur.Cavabdeh cavabdeh2 tәrәfindәn inşa edilmiş 20 metrәdәk uzunluqda olan daş hasar X11 Uçotu İnformasiya sisteminә (TEKUİS) әsasәn İsmayılova Cәmilә Ediyar qızının mülkiyyәtindә olan Gәdәbәy rayonu, Slavyanka kәnd әrazisindә yerlәşәn 0.14 ha torpaq sahәsinin sәrhәdlәrindә yerlәşir.
5. Mәhkәmә kollegiyasının sorğusu әsasında әldә edilmiş Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyi "X6" X4 ##.##.2026-cı il tarixli, *-**-**/*-**/**** saylı mәktubunda qeyd edilmişdir ki, “Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyinin tabeliyindә “X6” publik hüquqi şәxsin ##.##.2026-ci il tarixli, *-**-**/*-**/**** nömrәli cavab mәktubu ilә әlaqәdar icraçı Famil Əhmәdovun qeyd olunan tarixdә mәhkәmә iclasında iştirakının tәmin edilmәsi barәdә ünvanladığınız müraciәtә aidiyyәti üzrә baxılmışdır. Bununla әlaqәdar olaraq bildiririk ki, Famil Əhmәdovun üzrlü sәbәbdәn qeyd olunan tarixdә mәhkәmә iclasında iştirak edә bilmәdiyi nәzәrә alınaraq ##.##.2026-ci il tarixli, 3- **-**/*-**/**** nömrәli mәktubla ünvanladığımız mütәxәssis rәyi daha әtraflı formada tәqdim olunur. Belә ki, Kәnd Tәsәrrüfatı Nazirliyinin Elektron Qiymәt İnformasiya Portalından (www.aqrarbazar.az) әldә edilmiş mәlumatlara әsasәn, Gәdәbәy rayonunda kartofun 1 kiloqramının orta satış qiymәti 2018-ci ildә 0,55 manat, 2019-cu ildә 0,70 manat, 2020-ci ildә 0,62 manat, 2021-ci ildә 0,71 manat, 2022-ci ildә 0,88 manat, 2023-cü ildә 0,78 manat, 2024-cü ildә 0,63 manat olmuşdur. Kәlәmin 1 kiloqramının orta satış qiymәti isә 2018-ci ildә 0,29 manat, 2019-cu ildә 0,48 manat, 2020-ci ildә 0,35 manat, 2021-ci ildә 0,57 manat, 2022-ci ildә 0,81 manat, 2023-cü ildә 0,19 manat, 2024-cü ildә 0,26 manat tәşkil etmişdir. Azәrbaycan Respublikasının Dövlәt Statistika Komitәsindәn әldә olunan mәlumatlar әsasında aparılımış hesablamaların nәticәlәrinә görә Gәdәbәy rayonunda kartofun mәhsuldarlığı 0,14 hektar sahә üzrә 2018-ci ildә 1,49 ton, 2019-cu ildә 1,59 ton, 2020-ci ildә 1,69 ton, 2021-ci ildә 1,76 ton, 2022-ci ildә 1.79 ton, 2023-cü ildә 1,80 ton, 2024-cü ildә 1,86 ton olmuşdur. Kәlәmin mәhsuldarlığı isә 0,14 hektar sahә üzrә 2018-ci ildә 1,96 ton, 2019-cu ildә 2,00 ton, 2020-ci ildә 2,24 ton, 2021-ci ildә 2,24 ton, 2022-ci ildә 2,38 ton, 2023-cü ildә 2,43 ton, 2024-cü ildә 2,45 ton tәşkil etmişdir. Eyni zamanda bildiririk ki, mәhsuldarlıq göstәricilәri mövsümün iqlim şәraitindәn, yağıntının miqdarından elәcә dә aqrotexniki qulluq sәviyyәsindәn asılı olaraq dәyişә bilәr.”
6. Mәhkәmә kollegiyasının sorğusu әsasında әldә edilmiş Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyi "X6" X4 ##.##.2026-cı il tarixli, *-**-**/*-**/**** saylı mәktubunda qeyd edilmişdir ki, “Gәdәbәy rayonu, Slavyanka kәndi әrazisindә yerlәşәn 57,83 m² kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsindә әkilmiş kartof bitkisindәn әldә edilmiş mәhsulun hәcmi, 2018– 2024-cü illәr әrzindә hәmin sahәdә kartof bitkisinin becәrilmәsi üçün tәlәb olunan xәrc, hәmçinin hәmin kәndin әrazisindә yerlәşәn 49,33 m² kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsindә әkilmiş kartof bitkisindәn әldә edilmiş mәhsulun hәcmi, 2024–2025-ci illәr әrzindә kartof bitkisinin becәrilmәsi üçün tәlәb olunan xәrc, elәcә dә 2018–2025-ci illәr әrzindә kartof mәhsulunun mövsümlәr üzrә sahәdәn satış qiymәtlәri barәdә ünvanladığınız müraciәtә Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyinin tabeliyindә “X6” publik hüquqi şәxsindә aidiyyәti üzrә baxılmışdır. Azәrbaycan Respublikasının Dövlәt Statistika Komitәsindәn Gәdәbәy rayonu üzrә kartofun orta mәhsuldarlıq göstәricisinә dair әldә olunan mәlumatlar әsasında aparılmış hesablamaların nәticәlәrinә görә Gәdәbәy rayonunda 57,83 m2 sahәdә kartofun orta istehsal hәcmi 2018-ci ildә 62 kq, 2019-cu ildә 66 kq, 2020-ci ildә 70 kq, 2021-ci ildә 73 kq, 2022-ci ildә 74 kq, 2023-cü ildә 75 kq, 2024-cü ildә 77 kq, 2025-ci ildә 68 kq, 49,33 m2 sahәdә kartofun orta istehsal hәcmi isә 2018-ci ildә 53 kq, 2019-cu ildә 56,2 kq, 2020- ci ildә 60 kq, 2021-ci ildә 62,2 kq, 2022-ci ildә 63,1 kq, 2023-cü ildә 64 kq, 2024-cü ildә 66 kq, 2025-ci ildә 58 kq olmuşdur. Eyni zamanda bildiririk ki, mәhsuldarlıq göstәricilәri mövsümün iqlim şәraitindәn, yağıntının miqdarından, elәcә dә aqrotexniki qulluq sәviyyәsindәn asılı olaraq dәyişә bilәr. Kәnd Tәsәrrüfatı Nazirliyinin Elektron Qiymәt İnformasiya Portalından (www.aqrarbazar.az) әldә edilmiş mәlumatlara әsasәn, Gәdәbәy rayonunda kartofun 1 kiloqramının orta satış qiymәti 2018-ci ildә 0,55 manat, 2019-cu ildә 0,70 manat, 2020-ci ildә 0,62 manat, 2021-ci ildә 0,71 manat, 2022-ci ildә 0,88 manat, 2023-cü ildә 0,76 manat, 2024-cü ildә 0,63 manat, 2025-ci ildә isә 0,81 manat tәşkil etmişdir. Gәdәbәy Rayon Dövlәt Aqrar İnkişaf Mәrkәzinin mütәxәssislәrindәn әldә edilmiş mәlumatlara әsasәn, kartof bitkisinin becәrilmәsi üçün 1 hektar әkin sahәsinә çәkilәn xәrclәr bölgәlәrin torpaq-iqlim şәraitindәn, әkin texnologiyasından vә tәtbiq olunan aqrotexniki tәdbirlәrin sәviyyәsindәn asılı olaraq orta hesabla 4500–5000 manat arasında dәyişir. Bu göstәrici әsasında aparılmış hesablamalara görә, 2018–2025-ci illәr әrzindә tәtbiq edilmiş aqrotexniki xidmәtlәrin sәviyyәsi nәzәrә alınmaqla, 57,83 m² sahәdә kartofun becәrilmәsi üçün tәlәb olunan xәrclәr tәxminәn 26–29 manat, 49,33 m² sahәdә isә 22– 25 manat tәşkil edir.”
7. Mәhkәmә kollegiyasının sorğusu әsasında әldә edilmiş Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyi "X6" X4 ##.##.2026-cı il tarixli, *-**-**/*-**/**** saylı mәktubunda qeyd edilmişdir ki, “Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0,14 ha kәnd tәsәrrüfatı tәyinatlı әkin torpaq sahәsindә 2019–2022-ci illәr әrzindә kartof bitkisinin becәrilmәsi üçün tәlәb olunan xәrclәrin (torpaq sahәsinin şumlanması, malalanması, dәrmanlanması, toxumun alınması, toxum sәpilmәsi, mәhsulun yığılması, bağlanması vә digәr zәruri xәrclәr daxil olmaqla), habelә hәmin torpaq sahәsindәn әldә edilә bilәcәk kartof mәhsulunun miqdarı barәdә ünvanladığınız müraciәtә Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyinin tabeliyindә “X6” publik hüquqi şәxsindә (bundan sonra- Mәrkәz) aidiyyәti üzrә baxılmışdır. Bildiririk ki, Azәrbaycan Respublikasının Dövlәt Statistika Komitәsindәn Gәdәbәy rayonu üzrә kartofun orta mәhsuldarlıq göstәricisinә dair әldә olunan mәlumatlar әsasında aparılmış hesablamaların nәticәlәrinә görә Gәdәbәy rayonunda 0,14 ha sahәdә kartofun orta istehsal hәcmi 2019-cu ildә 1,60 ton, 2020-ci ildә 1,69 ton, 2021-ci ildә 1,76 ton vә 2022-ci ildә 1,79 ton olmuşdur. Eyni zamanda bildiririk ki, mәhsuldarlıq göstәricilәri mövsümün iqlim şәraitindәn, yağıntının miqdarından, elәcә dә aqrotexniki qulluq sәviyyәsindәn asılı olaraq dәyişә bilәr. Əlavә olaraq bildiririk ki, müraciәtinizdә qeyd olunan Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0,14 ha kәnd tәsәrrüfatı tәyinatlı әkin torpaq sahәsindә 2019–2022-ci illәr әrzindә kartof bitkisinin becәrilmәsi üçün tәlәb olunan xәrclәrә dair faktiki statistik mәlumatlar Mәrkәz tәrәfindәn toplanılmadığından, hәmin mәlumatlar Mәrkәzin mәlumat bazasında mövcud deyildir.”
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İsmayılova Cәmilә Ediyar qızı cavabdehlәr cavabdeh2 vә cavabdeh1 İsfәndiyar qızına qarşı cavabdeh cavabdeh2 onun mülkiyyәtindә olan Gәdәbәy rayonu Slavyanka kәndindә yerlәşәn torpaq sahәsindә tikdirdiyi tikintilәrin (evlәrin) öz hesabına sökülmәsi vә 10 il müddәtindә onun mülkiyyәtindә olan torpaq sahәsindәn istifadә etmәsinә maneә törәtdiyi üçün cavabdehin tәqsiri ucbatından topaq sahәsini әkib-becәrә bilmәdiyindәn 10 il müddәtindә әldәn çıxmış faydanın әvәzi olaraq 30.000 manat pul vәsaitinin cavabdeh cavabdeh2 alınaraq, ona verilmәsi vә hәmin torpaq sahәsindә digәr cavabdeh cavabdeh1 İsfәndiryar qızı tәrәfindәn ev tiktirmәk üçün töktürdüyü beton fundamentin cavabdeh cavabdeh1 İsfәndiryar qızının öz hesabına sökülmәsi, onun әrazisinә özbaşına girәrәk mülkiyyәtindәn istifadәyә maneçelik törәtdiyi üçün 5000 kompensasiyanın ondan xeyrinә alınmasını, hәmçinin ödәdiyi 197 manat dövlәt rüsumunun cavabdehlәrdәn tutularaq, ona verilmәsi tәlәblәri barәdә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir.
9. İddiaçı iddia tәlәbinin hәcmini artırmış, cavabdehlәrdәn hüquqi yardımla әlaqәdar vәkilә ödәnilmiş 430 manatın da cavabdehlәrdәn alınaraq, ona verilmәsini xahiş etmişdir.
10. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0.15 ha kәnd tәsәrrüfatı tәyinatlı әkin torpaq sahәsi Hüquqların Dövlәt Qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt Reyestrindәn RX seriyalı ******* nömrәli Çıxarışa vә ##.##.2011-ci il tarixli, AA****** nömrәli “Torpaq sahәsinin planı vә ölçüsü” barәdә sәnәdlәrә әsasәn onun xüsusi mülkiyyәtindәdir. Hәmin torpaq sahәsi daşınmaz әmlakın dövlәt reyestrindә ##.##.2011-ci il tarixdә 3111004539 nömrә ilә onun adına qeydә alınmışdır.Sözügedәn torpaq sahәsi onun mülkiyyәtindә olmasına baxmayaraq, 2013-cü ildәn etibarәn o, mülkiyyәtindә olan torpaq sahәsindәn istifadә edә bilmәmişdir. Cavabdeh cavabdeh2 onun mülkiyyәtindә olan torpaq sahәsini zәbt edәrәk, hәmin torpaq sahәsindәn istifadә etmәsinә maneçilik törәtmişdir.O, cavabdeh cavabdeh2 müraciәt edәrәk torpaq sahәsinin qanunsuz zәbt edildiyini bildirmiş vә zәbt olunmuş torpaq sahәsinin boşaldılmasını xahiş etmişdir. Lakin cavabdeh müraciәtlәrә әhәmiyyәt vermәmiş vә torpaq sahәsini boşaltmamışdır.Belә olan halda o, 2017–2018-ci illәrdә zәbt edilmiş torpaq sahәsinin boşaldılması üçün iddia әrizәsi ilә Gәdәbәy Rayon Mәhkәmәsinә müraciәt etmişdir. Gәncә Apellyasiya Mәhkәmәsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı Qәtnamәsi ilә cavabdeh X1 onun mülkiyyәtindә olan Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0.15 ha torpaq sahәsinin 0.14 ha hissәsindәn çıxarılması vә cavabdeh tәrәfindәn onun torpaq sahәsindәn istifadә etmәsinә yaradılmış maneәlәrә son qoyulması qәt edilmişdir.Cavabdeh onun torpaq sahәsini zәbt etmәklә yanaşı, torpaq sahәsinin müәyyәn hissәsindә bir sıra tikililәr dә inşa etmişdir. Hazırda cavabdehdәn hәmin tikililәrin sökülmәsi tәlәb olunsa da, cavabdeh müraciәtlәrә әhәmiyyәt vermir vә tikililәri sökmür. Bununla da cavabdeh onun mülkiyyәtindә olan torpaq sahәsindәn normal istifadә etmәsinә yenidәn maneçilik törәdir.Bundan әlavә, cavabdeh 10 ildәn artıq müddәt әrzindә onun mülkiyyәtindә olan torpaq sahәsindәn istifadә edәrәk onu torpaq sahәsinә buraxmamış vә nәticәdә o, 10 ildәn artıq müddәt әrzindә torpaq sahәsini әkib-becәrә bilmәmişdir. Belәliklә, cavabdeh uzun müddәt әrzindә torpaq sahәsindәn istifadә etmәsinә mane olmaqla ona xeyli maddi ziyan vurmuşdur.Əgәr o, hәmin 0.14 ha torpaq sahәsini 10 il müddәtindә әkib-becәrә bilsәydi, il әrzindә minimum 3000 manat gәlir әldә edәrdi ki, bu da 10 il әrzindә 30.000 manat tәşkil edәrdi. Lakin cavabdehin qanunsuz әmәllәri nәticәsindә o, bu gәlirdәn mәhrum olmuşdur. Bundan başqa, 5 il davam edәn mәhkәmә çәkişmәlәri zamanı hüquqi yardım, mütәxәssis rәylәri, rüsumlar, yol vә digәr xәrclәr üçün xeyli vәsait sәrf etmişdir vә bu xәrclәrin cavabdeh tәrәfindәn geri ödәnilmәsini belә tәlәb etmir. Digәr cavabdeh cavabdeh1 İsfәndiyar qızı mülkiyyәtindә olan torpaq sahәsindә ev tikmәk üçün beton bünövrә tökmüşdür. O, cavabdehdәn bünövrәnin götürülmәsini xahiş etmiş, lakin o, imtina etmişdir. Ona görә dә cavabdeh cavabdeh1 İsfәndiryar qızı tәrәfindәn ev tiktirmәk üçün töktürdüyü beton fundamentin cavabdeh cavabdeh1 İsfәndiryar qızının öz hesabına sökülmәsi, onun әrazisinә özbaşına girәrәk mülkiyyәtindәn istifadәyә maneçelik törәtdiyi üçün 5000 kompensasiyanın ondan xeyrinә alınmasını, hәmçinin ödәdiyi 197 manat dövlәt rüsumunun cavabdehlәrdәn tutularaq, ona verilmәsi tәlәblәri barәdә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir.
11. Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәsi ilә (hakim F.Mirzәquliyev) iddia tәlәbinin qismәn tәmin edilmәsi, İsmayılova Cәmilә Ediyar qızının mülkiyyәtindә olan Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0.15 ha torpaq sahәsinin 49.33 kv.m ha hissәsindәn Abbasova Aygün İsfәndiyar qızı, 57.83 kv.m hissәsindәn cavabdeh2 çıxarılması, İsmayılova Cәmilә Ediyar qızına mәxsus olan torpaq sahәsindә yerlәşәn cavabdeh2 mәxsus olan daş hasar onun öz hesabına sökülmәsi, iddia tәlәbinin qalan hissәdә tәmin edilmәmәsi, iş üzrә mәhkәmә xәrclәri olan 625 manat X2 vә cavabdeh1 İsfәndiyar qızından müştәrәk qaydada alınaraq, İsmayılova Cәmilә Ediyar qızına verilmәsi, iş üzrә ekspertiza tәdqiqatının dәyәri olan olaraq 50 (әlli) manat cavabdeh2 vә cavabdeh1 İsfәndiyar qızından müştәrәk qaydada tutularaq, Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin hesabına keçirilmәsi qәt edilmişdir.
12. Mәhkәmәnin mövqeyi ondan ibarәt olmuşdur ki, iddiaçı İsmayılova Cәmilә Ediyar qızına mәxsus Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0.15 ha torpaq sahәsinin 57.83 kv m hissәsi cavabdeh cavabdeh2 tәrәfindәn, 49 33 kv m hissәsi isә cavabdeh cavabdeh1 İsfәndiyar qızı tәrәfindәn istifadә olunur. Hәmçinin, cavabdeh cavabdeh2 mәxsus daş hasar iddiaçının mülkiyyәtinә olan torpaq sahәsindәn yerlәşir. Ona görә dә iddia tәlәblәri qismәn tәmin edilmәli, cavabdeh Abbasova Aygün İsfәndiyar qızı iddiaçı İsmayılova Cәmilә Ediyar qızına mәxsus torpaq sahәsinin qanunsuz istifadә etdiyi 49.33 kv.m ha hissәsindәn,cavabdeh cavabdeh2 isә iddiaçı İsmayılova Cәmilә Ediyar qızına mәxsus torpaq sahәsinin qanunsuz istifadә etdiyi 57.83 kv.m hissәsindәn çıxarılmalı, hәmin torpaq sahәsindәn yerlәşәn, cavabdeh cavabdeh2 mәxsus daş hasar onun öz vәsaiti hesabına sökülmәldir. İddiaçı cavabdehlәr tәrәfindәn ona ziyan vurulması vә ziyanın mәblәğini tәsdiq edәn sübutlar tәqdim etmәdiyi üçün iddia tәlәbi hәmin hissәdә tәmin edilmәmәlidir.
13. Mәhkәmә öz hüquqi mövqeyini әsaslandırarkәn, Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 152, 157-ci, Mülki Prosessual Mәcәllәsinin 14, 77, 80, 81, 217 vә 218-ci maddәlәrinә istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
14. Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәsindәn iddiaçı İsmayılova Cәmilә Ediyar qızı apellyasiya şikayәti verәrәk, iddianın tәmin edilmәmәsi hissәdә qәtnamәnin lәğv edilmәsini, iddianın tam tәmin olunması barәdә yeni qәtnamә çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Hәmin mәhkәmәlәr gedәn dövürdә cavabdeh2 mәnim mülkiyyәtimdә olan torpaq sahәmdә ev dә tikdirmişdir. Göründüyü kimi bu 10 illik bir müddәtdәn sonra, mәhkәmә qәrarları qüvvәyә mindikdәn sonra, zorla mülkiyyәtimdә olan torpaq sahәmin 0,14 ha hissәsi mәnә geri qaytarıldı vә istifadәmә verildi. Bundan sonra, mәn cavabdeh2 bildirdim ki, mәnim mülkiyyәtimdә olan torpaq sahәmin müәyyәn hissәsindә tikili etdiyin üçün hәmin hissәni sökdür vә mәnә tәhvil ver, lakin bu dәfә dә cavabdeh2 mәnim sözlәrimә әhәmiyyәt vermәdi. Belә olan tәqdirdә mәn mәcbur olub yenidәn Gәdәbәy Rayon Mәhkәmәsinә iddia әrizәsilә müraciәt etdim vәtikilinin sökülmәsi ilә yanaşı, bu 10 illik bir dövürdә cavabdeh2 mәnimmülkiyyәtimdә olan torpaq sahәmi әkdiyindәn, onun tәqsiri ucbatından mәn torpaq sahәmә girә, oranı әkibbecәrә vә gәlir götürә bilmәdiyim üçün әldә çıxmış fayda tәlәbini dә tәlәb etdim. cavabdeh2 mәnim torpağımı zәbtetmәsi vә әkib-becәrmәsi açıq-aydın göz qabağındadır. O, mәnim torpağımı zәbt etmәsәydi vә könüllü olaraq mәnim mülkiyyәtimdә olan torpaq sahәmi mәnә qaytarsaydı mәn niyә bu qәdәr mәhkәmәlәrә müraciәt edirdim vә niyә bütün mәhkәmәlәrdә mәnim xeyrimә olurdu. cavabdeh2 mәhkәmә iclasları gedәn zaman hәmin torpaq sahәsini әkib-becәrmiş, hәtta yuxarıda qeyd etdiyim ki, mәhkәmә dövründә mәnim torpağımın müәyyәn hissәsindә müәyyәn tikili dә hәyata keçirtmişdir. Bu mәhkәmәlәr dövründә dәfәlәrlә mütәxәsislәr gәlәrәk torpağı ölçüb-biçmişlәr, hәmin vaxt torpaq әkilmiş olmuşdur, torpağın kimi tәrәfindәn әkilmәsi soruşulmuş, cavabdeh2 hәr dәfәsindә etiraf etmişdir ki, torpaqonun tәrәfindәn әkilmişdir. O, bu etirafı mәhkәmә proseslәrindә dә etmişdir. Hәtta sonuncu mәhkәmә prosesindә bildirmişdir ki, bunu bilәrәkdәn yox, öz torpağı zәnn edәrәk istifadә etmişdir. Torpağın әkili halda foto görüntülәri var ki, hәmin foto şәkillәri şikayәtinә әlavә edәcәk. Artıq cavabdeh2 onun torpaq sahәsini әkib-becәrmәsi vә onu 10 ildәn artıq bir müddәtә torpaq sahәsinә buraxmaması mәhkәmә qәtnamәlәri ilә sübuta yetirilmişdir. Lakin İ instansiya mәhkәmәsi iddianı qismәn tәmin edәrәk, yenidәn zәbt edilmiş torpağının boşaldılaraq ona tәhvil verilmәsini tәmin edir, lakin 10 ildәn artıq bir müddәtdә o, torpağından istifadә etmәdiyi üçün әldәn çıxmış faydanı tәmin etmәyәrәk sübut edilmәmәsini әsas gәtirir. Artıq bu hal mәhkәmә qәtnamәlәri ilә sübuta yetirilmәyibmi? Hazırda o, İ instansiya mәhkәmәsinin qәtnamәsinin әldәn çıxmış fayda hissәsinin tәmin olunmaması hissәsi ilә razı deyildir. Hesab etmişdir ki, iddiası qismәn yox, tam tәmin edilmәlidir. Ona görә dә hazırda sözügedәn qәtnamәdәn apellyasiya şikayәti verir.
16. Apellyasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn iddiaçı İsmayılova Cәmilә Ediyar qızı apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ona 0.15 ha torpaq verilmişdir. Cavabdeh tәrәf mübahisәli әrazini әkmişdir. O, 2007-ci ildә hәmin mübahisәli torpağı almışdır. Cavabdeh cavabdeh2 hәmin mübahisәli әrazidә tikinti işlәri aparmışdır. Bu mübahisә ilә bağlı 9 ildir ki, mәhkәmә gedir. cavabdeh1 ilә bağlı olaraq bildirmәk isdәrdim ki, sonradan mәlum oldu ki, mübahisәli torpağın bir hissәsini betonlamış vә hasarlamışdır. cavabdeh2 hәmin mübahisәli әrazidә ev tikmiş, kәlәm, yerkökü becәrmiş vә hәtta hәmin әrazini icarәyә vermişdir. O, Gәncә şәhәrindә yaşayır. Cavabdeh ona bildirmişdir ki, mübahisәli torpaq onundur, 2018-ci ildә mәhkәmәyә vermiş vә 2020-ci ildә ev tikilmişdir. Gәdәbәy Rayon Mәhkәmәsindә әrizә vermişdi. 5000 manatı cavabdeh1 istәyir. cavabdeh1 hәmin әraziyә ağaclar әkmişdir. Beton düşür amma hasar düşmür. cavabdeh1 hәmin әrazini hasara almışdır. cavabdeh1 0.05 ha torpağı vardır vә hörgüsü düşmür amma ağaclar әkmişdir. Mübahisәli torpağı o, әkmәmişdir. Cavabdeh onun torpağını illәrdi әkmişdir. Əntiqә mübahisәli torpaq sahәsinin sahibi idi. cavabdeh2 Rusiyada yaşamışdır vә mübahisәli torpağı icarәyә vermişdir. cavabdeh2 mübahisәli torpağı 2010-cu ildәn әkmişdir vә 16 ildir istifadә edir. Ekspertlәrin rәyi sübutdur. Bakıdan ekspertlәr gәlib mübahisәli torpağı çәkmişdir. 2018ci ildә mübahisәli torpağı Şәmkir ekspertlәri çәkmişdir. 2018-ci ildәn onun işi mәhkәmәlәrdәdir. Torpağına nә qәdәr ziyan vurulması barәdә sorğu verilmәsini xahiş edir. cavabdeh2 mübahisәli torpaqdan çıxmamışdır. Bu ildә mübahisәli әrazini әkmişdir. Torpağı 2010-cu ildәn Şәlalә istifadә edir. Tәxminәn 2023-cü ildәn dә Aynur istifadә edir. Kompensasiya istәyir. Tikililәrindә cavabdehin hesabına sökülmәsini istәyir.
18. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn cavabdeh cavabdeh2 apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, torpaqlarda sürüşmә olmuşdur. İddiaçının yerindә әkin olmamışdır. Bölgü tәlәb etsәlәr dә, yeri bölmәmişlәr. Onun özünün torpağından da 1, 2 sot әksikdir. O vaxtlar o buralarda olmamışdır. İddiaçı ona böhtan atır. O, iddiaçının torpağının ancaq 47 kv.m zәbt etmişdir. İddiaçı ilә razılıq әldә etmәklәri mümkün deyildir. O, 2023-2025ci illәr әrzindә ölkә әrazisindә olmamış, hәmin torpaq sahәsini dә heç kәsin icarәsinә vermәmişdir.
19. Mәhkәmә kollegiyasının әvvәlki iclasında iştirak edәn cavabdeh cavabdeh1 İsfәndiyar qızı apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 5 sot torpaq almışdır. İlqar o biri qonşudur. İcra mәmuru gәlmәmişdir. Onu çağırmamışlar. İddiaçının torpağı yoxdur. O, onun torpağına keçmәmişdir. Öz torpağında ağac әkmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddә 21.1-ci maddәsinә әsasәn, müvafiq olaraq zәrәrin әvәzinin ödәnilmәsini tәlәb etmәk hüququna malik olan şәxs ona vurulmuş zәrәrin әvәzinin tam ödәnilmәsini tәlәb edә bilәr, bu şәrtlә ki, qanunda vә ya müqavilәdә zәrәrin әvәzinin daha az miqdarda ödәnilmәsi nәzәrdә tutulmasın.
21. Maddә 21.2-ci maddәsinә әsasәn, zәrәr dedikdә, hüququ pozulmuş şәxsin pozulmuş hüququnu bәrpa etmәk üçün çәkdiyi vә ya çәkmәli olduğu xәrclәr, әmlakından mәhrum olması vә ya әmlakının zәdәlәnmәsi (real zәrәr), habelә hüququ pozulmasaydı, hәmin şәxsin adi mülki dövriyyә şәraitindә әldә edәcәyi gәlirlәr (әldәn çıxmış fayda) başa düşülür.
22. Maddә 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla vә ya qanunla müdafiә edilәn başqa şәxsә (zәrәrçәkәnә) birbaşa ziyan vә ya zәrәr vurulmasına gәtirib çıxaran tәqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) әmәldir (hәrәkәt vә ya hәrәkәtsizlikdir).
23. Maddә 1096.2. Delikt törәtmiş şәxs mülki hüquq mәsuliyyәti daşıyır.
24. Maddә 1097.1. Mülki hüquq pozuntusu (delikt) nәticәsindә fiziki şәxsin şәxsiyyәtinә vә ya әmlakına vurulmuş zәrәrin, habelә hüquqi şәxsin әmlakına vә işgüzar nüfuzuna vurulmuş zәrәrin әvәzi zәrәrvuran tәrәfindәn tam hәcmdә ödәnilmәlidir.
25. Maddә 1115. Zәrәrin әvәzinin ödәnilmәsi tәlәbini tәmin edәrkәn mәhkәmә zәrәrin vurulması üçün mәsuliyyәt daşıyan şәxsin üzәrinә işin hallarına uyğun olaraq zәrәrin әvәzini naturada ödәmәk (eyni növlü vә keyfiyyәtli әmlak vermәk, zәdәlәnmiş әmlakı düzәltmәk vә i.a.) vә ya vurulmuş zәrәrin әvәzini ödәmәk öhdәliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddә 4.1. Bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr.
27. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.
28. Maddә 217.3. Qәtnamә iş üzrә müәyyәn olunmuş hәqiqi hallara vә tәrәflәrin qarşılıqlı münasibәtlәrinә uyğun әsaslandırılmalıdır.
29. 261.0. Hakim iş üzrә icraata aşağıdakı hallarda xitam verir:
30. 261.0.2. eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa
31. Maddә 384.0.2. qәtnamәni tamamilә vә ya qismәn lәğv edә bilәr vә birinci instansiya mәhkәmәsindә müәyyәn edilmiş hallar vә ya әlavә tәqdim olunmuş sübutlar әsasında yeni qәtnamә qәbul edә bilәr;
32. Maddә 385.1.1. maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi mәhkәmә aktının apellyasiya qaydasında lәğv edilmәsi üçün әsasdır.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.1. Apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır.
34. MPM-in 372.6-cı maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır.
35. MPM-in 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.
36. Hazırkı apellyasiya şikayәtindә qәtnamә iddiaçı tәrәfindәn qismәn, iddia tәlәbinin tәmin edilmәmiş hissәsindә mübahisәlәndirildiyindәn birinci instansiya mәhkәmәsinin aktı hәmin hissәdә yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrini mülki iş materialları ilә birlikdә araşdırıb, tәrәflәrin izahatlarını dinlәyib, hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәsi qismәn lәğv edilmәli vә yeni qәtnamә qәbul edilmәli, iddia tәlәbi qismәn tәmin edilmәlidir.
38. Mәhkәmә kollegiyası ilk növbәdә qeyd edir ki, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәsindәn görünür ki, iddiaçı İsmayılova Cәmilә Ediyar qızının mülkiyyәtindә olan Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0.15 ha torpaq sahәsinin 57.83 kv.m hissәsindәn cavabdeh2 çıxarılması qәt edilmişdir. Halbuki, iş materiallarının 10- 15-ci vәrәqlәrindә olan qanuni qüvvәsini almış Gәncә Apellyasiya Mәhkәmәsinin mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qәtnamәsindәn görünür ki, iddiaçı İsmayılova Cәmilә Ediyar qızı mәhkәmәdә iddia qaldıraraq, onun xüsusi mülkiyyәtindә olan 0,15 ha torpaq sahәsindәn cavabdehlәr Mәmmәdov İlqar Hüseyn oğlu vә cavabdeh2 çıxarılması vә torpaq sahәsinin sәrhәdlәri müәyyәn edilmәklә hәmin torpaq sahәsindә cavabdehlәr tәrәfindәn edilәn maneәlәrin aradan qaldırılmasına dair qәtnamә çıxarılmasını xahiş etmişdir. Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә (sәdrlik edәn hakim Marif Kazımov) iddia tәmin edilmәmişdir. İddiaçı İsmayılova Cәmilә Ediyar qızı hәmin qәtnamәdәn apellyasiya şikayәti verәrәk, Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsinin lәğv edilmәsini xahiş etmişdir. Gәncә Apellyasiya Mәhkәmәsinin mülki kollegiyasının ##.##.2023cü il tarixli, *(***)-**/**** saylı qәtnamәsi ilә iddiaçı İsmayılova Cәmilә Ediyar qızının apelyasiya şikayәtinin qismәn tәmin edilmәsi, Gәdәbәy Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı mülki iş üzrә ## ###### 2018-ci il tarixli qәtnamәsi iddianın cavabdeh2 aid olan hissәdә tәmin edilmәmәsi vә iş üzrә mütәxәssis rәyinin verilmәsinә görә çәkilәn xәrc olaraq 60 manat mәblәğindә pul vәsaitinin iddiaçı İsmayılova Cәmilә Ediyar qızından tutularaq “xxxx” MMC-nin AZ23AİİB38030019443701778107 №-li hesablaşma hesabına köçürülmәsi hissәlәrindә lәğv edilmәsi vә yeni qәtnamә qәbul edilmәsi, iddia cavabdeh2 aid olan hissәdә qismәn tәmin edilmәsi, cavabdeh cavabdeh2 iddiaçı İsmayılova Cәmilә Ediyar qızına mәxsus Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0,15 ha torpaq sahәsinin 0,14 ha hissәsindәn çıxarılmaqla, cavabdeh2 tәrәfindәn iddiaçıya mәxsus torpaq sahәsindәn istifadә etmәsinә yaradılmış maneәlәrә son qoyulması İsmayılova Cәmilә Ediyar qızı tәrәfindәn ödәnilmiş mәhkәmә xәrclәrinin әvәzi olan 615 (altı yüz on beş) manat mәblәğindә pul cavabdeh2 alınaraq İsmayılova Cәmilә Ediyar qızına verilmәsi, Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin ## #### 2023-cü il tarixli **/**** nömrәli ekspert rәyinin verilmәsi üçün aparılmış ekspertiza tәdqiqatlarının dәyәri olan 100 (bir yüz) manat mәblәğindә pul cavabdeh2 alınaraq, Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin hesabına ödәnilmәsi qәt edilmişdir.
39. Göründüyü kimi, artıq cavabdeh cavabdeh2 iddiaçı İsmayılova Cәmilә Ediyar qızına mәxsus Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0,15 ha torpaq sahәsinin 0,14 ha hissәsindәn çıxarılması ilә bağlı qanuni qüvvәyә minmiş mәhkәmә aktı mövcuddur. İşә baxan mәhkәmә prosessual qanunvericiliyin tәlәblәrini pozaraq, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi mövcud olduğu üçün hәmin hissәdә iş üzrә icraata xitam vermәmişdir. Belә ki, hәmin hissәdә tәrәflәr arasında olan mövcud mübahisә vә әsasa artıq hüquqi qiymәt verildiyindәn, bu barәdә Gәncә Apellyasiya Mәhkәmәsinin qanuni qüvvәyә minmiş qәtnamәsi mövcud olduğundan, yeni bir әsasın yaranmaması vә hәmçinin tәrәflәr arasında münasibәtlәrdә dәyişiklikliyin olmaması, belә nәticәyә gәlmәyә әsas verir ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә yenidәn baxıla bilmәz.
40. Odur ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә, eyni әsaslarla qaldırılmış, iddia әrizәsi MPM-nin 153.2, 153.2.2-ci maddәlәrinә әsasәn iddianın yolverilmәzliyinә görә icraata qәbul edilmәmәli, әgәr icraata qәbul olunmuşdursa da, hәmin Mәcәllәnin 261.0, 261.0.2-ci maddәlәrinә әsasәn iş üzrә icraata xitam verilmәlidir.
41. Mәhkәmә kollegiyası iddia tәlәbinin tәmin edilmәmiş әldәn çıxmış fayda hissәsinә münasibәtdә qeyd edir ki, mәhkәmә iclasında tәrәflәrin qarşılıqlı izahatları vә iş materialları müәyyәn edilmişdir ki, iddiaçı İsmayılova Cәmilә Ediyar qızı cavabdeh cavabdeh2 qarşı torpaqdan çıxarılma ilә bağlı ilkin iddia tәlәbi ilә 2018-ci ildә mәhkәmәyә müraciәt etmişdir. Lakin kollegiya kartof bitkisinin mövsümi әkin xarakteri daşıdığı nәzәrә alaraq, ona dәymiş zәrәrin 2019-cu ildәn hesablanması qәnaәtinә gәlmişdir. Yuxarıda qeyd edilmiş qanuni qüvvәsini almış mәhkәmә qәtnamәsi ilә cavabdeh2 iddiaçı Cәmilә İsmayılovaya mәxsus 0.14 ha torpaq sahәsini zәbt etmәsi müәyyәn edilmişdir. Mәhkәmә araşdırması zamanı cavabdeh cavabdeh2 2023-2025-ci illәr әrzindә Azәrbaycan Respublikası әrazisindә olmaması müәyyәn edilmişdir. Bu barәdә “Elektron Mәhkәmә” İnformasiya Sistemindәn çıxarış da iş materiallarına әlavә edilmişdir. Ona görә dә mәhkәmә kollegiyası hesab edir ki, әldәn çıxmış fayda yuxarıda qeyd edilmiş Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyi "X6" X4 arayışlarında göstәrilәn miqdarlar vә qiymәtlәr nәzәrә alınmaqla aşağıdakı kimi müәyyәn edilmәlidir.
42. Cavabdeh cavabdeh2 tәrәfindәn zәbt edilmiş Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0,14 ha kәnd tәsәrrüfatı tәyinatlı әkin torpaq sahәsinә münasibәtdә kartof bitkisinin dәyәri; 2019-ci il - 1.60 ton x 0.70 manat (1 kq) = 1.120 manat 2020-ci il - 1.69 ton x 0.62 manat (1 kq) = 1.047,8 manat 2021-ci il - 1.76 ton x 0.71 manat (1 kq) = 1.249,6 manat 2022-ci il – 1.79 ton x 0.88 manat (1 kq) = 1.575,2 manat Cәmi: 4992,6 manat
43. Kollegiya qeyd edir ki, mütәxәsis arayışından görünür ki, Gәdәbәy rayonu, Slavyanka kәndindә kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsinә kartof bitkisinin әkin xәrclәri 1 ha üçün 4.500-5.000 manat müәyyәn edilmişdir. 0.14 ha üçün 1000 m2 : 140 m2 ≈ 7 / 4500 : 7 = 645 manat. Yәni 0.14 ha torpaq sahәsinә kartof bitkisinin әkilmәsi üçün çәkilәn xәrc 645 manat müәyyәn edilmişdir. Odur ki, hәmin xәrc kartof bitkisinin dәyәrindәn çıxılmaqla, әldәn çıxmış faydanın müәyyәn edilmәsi mümkündür. 2019-cü il gәlir 1120 manat – 645 manat = 475 manat 2020-ci il gәlir 1047,8 manat – 645 manat = 402,8 manat 2021-ci il gәlir 1249,6 manat – 645 manat = 604,6 manat 2022-ci il gәlir 1575,2 manat – 645 manat = 930,2 manat Cәmi: 2412,6 manat
44. Kollegiya qeyd edir ki, cavabdeh cavabdeh2 qanunazidd hәrәkәtlәri nәticәsindә iddiaçı Cәmilә İsmayılovanın hüquqlarının pozulması ilә bağlı 2412,6 manat әldәn çıxmış faydanın olması öz tәsdiqini tapmışdır.
45. İddiaçı İsmayılova Cәmilә Ediyar qızı cavabdeh cavabdeh1 qarşı iddia tәlәbi ilә ##.##.2024-cü il tarixdә mәhkәmәyә müraciәt etmişdir. Cavabdeh cavabdeh1 tәrәfindәn zәbt edilmiş Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 49,33 kv.m kәnd tәsәrrüfatı tәyinatlı әkin torpaq sahәsinә münasibәtdә kartof bitkisinin dәyәri; 2024-cü il – 66 kq x 0.63 manat (1 kq) = 41,58 manat 2025-ci il – 58 kq x 0.81 manat (1 kq) = 46,98 manat Cәmi: 88,56 manat
46. Kollegiya qeyd edir ki, mütәxәsis arayışından görünür ki, Gәdәbәy rayonu, Slavyanka kәndindә kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsinә kartof bitkisinin әkin xәrclәri 1 ha üçün 4.500-5.000 manat müәyyәn edilmişdir. Yәni 49,33 kv.m torpaq sahәsinә kartof bitkisinin әkilmәsi üçün çәkilәn xәrc 22 manat müәyyәn edilmişdir. Odur ki, hәmin xәrc kartof bitkisinin dәyәrindәn çıxılmaqla, әldәn çıxmış faydanın müәyyәn edilmәsi mümkündür. 2024-ci il gәlir 41,55 manat – 22 manat = 19,55 manat 2025-ci il gәlir 46,98 manat – 22 manat = 24,98 manat Cәmi: 44,53 manat
47. Kollegiya qeyd edir ki, cavabdeh cavabdeh1 qanunazidd hәrәkәtlәri nәticәsindә iddiaçı Cәmilә İsmayılovanın hüquqlarının pozulması ilә bağlı 44,53 manat әldәn çıxmış faydanın olması öz tәsdiqini tapmışdır.
48. Mәhkәmә kollegiyasının apellyasiya şikayәtinin iddiaçıya 10 illik müddәtdә ziyan dәymәsi ilә bağlı dәlillәrini әsassız hesab edir vә iş materiallarının yuxarıda sadalanan halları ilә sübuta yetirilmәdiyini bildirir. Cavabdehlәrin mübahisәli torpaq sahәsindәn 10 il istifadә etmәsi iş materialları ilә sübuta yetirilmir. İddiaçı cavabdehlәrin hәmin torpaq sahәsindәn 10 ildәn artıq istifadә etdiyini bildirsә dә, bununla bağlı heç bir mötәbәr sübutunu kollegiyaya tәqdim edә bilmәmişdir.
49. Göründüyü kimi, iddiaçı Cәmilә İsmayılova hüquqlarının pozulması ilә bağlı cavabdeh cavabdeh2 qarşı 2018-ci ildә, cavabdeh cavabdeh1 qarşı 2024-cü ildә müraciәt etmişdir. Hәmin tarixlәr әrzindә cavabdehlәrin iddiaçını torpaq sahәsindәn istifadә etmәyә imkan vermәmәsi vә qanunsuz olaraq hәmin torpaq sahәsindәn istifadә etmәyә iddiaçıya maneәçilik yaratması iş materialları, әldә edilmiş sәnәdlәr vә tәrәflәrin izahatları ilә tәsdiqini tapmışdır.
50. Qanunvericilik tәrәflәr arasında sübutetmә yükünü müәyyәn etmәklә yanaşı, işdә olan sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxılması, hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verilmәsi qaydasını müәyyәn edir (MPM-in 9.3, 77.1, 88-ci maddәlәri). Bu qaydalar onu ifadә edir ki, işdә iştirak edәn hәr bir şәxs istinad etdiyi halların mövcudluğunu vә doğruluğunu yalnız özü sübut etmәlidir vә heç kәs, o cümlәdәn mәhkәmә onu bu vәzifәdәn azad edә bilmәz. İş üzrә qәrarın әsasında yalnız obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam yoxlanılmış sübutlar dayana bilәr. Sübutların bu cür qiymәtlәndirilmәsi mәhkәmә iclasında sübutetmә predmetinә daxil olan tәrәflәrin bildirdiyi bütün faktların hәrtәrәfli, tam vә qәrәzsiz tәdqiqi әsasında vә yalnız qanuna әsaslanaraq hakim tәrәfindәn hәyata keçirilir. Hәr bir sübut aidiyyәt, mümkünlük, mötәbәrlik nöqteyinәzәrindәn, bütün sübutların mәcmusu isә iş üzrә sübut edilmәli olan faktların yetәrliliyi baxımından qiymәtlәndirilir. Heç bir sübut mәhkәmә üçün әvvәlcәdәn müәyyәn edilmiş qüvvәyә malik deyil.
51. Mәhkәmә kollegiyası onu da qeyd edir ki, Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәsinin nәticә hissәsindә cavabdeh1 İsfәndiyar qızının adı Abbasova Aygün İsfәndiyar qızı kimi qeyd olunması hәrf sәhvi olan texniki xәta kimi qiymәtlәndirilir.
52. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi mübahisәnin maddi vә prosessual hüquqi әsaslarını düzgün müәyyәn etsә dә, hәmin normaların tәtbiqindә düzgün olmayan nәticәyә gәlmiş, mәhkәmәnin bu iş üzrә gәldiyi nәticә işin hәqiqi hallarına uyğun olmamışdır. Bu hal isә qәtnamәnin lәğv edilmәsi üçün hüquqi әsasdır. Kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni işin halları vә onlara tәtbiq edilmәli olan hüquq normaları ilә әlaqәli şәkildә izah etmәmişdir. Ona görә dә, apellyasiya şikayәti qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәtnamәsi qismәn lәğv edilmәli vә iş üzrә yeni qәtnamә qәbul edilmәlidir. İddia tәlәbi qismәn tәmin edilmәlidir.
53. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 372, 384, 392 vә 402 maddәlәrini rәhbәr tutaraq,
Qət etdi:
Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәsindәn iddiaçı İsmayılova Cәmilә Ediyar qızı tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilsin. Gәdәbәy Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәtnamәsi qismәn lәğv edilsin vә iş üzrә yeni qәtnamә qәbul edilsin. İddia tәlәbi qismәn tәmin edilsin. İddiaçı İsmayılova Cәmilә Ediyar qızının mülkiyyәtindә olan Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0.15 ha torpaq sahәsindәn cavabdeh2 çıxarılması hissәsindә işin icraatına xitam verilsin. Əldәn çıxmış faydaya görә cavabdeh2 2412,60 manat, cavabdeh1 İsfәndiyar qızından 44,53 manat iddiaçı İsmayılova Cәmilә Ediyar qızının xeyrinә tutulsun. İddiaçı İsmayılova Cәmilә Ediyar qızına mәxsus olan torpaq sahәsindә yerlәşәn cavabdeh2 mәxsus olan daş hasar onun öz hesabına sökülmәsi, iddiaçı İsmayılova Cәmilә Ediyar qızının mülkiyyәtindә olan Gәdәbәy rayonu, Slavyanka kәndindә yerlәşәn 0.15 ha torpaq sahәsinin 49.33 kv.m ha hissәsindәn cavabdeh1 İsfәndiyar qızının çıxarılması, iş üzrә mәhkәmә xәrclәri olan 625 manat X2 vә cavabdeh1 İsfәndiyar qızından müştәrәk qaydada alınaraq, İsmayılova Cәmilә Ediyar qızına verilmәsi, iş üzrә ekspertiza tәdqiqatının dәyәri olan olaraq 50 (әlli) manat cavabdeh2 vә cavabdeh1 İsfәndiyar qızından müştәrәk qaydada tutularaq, Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin hesabına keçirilmәsi hissәlәrindә qәtnamә dәyişdirilmәdәn saxlanılsın. Qәtnamә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 ay müddәtindә tәlәblәri tәmin olunmayan şәxs(lәr) tәrәfindәn “Elektron mәhkәmә” informasiya sistemindә yaradılan elektron kabinet vasitәsilә (Gәncә Apellyasiya Mәhkәmәsi vasitәsi ilә) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin mülki kollegiyasına kassasiya şikayәti verilә bilәr. Qәtnamәdәn şikayәt verilmәzsә, işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 ay keçdikdәn sonra qanuni qüvvәyә minir.