Məhkəmə qərarları › İş №2(3-7)-16/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-16/2026

23.01.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-16/2026 23.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27.11.2*25-ci il tarixli, 2(125)-88/2*24 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3, ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə qarşı iddiaçının adından X5 arasında saxta bağlanmış *3.*6.2*14-cü il tarixli alğısatqı müqaviləsinin, *8 sentyabr 2*15-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməklə X1 adına verilmiş reyestr nömrəsi 2*2*13**4179-1*3*1 nömrəli çıxarışın və eyni reyestr nömrəli Cavabdeh1 adına qeydə alınmış mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndənsi (vəkil) Nümayəndə iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adından Cavabdeh7 ilə X5 arasında saxta olaraq, bağlanmış 15.11.2*12-ci il tarixli, AN-İ№*3*6*84 nömrəli alğısatqı müqaviləsinin, 2* iyun 2*12-ci il tarixli 7e-3-1893 reyestr nömrəli etibarnamənin, *8 sentyabr 2*15-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməklə X1 adına verilmiş reyestr nömrəsi 2*2*13**4179-1*3*1 nömrəli çıxarışın və eyni reyestr nömrəli Cavabdeh1 adına qeydə alınmış mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını, Cavabdeh7 və Göygöl notariat ofisinin iş üzrə cavabdeh qismində cəlb olunmalarını, cavabdeh X1 ölməsi ilə əlaqədar həmin şəxsin Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *8.*7.2*24-cü il tarixli 2(125)-88/2*24 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı adından Göygöl rayon Dövlət notariat kontorunda 2*.*6.2*12-ci il tarixdə Cavabdeh7 adına verilmiş 7e-3-1893 reyestr nömrəli etibarnamə və həmin etibarnamə əsasında İddiaçı adından Cavabdeh7 ilə X5 arasında Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin alğı-satqısınaa dair 15.11.2*12-ci il tarixdə bağlanmış 4Ə-*1-435 reyestr nömrəli müqavilə etibarsız hesab edilmiş, Cavabdeh7 qarşı vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah olunmuş, İddiaçı iddiası qalan hissədə təmin edilməmişdir. 19.*8.2*24-cü il tarixdə qətnamədən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2*.*8.2*24-cü il tarixli, 2(125)-88/2*24 nömrəli qərardadına əsasən, Gəncə Şəhər Məhkəməsinin *8.*7.2*24-cü il tarixli, 2(125)-88/2*24 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət buraxıldıqdan sonra verilmişdir. İddiaçı X6 məhkəməyə ərizə ilə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin *8.*7.2*24-cü il tarixli 2(125)-88/2*24 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab edib, buraxılmış müddəti bərpa edərək apellyasiya şikayətinə baxılması üçün şikayətlə birlikdə iş materiallarının Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18.*3.2*25-ci il tarixli, 2(125)-88/2*24 nömrəli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə iddiaçı X2 ərizəsi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi üzrlü səbəb göstərməmiş və sübut təqdim etməmişdir. Gəncə Şəhər Məhkəməsinin 18.*3.2*25-ci il tarixli, 2(125)- 88/2*24 nömrəli qərardadının ləğv edilərək, Gəncə Şəhər Məhkəməsinin *8.*7.2*24-cü il tarixli, 2(125)- 88/2*24 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə iddiaçı X2 ərizəsi məhkəməyə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 27.11.2*25-ci il tarixli, 2(125)-88/2*24 nömrəli qərardadına görə Gəncə Şəhər Məhkəməsinin 18.*3.2*25-ci il tarixli, 2(125)-88/2*24 nömrəli qərardadının ləğv edilərək, Gəncə Şəhər Məhkəməsinin *8.*7.2*24-cü il tarixli, 2(125)-88/2*24 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə İddiaçı xahişi təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin 27.11.2*25-ci il tarixli, 2(125)-88/2*24 nömrəli qərardadından İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 27.11.2*25-ci il tarixli, 2(125)-88/2*24 nömrəli qərardadına Mülki Prоsеssuаl Məcəllənin 128 və 13*-cu mаddələrinin tətbiqində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qərаrdаdındа göstərir ki, 18.*3.2*25-ci il tаriхli qərаrdаd və аpеllyаsiyа şikаyəti vеrilmiş qətnаmə tərəf оlаrаq iddiaçının еlеktrоn kаbinеtinə yеrləşdirilmişdir. Lаkin iddiaçının еlеktrоn kаbinеti оlmаmış və məhkəmənin qəbul еtdiyi qərаrdаd və qətnаmə yаlnız onun ünvanında göndərilmişdir. Məhkəmə göstərir ki, Gəncə Şəhər Məhkəmənin qəbul еtdiyi qətnаmədən аpеllyаsiyа şikаyəti vеrilməsi üçün prоsеssuаl müddətdən 8 gün kеçmişdir, lаkin iddiaçıya göndərilmiş qətnаmənin аlınmаsı ilə bаğlı iş mаtеriаllаrndа rəsmi sənədlə təsdiq еdilmir. Belə ki, o, elektron imzanı 25.11.2*25-ci il tarixdə əldə etmişdir. Şikayətin еlеktrоn göndərilməsi sоnrаdаn izаh еdilmiş və qətnаməni аlmаq üçün mürаciət еtdikdən sоnrа məhkəmənin ona yаzdığı cаvаbdа bildirilmişdir ki, o, qətnаməni işdə vəkili оlmuş şəхsdən əldə еtmiş və bundаn sоnrа ona məhkəmənin qətnаməsi pоçt vаsitəsi ilə göndərilmişdir. Bеlə ki, məhkəmə qеyd оlunаn prоsеssuаl hüquq nоrmаlаrınа əsаslаnsа dа iş üzrə аpеllyаsiyа şikаyəti 17.*8.2*24-cü il tаriхdə vеrilmiş yəni məhkəmə qətnаməsindən şikаyət vеrilməsi üçün müəyyən еdilmiş müddətdən 8 gün sоnrа vеrildiyi göstərilmişdir. Qеyd оlunаn qətnаmə ilə bağlı ötürülmüş prоsеssuаl müddətin bərpаsınа dаir ərizəsi bаğlı məhkəmənin qəbul еtdiyi qərаrdаdlаr ona təqdim еdilməmişdir. Bununlа bаğlı məhkəməyə ərizə ünvаnlаyаrаq məhkəmənin qəbul еtdiyi qərаrdаdın ona təqdim еdilməsi xаhiş еdilsə də məhkəmə həmin qərаrdаdlаrı ona təqdim еtməmişdir. Bu bахımdаn məhkəmənin qəbul еdilmiş məhkəmə аktlаrını vеrməkdən imtinа еtməsi isə prоsеssuаl hüquqlаrının pоzulmаsı dеməkdir. Bu bахımdаn da məhkəmənin müddətin bərpаsındаn imtinа еdilməsi qərаrdаddаn vеrdiyi аpеllyаsiyа şikаyətinə bахılmаsı məhkəmə tərəfindən təmin еdilməlidir. Gəncə Şəhər Məhkəməsinin 16.12.2*25-ci il tarixli, 2(125)-88/2*24 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin *8.*7.2*24-cü il tarixli, 2(125)-88/2*24 nömrəli qətnaməsi 11.*7.2*24-cü il tarixdə elektron imza ilə imzalanmaqla, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehlərin «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilməsi üçün qanunla müəyyən edilmiş müddət bitdikdən 8 gün sonra verilmiş, Gəncə Şəhər Məhkəməsinin 18.*3.2*25-ci il tarixli, 2(125)-88/2*24 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *8.*7.2*24-cü tarixli, 2(125)-88/2*24 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə iddiaçı X2 xahişi təmin edilməmişdir. Həmin qərardad *6.*5.2*25-ci il tarixdə İddiaçı «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Lakin həmin qərardadın 16.*5.2*25-ci il tarixdə qanuni qüvvəsini almasından 6 ay sonra 18.11.2*25-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin 18.*3.2*25-ci il tarixli, 2(125)-88/2*24 nömrəli qərardadından İddiaçı şikayət vermə müddətinin bərpası barədə ərizəsi məhkəməyə daxil olmuş, qeyd olunan ərizədə Gəncə Şəhər Məhkəməsinin 18.*3.2*25-ci il tarixli, 2(125)-88/2*24 nömrəli qərardadından şikayət vermə müddətinin iddiaçı X6 tərəfindən hər hansı üzürlü səbəbdən ötürülməsinə dair hər hansı üzrlü səbəb və onu təsdiq edən sübut əlavə olunmamışdır. Bununlada, iddiaçı tərəf qanunvericilik ilə müəyyən edilmiş şikayət vermə müddətini ötürmüşdür. Şikayətin dəlilində iddiaçı qərardadın ona təqdim edilməməsi göstərsə də, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, İddiaçı 2*.*2.2*25-ci il tarixdən elektron kabineti mövcuddur. Mübahisələndirilən məhkəmə aktı *6.*5.2*25-ci il tarixdə saat 18:5*də İddiaçı məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir (iş materialları 2-ci cild, səhifə 221). Şikayət və əlavə edilmiş müddət bərpası barədə ərizə 18.11.2*25-ci il tarixdə SİMA imza vasitəsi ilə imzalanmaqla sistemə yüklənmişdir. Qanunvericiliyə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kollegiya hesab edir ki, İddiaçı qanunvericiliklə müəyyən edilmiş və məhkəmə tərəfindən təyin edilmiş prosessual müddəti ötürmüşdür. Müddət keçdikdən sonra şikayət verilmişdir. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün isə hər hansı bir əsas olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 1*-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 1*-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 1*-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36*-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 396.1-ci maddəsinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 1* gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 13*.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8 may 2**8-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2***-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.*.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 13*, 36*, 398.*.1 və 4*2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 27.11.2*25-ci il tarixli, 2(125)-88/2*24 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 27.11.2*25-ci il tarixli, 2(125)-88/2*24 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar