Məhkəmə qərarları › İş №2(3-7)-17/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-17/2026

18.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-17/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızının, cavabdeh qismində işə cəlb edilmiş nümayəndə2, cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 və Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-X11 nümayəndəsi (böyük mütəxəssisi) X9 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh və cavabdeh qismində cəlb edilmiş nümayəndə2 qarşı uşaq və alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından ## ##### 2018–ci il tarixdə Dilək, ## ##### 2019–cu il tarixdə Duyğu, ## #### 2020–ci il tarixdə Səriyyə və ## #### 2022–ci il tarixdə Hakim adlı uşaqları doğulmuşdur.

2. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2025–ci il tarixli 2(076)–****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “uşaqların onun himayəsində qalmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia qaldırmış, onun iddiası qismən təmin edilərək, ## ##### 2018–ci il təvəllüdlü Dilək, ## ##### 2019–cu il təvəllüdlü Duyğu, ## #### 2020–ci il təvəllüdlü Səriyyə və ## #### 2022–ci il təvəllüdlü Hakim adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2025–ci il tarixli 2(076)–****/**** saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

4. Şəmkir RPŞ–nin İTB–nin ##.##.2025–ci il tarixli qərarından görünür ki, ##.##.2025–ci il tarixdə İddiaçı ərizə ilə Şəmkir RPŞ–nin Zəyəm PB–nə müraciət edərək, qızı Səriyyənin ögey anası Fatma tərəfindən döyülməsini bildirmiş, araşdırma zamanı X1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.

5. İddiaçı tərəfindən ##.##.2025–ci il tarixdə Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə yazılmış ərizədən görünür ki, o, uşaqlarının onun himayəsinə verilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyindən ##.##.2025–ci il tarixdə uşaqların nümayəndə2 ilə bağlanmış müqaviləyə əsasən sonuncunun himayəsinə verilməsinə dair bütün sənədlər əldə edilərək tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşaq və alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, ## ##### 2018–ci il təvəllüdlü Dilək, ## ##### 2019–cu il təvəllüdlü Duyğu, ## #### 2020–ci il təvəllüdlü Səriyyə və ## #### 2022–ci il təvəllüdlü Hakim adlı uşaqların cavabdehdən alınıb ona verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 370 manat vəkil xidmət haqqının alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı İddiaçı nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı məhkəməyə ərizə təqdim edərək, cavabdehin anası nümayəndə2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, eləcə də, ## #### 2020–ci il təvəllüdlü Səriyyə adlı uşağın hazırda iddiaçının yanında olmasını, bu səbəbdən iddiaçının həmin uşağı tələb etmədiyini, lakin həmin uşağa aliment tələb etdiyini bildirmişdir. Məhkəmənin ##.##.2025–ci il tarixli qərardadı ilə nümayəndə2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə 2016–cı il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan ## ##### 2018–ci il tarixdə Dilək, ## ##### 2019–cu il tarixdə Duyğu, ## #### 2020–ci il tarixdə Səriyyə və ## #### 2022–ci il tarixdə Hakim adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşamış, son dövrlər isə ailə münasibətləri pozulmuş və cavabdehlə ayrılmışlar. Ayrıldıqdan sonra uşaqları onun yanında qalmışdır. Lakin Səriyyə və Hakim adlı uşaqları xəstə olduqlarından cavabdeh onları müalicə etdirmək üçün aparmış, sonradan uşaqları qaytarmamışdır. Sonradan Dilək və Duyğu adlı uşaqları da qayınanası aparmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər uşaqları ona qaytarmamışlar. Yalnız ##.##.2025–ci il tarixdən Səriyyə adlı uşağı onun yanına gəlmişdir. Hesab edir ki, iddia əsaslıdır. Belə ki, cavabdehlər uşaqlarına tərbiyə vermək iqtidarında deyil və uşaqları cavabdehlərin yanında diqqətsiz, qayğısız qalır. Cavabdehlərə münasibətdə isə o, uşaqlarını daha yaxşı tərbiyə edə bilər. Əlavə olaraq qeyd edir ki, cavabdeh Cavabdeh Tik–Tok sosial şəbəkəsində uşaqla birlikdə canlı açaraq, arvadının ölməsini, özünün yalnız bir uşağının olmasını deyir ki, bu hal da cavabdehin uşaqlarına qarşı laqeyd olmasına dəlalət edir. Hazırda Dilək, Duyğu və Hakim adlı uşaqlarını cavabdehlərdən tələb edir. Odur ki, ## ##### 2018–ci il təvəllüdlü Dilək, ## ##### 2019–cu il təvəllüdlü Duyğu və ## #### 2022–ci il təvəllüdlü Hakim adlı uşaqların cavabdehlərdən alınıb ona verilməsi, həmin uşaqların və Səriyyə adlı uşağın yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 370 manat vəkil xidmət haqqının alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddianın qismən təmin edilməsi, ## ##### 2018–ci il tarixdə doğulmuş Dilək, ## ##### 2019–cu il tarixdə doğulmuş Duyğu və ## #### 2022–ci il tarixdə doğulmuş Hakim adlı uşaqlar cavabdehlər Cavabdeh və nümayəndə2 alınıb iddiaçı İddiaçı verilməsi, ## #### 2020–ci il tarixdə doğulmuş Səriyyə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2025–ci il tarixdən başlayaraq, ## ##### 2018–ci il tarixdə doğulmuş Dilək, ## ##### 2019–cu il tarixdə doğulmuş Duyğu və ## #### 2022–ci il tarixdə doğulmuş Hakim adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün həmin uşaqlar iddiaçıya verildiyi tarixdən başlayaraq, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, birgə nikahdan doğulmuş ## ##### 2018–ci il təvəllüdlü Dilək, ## ##### 2019–cu il təvəllüdlü Duyğu və ## #### 2022–ci il təvəllüdlü Hakim adlı uşaqlar azyaşlıdır. Bu səbəbdən uşaqların cavabdehlərin himayəsində qalması onların yaşı, psixoloji vəziyyəti, qidalanma rejimi baxımından onlar əlverişsiz vəziyyətə sala bilər. Nəzərə alınmalıdır ki, azyaşlı uşaqların daha çox ana qayğısına, nəvazişinə ehtiyacı vardır və uşaqların anasının yanında böyüməsi onların mənafelərinə, inkişafına, mənəvi və psixoloji vəziyyətinə daha uyğundur. Həmçinin, qeyd etmişdir ki, azyaşlı uşaqların fəaliyyət və əmək qabiliyyətli olan ataları olduğu halda, onların nənənin himayəsinə verilməsi əsaslı hesab edilə bilməz. Hazırki vəziyyətdə uşaqların hər iki valideyn olduğu halda həmin uşaqlar Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailə kimi nümayəndə2 himayəsinə verilmişdir. Uşaqların atası isə Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edərək uşaqlarını tələb etməmişdir. Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyin Qazax–X11 nümayəndəsi məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, ilkin olaraq onlar uşaqların ataya verilməsini təklif etsələr də, ata yanında olan iki uşağa çətinliklə baxdığını demişdir. Bu səbəbdən uşaqların hamısı nənənin himayəsinə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh Cavabdeh ata kimi valideynlik hüquqlarını həyata keçirməkdən yayınmış və uşaqlarının himayədar ailəyə verilməsinə razı olmuşdur. İddiaçı əvvəllər də uşaqlarını tələb etmiş, Şəmkir Rayon Məhkəməsində Cavabdeh “uşaqların onun himayəsində qalmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsinə baxılarkən Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. İddiaçı ##.##.2025–ci il tarixdə Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə ərizə yazaraq uşaqlarının onun himayəsinə verilməsini xahiş etmişdir. Bu hal məhkəməyə belə inamlı nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdehin əksinə olaraq uşaqlarını tələb etmişdir.

12. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 8 və 12-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60, 75-ci maddəsinə, Müki Prosessual Məcəllənin 106.1 və 121-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

13. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 2016-cı il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan ## ##### 2018-ci il tarixdə Dilək, ## ##### 2019-cu il tarixdə Duyğu, ## #### 2020-ci il tarixdə Səriyyə və ## #### 2022-ci il tarixdə Hakim adlı uşaqları doğulmuşdur. Lakin iddiaçı başqa şəxslə danışdığına görə onun evindən çıxmışdır. Uşaqlardan Dilək və Duyğu atasının yanında qalmış, Səriyyə və Hakim isə analarının yanında qalmışdır. 2024-cü ilin sentyabr ayının 5-də Ofelyanın gecə saatlarında uşaqları küçəyə atmışdır. nümayəndə2 dərhal gəlmiş və uşaqları götürmüşdür. Uşaqlar analarının taksi ilə gətirib küçəyə atdığını demişdir. Bundan sonra Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyindən nümayəndə2 zəng edərək məlumat vermişlər ki, iddiaçı həmin uşaqların sığınacağa verilməsi barədə müvafiq orqana müraciət etmişdir. Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyi ilə nümayəndə2 arasında bağlanmış müqaviləyə əsasən o, uşaqlara himayəçi təyin edilmişdir. Həmçinin, uşaqların hər birinə ayda 400 manat müavinət müəyyən edilmişdir. Lakin hazırda məhkəmə prosesi davam etdiyi üçün həmin müavinətin verilməsi dayanmışdır. Həmçinin, iddiaçı Səriyyə adlı uşağı görüş adı ilə aparmış, qaytarmamışdır. Halbuki, məhkəmə qətnaməsinə əsasən uşaqlar atanın himayəsinə verilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən aydın şəkildə görünür ki, cavabdehlər tərəfindən polis orqanlarına müraciət edilmiş və iddiaçının gecə vaxtı azyaşlı uşaqları küçədə tərk etməsi barədə məlumat verilmişdir. Faktiki olaraq uşaqlar nənə və ata tərəfindən qəbul edilmiş, polis əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində uşaqlar nənə və atanın himayəsində saxlanılmışdır. Bu halları təsdiq edən müvafiq sübutlar — rəsmi sənədlər, raportlar və raportların surətləri apellyasiya şikayətinə əlavə edilmişdir. Sözügedən sübutlar iddiaçının ana kimi öz övladlarından gecə vaxtı imtina etdiyini, onları küçədə tərk etdiyini və uşaqların təhlükəsizliyini, sağlamlığını və psixoloji vəziyyətini nəzərə almadığını açıq şəkildə sübut edir. Məlum olduğu kimi, gecə vaxtı uşaqların küçədə qalması onların həyatı və sağlamlığı üçün real təhlükə yaradır, uşaqların qorxu keçirməsinə və psixoloji travma almasına səbəb ola bilər. Bu səbəbdən hesab etmişlər ki, gecə vaxtı övladlarını küçədə tərk etmiş ananın himayəsinə uşaqlar verilə bilməz və azyaşlı uşaqların himayəsi ona verilməməlidir. ## ####### 2025-ci il *-**/*-****/**** saylı Şəmkir Rayon İcra Hakimiyyətinin rəyinə əsasən, Şəmkir Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası Ailə Məcəlləsinin 60.4-cü maddəsinin, Uşaq hüquqları haqqında Konvensiyanın 9-cu maddəsinin 3-cü bəndinin tələblərini rəhbər tutaraq, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab etmiş ki, cavabdeh Cavabdeh ##.##.2017-ci il təvəllüdlü X6, ##.##.2018-ci il təvəllüdlü X7, ##.##.2022-ci il təvəllüdlü Gülməmmədov Hakim Umud oğlu və ##.##.2019-cu il təvəllüdlü X8 onun himayəsinə veriləcəkləri təqdirdə təlim-tərbiyəsi ilə məşğul olmaq iqtidarındadır. Lakin məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə tərəfindən iş üzrə ətraflı və obyektiv məhkəmə araşdırması aparılmamışdır. Belə ki, cavabdeh tərəfindən iddia edilmişdir ki, iddiaçı gecə vaxtı azyaşlı uşaqları küçədə tərk etmiş, bu səbəbdən polis orqanlarına müraciət edilmişdir. Lakin məhkəmə həmin halların araşdırılması məqsədilə Şəmkir Rayon Polis Şöbəsinə hər hansı sorğu göndərməmiş, polis orqanlarından müvafiq məlumat və sənədlər tələb etməmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini lazımi qaydada araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında azyaşlı uşaqların anası tərəfindən gecə vaxtı küçədə tərk edilməsi faktını təsdiq edən və bu hadisənin şahidi olduqlarını bildirən şahidlərin ifadələri mövcuddur. Lakin məhkəmə həmin şahidlərin ifadələrinin etibarlılığını araşdırmamış, onların ifadələrinin niyə qəbul edilmədiyini və hansı əsaslarla rədd edildiyini qərarda göstərməmişdir. Buna baxmayaraq, məhkəmə azyaşlı uşaqların himayəsini gecə vaxtı övladlarını küçədə tərk etdiyi iddia olunan ana şəxsə vermişdir. Məhkəmə qəbul etdiyi qərarda uşaqların məhz həmin ananın yanında qalmasının hansı faktiki və hüquqi əsaslara söykəndiyini, bu nəticəyə hansı sübutlar əsasında gəldiyini əsaslandırmamışdır. Eyni zamanda, şahidlərin ifadələrinin yalan və ya qeyri-həqiqi olması barədə məhkəmə tərəfindən hər hansı dəlil müəyyən edilməmiş, şahidlərin ifadələrinin təkzib edilməsi məqsədilə əlavə sübutlar toplanmamışdır. Bu isə sübutların hərtərəfli, tam və obyektiv araşdırılması prinsipinin pozulmasına gətirib çıxarmışdır. Qeyd olunan hallar məhkəmə qərarının kifayət qədər əsaslandırılmadığını, iş üzrə faktiki hallarla uyğun gəlmədiyini və qəbul edilmiş məhkəmə aktının ləğv edilməsi üçün hüquqi əsasların mövcud olduğunu göstərir. Məhkəmənin qəbul etdiyi qətnamə düzgün olmamışdır. Belə ki, məhkəmə iş üzrə bütün faktları və halları tam şəkildə nəzərə almamışdır. İş üzrə təqdim edilmiş bütün sübutlar və iş materialları, şahidlərin verdiyi ifadələr və onların təsdiq etdiyi faktlar, atanın uşaqların yaşaması üçün mövcud olan uyğun şəraiti məhkəmə tərəfindən kifayət qədər qiymətləndirilməmişdir. Vəkil sorğusuna əsasən Şəmkir rayon Polis Şöbəsi, X2 tərəfindən iş üzrə bütün müvafiq sənədlər təqdim edilmişdir. Bu sənədlər iddiaçının azyaşlı uşaqlarını gecə vaxtı təkbaşına küçədə tərk etməsi ilə bağlı polisə edilmiş müraciəti əhatə edir və faktları təsdiq edir. Qeyd etmək lazımdır ki, vəkil nümayəndə1 birinci instansiya məhkəməsində vəkil kimi iştirak etmədiyi üçün həmin sənədləri birinci instansiyada toplamaq və təqdim etmək imkanına malik olmamışdır. Buna görə də, hazırkı apellyasiya iclasında təqdim edilən Şəmkir rayon Polis Şöbəsi, X2 sənədləri işin tam və obyektiv araşdırılması üçün vacib sübut rolunu oynayır və məhkəmənin qərarının düzgünlüyünü qiymətləndirmək üçün əsaslı əhəmiyyət kəsb edir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2016-cı ildə ailə həyatı qurmuşlar. Rəsmi nikahları olmamışdır. 4 uşaqları olmuşdur. İki uşaq atada iki uşaq da anada qalmışdır. Amma iddiaçı gecə radələrində özü də qalan uşaqları çölə atmışdır. Belə olan halda müdafiə etdiyi tərəf polisə müraciət etmişdir. İlk öncə məhkəmə qərarı ilə uşaqlar ataya verilmişdir. Uşaqlar üçün aliment 0.25 misli aliment təyin edilmişdir. Noyabr ayında uşaqlar anaya verilmişdir. İddia ərizəsinin nə vaxt verilməsi ilə bağlı məlumatı yoxdur. İddiaçının uşaqları çölə atması ilə bağlı şahidlər vardır. Hazırkı mülki iş ## ###### 2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətidir. 03 aprel qətnaməsi ilə 4 uşaqda ataya verilmişdir. İddiaçının başqa-başqa kişilərlə foto şəkilləri mövcuddur və sübut kimi məhkəməyə təqdim edilmişdir. Ona görə də, müdafiə etdiyi tərəf uşaqların iddiaçının yanında qalmasını istəmir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları nənəyə düzgün məlumat verməmişlər. Hal-hazırda 3 uşaq atanının yanındadır yalnız Səriyyə adlı uşaq ananın yanındadır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsi bu iddianı qəbul etməməli idilər. Birinci qətnamə qanuni qüvvəsini almamış bu iddia tələbi qəbul edilmişdir. İddia tələbləri eyni predment idi. İlk iddianı qaldıran Cavabdeh idi və o, həmin işdə iddiaçı idi. İddiaçı gecə radələrində uşaqları çölə atmışdır. İddiaçı uşaqlardan imtina etmişdir.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ilk öncə 4 uşaq da onlara verilmişdir. Əllərində olan sübutlara baxmayaraq, sonra uşaqlar anaya verilmişdir. Səhhəti ilə əlaqədar olaraq 3 aylıq Gürcüstana getməli idi, ona görə də uşaqları anasına vermişdir. Uşaqlarından imtina etməmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, göstərmişdir ki, o, uşaqlarından imtina etməmişdir. Hal-hazırda Gədəbəy rayonun, Slavyanka kəndində ailəsi ilə birgə yaşayır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, göstərmişdir ki, tərəflər arasında aliment ilə bağlı mübahisə olmuşdur. Tərəflərin arasında rəsmi nikah olmamışdır. Uşaqlar cavabdehin anasının himayəsinə verilmişdir. Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyi cavabdehin anasına uşaqlara baxması üçün hər ay təxmini 1400-1600 manat pul verirdi. Səriyyə adlı uşaq ananın yanında yaşayır. O uşaq döyülmüşdür. Uşağın döyülməsi ilə bağlı cinayət işi rədd olunmuşdur. Uşağın döyülməsi ilə bağlı ekspert rəyi iş materiallarında vardır. Uşağı Fatma adlı xanım döymüşdür. Həmin xanım cavabdehin ikinci arvadıdır.cavabdeh tərəf uşaqlara baxmır. Belə ki, nümayəndə2 işləyir və hər gün işə gedir. Uşaqlara cavabdehin qardaşı arvadı baxır.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh qismində işə cəlb edilmiş nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, gecə radələrində yeznəsi ona zəng edərək, çöldə uşaqlar olduğunu və nəvələrinin olduğunu bildirmişdir. Halhazırda 3 uşaq atanının yanındadır yalnız Səriyyə adlı uşaq ananın yanındadır. İddiaçı uşağı görüş adı ilə aparmış amma gətirməmişdir. İddiaçının başqa-başqa kişilərlə foto şəkilləri mövcuddur və sübut kimi məhkəməyə təqdim edilmişdir. Ona görə də, uşaqların iddiaçının yanında qalmasını istəmirlər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-X11 nümayəndəsi (böyük mütəxəssisi) X9 izahatında göstərmişdir ki, iddiaçı İddiaçı ## ###### 2024-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, özünün və yanında olan iki uşağının sığınacağa yerləşdirilməsini xahiş etmişdir. Uşaqların atalıq faktı müəyyən edilməmişdir. Sonuncu uşağın doğum haqqında şəhadətnaməsi yox idi. Onların köməkliyi əsasında uşaqlara sənəd alınmışdır. Sonra onlara məlumat verilmişdir ki, Zəyəm-Cıradaxan kəndində 2 uşaq küçəyə atılmşdır. Araşdırdıqdan sonra məlum olmuşdur ki, bu uşaqlar İddiaçı uşaqlarıdır. ## #### 2025-ci ildə uşaqlar ata nənənin himayəsinə verilmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, həmin müddət ərzində heç nə etməmişlər. Uşaqları müəssisəyə verməmək üçün ata nənənin himayəsinə vermişlər. Ana müraciət etmiş, ata isə Rusiya Federasiyasında idi. Uşaqların baxılması üçün onlar tərəfində hər ay uşaqların yaş hədlərində asılı olaraq 355, 375 və 395 manat pul ödəyirdilər. Təxmini 2000 manata yaxın pul ödənirdi. Nənə ilə müqavilə 2025-ci ilin mart ayında bağlanmışdır. İlkin qiymətləndirmə əsasında uşaqlar nənəyə verilmişdir. Uşaqlar nənədə qalmışdır. Onlar ilə nənə arasında bağlanan müqaviləyə qədər uşaqlar nənədə qalmışdır. İddiaçı maddi məsələlər üçün uşaqlardan imtina etmişdir və özünün qadın sığınacağına yerləşdirilməsini xahiş etmişdir. İddiaçı proses gedən zaman uşaqları tərk etmişdir. Uşaqlarda rəsmi imtina olunmamışdır. Ananın izahatı alınmamışdır. Məlumatı olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi:

22. 49.2-49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

23. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.

24. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

25. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

26. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

27. Həmin Məcəllənin 60.2-ci maddəsinə görə, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.

28. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

29. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

30. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

31. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

32. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

33. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

34. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

35. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdehin apellyasiya şikayətinin Şəmkir Rayon Məhkəməsi bu iddianı qəbul etməməli olması, birinci qətnamənin qanuni qüvvəsini almamış bu iddia tələbinin qəbul edilməsi və iddia tələblərinin eyni predment olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (birinci qətnamə) görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı uşaqların onun himayəsində qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnamə ilə eyni tarixdə, ##.##.2025-ci ildə Şəmkir Rayon Məhkəməsi tərəfindən İddiaçı qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə bağlı qərardad qəbul edilmişdir. İddiaçı qarşılıqlı iddia ərizəsində tələbi hazırki iş üzrə eyni olmuş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşaq və alimentin sabit pul məbləğində tutulmasını tələb etmişdir. Qarşılıqlı iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizəyə qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verməmiş, ##.##.2025-ci il tarixdə nöqsanları aradan qaldırdıqdan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi Cavabdeh əvvəllər irəli sürmüş olduğu tələblə eynilik təşkil edir. İddiaçı ##.##.2025-ci ildə qəbul edilmiş qətnamədən 19 gün sonra hazırki iddia tələbi ilə iddia qaldırmışdır. Həmin qərardaddan verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən ##.##.2025-ci il tarixdə baxılmış və *(***)-****/**** saylı qərardad qəbul edilməklə, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** saylı qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə irəli sürülmüş tələb əvvəlki qətnamə ilə eyni hüquqi münasibətə aid deyildir və həmin qətnamə hazırki iş üzrə hüquqi maneə təşkil etmir. Belə ki, əvvəlki qətnamə uşaqların faktiki atalarının yanında yaşadığı dövrə və vəziyyətə əsaslanaraq çıxarılmış və həmin şərait üçün alimentin məhz ataya ödənilməsini müəyyən etmişdir. Hazırki iddiada isə uşaqların ananın himayəsinə verilməsi və həmin vəziyyətdə uşaqların saxlanılması üçün atanın aliment ödəməsi tələbi irəli sürülmüşdür. Belə olan halda hazırki tələb yalnız alimentlə deyil, uşaqların yaşayış yerinin müəyyən olunması və saxlanma məsuliyyətinin dəyişməsi ilə bağlı hüququ münasibətləri də əhatə edir. Bu isə əvvəlki qətnamədə nəzərdən keçirilən hüquqi və faktiki hallardan fərqlidir. Uşaqların saxlanılması üçün aliment onları faktiki saxlayan valideynə ödənilməlidir. Uşağın yaşayış yeri dəyişdikdə həmin məsuliyyət və aliment öhdəliyi də dəyişə bilər. Hazırki halda iddianın hüquqi əsası və faktiki tərkibi əvvəlki işdən fərqləndiyinə görə bu tələbin artıq baxılmış məsələ hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir. İşin mahiyyəti üzrə baxılması və uşaqların yaşayış şəraiti, saxlanması ilə bağlı cari vəziyyətin araşdırılması zəruridir.

46. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 2016–cı il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan ## ##### 2018–ci il tarixdə Dilək, ## ##### 2019–cu il tarixdə Duyğu, ## #### 2020–ci il tarixdə Səriyyə və ## #### 2022–ci il tarixdə Hakim adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlar zəminində tərəflər ayrılmış, ayrıldıqdan sonra uşaqların hamısı iddiaçının yanında qalmışdır. Lakin sonradan Səriyyə və Hakim adlı uşaqları cavabdeh tərəf aparmış, daha sonra Dilək və Duyğu adlı uşaqlar da cavabdeh tərəfin yanına getmişdir. ##.##.2025–ci il tarixli müqaviləyə əsasən ## ##### 2018–ci il təvəllüdlü Dilək, ## ##### 2019–cu il təvəllüdlü Duyğu, ## #### 2020–ci il təvəllüdlü Səriyyə və ## #### 2022–ci il təvəllüdlü Hakim adlı uşaqlar Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailə kimi nümayəndə2 himayəsinə verilmişdir. Hazırda iddiaçı cavabdehlərin yanında olan Dilək, Duyğu və Hakim adlı uşaqların cavabdehlərdən alınmasını xahiş etmişdir. Səriyyə adlı uşaq hazırda iddiaçının yanındadır.

47. İşə baxan məhkəmə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, birgə nikahdan doğulmuş ## ##### 2018–ci il təvəllüdlü Dilək, ## ##### 2019–cu il təvəllüdlü Duyğu və ## #### 2022–ci il təvəllüdlü Hakim adlı uşaqlar azyaşlıdır. Bu səbəbdən uşaqların cavabdehlərin himayəsində qalması onların yaşı, psixoloji vəziyyəti, qidalanma rejimi baxımından onlar əlverişsiz vəziyyətə sala bilər. Nəzərə alınmalıdır ki, azyaşlı uşaqların daha çox ana qayğısına, nəvazişinə ehtiyacı vardır və uşaqların anasının yanında böyüməsi onların mənafelərinə, inkişafına, mənəvi və psixoloji vəziyyətinə daha uyğundur. Gədəbəy Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının rəyi ilə müəyyən edilir ki, iddiaçının həyat şəraiti uşaqları saxlamağa yaxşı cavab verir.

48. Kollegiya tədqiq etdiyi iş materialları, məhkəmə araşdırması və tərəflərin izahatları ilə hesab edir ki, işə baxan məhkəmə düzgün nəticəyə gəlmiş və uşaqların maraq və mənafeyini nəzərə almaqla, məqsədəmüvafiq qərar qəbul etmişdir.

49. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» ## #### 2016-cı il tarixli qərarının 7.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.3-cü bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

50. BMT Baş Assabbleyasının ## ###### 1959-cu il tarixli 1386 (XIY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvimaddi təminat mühitində böyüməlidir-azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

51. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

52. Kollegiya qeyd edir ki, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) Ailə Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunvericilik valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduğunu qeyd etmişdir.

53. Cavabdehin öz övladlarından gecə vaxtı imtina etməsi, onları küçədə tərk etməsi və bununla bağlı Şəmkir rayon Polis şöbəsinə müraciət olunması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə tərəfindən Şəmkir rayon Tatarlı kənd sakini nümayəndə2 və qeyrilərinin müraciəti əsasında toplanmış material və araşdırmanın nəticəsinə dair arayış əldə edilmiş və iş materiallarına əlavə edilmişdir. Şəmkir RPŞ-nin Zəyəm PB-nin araşdırmanın nəticəsinə dair arayışından görünür ki, ##.##.2024-cü il tarixdə Şəmkir rayon Tatarlı kənd sakini nümayəndə2 ərizə ilə müraciət edərək, 5 il əvvəl boşanan gəlininin azyaşlı övladlarını onun ünvanına qoyub getdiyini bildirmiş və bu barədə köməklik olunmasını xahiş etmişdir. Ərizədə göstərilən xüsusatlar mülki xarakterli olduğundan toplanmış materialın icrası dayandırılmış, nümayəndə2 xüsusi ittiham qaydasında rayon məhkəməsinə müraciət etməsi hüququnun olması izah edilmişdir (iş materialları 156-cı vərəq). Material üzrə icraat dayandırıldığından yekun qərar qəbul edilməmiş, İddiaçı izahatı alınmamışdır. Habelə, kollegiya hesab edir ki, nümayəndə2 ərizəsində göstərdiyi hallar yekun qərarla təsdiqini tapsa belə, bu İddiaçı öz övladlarından imtina etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nümayəndə2 azyaşlıların doğma ata-nənəsidir. İddiaçı maddi vəziyyətinin yaxşı olmaması səbəbindən də uşaqlarını saxlaması üçün nənəsinə verə bilərdi. Belə ki, üçüncü şəxs Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyin Qazax–X11 mütəxəssisi X9 məhkəmə iclası zamanı verdiyi izahatında görünür ki, iddiaçı İddiaçı ##.##.2024–cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, özünün və yanında olan iki nəfər uşaqlarının sığınacağa yerləşdirilməsini xahiş etmiş, həmin vaxt Gəncə şəhərində qohumunun evində müvəqqəti yaşamasını bildirmişdir. İddiaçı özü dolana bilmədiyindən uşaqlarını sığınacağa vermək istəmişdir.

54. Kollegiya həmçinin qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı əvvəllər də uşaqlarını tələb etmiş, Şəmkir Rayon Məhkəməsində Cavabdeh “uşaqların onun himayəsində qalmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsinə baxılarkən, Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. İddiaçı ##.##.2025–ci il tarixdə Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə ərizə yazaraq, uşaqlarının onun himayəsinə verilməsini xahiş etmişdir. İddiaçı tərəf maddi vəziyyətinin yaxşı olmaması səbəbindən uşaqlarının müvəqqəti olaraq sığınacağa yerləşdirmək istəmişdir. Bununla belə iddiaçı daha sonra istər məhkəməyə qarşılıqlı iddia ərizəsi verməklə, istər Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etməklə uşaqlarını tələb etmişdir.

55. Məhkəmə kollegiyası şahid ifadələrinə düzgün qiymət verilməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işə baxan məhkəmə tərəfindən şahid ifadələrinə hüquqi qiymət verilmiş və düzgün qeyd olunmuşdur ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmişdir. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslərin ifadələri isə yuxarı qeyd olunan hadisənin təsviri ilə bağlı olmuş və kollegiya tərəfindən həmin hallar araşdırılmışdır. Həmçinin, məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş İsmayılov Suliddin Əhməd oğlu da ifadəsində həmin hadisəni təsvir etmişdir və göstərmişdir ki, nümayəndə2 onun baldızıdır. Kollegiya onun nümayəndə2 və cavabdeh Cavabdeh ilə qohumluq münasibətlərini nəzərə alaraq, ifadəsinin qeyri-obyektiv ola biləcəyi qənaətindədir.

56. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra-Agentlik) ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Agentlik tərəfindən hər iki tərəfin həyat şəraiti araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı anası, anasının qeyri–rəsmi əri və Səriyyə adlı uşağı ilə kirayədə yaşayır, aylıq cəmi gəlirləri 300–400 manatdır. Həmin məbləğlə 4 nəfər uşaq, iddiaçı, iddiaçının anası və onun qeyri–rəsmi ərinin normal şəraitdə yaşaması qeyri–mümkündür. Həmçinin, iddiaçı özü dolana bilmədiyindən uşaqlarını sığınacağa vermək istəmişdir. Cavabdeh tərəfin evlərinə baxış keçirən zaman atanın özünün ayrıca evi, nənənin ayrıca evinin olması müəyyən edilmişdir. Uşaqlarla söhbət zamanı uşaqlar analarının yanına getmək istəmədiklərini bildirmişlər. ##.##.2025–ci il tarixdə uşaqlar nümayəndə2 ilə bağlanmış müqaviləyə (qeyd olunan sənədlər bütövlükdə əldə edilərək tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir) əsasən sonuncuya himayəyə verilmişdir. Həmçinin, uşaqların hər birinə ayda 400 manat müavinət müəyyən edilmişdir. 2024-ci ilin oktyabr ayında nümayəndə2 Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edərək bildirmişdir ki, oğlu Rusiya Federasiyasına işləmək üçün getmişdir, 4 uşaq onun himayəsində qalmışdır. Maddi imkanı aşağı olması səbəbindən onlara qayğı göstərməkdə çətinlik çəkir. Ona görə də ona dəstək göstərilməsini xahiş etmişdir.

57. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Agentlik tərəfindən yekunda 4 uşağın ailə vəziyyətinin dəyişməsi və ailə himayəsinə qaytarılması üçün əsaslar müəyyən edildiyindən nümayəndə2 ilə bağlanmış ##.##.2025-ci il tarixli 3-17-313-7112025, 3-17-313- 6912025, 3-17-313-70\2025 ve 3-17-313- 6812025 müqavilələrin ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmişdir.

58. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

QƏT E T D İ:

Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar