Məhkəmə qərarları › İş №2(3-7)-188/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-188/2026

30.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-188/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (atası) X10 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağdam Rayon Qeydiyyat Şöbəsinin ##.##.2025-ci il tarixli №***-**/** saylı, №***- **/** saylı və № ***-**/** saylı arayışlarından görünür ki, tərəflərin ##.##.2008-ci ildə Məhəmmədəli, ##.##.2009-cu ildə Ramin və ##.##.2014-cü ildə Röyal adlı uşaqları olmuşdur.

2. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, İddiaçıla Cavabdeh arasında olan nikah pozulmuş, ##.##.2008-ci ildə anadan olmuş Məhəmmədəli, ##.##.2009-cu ildə anadan olmuş Ramin və ##.##.2014-cü ildə anadan olmuş Röyal adlı uşaqlar anasının himayəsində saxlanmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2024-cü ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli olmaqla cəmi 1,05 misli həddində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

3. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, ##.##.2008-ci ildə anadan olmuş X9, ##.##.2009-cu ildə anadan olmuş X1 və ##.##.2014-cü ildə anadan olmuş X2 atası İddiaçı yanında saxlanılması qət edilmişdir.

4. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı İddiaçı inşaat fəhləsi işləyir və aylıq 555.43 manat əmək haqqı alır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.2010-cu ildə evlənmiş, birgə nikahdan ##.##.2008-ci ildə Məhəmmədəli, ##.##.2009-cu ildə Ramin və ##.##.2014-cü ildə Röyal adlı uşaqları olmuşdur. Cavabdehlə aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar ananın himayəsində saxlanmışdır. ##.##.2025-ci ildə uşaqlar Mingəçevir şəhəri, H.Əliyev prospekti bina49, mən 21 ünvanından çıxaraq gecə parkda qalmış, səhəri gün isə çıxıb onun yaşadığı ünvana gəlmişlər. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə onun himayəsinə verildiyini, həmin vaxdan cavabdehin uşaqların saxlanması üçün heç bir köməklik etmədiyini, işləməsinə baxmayaraq uşaqların tələbatını tək ödəyə bilmədiyini qeyd etməklə cavabdeh Cavabdeh ##.##.2008-ci il təvəllüdlü Məhəmmədəli, ##.##.2009-cu il təvəllüdlü Ramin və ##.##.2014-cü il təvəllüdlü Röyal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 750 manat alimentin və mediasiya şurası üçün ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2025-ci ildən başlayaraq ##.##.2008-ci ildə anadan olmuş Məhəmmədəli, ##.##.2009-cu ildə anadan olmuş Ramin və ##.##.2014-cü anadan olmuş Röyal adlı uşaqlar yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli cəmi 0,60 misli həddində sabit pul məbləğində aliment tutulması, Cavabdeh 48,80 manat dövlət rüsumu tutulması, İddiaçı mediasiya şurası üçün ödədiyi 60 manat cavabdeh Cavabdeh alınaraq İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi, İddiaçı iddiasının qalan hissəsi rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər iki tərəfin mənafeyini və gələcəkdə ödənilməsində çətinlik yaranmamasını nəzərə alaraq Cavabdeh Rəvan, Ramin və Röyal adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli cəmi 0,60 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədəuyğundur.

9. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76 və 78-ci, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 100.2-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

10. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, cavabdeh X6 ##.##.2008-ci il təvəllüdlü X9, ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşa q üçün 250 manat, cəmi 750 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 60 manat mediasiya xərcininin tutularaq ona verilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri, maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasına, mütərəqqi tələblər əssında təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (atası) X10 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, deyilənə görə cavabdeh işləyir. Onlar aliment verərkən, oğlu avtomobilini satıb aliment borcunu ödəmişdir.

14. İş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçı nümayəndəsi olan atası vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Cavabdeh Cavabdeh məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçının verdiyi apellyasiya şikayəti əsassızdır. O, Ağdam rayonunundan məcburi köçkün düşüb, Mingəçevir şəhərində məskunlaşmışdır. Hal-hazırda işsizdir. X7 işszidir və anası ilə birgə yaşayır. Əlavə heç bir gəlir yeri yoxdur. (bununla bağlı işsizlik sənədləri əlavə edirəm). Hətta qarşı tərəfin ona 2100.00(iki min yüz) manat aliment borcu olmasına baxmayaraq o, bu ödənişləri etməkdən qərəzli şəkildə boyun qaçırır. Qarşı tərəf İddiaçı dövlətin adı ilə danışaraq ona deyir ki, "Qanun səni və ananı ...." səndən aliment alacam”. Ailəsi və onunla bağlı təhdidlər edir. Onun haqqında “pozuğun, fahişə” kimi nalayiq söyüşlər işlədərək onun şərəf və ləyaqətini alçaldır. (bununla bağlı vostap yazışması təqdim edirəm). Maddi cəhətdən imkanı olmadığı üçün məhkəmə iclasında iştirak edə bilmiyəcəkdir. Odur ki, yuxarıda qeyd olunanları rəhbər tutaraq onun Ağdam rayonun məcburi qaçqın olmağını, işsiz olmağını, anası ilə birgə yaşamağını və əlavə gəlir yeri olmadığını nəzərə alaraq, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

16. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

22. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

23. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

24. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

25. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı iş üzrə apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirdiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyi daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ##.##.2008-ci ildə anadan olmuş Məhəmmədəli, ##.##.2009-cu ildə anadan olmuş Ramin və ##.##.2014-cü anadan olmuş Röyal adlı uşaqlar yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli cəmi 0,60 misli həddində sabit pul məbləğində aliment tutulması qənaətinə gələrkən işə baxan məhkəmə haqlı olmuşdur. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafelərini pozmur, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır.

37. Cavabdeh ərizəsində qeyd etmişdir ki, Ağdam rayonundan məcburi köçkün kimi Mingəçevir şəhərində yaşayır. Anası ilə birlikdə yaşayır, anası və özü heç bir yerdə işləmir. Əlavə heç bir gəliri yoxdur. Onun işsiz kimi X4 Məşğulluq filialında qeydiyyatda olmasına dair arayış iş materiallarına əlavə edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin maddi imkanının yüksək olması və gəlirlərinin olması ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Lakin “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin maddi durumunu nəzərə alaraq, alimentin miqdarını minimum həddə tutmaqla bağlı qərarında məhz cavabdehin maddi durumunu nəzərə almışdır. Kollegiya hesab edir ki, uşaq ananın himayəsində olduğundan və onun qayğısının çəkilməsi ananın üzərinə düşdüyündən, atanın aliment öhdəliyi vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı İddiaçı inşaat fəhləsi işləyir və aylıq 555.43 manat əmək haqqı alır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarı iddiaçını, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır, tərəflərin maddi imkanları daxilində uşağın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarmır.

40. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar