Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-203/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Cavabdeh cavabdeh1 vəcavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı müqavilələrin ləğv edilməs tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 ilə ## ### 2025-ci il tarixdə DIN-in BDYPI-nə bilavasitə tabe olan Tovuz RQI və TB şöbəsində bağlanmış ## ### 2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin ləğv edilməsi, hüquqi yardım üçün vəkilə ödədiyi xərcin və dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli (hakim Nemət Musayev) qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cavabdeh2 ilə ## ### 2025-ci il tarixdə DINin BDYPI-nə bilavasitə tabe olan Tovuz RQI və TB şöbəsində bağlanmış ## ### 2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri bağlandığı andan ləğv edilmiş, cavabdeh2 tərəfindən 2011-ci il buraxılışlı, **XV*** dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobil və 2011-ci il buraxılışlı **ZG*** dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqu İddiaçı qaytarılması, İddiaçı tərəfindən 21500 manat pul cavabdeh2 ödənilməsi, cavabdeh2 cavabdeh1 ilə DIN-in BDYPI-nə bilavasitə tabe olan Tovuz RQI və TB şöbəsində bağlanmış ## #### 2025-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı” müqavilələrinin bağlandırığı andan ləğv edilməsi, cavabdeh1 tərəfindən 2011-ci il buraxılışlı, **XV*** dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobil və 2011-ci il buraxılışlı **ZG*** dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqu cavabdeh2 qaytarılması, cavabdeh2 tərəfindən 48000 manat pul cavabdeh1 ödənilməsi, cavabdeh2 və cavabdeh1 ödənilmiş 100 manat dövlət rüsumu və 320 manat vəkil xərcinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Qazax Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsini təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində cavabdeh2 tərəfindən 2011-ci il buraxılışlı, **XV*** dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobil və 2011-ci il buraxılışlı **ZG*** dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqunun İddiaçı qaytarılmasını, İddiaçı tərəfindən 21500 manat pul cavabdeh2 ödənilməsini qeyd etmişdir. Hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh2 2024-cü ili fevral ayından ona məxsus nəqliyyat vasitəsini sərbəst surətdə istifadə edərək bundan qazanc əldə edir. Eyni zamanda o, əmlak hüququndan məhrum olaraq qazanc və gəlirindən məhrum olmuşdur. Bununla belə, avtomobili istismar edilərək dəyərdən düşmüşdür. Belə ki, sözügedən nəqliyyat vasitəsinin hazırki aylıq icarə qiyməti təxminən 1500 manat təşkil edir. Eyni zamanda sözügedən avtomobil ölkə xaricinə etdiyi hər gediş-gəliş üçün təxminən 800-900 ABŞ dolları (getdiyi ölkəyə uyğun) qazanc verməkdədir. Iş materiallarından göründüyü kimi, 2024-cü il tarixdən hazırki vaxta 2 il müddət keçmiş və nəticədə orta hesabla cavabdeh ona məxsus avtomobildən 36000 – 40000 manat gəlir əldə etmişdir. Sözügedən gəlirin qazanılması üçün onun avtomobilinin dəyəri aşağı düşmüşdür. Ona görə də, hesab edir ki, Qazax rayon məhkəməsinin qətnaməsi dəyişdirilməli və həmin hissə qətnamədən xaric edilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və apellyasiya qaydasında baxılması üçün təyin edilmişdir. Iddiaçı İddiaçı “Elektron Məhkəmə” Informasiya Sistemində olan elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini, şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh cavabdeh1 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş üzrə apellyasiya şikayətindən imtina ərizəsi “Elektron Məhkəmə” Informasiya Sistemində olan elektron kabinet vasitəsi ilə iddiaçı İddiaçı tərəfindən məhkəmə kollegiyasına ünvanlanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə heç bir mane olan hal yoxdur. Buna görə də, iddiaçının apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cı maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 369, 396, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Iddiaçı İddiaçı Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Iddiaçı İddiaçı münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-203/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-203/2026
28.04.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver