Məhkəmə qərarları › İş №2(3-7)-235/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-235/2026

14.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-235/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları

1. AZ-İ ****** nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, cavabdeh1 ilə İddiaçı Rafiq qızı ##.##.2010-cu ildə *** nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olublar.

2. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ## ###### 2025-ci il tarixinə 1 cüt, 750 əyarlı, ümumi çəkisi 14 qram, 2.8 karat olan brilliant qaşlarla bəzədilmiş qarnitur dəstinin sırğasının dəyəri 4500 manat; 1 ədəd, 750 əyarlı, ümumi çəkisi 7 qram, 1.4 karat olan brilliant qaşlarla bəzədilmiş qarnitur dəstinin üzüyünün dəyəri 2250 manat; 1 ədəd, 750 əyarlı, ümumi çəkisi 6.95 qram, 0.56 karat olan brilliant qaşlarla bəzədilmiş “paxlava” formalı üzüyün dəyəri 1600 manat təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı Rafiq qızı cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus olan brilliant qaşlarla bəzədilmiş 750 əyarlı, 1 cüt ümumi çəkisi 14 qram 2.8 karat olan – Qarnitur dəstinin sırğasını, brilliant qaşlarla bəzədilmiş 750 əyarlı, 1 ədəd ümumi çəkisi 7 qram 1.4 karat olan – Qarnitur dəstinin üzüyünü, brilliant qaşlarla bəzədilmiş 750 əyarlı, 1 ədəd ümumi çəkisi 6.95 qram 0.56 karat olan – Paxlava üzüyün naturada alınmasını, naturada alınması mümkün olmadıqda isə həmin qızılların cəmi dəyəri olan 8350 manat pulun, ödənilmiş mediasiya xərci 50 manat və dövlət rüsumu 103.5 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, onu keçmiş həyat yoldaşı olmuş cavabdeh1 2009cu ilin avqust ayında ailə qurmaq məqsədi ilə qaçırmişdir. Onların birgə ər-arvadlıq münasibətlərindən 2 övladları doğulmuşdur. cavabdeh1 onu qaçırdıqdan sonra qayınatası X1 ona el adət-ənənəsinə uyğun olaraq toy hədiyyəsi kimi qızıl-zinət əşyalarını vermişdir. Ondan qayınatasının hədiyyə vermiş olduğu qızılları baldızı almış və saxlanması üçün qayınanasına vermişdir. Onlar qızılların ona hədiyyə olaraq verilməsinə razı olmamışlar. 6750 manat dəyərində olan brilliant qaşlarla bəzədilmiş qarnitur dəsti və 1600 manat dəyərində olan brilliant qaşlarla bəzədilmiş “Paxlava” üzük bu günə kimi qayınanasında və baldızında durur. Onun ilə həyat yoldaşı arasında bağlanmış nikah qeydi, hazırda məhkəmə tərəfindən pozulmaq üzrədir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh3 1 cüt, 750 əyarlı, ümumi çəkisi 14 qram, 2.8 karat olan brilliant qaşlarla bəzədilmiş, dəyəri 4500 manat olan qarnitur dəstinin sırğası; 1 ədəd, 750 əyarlı, ümumi çəkisi 7 qram, 1.4 karat olan brilliant qaşlarla bəzədilmiş, dəyəri 2250 manat olan qarnitur dəstinin üzüyü; 1 ədəd, 750 əyarlı, ümumi çəkisi 6.95 qram, 0.56 karat olan brilliant qaşlarla bəzədilmiş, dəyəri 1600 manat olan “paxlava” formalı üzük, naturada həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri olan 8350 (səkkiz min üç yüz əlli) manat pul alınaraq İddiaçı Rafiq qızına verilməsi, iddianın qalan hissədə təmin olunmaması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51 (əlli bir) manat 75 (yetmiş beş) qəpik pul və mediasiya xərcinin əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı Rafiq qızına ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tələb edilən qızılların mövcudluğu sübutetmə yükü daşıyan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə təsdiqlənir, həmin fotoşəkillərlə iddiaçının tələb etdiyi qızıl-zinyət əşyaları müəyyən olunur. Həmçinin, məhkəmə iclasında iştirak etmiş cavabdehlərin izahatları həmin qızıl-zinyət əşyalarının mövcudluğu təsdiqlənir. Belə ki, əvvəlki məhkəmə iclasında cavabdeh cavabdeh3 tələb edilən qarnitur dəstinin mövcudluğunu və məhkəməyə təqdim edilmiş fotoşəkildəki ilə eyniliyini, habelə “paxlava” formasında üzüyün mövcudluğunu və həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edildiyini təsdiqləmişdir. Həmin cavabdeh sonrakı iclasda həmin izahatında bildirdiklərini təkzib etməyə çalışsa da, bu hal mülki məsuliyyətdən yayınmaq cəhdi kimi qəbul edilməlidir. Belə ki, əvvəlki iclasda fotoşəkildəki qarnitur dəstinin tələb edilən dəstlə eyniliyini təsdiqlədikdən sonrakı iclasda fotoşəklə baxmadan oradakı görüntünü yanlış xatırladığını, digər qızıl-zinət əşyasıyla səhv saldığını bildirmişdir. Halbuki, həmin fotoşəkli təkrar nəzərdən keçirmədən, yəni yanlışlığa yol verdiyini özü üçün aşkarlanmadan bu halı bildirmişdir. Bundan başqa, həmin cavabdeh əvvəlki iclasda “paxlava” formalı üzüyün öz nişan üzüyü olduğunu və onlara məxsus evə gəldikdə iddiaçıya hədiyyə etdiklərini bildirsə də, sonrakı iclasda illərlə ona məxsus olmuş və doğum günündən fərqli olaraq hər il təkrarlanmayan nişan mərasimində hədiyyə edilmiş üzüyü digər üzüklə səhv saldığını bildirmiş və sonuncunun üzərindəki qiymətli daşların briliant olmadığını xüsusi vurğulamışdır. Digər tərəfdən, cavabdeh cavabdeh3 həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə verildiyini bildirdiyi halda, cavabdeh cavabdeh1 bu hala etiraz edərək, toy mərasimi baş tutmadığı üçün mübahisəli əşyaların iddiaçının mülkiyyətinə keçmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, nikah dövründə hədiyyə şəklində əldə olunmuş qızıl-zinət əşyasının arvadın ayrıca mülkiyyəti olması barədə qanunvericilik müddəası onun əksi barədə hər hansı şəxsi mülahizədən üstündür və tələb edilən əşyaların hədiyyə olunaraq iddiaçının mülkiyyətinə keçməsi təkzib olunmur. Bununla yanaşı, iddiaçı tərəfdən mübahisəli qızıl-zinyət əşyalarının dəyəri daxilolmaqla məlumatları əks etdirən rəy təqdim edilmiş, həmin rəy və (ya) əşyalara dair məlumatlar cavabdeh tərəfdən mübahisələndirilməmiş, həmin sübutu təkzib edən dəlil(lər) təqdim olunmamışdır. Bundan başqa, qızıl-zinət əşyalarının cavabdeh tərəfin qanunsuz sahibliyində olmasına dair hissədə məhkəmə qeyd edir ki, tələb olunan əşyaların cavabdeh1la cavabdeh3 birgə yaşadıqları evdə sonuncuya məxsus yataq otağında saxlanıldığını, habelə iddiaçının “paxlava” formalı üzüyü əvvəlcə, qarnitur dəsti daha sonra apardığını həmin cavabdehlər bildirmişdir. Beləliklə, mübahisəli əşyaların cavabdehlər cavabdeh3 və cavabdeh1 sahibliyində olması öz izahatlarıyla təsdiqlənir. Bununla yanaşı, cavabdeh cavabdeh1 iddiaçıya məxsus müxtəlif qızıl-zinət əşyalarının dəfələrlə onun adına borc alınması üçün lombard saxlancına qoyulduğunu bildirmiş, buna iddiaçının razılığını sübuta yetirməmiş, habelə, saxlanca qoyulmuş həmin qızıl-zinət əşyalarının lombarddan tam təhvil alındığını bildirmişdir. Həmin cavabdehlər tələb edilən əşyaların iddiaçı tərəfindən aparıldığını bildirsə də, iddiaya həmin etirazlarını təsdiqləyən hər hansı sübut təqdim edilməmişlər. Nəzərə alınır ki, qızıl-zinət əşyaları həmçinin cavabdeh cavabdeh2 tələb edilsə də, sonuncunun digər cavabdehlərdən ayrı evdə yaşaması müəyyən olunmuşdur. Beləliklə, mübahisəli əşyaların habelə cavabdeh cavabdeh2 sahiblik və (ya) istifadəsində olması müəyyən edilmir.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci Ailə Məcəlləsinin 34-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini tamamilə ləğv edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tam olaraq təmin edilməməli olduğu halda məhkəmə düzgün olmayaraq iddianı qismən təmin etmişdir. Iddiaçı məhkəmə proseslərində qızıl-zinət əşyalarının cavabdehlərin sahibliyindən olması ilə bağlı məhkəmə proseslərində bir-birinə zidd ifadələr verərək, qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını sübut edə bilməmişdir. Məhkəmə isə iddiaçının ziddiyətli ifadələini cavabdehlərin ziyanına sübut kimi qəbul etmişdir. Məhkəmə proseslərində qızıl zinət əşyaları ilə bağlı tərəflərindən söylənməyən bir çox ifadələr qətnamədə öz əksini tapmışdır. Söyləmədikləri ifadələr qətnamədə iddiaçının xeyrinə sübut kimi qeyd olunmuşdur. Bununla da məhkəmə sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməkə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməməklə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının müvafiq bəndlərinin tələblərini pozmuşdur.

10. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini tamamilə ləğv edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tam olaraq təmin edilməməli olduğu halda məhkəmə düzgün olmayaraq iddianı qismən təmin etmişdir. Iddiaçı məhkəmə proseslərində qızıl-zinət əşyalarının cavabdehlərin sahibliyindən olması ilə bağlı məhkəmə proseslərində bir-birinə zidd ifadələr verərək, qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını sübut edə bilməmişdir. Məhkəmə isə iddiaçının ziddiyətli ifadələini cavabdehlərin ziyanına sübut kimi qəbul etmişdir. Məhkəmə proseslərində qızıl zinət əşyaları ilə bağlı tərəflərindən söylənməyən bir çox ifadələr qətnamədə öz əksini tapmışdır. Söyləmədikləri ifadələr qətnamədə iddiaçının xeyrinə sübut kimi qeyd olunmuşdur. Bununla da, məhkəmə sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməkə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməməklə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının müvafiq bəndlərinin tələblərini pozmuşdur. Məhkəmədı cavabdehlərin sərbəst ifadə vermələrinə şərait yaradılmamışdır. Əgər halim tərəfindən sərbəst ifadə verilməsinə şərait yaradılmış olsaydı, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aprılması barədə halları məhkəməyə bildirməklə iddianın əsassız olduğunu sübut edərdilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi, vəkil vəkil1 Tanrıverdi oğlu izahatında bildirmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində ziddiyətli sözlər söyləmişdir. Qızılllar cavabdeh3 saxlanılmamış və iddiaçı evdən zorla çıxarılmamışdır. Qeyd olunan qızıl-zinət əşyalarının ümumiyyətlə olmamışdır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil vəkil2 apellyasiya şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 225.2. nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

18. Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin (***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Rafiq qızını cavabdeh1 2009-cu ilin avqust ayında ailə qurmaq məqsədi ilə qaçırmişdir. Onların birgə ərarvadlıq münasibətlərindən 2 övladları doğulmuşdur. Iddiaçı cavabdeh1 onu qaçırdıqdan sonra qayınatası X1 ona el adət-ənənəsinə uyğun olaraq toy hədiyyəsi kimi qızıl-zinət əşyalarını verdiyini, həmin qızıl zinyət əşyalarının cavabdehlər tərəfindən alındığını qeyd edərək, cavabdehlərdən ona məxsus olan brilliant qaşlarla bəzədilmiş 750 əyarlı, 1 cüt ümumi çəkisi 14 qram 2.8 karat olan – Qarnitur dəstinin sırğasını; brilliant qaşlarla bəzədilmiş 750 əyarlı, 1 ədəd ümumi çəkisi 7 qram 1.4 karat olan – Qarnitur dəstinin üzüyünü; brilliant qaşlarla bəzədilmiş 750 əyarlı, 1 ədəd ümumi çəkisi 6.95 qram 0.56 karat olan – Paxlava üzüyün naturada alınmasını, naturada alınması mümkün olmadıqda isə həmin qızılların cəmi dəyəri olan 8350 manat pulun, ödənilmiş mediasiya xərci 50 manat və dövlət rüsumu 103.5 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Cavabdehlər apellyasiya şikayətinin dəlillərində göstərmişlər ki, iddiaçı məhkəmə proseslərində qızıl-zinət əşyalarının cavabdehlərin sahibliyindən olması ilə bağlı bir-birinə zidd ifadələr verərək, qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını sübut edə bilməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ümumiyyətlə birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə proseslərində qızıl zinət əşyaları ilə bağlı tərəflərindən söylənməyən bir çox ifadələrin qətnamədə öz əksini tapması, söyləmədikləri ifadələr qətnamədə iddiaçının xeyrinə sübut kimi qeyd olunması, bununla da, məhkəmənin sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməkə haqlı olmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehlər ifadələrinin təhrif edilməsi ilə bağlı məhkəmə iclas protokoluna qeyd verməmişlər. Həmçinin apellyasiya icraatı zamanı mübahisələndirilən məhkəmə iclaslarının video yazısına baxış keçirilmiş, baxış zamanı hər hansı pozuntuya və təhrifə yol verilməsi müəyyən olunmamışdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qızılların mövcud olmasının sübuta yetirilməməsi dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, iddiaçıya fantaziya üzük, brilyant qaşlarla bəzədilmiş qolbağı və başqa qızıl-zinyət əşyaları vermişlər, qohumları ona müxtəlif qızılzinyət əşyaları vermişdi. Onun valideynləri iddiaçı ilə birgə yaşamışlar. Tələb edilən qızıllar evin qızılları olmuş, Gülnara hədiyyə verilmiş, gedənə kimi bütün qızılları öz üstündə olmuşdur. Gülnar gedəndə nə var idi, hamısını aparmışdır. Gülnarın qızılları dəfələrlə onun adına lombarddan götürülmüş borcun əvəzində saxlanca qoyulmuş, qızıllar lombarda Gülnarın razılığı ilə qoyulmuşdur. Qızılları verməsindən görünür ki, Gülnarın buna razılığı olmuşdur. Gülnar pul gətirib vermişdir ki, lombarddan qızıllarını çıxarsınlar. Lombarda borcu qaytarandan sonra qızılları onun özünə qaytarmışlar. Gülnar evə qayıtmamışdır. Səs yazısında Gülnar qızılları verməyi deyəndə öz qızıllarını yox, anasına məxsus qızılları tələb emişdir. Gülnar bəyəndiyi qızılları özündə saxlamış, bəyənmədiklərini anasında saxlamışdır. Həmçinin cavabdeh cavabdeh3 birinci instansiya məhkəməsində ilkin izahatında göstərmişdir ki, iddiaçıya bir dəst yaxa sepi, iki “onluq”, brilyant qolbaq, brilyant üzük, ortası yaşıl kənarı “gül” formalı komplekt vermişlər, qohumları müxtəlif qızıl-zinyət əşyaları vermişlər. Vüqar işə görə başqa ölkəyə getdikdən sonra Gülnar evdən getmişdi. Gülnar gecə saat 12-də bacısıyla onların evinə gəlib “gül” formalı komplekti aparmışdır. Həmin komplekt iş materiallarına əlavə olunmuş fotoşəkillərdəki dəstdir. Həmin zümrüd komplekti Gülnar bəyənmədiyi üçün onda saxlamış, iddiaçı bəyəndiklərini özündə saxlamışdır. Brilyant qaşlı “Paxlava” formalı üzük onun öz nişan üzüyü olmuş, Gülnar evə gələndə ona hədiyyə etmişlər. Gülnar brilyant qaşlı “Paxlava” formalı üzüyü əvvəlcədən aparmışdı, axırıncı dəfə zümrüd komplekt qalmışdı, onu da gecə vaxtı bacısıyla gəlib aparmışdır. Göründüyü kimi qızılların mövcudluğu cavabdehlərin özlərinin izahatı ilə təsdiq olunmuşdur.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehlər cavabdeh3 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh3 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar