Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-241/2026 03.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin e-2(061)-1771/2025 saylı, xx.xx.2026-cı il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Maraqlı şəxs olmaqla alimentin məbləğinin azaldılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 8(061)-129/2025 saylı qərardadına əsasən qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(061)-1226/2014 saylı məhkəmə qətnaməsinə əsasən onunla Cavabdeh birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarının xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı ərizəçi Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay üçün 0,95 misli həddində indeksasiya olunması müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 168 manat və ya sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2026--cı il tаrixli e-2(061)-1771/2025 saylı qətnaməsi ilə (hakim Kamil Rzayev) İddiaçı hal-hazırda Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 8(061)-129/2025 saylı qərardadına əsasən Cavabdeh birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay üçün 0,95 misli həddində indeksasiya olunması müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qərardad qanuni qüvvəsini alan gündən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində alimentin tutulması, Cavabdeh xeyrinə ödənilməsi, qətnamənin icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli, e-2(061)-1771/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki iş ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəm kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəməyə daxil olmuş, 2(061)-1771/2025 saylı, xx.xx.2026-cı il tarixli, Tərtər Rayon Məhkəməsinin məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair 2(061)-1771/2025 nömrə ilə qeydə alınmış mülki iş Tərtər Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixdə, 2(061)-1771/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. 17 fevral 2026-cı il tarixdə mülki iş üzrə üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. Odur ki, həmin apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360 və 362-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(061)-1771/2025 saylı mülki işin Tərtər Rayon Məhkəməsinə xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı mülki işin məhkəmə baxışından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə mülki işin məhkəmə baxışından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2026-cı il tarixli, 2(3-7)-241/2026 saylı qərardadı ləğv edilməli və mülki iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2026-cı il tarixli, 2(3-7)- 241/2026 saylı qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatına olan 2(3-7)-241/2026 saylı mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad elan olnduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-241/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-241/2026
03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver