Məhkəmə qərarları › İş №2(3-7)-246/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-246/2026

07.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-246/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, ##.##.2009-cu il tarixdə anadan olmuş X2 və ##.##.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,99 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

2. AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2017-ci il tarixdə anadan olmuş X4 atası İddiaçı, anası isə X6r.

3. ##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış iş yerinə dair arayışdan görünür ki, İddiaçı əmək müqaviləsi üzrə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi çalışır və aylıq əmək haqqı 400 manat təşkil edir.

4. Gənə şəhər İcra Hakimiyyətinin başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli arayışın surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Avtozavod yaşayış massivində atası X7, anası X8, arvadı X6 və oğlu X4 ilə birgə yaşayır.

5. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası FHN Gəncə Regional Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** saylı məktubundan görünür ki, R Cavabdeh ## ### 2014-cü il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin xilasedicisi vəzifəsində işləyir və onun hesablanmış aylıq əmək haqqısı 871.35 (səkkiz yüz yetmiş bir manat, 35 qəpik) manat, tutulmalardan sonra 759.96 (yeddi yüz əlli doqquz manat, 96 qəpik) manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə ##.##.2009- cu il tarixdə anadan olmuş X2 və ##.##.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün 115 manat, cəmi 230 manat həddində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh nikahlarını qeydə aldırmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2010-cu il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsasında ##.##.2009-cu il tarixdə anadan olmuş X2 və ##.##.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 115 manat, cəmi 230 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı hər ay vaxtıvaxtında alimenti ödəmişdir. Daha sonra Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci tarixli qərardadı ilə iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Belə ki, iddiaçının əmək haqqı 400 manat təşkil edir. Bundan başqa İddiaçı ikinci dəfə nikaha daxil olmuşdur və bu nikahdan da onun Mürsəl adlı bir uşağı vardır. İddiaçının özündən başqa daha iki nəfər ailə üzvlərinin də qayğısına qalmalı və onların maddi ehtiyaclarını qarşılamalıdır. Lakin əmək haqqının iki misli qədər tutulacaq olan aliment məbləği bunu mümkünsüz edir. İddiaçı bir ata kimi məsuliyyətini dərk edir. Uşaqların saxlanmasının daha yüksək səviyyədə olmasını istəyir. Lakin maddi və ailə vəziyyəti buna imkan vermir.

8. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, 2(043)- ****/**** nömrəli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməsi, İddiaçı ##.##.2009-cu il tarixdə anadan olmuş X2 və ##.##.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulması, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ##.##.2017-ci il tarixdə X4 adlı bir uşağı anadan olmuşdur. Bununla da İddiaçı ailə və maddi vəziyyətində dəyişlik baş vermiş, həmçinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin məbləği Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə indeksasiya olunmuş və həmin alimentin məbləği faktiki olaraq, hər ay hər uşaq üçün 396 manat məbləğində müəyyənləşdirilmişdir (0,99 x 400 manat). Hazırda İddiaçı təmizlik işçisi işləməklə, hər ay 400 manat məbləğində rəsmi əmək haqqı alır. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alınmalıdır.

10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 110 və 112-ci maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

11. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cəmi 400 manat əmək haqqı alır. İkinci dəfə ailə qurmuş, himayəsində ikinci ailədən də bir azyaşlı uşağı vardır. Banka kredit borcları vardır. Məhkəmənin 400 manat əmək haqqı alan birinə 440 manat aliment təyin etməsi ədalətli deyildir. O, övladlarının yaxşı yaşamaları üçün əlindən gələni etmək istəsə də, bu onun istəyi xaricində bir haldır. Birinci instansiya məhkəməsi isə onun maddi vəziyyətini, yaşadığı şəraiti araşdırılmadan, yəni yenidən ailə qurmağını, ikinci ailədən də azyaşlı uşağının olmasını, himayəsində yaşlı xəstə valideynlərinin olması, borclarının olmasını nəzərə almamışdır. Müəyyən edilmiş alimentin məbləği onun aylıq əmək haqqından çoxdur. Əlavə gəlirləri də yoxdur. Məhkəmənin qət etdiyi qətnamədəki aliment onun əmək haqqından çoxdur. Onun ailə, azyaşlı uşaqları maddi vəsaitsiz qalsa da yenə də ödəyə bilməz həmin məbləği. Halbuki, cavabdeh özü işləyir kifayət qədər əmək haqqı alır. Məhkəmə iclasında cavabdeh özü izahatında bildirmişdir ki, o, ikinci dəfə ailə qurub, verilən alimentə ehtiyacı yoxdur. Həm dövlət işində işləyir, həm ikinci əri kifayət qədər maddi gəlirə malikdir, həm də özü alqı-satqı ilə məşğuldur. Belə olan halda cavabdehin aliment tələbi onun hələ də bitməyən qərəzinin nəticəsidir. Ödədiyi hər uşağa 115 manat alimenti çətinliklə ödədiyi təqdirdə, müəyyən olunnan alimenti ödəməyi qeyri-mümkündür. Ən azından köhnə aliment qalarsa həm cavabdeh, həm də belə qətnamənin icrasında çətinlik çəkməyəcəkdir, yəni tutulan aliment təkcə kağız üzərində qalmayacaqdır. Göründüyü kimi məhkəmə iş üçün əhəmiyyətli olan halları nəzərə almadan qətnamə qəbul etmişdir.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, işləyir və aylıq əmək haqqı 400 manatdır. İki uşaq üçün aylıq aliment miqdarı 440 manatdır. O, necə 400 manat əmək haqqı ala-ala 440 manat aliment verə bilər. Cavabdeh işləyir və yüksək əmək haqqı alır. Birgə nikahdan iki uşağı vardır. İkinci dəfə ailə həyatı qurmuşdur. Valideynlərinə o baxır. Rəsmi nikahı yoxdur. İkinci evliliyindən də bir uşağı var.

15. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

16. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:

22. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

23. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

24. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

25. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.3. Apellyasiya instansiyası qətnaməni dəyişdirə bilər.

30. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

31. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

32. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

33. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən qismən, alimentin miqdarı hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.

39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlərin uşaqlarını saxlamağa borcludurlar. Əgər uşaqlar ananın himayəsində olarsa, onların qayğısının çəkilməsinin ananın üzərinə düşdüyündən, atanında alimentin öhdəliyi yaranır.

40. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Həmin qərarın 8.2-ci bəndində qeyd olunur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

41. Həmin qərarın 8.7-ci bəndində qeyd olunur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

42. Həmin qərarın 8.14-ci bəndində qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının maddi durumu aşağıdır. İddiaçının maddi vəziyyətində artımla bağlı heç bir artım olmamış, ikinci dəfə ailə qurmuş, ikinci ailəsindən övladı olmuş, yəni xərcləri artmışdır. Uşaq ananın himayəsində olduğundan və onun qayğısının çəkilməsi ananın üzərinə düşdüyündən, atanın da, aliment öhdəliyi birmənalıdır. Lakin təyin olunan alimentin məbləği müəyyən olunarkən, aliment ödəyənin maliyyə imkanları nəzərə alınmalıdır ki, həmin alimentin vaxtlı-vaxtında və tam formada ödənilməsi təmin olunsun. Bu hal uşaqların və aliment alanın da mənafeyi üçün məqsədəmüvafiqdir. İşin qeyd edilən halları onu deməyə əsas verir ki, iddiaçı ailə vəziyyəti və maddi durumunun yaxşı olmaması, gəlir və qazancının aşağı olması təyin edilmiş alimenti ödəmək iqtidarında olmamasını təsdiq edir. İddiaçının maddi imkanlarının və gəlirlərinin yüksək olması barədə hər hansı sübut növü məhkəmə kollegiyasına təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası FHN Gəncə Regional Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** saylı məktubundan görünür ki, R Cavabdeh ## ### 2014-cü il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin xilasedicisi vəzifəsində işləyir və onun hesablanmış aylıq əmək haqqısı 871.35 (səkkiz yüz yetmiş bir manat, 35 qəpik) manat, tutulmalardan sonra 759.96 (yeddi yüz əlli doqquz manat, 96 qəpik) manat təşkil edir. Kollegiya cavabdehin işləməsini, iddiaçının gəlirinin aşağı olmasını nəzərə alaraq hesab edir ki, uşağa ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməsi, iddiaçının və cavabdehin maliyyə imkanları baxımından daha məqsədəmüvafiqdir və uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını və cavabdehi əlverişsiz vəziyyətə salmır. Həmçinin, iddiaçının himayəsində olan digər uşağına münasibətdə də ədalətli olar.

44. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği iddiaçının maddi vəziyyəti, eləcə də müəyyən olunmuş diqqətəlayiq hallar baxımından ədalətli olmamışdır.

45. Məhkəmə kollegiyası izah edir ki, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə standartı-sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartıməhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

46. Bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli (200 manat) aliment müəyyən edilməsi, iki uşaq üçün ayda 400 manat olmaqla, il ərzində 4800 manatdır (400x12=4800).

47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddiaçı ##.##.2009-cu il tarixdə anadan olmuş X2 və ##.##.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,50 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar