Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-256/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İlham oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə icraatında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh İlham oğluna qarşı onun borclu olduqları 21252 (iyirmi bir min iki yüz əlli iki) manat pul vəsaitinin, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yarım il üçün 2,5 faiz hissəsi olan 531 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 faizin yarım il üçün 3,75 faiz hissəsi olan 797 manat, cəmi 22580 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və dövlət rüsumu qismində ödənilmiş 158 manat pul vəsaitinin, ümumilikdə 22,738 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İlham oğlu onun etibarından sui istifadə edərək 21252 manat pul vəsaitini mənimsəmiş, onu aldadaraq geri qaytarmamışdır. 2023-cü ilin son aylarında “xxxx” MMC-in ekspediteli olaraq getdiyi Bilgəh qəsəbəsində yerləşən “Kənan Market”-də Cavabdeh İlham oğluna kassir olaraq tanımışdır. Həmin vaxtdan münasibət yaranmış, bir neçə ay dostluq etdikdən sonra ona Qarabağa mal-ərzaq aparan və satan tanışı olduğunu, birlikdə iş görə biləcəklərini, bir az pul qazana biləcəyini bildirmişdir. Mən isə bir qədər fikirləşdikdən sonra ona işlədiyi “xxxx” MMC - in öz əməkdaşlıq etdiyi şirkətlərin olduğunu bildirmiş, lakin dostu Şahid Cəlilabad rayonunda topdan satış “TOPAR” marketi olduğunu, onunla birlikdə iş görə biləcəklərini demişdir. Bundan sonra Şahid Bakı şəhərinə gəldikdə onu Cavabdeh ilə görüşdürmüşdür. Onlar aralarında Şahid Cavabdeh İlham oğluna mal göndərəcəyini, Elmirin isə satılması üçün Qarabağa göndərəcəyini ilə bağlı şifahi razılığa gəlmişlər. X3 getməyin onun üçün çətin olacağını bildirərək ondan kömək etməsini xahiş etmişdir. O, isə sadəcə malı Şahmardan götürüb ona çatdıracağı mövzusunda razılaşmışdır. Bundan sonra iki dəfə onun vasitəsi ilə Şahmardan mal götürülmüş, Elmirə çatdırılmış, hər birində ayrı-ayrılıqda müvafiq olaraq 5000 manat və 6000 manat ödənişlmir tərəfindən ona verilmiş, o da Şahmara çatdırmışdır. Sonuncu dəfə ##.##.2024-cü il tarixli sifariz əsasında ##.##.2024-cü il tarixdə ümumilikdə dəyəri 21252 manat olan 12000 ədəd göy bizon enerji içkisi, 2400 ədəd qırmızı bizon içkisi, 4800 ədəd istisu suyu, 1200 ədəd GO enerji içkisi və 2400 ədəd berg turbo enerji içkisini “Mersedes Atego” nəqliyyat vasitəsinə yükləyərək ##.##.2024-cü il tarixdə saat 01 radələrində Elmirə təhvil vermişdir. Ona pulu yaxın günlərdə verəcəyini bildirmişdir. Bundan sonra həfətələr keşmiş, Şahmar Elmirə dəfələrlə zəng etmiş, lakin Elmir telefonu ya açmamış, ya da bəhanələr gətirmişdir. Daha sonra noyabr ayının əvvəllərində Elmir ona pis vəziyyətdə qoyduğu üçün onun xahişi əsasında 21252 manat pul vəsaitini Şahmara ödəmişdir. Elmir ona daha sonra pulu qaytaracağına söz vermişdir. Bundan sonra indiyədək Elmirdən pulu mal və borcunu qaytarmaq adı ilə istəmiş, aralarında Whotsapp” vasitəsi ilə və telefon zəngi vasitəsi ilə danışıqlar olmuş, pulu qaytaracağını bildirmiş, lakin hələ də qaytarmamış və mənimsəmişdir. İddia ərizəsinə əlavə etdikləri, Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2024-2025-ci illər arasında ortalama bank uçot dərəcəsi 7,5 faizdir. Qeyd etdiyi faktiki halları Şahid da şahid qismində izahat verərək təsdiq edə bilər. İddia ərizəsində qeyd edildiyi kimi cavabdeh tərəfindən öhdəlik yerinə yetirilməmiş, artıq öhdəliyin icra müddətinin üzərindən 6 aydan çox müddət keçmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehin əvəzinə borc olaraq ödənilmiş 21252 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yarım il üçün 2,5 faiz hissəsi olan 531 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 yarım il üçün 3,75 faiz hissəsi olan 797 manat, cəmi 22580 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi zərurəti yaranmışdır. Göstərdiklərinə əsasən onun tərəfindən cavabdeh Cavabdeh İlham oğlunun əvəzinə borc olaraq ödənilmiş 21252 manat pul vasitəsinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yarım il üçün 2,5 faiz hissəsi olan 531 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 faizin yarım il üçün 3,75 faiz hissəsi olan 797 manat, cəmi 22580 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və dövlət rüsumu qismində ödənilmiş 158 manat pul vəsaitinin, ümumilikdə 22,738 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh İlham oğlundan onun borclu olduqları 21252 (iyirmi bir min iki yüz əlli iki) manat pul vəsaiti, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faizin yarım il üçün 2,5 faiz hissəsi olan 531 (beş yüz otuz bir) manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5 faizin yarım il üçün 3,75 faiz hissəsi olan 797 (yeddi yüz doxsan yeddi) manat, cəmi 22580 (iyirmi iki min beş yüz səksən) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 158 (yüz əlli səkkiz) manat alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh İlham oğlu apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının əldə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində 8300959552 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, VÖENnin tarixi ##.##.2011-ci il, state S, vergi ödəyisisinin növü isə P-dir. Məhkəmə kollegiyasının əldə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, cavabdeh Cavabdeh İlham oğlu Azərbaycan Respublikası Vergilər Nazirliyində 7201307672 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, VÖEN-nin tarixi ##.##.2022-ci il, state A, vergi ödəyisisinin növü isə P-dir. Kollegiya işdə iştirak edən şəxslərin subyektiv tərkibini, iddiaçı və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı göstərmişdir ki, Cavabdeh ilə 2023-cü ildən tanış olmuş, münasibətləri normal olmuşdur. 2024cü ildə Cavabdeh ona Qarabağa mal satıb, pul qazana biləcəyini, cavan ailə olduğu və ona mal götürməsində köməklik etməsini xahiş etmişdir. O, işlədiyi firmada bunun mümkün olmadığını bildirmiş və bu məqsədlə onu Şahid yönləndirmişdir. Şahidla Elmir Salmarlı Bakı şəhərində görüşmüşlər. Belə qərara gəlmişlər ki, Şahmar mal verəcək Elmir də malı satıb onun pulunu ödəyəcəkdir. Elmir 2 dəfə mal götürmüş pulunu vermiş, axırıncı dəfə 21252 manatlıq malı Bilgəh qəsəbəsində Cavabdeh təhvil vermiş, lakin Cavabdeh həmin malın pulunu verməmişdir. Şahmardan malı o, götürüb Cavabdeh verdiyi üçün pulu Şahmara ödəmişdir. Hazırda cavabdeh borc aldığı pulu iddiaçı tərəfə qaytarmadığı üçün tərəflər arasında mübahisə yaranmışdır. Belə olan halda iddiaçı borc verdiyi pulu tələb etmiş, cavabdeh isə əsassız bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bununla da cavabdeh iddiaçının pulunu özündə saxlamışdır. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə bilavasitə onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən yaranan mübahisədir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv olunmalı və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarılsın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-256/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-256/2026
04.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver