Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-261/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Işin halları
1. Gəncə Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmünə əsasən, Ələsgərov Hüseyn Rövşən oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ələsgərov Hüseyn Rövşən oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, Ələsgərov Hüseyn Rövşən oğlu ## ##### 2023-cü il tarixdə saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33- cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında X2 istifadəsində olan **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin Qanunun 73-cü maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən sutkanın qaranlıq vaxtı, yəni saat 21 radələrində idarə etdiyi avtomobilin faralarının yaxın və ya uzaq işıqlarının yanılı vəziyyətdə idarə etməli olduğu halda, həmin qaydalara əməl etməyərək ön faraları nasaz vəziyyətdə Gəncə şəhəri, Isaq Cəfərov küçəsindən Dədə Qorqud küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən “2.5 dayanmadan keçmək qadağandır” yol nişanının olmasını nəzərə alaraq idarə etdiyi “VAZ2106” markalı avtomobili yolayrıcına daxil olmadan dayandırmalı, kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunduğu vəziyyətdə yolayrıcına daxil olaraq hərəkətinə davam etməli olduğu halda, həmin tələblərə riayət etməyərək idarə etdiyi avtomobili dayandırmadan Isaq Cəfərov küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsinə daxil olmuş, sağ tərəfdən Dədə Qorqud küçəsi ilə hərəkətdə olan Cavabdeh idarə etdiyi “VAZ- 2107” minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ- 2107” minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh dalağın cırılması ilə müşahidə olunan qarının qapalı küt travması, sol dirsək, sol diz nahiyələrinin sıyrıqları sınığı ilə müşayiət olunan xəsarətlər yetirməklə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ələsgərov Hüseyn Rövşən oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin məhz 263-1.2 və 264-cü maddəsi ilə tövsif olunmalıdır. Həmin hökmdən həmçinin görünür ki, zərərçəkmiş şəxs Cavabdeh məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Ələsgərov Hüseyn Rövşən oğlu ilə barışmış və ona dəymiş xəstəxana xərcləri ilə bağlı zərər tam ödənilmişdir. Ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur.
2. Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinə verilmiş ##.##.2024-cü il tarixli ərizəyə əsasən, ##.##.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyan olaraq 2500 manat pulu təqsirləndirilən şəxs Hüseyn Ələsgərovun anası X6 ##.##.2024-cü il tarixdə ona şəxsən təqdim etmişdir. O, həmin şəxsdən pulu qəbul edib. Hüseyn Ələsgərova qarşı tələbi yoxdur, ona yüngül cəza verilməsinə etiraz etmir.
3. Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinə verilmiş ##.##.2024-cü il tarixli, ************* nömrəli ərizəyə əsasən, ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh dəymiş ziyanın, xəstəxana xərcləri Ələsgərov Hüseyn Rövşən oğlu tərəfindən tam olaraq ödənilmişdir. Ələsgərov Hüseyn Rövşən oğluna qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur.
4. ##.##.2024-cü il tarixli, ****** nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti ASC tərəfindən Cavabdeh PAB və MTE rəyinə əsasən 1500 manat ödənilməlidir.
5. ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə, ****** nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti ASC tərəfindən Cavabdeh 1500 manat ödənilmişdir.
6. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli rəyə əsasən, “Vaz 21074” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2840 manat məbləğində zərər dəymişdir.
7. ##.##.2024-cü il tarixli, ****** nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti ASC tərəfindən Cavabdeh ##.##.2024-cü il tarixli nəliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı qiymətləndərilməsi barədə hesabata əsasən 2840 manat ödənilməlidir.
8. ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə, ****** nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti ASC tərəfindən Cavabdeh 2840 manat ödənilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
9. Iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız olaraq ödənilmiş 4340 manat pulun və ödənilmiş 63.4 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə Ələsgərov Hüseyn Rövşən oğlu tərəfindən sürücülük hüququ olmadan idarə olunan “VAZ 21061” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh ağır dərəcəli bədən xəsarəti almışdır. Iş materiallarına əlavə edilmiş PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin ****** nömrəli sığorta aktından və icbari sığorta bürosundan (ISB) çıxarışdan görünür ki, hadisə zamanı “VAZ 21061” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində ##.##.2022-ci ildən ##.##.2023-cü ilə qədər mülkiməsuliyyətin icbarisığortası növündə sığortalı olmuşdur. ##.##.2024-cü il tarixli, eskpertiza aparmaq səlahiyyətinə malik müstəqil qurum olan “xxxx” MMC-nin tərtib etdiyi zərərin qiymətləndirilməsi barədə məlumata əsasən, “VAZ 21074” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2840 manat məbləğində zərər dəymişdir. Iş materiallarında olan cavabdehin (zərərəkmiş) ərizəsinə əsasən, o dəymiş zərərin məbləği ilə razılaşmış və ödəniş edilməsi üçün kart hesabını iddiaçıya təqdim etmişdir. ##.##.2024-cü il tarixli, ***INTL********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı“VAZ 21074” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh hesabına 2840 manat sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş hadisə nəticəsində həmçinin Cavabdeh ağır dərəcəli bədən xəsarəti almışdır. Bu iş materiallarında olan sənədlərlə də təsdiq olunur. ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən zərərçəkənin hesabına ağır dərəcəli xəsarətə görə 1500 manat sığorta ödənişi köçürülmüşdür. Beləliklə, zərərçəkmiş şəxsə ümumi olaraq 4340 manat sığorta ödənişi edilmişdir. Sonradan bizə məlum olmuşdur ki, zərərvuran və onun ailəsi tərəfindən də cavabdehə hələ iddiaçıya sığorta ödənişi edilməsindən əvvəl də pul ödənilmişdir. Belə ki, zərərvuran tərəfindən təqdim edilən ************** saylı notarial qaydada təsdiqlənmiş 2024-cü ilin fevral ayına aid ərizənin surətindən görünür ki, cavabdeh zərərvuran tərəfindən ona dəymiş bütün maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini və ona qarşı hər hansı iddia tələbinin və şikayətinin olmamasını bildirmişdir. Həmçinin ərizəyə qoşma olaraq əlavə edilmiş qəbzdən görünür ki, cavabdehə 1400 manat pul ödənilmişdir. Həmçinin, cavabdeh Cavabdeh daha əvvəl yəni, ##.##.2024-cü il tarixində Gəncə Şəhər Məhkəməsinə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona 2500 manat ödəniş edildiyini bildirmiş, bir daha ona qarşı dəymiş bütün maddi və mənəvi zərərin qarşılandığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Habelə təqsirləndirilən şəxsin ailəsi bildirmişdir ki, hətta qəbzini təqdim edə bilmədikləri digər ödənişlər də etmişlər. Lakin hazırkı halda sübut olunan ödəniş məbləği ümumilikdə 2500+1400=3900 manat olmuşdur. Beləliklə, cavabdeh Cavabdeh cinayət işi üzrə məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxsdən müvafiq ödənişlər almasına, ona dəymiş maddi və mənəvi ziyanın ödənilmiş olmasını bildirməyinə baxmayaraq sonradan 2024-cü ilin may ayında yenidən iddiaçı sığorta şirkətindən əlavə sığorta ödənişi almış, sığortalı tərəfindən ona əvvəlcədən ödənilmiş məbləğlərlə bağlı məlumat verməmişdir. Icbari Sığortalar Haqqında qanunun 17-ci maddəsi, sığorta ödənişi verilməsi üçün tələb olunan sənədlərin siyahısını göstərir, həmin maddənin 17.1.9-cu bəndinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti sığortaçıya təqdimedilməli və məlumat verilməlidir. Çünki 19.4-cü maddənin tələbinə əsasən, Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Hazırki halda, vurulan zərər məbləği təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən iddiaçı tərəfindən həmin məbləğ cavabdehə, yəni zərərçəkənə yox, zərərvuran sığortalı Ələsgərov Hüseyn Rövşən oğluna ödənilməli idi. Cavabdeh isə əvvəlcə zərərvurandan ona dəymiş zərərə görə ödənişlər aldıqdan və cinayət işi üzrə məhkəmənin hökmü çıxarıldıqdan 3 ay sonra iddiaçıya edilmiş ödənişlər barədə məlumat vermədən yenidən sığorta ödənişi olaraq 4340 AZN ödəniş almışdır. Buna görə də, cavabdeh Cavabdeh əsassız varlanan şəxsdir. Iddiaçı tərəfindən ona sonradan ödənilən 4340 manat sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehə pretenziya ərizəsi göndərilmiş, pretenziya məktubu sonuncu tərəfindən əldə edildikdən sonra iddiaçı ilə əlaqə saxlanılmış, ona iddia tələbi barədə məlumat verilmişdir. Lakin borc ödənilməmiş qalmışdır. Buna görə də 4340 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh cəmi 4340 (dörd min üç yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 (altmış üç) manat 40 (qırx) qəpik pul tutulması, iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən sığorta olunmuş nəqliyyat vasitəsini idarə edərkən Ələsgərov Hüseyn Rövşən oğlunun ##.##.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Cavabdeh sağlamlığına və ona məxsus nəqliyyat vasitəsinə ziyan dəymişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli hökmü ilə Hüseyn Ələsgərov yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Həmin məhkəmə icraatı zamanı Cavabdeh ona vurulmuş ziyanın Hüseyn Ələsgərov tərəfdən tam ödənildiyini və ona qarşı hər hansı tələbi olmadığını yazılı qaydada bildirmişdir. Daha sonra İddiaçı SŞ ASC tərəfindən ödənilmiş Cavabdeh ##.##.2024-cü ildə 1500 manat, ##.##.2024- cü ildə 2840 manat sığorta ödənişi edilmişdir. Hazırkı iş üzrə iddiaçı olan sığorta şirkəti cəmi 4340 manat pulun cavabdehdən tutulmasını xahiş etmiş, Hüseyn Ələsgərov tərəfdən vurulmuş ziyan ödənildiyi halda iddiaçıdan sığorta ödənişi alaraq cavabdehin əsassız varlanmasıyla tələbini əsaslandırmışdır. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, tələbi təkzib edən hər hansı dəlil təqdim olunmamışdır. Bundan başqa, cavabdeh tərəf sığorta ödənişi edildiyi üçün Hüseyn Ələsgərova qarşı hər hansı tələbin olmadığına dair ərizə verdiklərini bildirsə də, həm bunu təsdiqləyən hər hansı sübut təqdim etməmişdir, həm də ki, qeyd edilən ərizələr verildikdən və iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra həmin sığorta ödənişləri həyata keçirilmişdir. Beləliklə, sığorta ödənişi müqabilində cavabdehin tələb hüququndan imtina etməsi müəyyən olunmur. Məhkəmə həmçinin nəzərə alır ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və məhkəmə hökmündə cəza təyin edilərkən nəzərə alınan izahatı bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Beləliklə, ziyanın ödənildiyi barədə izahat verildikdən tələb hüququnun saxlanıldığını təsdiqləyən hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Hüseyn Ələsgərov tərəfindən vurulmuş ziyanın ödənilməsiylə bu barədə tələb üçün qanuni əsas aradan qalxdıqdan sonra sığorta ödənişini qəbul etmiş cavabdeh əsassız varlanmışdır. Məhkəmə araşdırması zamanı, məhrum olan iddiaçının əsassız varlanmış cavabdehdən sığorta ödənişinin qaytarılma tələbini istisna edən hallar müəyyən olunmamışdır. Belə olan halda, cavabdehdən 4340 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlardan olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, “51. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.
52. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.”
13. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.3, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1114.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər kəsin məhkəmə müdafiə hüququ vardır. Cavabdehin ağır bədən xəsarəti alması, uzunmüddətli müalicə keçməsi və faktiki xərclərin ödənilməməsi nəzərə alınmadan qətnamə çıxarılması ədalət mühakiməsinin prinsiplərinə uyğun deyil. Sübutetmə yükü iddiaçı üzərindədir. Iddiaçı cavabdehin sığorta ödənişini qanunsuz yolla əldə etdiyini sübut edən heç bir dəlil təqdim etməmişdir. Zərərin həqiqi miqdarı nəzərə alınmayıb. Cavabdeh avto qəza nəticəsində ağır bədən xəsarəti almış, dalağı əməliyyatla çıxarılmışdır. Xəstəxana və müalicə xərcləri 11.000 manatdan çox olmuşdur. Birinci instansiya məhkəməsi bu faktı nəzərə almadan yalnız sığorta ödənişini əsas götürmüşdür. Sığorta ödənişi qanuni əsasla həyata keçirilmişdir. «Icbari Sığortalar haqqında» Qanunun 14.2.4-cü maddəsinə görə ağır xəsarət hallarında sığorta ödənişi nəzərdə tutulur. Cavabdehə ödənilən 4340 manat onun çəkdiyi faktiki zərərin (11.000 AZN-dən çox) yalnız kiçik bir hissəsini əvəz etmişdir. Buna görə cavabdehin “əsassız varlanması” barədə nəticə hüquqi əsasa malik deyil. Bildirmişdir ki, cinayət işində barışıq və ödənişlər sığorta ödənişini istisna etmir. Hüseyn Ələsgərov və ailəsi tərəfindən edilən ödənişlər könüllü xarakter daşıyır və cavabdehin faktiki xərclərini tam əvəz etməmişdir. Bu ödənişlər sığorta ödənişinin verilməsinə mane olmur, çünki sığorta ödənişi qanunla nəzərdə tutulmuş mütləq təminatdı. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmçinin qeyd etmişdir ki, məhkəmə subroqasiya hüququnu cavabdehə qarşı tətbiq etmişdir. Halbuki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən subroqasiya hüququ yalnız zərərvuran şəxsə qarşı həyata keçirilə bilər. Cavabdeh zərərvuran deyil, zərərçəkmiş şəxsdir. Buna görə də, sığorta şirkətinin subroqasiya tələbi hüquqi baxımdan yalnız X5 qarşı irəli sürülə bilərdi.
16. Cavabdehin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə Iformasiya Sistemi” vasitəsi ilə apellyasiya şikayətinə əlavə ərizə ünvanlayaraq, qeyd etmişdir ki, ## ##### 2023-cü il tarixdə saat 21 radələrində oğlu Cavabdeh yol nəqliyyat hadisəsi səbəbi ilə xəsarətlər almış və ilkin məhkəmə iclaslarında bütün təfərrüatları şablon olaraq qeyd olunmuş olsa da, əsas həqiqəti müəyyən etməmişdir. Belə ki, oğlu X1, və nəvəsi ilə kürəkəni, həmin avtoqəzada xəsarətlər almış və həmin xəsarətlər məhkəmədə qeyd olunmamışdır. Halbuki, həmin hadisə nəticəsində stasiyanar və ambulator müalicələr almışlar və həmin müalicələrlə bağlı əlində əsaslı ödəniş çekləri mövcuddur. Hadisədən sonra, təqsirlənən şəxs Əsgərov Hüseyn Rövşən oğlu ilə, zərərçəkmiş oğlu X1 görüşmüş və təqsirləndirən şəxs ondan üzr istəmiş və barışması üçün, işləmədiyi (əmək haqqı) dövr üçün yaşayış minimuma müvafiq olaraq, müəyyən ödəniş verəcəyini vədd etmişdir. O cümlədən, avtomobilə dəymiş ziyanın ödənilməsi üçün əlindən gələn köməkliyi göstərəcəyinə vəd etmişdir. Lakin sonra həmin vəddən boyun qaçırmışdır. Təqdim olunan sənətlərlə birgə CD diskdə zərəçəkmiş cavabdeh Cavabdeh, iddiaçı - Qala sığorta şirkətinin əməkdaşı və təqsirləndirilən şəxs Əsgərov Hüseyn Rövşən oğlu ilə aralarında olmuş danışıqlara dair səs yazması mövcuddur. Həmin avtoneqliyyat vasitəsində cavabehin qızı, az yaşlı Əsgərova Ayan və yeznəsi Əsgərov Xəyal da, xəsarət almış olsa da, məhkəmə onların xəsarətini nəzərə almamış, çünki onların müalicəsinə ambulator qaydada evdə almış və xəsarətləri şablon olaraq, yüngül hesab edilmişdir. Lakin onlara dair xərclər ilkin tibbi yardm Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tərkibində olan X13 göstərilmiş və ödəniş qəbzləri üzrə ümumilikdə 385 manat pul vəsaiti ödənilmişdir. Əlavə olaraq müalicə həkim resepti üzrə 142 manat və 159 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı Əsgərov Hüseyn Rövşən oğlu zərərçəkmiş oğlundan barəsində şikayəti olmamasına israrla xahiş etmişdir. Daha sonra sığorta tərəfindən zərərçəkmiş Cavabdeh müəyyən məbləğ ödənilmişdir, zərərçəkmişin xəstəxanada ümumi xərci X13 müalicə alması, tam olaraq ödəniş çeklərinə əsasən 4755 AZN təşkil etməkdədir. Bundan əlavə olaraq avtonəqliyyat vasitəsinə dəymiş ziyan isə, tam olaraq 4351 azn təşkil etsə də, Sığorta tərəfindən ancaq qismən ödəniş olmuşdur. Təqsirləndilən şəxs, zərərçəkmiş şəxsə tam olaraq cəmi 2000 azn məbləği pul ona ziyana dair ödəmiş, sığorta şirkəti tərəfindən isə, dəymiş ümumi ziyana dair 4300 manat ödəniş etmişdir. Bundan əlavə olaraq cavabdeh Cavabdeh tam olaraq 3 ay müddətinə xəstə yatağında yatmış, aylıq məvacib vəzifə maaşından məhrum qalmaq məcburiyyətində olmuşdur. Tək və yeganə gəliri olan, peşə vəzifəsindən dolayısı aldığı məvacib həmin əmək haqqı özündən başqa 4 baş ailə üzvlərinin maddi təminatıdır. 3 ay xəstə yatağında yatması tam olaraq həmin ailənin yeganə gəlirindən məhrum vəziyyətdə qalması deməkdir. Bundan əlavə olaraq, həmin avtoqəza nəticəsində, aldığı xəsarətlərdən dolayı, fiziki baxımdan hərəkət məhdudiyyəti zəmnində, zərərçəkmiş Cavabdeh tutduğu vəzifəsindən azad olmuşdur. Bu hal onun və ailəsinin maddi vəziyyətini dahada çətinləşdirmiş oldu, bu isə təqsirlənin şəxsin ödədiyi 2000 azn məbləğində pul vəsaiti nə maddi, nə mənəvi ziyanı ödəmir. Bildirmişdir ki, zərərçəkmiş oğlu Cavabdeh aldığı əmək haqqı, onun, yeganə övlad olaraq aldığı vəzifə maaşı özü, ata-anasının və öhdəsində olan azyaşlı uşaqla, bacısının tək gəlir mənbəyidir. Yuxarıda göstərilən səbəblərə əsasən, zərər çəkmiş şəxsə tam olaraq ödənilməkdə olunmalı olan, dəymiş ziyana dair maddi və mənəvi kompensasiya almamış, habelə bundan əlavə olaraq aldığı xəsarətlərə dair xərclənmiş pul vəsaiti ümumilikdə 5.177 manat və sığorta tərəfindən ödənilmiş 4300 manat məbləği sığorta şirkəti qeyri qanuni tələb ilə tək xəsarətə natamam ödənilən pul vəsaitini, geri tələb etməkdədir. Fakt üzrə oğlu Cavabdeh aldığı xəsarərlərə dair ödənilmiş xərcləri, (stayanar qaydada olan ödəniş qəbzlərinə əsasən) 5177 manat pul vəsayiti və əlavə olaraq həkim resepti ilə alınmış olan dərmanlara dair çıxmış xərc 800 manat civarında təşkil etməkdədir. Bundan əlavə olaraq nəvəsi Əsgərova Ayana dair xəstəxana xərcləri (ödəniş qəbzinə əsasən) 385, 142, 159 manat vəsait tələb etmişdir. Avtonəqliyyat vasitəsinə isə dəymiş ziyan 4800 manat civarında olmuşdur və bu xərclərin qarşılığında ödənilmiş mənəvi ziyana dair pul vəsaiti 2000 manat təşkil etmiş və “Qala sığorta” tərəfindən ödəniş isə cəmi 4300 manat etmişdir. Həmin Sığorta tərəfindən ödənilmiş vəsait avtomaşının heç bir ziyanını qarşılamamış və avtomaşın yararsız vəziyyətdə qalmışdır. O cümlədən işdən yuxarıda göstərilən səbəblərlə işdən azad olması və yeganə gəlir yeri olan əmək haqqında da məhrum olmuşdur. Odur ki, bu dəymiş ziyanlara nisbətdə, ödənilmiş pul vəsaitini müqayisə edərək, ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
17. xxxx SŞ ASC-nin aparıcı hüquqşünası Albina Fərhadova tərəfindən etiraz verilərək, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Etirazını onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayəti ilə razılaşmadğını qeyd etmişdir və iddia tələbi əsaslı olduğu üçün qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlardan olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- ****/**** nömrəli, ##.##.2023-сü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, "51. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir." Həmçinin bildirmişdir ki, "icbari sığortalar haqqında qanunun" 17-ci maddəsi sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri özündə ehtiva edir. Aydın məsələdir ki, sığorta ödənişini tələb edən və almaq üçün sığorta tələbi irəli sürən tərəf 3-cü şəxs (zərərçəkmiş) olur. Buna görə 17-ci maddənin məzmununa əsasən, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər onun tərəfindən təqdim edilməlidir. Göründüyü kimi cavabdeh məhkəmə gedişində zərərvurandan ona dəymiş zərərlə bağlı ödənişlər aldıqdan sonra iddiaçı qarşısında sığorta tələbi irəli sürmüş lakin əvvəlcədən ona ödənilən vəsaitlər barədə məlumat verməmişdir. Buna görə də, iddiaçı tərəfindən əsassız olaraq əlavə məbləğ cavabdehə ödənilmişdir. Qeyd etmişdir ki, sığortanın məqsədi vətəndaşları sığorta hadisələri nəticəsində əsassız varlandırmaq deyil, onların hadisədən əvvəlki vəziyyətlərini bərpa etməkdir. Əgər eyni anda həm sığortalıdan həm də sığortaçıdan dəymiş zərərə görə kompensasiya almaq qanuni olsa idi, bu halda vətəndaşlar tərəfindən bu hal sui istifadəyə yol açardı. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq ona dəymiş ziyanın tam ödənilmədiyini bildirmişdir.
20. Iddiaçı tərəfə məhkəmə iclasınını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin “Elektron Məhkəmə Informasiya Sisitemi” vaitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmişdir. Əlavə olaraq cavabdehin nümayəndəsi şikayətə əlavəsində təqsirləndirilən şəxs tərəfindən onlara 2000 AZN ödənişin edildiyini göstərsə də, əlavə etdikləri sənədlərdən aydın olur ki, təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrı 2500 AZN və 1400 AZN ödəniş edilmişdir. Tərəflərindən təqsirləndirilən şəxsin valdeyinləri ilə danışıq apardıqları zaman bildirdirmişdir ki, qəbzi mövcud olmayan diğər ödənişlər də tərəflərindən edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi nəqliyyat vasitəsinə 4800 AZN zərər dəydiyini bildirsə də, iş materiallarından görünür ki, müstəqil ekspert tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərərin 2840 AZN olduğu müəyyən edilmiş və cavabdeh ərizə ünvanlayaraq bu məbləğə razı olduğunu onun hesabına köçürülməsini xahiş etmişdir. Məhkəmə gedişində bir neçə dəfə məhkəməyə istər notarial istərsə də, yazılı ərizə ilə müraciət edərək dəfələrlə bildirmişdir ki, təqsiriləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir tələb və iddiası yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi bu ərizələr iddiaçını həmçinin təqsirləndirilən şəxsə qarşı subroqrasiya hüququna dair tələb irəli sürməsini də istisna edir. Çünki qanunvericiliyin tələbinə əsasən, zərərçəkmiş üçümcü şəxsə dəymiş zərər sığortalı və ya onun məsuliyyətini sığortalamış sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini ödədikdə üçüncü şəxsin iddiası təmin olunmuş hesab olunur. Sadalananlardan aydın olduğu kimi cavabdehə dəymiş ziyan təqsiriləndirilən şəxs və ailəsi tərəfindən qarşılandığından və cavabdeh notarial qaydada barışıq ərizəsi bağlayıb, ona dəymiş zərərin tam ödənildiyini bildirdiyindən iddiaçı sığorta şirkətinin sığorta ödənişi vermək öhtəliyi qalmır. Icbari Sığorta münasibətləri icbari sığorta qanunlarına əsasən tənzimlənir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
22. Maddə 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
23. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
27. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
28. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
29. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
30. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
35. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“Icbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanunu:
36. Maddə 13.1. Icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
37. 13.4 Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
38. Maddə 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin (5000 AZN) aşağıdakı nisbətlərində ödənilir: 14.2.4-cü maddəsinə əsasən, əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz;
39. Maddə 17.1.9. Mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
40. Maddə 19.4. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir.
41. Maddə 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.
42. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
43. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.
44. Maddə 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.
45. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
46. Maddə 23.1.6. Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25- ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.1 və 25.1.1-ci maddələrinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
47. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
53. 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
54. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
55. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
56. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
57. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
58. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
59. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixdə Ələsgərov Hüseyn Rövşən oğlu tərəfindən sürücülük hüququ olmadan idarə olunan “VAZ 21061” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh ağır dərəcəli bədən xəsarəti almışdır. Iş materiallarına əlavə edilmiş PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin ****** nömrəli sığorta aktından və icbari sığorta bürosundan (ISB) çıxarışdan görünür ki, hadisə zamanı “VAZ 21061” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində ##.##.2022-ci ildən ##.##.2023-cü ilə qədər mülkiməsuliyyətin icbarisığortası növündə sığortalı olmuşdur. ##.##.2024-cü il tarixli, eskpertiza aparmaq səlahiyyətinə malik müstəqil qurum olan “xxxx” MMC-nin tərtib etdiyi zərərin qiymətləndirilməsi barədə məlumata əsasən, “VAZ 21074” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2840 manat məbləğində zərər dəymişdir. Iş materiallarında olan cavabdehin (zərərəkmiş) ərizəsinə əsasən, o dəymiş zərərin məbləği ilə razılaşmış və ödəniş edilməsi üçün kart hesabını iddiaçıya təqdim etmişdir. ##.##.2024-cü il tarixli, ***INTL********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı “VAZ 21074” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh hesabına 2840 manat sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş hadisə nəticəsində həmçinin Cavabdeh ağır dərəcəli bədən xəsarəti almışdır. Bu iş materiallarında olan sənədlərlə də təsdiq olunur. ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən zərərçəkənin hesabına ağır dərəcəli xəsarətə görə 1500 manat sığorta ödənişi köçürülmüşdür. Beləliklə, zərərçəkmiş şəxsə ümumi olaraq 4340 manat sığorta ödənişi edilmişdir. Cavabdeh isə əvvəlcə zərərvurandan ona dəymiş zərərə görə ödənişlər aldıqdan və cinayət işi üzrə məhkəmənin hökmü çıxarıldıqdan 3 ay sonra iddiaçıya edilmiş ödənişlər barədə məlumat vermədən yenidən sığorta ödənişi olaraq 4340 AZN ödəniş almışdır. Buna görə də, cavabdeh Cavabdeh əsassız varlandığından iddiaçı 4340 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir.
64. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, təqsirləndilən şəxs, zərərçəkmiş şəxsə tam olaraq cəmi 2000 azn məbləği pulu ona ziyana dair ödəmiş, sığorta şirkəti tərəfindən isə, dəymiş ümumi ziyana dair 4300 manat ödəniş etmişdir. Bundan əlavə olaraq cavabdeh Cavabdeh tam olaraq 3 ay müddətinə xəstə yatağında yatmış, aylıq məvacib vəzifə maaşından məhrum qalmaq məcburiyyətində olmuşdur. Tək və yeganə gəliri olan, peşə vəzifəsindən dolayısı aldığı məvacib həmin əmək haqqı özündən başqa 4 baş ailə üzvlərinin maddi təminatıdır. 3 ay xəstə yatağında yatması tam olaraq həmin ailənin yeganə gəlirindən məhrum vəziyyətdə qalması deməkdir. Bundan əlavə olaraq, həmin avtoqəza nəticəsində, aldığı xəsarətlərdən dolayı, fiziki baxımdan hərəkət məhdudiyyəti zəmnində, zərərçəkmiş Cavabdeh tutduğu vəzifəsindən azad olmuşdur. Zərər çəkmiş şəxsə tam olaraq ödənilməkdə olunmalı olan, dəymiş ziyana dair maddi və mənəvi kompensasiya almamış, habelə bundan əlavə olaraq aldığı xəsarətlərə dair xərclənmiş pul vəsaiti ümumilikdə 5.177 manat təşkil edir. Əlavə olaraq həkim resepti ilə alınmış olan dərmanlara dair çıxmış xərc 800 manat civarında təşkil etməkdədir. Bundan əlavə olaraq nəvəsi Əsgərova Ayana dair xəstəxana xərcləri (ödəniş qəbzinə əsasən) 385, 142, 159 manat vəsait tələb etmişdir. Avtonəqliyyat vasitəsinə isə dəymiş ziyan 4800 manat civarında olmuşdur və bu xərclərin qarşılığında ödənilmiş mənəvi ziyana dair pul vəsaiti 2000 manat təşkil etmiş və “Qala sığorta” tərəfindən ödəniş isə cəmi 4300 manat etmişdir.
65. Məhkəmə kollegiyası çəkilmiş xərclərin 4300 manatdan çox olması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh vurulmuş ziyanın 4300 manatdan şox olmasını iddia etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edilməmişdir.
66. Məhkəmə kollegiyası həmçinin təqsirlənin şəxsin 2000 azn məbləğində ödəniş etməsi dəlilinə münasibətdə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs Cavabdeh məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsində təqsirləndirilən şəxs Ələsgərov Hüseyn Rövşən oğlu ilə barışmış və ona dəymiş xəstəxana xərcləri ilə bağlı zərər tam ödənilmişdir. Ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Həmçinin cavabdehin ərizəsinə qoşma olaraq əlavə edilmiş qəbzdən görünür ki, cavabdehə 1400 manat pul ödənilmişdir. Bundan əlavə, cavabdeh Cavabdeh daha əvvəl yəni, ##.##.2024-cü il tarixində Gəncə Şəhər Məhkəməsinə ünvanladığı ərizədə təqsirləndirilən şəxs tərəfindən ona 2500 manat ödəniş edildiyini bildirmiş, bir daha ona qarşı dəymiş bütün maddi və mənəvi zərərin qarşılandığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxs Ələsgərov Hüseyn Rövşən oğlu tərəfindən dəymiş ziyana görə cəmi 2000 ödənilməsi dəlilini də, əsasız hesab edir.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.