Məhkəmə qərarları › İş №2(3-7)-262/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-262/2026

05.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-262/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və onun nümayəndəsi, vəkil vəkil1 iştirakı ilə, Işin halları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyinə əsasən, e-*(***)-****/**** saylı mülki iş üzrə iddia tələbində İddiaçı barəsində verilmiş məlumatlar xidməti fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratdığından böhtan olduğu təqdirdə İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilir. Həmin məlumatların böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən ekspert-linqvistin səlahiyyətinə aid deyildir.

2. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli məktuba əsasən, Gəncə şəhər prokurorluğunda Səfər Hüseynov və qeyrilərinin eyniməzmunlu müraciəti əsasında toplanmış material üzrə X4 Xidmətinin yoxlama aktı ilə məktəbdə müxtəlif məbləğlərdə çatışmazlıq, artıq və əsassız ödənişlərlə bağlı maddi ziyanın müəyyən edilməsi faktlarına görə ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4, 308.1. və 313-cü maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılmış, ##.##.2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4-cü maddələrinə tövsif olunaraq istintaq davam etdirilmiş, ##.##.2023-cü il tarixdə cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPMin 40,3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işi Baş Prokurorluqda öyrənilmiş, qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

3. Gəncə Şəhər Məhkəməsini *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında İddiaçı tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

4. Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair İddiaçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əsasən, hazırda məhkəmə-fototexniki ekspertizası üzrə mütəxəssis olmadığı üçün ##.##.2025-ci il tarixli məhkəmə-fototexniki ekspertizasının keçirilməsi mümkün deyildir.

6. Gəncə Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Baş Prokrorluğun məktubundan görünür ki, Gəncə şəhər ** nömrəli tam orta məktəbin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə etməklə xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı ## ##### 2023-cü il tarixdə Gəncə şəhər prokrorluğunda Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, və 308.1-ci maddələri ilə ********* nömrəli cinayyət işi başlanaraq istintaq aparılmış və ## ### 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayyət Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən cinayyət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir.

7. Apellyasiya icraatı zamanı Gəncə şəhər ** nömrəli tam orta məktəbin inzibati binasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, məktəb direktorunun otağına daxil olduqda otağın qarşı tərəfində olan divarın sol tərəfindən direktorun istirahət otağına qapı açılır. Istirahət otağına daxil olduqda sol tərəfdə otağın baş hissəsində şkaf, şkafdan sağ tərəf divarın olduğu, divarın çıxıntısınından sonra seyfin qoyulduğu, daxil olduqda sağ tərəfdə otağın qurtaracağında isə sanuzelin olduğu müəyyən edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı və Gəncə şəhər X1 adına ** saylı tam orta məktəbin fotogörüntüsü önə çıxararaq “Tiktok” (@sozun.duzu87 istifadəçi adı ilə) şəbəkəsində etdiyi yayımın: - başlığındakı “SOS!!! Məktəbdə azyaşlı zorlanıb. Görün məktəb direktoru cinayəti necə ört basdır edib” sözləri, - 0:02-ci saniyəsindəki “o qalmaqallar yaşanan ** nömrəli X1 adına orta məktəbdə”, - 0:41-ci saniyəsindəki “orda cinayət faktı aşkarlanıb”, - 0:57-ci “bir qız, bir oğlan arasında xoşagəlməz münasibət olub, o münasibətdən sonra həm qızı, həm oğlanı direktorun xahişi ilə Təhsil Nazirliyi portalı açıb, qızı başqa məktəbə köçürdüb, oğlanı da bir başqa məktəbə köçürdüb”, - 1:24- cü saniyəsindəki “Nazirlik, bir məktəb direktoru, görün bu nə qədər bir səlahiyyətli, harasa bağlıdır”, - 1:32–ci saniyəsindəki “** nömrəli məktəbin direktoru İddiaçı Xaçmazın Icra Başçısı Elnur Rzayevə çox yaxın adamdır və onu Təhsil Nazirliyində aparat rəhbəri Mətin Kərimli dəstəkləyir”, - 2:09– ci saniyəsindəki “22-ci ildə həmin məktəbdə maliyyə yoxlanması aparılıb, aşkar olunub”, - 2:37–ci saniyəsindəki “çünki İddiaçı heç kim batammaz”, - 2:45–ci saniyəsindəki “əgər Nazirlik ** nömrəli məktəb üçün portal açıb bağlayırsa, vay ordakı müəllimlərin halına”, - 3:07–ci saniyəsindəki “prokurorluq tərəfindən arayış verilib, o arayışdan sonra İddiaçı artıq gərək direktor işləməyəydi”, - 3:19–cu saniyəsindəki “direktora əgər məktəbdə hansısa bir maliyyə problemi yaradarlarsa, maliyyə yeyintisi eləyərlərsə, əgər dövlət xəbər tutsa qaytardılar, qaytarandan sonra qal yenə işlə, yenə başla nə isə eləməyə, gələn dəfə yenə də pulu dövlətə, dövlət xəbər tutsa ödəyər, 25 faizdə artıq pul dövlətin nəfinə ödəyirsən, yenə gedib başla oğurla”, - 3:55–ci saniyəsindəki “niyə portal açırdız İddiaçı xətrinə”, - 4:08–ci saniyəsindəki “X2 öndərin şəklini tualetin divarına söykəyən həmin o direktordu”, - 4:20–ci saniyəsindəki “ölkə rəhbərindən də güclüdü bunun arxası”, - 4:24–cü saniyəsindəki “Elnur Rzayevdi, Mətin Kərimlidi, bunlar hamısı bunun arxasındadır”, - 4:37–ci saniyəsindəki “iki müharibə veteranını işdən azad eləyən həmin o İddiaçı”, - 4:50–ci saniyəsindəki “yəgin Elçin müəllim gələn kimi Elçin müəllimin pulunu saqqalının altından uje keçirməyi bacarıb də bu”, - 4:57–ci saniyəsindəki “müəllimləri məktəbdə bu adam şantaj eləyir” Ifadələrinin, həmçinin cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə Gəncə şəhər X1 adına ** saylı tam orta məktəbin fotogörüntüsü önə çıxararaq “Youtube” sosial şəbəkəsinin “Hürriyyet TV” kanalında etdiyi yayımın: - 0:01–ci saniyəsindəki “X1 adına məktəbdə yenə də ÖZBAŞINALIQ, direktordan baş prokurorluğa şikayət edən müəllim əsassız və qərəzli şəkildə işdən ÇIXARILDI” sözləri, - 0:03–ci saniyəsindəki əmrin şəklinin altındakı “əmrin əsasında heç bir akt yoxdur”, sözləri - 0:26–ci saniyəsindəki fotonun önündəki “İddiaçı şəxsi sanitar qovşağı” sözləri və “prezidentin şəklini ayaq yoluna söykəyib saxlayan məktəb direktoru” ifadəsi, - 0:30–cu saniyəsindəki “özbaşına növbəti dəfə, neçənci dəfədir onun məktəbində maliyyə pozuntusu aparılıbdır, prokuraturaya müraciət edən müəllim Sevin Hüseynovanı qeyri-qanuni işdən çıxarıbdır”, - 1:08–ci saniyəsindəki “xalası qızını qoruyub saxlayırlar ki, Əmək Müfəttişliyi də buna başqa bir sahədə yardımçıdır”, - 1:44–cü saniyəsindəki “yanvar ayında bu direktor üçün xüsusi portal açılır köçürmək üçün”, - 1:49–ci saniyəsindəki “portalı bir direktor üçün, adi bir əyalət məktəbində açıb bağlayırsa Nazirlik deməli bu elə belə direktor deyil, sıradan bir direktor deyil”, ifadələrinin əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəy yaradılmasını hesab edilməsini, həmin sözlərin və ifadələrin həmin kütləvi informasiya vasitələrində cavabdeh Cavabdeh tərəfindən təkzib edilməsi və işgüzar nüfuzunun ləkələnməsi, həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması, şərəf və ləyaqətinin alçaldılması nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixində cavabdeh “Tiktok” (@sozun.duzu87 istifadəçi adı ilə) sosial şəbəkəsində və “Youtube” sosial şəbəkəsinin “Hürriyyət TV” kanalında iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan və böhtan xarakterli çıxışlar edərək yayım paylaşmışdır. Cavabdeh yuxarıda göstərdiyi sosial şəbəkələrdə həmin çıxışlarında iddiaçının barəsində tamamilə əsassız, böhtan xarakterli və yalan məlumatlar yayaraq həm şəxsi, həm də peşəkar etibarına, Gəncə şəhəri X1 adına ** nömrəli tam orta məktəbin adına ciddi zərər yetirmişdir. Cavabdeh Cavabdeh “Tiktok” (@sozun.duzu87 istifadəçi adı ilə) sosial şəbəkəsində və “Youtube” sosial şəbəkəsinin “Hürriyyet TV” kanalında iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan və böhtan xarakterli çıxışlar etmişdir. Cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı və Gəncə şəhər X1 adına ** saylı tam orta məktəbin fotogörüntüsünü önə çıxararaq “Tiktok” (@sozun.duzu87 istifadəçi adı ilə) şəbəkəsində etdiyi yayımın başlığındakı “SOS!!! Məktəbdə azyaşlı zorlanıb. Görün məktəb direktoru cinayəti necə ört basdır edib”, “O qalmaqallar yaşanan ** nömrəli X1 adına orta məktəbdə”, “orda cinayət faktı aşkarlanıb”, “bir qız, bir oğlan arasında xoşagəlməz münasibət olub, o münasibətdən sonra həm qızı, həm oğlanı direktorun xahişi ilə Təhsil Nazirliyi portalı açıb, qızı başqa məktəbə köçürdüb, oğlanı da bir başqa məktəbə köçürdüb”, “Nazirlik, bir məktəb direktoru, görün bu nə qədər bir səlahiyyətli, harasa bağlıdır”, “** nömrəli məktəbin direktoru İddiaçı Xaçmazın Icra Başçısı Elnur Rzayevə çox yaxın adamdır və onu Təhsil Nazirliyində aparat rəhbəri Mətin Kərimli dəstəkləyir”, “22-ci ildə həmin məktəbdə maliyyə yoxlanması aparılıb, aşkar olunub”, “çünki İddiaçı heç kim batammaz”, “əgər Nazirlik ** nömrəli məktəb üçün portal açıb bağlayırsa, vay ordakı müəllimlərin halına”, “prokurorluq tərəfindən arayış verilib, o arayışdan sonra İddiaçı artıq gərək direktor işləməyəydi”, “direktora əgər məktəbdə hansısa bir maliyyə problemi yaradarlarsa, maliyyə yeyintisi eləyərlərsə, əgər dövlət xəbər tutsa qaytardılar, qaytarandan sonra qal yenə işlə, yenə başla nə isə eləməyə, gələn dəfə yenə də pulu dövlətə, dövlət xəbər tutsa ödəyər, 25 faizdə artıq pul dövlətin nəfinə ödəyirsən, yenə gedib başla oğurla”, “niyə portal açırdız İddiaçı xətrinə”, “ölkə rəhbərindən də güclüdü bunun arxası”, “Elnur Rzayevdi, Mətin Kərimlidi, bunlar hamısı bunun arxasındadır”, “iki müharibə veteranını işdən azad eləyən həmin o İddiaçı”, "yəgin Elçin müəllim gələn kimi Elçin müəllimin pulunu saqqalının altından uje keçirməyi bacarıb də bu”, “müəllimləri məktəbdə bu adam şantaj ələyir”. Ifadələrinin, həmçinin cavabdeh Cavabdeh '9'əfindən ##.##.2025-ci il tarixdə Gəncə şəhər X1 adına ** saylı tam orta məktəbin fotogörüntüsü önə çıxararaq “Youtube” sosial şəbəkəsinin “Hürriyyet TV” kanalında etdiyi yayımın: “X1 adına məktəbdə yenə də özbaşinaliq, direktordan baş prokurorluğa şikayət edən müəllim asassız və qərəzli şəkildə işdən çixarildi”, “əmrin əsasında heç bir akt yoxdur”, “İddiaçı şəxsi sanitar qovşağı” sözləri və “özbaşına növbəti dəfə, neçənci dəfədir onun məktəbində maliyyə pozuntusu aparılıbdır, prokuraturaya müraciət edən müəllim Sevin Hüseynovam qeyri-qanuni işdən çıxarıbdır”, “xalası qızını qoruyub saxlayırlar ki, Əmək Müfəttişliyi də buna başqa bir sahədə yardımçıdır”, “yanvar ayında bu direktor üçün xüsusi portal açılır köçürmək üçün”, “portalı bir direktor üçün, adi bir əyalət məktəbində açıb bağlayırsa Nazirlik deməli bu elə belə direktor deyil, sıradan bir direktor deyil”, ifadələrinin əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəy yaradılmasını hesab edilməsini, həmin sözlərin və ifadələrin həmin kütləvi informasiya vasitələrində cavabdehCavabdeh tərəfindən təkzib edilməsi və işgüzar nüfuzunun ləkələnməsi, həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması, şərəf və ləyaqətinin alçaldılması nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir.

10. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə @sozun.duzu87 istifadəçi adı ilə “Tiktok” sosial şəbəkəsində iddiaçı İddiaçı barəsində yayılmış aşağıdakı məlumatların həqiqətə uyğun olmadığının müyyən edilməsi, - həmin yayımın başlığındakı “SOS!!! Məktəbdə azyaşlı zorlanıb. Görün məktəb direktoru cinayəti necə ört basdır edib” sözləri, - həmin yayımın 0:02-ci saniyəsindəki “o qalmaqallar yaşanan ** nömrəli X1 adına orta məktəbdə” sözləri, - həmin yayımın 0:41-ci saniyəsindəki “orda cinayət faktı aşkarlanıb” sözləri, - həmin yayımın 0:57-ci “bir qız, bir oğlan arasında xoşagəlməz münasibət olub, o münasibətdən sonra həm qızı, həm oğlanı direktorun xahişi ilə Təhsil Nazirliyi portalı açıb, qızı başqa məktəbə köçürdüb, oğlanı da bir başqa məktəbə köçürdüb” sözləri, - həmin yayımın 1:24-cü saniyəsindəki “Nazirlik, bir məktəb direktoru, görün bu nə qədər bir səlahiyyətli, harasa bağlıdır” sözləri, - həmin yayımın 1:32–ci saniyəsindəki “** nömrəli məktəbin direktoru İddiaçı Xaçmazın Icra Başçısı Elnur Rzayevə çox yaxın adamdır və onu Təhsil Nazirliyində aparat rəhbəri Mətin Kərimli dəstəkləyir” sözləri, - həmin yayımın 2:09–ci saniyəsindəki “22-ci ildə həmin məktəbdə maliyyə yoxlanması aparılıb, aşkar olunub” sözləri, - həmin yayımın 2:37–ci saniyəsindəki “çünki İddiaçı heç kim batammaz” sözləri, - həmin yayımın 2:45–ci saniyəsindəki “əgər Nazirlik ** nömrəli məktəb üçün portal açıb bağlayırsa, vay ordakı müəllimlərin halına” sözləri, - həmin yayımın 3:07–ci saniyəsindəki “prokurorluq tərəfindən arayış verilib, o arayışdan sonra İddiaçı artıq gərək direktor işləməyəydi” sözləri, - həmin yayımın 3:19–cu saniyəsindəki “direktora əgər məktəbdə hansısa bir maliyyə problemi yaradarlarsa, maliyyə yeyintisi eləyərlərsə, əgər dövlət xəbər tutsa qaytardılar, qaytarandan sonra qal yenə işlə, yenə başla nə isə eləməyə, gələn dəfə yenə də pulu dövlətə, dövlət xəbər tutsa ödəyər, 25 faizdə artıq pul dövlətin nəfinə ödəyirsən, yenə gedib başla oğurla” sözləri, - həmin yayımın 3:55–ci saniyəsindəki “niyə portal açırdız İddiaçı xətrinə” sözləri, - həmin yayımın 4:08–ci saniyəsindəki “X2 öndərin şəklini tualetin divarına söykəyən həmin o direktordu” sözləri, - həmin yayımın 4:20–ci saniyəsindəki “ölkə rəhbərindən də güclüdü bunun arxası” sözləri, - həmin yayımın 4:24–cü saniyəsindəki “Elnur Rzayevdi, Mətin Kərimlidi, bunlar hamısı bunun arxasındadır” sözləri, həmin yayımın 4:37–ci saniyəsindəki “iki müharibə veteranını işdən azad eləyən həmin o İddiaçı” sözləri, həmin yayımın 4:50–ci saniyəsindəki “yəgin Elçin müəllim gələn kimi Elçin müəllimin pulunu saqqalının altından uje keçirməyi bacarıb də bu” sözləri, - həmin yayımın 4:57–ci saniyəsindəki “müəllimləri məktəbdə bu adam şantaj eləyir” sözləri. Cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə “Youtube” sosial şəbəkəsinin “Hürriyyet TV” kanalında iddiaçı İddiaçı barəsində yayılmış aşağıdakı məlumatların həqiqətə uyğun olmadığı müyyən edilməsi, - həmin yayımın 0:26–ci saniyəsindəki fotonun önündəki “İddiaçı şəxsi sanitar qovşağı” sözləri və “prezidentin şəklini ayaq yoluna söykəyib saxlayan məktəb direktoru” sözləri, - həmin yayımın 0:30–cu saniyəsindəki “özbaşına növbəti dəfə, neçənci dəfədir onun məktəbində maliyyə pozuntusu aparılıbdır, prokuraturaya müraciət edən müəllim Sevin Hüseynovanı qeyri-qanuni işdən çıxarıbdır” sözləri, - həmin yayımın 1:08–ci saniyəsindəki “xalası qızını qoruyub saxlayırlar ki, Əmək Müfəttişliyi də buna başqa bir sahədə yardımçıdır” sözləri, - həmin yayımın 1:44–cü saniyəsindəki “yanvar ayında bu direktor üçün xüsusi portal açılır köçürmək üçün” sözləri, - həmin yayımın 1:49–ci saniyəsindəki “portalı bir direktor üçün, adi bir əyalət məktəbində açıb bağlayırsa Nazirlik deməli bu elə belə direktor deyil, sıradan bir direktor deyil” sözləri. Cavabdeh Cavabdeh mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh “Hürriyyet TV” kanalındakı ##.##.2025-ci il tarixli yayımın 0:01–ci saniyəsindəki və 0:03–ci saniyəsindəki yayılan məlumatlar istisna olmaqla, qeyd edilən məzmunda digər məlumatlar paylaşdığını etiraf etmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə həmin cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı həmin hissədə etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, 0:01 və 0:03-cü saniyədəki məlumatlar istisna olmaqla, digər məlumatların yayılması barədə cavabdeh tərəfindən qismən etirafı qəbul edilməlidir. Göründüyü kimi, internet informasiya portalında cavabdeh tərəfindən yayılmış məlumatların özlüyündə fəaliyyəti ilə əlaqədar iddiaçı barəsində kollektiv və yaxud ayrıayrı şəxslər arasında mənfi rəy yaratması şübhəsizdir. Nəzərə alınmalıdır ki, qeyd edilən məlumatlar cavabdeh Cavabdeh tərəfindən “Hürriyyet TV” internet portalında səsləndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində yayılmış həmin məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin – cavabdeh Cavabdehnnın üzərinə düşür. Həmin cavabdeh isə yaydığını etiraf etdiyi məlumatın doğru olduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf isə onun barəsində yayılmış məlumatların doğru olmamasını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı barəsində ifadə edilən məlumatlar internet informasiya portalında yayımlandığından, həmin məlumatlar yayılmış hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh yaydığı məlumatların doğruluğunu sübut etmədiyindən, “Hürriyyet TV” kanalındakı ##.##.2025-ci il tarixli yayımın 0:01–ci saniyəsindəki və 0:03–ci saniyəsindəki yayılan məlumatlar istisna olmaqla, iddiaçı barədə yayılmış digər məlumatların həqiqətə uyğun olmadığı müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçı həmin sözlərin və ifadələrin kütləvi informasiya vasitələrində cavabdeh tərəfindən təkzib olunmasını xahiş etsə də, iş üzrə tələbin yönəlmədiyi kütləvi informasiya vasitələrində həmin məlumatların cavabdeh tərəfindən təkzib edilməsi mümkün deyildir, buna görə iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsinin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hazırkı mülki işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdeh Cavabdeh iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, cavabdeh Cavabdeh iddiaçı barəsində onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatları yayması yuxarıda göstərilən sübutlarla təsdiqlənmişdir. Bundan əlavə, cavabdeh Cavabdeh həmin əməli törətməkdə təqsirlidir. Çünki, cavabdeh Cavabdeh həmin məlumatları yayarkən iddiaçının şərəf və ləyaqətini ləkələdiyini dərk etmiş, bunu arzu edərək, mülki hüquq pozuntusuna şüurlu şəkildə yol vermişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırki halda, cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış məlumatlar yalan və həqiqətə uyğun olmayan məlumat olmaqla, həmin məlumatların yayılması nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi mübahisəsizdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrdən, o cümlədən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsin əmlakına dəymiş zərərlə yanaşı onun şəxsiyyətinə vurulmuş zərərin də (mənəvi zərərin) əvəzinin tələb edilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə, cavabdeh Cavabdeh tərəfindən iddiaçı barədə həqiqətə uyğun olmayan məlumatların yayılmasını, həqiqət olması sübuta yetirilməyən məlumatların ailə, iş və ictimai münasibətlərdə istər-istəməz mənfi nəticələr doğurmasını və mənfi ictimai rəy yaratdığını, həmin məlumatlarda iddiaçı barəsində mənfi fikirlər yaradılmasına yönələn ifadələr olduğunu, beləliklə həmin məlumatların iddiaçının şərəf-ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyini, qeyd edilən halların həmçinin iddiaçının keçirdiyi mənəvi sarsıntıları, cavabdehin təqsirini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hüquqlarının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb etməklə, mənəvi ziyanın əvəzi qismində 500 (beş yüz) manat məbləğində pulun tutulması iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpası üçün yetərli hesab olunur, belə ki, mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş pul məbləği vurulmuş zərərin kompensasiyası üçün yetərlidir. Yaddan çıxarmaq olmaz ki, mənəvi zərərin məbləği ağlabatan, ədalətli olmaqla yanaşı, həm də cavabdehin təqsirinə və əmlak vəziyyətinə uyğun, mütənasib olmalıdır. Lakin ümumiyyətlə işdə, cavabdeh Mehriban Ələgərovanın əmlak vəziyyətini özündə ehtiva edən heç bir yazılı sənəd yoxdur. Habelə, mənəvi ziyanın məbləği şəxsin mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada cavabdeh Mehriban Ələgərovadan mənəvi ziyana görə 10000 manat pulun tutulması ağlabatan deyil. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin dəlil qismində təqdim etdiyi fotoşəkillər gizli şəkildə əldə edilməklə yanaşı, hazırkı işə aidiyyəti müəyyən olunmur. Buna görə hazırkı iş üzrə tələbin araşdırılması zamanı tədqiq oluna bilməz.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2024-cü il tarixdə, təxminən saat 13 radələrində Gəncə şəhəri ** saylı orta məktəbə getmişdir. Ona jurnalist kimi müraciət edilərək bildirilmişdir ki, məktəbdə saxta diplomlu müəllimlər işləyir, sertifikasiyadan keçməmişlər, dərs saatları təlimata uyğun olaraq 6 saat əvəzinə 24-27 saatla təmin olunmuşlar. Bununla bağlı jurnalist araşdırması aparmaq niyyətilə ** saylı məktəbə getdikdə direktorla görüşmüşdür. ## #### 2024-cü il tarixdə əvvəl Gəncə şəhər Təhsil Idarəsinə bu barədə müraciət etmişdir, ona xəbərin yayılmaması, bu hadisənin yaddan çıxarılması üçün müxtəlif yerdən zəng gələrək pul təklif edilmişdir. Pul təklifi zənglərinin getdikcə hədə-qorxuya çevrildiyini gördükdə həmin gün saat 17 radələrində Hürriyyət kanalına canlı yayıma qoşularaq, məsələni ictimailəşdirmişdir. Aradan uzun müddət keçdikdən sonra onun həmin kanalda etdiyi paylaşım başqa kanallar və səhifələr tərəfindən götürülərək müxtəlif əlavələr edilərək paylaşılmışdır. Sonrakı, paylaşımların onunla heç bir əlaqəsi yoxdur. Üstəlik, həmin profillərin kimə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə TikTok səhifəsində onunla heç bir əlaqəsi olmayan yazıları ekspertizaya göndərmişdir. İddiaçı “şəkli montaj edib” onun şərəf və ləyaqətini alçaltmağını iddia etməsinə baxmayaraq, şəklin montaj olub-olmamasını araşdırmaq üçün təyin edilmiş ekspertiza rəy verməkdən foto mütəxəssisin olmadığını iddia edərək imtina etmişdir. Video görüntüdə o, prokurorluğun İddiaçı maliyyə pozuntusu törətməsinə dair cinayət işinin bəraətverici əsaslar olmadan xitam verilməsi ilə əlaqədar məlumat paylaşmışdır, İddiaçı həmin məlumatın yalan olduğunu iddia ərizəsində qeyd etsə də, o, Respublika Prokurorluğunun bu faktı təsdiq edən məktubunu almışdır, məhkəməyə təqdim etmək istəsə də, məhkəmə həmin sübutu qəbul etməmişdir. Belə olduqda o, həmin sübutu elektron qaydada sistemə əlavə etmişdir. Məhkəmədə həmçinin, “uşaqlar arasında xoşagəlməz hallar yaşanıb” məsələsi ilə əlaqədar Gəncə şəhər prokurorluğunda cinayət işi başlanılmasını bildirərək, prokurorluğa bu barədə sorğu verilməsini tələb edən vəsatəti olsa da, hakim yalnız əlini yellətməklə vəsatəti rədd etmişdir. Məhkəmənin qeyd edilən qərarı birbaşa olaraq ədalətli araşdırma hüququnu pozmuşdur. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, @sozun.duzu87 istifadəçi adı ilə Tiktok səhifəsində onun paylaşdığı video yazı paylaşılıbdır. Onun həmin yazıya insan kütləsinin cəlb edilməsi üçün qoyulan başlıqla heç bir əlaqəsi yoxdur. Həmin video paylaşıma nəzər salanda onun səs yazılarında başqa məlumatın verildiyi bəlli olur. Bildirmişdir ki, video görüntü, səs yazısı, şəkil, prokurorluğun məktubu göndərilməklə, habelə Gəncə şəhər prokurorluğunda ** saylı məktəbin şagirdləri arasında baş verən insidentlə bağlı araşdırmanın olub-olmaması ilə əlaqədar məlumatın əldə edilib həmin məlumatın da göndərilməsi ilə daha obyektiv nəticə əldə etmək olardı. Qanunvericiyliyin tələbindən göründüyü kimi həmin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” ## ### 1999-cu il tarixli * saylı qərarının 6-cı bəndinə əsasən, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Məlumatların yalan olması ən vacib şərtdir. Qeyd edilən məlumatların həqiqiliyi isə prokurorluğun məktubu ilə də təsdiq olunmuşdur. Bütün bu sənədlər onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən ekspertizanın keçirilməsi barədə vəsatəti olsa da, məhkəmə tərəfnidən vəsatət təmin edilmiş, lakin xüsusi biliyə malik olan mütəxəssisin olmaması səbəbindən qərardad icra edilməmişdir. Məhkəmə isə həmin halı onun xeyrinə qəbul etməli olduğu halda, bunu onun ziyanına qəbul etmişdir. Məhkəmə hazırda audio və video yazı ilə aparılsa da, məhkəmənin qətnaməsində onun ifadəsi tamamilə başqa cür qeyd edilmişdir. Bu barədə video yazıya baxış keçirilərsə, aşkar olunardı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi onun məktəbdə rast gəldiyi problemlərə və əldə etdiyi materiallara əhəmiyyət verməmişdir. Qeyd etdiyi şəkli çəkdikdən sonra Gəncə şəhər Təhsil Idarəsinə yaxınlaşdığını, orada olan zaman iddiaçıya yaxın olan Iqbal Kərimov ona zəng edərək məktəbə gəlməyini və iddiaçı ilə razılaşmağını bildirmişdir. “Sözün düzü87” deyilən hesab ona məxsus deyil. “Məktəbdə azyaşlının zorlanması” ifadəsini işlətməmiş, sadəcə orta məktəbdə maliyyə pozuntusu olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsində keçirilən ekspertiza zamanı cavab gələrək, ekspertiza üçün ekspert olmadığını, daha sonra əldə etdiyi məlumata əsasən təkrar şəkil təqdim edilərsə, hazırda ekspertin olduğu müəyyən olunmuşdur. Şəklin olduğu otaq direktorun istirahət otağıdır, həmin otaq sanitar qovşaq olmuşdur. Lakin, sonra iddiaçı tikinti işləri apararaq sanitar qovşağı oradan götürmüşdür. Məktəbdə təcavüz hadisəsi baş verməsi ilə bağlı ifadə işlətməmiş, yalnız cinayət hadisəsi baş verdiyini qeyd etmişdir. Həmin hadisə ilə bağlı Gəncə şəhər Baş Polis Idarəsində və Gəncə şəhər prokurorluğunda araşdırma aparılmışdır.

17. Cavabdeh Cavabdeh nümayəndəsi, vəkil vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirmişdir ki, cavabdehin dedikləri həqiqəti əks etdirmir. Şagirdlər arasında olan münasibətin yeni məlum olmuş və bununla bağlı araşdırma aparılır. Sədrlik edənin sualına cavab olaraq həmin vaxt seçkilərlə bağlı məktəbdə olmadığını qeyd eymişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 46-ci maddəsi:

19. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

23. Maddə 23.2-ci maddəsinə görə, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

24. Maddə 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh Cavabdeh “Hürriyyet TV” kanalındakı ##.##.2025-ci il tarixli yayımın 0:01–ci saniyəsindəki və 0:03–ci saniyəsindəki yayılan məlumatlar istisna olmaqla, qeyd edilən məzmunda digər məlumatlar paylaşdığını etiraf etmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə həmin cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı həmin hissədə etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, 0:01 və 0:03-cü saniyədəki məlumatlar istisna olmaqla, digər məlumatların yayılması barədə cavabdeh tərəfindən qismən etirafı qəbul edilməlidir. Iddiaçının barəsində yayılmış həmin məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin – cavabdeh Cavabdehnnın üzərinə düşür. Həmin cavabdeh isə yaydığını etiraf etdiyi məlumatın doğru olduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf isə onun barəsində yayılmış məlumatların doğru olmamasını bildirmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində çıxış etdiyi internet portallarının ona məxsus olmadığını bildirsə də, həmin portallarda çıxış etməsi və iddiaçı haqqında söylədiyi fikirləri internet portalında səsləndirməsini mübahisələndirməmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin video görüntüdə cavabdehin, prokurorluğun İddiaçı maliyyə pozuntusu törətməsinə dair cinayət işinin bəraətverici əsaslar olmadan xitam verilməsi ilə əlaqədar məlumat paylaşması, həmin məlumatları Respublika Prokurorluğunun bu faktı təsdiq edən məktubunu əsasında bildirməsi dəlili dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2026 tarixli *-*-***/*-******/**** saylı məktubundan görünür ki, Gəncə şəhər ** nömrəli tam orta məktəbin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı ## ##### 2023-cü il tarixdə Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmış və ## ### 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdan göründüyü kimi, ## ##### 2023-cü il tarixdə Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi Gəncə şəhər ** nömrəli tam orta məktəbin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı olduğu qeyd edilmiş, İddiaçı barəsində cinayət işinin olması və onun tərəfindən maliyyə pozuntusu yolverildiyi üçün barəsində və bəraətverici əsaslar olmadan xitam verilməsi barədə heç bir qeyd olmamışdır.

44. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarının 2.2.15-ci bəndində qeyd edilir ki, şəxsin Konstitusiyanın 63-cü maddəsi şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. Istinad edilən konstitusion norma ilə qorunan təqsirsizlik prezumpsiyası hüququnun pozulması onun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə səbəb ola bilər. Bu hüquq barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedici hökmü olmadan şəxsin təqsirsizliyini qoruyur. Bu hüququn müdafiəsi (hüququn pozulmasının təsbit edilməsi, yayılmış məlumatların silinməsi, yayılmanın qarşısının alınması, düzəliş edilməsi, təkzib edilməsi və s.) və pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası üzrə tələb hüququ pozuntu anından yaranır və şəxsin barəsində sonradan ittihamedici hökmün çıxarılması və qanuni qüvvəyə minməsi bu hüququ istisna etmir. Bu hüququn cinayət mühakiməsi icraatının məhkəmənin hökm və ya qərarının qanuni qüvvəyə minməsinədək olan dövrün hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcminin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırma mərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiya məhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayəti törətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha az həcmdə mənəvi zərərin vurulmasına səbəb olacaqdır.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının barəsində prokurorluğun İddiaçı maliyyə pozuntusu törətməsinə dair cinayət işinin bəraətverici əsaslar olmadan xitam verilməsi ilə əlaqədar məlumat paylaşdığını qeyd etsə də və Respublika Prokurorluğunun bu faktı təsdiq edən məktubuna əsaslanar həmin məlumatları həqiqət olduğunu sübut etməyə çalışsa da, kollegiya həmin mövqe ilə razılaşmır və bir daha qeyd edir ki, həmin məlumatlar Gəncə şəhər ** nömrəli tam orta məktəbin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı olmuş və cavabdeh həmin məlumatlara istinad edərək yetərli sübutlar olmadığı halda iddiaçının barəsində cinayət işinin olması və bəraətverici əsaslar olmadan xitam verilməsi ilə bağlı məlumatları yaymaqla iddiaçının ləyaqətini və nüfuzunu ləkələmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.

46. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarının 2.2.26-clı nədinə əsasən, şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı işlərə baxarkən, məhkəmələr xüsusilə yayılan məlumatların məzmununa və onların ictimai şüurda təsirinin ağırlığına, iddiaçının keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların dərəcəsinə, digər mənfi nəticələrin yaranıb-yaranmamasına, məlumatların yayılma müddəti, üsulu, yeri və zərərçəkmiş şəxs haqqında mənfi ictimai fikrin formalaşdırılmasındakı roluna, iddiaçının işgüzar nüfuzuna, habelə şəxsiyyətinə, onun ictimai mövqeyinə, vəzifəsinə təsir edibetməməsinə və digər əhəmiyyətli hallara diqqət yetirməlidirlər. Həmin qərarın 4.10-cü bəndində qeyd edilir ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması.

47. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar