Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-264/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin tutulması) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Gəncə “ASAN xidmət” X2 tərəfindən ## ####### 2020-ci il tarixdə verilmiş AZ-IV № ****** nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X3 ## ####### 2020-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur; atası- Cavabdeh, anası- İddiaçıdır.
2. * saylı Gəncə Regional “ASAN xidmət” X2 tərəfindən ## ###### 2023-cü il tarixdə verilmiş AZ-IV № ****** nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X4 ## ###### 2023-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur; atası- Cavabdeh, anası- İddiaçıdır.
3. “xxxx” ASC tərəfindən verilmiş, Cavabdeh məxsus 510307******2594 nörməli kart hesabından çıxarışdan göürünür ki, Cavabdeh aylıq əməkhaqqı 796,64 AZN (yeddi yüz doxsan altı manat-64 qəpik) təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladları- ## ####### 2020-ci ildə doğulmuş X3 və ## ###### 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdeh Cavabdeh hər ay hər uşağa görə sabit məbləğdə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat alimentin, həmçinin mediasiya xərci olaraq ödədiyi 60 (altmış) manat xərcin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə ## ###### 2019-cu il tarixdə qeyri-rəsmi nikahla evlənmişlər. Qeyri-rəsmi nikahlarından ## ####### 2020-ci ildə X3 və ## ###### 2023-cü ildə X4 adlarında uşaqları doğulmuşdur. Uşaqlar onun himayəsində yaşayırlar. Cavabdeh Cavabdeh ilə artıq bir müddətdir ki, ayrılmışlar. Hal-hazırda o, uşaqları ilə birlikdə atasına məxsus olan mülkdə yaşayır. Onun isə heç bir yerdə yaşamağa yeri yoxdur. Onun qızları körpə olduğundan heç bir yerde işləyə bilmir. Cavabdeh onlara heç bir maddi mənəvi köməklik göstərmir. Cavabdeh hal-hazırda Daşkəsən rayonda fövqaladə hallar üzrə sahədə çalışır. Cavabdehin imkanı olduqca yaxşıdır; cavabdehin imkanı çatır ki, har ay uşağına aliment versin. O, sabit məbləğdə aliment tutulması tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlməmiş aliment verməkdən və mediasiya xərclərini ödəməkdən imtina etdiyi üçün mübahisəni məhkəmədən kənarda həll edə bilməmişlər.
6. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.S.Qəniyev) iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh Cavabdeh birgə qeyri-rəsmi nikahından ## ####### 2020-ci ildə doğulmuş X3 və ## ###### 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, ## ###### 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,475 (sıfır tam mində dörd yüz yetmiş beş) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,95 (sıfır tam yüzdə doxsan beş) misli həddində sabit pul məbləğində aylıq aliment cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmuş, İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğdə pul vəsaiti də cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ## ####### 2020-ci ildə doğulmuş X3 və ## ###### 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, ## ###### 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,475 (sıfır tam mində dörd yüz yetmiş beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,95 (sıfır tam yüzdə doxsan beş) misli həddində sabit pul məbləğində aylıq aliment müəyyən edilməlidir.
8. İddianın qalan hissəsi ilə bağlı məhkəmə bildirmişdir ki, uşaqların saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,475 (sıfır tam mində dörd yüz yetmiş beş) misli həddindən və iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,95 (sıfır tam yüzdə doxsan beş) misli həddindən artıq olan hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir- belə ki, iddiaçı hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində tələb etdiyi alimentin hansı əsasla həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2, 110.2, maddəsinə, Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarına, Azərbaycan Respublikası Prezidentinin minimum əməkhaqqı məbləğinin müəyyən edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixli Sərəncamına, “Uşaq Hüquqları Haqqında” “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununa, MPM-nin 14.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini və uşaqların onun himayəsində saxlanılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, uşaqların az yaşlı olmasına baxmayaraq, uşaqlar ona bağlıdır. O, bir-mənalı şəkildə uşaqlarından imtina etmir və uşaqlarına baxmaq, onların qayğısını çəkmək istəyir. İddiaçı dəfələrlə ona xəyanət edib və xəyanət etməsinə dair əllərində kifayət qədər sübutlar var. Həmin sübutlarıda birinci instansiya məhkəməsinə təqdim edib. Lakin birinci instansiya məhkəməsi uşaqlarının o cür etikadan kənar və əqidəsiz hərəkətlərlə məşğul olan qadının yanında qalmasını münasib bilməyinə narazıdır və düşünür ki apellyasiya instansiya məhkəməsi uşaqlarının gələcəkdə əxlaqına təsir edə bilən və onların normal şəkildə böyüməsinə və təlim-tərbiyəsinə mane olan ananın yanında qalmasına icazə verməyəcək və birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə ləğv etmiş olacaqdır. Ən əsası isə düşünür ki, apellyasiya instansiya məhkəməsi uşaqların kimin himayəsində qalmasına dair müvafiq qəyyumluq orqanına eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin psixoloji ekspertlərinə ekspert rəyi almaq üçün işi yönləndirəcəkdir. Kəlbəcər Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq maddələrnə istinad etsə də, həmin maddəni bu iş üzrə düzgün tövsif və tətbiq etməmişdir. Həmin madddənin tələbindən görünür ki, valideynin uşaqla bağlılığı və valideynin uşağın əvvəlki yaşayış şəraitini təmin edə bilmə gücündə və iqtidarında olması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi bu nəticə tamamilə şəxsi mülahizədir və sənədlərə, işdə ola süubutlara tərs mütanəasibdir. O vicdanlı alıcı kimi pulunu tam şəkildə ödəyib heç bir qanunsuz hərəkətə yol vermədən daşınmaz əmlak əldə edib mülkiyyətçi olmuşdur. Ona aid müqavilənin və çıxarışın ləğv edilməsi onun mülkiyyət hüqüqlarının pozulmasıdır və qanunsuz şəkildə mülkiyyətindən məhrum etmədir. Göründüyü kimi, Kəlbəcər Rayon Məhkəməsi sırf şəxsi mülahizəsinə əsaslanmış və ümumiyyətlə iddianı təmin edərkən də heç bir aidiyyatı və tətbiq edilməli maddi hüquq normasına əsaslanmadan qətnamə çıxartmaqla, maddi hüquq normaları tətbiqində, təfsirində və tövsifində kobud pozuntulara yol vermiş olmuşdur. Kəlbəcər Rayon Məhkəməsi iş üzrə qətnaməni əvvəlcədən artıq hazılamışdır. Yəni artıq nəticə verilənədək hakim bilirdi ki, iddianı təmin etməyəcəkdir. Bu göstərdiyim dəlillər və faktlar təsdiq edir ki, Kəlbəcər Rayon Məhkəməsi işin digər tərəfinin xeyrinə həll edilməsini və iddianın təmin edilməməsini artıq iclasdan öncə öz şəxsi mülahizəsinə əsasən müəyyən etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.
14. İşə baxılması ilə bağlı məhkəmənin hazırkı iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh tərəf məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə apellyasiya şikayətinin məzmununa əsasən qətnamə cavabdeh tərəfindən tam hissədə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.
24. İşin hallarından görünür ki, tərəflərin rəsmi nikahları yoxdur, onların münasibətlərindən iki uşaqları anadan olmuşdur. İddiaçı həmin uşaqların saxlanılmasına görə cavabdehdən aliment tələb edir, cavabdeh uaşqların onun hiomayəsinə verilməsini xahiş edir. Cavabdehin uşaqların himayəyə verilməsi ilə bağlı iddia tələbi mövcud deyil, hazırkı iş ancaq iddiaçının aliment tələbi ilə bağlıdır.
25. Kollegiya ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
26. Məhkəmə kollegiyası onu da qeyd edir ki, aliment ödəyən valideynin az qazanca malik olması və ya digər əlavə xərclərə məruz qalması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
27. Məhkəmə kollegiyası cavabdehin iddiaçının qeyri-məqbul həyat tərzi keçirməsi, ona görə də uşaqların öz himayəsində qalmalı olması, işə baxan məhkəmənin bu istiqamətdə araşdırma aparmaması barədə bildirdiklərinə münasibətdə qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır. Ona görə ki, hazırkı iddia tələbi alimentin ödənilməsi ilə bağlıdır. Ailə qanunvericiliyi bu tələblə eyni zamanda uşaqların hansı valideyndə qalma məsələsinin həllini nəzərdə tutmur. Uşağın himayə yerinin müəyyən edilməsi ilə bağlı tələbə baxılması üçün bununla bağlı ayrıca iddia qaldırılmalıdır. Cavabdeh isə belə bir iddia ilə məhkəməyə müraciət etməmişdir.
28. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşaqların mənafelərini əsas tutaraq və işin hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamə ilə qət edilən aliment maddi hüquq normalarının tələbləri baxımından qanuni və əsaslıdır. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.