Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-286/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Səfərova İlahə Allahverdi qızına qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X17 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, iddiaçı (birləşdirilmiş iddia tələbi üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə İltifat oğlu, cavabdeh (birləşdirilmiş iddia tələbi üzrə iddiaçı) Səfərova İlahə Allahverdi qızının nümayəndəsi (vəkili) Məmmədov Elsəvər İsgəndər oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Səfərova İlahə Allahverdi qızına qarşı “pul” tələbinə dair mülki işə və həmin işlə bir icraatda birləşdirilmiş iddiaçı Səfərova İlahə Allahverdi qızının cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə UNİ/A96-534/2025 nömrəli ## ######## 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir: Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 146.9 m², torpaq sahəsinin ölçüsü 0.0116 ha olan qeyri-yaşayış binasının hazırkı vaxta orta bazar dəyəri 326 000 (üç yüz iyirmi altı min) manat təşkil edir. Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 146.9 m², torpaq sahəsinin ölçüsü 0.0116 ha olan qeyriyaşayış binasının 2023-cü ilin noyabr ayına orta bazar dəyəri 272 000 (iki yüz yetmiş iki min) manat təşkil edir. ünvan 2 ünvanında 5-ci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 1 otaqlı, ümumi sahəsi 36.2 m2, olan mənzilin orta bazar dəyəri 70 000,0 (yetmiş min) manat təşkil edir. ünvan 2 ünvanında 5-ci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 1 otaqlı, ümumi sahəsi 36.2 m2, olan mənzilin 2023-cü ilin noyabr ayına olan orta bazar dəyəri 58 000 (əlli səkkiz min) manat təşkil edir.
2. “xxxx” MMC-dən verilmiş ##.##.2024-cü il tarixli MEB 12- ***/**** nömrəli mütəxəssis rəyinə əsasən Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 2 (iki) mərətəbəli, ümumi sahəsi 146,90 kvm, torpaq sahasi 0,0016 ha olan qeyri-yaşayış binası 320 000 (üç yüz iyirmi min) - 350 000 (üç yüz əlli min) manat arasında dəyişir. Gəncə şəhəri, Heydər Əliyev prospekti yerləşən 2 (iki) yaşayış otaqlı mənzil 72 000 (yetmiş iki min) manat - 75 000 (yetmiş beş min) manat arasında dəyişir. Mazda CX-7" markalı 2008-ci il buraxışlı minik avtomobili 10 000 (on min) manat - 11 000 (on bir min) manat arasında dəyişir.
3. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, Səfərova İlahə Allahverdi qızı ünvan 3 ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) ##.##.2015-ci il tarixli alğısatqı müqaviləsinə əsasən satıcı X5 60000 (altmış min) manata almışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti *** saylı evin ** saylı bir otaqlı mənzili ##.##.2014-cü il tarixdə 1514016524 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi Səfərova İlahə Allahverdi qızının adına qeydə alınmışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3ndə 0,0116 ha torpaq sahəsində 146,9 kv.m sahəsi olan daşınmaz əmlak ##.##.2015-ci il tarixdə 2615006661 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi Səfərova İlahə Allahverdi qızının adına qeydə alınmışdır.
6. Səfərova İlahə Allahverdi qızı tərəfindən ##.##.2024-cü il tarixə aid Tovuz Rayon İcra Qrupunun hesabına ödənilmiş icra ödənişlərinin əks olunduğu bank qəbzləri iş materiallarına əlavə edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məkəməsinin ## ######## 2022- ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, Səfərova İlahə Allahverdi qızından ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2510 (iki min beş yüz on) ABŞ dolları, 115.330 (bir yüz on beş min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun 461,69 (dörd yüz altmış bir manat altmış doqquz qəpik) manat hissəsi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi gəldiyi hüquqi mövqeyini onunla əsaslandırmıdır ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının
9. Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Səfərova İlahə Allahverdi qızı tərəfindən məhkəməyə təqdim edilmiş 03 ədəd diskə baxış zamanı diskdə olan videogörüntü və fotoşəkillərdən **-SV-*** dövlət qeydiyyat nişanlı “MAZDA CX-7” markalı avtomobilin baxımsız vəziyyətdə yaşayış evinin qarşısında saxlanılması müəyyən edilmişdir.
11. AD № nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Səfərova İlahə Allahverdi qızının adına buraxılış ili 2008, **-SV-*** dövlət qeydiyyat nişanlı, “MAZDA CX- 7” minik markalı, qara rəngli avtomobil vardır.
12. ƏN-VI№ ****** nömrəli ##.##.2022-ci il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən Səfərova İlahə Allahverdi qızı tərəfindən İddiaçı **-SV-*** dövlət qeydiyyat nişanlı, “MAZDA CX-7” minik markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəmə sorğusuna ünvanladığı ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Səfərova İlahə Allahverdi qızı tərəfindən X16 40000 manata satılmışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayonu Notariat ofisinin məhkəmə sorğusuna ünvanladığı ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən qeyri-yaşayış binası daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Səfərova İlahə Allahverdi qızı tərəfindən X10 181103 manata satılmışdır. a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Səfərova İlahə Allahverdi qızına qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Səfərova İlahə Allahverdi qızından 365000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Səfərova İlahə Allahverdi qızına göndərilmiş 2,801,000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, 2,510 (iki min beş yüz on) ABŞ dolları, 115,330 (bir yüz on beş min üç yüz otuz) manat müqabilində Tovuz rayonu, Aşağı Quşçu kəndində qeyri-yaşayış sahəsi, Gəncə şəhərində Mərkəzi Univermağın yaxınlığında 2 otaqlı mənzil və Mazda XS7 markalı, ** SV *** dövlət qeydiyyatlı minik avtomobili alınmışdır. Aparılmış məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, adları yuxarıda qeyd olunan əmlaklar o əsasla cavabdehin adına alınmışdır ki, iddiaçı gəldikdən sonra cavabdeh həmin əmlakları onun adına rəsmiləşdirsin. Ancaq İlahə Səfərova öhdəliyini icra etməmişdir. Məhkəmə mübahisələndirilən əmlaklara onun mülkiyyət hüququnu ləğv edə bilmədiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il # ###### tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə yalnız İddiaçı tərəfindən göndərilən və həmin əmlakların alınmasına sərf edilən məbləğlər İlahə Səfərovadan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırki mübahisə İddiaçı vəsaiti hesabına alınmış əmlakların hal-hazırkı bazar qiyməti ilə bağlı əldən çıxmış fayda ilə bağlı olmuşdur. İlahə Səfərovaya göndərilmiş vəsaitin nəticəsi olaraq Tovuz rayonu, Aşağı Quşçu kəndində qeyri-yaşayış sahəsi, Gəncə şəhərində Mərkəzi Univermağın yaxınlığında 2 otaqlı mənzil və Mazda XS7 markalı, ** SV *** dövlət qeydiyyatlı minik avtomobili əldə edilmişdir. Bu gün Tovuz rayonu, Aşağı Quşçu kəndində qeyriyaşayış sahəsinin real bazar qiyməti 400,000-450,000 manat və Mərkəzi Univermağın yaxınlığında 2 otaqlı mənzilin real bazar qiyməti isə 60,000-65,000 manat civarında olmuşdur. Məhkəmə qətnamələri ilə işin mübahisə olunmayan halı ondan ibarət olmuşdur ki, İlahə Səfərova qeyd olunan əmlakları İddiaçı adına rəsmiləşdirməli olduğu halda, bundan imtina etmişdir. Yalnız məhkəmə qətnaməsi ilə ona göndərilmiş vəsaiti geri qaytarmışdır. Əslində isə o, həmin əmlakları geri qaytarmamaqla əsassız varlanmışdır. Əldən çıxmış fayda ilə bağlı dəlilləri isə ondan ibarət olmuşdur ki, icra vərəqəsi 2024-cü il ## #### tarixdə verilməsinə baxmayaraq, İlahə Səfərova tərəfindən ödəniş qəsdən gecikdirilmiş, 169,000 manat vəsait 2024-cü il ## ####### tarixdə ödənilmişdir. Cavabdeh İlahə Səfərovanın qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 365,000 manat ziyan dəymişdir. Belə ki, cavabdehin mülkiyyət hüququ əldə etdiyi əmlakların dəyəri ümumilikdə 529,000 manatdır ki, cavabdeh həmin məbləğdən 169,000 manat qaytarmışdır. 169,000 manat məbləği 4 ay ərzində saxlamaqla əlavə olaraq 5000 manat ziyana düşmüşdür.
3. Cavabdeh Səfərova İlahə Allahverdi qızı iddia tələbinə yazılı etirazında göstərmişdir ki, o, iddiaçı İddiaçı Tovuz rayon Məhkəməsinə vermiş olduğu iddiada göstərilən pul tələbi barəsində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il # ###### tarixli qətnaməsində göstərilən məbləğləri əmlakları sataraq iddiaçı İddiaçı tam ödəmişdir. Bütün bunlara baxmayaraq İddiaçı İddiaçı Tovuz Rayon Məhkəməsinə yeni, əsassız bir iddia guya onun yuxarıda adları çəkilən əmlakları onun adına rəsmiləşdirməli olduğu iddiası ilə müraciət etmişdir. Hansı ki, iddiaçının iddia ərizəsində pul tələbi olmuşdur. Məhkəmədə həmin tələb təmin edilmişdir. İddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində yuxarıdakı ünvanlarda göstərilən əmlaklar faktiki olduğu halda ekspert öz tərəfindən əsassız olaraq alternativ əmlaklar göstərmiş və həmin obyektləri qiymətləndirmişdir ki, yeni iddiası ilə həmin əmlaklara öz yanından reallığı əks etdirməyən bazar qiymətləri qoymaqla əsassız olaraq yeni iddia ilə ona qarşı 365,000 (üç yüz altmış beş min) manat iddia qaldırmaqla həm onun, həm də məhkəmənin vaxtını almağa çalışmışdır. Hazırda icraatda olan e-*(***)- ***/**** saylı mülki iş materiallarında adı keçən, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 146.9 m2 , torpaq sahəsinin ölçüsü 0.00116 ha olan hər hansı orta təmirli qeyriyaşayış binasının və ünvan 2 ünvanında 5-ci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 1 otaqlı, ümumi sahəsi 36.2 m2 olan orta təmirli mənzilin hazırki dövr üçün ona heç bir aidiyyəti yoxdur. Həmin obyektlər onun tərəfindən notarial qaydada vətəndaşlara satılmış, satış zamanı notarius tərəfindən alqı-satqı müqaviləsində göstərilən qiymətin bazar qiymətinə uyğun olması nəzərə alınmışdır. Həmin obyektlərin satışından əldə etdiyi vəsait məhkəmə qətnaməsində ona qarşı hesablanmış borcun bağlanmasına sərf olunmuşdur. Həmçinin bikdirmişdir ki, Qardaşı İddiaçı ona qarşı irəli sürdüyü 365.000 manat məbləğində iddianın heç bir əsası yoxdur. Belə ki, Tovuz rayon Aşağı Quşçu kəndində onun öz şəxsi vəsaiti ilə aldığı qeyri-yaşayış sahəsi haqqında deyə bilər ki, həmin obyekti 2015-ci il ## ####### tarixdə X6 şəxsən özü öz pulunu ödəyərək almışdır. Həmin tarixdə İddiaçı heç Azərbaycan Respublikasında olmamışdır və bu haqda Daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-IN 0520531) işə əlavə edilmişdir. Həmin müqavilədə onun pulu şəxsən özünün verdiyi öz əksini tapmışdır. Gəncə şəhərində alınmış 1 otaqlı mənzil haqında onu deyə bilər ki, mənzil onun tərəfindən 2014-cü il ## ####### tarixdə Gəncə şəhərində X7 adlı makler tərəfindən X3 onun iştirakı ilə özü tapıb öz hesabına almışdır. Onu da nəzərə çatdırır ki, qardaşı İddiaçı nə o evin yerini bilir, nə də evin neçə otaqlı olduğunu bilir. Ev 1 otaq olduğu halda iddia ərizəsində 2 otaqlı kimi göstərmişdir. Əvvəlki məhkəmədə onun ona verəcək olduğu 2.801.000 Rusiya rublu, 2,510 ABŞ dolları, 115.330 AZN pulun gecikmə səbəbi hüquq müstəvisi çərçivəsində Tovuz İcra Probasiya şöbəsi tərəfindən ödənilmişdir. Orada qarşı tərəfin qeyd etdiyi gecikmə haqqında deyə bilər ki, həmin pulun gecikməsinin İcra Probasiya işçisi Azər Mustafazadə və qarşı tərəfin vəkili Rəşad Abdullayev tərəfindən bilərəkdən törədildiyi bildirilir. Qarşı tərəfin dəfələrlə pulu ödəmək üçün hesab nömrəsini istəməyinə baxmayaraq verməmişdir. Onu da səbəbi onun adına olan əmlakını hərrac yolu ilə satışa çıxardaraq dəyərindən dəfələrlə aşağı qiymətə satmaq olmuşdur. Qarşı tərəf hesab nömrəsini vermədikcə, Ədliyyə Nazirliyinin qaynar xəttinə bir neçə dəfə zəng etmiş, yenə hesab nömrəsi verməmişlər və məcbur olaraq həmin məbləği Ədliyyə Nazirliyinin depozit hesabına yerləşdirmişdir. Bu səbəblərə görə onun ona qarşı etdiyi pul tələbi tamamilə əsassızdır.
4. Bir icraatda birləşdirilmiş iddia tələbi - İddiaçı Səfərova İlahə Allahverdi qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cəmi 37450 (otuz yeddi min dörd yüz əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı Səfərova İlahə Allahverdi qızı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qardaşı İddiaçı 2022-ci il ## ### tarixində onlara Tovuz rayonu X4 küçəsində olan evinə gəlmişdir. Ona maşınsız olduğunu bildirmiş və ona məxsus şəxsi istifadəsində olan MAZDA CX-7 markalı minik maşınını Azərbaycanda olduğu müddətdə sürmək üçün xahiş etmişdir. O, etiraz etməmişdir. 2023-cü il ## ### tarixində Tovuz rayon ASAN xidmət mərkəzində qardaşına sürücülük vəsiqəsinin bitmə müddətinə qədər bir illik sürmək üçün etibarnamə vermişdir. Etibarnamə N******, Avtomobilin markası MAZDA CX 7, nömrəsi ** SV *** olmuşdur. Həmin vaxt cavabdeh avtomobili gedərkən qaytaracağını söyləmişdir. O, 2022-ci il ## ### tarixində cavabdehin Rusiya Federasiyasına getdiyini öyrənmişdir. 2022-ci il ## ### tarixində Tovuz regional “ASAN Xidmət” mərkəzinə gedərək həmin etibarnaməni ləğv etdirmişdir. Ancaq cavabdeh avtomobili verməmiş getmişdir. Həmin gündən o, avtomobilsiz qalmışdır. Həmin gündən bir neçə gündən sonra, 2022-ci il ## #### tarixində xəbəri olmadan məhkəməyə çağırış gəlmişdir. Tovuz Rayon Məhkəməsinə verilən həmin iddia ərizəsində avtomobilin qardaşı Vaqif tərəfindən alınması və ona görə də əlindən alıb apardığı qeyd olunmuşdur. Uzun məhkəmə prosesindən sonra həmin maşının pulunu ondan 2020-ci il ## #### tarixində Ali Məhkəmənin qərarı ilə almışdır. Avtomobil 2024-cü il ## ###### tarixində yararsız vəziyyətə salınmışdır. Avtomobil Gəncə bazarında 14,000 ABŞ dollarına 23,800 manat qarşılığında alınmışdır. Həmin gündən təxminən avtomobili olmadığı üçün 15-20 manat taksilərə pul xərcləmişdir. Həmin vaxtdan bu günə kimi 910 (doqquz yüz on) gündür maşınsızdır. Ən aşağı hədlə 15 manatla götürsək 13650 AZN pul edir.
6. İddia tələbinə yazılı etirazda göstərmişdir ki, cavabdeh İddiaçı iddiaçının ərizəsində də göründüyü kimi, nəqliyyat vasitəsini 2022-ci il ## ### tarixdən 2022-ci il ## ### tarixədək idarə etmişdir. Nəqliyyat vasitəsini ona görə idarə etmişdir ki, nəqliyyat vasitəsi onun vəsaiti ilə alınmış, nəqliyyat vasitəsinin faktiki sahibi o olmuşdur. Nəqliyyat vasitəsini iddiaçının yaşadığı X1 kəndində yerləşən fərdi yaşayış evinə qoyaraq getmişdir. İddiaçı bildirir ki, məhkəmədən ona 2022-ci il ## #### tarixdə məktub gəlmişdir. Sual yaranır: niyə iddiaçı qardaşının Azərbaycanı tərk etdiyi vaxt nəqliyyat vasitəsini götürməmişdir? Məhkəməyə müraciət nəqliyyat vasitəsini qoyub getdikdən bir ay sonra olmuşdur. Nəqliyyat vasitəsinin üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmuşdur. Həbs qoyulması nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı deyil, onun üzərinə sərəncam qoyulması ilə bağlı olmuşdur. İddiaçı qərəzli şəkildə nəqliyyat vasitəsindən istifadə etməmişdir. Ona anası X12 tərəfindən nəqliyyat vasitəsini götürməsini demiş, ancaq o, nəqliyyat vasitəsini götürməmişdir. Bu günədək nəqliyyat vasitəsi iddiaçının və cavabdehin anasının nəzarətindədir.
7. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim S.A.Hacıyev) iddiaçı İddiaçı cavabdeh Səfərova İlahə Allahverdi qızına qarşı pul tələbinə dair iddiası qismən təmin edilməsi, Səfərova İlahə Allahverdi qızından 238700 (iki yüz otuz səkkiz min yeddi yüz) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 528.7 manat (beş yüz iyirmi səkkiz manat yetmiş qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddiaçı İddiaçı cavabdeh Səfərova İlahə Allahverdi qızına qarşı pul tələbinə dair iddiası qalan hissədə rədd edilməsi, iddiaçı Səfərova İlahə Allahverdi qızının cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
8. İlk iddia tələbi üzrə məhkəmənin mövqeyi - İddiaçı İddiaçı cavabdeh Səfərova İlahə Allahverdi qızına qarşı “pul” tələbinə dair iddiası üzrə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında şifahi formada bağlanmış tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Razılaşmaya əsasən cavabdeh Səfərova İlahə Allahverdi qızı (vəkalət alan) iddiaçının (vəkalət verən) ona ayrı-ayrı vaxtlarda verdiyi və ya göndərdiyi vəsait hesabına daşınar və ya daşınmaz əmlaklar almağı və iddiaçının istədiyi vaxtda həmin əmlakları iddiaçının adına rəsmiləşdirməyi, mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bu tapşırıqdan irəli gələrək cavabdeh iddiaçının vəsaiti ilə ünvan 3 ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) ##.##.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı X5 60000 manata, Gəncə şəhəri Nizami rayonu Şah İsmayıl Xətai prospekti *** saylı evin ** saylı bir otaqlı mənzili ## ####### 2014-cü il tarixdə X8 31300 manata almışdır. Həmin daşınmaz əmlaklar üzrə mülkiyyət hüququ cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin cavabdeh öhdəliyini pozmuş, həmin əmlakları iddiaçının mülkiyyətinə keçirməkdən imtina etmişdir.
9. Məhkəmə hesab etmişdir ki, bu faktlar Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(104)- ****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsində əks olunduğundan, araşdırıldığından və qiymətləndirildiyindən Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinə əsasən hazırki məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
10. Məhkəmə müəyyən etmişdir ki, Səfərova İlahə Allahverdi qızı vədini yerinə yetirmədiyi üçün İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə daha əvvəl məhkəməyə müraciət etmiş, Səfərova İlahə Allahverdi qızından Gəncə şəhərində alınmış mənzilə görə 45000 (qırx beş min) ABŞ dolları, avtomaşına görə ödənilmiş 14000 (on dörd min) ABŞ dolları, Tovuz rayonu, Quşçu kəndində yerləşən qeyri-yaşayış binasının alınması üçün 61000 (altmış bir min) ABŞ dolları, həmin obyektin tikintisi və təmir-bərpasına çəkilmiş 80000 (səksən min) ABŞ dolları, obyektin icarəsi ilə əlaqədar əldən çıxmış faydaya görə 42000 (qırx iki min) manatın, dövlət rüsumu hesabına ödənilmiş 670 (altı yüz yetmiş) manatın və vəkil xərci kimi ödənilmiş 300 (üç yüz) manatın, cəmi 200000 (iki yüz min) ABŞ dolları və 42970 (qırx iki min doqquz yetmiş) manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia üzrə Tovuz Rayon Məkəməsinin ## ######## 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, cavabdeh Səfərova İlahə Allahverdi qızından ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2510 (iki min beş yüz on) ABŞ dolları, 115.330 (bir yüz on beş min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun 461,69 (dörd yüz altmış bir manat altmış doqquz qəpik) manat hissəsi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi əvvəlki məhkəmə prosesində İddiaçı ünvan 3 ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyriyaşayış11.binasını (yeməkxana) və Gəncə şəhəri Nizami rayonu Şah İsmayıl Xətai prospekti *** saylı evin ** saylı bir otaqlı mənzilinin yalnız alınmasına sərf olunan vəsaiti cavabdehdən tələb etmiş, onun bu tələbi müvafiq alğı-satğı müqavilələrində göstərilmiş məbləğlər, yəni ünvan 3 ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) üçün 60000 manat, Gəncə şəhəri Nizami rayonu Şah İsmayıl Xətai prospekti *** saylı evin ** saylı bir otaqlı mənzil üçün 31300 manat, o cümlədən cavabdehə göndərilmiş digər vəsaitlər nəzərə alınmaqla qismən təmin edilmişdir.
12. İddiaçı İddiaçı (vəkalət verən) tapşırığı icra etməyən cavabdehdən (vəkalət alandan) Mülki Məcəllənin 443 və 779-cu maddələrinə əsasən tələb etməyə haqqı çatanın yalnız bir qismini, yəni real zərər hissəsinin əvəzini ödəməyi daha əvvəl tələb etmiş və onun bu tələbinə Gəncə Apellyasiya Məhkəməsində baxılaraq yekun məhkəmə aktı çıxarılmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsində İddiaçı öhdəliyini icra etməyən cavabdehdən özünə dəymiş zərərin əldən çıxmış fayda hissəsinin əvəzini ödəməyi tələb edir, yəni hazırki iddianın predmeti əvvəlkindən fərqlidir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı mövqeyi ondan ibarətdir ki, həmin əmlaklar hazırda onun mülkiyyətində olacağı halda mövcud bazar qiymətinə uyğun olaraq onları sata bilər və ya təyinatına uyğun istifadə edə bilərdi. Həqiqətən də, əmlakları almaqda şəxsin məqsədi yatırım etməklə həmin əmlaklarla bağlı gələcək üçün planların həyata keçirilməsinə yönələn şüurlu iradə ifadəsinin göstəricisidir. Lakin qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehin qanunazidd davranışları onu bu istəyindən məhrum etmişdir. Bir sözlə İddiaçı əmlaklarından məhrum olmuş, nəticədə isə əmlaklar onun mülkiyyətində qalacağı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) bəhrələnə bilməmişdir.
15. Məhkəmədə iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 146.9 m², torpaq sahəsinin ölçüsü 0.0116 ha olan qeyri-yaşayış binasının 2023-cü ilin noyabr ayına orta bazar dəyəri 272 000,0 (iki yüz yetmiş iki min) manat, ünvan 2 ünvanında 5-ci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 1 otaqlı, ümumi sahəsi 36.2 m2 , olan mənzilin 2023-cü ilin noyabr ayına olan orta bazar dəyəri 58 000 (əlli səkkiz min) manat müəyyən edilmişdir.
16. Cavabdeh ünvan 3 ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) ##.##.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı X5 60000 (altmış min) manata, Gəncə şəhəri Nizami rayonu Şah İsmayıl Xətai prospekti *** saylı evin ** saylı bir otaqlı mənzili ## ####### 2014-cü il tarixdə X8 31300 manata almışdır.
17. Məhkəmə belə nəticəyə gəlmişdir ki, adi mülki dövriyyə şəraitində ünvan 3 ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasının (yeməkxana) dəyəri 212000 manat, Gəncə şəhəri Nizami rayonu Şah İsmayıl Xətai prospekti *** saylı evin ** saylı bir otaqlı mənzilinin dəyəri isə 26700 manat artmışdır.
18. Beləliklə hüququ pozulmasaydı, yəni cavabdeh Səfərova İlahə Allahverdi qızı öhdəliyini icra edərək həmin əmlakları onun mülkiyyətinə keçirsəydi iddiaçı İddiaçı həmin əmlakların dəyərinin artması nəticəsində cəmi 238700 manat gəlir əldə edərdi. Buna görə də iddia həmin hissədə qismən, 238700 manat həddində təmin edilməlidir.
19. İddiaçı İddiaçı həmçinin Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinin cavabdeh tərəfindən 4 ay gec icra edildiyini, həmin qətnamə ilə ödənilməli olan 169000 manat pulun cavabdeh tərəfindən saxlanıldığı üçün ona 5000 manat zərər vurulduğunu bildirmiş, həmin vəsaiti də cavabdehdən tələb etmişdir.
20. İddiaçının həmin pul vəsaitləri onun sahibliyində olacağı təqdirdə adi mülki dövriyyə şəratində hansı formada fayda əldə edəcəyini təsdiqləyən sübut məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.
21. Bir icraatda birləşdirilmiş iddia tələbi üzrə məhkəmənin mövqeyi - İddiaçı Səfərova İlahə Allahverdi qızı mülkiyyətində olan **-SV-*** dövlət qeydiyyat nişanlı “MAZDA CX-7” markalı avtomobili 2023-cü il ## ### tarixində cavabdeh İddiaçı Azərbaycan Respublikasında olduğu müddətdə əvəzsiz olaraq müvəqqəti istifadəyə verdiyini, lakin cavabdehin həmin avtomobili geri qaytarmadığını və ona 37400 manat maddi zərər vurulduğunu bildirmişdir. Zərərin məbləği onunla əsaslandırılmışdır ki, avtomobilin dəyəri 23800 manat təşkil edir. Həmçinin 910 gün ərzində gündəlik 15 manat taksiyə pul xərcləməklə cəmi 13650 manat zərər çəkmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, AD №****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 90- SV-670 dövlət qeydiyyat nişanlı “MAZDA CX-7” markalı avtomobil Səfərova İlahə Allahverdi qızının mülkiyyətində olması, ## ### 2022-ci il tarixli ƏN- VI №****** nömrəli “nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə”yə əsasən həmin avtomobildən İddiaçı istifadə hüququnun verilməsi təsdiqini tapmış, nəqliyyat vasitəsinin İddiaçı tərəfindən istifadə edilməsi cavabdeh tərəfindən inkar edilməmişdir. Hazırda həmin avtomobilin cavabdehin anasının yaşadığı evin həyətində saxlanılması işin mübahisəsiz halıdır.
23. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 732-ci maddəsində göstərilmiş şifahi formada əvəzsiz istifadə müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Kirayəyə verən Səfərova İlahə Allahverdi qızı özünə məxsus **-SV-*** dövlət qeydiyyat nişanlı “MAZDA CX-7” markalı avtomobili əvəzsiz olaraq kirayəçinin istifadəsinə vermişdir. Kirayəçi İddiaçı isə həmin avtomobili istifadə etsə də kirayəyə verənə qaytarmamışdır.
24. Avtomobil hazırda naturada mövcud olmasına və onun faktiki qaytarılması mümkün olmasına baxmayaraq iddiaçı avtomobilin deyil, onun dəyərinin qaytarılmasını tələb etmişdir. Halbuki, Mülki Məcəllənin 459.5-ci maddəsinə əsasən, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.
25. Həmçinin iddiaçı avtomobilin qaytarılmaması nəticəsində 910 gün ərzində gündəlik 15 manat taksiyə pul xərcləməklə cəmi 13650 manat zərər çəkdiyini iddia etsə də iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmişdir.
26. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı Səfərova İlahə Allahverdi qızının iddiası rədd edilməlidir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 425.1, 442, 443, 459.5, 732, 736.1, 736.4, 777.1, 779.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 82.3, 88, 106.3, 191.3, 220.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
28. Cavabdeh Səfərova İlahə Allahverdi qızı qətnamədən apellyasiya şikayəti verərək şikayətinin təmin olunmasını, Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsinin tam ləğv edilməsini və Səfərova İlahə Allahverdi qızının iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından görünür, eyni predmet, eyni tərəflər və eyni əsaslarla artıq qanüni qüvvəyə minmiş məhkəmə qərarları var. Yeni iddia üzrə iddiaçı istinad edib ki, hazırkı mübahisə əldən çıxmış fayda ilə əlaqədardı. Lakin hesab edir ki, əvvəlki mübahisədə iddia ərizəsindən görünür ki, əldən çıxmış fayda məhz həmin iddia ərizəsində qeyd edilmiş və həmin hissə rədd edilərək öz hüquqi qiymətini almışdır. Həmçinin iddiaçı məhz birinci mübahisə zamanı vəkil ilə təmsil olduğundan hazırkı iddia predmetini həmin tələb edib mübahisələndirə bilərdi. Lakin bu imkandan istifadə etməmişdilər. MPM-nin tələbləri pozularaq birinci instansiya məhkəməsi işi icraata qəbul etmişdir. Digər bir hal iddiaçı tərəf hazırkı iddianı tapşırıq müqaviləsinə istinad edərək, daşınmaz əmlakların alınması ilə bağlı hüquqların pozulmasını qeyd edərək bugün həmin əmlakları dəyəri ilə bağlı əldən çıxmış faydanı tələb etmişlər. Lakin ilkin mübahisə zamanı iddiada pul tələbini mübahisələndirərək həmin əmlaklarla ilə bağlı mübahisələndirməmişdir. Halbuki əgər mübahisə predmeti tapşırıq müqaviləsi əsasında icra olunmamışdırsa, onda həmin vaxt onlar həmin daşınmaz əmlakları mübahisələndirməli idilər. Belə olan halda hazırkı iddianın predmetini təşkil etmiş əldən çıxmış fayda öz əsalarını itirmiş hesab olunur. Bu baxımdan iddianı əsassız hesab edir. Çünki əvvəllər mübahisələnmiş iddia məhz pul tələbi olmuş və əldən çıxmış fayda ilə bağlı tələbə artıq qanuni qüvvəyə minmiş qərarlar mövcuddur. Digər hallar ondan ibarətdir ki, həmin əmlakların rəsmi alınma alqı-satqı müqaviləri olmuşdur və qiymət müəyyən olmuşdur. Onda belə çıxır ki, hər kəs illər keçdikdən sonra həmin əmlakların qiyməti yüksəldikcə və ya azalma olduğu halda əsassız iddialar qaldırılmalıdır. Həmçinin zərərin hansı qaydada mübahisələndirə bilər ki, həmin əmlaklar cavabdeh İlahə Səfərovanın mülkiyyətindədir. Yəni hər hansı bir əmlakın özgəninləşdirilməsindən söz gedə bilməz. Eyni zamanda qarşılıqlı iddia ilə bağlı məhkəmə hesab etmişdir ki, avtomobili naturada olmasını və onun faktiki qaytarılması mümkün olmasına baxmayaraq İlahə Səfərova avtomobili deyil, onun dəyərini tələb etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, yəni pulu yox avtomobilin özünü tələb etməli idi. Onda eyni mövqe ilə çıxış edərək bildir ki, ilkin iddia üzrə iddiaçı İddiaçı daşınmaz əmlakları yox pulu tələb etmişdir. Hesab edir ki, avtomobil ilə bağlı məhkəmə qətnaməsində öz əksini tapmışdır ki, avtomobil qarşı tərəf tərəfindən yararsız hala salınıb və onun dəyərini istəməkdə Səfərova İlahə haqlı olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil İsgəndər oğlu apellyasiya şikayətinin məzmununu müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəylərini mötəbər sübut kimi qəbul etmir. İddiaçı tərəf əmlak tələbi deyil, pul tələbi irəli sürmüşdür ki, ona da bu pul məbləği cavabdehdən tutulmuşdur.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İltifat oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onlar ekspert rəyləri ilə razılaşırlar və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
33. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777. Tapşırıq müqaviləsi
777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu
778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti
779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır Maddə 782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi
782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.2. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Maddə 1091. Əsassız varlanma anlayışı
1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi
1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı işdə İddiaçı iddia tələbi qismən təmin edildiyindən, Səfərova İlahə Allahverdi qızının iddiası təmin edilmədiyindən, Səfərova İlahə Allahverdi qızı apellyasiya şikayətində qətnaməni İddiaçı iddiasının təmin edilən hissəsinə, özünün iddiasının təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı iddiasının təmin edilən hissəsində və apellyatorun iddiasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddia tələbi qismən təmin edilməli, Səfərova İlahə Allahverdi qızından İddiaçı xeyrinə 184.884 manat pul vəsaiti tutulmalı, Səfərova İlahə Allahverdi qızının İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir.
38. İşin hallarından müəyyən edilir ki, tərəflər arasında pul tələbinə dair əvvəllər də məhkəmə mübahisələri olmuş, məsələnin mahiyətini o təşkil etmişdir ki, İddiaçı Rusiya Federasiyasında işləyən zaman bacısı İlahə Səfərovaya müxtəlif vaxtlarda pul məbləğləri göndərmiş, məqsədi o olmuşdur ki, İlahə öz adına daşınmaz əmlaklar əldə etsin, o özü Azərbaycana qayıdandan sonra isə İlahə həmin əmlakları ona təhvil versin. İşə əlavə edilən məhkəmə aktlarından görünür ki, İlahə Səfərova əmlakları Vaqifə qaytarmaqdan imtina etmişdir. İşə daha əvvəl baxan məhkəmələr hesab etmişlər ki, tərəflər arasında mübahisə tapşırıq münasibətlərindən yaranmış və İddiaçı İlahə Səfərovaya Rusiyada olarkən əmlakların alınmasına görə göndərdiyi pul məbləğinin tutulması qənaətinə gəlmişlər.
39. İddiaçı Səfərova İlahə Allahverdi qızına qarşı pul tələbinə dair iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2023-cü il üçün Tovuz rayonu, aşağı Quşçu kəndində yerləşən, ümumi sahəsi 146.9 kv.m torpaq sahəsinin ölçüsü 0,0116 ha olan qeyri-yaşayış binasının orta bazar dəyəri 272.000 manatdan onun alış dəyəri olan 60.000 manat çıxılmaqla 212.000 manat artmış, Gəncə şəhəri, Nizami rayonu, Şah İsmayıl Xətai prospekti *** saylı evin ** saylı bir otaqlı mənzilinin dəyəri olan 58.000 manatdan onun alış qiyməti 31.300 manat çıxılmaqla 26.700 manat artmış, hər iki məbləğ toplanmaqla, əmlakların cəmi 238.700 manat artmışdır. Məhkəmə hesab etmişdir ki, həmin məbləğ İlahə Səfərovadan İddiaçı xeyrinə tutulmalıdır.
40. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi İlahə Səfərovadan tutulmalı məbləğləri yuxarıda qeyd edilən formada əsaslandırmaqla, daha əvvəlki məhkəmə qətnaməsi ilə tutulan məbləği tam olaraq nəzərə almamamış, əsassız varlanmanın həddini düzgün müəyyən etməmiş, nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
41. Qeyd edilməlidir ki, tərəflər arasında əvvəllər tapşırıq münasibətlərinin olması, mübahisənin də bu münasibətlərdən qaynaqlanması işin mübahisəsiz halıdır. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə bu hal öz təsdiqini tapmışdır. MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
42. İşin apelyasiya araşdırması zamanı müəyyən edilmişdir ki, İlahə Səfərova Tovuz rayonu, Aşağı Quşçu kəndindəki qeyri-yaşayış sahəsini 2024-cü ildə, Gəncə şəhərindəki mənzili isə 2025-ci ildə satmışdır. Əmlakların 2023-cü il üçün olan real bazar dəyərlərinin İlahə Səfərovanın həmin əmlakları 2024-2025-ci illərdə satdığı qiymətlərdən daha çox olması iş üzrə keçirilən qiymətləndirmə rəyləri ilə müəyyən edilir.
43. Yuxarıda istinad edilən maddi hüquq normalarından görünür ki, tapşırıq müqaviləsinə əsasən tərəflərdən biri (tapşırığı alan) digər tərəfin (tapşırığı verənin) ona tapşırdığı işləri vəkalət verənin hesabına və vicdanla görməlidir. Bu hərəkətlər nəticəsində yaranan hüquqlar, vəzifələr və əmlak aktivi (passivi) bilavasitə tapşırıq verənə aid olur. Burada qanunverici tapşırığı alanın üzərinə tapşırığın icrası nəticəsində əldə olunanların hamısının tapşırığı verənə verilməsi öhdəliyini qoymuşdur.
44. Buradan belə nəticə çıxır ki, tapşırığı alan yalnız tapşırığı yerinə yetirməyə deyil, həm də görülmüş işlər üzrə əldə etdiyi hər şeyi tapşırığı verənə qaytarmağa borcludur. Əyər tapşırığı icra edən tapşırıq verəndən aldığı pul vəsaitini və ya əmlakı öz məqsədləri üçün istifadə edərsə onun əldə etdiyi vəsait əsassız varlanma nəticəsində əldə edilmiş hesab edilməlidir.
45. Əsassız varlanma nəticəsində yaranan öhdəlik zərərçəkmişin məruz qaldığı əmlak itkilərinin əsassız varlananın qanuni əsas olmadan əldə etdiklərinin hesabına təmin edilməsinə yönəlmişdir. Əsassız varlanma qanuni əsas olmadan və ya aradan qalxmış qanuni əsas nəticəsində baş versə də, onun əsasında əvvəlcədən müxtəlif hüquq münasibətləri dayana bilər.
46. Hazırkı işdə də, tərəflərin arasında tapşırıq hüquq münasibətləri mövcud olmuşdur. Lakin əvvəlki məhkəmə aktları ilə təsdiq edilmişdir ki, İlahə Səfərova tapşırığı qəsdən vicdanla icra etməmiş, əmlakları İddiaçı qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır.
47. Daha əvvəl işə baxan məhkəmələr İlahə Səfərovadan İddiaçı xeyrinə ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun heablanmaqla 2.801.000 milyon rus rublu, 2510 ABŞ dolları və 115.330 manat pul tutmuşdur. Həmin məbləğlərin Tovuz rayonunda yerləşən qeyri-yaşayış sahəsinin, Gəncə şəhərində yerləşən mənzilin və “Mazda CX 7” markalı avtomobilin alınması üçün İddiaçı tərəfindən İlahə Səfərovaya göndərilən pullar olduğu müəyyən edilmişdir.
48. Bununla belə, hazırkı işin araşdırılması zamanı müəyyən edilmişdir ki, 2023-cü il üçün Tovuz rayonunda olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 272.000 manat, Gəncə şəhərində olan mənzilin bazar dəyəri isə 58.000 manat olmuşdur. İlahə Səfərovanın İddiaçı hesabına əsassız varlanması 2023-cü il üçün ümumilikdə 330.000 manat olmuşdur.
49. Əsassız varlanma münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərindən aydın olur ki, əsassız varlanan zərərçəkmişin hesabına əldə etdiyi bütün əmlak aktivlərini qaytarmağa borcludur. Başqa sözlə, əsassız varlanma halı baş verməsəydi zərərçəkmişin əldə edə biləcəyi bütün əmlak aktivləri onun özünə qaytarılmalıdır.
50. Bunun davamı olaraq, kollegiya apellyatorun tərəflər arasındakı əvvəlki mübahisədə iddia ərizəsində əldən çıxmış fayda tələbinin irəi sürüldüyü, həmin tələbin rədd edilərək hüquqi qiymət aldığı, iddiaçının isə birinci mübahisə zamanı vəkil ilə təmsil olunduğunu, hazırkı iddia predmetini də həmin mübahisə zamanı mübahisələndirmək imkanının olması barədə dəlilləri ilə razılaşmır. Ona görə ki, əvvəlki mübahisədə əldən çıxmış fayda tələbi pul vəsaitinin iddiaçının sahibliyində olduğu təqdirdə fayda əldə edə biləcəyi ilə bağlı olmuş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə tələbi həmin hissədə rədd edərək qeyd etmişdir ki, iddiaçının pul vəsaiti onun sahibliyində olacağı təqdirdə adi dövriyyə şəraitində hansı formada fayda əldə edə biləcəyini təsdiqləyən mötəbər sübutlar təqdim edilməmişdir. Hazırki işdə isə tələbin əsasını əmlakların bazar dəyərinin artması nəticəsində cavabdehin əsassız əldə etdiyi vəsaitin tutulması təşkil edir.
51. İddiaçının əvvəlki mübahisə zamanı vəkillə təmsil olunmasına baxmayaraq hazırkı tələbi irəli sürməməsi isə onun sonradan həmin tələbi irəli süməsinə prosessual əngəl yaratmır.
52. Beləliklə, kollegiya hesab edir ki, İlahə Səfərova İddiaçı vəsaiti hesabına əldə etdiyi əmlakların bazar dəyərinin artması nəticəsində əldə etdiyi artıq vəsaiti İddiaçı qaytarmalıdır.
53. Qaytarılmalı olan məbləğə gəldikdə isə, İddiaçı bildirir ki, əvvəlki mübahisə üzrə apellyasiya məhkəməsinin qətnaməsi ilə 169.000 manat almışdır. Bu məbləğ həmçinin !Mazda CX 7” markalı avtomobilin alınmasına görə verilən 14.000 ABŞ dollarını da əhatə edir, hansı ki həmin məbləğ daşınmaz əmlakların alınmasına və yaxşılaşdırılmasına görə verilən məbləği artırmamalıdır.
54. Kollegiya hesab edir ki, avtomobilin alınmasına görə verilən 14.000 ABŞ dollarının 2023-cü il üçün manat nisbəti 23.884 manat 169.000 manatdan çıxılmalı, alınan 145.116 manat məbləğ isə əmlakların 2023-cü il üçün bazar dəyəri olan 330.000 manatdan çıxılmalı, yerdə qalan 184.884 manat pul İlahə Səfərovadan hüquqi əsas olmadan əldə edildiyinə görə tutulmalıdır.
55. Səfərova İlahə Allahverdi qızının İddiaçı qarşı avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi üzrə kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi həmin tələbi Mülki Məcəllənin 459.5-ci maddəsinə istinad etməklə rədd etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, avtomobilin hazırda naturada mövcud olmasına və onun faktiki qaytarılması mümkün olmasına baxmayaraq iddiaçı avtomobilin deyil, onun dəyərinin qaytarılmasını tələb edir.
56. Kollegiya, məhkəmənin tələb üzrə irəli sürdüyü əsaslandırma ilə razılaşmır və qeyd edir ki, iddia tələbi cavabdehin zərərin vurulmasında təqsirinin sübut edilməməsi əsasına görə rədd edilməlidir.
57. Belə ki, işdən görünür ki, İlahə Səfərova tərəfindən İddiaçı avtomobilin idarə edilməsi üçün ##.##.2022-ci ildə bir il müddətinə etibarnamə verilmiş, ##.##.2022-ci ildə isə həmin etibarnamə mülkiyyətçinin ərizəsi əsasında xitam edilmişdir. İddiaçı bildirir ki, bu müddət ərzində cavabdeh avtomobili tam yararsız hala salmışdır və ondan avtomobilin tam dəyərini, eyni zamanda avtomobildən istifadə edə bilmədiyi müddət ərzində çəkməli olduğu əlavə xərcləri tələb edir.
58. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin avtomobili istifadə etmək hüququnun olduğu 8 gün ərzində avtomobili yararsız hala salması ilə bağlı hər hansı araşdırma aparmamış, avtomobilin həqiqətən də çıxdaş olması, olubsa hansı səbəbdən olmasına aydınlıq gətirməmişdir. Halbuki, avtomobilin yararsız vəziyyətə salınması cavabdehə qarşı məhz pul tələbinin qaldırılması üçün əsas ola bilərdi. Belə olan halda tələbin əşyanın naturada mövcud olması səbəbi ilə rədd edilməsi qanuni və əsaslı sayıla bilməz.
59. İkinci iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, avtomobilin məhz cavabdeh tərəfindən onun istifadəsində olduğu müddətdə yararsız hala salınması iddiaçı tərəfindən sübut edilməmişdir. İddiaçı avtomobilin vəziyyəti ilə bağlı videogörüntü təqdim etmişdir. Lakin həmin görüntülər də avtomobilin yararsız hala düşdüyünü və cavabdehin təqsirli hərəkətləri nəticəsində həmin avtomobilə ziyan vurulduğunu sübut etmir.
60. Tələbin birinci hissəsi əsassız olduğuna görə onunla bağlı olan 910 gün ərzində avtomobilsiz olduğuna görə çəkməli olduğu xərc tələbinə dair ikinci hissəsi də əsaslı hesab edilə bilməz.
61. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
63. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Səfərova İlahə Allahverdi qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi apellyasiya predmetinin baxışı olan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddia tələbi qismən təmin edilsin. Cavabdeh Səfərova İlahə Allahverdi qızından 184.884 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 474.80 manat hissəsi tutularaq iddiaçı İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Səfərova İlahə Allahverdi qızının İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Tələb üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.