Məhkəmə qərarları › İş №2(3-7)-360/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-360/2026

13.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-360/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının qadağan edilməsi» tələbinə dair iş üzrə (Açar sözlər: uşağın ölkə hüdudlarından kənara çıxarılmasının qadağan edilməsi) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ”uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına qadağan edilməsi ” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tаrixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli *(***)- ****/**** nömrəli icra vərəqəsindən görünür ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qismən– iddiaçı İddiaçı ##.##.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə günü saat 11:00-dan 16:00-dək ünsiyyətdə olmaq hüququ görüş hissəsində dəyişdirilmiş, görüş verilməsi saatları 15:00-dan 17:00-dək müəyyən edilmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli 2(125) ***/**** nömrəli qətnaməsindən görünür ki, ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, geri qaytarmaq şərti ilə atası İddiaçı razılığı olmadan anası Cavabdeh ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmasına icazə verilmişdir.

3. ##.##.2025-ci il tarixli **/*** nömrəli arayışdan görünür ki, X2 ##.##.2020-ci ildə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası Cavabdehdır.

4. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Elcan oğlu ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikasından aparılmış, ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasına qaytarılmış, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından aparılmış və ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasına qaytarılmışdır.

5. İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X.Quliyevanın olduğu yeri müəyyən etmək mümkün olmadığından icra məmurunun qərarına əsasən Gəncə şəhəri 1ci Polis Şöbəsində axtarış işi açılmışdır. X.Quliyeva polis əməkdaşları tərəfindən yerli icra qurumuna gətirilərək izahatı alınmış və ünsiyyət hüququ təmin edilmişdir. Davam edən icraat zamanı sonuncu dəfə ##.##.2025-ci il tarixdə olmaqla müxtəlif tarixlərdə təyin edilmiş icra prosesləri zamanı İddiaçı iştirak etmədiyinə görə uşaqla ünsiyyət tələbinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə qərarının icrası üzrə tədbirlərin davam etdirilməsi yerli icra qurumuna tapşırılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş uşağın iddiaçının razılığı olmadan Azərbaycan Respublikası çıxarılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından ##.##.2020-ci ildə X2 anadan olmuş, sonradan İddiaçı və Cavabdeh arasındakı pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ##.##.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin çənşənbə günü saat 15:00-dan saat 17:00-dək ünsiyyət qaydası müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, geri qaytarmaq şərti ilə anası İddiaçı razılığı olmadan anası Cavabdeh ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilmişdir. Lakin Cavabdeh həmin məhkəmə qətnaməsinin mövcudluğundan sui-istifadə edərək, mütəmadi olaraq X2 ölkə hüdudlarından kənara aparmış, E.İddiaçı ilə birlikdə 7-8 ay Kanadada yaşamış, bununla da İddiaçı uşaqla ünsiyyətinə mane olmuşdur. Halbuki, Cavabdeh ilə birlikdə İddiaçı da birgə nikahdan doğulmuş uşağın təlim-tərbiyəsində, təhsilində və gündəlik inkişafında iştirak hüququ vardır. Digər tərəfdən, İddiaçı öz övladının azərbaycanlı kimliyi və intellekti ilə böyüməsini arzulayır, başqa mədəniyyətə məcburi yönləndirilməməsini istəyir. Belə ki, ABŞ, Kanada və digər qərb ölkələrində başqa dil, başqa qayda və başqa ictimai mühit vardır. Bu mühit uşağın özmilliliyindən, ailəsindən və ata tərəfinin himayəsindən uzaq düşməsinə səbəb olur. Həmçinin Cavabdeh E.İddiaçı xarici ölkələrdə guya istirahət və ya müalicəyə aparır. Lakin həmin uşağın heç bir xəstəliyi yoxdur və Azərbaycan Respublikasında ödənişsiz xidmət göstərən kifayət qədər səviyyəli həkimlər mövcuddur. Həmçinin Kanada və ABŞ sabit və təhlükəsiz hesab oluna bilməz, Azərbaycan Respublikası həmin ölkələrlə müqayisədə təhlükəsiz və sabit ölkədir. Azərbaycan Respublikasında uşağın istirahəti üçün bütün şərait vardır, Qəbələ, Şəki, Göygöl və digər bölgələrdə uşaqların istirahəti üçün gözəl mühit vardır.

8. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tаrixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim C.Y.Quliyev) İddiaçı Cavabdeh qarşı «uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının qadağan edilməsi» tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı öz iddia tələbini tərəflərin birgə nikahından doğulmuş E.İddiaçı onun razılığı olmadan ölkə hüdudlarından kənara aparılmasının uşağın mənafeyinə zidd olması ilə əsaslandırsa da, həmin uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğunun uşağın mənafeyinə zidd olmasına, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq aşkar təhlükə yaradacağı digər hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.

10. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən Gəncə Şəhər Məhkəməsinə daxil olmuş məlumatlardan cavabdeh Cavabdeh tərəflərin birgə nikahından doğulmuş E.İddiaçı daimi əsaslarla Azərbaycan Respublikası hüdudlarından kənara aparmadığı müəyyən edilmişdir.

11. Həmçinin iddiaçı İddiaçı tərəflərin birgə nikahlarından doğulmuş E.İddiaçı Azərbaycan Respublikası hüdudlarından kənara aparılmasının uşaqla ünsiyyətə dair məhkəmə qətnaməsinin icrasına mane olduğunu qeyd etsə də, məhz həmin qətnamə üzrə icra icraatı çərçivəsində icra sənədini üzrsüz səbəbdən icra etməyən borclu Cavabdeh barəsində məcburi icra tədbirlərinin, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması və məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmək, qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək və s. icra məmurunun səlahiyyətlərinə aiddir və hazırki icraatdan fərqli icraatdır. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin icrasını təmin məqsədi ilə E.İddiaçı ölkədən getmək hüququnun hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2 və 28-ci maddəsinin 3-cü hissəsinə, «Uşaq hüquqları haqqında» ## ###### 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü və 4-cü maddələrinə , həmin Konvensiyanın 36-cı maddəsinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5, 8, 19-cu maddələrinə, «Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 7.10, 7.17 və 7.18, 7.26-cı bəndlərinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1 və 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin verdiyi xaricə çıxış qərarından sonra uşaqla normal görüş olmamışdır. İcraçılar görüş üçün zəng edəndə bəhanələr gətirərək görüşə gəlməmişdirlər. 2022–ci ildən uşaqla normal görüş baş tutmamışdır. Hər il ən azı 7 - 8 ay xarici ölkədə (Kanadada) olur. Cavabdeh Azərbaycana gələndə səs-küy yaratmaqla, uşağı görüşə gətirməyib. 2022-ci ildən 2025-ci ildə daxil olmaqla, hər il mütəmadi olaraq (Kanadaya) bu gedişatlar baş verir. 2025-ci ilin əvvəlində icraçıların vasitəsilə polisə axtarışa ərizə ilə müraciət edib. 7-8 aydan sonra Azərbaycana daxil olan zaman saxlanılmışdır. Gəlməklərinə baxmayaraq, yenə də uşaqla görüşməyinə əngəl törətmişdirlər. Uşaq 2 yaşından bağçada olmalı idi, indiyənə kimi olmayıb. İçraçılar xahişi ilə mənlə uşağı görüşdürmək istədiyi zaman bildirdilər ki, öyrəniblər ki, ölkə hüdudlarından kənardadırlar, hal-hazırda ölkədə yoxdurlar (Kanadadadırlar), gəlmək ehtimalları da bilinmir. Keçən il olduğu kimi, yenə də ərizə ilə İcra Məmurları polisə axtarışa veriblər. Məhkəmə qərarının mövcudluğundan sui-istifadə edərək qarşı tərəf istədikləri kimi hərəkət edirlər, bütün hallarda uşaq qayğılarından məhrum olur, ağır zərbə alır və gələcəyi puç olur. Bütün hallarda uşağın və onun hüquqları pozulmuş, kiminsə eyş-işrət içərisində yaşamasına görə o və övladı əziyyət çəkməli deyil. Cavabdeh uşağı gəzintisindən, uşaqlarla ünsiyyətindən, bağçaya getməkdən, uşağa aid olan əyləncələrdən, ən əsası ata qayğısından, nənə və baba nəvazişindən uzaqlaşdırmaqla, ona ciddi zərbə vurmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin, bildirmişdir ki, cavabdeh uşağı Kanadaya aparmaqla atasından, nənə və babasından məhrum edir. Uşağın təhsili və sağlamlığının hansı vəziyyətdə olması bilinmir. Ötən il də eyni hal yaşandı, uşağı müalicə adı ilə xaricə aparıb 7 ay müddətində onlarla görüş təşkil etmədi. İcraçı da bu barədə təsir göstərə bilmir. Gəncə Şəhər Məhkəməsinin də qətnaməsində bildirilir ki, Azərbaycan müalicə və gəzinti üçün kifayət qədər şərait vardır. Qətnaməyə əsasən, atanın, hətta nənə-babasının da uşaqla görüş hüququ var. Cavabdeh onları hüquqlarından məhrum edir. Ən azından görüntülü zəng vasitəsilə uşaqla görüşün təmin edilməsini xahiş etmişdir.

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər, iştirak etməməklərinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 28, III hissə. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Maddə 51.4. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.

15. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Maddə 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

17. "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021ci il tarixli, ** nömrəli qərarı: Bənd 2.2 Vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək qaydaları Miqrasiya Məcəlləsinin aşağıdakı müddəaları ilə tənzimlənir. Belə ki, Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək, sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü isə dəqiq dairəsi göstərilən Məcəllənin 9.3-9.5–ci maddələrində əks olunan halların mövcudluğu ilə əlaqələndirilmişdir. Bənd 7.26. Məhkəmələrə izah edilir ki, uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu, uşağın mənafeyinə zidd olan, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq - aşkar təhlükə yaradacağı digər hallarda, buna etiraz edən valideyn öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən icazənin ləğv edilməsinə dair yuxarıda sadalanan əsaslara dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşağın ölkədən çıxışı qadağan edilə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddiaçı tərəf qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında nikah pozulmuş, azyaşlı uşaq ananın himayəsində saxlanılmış və ataya uşaqla görüş hüququ müəyyən edilmişdir. Sonradan cavabdeh məhkəməyə müraciət edərək, uşağın yetkinlik yaşına çatanadək, atası İddiaçı icazəsi olmadan onunla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə uşağın geri qaytarılması şərti ilə həmin tələbi təmin etmişdir.

23. Apellyasiya şikayətində iddiaçı tərəfindən bildirilmişdir ki, uşağın uzunmüddətli xaricə aparılması onun görüş hüququnun faktiki olaraq həyata keçirilməsindən məhrum edir.

24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən, azyaşlı uşaqlarla bağlı bütün mübahisələrdə uşağın mənafeyi üstün prinsip kimi çıxış edir. Valideynlərin hüquqları bu prinsipə tabe xarakter daşıyır.

25. İş materiallarından görünür ki, cavabdehin uşağı xarici ölkəyə aparmaq niyyəti daimi yaşayış yerini dəyişmək məqsədi ilə deyil, müvəqqəti xarakter daşıyır və uşağın geri qaytarılması öhdəliyi məhkəmə qətnaməsində açıq şəkildə təsbit edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş “geri qaytarılma şərti” tərəflər arasında maraqlar balansını təmin edən əsas hüquqi mexanizmdir.

26. Həmçinin, iş materiallarının təhlilindən müəyyən olunur ki, uşağın cavabdehin himayəsində olması səbəbindən müəyyən müddət ərzində Kanadada yaşaması halı mövcuddur. Uşağın xarici ölkədə, o cümlədən beynəlxalq səviyyədə sabit ictimai-siyasi vəziyyəti, yüksək həyat standartları və təhlükəsizlik göstəriciləri ilə seçilən ölkələrdən biri olan Kanadada müvəqqəti yaşaması onun mənafeyinə zidd hesab edilə bilməz.

27. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, uşağın xaricə aparılmasının onun fiziki və psixi sağlamlığına, təhsilinə, təhlükəsizliyinə və ya əxlaqi inkişafına mənfi təsir göstərəcəyini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən təqdim olunmamışdır.

28. Bundan əlavə, məhkəmə kollegiyası nəzərə alır ki, müasir şəraitdə valideynlə uşaq arasında ünsiyyət yalnız fiziki görüşlə məhdudlaşmır. Elektron rabitə vasitələri ilə əlaqənin saxlanılması mümkündür və bu hal valideynin ünsiyyət hüququnun tam aradan qalxması kimi qiymətləndirilə bilməz.

29. Eyni zamanda, o da qeyd edilməlidir ki, azyaşlının ölkədən çıxışına qadağanın qoyulması faktiki olaraq onun himayəsində olduğu anasının-cavabdehin də sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılmasına səbəb olar.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnamənin qeyd edilən hissəsi ilə bağlı gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tаrixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar