Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-383/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılov Elnur Zirəddin oğlunun nümayəndəsi (vəkili) nümayəndə1 iştirakı ilə, İddiaçı İsmayılov Elnur Zirəddin oğluna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbi barədə ilk iddiasına, İsmayılov Elnur Zirəddin oğlunun İddiaçı qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 24 ay müddətinə yəni ##.##.2024-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit vermişdir.
2. * saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Notariat Ofisində ##.##.2022-ci il tarixdə, 4Ə-*** reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan bağ evini cəmi 30.000 manat məbləğinə İsmayılov Elnur Zirəddin oğluna satmışdır. Həmin müqavilənin 13-cü bəndinə görə İddiaçı ##.##.2022-ci il tarixinədək daşınmaz əmlakdan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli, 202013008629-***** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və ümumi sahəsi 99,8 kv/m olan bağ evi İsmayılov Elnur Zirəddin oğlunun xüsusi mülkiyyətindədir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2024-cü il tarixli, 3-21-2-18/2-İ-319-43/2024 nömrəli məktubdan görünür ki, vergi orqanına təqdim edilmiş sənədlərə və elektron uçot-məlumat bazasına əsasən əsas və əlavə fəaliyyət növünün lombardların fəaliyyəti (fəaliyyət növü 6492201) olması bəyan edilmişdir.
5. Quliyeva İlahə Bayram qızı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İ.B.Quliyeva istehlak məqsədi üçün 18 ay müddətinə 6.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
6. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2019-ci il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 18 ay müddətinə yəni ##.##.2021-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit vermişdir.
7. Quliyeva İlahə Bayram qızı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İ.B.Quliyeva istehlak məqsədi üçün 18 ay müddətinə 9.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
8. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2019-ci il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 18 ay müddətinə yəni ##.##.2020-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 9.000 manat məbləğində kredit vermişdir.
9. Quliyeva İlahə Bayram qızı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İ.B.Quliyeva istehlak məqsədi üçün 6 ay müddətinə 3.800 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
10. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 6 ay müddətinə yəni ##.##.2021-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 3.800 manat məbləğində kredit vermişdir.
11. Quliyeva İlahə Bayram qızı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İ.B.Quliyeva istehlak məqsədi üçün 12 ay müddətinə 3.050 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
12. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 12 ay müddətinə yəni ##.##.2022-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 3.050 manat məbləğində kredit vermişdir.
13. Quliyeva İlahə Bayram qızı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İ.B.Quliyeva istehlak məqsədi üçün 9 ay müddətinə 1.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
14. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 9 ay müddətinə yəni ##.##.2023-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 1.000 manat məbləğində kredit vermişdir.
15. Quliyeva İlahə Bayram qızı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İ.B.Quliyeva istehlak məqsədi üçün 12 ay müddətinə 1.980 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
16. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 12 ay müddətinə yəni ##.##.2023-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 1.980 manat məbləğində kredit vermişdir.
17. Quliyeva İlahə Bayram qızı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İ.B.Quliyeva istehlak məqsədi üçün 15 ay müddətinə 1.400 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
18. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 15 ay müddətinə yəni ##.##.2024-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 1.400 manat məbləğində kredit vermişdir.
19. Quliyeva İlahə Bayram qızı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İ.B.Quliyeva istehlak məqsədi üçün 24 ay müddətinə 90.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan
20. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 24 ay müddətinə yəni ##.##.2025-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 90.000 manat məbləğində kredit vermişdir.
21. Quliyeva İlahə Bayram qızı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna ünvanlanmış ##.##.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İ.B.Quliyeva istehlak məqsədi üçün 1 ay müddətinə 740 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
22. İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) ilə Quliyeva İlahə Bayram qızı arasında bağlanmış ##.##.2024-cü il tarixli, ***** nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına 1 ay müddətinə yəni ##.##.2024-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 740 manat məbləğində kredit vermişdir.
23. ##.##.2019-cu il tarixli, ##.##.2019-cu il tarixli, ##.##.2021-ci il tarixli və ##.##.2022ci il tarixli «YK» Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhviltəslim aktlarının surətlərindən görünür ki, Quliyeva İlahə Bayram qızı müxtəlif adda və müxtəli sayda qızıl-zinət əşyalarını kredit müqavilələrinin təminat üsulu kimi «YK» Lombard təşkilatında girov qoymuşdur.
24. * saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Notariat Ofisi tərəfindən «xxxx» ASCyə ünvanlanmış ##.##.2022-ci il tarixli, *** nömrəli məktubun surətindən görünür ki, İsmayılov Elnur Zirəddin oğlu tərəfindən notariat qaydasında təsdiq edilən bağ evinin alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 30.000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra İddiaçı verilməsi üçün notarius X6 bankda olan AZ04AII410400D9442384917303 depozit hesab nömrəsinə qəbul edilməsi xahiş edilmişdir.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş ##.##.2025ci il tarixli, *-**-*-**/*-***/***** nömrəli məktubdan görünür ki, * saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən X3 filialının ##.##.2011-ci il tarixli, ***/* saylı arxiv arayışı, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin ##.##.2019-cu il tarixli ** saylı məktubunda torpaq sahəsində razılaşdırılmış layihə sənədləri əsasında bu mülkdə inşa edilmiş tikililərin qeydiyyata alınmasına etiraz edilməməsinə dair razılıq məktubuna əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi ünvanında yerləşən bağ evi X4 adına qeydiyyata alınaraq ##.##.2019-cu il tarixli, 202013008451-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin ##.##.2019-cu il tarixli, 4Ə3358 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X4 mülkiyyətində olan bağ evinin bir hissəsini (Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Rizvan Əliyev, 4 ünvanında yerləşən mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 172,8 kv.m olan bağ evininn Liter «A»-dan yalnız yaşayış sahəsi 42,2 kv.m, köməkçi sahəsi 57,6 kv.m, Liter “İ” və 0,045 ha torpaq sahəsindən yalnız 0,0220 ha torpaq sahəsini) İddiaçı bağışlamışdır. Bu müqaviləyə uyğun İddiaçı adına ##.##.2019-cu il tarixli, 202013008629-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin ##.##.2022- ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Rizvan Əliyev, 4 ünvanında yerləşən bağ evi İddiaçı tərəfindən İsmayılov Elnur Zirəddin oğluna satılmışdır. Həmin müqavilə üzrə sonuncunun adına ##.##.2022-ci il tarixli, 202013008629-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
26. «xxxx» MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, LP***/**** nömrəli qiymətləndirmə ekspertizasına əsasən verilən rəydən görünür ki, Cavadxan qəsəbəsi, Rizvan Əliyev, 4 ünvanında yerləşən bağ yaşayış evinin 2022-ci ilə bazar qiyməti 107.000 manat, likvid qiyməti 95.000 manat təşkil edir.
27. İddiaçı tərəfindən məhkəməyə təqidm edilmiş audio qeydlərdən görünür ki, İsmayılov X9 İlahə Bayram qızına ünvanlandığı səs yazılarında İddiaçı ilə əlaqə saxlaya bilmədiyini, İddiaçı borcundan heç bir ödəniş etmədiyini, evin aqibətinin sonuncu üçün çətin olacağını, o cümlədən evə görə hər ay 3.500 manat faiz hesablandığını bildirmişdir.
28. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş DƏDKR publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş X5 və İddiaçı məxsus olmuş ünvan 1 ünvanına dair çıxarışların verilməsinə əsas olmuş sənədlər tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
29. İddiaçı İsmayılov Elnur Zirəddin oğluna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evinə dair İddiaçı ilə İsmayılov Elnur Zirəddin oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
30. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) nümayəndə2 məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Quliyeva İlahə Bayram qızı ilə İsmayılov Elnur Zirəddin oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinin, ünvan 3 ünvanında yerləşən mülkiyyətində olan 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan bağ evinə dair İddiaçı ilə İsmayılov Elnur Zirəddin oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli alğısatqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
31. İsmayılov Elnur Zirəddin oğlu İddiaçı qarşı oğlu İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməklə məcburi qaydada ailə üzvləri və əşyaları ilə birgə çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
32. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, sənədlərdə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın İ.B.Quliyevanın öhdəliklərinin təminat üsulu kimi girovla yüklü edilməsi kimi redakətə olunmuşdur. Lakin İddiaçı ilə İsmayılov Elnur Zirəddin oğlu arasında müxtəlif vaxtlarda borc münasibətləri olmuş, sonuncu dəfə o, yazılı borc müqaviləsi bağlanmasa da E.Z.İsmayılovdan 30.000 manat məbləğində pul vəsaitini borc almış və qeyd olunan borc məbləğini E.Z.İsmayılovla bağlanmış alqı-satqı müqaviləsinə əsasən E.Z.İsmayılov ona vermişdir. O, borcunu ödəyəcəyi təqdirdə E.Z.İsmayılov alqı-satqı müqaviləsinin predmeti olan evi ona geri qaytarmalı idi. Hazırda əvvəllər onun mülkiyyətində olmuş fərdi yaşayış evi İsmayılov Elnur Zirəddin oğlunun girovundadır. O, dəfələrlə E.Z.İsmayılovla aralarında razılıq əldə etməyə çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Qeyd olunan borcunu ödməyə onun maddi imkanı yoxdur və yalnız mübahisə predmet olan Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən bağ evini satacağı təqdirdə borcunu tam şəkildə ödəyə bilər. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
33. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, İsmayılov Elnur Zirəddin oğlu ilə İddiaçı uzun müddətdir ki, tanışdırlar. Buna görə də aralarındakı olan etibara inam göstərərək E.Z.İsmayılov İddiaçı və Quliyeva İlahə Bayram qızına külli miqdarda pul vəsaitini borc versə də demək olar ki, həmin borc müqavilələrini əksəriyyətini rəsmiləşdirməmişdir. Sonuncu dəfə İddiaçı E.Z.İsmayılovdan borca pul istəmiş, o isə pulu olmadığını bildirmişdir. İddiaçı mülkiyyətində olan evi almağı İsmayılov Elnur Zirəddin oğluna təklif etmiş, E.Z.İsmayılov İddiaçı istədiyini pul vəsaitini taparaq ona vermiş və bununla bağlı aralarında ##.##.2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanmış, E.Z.İsmayılov ünvan 3 ünvanında yerləşən mülkiyyətində olan 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan bağ evini qanuni şəkildə alğı-satqı yolu ilə almışdır. Hətta İddiaçı tanıdığı üçün bu günədək ona həmin evdə ailə üzvləri ilə birgə yaşamağa möhlət versə də, İddiaçı hal-hazırda onun mülkiyyətində olan evdən çıxmaqdan imtina edir. Həmçinin, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi hər hansı aldatma, hədə-qorxu yolu ilə bağlanmamışdır. Belə ki, İddiaçı həmin əqdin etibarsız olduğunu hesab edirdisə, keçən müddət ərzində həmin əqdi mübahisələndirə bilərdi.
34. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı İsmayılov Elnur Zirəddin oğluna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməsi, İsmayılov Elnur Zirəddin oğlunun İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaların çıxarılması» tələbinə dair iddiası qismən təmin edilməsi, İddiaçı və ona məxsus əşyalar Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
35. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi ##.##.2022-ci il tarixdə əvəzli qaydada İsmayılov Elnur Zirəddin oğlunun adına özgəninkiləşdirildiyi, qeyd olunan mənzildən istifadəyə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan qaydada İsmayılov Elnur Zirəddin oğlu və İddiaçı arasında hər hansı müqavilə bağlanmadığı, bununla da İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunmuşdur. Bundan başqa, İsmayılov Elnur Zirəddin oğlunun İddiaçı qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbi barədə iddiasına münasibətdə məhkəmə şəxsin mənzildən çıxarılmasına dair mübahisələrin həlli zamanı mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olub-olmamasının araşdırılmasının və həmin mübahisəyə tətbiq edilməli hüquq normasının tapılmasının zəruriliyini nəzərə alaraq, qeyd edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi E.Z.İsmayılovun mülkiyyətinə ##.##.2022-ci il tarixdə daxil olduğuna görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməli və bu əsasla qarşılıqlı iddia qismən təmin edilməlidir.
36. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158, 324, 329, 337, 340, 560 və 157-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 78.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
37. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, mübahisəli fərdi yaşayış evinin faktiki olaraq ona məxsus olmasını və onun mülkiyyətində olmasını, sonradan fərdi yaşayış evi formal olaraq kreditin təminatı kimi ##.##.2022-ci il tarixdə onun adından Elnur İsmayılovun adına keçirilməsini, ailə üzvləri ilə yaşadığı fərdi yaşayış evini satıcı olaraq, E.İsmayılova satılması hüquqi nəticələr yaratmaq niyyəti deyil, yalnız görünüş üçün bağlanmasını, bir sözlə əqd alqı-satqı müqaviləsi olmamaqla, yalnız kreditin təminatı kimi cavabdehin adına formal bağlanmış müqavilə olmasını nəzərə almamışdır. Həmçinin, birinci instansiya məhkəməsi hazırki işlə bağlı qətnamə qəbul edərkən nəzərə almamışdır ki, lombard fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılığın verilməsi barədə iddiaçı tərəf hər hansı bir sənəd təqdim etməmiş, iddiaçı tərəfi lisenziyanın olub-olmaması, hansı sənəd əsasında lombard fəaliyyəti ilə məşğul olması barədə sorğulamamış, belə bir sənədin təqdim olunmasını iddiaçı tərəfə təklif etməmiş, ümumiyyətlə lombard fəaliyyətinə xüsusi razılıq(lisenziya) verilməsi məsələsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Məhkəmə tərəflər arasındakı münasibətlərə uydurma əqdin qaydalarını tətbiq etməli olduğu halda bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin formavə məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar). İşin hallarından da göründüyü kimi mübahisəli fərdi yaşayış evi faktiki olaraq ona məxsus olmuş və onun mülkiyyətində olmuşdur. Sonradan fərdi yaşayış evi formal olaraq kreditin təminatı kimi ##.##.2022-ci il tarixdə onun adından Elnur İsmayılovun adına keçirilmişdir. Ona görə də, hesab etmişdir ki, ailə üzvlərimlə yaşadığı fərdi yaşayış evini satıcı olaraq E.İsmayılova satılması hüquqi nəticələr yaratmaq niyyəti deyil, yalnız görünüş üçün bağlanmışdır, bir sözlə əqd alqı-satqı müqaviləsi olmamaqla, yalnız kreditin təminatı kimi cavabdehin adına formal bağlanmış müqavilədir. İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, işdə olan sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə sübutları və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməmiş, nəticədə cavabdehin xeyrinə əsassız qətnamə çıxarmışdır. Hesab etmişdir ki, məhkəmənin qətnaməsi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayıb, səhv anlamanın nəticəsi kimi qəbul edilmişdir. Bu isə apellyasiya məhkəməsi tərəfindən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən iş materiallarında olan sübutlara kompleks şəkildə baxılmamış, iş hərtərəfli, tam və obyektiv araşdırılmadığından sonda qanunsuz və əsassız olaraq iddia tələbi rədd edilmişdir. Bununla da, nəticədə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Halbuki, məhkəmə tərəfindən iş üzrə həqiqi və faktiki hallara obyektiv qiymət verilə bilərdi.
39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılov Elnur Zirəddin oğlunun nümayəndəsi (vəkili) nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, İlahə Quliyeva məhkəmə iclaslarına gəlməmişdir və ona münasibətdə iddia tələbi baxılmamış saxlanılmışdır. Həmin şəxs dəfələrlə məhkəmə iclasına gəlməmişdir. Mübahisəli ev bölünmüşdür. Hər birinə çıxarış verilmişdir. İlahə Quliyeva qarşı tərəfin baldızıdır və birgə iddialarına baxmamalı idilər. Analoji məhkəmə qərarını biz təqdim etmişik. Alğı-satqı müqaviləsində 30.000 manat qeyd edilmişdir. Alğı-satqı müqaviləsindən sonra tərəflərin arasındakı münasibətə əsasən Elnur İsmayılov qarşı tərəfin o evdə müvəqqəti yaşamağına icazə vermişdir. Qarşı tərəf bir neçə ay yaşayıb çıxacağını demişdir, amma evdən çıxmamışdır. Dəfələrlə Elnur İsmayılov qarşı tərəfə pul vermişdir. Ev qarşı tərəfin idi və isdənilən qiymətə sata bilərdi. Elnur İsmayılov VÖEN hesabı vardır. Elnur İsmayılov aralarında olan əvvəlki münasibətlərinə əsasən İddiaçı 2-3 ay ev tapana kimi həmin evdə yaşamasına icazə vermişdir. Ancaq İddiaçı bundan sui-istifadə edərək, uzun müddət keçməsinə baxmayaraq evdən çıxmamışdır.
41. Məhkəmə kollegiasının əvvəlki iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, qarşı tərəfdən ödənişi ödəmək üçün vaxt istədi amma ona vaxt verilmədi. İlahə Quliyeva 30.000 manat məbləğində kredit götürmüşdür. O, kredit götürən zaman o da orada olmuşdur. O, lombarda qızıl qoymamışdır. Pul lazım oldu və Elnur İsmayılova 10.000 manat borcuda var idi. 30.000 manatın 10.000 manatını ödəmişdi. 20.000 manat borcu qalmışdır və 10.000 manat ayrı borcu var idi. Mübahisəli ev əvvəlcə babasının adına olmuşdur. Sonra atasının adına olmuşdur. Ata evi tam bağışlamışdır. Amma sonra ev iki hissəyə bölünmüşdür. Ev əvvəlcə bir ev idi, sonradan iki hissəyə bölünmüşdür. 30.000 manatdan 4000-5000 manat ödəmişdir. Ödənişlərin qəbzləri vardır. İlahə Quliyeva baldızımdır. İlahə Quliyeva kredit götürməmişdir. Krediti o, götürmüşdür. Sadəcə İlahə Quliyeva orda işlədiyinə görə ona kredit verilmişdir. Ona kredit verməmişdirlər. Onun 100.000 manatlıq evi var idi. Orada onların qızılı da olmuşdur. Bütün səs yazıları CD diskdə vardır. İlahə Quliyeva ona zamin durmuşdur. Məhkəmə iclasına gəlib hamsını danışacaqdır. İlahə Quliyevanın 5000-6000 borcu ola bilər. 30.000 manatı onun üçün götürmüşdür. Elnur İsmayılov ilə münasibəti yaxşı olmuşdur. O, Elnur İsmayılova demişdir ki, evi sataq o, pulun bir hissəsi ilə borcunu ödəsin, qalanı ilə isə yeni ev alsın. İlahə Quliyevanın 90.000 manat krediti ola bilməz. 90.000 manat kreditdən onun xəbəri olmamışdır. Elnur İsmayılov ona dedi ki, 1 il vaxt veririk ki, 90.000 manatı ödəyərsiz və hal-hazırda ondan 150.000 manat tələb edir. O, o sənədə məcbur qalaraq imzalamışdır. Elnur İsmayılov ilə münasibəti var idi. 90.000 manat krediti o, götürməmişdir. Sadəcə olaraq 30.000 manat kredit götürmüşdür. Qarşı tərəf krediti özbaşına yeniləyirdi. Savadsızlıq etmişdir. Qarşı tərəf 110.000 manatlıq evimə hansı maraqla 120.000 manat vermişdir. Qayda-qanun var. O, heç bir yerdə işləmədiyinə görə ona kredit verməmişdirlər. Mübahisəli evdə hal-hazırda özü yaşayır. Ödəniş ilə bağlı qəbzlər vardır. Onun evinə heç kim gəlməmişdir, sadəcə olaraq o, videosunu onlara atmışdır. Vaxt verilsə 35.000 manat pul tapa bilər. Təxmini 1 ay və ya 20 gün vaxt lazımdır.
42. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
43. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
44. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
47. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
48. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
49. Maddə 567-ci Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu:
50. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur.
51. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin notariat qaydasında təsdiqlənməsi sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
52. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
57. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
58. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
60. Hazırkı apellyasiya şikayətində qətnamə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ilkin iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək İddiaçı mülkiyyətində olmuşdur. ##.##.2022-ci il tarixdə İddiaçı və İsmayılov Elnur Zirəddin oğlu arasında 30.000 manat məbləğində pul vəsaitinin İsmayılov Elnur Zirəddin oğlu tərəfindən İddiaçı borc verilməsinə dair razılıq əldə olunmuşdur. Həmin razılığa uyğun olaraq, 30.000 manat məbləğində pul vəsaiti İsmayılov Elnur Zirəddin oğlu tərəfindən Yaqubov İddiaçı borc verilməli, həmin pul vəsaiti hissə-hissə E.Z.İsmayılova qaytarılmalı, həmin müddət ərzində Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi qeyd olunan öhdəliyin təminatı qismində E.Z.İsmayılovun mülkiyyətində qalmalıdır. Lakin İddiaçı E.Z.İsmayılovla aralarındakı razılaşma üzrə 30.000 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair öhdəliklərini icra etməmişdir.
63. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ##.##.2022-ci il tarixdə İddiaçı və İsmayılov Elnur Zirəddin oğlu arasında 30.000 manat məbləğində pul vəsaitinin İsmayılov Elnur Zirəddin oğlu tərəfindən İddiaçı borc verilməsinə dair razılıq əldə olunmuşdur. Həmin razılığa uyğun olaraq, 30.000 manat məbləğində pul vəsaiti İsmayılov Elnur Zirəddin oğlu tərəfindən İddiaçı borc verilməli, İddiaçı həmin pul vəsaitini hissə-hissə E.Z.İsmayılova qaytarmalı, həmin müddət ərzində Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi qeyd olunan öhdəliyin təminatı qismində E.Z.İsmayılovun mülkiyyətində qalmalıdır. Məhkəmə növbəti mərhələdə tərəflərin hərəkətlərindəki hüquqdan sui-istifadə hallarını, habelə girovun hansı ölçüdə öhdəliyin təminatı qismində çıxış etdiyini qiymətləndirmək üçün qeyd etmişdir ki, istər ##.##.2022-ci il tarixdə İddiaçı ilə İsmayılov Elnur Zirəddin oğlu arasında bağlanmış borc müqaviləsi, istərsə də həmin şəxslər arasında fərdi yaşayış evinin alğı-satqı müqaviləsi etibarsız əqd olmuşdur. Belə ki, qeyd olunan borc müqaviləsi əqdin formasına görə əhəmiyyətsiz, fərdi yaşayış evinin alğı-satqı müqaviləsi isə girov müqaviləsini pərdələdiyinə görə yalan əqddir. Lakin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi iddiaçının hüquqdan sui-istifadəsi halında əqdin etibarsızlığına dair iddia uğursuz iddiadır. Buna görə məhkəmə mülki işin məhkəmə iclasında tətqiq edilmiş hallarını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı İsmayılov Elnur Zirəddin oğluna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbi barədə ilk iddiası təmin edilməməlidir.
64. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması, təqdim olunmuş sənədlər və iş materialları ilə mübahisə predmeti olan alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi üçün istinad olunan dəlillər öz təsdiqini tapmamışdır.
65. Apellyasiya şikayətində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı göstərmişdir ki, ailə üzvləri ilə yaşadığı fərdi yaşayış evini satıcı olaraq, Elnur İsmayılova satılması hüquqi nəticələr yaratmaq niyyəti deyil, yalnız görünüş üçün bağlanmasını, bir sözlə əqd alqı-satqı müqaviləsi olmamaqla, yalnız kreditin təminatı kimi cavabdehin adına formal bağlanmış müqavilə olmasını nəzərə almamışdır. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən araşdırma aparılmış və əsaslı hüquqi qiymət verilmişdir. Belə ki, yuxarıda qeyd əsaslar düzgün müəyyən edilmişdir.
66. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə əqdin etibarsızlığına dair tələbi tədqiq edərkən, məhkəmə əqdin etibarsızlığını şərtləndirən hallarla yanaşı əqdin etibarsız hesab edilməsindən sui-istifadə hallarının olub-olmamasını araşdırmalı, yalnız bundan sonra iddianın uğurluluğuna qiymət verməlidir. İddiaçının hüquqdan sui-istifadə davranışı və əqdin etibarsızlıq şərtləri eyni anda mövcud olduğu halda iddianın təmini istisna olunmalıdır («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi yaradan qərarlarında isə dürüstlük qaydasına zidd davranış hüquqdan sui-istifadə kimi xarakterizə edilmişdir (##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərar, 53-cü bənd) .
67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən ifadə edilmiş, «Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen» işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
68. Lombard fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılığın verilməsi barədə iddiaçı tərəf hər hansı bir sənədinin olmaması ilə bağlı dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, ilkin iddia tələbi üzrə mübahisənin predmetini təşkil edən və apellyasiya şikayətində mübahisələndirilən İddiaçı ilə İsmayılov Elnur Zirəddin oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsidir. * saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Notariat Ofisində ##.##.2022-ci il tarixdə, 4Ə-*** reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan bağ evini cəmi 30.000 manat məbləğinə İsmayılov Elnur Zirəddin oğluna satmışdır. Həmin müqavilənin 13-cü bəndinə görə İddiaçı ##.##.2022-ci il tarixinədək daşınmaz əmlakdan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Tərəflər arasında girov müqaviləsi olmamışdır. Kredit müqaviləsi isə Quliyeva İlahə Bayram qızı ilə fiziki şəxs İsmayılov Elnur Zirəddin oğlu (VÖEN **********) arasında bağlanmışdır. İddiaçı İsmayılov Elnur Zirəddin oğlunun fəaliyyətinin qanunsuz olmasını hesab edirsə, bununla bağlı müvafiq hüquq mühafizə orqanına müraciət edə bilər. Lakin hazırki iş materialları ilə bu təsdiqini tapmamışdır.
69. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir.
70. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə.
71. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının ## #### 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).
72. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və tələblərə əməl edilməklə, tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmış və notarial qaydada təsdiq edilmişdir.
74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının şəxsi mülahizələri kimi qəbul edir və hesab edir ki, işin faktiki halları və iş materialları ilə sübut olunmur. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
75. Kollegiya qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı fərdi yaşayış evini satıcı olaraq Elnur İsmayılova satılmasının hüquqi nəticələr yaratmaq niyyəti deyil, yalnız görünüş üçün bağlanmasını, əqdin alqı-satqı müqaviləsi olmamaqla, yalnız kreditin təminatı kimi cavabdehin adına formal bağlanmasını göstərsə də, bu hal iş materialları ilə sübuta yetirilməmiş və İddiaçı dəlillərini təsdiq edəcək heç bir mötəbər sübutu kollegiyaya təqdim edə bilməmişdir.
76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.