Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-386/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Iddiaçı X1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh himayəsində olan ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016-cı il tarixli X3 üçün məndən hər ay Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 8(012)- ***/**** saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinə əsasən tutulan və sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya olunmuş aliment məbləğinin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli məbləğində indeksasiya olunması, mediasiya xərci olan 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakim Bayram Məhərrəmov) əsasən mülki iş baxılması üçün aidiyyati üzrə Abşeron Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iddiaçı X1 məhkəmənin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından şikayət verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qərardadının ləğv edilməsi, şikayətinin təmin edilərək “aliment məbləğinin azaldılması” tələbinə dair *(***)-****/**** saylı mülki işin baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə geri qaytarılması qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən, cavabdeh Bərdə Rayonu, Hacallı Ərazi Dairəsi, Hacallı Kəndində qeydiyyatda olmuşdur. Cavabdeh qeydiyyat ünvanını müvafiq iş məhkəmə icraatında olan zaman dəyişdirmişdir. Belə ki, cavabdehin şəxsiyyət vəsiqəsi ən yeni nəsil şəxsiyyət vəsiqəsi olmaqla AB seriyalıdır və vəsiqənin üzərində onun verilmə tarixi kimi ##.##.2025-ci il qeyd edilmişdir. Lakin mən məhkəməyə iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə müraciət etmişəm. Bununla belə məhkəmə onun ərazi aidiyyəti qaydalarına riayət edib-etməməyini dəqiqləşdirməyi lüzum görərdisə, cavabdehin qeydiyyat ünvanının nə zaman dəyişməsi ilə bağlı müvafiq qurumlara sorğu ünvanlamaqla bu məlumatı dəqiqləşdirə bilərdi. Lakin məhkəmə bu nüansa da, diqqət yetirməyərək işin baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə qanunsuz qərardad qəbul etmişdir. Məhkəmənin bu qərardadı qəbul etməsi onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Belə ki, o, məhkəməyə aliment məbləğinin azaldılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin məhkəmənin qəbul etdiyi qanunsuz qərardad nəticəsində işin məhkəmə baxışı əsassız olaraq uzanmağa davam edir ki, nəticədə onu cavabdehə ödəməli olduğu aliment məbləği hər uşaq üçün hər ay 468 manat məbləğində hesablanır. Bərdə Rayon Məhkəməsinin 2(021)- ****/**** nömrəli, ## ###### 2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş üzrə şikayətin dəlillərinin araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni razılaşmayan məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Hazırki işin hallarından görünür ki, iddiaçı Mais Əsgərov hazırki iddia tələbi ilə Bərdə Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixdə müaciət etmişdir. Elektron Məhkəmə Informasiya Sistemindən proses iştirakçısının kartoçkasından görünür ki, cavabdeh Cavabdeh hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-Cu məhəllə, ev 19, mənzil 215 ünvanında qeydiyyatdadır. Lakin, proses iştirakçısının kartoçkasından o da, müəyyən olunur ki, şəxsiyyət vəsiqəsi cavabdehə ##.##.2025-ci il tarixdə verilmişdir. Iddia ərizəsinin ##.##.2025-ci il məhkəməyə verilməsi nəzərə alınsa birinci instansiya məhkəməsi tərəfindən cavabdehə yeni şəxsiyyət vəsiqəsi verilənə, yəni ##.##.2025-ci il tarixədək onun hansı ünvanda qeydiyyyatda olması araşdırılmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. MPM-nin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bundan baqşa şikayətə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı 27.102025-ci il tarixli qərardadından görünür ki, iddiaçı X1 cavabdeh Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı 27.102025-ci il tarixli qərardadı ilə iddia ərizəsi Cavabdeh qeydiyyat ünvanının ünvan 1 olması əsası ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları araşdırmadan şikayəti təmin etməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd edilənlər halların araşdırılaraq müvafiq qərardad qəbul edilməsi üşün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 33-34, 36, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin 2(021)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilsin. Aidiyyət məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-386/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-386/2026
01.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver