Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-388/2026 06.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 29 dekabr 2025-ci il tаrixli, 2(021)-3064/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 29 dekabr 2025-ci il tаrixli, 2(021)-3064/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bərdə Rayon Məhkəməsi apellyasiya şikayətini baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra- MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında (səh. 128) olan “poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Bərdə Rayon Məhkəməsinin 29 dekabr 2025-ci il tаrixli, 2(021)- 3064/2025 nömrəli qətnaməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 07 yanvar 2026-cı il tarixdə verilmişdir. Apellyasiya şikayəti isə elektron kabinet vasitəsi ilə 16 fevral 2026-cı il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi şikayət qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. MPM-nin 363-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin 29 dekabr 2025-ci il tаrixli, 2(021)-3064/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-7)-388/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-388/2026
06.03.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver