Məhkəmə qərarları › İş №2(3-7)-458/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-458/2026

17.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-458/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İkram oğlu və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qızıl-zinət tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil və cavabdeh cavabdeh2 İkram oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İkram oğlu və cavabdeh1 qarşı qızıl-zinət əşyası tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 İkram oğlu və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki İddiaçı iddiası təmin edilmiş İddiaçı ilə cavabdeh1 arasında ##.##.2022-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması ## ###### 2023cü il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalmasının müəyyən edilməsi, cavabdeh1 ## ###### 2023-cü il tarixdə anadan olmuş X3 üçün hər ay aylıq qazancının dördə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulması, alimentin tutulmasının ## ### 2024-cü tarixdən X3 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi və qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi qət edilmişdir.

2. ## ###### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı İddiaçı vəkili Vəkil iştirakı ilə göstərilən qızıl-zinət əşyalarının şəkillərinə və video görüntülərinə baxaraq təxmini indiki bazar qiymətləri belədir : 1 ədəd (sırğa, üzük qolbağı və klon) İtalyan istehsalı çəkisi qar dənəsi formalı brliyant, 750 əyarlı, 5.2 karatlı çəkisi 49.60 qram - qiyməti 9500 manat, 1 ədəd nişan üzüyü ortası tək qaş formalı brliyant, 750 əyarlı, 0,35 karatlı, çəkisi 6 qram - qiyməti 850 manat, 1ədəd sep italyan modelli sümbül formalı, 585 əyarlı, çəkisi 7.3 qram - qiyməti 660 manat, 1 ədəd qolbağı rus istehsalı, 585 əyarlı, çəkisi 6.7 qram, dəyəri - 620 manat, 1 dəst uzun halqavari, (sırğa, üzük, və klon) 585 əyarlı, çəkisi 8.58 qram - qiyməti 820 manat, 1 ədəd dəstin, üzük və klonu pandora formalı, qara minalı 585 əyarlı, çəkisi 7.4 qram - qiyməti 690 manat, 1 ədəd uşaq üçün qolbağ üzərində ad yazısı türk istehsalı, 585 əyarlı, çəkisi 2 qram - qiyməti 200 manat, 2 ədəd sadə üzük türk istehsalı, 585 əyarlı, ümumi çəkisi 7.4 qram - qiyməti 690 manat, 1 cüt sırğa uşaq üçün Rusiya istehsalı 583 əyarlı, 0.08 karatlı, çəkisi 2.7 qram - qiyməti 300 manat, 1 cüt sırğa sadə sallama gül formalı 585 əyarlı, çəkisi 5.2 qram -qiyməti 520 manat.

3. ## ####### 2024-cü il tarixli aktdan görünür ki, imza edənlər İddiaçı anası X7 cavabdeh1 atası cavabdeh2 İkram oğlu İsmayılova Əntiqə Cəbrayıl qızı (Aytənin tərəfi) X1 (Kəramətin qonşusu) iştirakı ilə İddiaçı məxsus Gəncə şəhəri Cavadxan (Avtozavod) qəsəbəsində cavabdeh2 İkram oğluna məxsus fərdi yaşayış evində olan cehiz əşyaları İddiaçı anası X7 tərəfindən tam şəkildə təhvil alınmışdır. İddiaçı məxsus yataq dəsti 2 ədəd ütü 1 ədəd tozsoran 1 ədəd txovka 1 ədəd noutbuk və gündəlik işlədilən qab qacaq Gəncə Cavadxan (Avtozavod) qəsəbəsində olan evdə olmadığını cavabdeh2 bildirdi.

4. “İlkin mediasiya sessiyasında iştirak edilməsi” barədə ##.##.2024-cü il tarixli, MŞG/*- MT***/****-***** nömrəli arayışdan görünür ki, arayış İddiaçı “qızıl zinət və cehiz əşyaları” tələbinə dair müraciəti əsasında tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf cavabdeh2 İkram oğlu və cavabdeh1 mübahisə üzrə ## ###### 2024-cü il saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İkram oğlu və cavabdeh1 qarşı cehiz əşyaları və qızıl-zinət əşyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 bir ədəd ətçəkən maşın (Euroluks) qiyməti 85 manat, bir ədəd ütü (Braun TexStyle7) qiyməti 260 manat, bir ədəd ütü PHİLİPS (par) - qiyməti 200 manat, bir ədəd Notebook kompüter (Lenovo) qiyməti 1299.99 manat, bir ədəd qazan dəsti SHOSMAN - qiyməti 269 manat, bir ədəd Mikrovalnovka - qiyməti 150 manat, boşqab dəsti sadə - qiyməti 50 manat, bir ədəd böyük hesam çərəz qabı qiyməti 140 manat, iki ədəd balaca çərəz hesam qabı qiyməti 200 manat, iki ədəd konfet hesam qabı qiyməti 160 manat, bir ədəd meyvə hesam qabı qiyməti 100 manat, bir ədəd gül hesam qabı qiyməti 100 manat, iki ədəd bakal dəsti qiyməti 200 manat, 12 ədəd xrustal çay stəkanı qiyməti 70 manat, bir ədəd boşqab dəsti 65 manat (Karaca), səhər seti dəsti qiyməti 220 manat, bir dəst pokrıval qiyməti 150 manat, bir ədəd pxovu adyal qiyməti 150 manat, bir ədəd tozsoran (fonton) qiyməti 60 manat, bir ədəd elektrikli termos (Euroluks) qiyməti 70 manat, perla yataq mebel dəsti qiyməti 1200 manat olan əşyaların və ya ümumi dəyəri 5198 manatın cavabdeh cavabdeh1 alınıb verilməsi və cavabdehlər cavabdeh2 İkram oğlu və cavabdeh1 ona məxsus 1 ədəd (sırğa, üzük qolbağı və klon) İtalyan istehsalı çəkisi qar dənəsi formalı brliyant, 750 əyarlı, 5.2 karatlı çəkisi 49.60 qram - qiyməti 9500 manat, 1 ədəd nişan üzüyü ortası tək qaş formalı brliyant, 750 əyarlı, 0,35 karatlı, çəkisi 6 qram - qiyməti 850 manat, 1ədəd sep italyan modelli sümbül formalı, 585 əyarlı, çəkisi 7.3 qram - qiyməti 660 manat, 1 ədəd qolbağı rus istehsalı, 585 əyarlı, çəkisi 6.7 qram, dəyəri - 620 manat, 1 dəst uzun halqavari, (sırğa, üzük, və klon) 585 əyarlı, çəkisi 8.58 qram - qiyməti 820 manat, 1 ədəd dəstin, üzük və klonu pandora formalı, qara minalı 585 əyarlı, çəkisi 7.4 qram - qiyməti 690 manat, 1 ədəd uşaq üçün qolbağ üzərində ad yazısı türk istehsalı, 585 əyarlı, çəkisi 2 qram - qiyməti 200 manat, 2 ədəd sadə üzük türk istehsalı, 585 əyarlı, ümumi çəkisi 7.4 qram - qiyməti 690 manat, 1 cüt sırğa uşaq üçün Rusiya istehsalı 583 əyarlı, 0.08 karatlı, çəkisi 2.7 qram - qiyməti 300 manat, 1 cüt sırğa sadə sallama gül formalı 585 əyarlı, çəkisi 5.2 qram - qiyməti 520 manat olan qızılzinət əşyalarının və ya ümumi dəyəri 14850 manatın və iddia ərizəsi üzrə ödənilmiş 152 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bundan sonra iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək cavabdeh2 İkram oğlu və cavabdeh1 qarşı cehiz əşyaları və qızıl-zinət tələbinə dair iddia ərizəsinin cehiz əşyaları hissəsinə dair həcminin azaldılmasını istədiyini tələb olunan cehiz əşyalarına dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağını və qızıl zinət tələbini isə tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 ilə ##.##.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Evləndikdən sonra yoldaşının atası cavabdeh2 İkram oğluna məxsus Gəncə şəhəri, Cavadxan (avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evinə əşyaları ilə birlikdə köçmüşdür. Həmin evdə yoldaşı, o və yoldaşının atası cavabdeh2 İkram oğlu yaşamışlar. Yoldaşı cavabdeh1 Bakı şəhərində işlədiyi üçün ailə qurduqdan bir neçə gündən sonra onunla birlikdə müvəqqəti olaraq Bakı şəhərinə kirayə evinə köçməli olmuşdur. Bakı şəhərinə gedərkən yoldaşının atası cavabdeh2 İkram oğlu bütün qızıl-zinət əşyalarını özündə saxlaması üçün ondan və yoldaşından tələb etmişir. Yoldaşı cavabdeh1 isə atası ilə razılaşaraq qızlı-zinət əşyalarını qoruyub saxlaması üçün atasına verməsini tələb etmiş, o isə buna etraz etməmişdir. Bundan sonra cavabdeh1 bütün qızıl-zinət əşyalarını ondan götürüb saxlaması üçün onun yanında yoldaşının atası cavabdeh2 vermişdir. Həmin vaxtdan hal-hazırki vaxtadək qızıl-zinət əşyaları cavabdeh2 qalmışdır. Yoldaşı ilə Bakı şəhərinə kirayə evində yaşamağa gedərkən gündəlik işlədiləcək bir neçə cehiz əşyalarını özü ilə aparmışdır. Cavabdeh cavabdeh1 ilə ailə qurduqdan az bir müddət normal ailə münasibətində yaşamışdır. Münasibətlərinin pozulması cavabdeh cavabdeh1 səbəbsiz yerə onu döyüb, nalayiq ifadələrlə təhqir etməsi olmuşdur. cavabdeh2 İkram oğluna məxsus Gəncə şəhəri, Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evində olarkən ##.##.2024-cü il tarixdə gecə saatlarında cavabdeh1 onunla mübahisə edərək səbəbsiz yerə onu döyməyə başlamışdır. Cavabdehin onu döyüb işgəncələrə məruz qoymasına tab gətirə bilmədiyi üçün ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə keçən gecə saat təxminən 00:00 radələrində anasına zəng vurub Coşqunun onu döydüyünü və gəlib onun əlindən qurtarmalarını bildirmişdir. Bundan sonra anası və qardaşı onun arxasınca gəlmişlər. Lakin cavabdehlər anası və qardaşını evə buraxmamışdır. Bundan narahat olan anası onu görmək üçün evə girmək istəsə də cavabdeh1 anasına və qardaşına hücum çəkib onları döyməyə başlamışdır. Coşqun anası və yetkinlik yaşına çatmayan qardaşını döyməsin deyə onun qarşısına keçib dayandırmağa çalışarkən onu da döyməyə başlamışdır. Bundan sonra Coşqun anasını çöl qapıdan (darvazadan) zorla çəkib içəriyə salarkən o, qucağında olan uşağı ilə birlikdə çöl qapıdan çıxaraq küçəyə qaçmışdır. Coşqun isə anasını evin həyətinə salıb qapını arxadan bağlamışdır. Yetkinlik yaşına çatmayan qardaşı ilə o, küçədə qalmışdır. Coşqun isə qapını arxadan bağlayaraq içəridə anasını döymüşdür. Anasını Coşqunun əlindən almaq üçün qardaşının telefonu ilə qohumlarına zəng vurub köməyə gəlmələrini xahiş etmişdir. Bundan sonra anasının əmisi oğlu Samir, Mədət və onların yoldaşları gəlmişlər. O, anasının qohumu Samirə yalvarmışdır ki, onu oradan tez aparsın, yoxsa Coşqun onu öldürəcəkdir. Samir isə onu uşağı ilə birlikdə tez oradan götürüb evlərinə aparmışdır. Bir müddət sonra anasının digər qohumu Mədət anasını və qardaşını özü ilə götürüb onun dalınca Samirgilə gəlmişlər. O, evdən qaçarkən ev paltarında çıxmış və Coşqunun qorxusundan özünə və uşağına məxsus geyim və digər hər-hansı bir əşya götürməmişdir. Həmin günün səhəri anası və atası uşağa və ona görə gündəlik geyim əşyalarını götürmək üçün cavabdehlərin yaşadığı evə getmişdir. Lakin cavabdehlər tərəfindən geyim əşyalarının verilməsindən imtina olunmuşdur. Həmin vaxtdan da azyaşlı uşağı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Valideynləri cavabdehlə aralarında olan nikahın pozulmasını istəmədikləri üçün barışıb birlikdə yaşamaqlarını istəmişlər. Lakin cavabdeh barışıq üçün addımlar atmaq əvəzinə telefonla onu nalayiq ifadələrlə təhqir edirdi. Buna görə də onların yenidən barışıb bir ailə kimi birlikdə yaşamaqları mümkün olmadığı üçün aralarında olan nikahın pozulması ilə bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2024-cü il tarixli müvafiq qərarına əsasən aralarında olan nikah pozulmuşdur. Nikah pozlduqdan sonra cavabdeh1 atası cavabdeh2 məxsus Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evində ona məxsus cehiz əşyalarını təhvil almışdır. Lakin cavabdeh cavabdeh2 və cavabdeh1 olan ona məxsus qızıl-zinət əşyalarının qaytarılmasını tələb etsə də onlar bundan imtina etmişlər. Bakı şəhərinə kirayə evinə köçərkən gündəlik işlətmək üçün apardığı cehiz əşyalarını Bakı şəhərində olduğu üçün cavabdeh1 qaytarılmasını tələb etsə də qərəzli şəkildə qaytarmaqdan imtina etmişdir. Buna görə də ona məxsus qızıl-zinət və cehiz əşyalarının başqa yolla alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim Zaman İmanov) ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 İkram oğlu və cavabdeh1 müştərək qaydada 9500 (doqquz min beş yüz) manat dəyərində İtalyan istehsalı olan, qar dənəsi formalı brliyant, 750 əyarlı, 5.2 karatlı, 49.60 qram çəkidə, 1 ədəd (sırğa, üzük, qolbağı və klon) dəsti, 850 (səkkiz yüz əlli) manat dəyərində 750 əyarlı, 0,35 karatlı, 6 qram çəkidə, 1 ədəd ortası tək qaş formalı brilyant nişan üzüyü, 660 (altı yüz altmış) manat dəyərində İtalyan modelli, sümbül formalı, 585 əyarlı, 7.3 qram çəkidə 1 ədəd sep, 820 (səkkiz yüz iyirmi) manat dəyərində 585 əyarlı, 8.58 qram çəkidə uzun halqavari, sırğa, üzük və klondan ibarət dəst, 690 (altı yüz doxsan) manat dəyərində pandora formalı, qara minalı, 585 əyarlı, 7.4 qram çəkidə 1 ədəd dəstin üzük və klonu, 690 (altı yüz doxsan) manat dəyərində Türk istehsalı olan, 585 əyarlı, ümumi çəkisi 7.4 qram olan 2 ədəd sadə üzük, 300 (üç yüz) manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı, 0.08 karatlı, çəkisi 2.7 qram olan uşaq üçün 1 cüt sırğa və 520 (beş yüz iyirmi) manat dəyərində sadə sallama gül formalı, 585 əyarlı, çəkisi 5.2 qram olan 1 cüt sırğadan ibarət qızıl-zinət əşyalarını naturada, naturada alınması mümkün olmadıqda isə hər birinin ayrı-ayrılıqda dəyəri və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 132.09 (bir yüz otuz iki manat doqquz qəpik) manatının alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.12, 157.2 və 225.2-ci maddələrinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmiş, prosessua hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227 ,233 və 357ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdehlər cavabdeh2 İkram oğlu və cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişlər.

11. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh1 ilə iddiaçı arasında olan münaqişə iddiaçının iddia ərizəsində göstərdiklərindən və onun ailə üzvlərinin şahid kimi vermiş olduğu ifadələrdən başqa heç bir halda öz təsdiqini tapmır. Çünki, bu qeyd olunanlar şişirdilmiş vəziyyətə gətirilməklə, yalnız bir məqsədə yönəlmiş yalanlardır. Bu yalanların əsas məqsədi ona yönəlmişdir ki, guya qızıl-zinət əşyaları saxlanılması üçün ona verilmiş və münaqişə zamanı onda qalmışdır. Halbuki, bu həqiqət deyildir. Elə ilk gündən qızıl-zinət əşyaları iddiaçının özündə olmuş və həmişə ondan istifadə etmişdir. Oğlu ilə iddiaçlı arasında yaranmış sadə mübahisə işgəncə və ya qəddar rəftara çevirilməyə çalışılmış, bu da qeyd etdiyi kimi məqsədli olmuşdur. İddiaçı ilə oğlu arasında ##.##.2024-cü il tarixdə yaranmış mübahisə zamanı həmin qızıl-zinət əşyaları onların yaşadığı Bakı şəhərindəki evdə olmuşdur. Həmin gün onun üzərində həmişə istifadə etdiyi bir neçə əşya olmuşdur. Hansı ki həmin qızıl-zinət əşyaları onun tərəfindən iddia edilmir. Bundan sonra, onlar barışmış və əvvəlki qaydada Bakı şəhərində yaşamaq üçün getmişlər. İddiaçı orada cəmi 1 gün qalmış və növbəti gün evdən getmişdir. Oğlu araşdırma zamanı onun evdən qızıl-zinət əşyalarını götürərək, Bakı şəhərində anasının evinə getdiyini müəyyən etmişdir. Buna görə də hesab edir ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamışdır. İşin faktiki halları ilə müəyyən olunur ki, idddiaçı iddia etdiyi qızıl-zinət əşyaları onun özündə olmuşdur. Həmin əşyalar Bakı şəhərində olmasına baxmayaraq, iddiaçı onların onda olmasını iddia etmişdir. Buna dair məhkəməyə heç bir sübut təqdim etmədiyi halda, nədənsə onun iddiası təmin edilmişdir. Ümumiyyətlə, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılması kifayət qədər sübut olunduğu halda, məhkəmə qətnaməsində iddiaçıya aid olmayan və onun tərəfindən aparılmış əşyaların da ona məxsus olmasını qeyd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 İkram oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, oğlu Coşquna qızıl alması üçün pul vermiş və o da iddiaçı İddiaçı qızıl komplekt almışdır. Lakin, iddiaçı Bakıya gedən zaman qızıllarını ona verməsini bildirsə də, Aytən və oğlu Coşqunun heç bir işinə qarışmamışdır. İddiaçı kirayədə qalan zaman onun anası və qardaşı yanında olmuşdur. Bu müddət ərzində o, bir dəfə də olsun Bakı şəhərinə onların yanına getməmişdir. Bayram olduğundan və oğlu da məzuniyyətə çıxdığından Aytən və Coşqun 2024-cü ilin mart ayında Gəncə şəhərinə gəlmişlər. Bu vaxt aralarında mübahisə yaranmış və Aytən uşağı ilə birlikdə anası evinə getmişdir. Həmin vaxt iddiaçı özü ilə heç bir əşyasını aparmamışdır. Çünki, qonaq gəldiyindən Bakıdan da özü ilə çox əşyasını gətirməmişdir. İddiaçıya məxsus qızıllar onda deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı İddiaçı ilə aralarında olan münaqişə iddiaçının iddia ərizəsində göstərdiklərindən və onun ailə üzvlərinin şahid kimi vermiş olduğu ifadələrdən başqa heç bir halda öz təsdiqini tapmır. Çünki, bu qeyd olunanlar şişirdilmiş vəziyyətə gətirilməklə, yalnız bir məqsədə yönəlmiş yalanlardır. Bu yalanların əsas məqsədi ona yönəlmişdir ki, guya qızıl zinət əşyaları saxlanılması üçün əvvəl ona sonra isə atasına, yəni digər cavabdeh cavabdeh2 İkram oğluna verilmiş və münaqişə zamanı orada qalmışdır. Elə ilk gündən qızıl zinət əşyaları iddiaçının özündə olmuşdur. Onunla aralarında yaranmış sadə mübahisə işgəncə və ya qəddar rəftara çevirilməyə çalışılmış, bu da qeyd etdiyi kimi məqsədli olmuşdur. İddiaçı ilə aralarında ##.##.2024-cü il tarixdə yaranmış mübahisə zamanı həmin qızıl-zinət əşyaları Bakı şəhərində yaşadıqları evdə olmuşdur. Həmin gün onun üzərində həmişə istifadə etdiyi bir neçə əşya olmuşdur. Hansı ki, həmin qızıl-zinət əşyaları onun tərəfindən iddia edilmir. Bundan sonra, o, iddiaçı ilə barışmış və əvvəlki qaydada Bakı şəhərində yaşamaq üçün getmişlər. İddiaçı orada cəmi 1 gün qalmış və növbəti gün işdən gələndə iddiaçını evdə görməmişdir. Araşdırma zamanı evdən qızıl-zinət əşyalarını götürərək, Bakı şəhərində anasının evinə getdiyini müəyyən etmişdir. Buna görə də hesab edir ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, izahatında göstərmişdir ki, cavabdehlə ailə qurduqdan sonra qayınatasına məxsus olan Gəncə şəhəri, Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Toyda qayınatası tərəfindən ona iddia ərizəsində olan qızıllar, komplekt hədiyyə edilmişdir. Öz anası tərəfindən də ona toy ərəfəsində qızıl komplekt alınmışdır. İddia ərizəsində qeyd edilən qızılların bir qismi əvvəldən özünə məxsus olmuş, bir qismi isə toyda alınmışdır. Ailə quran zaman da o, qızılları özü ilə gəlin gəldiyi evə gətirmişdir. Cavabdeh cavabdeh1 Bakı şəhərində işlədiyi üçün ailə qurduqdan bir neçə gündən sonra onunla birlikdə müvəqqəti olaraq Bakı şəhərinə kirayə evinə köçməli olmuşdur. Bakı şəhərinə gedərkən yoldaşının atası cavabdeh2 İkram oğlu bütün qızıl-zinət əşyalarını özündə saxlaması üçün ondan və yoldaşından tələb etmişir. cavabdeh1 isə atası ilə razılaşaraq qızlı-zinət əşyalarını qoruyub saxlaması üçün atasına verməsini tələb etmiş, o isə buna etraz etməmişdir. Bundan sonra cavabdeh1 bütün qızıl-zinət əşyalarını ondan götürüb saxlaması üçün onun yanında yoldaşının atası cavabdeh2 vermişdir. Eləcə də digər qızıllarını da qayınatasının yanında qoymuş, gündəlik istifadə etdiklərini və bijuteriyalarını özü ilə Bakıya aparmışdır. 2024-cü ilin mart ayında Novruz bayramı olduğuna və Coşqun məzuniyyətə çıxdığına görə Gəncə şəhərinə gəlmişlər. Axşam vaxtı Coşqun içkili olmuş və onunla mübahisə etməyə başlamışdır. Coşqunun atası cavabdeh2 da evdə olmuşdur. Həmin vaxt anasına qarşı düzgün olmayan ifadələr işlətdiyi üçün Coşquna öz etirazını bildirmiş, Coşqun isə onu döymüşdür. Bu zaman keçmiş qayınatası Kəramət divanda əyləşmiş və onun Coşqun tərəfindən döyülməsinə heç bir reaksiya verməmişdir. Coşqun evdəkilərə xəbər verməməsi üçün onun telefonunu əlindən almışdır. Onun telefonu Coşqunda olduğu üçün gizlincə Coşqunun telefonu ilə anasına zəng edərək onu aparmasını istəmişdir. Anası və qardaşı onu aparmağa gələndə onlarla Coşqun arasında da münaqişə olmuşdur. Daha sonra dayıları Samir və Mədət gəlmiş və onu uşağı ilə birlikdə aparmışlar. Həmin vaxt o və azyaşlı uşağı ev geyimində olmuş, heç imkan edib öz telefonunu belə götürə bilməmişdir. Həmin günün səhəri boşanmaq üçün ərizə hazırlamağa getmişdir. İddia ərizəsində qeyd etdiyi qızıllarının heç birini apara bilməmişdir. Qızıllar hər iki cavabdehdə qalmışdır. Dəfələrlə cavabdehlərdən tələb etsə də onlar qızıl-zinət əşyalarını qaytarmamışlar. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddiaçı ilə eyni məzmunlu izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

22. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın23.hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35.

24. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur.

25. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ilə ##.##.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin evlilikdən Kamil adında 1 uşaqları doğulmuşdur. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlamış nikah pozulmaqla birgə nikahdan anadan olmuş uşaq İddiaçı himayəsində saxlanılmış və həmin uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Digər cavabdeh isə iddiaçının keçmiş qayınatasıdır. Toyda qayınatası tərəfindən iddiaçıya qızıl komplekt hədiyyə edilmişdir. Həmçinin, iddiaçının anası tərəfindən də ona toy ərəfəsində qızıl komplekt alınmışdır. İddia ərizəsində qeyd edilən qızılların bir qismi toydan əvvəl iddiaçının özünə məxsus olmuş, bir qismi isə toyda alınmışdır. Ailə quran zaman da iddiaçı həmin qızılları özü ilə gətirmişdir. İddiaçı bir neçə gün qayınatasına məxsus evdə yaşadıqdan sonra həyat yoldaşı cavabdeh1 Bakı şəhərində işlədiyi üçün ailə qurduqdan onunla birlikdə müvəqqəti olaraq Bakı şəhərinə kirayə evinə köçməli olmuşdur. Bakı şəhərinə gedərkən yoldaşının atası cavabdeh2 İkram oğlu bütün qızıl-zinət əşyalarını özündə saxlaması üçün ondan və yoldaşından tələb etmişir. Yoldaşı cavabdeh1 isə atası ilə razılaşaraq qızlı-zinət əşyalarını qoruyub saxlaması üçün atasına verməsini tələb etmiş, o isə buna etraz etməmişdir. Bundan sonra cavabdeh1 bütün qızıl-zinət əşyalarını ondan götürüb saxlaması üçün onun yanında yoldaşının atası cavabdeh2 vermişdir. Daha sonra iddiaçı ilə cavabdeh 2024cü ilin mart ayında Gəncə şəhərinə qayıtmışlar. Həmin vaxt onların aralarında olan münasibət pozulmuşdur. İddiaçı əri tərəfindən döyülərək, qaynatasına məxsus evdən getmiş, həmin vaxt özü ilə qızıl-zinət əşyalarını aparmamışdır. Ona görə iddiaçı qızıl-ziynət əşyalarının cavabdehlərdə qalmasını əsas gətirərək məhkəmədə iddia qaldırmışdır.

43. İşin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehlərdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

45. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

46. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli * nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

47. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

48. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.

49. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

50. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

51. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızılzinət əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

52. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:

1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;

2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;

3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.

53. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

54. İşin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya məxsus olması bə mövcudluğu sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə sübut olunur. Cavabdehlər tərəfindən qızılların mövcudluğu mübahisələndirilmir. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər onun tərəfindən sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır.

55. Həmçinin kollegiya göstərir ki, cavabdeh tərəfin qızıl-zinət əşyalarının iddiaçının evdən gedərkən özü ilə aparması barədə göstərdikləri dəlillər əsassızdır. Çünki, cavabdehlər tərəfindən qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehlərin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

58. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

59. Kollegiya xatırladır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.

61. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

64. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, baxılan işdə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ilə ##.##.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Evləndikdən sonra yoldaşının atası cavabdeh2 İkram oğluna məxsus Gəncə şəhəri, Cavadxan (avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evinə əşyaları ilə birlikdə gəlin köçmüşdür. Həmin evdə yoldaşı, o və yoldaşının atası cavabdeh2 İkram oğlu yaşamışlar. Ailə qurduqdan bir neçə gün sonra onlar birlikdə müvəqqəti olaraq Bakı şəhərinə kirayə evinə köçmüşlər. Bakı şəhərinə gedərkən yoldaşının atası cavabdeh2 İkram oğlu bütün qızıl-zinət əşyalarını özündə saxlaması üçün ondan və yoldaşından tələb etmişir. Yoldaşı cavabdeh1 isə atası ilə razılaşaraq qızlı-zinət əşyalarını qoruyub saxlaması üçün atasına verməsini tələb etmiş, o isə buna etraz etməmişdir. Bundan sonra cavabdeh1 bütün qızıl-zinət əşyalarını iddiaçıdan götürüb saxlaması üçün atası cavabdeh2 vermişdir. Həmin vaxtdan hal-hazırki vaxtadək qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Cavabdeh cavabdeh1la ailə qurduqdan az bir müddət normal ailə münasibətində yaşamışlar. cavabdeh1 səbəbsiz yerə iddiaçını döyüb, nalayiq ifadələrlə təhqir etmişdir. Onlar Gəncə şəhəri, Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evində olarkən ##.##.2024-cü il tarixdə gecə saatlarında cavabdeh1 yenidən iddiaçı ilə mübahisə edərək onu döyməyə başlamışdır. İddiaçı cavabdehin onu döyüb işgəncələrə məruz qoymasına tab gətirə bilmədiyi üçün ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə keçən gecə saat təxminən 00:00 radələrində anasına zəng vurub Coşqunun onu döydüyünü və gəlib onun əlindən qurtarmalarını bildirmişdir. Oraya iddiaçının anası və qardaşı gəlmiş, cavabdehlər onları evə buraxmamışdır. cavabdeh1 anasına və qardaşına hücum çəkib onları döymüşdür. Bundan sonra Coşqun anasını çöl qapıdan (darvazadan) zorla çəkib içəriyə salarkən iddiaçı, qucağında olan uşağı ilə birlikdə çöl qapıdan çıxaraq küçəyə qaçmışdır. Coşqun isə anasını evin həyətinə salıb qapını arxadan bağlamışdır. Yetkinlik yaşına çatmayan qardaşı ilə iddiaçı, küçədə qalmışdır. Coşqun isə qapını arxadan bağlayaraq içəridə anasını döymüşdür. İddiaçı, evdən qaçarkən ev paltarında çıxmış və Coşqunun qorxusundan özünə və uşağına məxsus geyim və digər hər-hansı bir əşya götürməmişdir. İddiaçı həmin vaxtdan da azyaşlı uşağı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. İddiaçı yenidən barışıb bir ailə kimi birlikdə yaşamaqları mümkün olmadığı üçün aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, nikahları pozulmuşdur. Nikah pozlduqdan sonra iddiaçı cavabdeh1 atası cavabdeh2 məxsus Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evində ona məxsus cehiz əşyalarını təhvil almışdır. İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 olan iddiaçıya məxsus qızıl-zinət əşyalarının qaytarılmasını tələb etsə də onlar qızılları qaytarmaqdan imtina etmişlər. Məhkəmə kollegiyası bu istiqamətdə araşdırma aparmaqla müəyyən etmişdir ki, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə keçən gecə döyüldüyü üçün evdən çıxan zaman iddiaçının qızıl-zinət əşyaları cavabdehlərdə, ona məxsus telefon isə evdə qalmışdır. Cavabdeh tərəf eyni məzmunlu apellyasiya şikayətlərində qeyd etmişlər ki, qızıllar həmişə qadınlaqda olduğu üçün onlar da hesab edirlər ki, qızıllar iddiaçıda qalmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdeh tərəfindən döyüldüyünü uşağı da götürüb evdən qaçdığını göstərmişdir. Göründüyü kimi, tərəflər arasında olan münasibətlər təhlil edilərkən müəyyən olunur ki, cavabdehlər izahat verərkən səmimi olmamış qızılların iddiaçı tərəfindən aparılmasını təsdiqləyən subutlarını məhkəmələrə təqdim etməmişlər. Cavabdeh tərəfin qızıl-zinət əşyalarının iddiaçıda qalması barədə göstərdikləri dəlillər əsassızdır. Çünki, iddiaçı ilk gündən iddia ərizəsində və məhkəmələrdə verdiyi izahatında qeyd etmişdir ki, ailə qurduqdan bir neçə gün sonra onlar birlikdə müvəqqəti olaraq Bakı şəhərinə kirayə evinə köçmüşlər. Bakı şəhərinə gedərkən yoldaşının atası cavabdeh2 İkram oğlu bütün qızıl-zinət əşyalarını özündə saxlaması üçün ondan və yoldaşından tələb etmişir. Yoldaşı cavabdeh1 isə atası ilə razılaşaraq qızlı-zinət əşyalarını qoruyub saxlaması üçün atasına verməsini tələb etmiş, o isə buna etraz etməmişdir. Bundan sonra, cavabdeh1 bütün qızıl-zinət əşyalarını iddiaçıdan götürüb saxlaması üçün atası cavabdeh2 vermişdir. Həmin vaxtdan hal-hazırki vaxtadək qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Göründüyü kimi, cavabdeh tərəf bunun əksi ilə bağlı məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Beləliklə, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehlərin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin - qızıl-zinət əşyaları iddiaçıda qalmışdır barədə - izahatına iddiaçı etiraz edərək, izahatında təkrarən göstərmişdir ki, həmin qızıllar hər iki cavabdeh tərəfindən ondan ailə qurduqdan bir neçə gün sonra onlar birlikdə müvəqqəti olaraq Bakı şəhərinə kirayə evinə köçəndə alınmış və bir daha ona qaytarılmamışdır. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, iddiaçı öz iradəsi ilə evdən çıxmamış, cavabdeh cavabdeh1 tərəfindən döyülərək evdən qaçmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş - X7 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. İddiaçı alınmış qızılların hamısı cavabdehdə olmuşdur. 2024-cü ilin mart ayında qızı Aytən keçmiş kürəkəni cavabdeh1 tərəfindən döyülən zaman qızının yanına getmiş və həmin vaxt Aytən nəinki qızıl-zinət əşyalarını özünə məxsus heç bir əşyasını götürə bilməmiş, Coşqun qızı Aytəni evdən getməsinə maneə yaratmışdır. Orada xeyli mübahisə düşmüşdür. Bu zaman Aytənin üzərində də heç bir qızıl-zinət əşyası da olmamışdır. Bir qədər sonra Aytəni ev paltarında uşağı ilə birlikdə birtəhər aparmışlar. Əlavə olaraq qeyd edir ki, Aytənin qızıl zinət əşyaları heç vaxt onda olmamışdır. Nə də Aytən Bakı şəhərindən Gəncə şəhərində gələn zaman onlara qızıl-zinət əşyalarını gətirib verməmişdir. Həmçinin, şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun əmisi nəvəsidir. Aytən keçmiş əri cavabdeh1 tərəfindən döyülən zaman onu yanına çağırmışdır. Aytəni həmin vaxt aparan zaman Aytən özü ilə heç bir əşyasını götürə bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Samir Paşayev ona zəng edərək Coşqungilə gəlməsini bildirmişdir. Evə daxil olan zaman davadalaş olduğunu və uşağın ağladığını görmüşdür. Aytəni Coşqun döydüyü üçün Samir Paşayev aparıb getmişdir. Həmin vaxt Aytən özü ilə heç bir əşya aparmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, cavabdehlərdən cavabdeh1 tanıyır. cavabdeh1 onun tabeliyində olan hərbi hissədə xidmət göstərir. İddiaçı tərəfindən cavabdeh1 barəsində hərbi hissəyə şikayət olunmuşdur. Həmin şikayətdə İddiaçı ona məxsus əşyaların cavabdeh1 tərəfindən qaytarılmadığı bildirilmişdir. O, cavabdeh1 lazımi tapşırıqları vermiş və həmin gün İddiaçı tərəfindən lazımi əşyalar aparılana qədər telefonu söndürməməsini demişdir. Həmin vaxt Aytən evdə qızıllarının olmadığını ona demişdir. Beləliklə, işin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya məxsus olması (mövcudluğu) sübut olunur. Belə ki, bu hal iddiaçı və cavabdeh tərəfin izahatları, işdə olan fotoşəkillər, toy çəkilişi olan video görüntülərlə və digər sənədlərlə öz təsdiqini tapır. Yəni cavabdeh tərəfindən qızılların mövcudluğu mübahisələndirilmir. Göründüyü kimi, iddiaçının qızılları özü ilə aparması barədə cavabdeh tərəfin arqumentləri, apellyasiya şikayətinin dəlilləri inandırıcı deyil və həqiqəti əks etdirmir.

65. Baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və formal xarakter daşıyır.

67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər cavabdeh2 İkram oğlu və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar