Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-475/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması ) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağdam Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi İddiaçı ilə Cavabdeh arasında ##.##.2016-cı ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində 154 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Birgə nikahdan anadan olmuş Əsmanur adlı uşaq Cavabdeh himayəsində saxlanmış və uşağın saxlanması üçün hər ay 140 manat alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir.
2. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək Əsmanur adlı uşağın saxlanması üçün müəyyən olunmuş 140 manat aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı alimentin miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- **/**** saylı qərardadı ilə minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilmiş alimentin miqdarının azaldılaraq hər ay minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə arasında olan nikah Ağdam Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş Əsmanur adlı uşaq Cavabdeh himayəsində saxlanmış və uşağın saxlanması üçün hər ay 140 manat alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək Əsmanur adlı uşağın saxlanması üçün müəyyən olunmuş 140 manat aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunmuşdur. “xxxx” ASC-nin Qarabağ Regional bölməsində mühafizəçi işlədiyini, heç bir vergi tutulmadan 670 manat əmək haqqı olduğunu, vergi tutulduqdan, yol və yemək xərcləri çıxıldıqdan sonar 300 manat əmək haqqı qalldığını, başqa qadınla evləndiyini və bir uşağının olduğunu, 140 manat alienti atasının köməkliyi ilə ödədiyini, artırılmış aliment məbləğini ödəyə bilmədiyini, cavabdehin Əsmanur adlı uşağı saxlaya bilmədiyi təqdirdə özünün saxlamasına etiraz etmədiyini qeyd etməklə Ağdam Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş ##.##.2020-ci il təvəllüdlü Əsmanur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sabit pul məbləğində hər ay 140 manat tutulması qət edilmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilmiş alimentin miqdarının azaldılaraq hər ay minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda 580 manat əmək haqqı aldığını, 140 manat alimenti vaxtında ödədiyini, 225 manat olduqdan sonra ödəyə bilmədiyini, başqa qadınla evləndiyini, bir uşağı olduğunu, ailədə tək özünün işlədiyini 160 manat aliment ödəmək imkanı olduğunu qeyd etməklə tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Ağdam Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Ağdam Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş ##.##.2020-ci il təvəllüdlü Əsmanur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sabit pul məbləğində hər ay 140 manat tutulması qət edilmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilmiş alimentin miqdarının azaldılaraq hər ay minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qərara alınmışdır.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 78.2 və 100.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024–cü il tarixli ** nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-1-ci yarımbənd əlavəyə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227 və 233cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsini ləğv edərək iddianın təmin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektronİnformasiya Sistemindən çıxarılmış arayışdan görünür ki, o, “xxxx” ASC Qarabağ Regional bölməsində mühafizəçi işləyirəmvə əmək haqqımheç bir vergi tutulmadan 670 manatdır. Ancaq əmək haqqından vergi və yol xərcləri, yemək xərclərimçıxıldıqda təxminən 300 manat əmək haqqı olur. Bundan əlavə o, yeni ailə həyatı qurmuş və həmin nikahdan bir övladı var. 140 manat alimenti ödəməyinə atası köməklik göstərirdi. Ancaq hazırda alimentin məbləği artırıldıqdan sonra ödəməkləri mümkünsüz olubdur. O, uşağı saxlamaqdan imtina etmir. Əgər cavabdeh uşağı saxlamaq istəmirsə, versin onun himayəsinə, heç aliment də tələb etməyəcək. O alimentin minimum əmək haqqının 0,40 misli miqdarında təyin olunmasına etiraz etmir. Hesab edir ki, çətinliklə də olsa həmin məbləği ödəyər. O, minimum əmək haqqının 0,56 misli həddində alimenti ödəmək iqtidarında deyil. Onun 300 manatdan başqa qazancı və gəliri yoxdur. Şikayət olunan qətnamədən göründüyü kimi birincii nstansiya məhkəməsi göstərilənlərin heç birini nəzərə almamışdır. Onu əsas narahat edən amillərdən biri də budur ki, ondan asılı olmayan səbəbə görə alimenti ödəyə bilməyəcəyi təqdirdə onu qanunvercilikdə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunmaq təhlükəsi gözləyir. Ona görə də işin bu kimi hallarını məhkəmə kollegiyasının nəzərinə çatdırmağı özünə borc bilr və bu amillərin nəzərə alınacağına ümüd edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiçı İddiaçı apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
18. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
20. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
21. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
22. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
23. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
24. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
25. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
26. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
29. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Uşaq hüquqları haqqında” Konvensiya
30. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi ## #### 2020ci il tarixli qərarı.
31. Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. 39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
44. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədləri qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Belə ki, işin faktiki hallarından görünür ki, Ağdam Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Ağdam Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş ##.##.2020-ci il təvəllüdlü Əsmanur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sabit pul məbləğində hər ay 140 manat tutulması qət edilmişdir. Daha sonra, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Alimentin miqdarının azaldılaraq hər ay minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Hazırda iddiaçı Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilmiş alimentin miqdarının azaldılaraq hər ay minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilməsini xahiş edir.
50. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
51. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
52. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
60. Apellyatorun əmək haqqısının az olması, maddi vəziyyətinin aşağı olması barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, iddiaçının uşağı saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur.
61. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
70. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.