Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-478/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: cehiz əşyalarının evdən çıxarılması Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X6 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı1 ilə Cavabdeh arasında ## #### 2010-cu il tarixdə Şəmkir rayonu Yuxarı Seyfəli kənd IƏD üzrə nümayəndəlikdə ** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tərəflərin nikahından doğulmuş ## ###### 2010-cu il təvəllüdlü X1 və ## ###### 2012-ci il təvəllüdlü X2 iddiaçı Cavabdeh himayəsində saxlanılmış, 08 fevvral 2023-cü il tarixdən başlayaraq ## ###### 2010-cu il təvəllüdlü X1 və ## ###### 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı1 hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir.
2. JN-****A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar Islahatı Komissiyasının ## ####### 1998-ci il tarixli qərarı ilə Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi iddiaçı1 və ailə üzvləri iddiaçı2, X4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, eləcədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mülkiyyətinə verilmişdir.
3. Şəmkir Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnamədən görünür ki, iddia qismən təmin edilmiş, ## ###### 2010-cu il təvəllüdlü X1 və ## ###### 2012-ci il təvəllüdlü X2 rayonu Yuxarı Seyfəli kəndində yerləşən cavabdeh iddiaçı1 yaşadığı fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, 2(104)-2029/2024-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə iddiaçı1 2009-cu ildə faktiki olaraq ailə qurmuşlar (2010-cu ildə nikah qeydə alınır) və onların birgə nikahlarından 2010-cu ildə Həsən və 2012-ci ildə Şəhla adlı iki övladları olmuşdur. Cavabdeh Cavabdeh 2009cu ildə ailə qurarkən Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən mərhum X5 məxsus evə gəlin köçmüşdür. Üç il orda yaşadıqdan sonra Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən onlara məxsus evə gəlmişdir. Cavabdeh ilə iddiaçı1 2020-ci ildə faktiki olaraq ayrılmışlar və Şəmkir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh Cavabdeh 2024-cü ildə evə köçürülmə tələbinə dair iddia qaldırsada Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)- ****/**** saylı qətnaməsi ilə iddiası özünə münasibətdə təmin edilməmişdir.Qətnamədən apellyasiya və kassasiya şikayətləri versədə təmin edilməmişdir. Cavabdeh Cavabdeh cehiz əşyaları hazırda onlara məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində 0.17 ha həyatyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindədir. Fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi Şəmkir Rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə onların paylı mülkiyyətinə verilmişdir. Cavabdehə dəfələrlə cehiz əşyalarının evdən çıxarılmasını tələb etsələrdə, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiuyyətində qalmışlar.
7. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Yusifli) iddia qismən təmin edilərək, iddiaçı1 məxsus Şəmkir rayonu Aşağı Seyfəli kəndində 0,17 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdeh Cavabdeh məxsus 2 nəfərlik çarpayı,1 ədəd şüşəli servant,1 ədəd paltar şkafı,1əədəd divan 2 ədəd kreslo,1 ədəd stol (masa),6 ədəd stul,1 ədəd soyuducu,1 qaz peci,3 ədəd bir nəfərlik döşək,3 ədəd bir nəfərlik yorğan, 4 ədəd balınc,1 ədəd iki nəfərlik döşək,1 ədəd iki nəfərlik yorğan,1 ədəd paltar yuyan,1 ədəd sandıq,1 ədəd trilyaj,1 ədəd 5x3,1 ədəd 4x4,1 ədəd 2x3 gəvə,1 ədəd uşaq tummuşqası (3 süyurmalı),1 ədəd tuxovka,6 ədəd balaca döşəkcə,2 ədəd yumru döşəkçə çıxarılması qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.3-cü maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
14. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
15. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Işin müəyyən olunmuş və faktiki hallarından görünür ki, Şəmkir rayon Aqrar Islahatı Komissiyasının ## ####### 1998-ci il tarixli qərarı ilə Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi iddiaçı1, iddiaçı2, X4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mülkiyyətinə verilmişdir. 0,17 ha torpaq sahəsinin üzərində iddiaçı Nazir Bayromov tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Qeyd olunan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasada, fərdi yaşayış evi torpağa mülkiyyət hüququ olan şəxslərin sahibliyində və istifadəsindədir. Cavabdeh Cavabdeh ilə iddiaçı1 2009cu ildə faktiki olaraq ailə qurmuş və tərəflərin nikahı 2010-cu ildə qeydə alınmışdır. Sonuncuların birgə nikahlarından 2010-cu ildə Həsən və 2012-ci ildə Şəhla adlı iki övladları olmuşdur. Cavabdeh Cavabdeh 2009-cu ildə ailə qurarkən Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən mərhum X5 məxsus evə gəlin köçmüş, üç il orda yaşadıqdan sonra Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən və iddiaçıların sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə gəlmiş və cehiz əşyalarınıda həmin evə yığmışdır. Ailə münasibətləri pozulduğundan Cavabdeh ilə iddiaçı1 2020-ci ildən faktiki olaraq ayrılmışlar və Şəmkir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh Cavabdeh 2024-cü ildə evə köçürülmə tələbinə dair iddia qaldırsa da, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia onun özünə münasibətdə təmin edilməmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayətləri versə də təmin edilməmişdir. Cehiz əşyalarının evdən çıxarılması cavabdehdən tələb olunsa da, lakin sonuncu cehiz əşyalarını götürməkdən imtina etmişdir. Ona görədə iddiaçlar hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
29. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır.
31. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən əşyaların çıxarılması barədə iddialara baxılarkən araşdırılmalı məsələlərdən biri, mübahisəli yaşayış sahəsinin hüquqi statusu məsələsidir ki, mübahisəli yaşayış yerinin kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər.
32. Iş üzrə cavabdeh Sünbul Cəfərovanın iddiaçıların sahibliyində və istifadəsində olan Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşaması və iddia ərizəsində göstərilən ona məxsus cehiz əşyalarının həmin evə yerləşdirilməsi işin mübahisəsiz halıdır. Yuxarıda da qeyd olunduğu kimi fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamış olsa da, lakin evin yerləşdiyi 0.17 ha həyətyanı torpaq sahəsi Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli ** nömrəli qərarı əsasında iddiaçıların mülkiyyətinə verilmiş və bu barədə sonuncuların adına JN-****A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib olunmuşdur.
33. Nəzərə alınmalıdır ki, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. (Mülki Məcəllə, maddə 135.4.)
34. Əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da ## #### 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.
37. Belə olan halda, kollegiya hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli fərdi yaşayış evini onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əşya hesab edir.
38. Həmçinin nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il ## ###### tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmiş siyahıda 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir.
39. Kollegiyanın qənaəti bundan ibarətdir ki, 0.17 ha. torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasada, evin yerləşdiyi torpaq sahəsi qanuni əsasslarla, yəni Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli ** nömrəli qərarı əsasında iddiaçıların mülkiyyətinə verildiyindən həmin şəxslərin sözügedən yaşayış sahəsinə qanuni əsaslarla gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur.
40. Iş üzrə cavabdeh Cavabdeh iddiaçıların ailə üzvü hesab olunmur, eləcədə mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə iddiası təmin edilməmişdir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» ## ###### 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
42. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
43. Kollegiya aparılmış təhlilin yekunu olaraq qeyd edir ki, cavabdeh Cavabdeh məxsus cehiz əşyalarının iddiaçıların gözlənilən mülkiyyət hüququ əsasında sahiblik və istifadələrində olan fərdi yaşayış evində qalması onların həmin əmlakdan sərbəst və maneəsiz istifadələrinə yaranan məhdudiyyətdir. Ona görədə kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayətin dəlilləri qətnamənin ləğvü üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.