Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-504/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notarial Kontoruna qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: bağışlanma müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğvi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh və maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.0202 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182,3 kv.m olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuşdur.
2. ƏN-İ ****** nömrəli, ## ##### 2011-ci il tarixli Etibarnamədən görünür ki, İddiaçı etibarnamə ilə harada yerləşməsindən va nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən: almaq, satmaq; bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, potekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və sair həkətləri etməyinə dair Cavabdeh 10 il müddətinə etibarnamə vermişdir.
3. X1 Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusuna verdiyi ##.##.2014cü il tarixli Ərizədən görünür ki, əri İddiaçı məxsus olan ünvan 3 ünvanında mülkiyyətdə olan 0.0202 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 182.3 kv.m, olan qeyriyaşayış sahəsinin qızı - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bağışlanmasına etiraz etmədiyini bildirmişdir.
4. Bərdə * saylı notariat kontorunda bağlanmış ## ###### 2014-cü il tarixli, 4-Ə1394 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müaviləsinin surətindən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh İddiaçı mülkiyyətində ünvan 2 ünvanında 0.0202 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183.3 kv.m olan qeyri-yaşayış binasını torpaq sahəsi ilə birlikdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Intiqam qızına bağışlamışdır. Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin İddiaçı ünvanlanmış ## ####### 2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ## ###### 2014-cü il tarixli, 4Ə-1394 və 4Ə-1395 reyster nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi üçün həmin orqana müraciət etmiş, lakin imtina olunaraq müvafiq rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh və maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notarat ofisinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notarat ofisində 4Ə1394 reyster nömrəsi ilə təsdiq edilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilərək mülkiyətinin əvvəlki vəziyətinə qaytarılmasına və 100 manat ödənilən dövlət rüsumun alınıb ona verilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 ## #### 2011-ci il tarixdə 10 il müddətinə etibarnamə vermişdir. Lakin oğlu Mürad ## ###### 2014-cü il tarixdə onun məlumatı olmadan Bərdə Asan Xidmət Mərkəzində ona məxsus daşınmaz əmlakı bacısı X6 bağışlamışdır. Halbu ki, həmin əmlakın alınıb satılmasına, bağışlanılmasına onun razılığının olub-olmaması müəyyən edilməliydi. Bağışlama müqaviləsindən 2025-ci ilin may ayında məlumatı olmuşdur. Ona görədə hesab edir ki, ## ###### 2014-cü il tarixli bağışlanma müqaviləsi və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilərək mülkiyyəti əvvəlki vəziyətinə qaytarılmalıdır.
7. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, ##.##.2014-cü il tarixində daşınmaz əmlakın bağışlanması notarial qaydada həyata keçirilmiş və bağışlama aktı dövlət qeydiyyatından keçmişdir. Iddiaçının 2025-ci ildə bağışlama müqaviləsindən xəbər tutması reallığı əks etdirmir. Çünki, iddiaçı İddiaçı 2014cü ildən etibarən həmin mülklə bağlı aparılan proseslərdən bilavasitə xəbərdar olmuşdur. 11 ildən sonra bu məsələni yenidən gündəmə gətirməsi hüquqi baxımdan iddia müddətinin keçməsi ilə nəticələnmişdir və bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.
8. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli (hakim F.Abdullayev) qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh və maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin təmin olunmaması və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 325.1, 331.1, 334.1, 334.2, 337.1, 337, 339, 666.1, 668, 669, 670.1, 672.1, 672.2, 673 maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 214, 216-220, 227, 233 və 360cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdeh ona verilən etibarnamədən sui istifadə edərək ona məxsus obyekti başqa şəxsə bağışlamışdır. Cavabdeh övladı olduğu üçün ona 2011-ci ildə etibarnamə vermişdir. Həmin etibarnamə əsasdında da vcavabdeh ona məxsus əmlakı (qeyri-yaşayış sahəsini) əlindən çıxartmaq üçün başqa şəxsə bağışlamışdır. Işə baxan məhkəmə isə qeyd olunanları nəzərə almadan iddiasını rədd etmişdir. Halbu ki, cavabdeh heç bir əsas olmadan 2011-ci ildə verilmiş etibarnamə əsasında onu mülkiyyətindən məhrum etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
13. Apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * saylı Bərdə Ərazi Idarəsi üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ünvan 2 ünvanında 0.0202 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 183.3 kv.m olan qeyriyaşayış binası ## ###### 2013-cü ildən onun mülkiyyətindədir və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2011-ci ildə oğlu Murada 10 il müddətinə etibarnamə vermiş və sonuncuda həmin etibarnamə əsasında mülki öz bacısına bağışlamışdır. Oğlu Murad, eləcədə qızı Tamara bu barədə ona heç bir məlumat verməmişlər. Yalnız 2025-ci iln yanvar ayından bundan xəbər tutmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notarat ofisində Kontoruna qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notarial ofisində 4Ə1394 reyster nömrəsi ilə təsdiq edilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini, eləcədə həmin müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil izahat verərək göstərmişdir ki, iddiaçının verdiyi etibarnamə əsasında oğlu Murad qeyri-yaşayış sahəsini öz bacısı Tamaraya bağışlamış və bundan iddiaçıda məlumatı olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notarial ofisinin nümayəndəsi, eləcədə apellyasiya icraatı zamanı üçüncü şəxs qismində işə cəlb olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * saylı Bərdə Ərazi Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
26. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
27. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
28. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
29. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
30. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
31. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
32. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
33. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
36. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
37. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
38. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 117.2 Bu Məcəllənin 117.1. maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir.
43. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
44. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
46. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
51. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı oğli ## ##### 2011-ci il tarixdə harada yerləşməsindən va nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən: almaq, satmaq; bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və sair həkətləri etməyinə dair oğlu Cavabdeh 10 il müddətinə etibarnamə vermişdir. ünvan 2 ünvanında 0.0202 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.3 kv.m olan qeyri-yaşayış binası isə ## ###### 2013-cü il tarixdə iddiaçının adına qeydə alınmış və bu barədə sonuncuya reyestr nömrəsı 610013010637-06301, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Cavabdeh İddiaçı ## ##### 2011-ci il tarixdə ona verdiyi həmin etibarnamə əsasında sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında 0.0202 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.3 kv.m olan qeyri-yaşayış binasını torpaq sahəsi ilə birlikdə ##.##.2014-cü il tarixdə, Bərdə rayonu * saylı notariat ofisində bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bağışlamış və müqavilə 4-Ə-1394 reyestr nömrə ilə qeydə alınmışdır. Bundan narazı qalan iddiaçı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
52. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
53. Kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
54. Belə ki, baxılan mübahisə, iddiaçının mülkiyyətində olan əmlakın (qeyri-yaşayış sahəsi və yerləşdiyi 0.0202 ha. torpaq sahəsinin) təmsilçi vasitəsilə özgəninkiləşdirilməsi zamanı iddiaçının buna yönələn iradəsinin olmaması ilə bağlıdır.
55. Bundan əvvəldə qeyd olunduğu kimi Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir .
56. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.
57. Nəzərə alınmalıdır ki, təmsilçi vasitəsilə bağlanan əqdlərdə, adi müqavilələr üçün müəyyən olunan müqavilənin etibarlılıq şərtləri ilə yanaşı, həm də təmsilçinin səlahiyyətlərinin etibarlılıq şərtləri ödənilməlidir.
58. Çünki hər hansı əqdin qurucu elementi, əqdin iştirakçılarının niyyəti, hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və xitamına yönələn iradəsidir. Bu cür iradə ifadəsi onların niyyəti və motivindən formalaşır. Niyyət, tərəflərin müqavilə bağlamaqda hansı məqsəd güddüklərini göstərir. Motiv isə, bu niyyəti doğuran daxili səbəblərdir. Bağışlama əqdində mülkiyyətçi əşyaya mülkiyyət hüququnu başqasına əvəzsiz olaraq verir və bunun qarşılığında hər hansı mənfəət güdmür. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Hər bir halda bağışlama yardım etmə niyyəti, səxavətlilik, təşəkkür etmək və s. kimi motivlərlə müşayiət olunur.
59. Etibarnamədə verilən səlahiyyətlərin həddi etibaredənin iradəsi ilə müəyyən edilir. Etibarnamədə ümumi və geniş səlahiyyətlərin göstərilməsi birbaşa olaraq bütün əməliyyatlara icazə verildiyi anlamına gəlmir. Bu iradə etibarnamənin məzmunu ilə yanaşı, verilmə konteksti, verilmə zamanı mövcud vəziyyət, etibaredənin məqsədi və niyyəti əsasında qiymətləndirilir. Təmsilçilik səlahiyyətləri, mübahisə halında etibarnamə verilən zaman mövcud olmuş ümumi hüquqi vəziyyət çərçivəsində ağlabatan fəaliyyətlə məhdudlaşa bilər. Təmsilçinin səlahiyyət həddi - etibarnamə verildiyi anda etibaredənin real və qarşıya qoyduğu məqsədlə bağlı iradəsi çərçivəsindədir. Iradə dedikdə, şəxsin fikrən gəldiyi daxili qərarı (məsələn, əmlakı bağışlamaq, girov qoymaq və s. yönələn arzusu) başa düşülür. Iradə ifadəsi isə bu iradənin görünən (xarici) formaya salınmasıdır (məsələn, etibarnamə, müqavilə və s.).
60. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
61. Başqa sözlə, əqdin etibarlılığı üçün onun iştirakçıları arasında iradə ilə iradə ifadəsinin uyğunluğu vacib şərtdir. Iradə ilə iradə ifadəsi arasında uyğunsuzluq olduqda əqd etibarsız hesab edilir. Eyni zamanda, nümayəndə yalnız etibarnamədə nəzərdə tutulan həcmdə və hədlərdə səlahiyyətləri həyata keçirə bilər.
62. Iddiaçı İddiaçı ## ##### 2011-ci ildə verdiyi etibarnamənin mətnində əmlak üzərində sərəncam səlahiyyətləri nəzərdə tutulmuşdur və bu da iddiaçının həmin tarixədək mövcud olduğu əmlak üzərində sərəncam hüququnü özündə etiva etmişdir. Qeyd olunan etibarnamənin verildiyi tarixdə iddiaçıya məxsus olmayan və yalnız daha sonra, yəni ## ###### 2013-cü il tarixdə adına qeydə alınmış əmlak, etibarnamənin verilməsi zamanı iddiaçının real iradəsinin predmeti ola bilməzdi. Çünki, həmin əmlak etibarnamənin verildiyi anda mövcud olmadığı üçün iddiaçının onu bağışlamaq barədə iradəsinin də mövcud olması mümkün deyildi. Işə baxmış birinci instansiya məhkəməsi tərəfindən isə bu hallar nəzərə alınmamış, maddi və prosessual hüququ normaları pozulmaqla iddia tələbi rədd edilmişdir.
63. Ona görədə məhkəmə kollegiyası bu halları nəzərə alaraq belə qənaətə gəlir ki, ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsi iddiaçının real iradəsinə uyğun olmayıb və etibarsız hesab edilməlidir.
64. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfin iddia müddətinin keçməsi barədə verdiyi ərizəyə (etiraz ərizəsində) münasibətdə isə kollegiya qeyd edir ki, iddia müddətinin keçməsi ilə əlaqadar iddia tələbinin rədd edilməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29cu maddəsinin İ və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 373-cü maddəsi ilə iddia müddətlərinin müəyyənləşdirilməsi ilə yanaşı, həmin Məcəllədə iddia müddətinin şamil edilmədiyi hallar da göstərilmişdir. Qeyd edilən Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
65. Həmçinin qeyd olunmalıdır ki, əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərarı).
66. Iddiaçı İddiaçı iddia tələbində mülkün əvvəlki vəziyyətə qaytarılmasınıda məhkəmədən xahiş etmişdir. Apellyasiya icraatı zamanı tələbin bu hissəsi aydınlaşdırılarkən İddiaçı bildirmişdir ki, “mülkün əvvəlki vəziyyətə qaytarılması” dedikdə bağışlama müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına aparılmış qeydin ləğv edilməsini nəzərdə tutmuşdur.
67. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * saylı Bərdə Ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş arxiv sənədlərindən müəyyən olunmuşdur ki, bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanında 0.0202 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 182.3 kv.m olan qeyriyaşayış binası daşınmaz əmlakın dövlət reyestrində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına qeydə alınmış və bu barədə sonuncuya reyestr nömrəsi 610013010637-06301, qeydiyyat nömrəsi 1814008238 və qeydiyyat tarixi ## ###### 2014-ci il olan çıxarış verilmişdir.
68. Tələbin bu hissəsinə münasibətdə kollegiya qeyd edir ki, bağışlama müqaviləsi etibarsız hesab edildiyindən, daşınmaz əmlaka dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına aparılmış qeyd də ləğv olunmalıdır. Çünki, daşınmaz əmlaka dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olmaqla həmin əqddən, yəni bağışlama müqaviləsindən törəmişdir.
69. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya apellyasiya şikayəti təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməli, Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisində X4 (təmsilçisi Cavabdeh) ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında ünvan 1 ünvanındakı 0.0202 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 183.3 kv.m olan qeyri-yaşayış binasına dair ## ###### 2014-cü il tarixdə bağlanmış, reyestrdə 4Ə-1393 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab olunmalı, həmin əmlaka dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına ## ###### 2014-ci il tarixdə, 1814008238 qeydiyyat nömrəsi ilə aparılmış 610013010637-06301 reyestr qeydi ləğv olunmalı, eləcə də iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisində X4 (təmsilçisi Cavabdeh) ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında, ünvan 2 ünvanındakı 0.0202 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 183.3 kv.m olan qeyri-yaşayış binasına dair ## ###### 2014-cü il tarixdə bağlanmış və reyestrdə 4Ə-1393 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilsin. ünvan 2 ünvanındakı 0.0202 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 183.3 kv.m olan qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına ## ###### 2014-ci il tarixdə, 1814008238 qeydiyyat nömrəsi ilə aparılmış 610013010637-06301 reyestr qeydi ləğv olunsun. Iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.