Məhkəmə qərarları › İş №2(3-7)-51/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-51/2026

07.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-51/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X6 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Goranboy rayonu Balakürd kəndində qeydiyyatdadır və yaşayır.

2. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə VCavabdeh arasında nikah ## ##### 2012-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 90 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Əliyeva” soyadı verilmişdir.

3. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ## ##### 2013-cü ildə Gəncə şəhərində doğulmuş, atası X1, anası Cavabdehdır.

4. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ## ### 2015-ci ildə Goranboy şəhərində doğulmuş, atası X1, anası Cavabdehdır.

5. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2/5 hissəsi yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş torpaq sahəsi və tam fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

6. Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailə tərkibi oğlu X1, gəlini VCavabdeh, nəvələri X3 və X4r. Qeyd hissəsində göstərilmişdir ki, X1 təsərrüfatı ayrıdır, gəlini VCavabdeh 2012-ci il tarixdə Balakürd kəndinə ərə gəlmiş və həmin vaxtdan Balakürd kəndində bu təsərrüfatda qeydiyyatsız yaşayır.

7. Məhkəmə kollegiyasının sorğusu əsasında DƏDKR publik hüquqi şəxsinin * saylı Bərdə ərazi idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məlumatdan görünür ki, sorğuda qeyd edilən 509013058299-10301 daşınmaz əmlakın dövlət reyestr nömrəli fərdi yaşayış evi İddiaçı (tam), 0.06 ha torpaq sahəsi (xüsusi mülkiyyət) 2/5 hissə olmaqla 2 nəfər ailə üzvü ilə birlikdə (İddiaçı və X1) və 1/5 hissə isə X5 adına ##.##.2023cü il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun mülkiyyətində olan Goranboy rayonunun Balakürd kəndində yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən X1 oğlu, Cavabdeh isə gəlinidir. Nikahlarını ## ##### 2012-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Hazırda onun mülkiyyətində olan, Goranboy rayonu, Balakürd kəndində yerləşən evdə yaşayırlar. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döxlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş pasportun surətindən görünür ki, Goranboy rayonu, Balakürd kəndində yerləşən, reyestr nömrəsi 509013058299-10301 olan fərdi yaşayış ev şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bugün o, mülkiyyətində olan evdə rahat yaşaya bilmir. Çünki cavabdeh Cavabdeh ona rahat yaşamağa imkan vermir. Onu əsassız olaraq təhqir edir, istəmirsənsə çıx get deyir”. O, qoca və xəstə bir adamdır, yatıb dincəlmək istəyir bu zaman səs-küy edib onu dincəlməyə qoymur. Onun bu hərəkətlərinə isə oğlu olan Elşən Məmmədov da heç nə demir. Deyir ki, “nə edim öhdəsindən gələ bilmirəm”. Cavabdeh onun rahat yaşamağına maneə olur. O isə bu qoca vaxtında rahat yaşamaq istəyir. O, dəfələrlə cavabdehə evindən çıxıb getməsini xahiş etsə də, cavabdeh evindən könüllü çıxmaq istəmir. Cavabdeh Cavabdeh deyir ki, “çıxmıram get nə bilirsən elə, ev mənimdir, səni belə çürüdəcəyəm”. Cavabdehlə onun bir evdə yaşamağı artıq mümkün deyildir. Onun bir yerdə yaşamağı elə bilir ki, faciəyə gətirib çıxara bilər. Çünki cavabdeh Cavabdeh hərəkətləri normal deyildir, ona qarşı çox aqressivdir. İndi tələbi ondan ibarətdir ki, cavabdeh ona məxsus olan evdən çıxarılsın.

10. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 5090130058299 reyestr nömrəsi ilə məxsus olan Goranboy rayonu Balakürd kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Goranboy rayonu Balakürd kəndində yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı mülkiyyətində olduğundan o, həmin yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Lakin, cavabdeh Cavabdeh həmin evdə olduğu və yaşadığı halda iddiaçı mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilmir. Eyni zamanda cavabdeh etiraz ərizəsində özü də qeyd edir ki, o, ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus evdə yox, həyətdə yerləşən başqa bir evdə yaşayır, onların sadəcə iddiaçıya məxsus evdə pasport qeydiyyatları vardır. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı təsərrüfat idarə etdikləri üçün cavabdehin iddiaçıya məxsus evdə yaşaması formal xarakter daşıyır və ona görə də, iddiaçı ona məxsus fərdi yaşayış evindən cavabdehin çıxmasını tələb etməkdə haqlıdır.

12. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

13. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu ev o və uşaqları üçün yeganə yaşayış yeridir. Uşaqların təhsili, sağlamlığı və psixoloji vəziyyəti üçün bu ünvanda qalmağı vacibdir. O, 2012-ci ildə rəsmi nigaha daxil olmuş və nigah müddətində onlar ailəlikcə Goranboy rayonu, Balakürd kəndində yerləşən mübahisəli ünvanda yaşamışlar. Həmin evdə rəsmi nikahı olan həyat yoldaşı ilə və azyaşlı uşaqları birlikdə yaşayır. Qeyd etmək istəyir ki, onun həmin evdə yaşamağı könüllü şəkildə olmuş və bu müddət ərzində orada yaşamaq üçün başqa alternativi olmamışdır. Uşaqları da həmin ünvanda qeydiyyatdadır və onların da mənafeyinə uyğun olaraq, həmin evdə yaşamağı vacibdir. Qaynanası onun həmin evdə yaşamaq hüququnun olmaması barədə məhkəməyə müraciət edərək qətnamə çıxartmışdır, lakin bu hal onun və azyaşlı uşaqlarının qanuni maraqlarına ziddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Mülki Məcəlləsi nəzərə alınmaqla, onun və uşaqlarının yaşayış yeri dəyişdirilə bilməz, xüsusilə uşaqların maraqları əsas götürülməlidir. Hal-hazırda həyat yoldaşı ilə rəsmi nigahı var. O, hesab edir ki, Goranboy rayon məhkəməsinin qətnaməsi uşaqların yaşamaq hüququnu pozur, həyat yoldaşının həmin ünvanda olan pay sahibi olmasını nəzərə almamışdır. Onun və azyaşlı uşaqlarının sosial vəziyyətini qiymətləndirməmişdir. Mülki Məcəllənin birgə mülkiyyət və vərəsəlik hüququ normaları tətbiq edilməmişdir. O, yalnız həyat yoldaşının həmin evdə olan payı daxilində öz uşaqları ilə birlikdə yaşamaq hüququnun tanınmasını istəyir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Hüseyn Əliyev ilə ##.##.2012-ci ildə evlənmişlər. Birgə nikahdan iki övladı vardır. Hüseyn Əliyev ilə rəsmi hələ boşanmamışlar, hal-hazırda nikahın pozulması ilə bağlı məhkəmədə işləri vardır. Hüseyn Əliyev ilə münasibəti normal idi. İddiaçı tərəf ilə münasibəti yaxşı olmamışdır. Mübahisəli ev əvvəlcə mərhum qaynatasının adına olmuşdur, o, vəfat etdikdən sonra iddiaçının adına keçmişdir. Həyətdə iki ev mövcuddur. Birisi böyük və təzə tikilidir. Digəri isə balaca bir evdir. Əvvəllər böyük evdə yaşayırdılar və əşyaları da orda idi. Amma iddiaçı onu evdən çıxarandan sonra əşyalarını ordan çıxardaraq və özü ora köçmüşdür. Həyətdə olan digər balaca evdə isə yaşayış yoxdur. Evdə uşaqları üçün yaşamaq istəyir. İddiaçı onu evdən çıxarandan sonra ilk öncə kirəyədə yaşamış amma kirayə üçün pul verə bilmədiyinə görə hal-hazırda anasıgildə yaşayır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, rəsmi nikahı var hələ boşanmamışdır. İki uşağı var. Boşanma işi ilə bağlı barışmaq üçün vaxt veriblər. Bir həyətdə iki ev vardır. Evin açarlarını dəyişdirmişdir. Orada yaşamır. Evə gedən kimi 102-yə zəng edir. İddiaçı olmayanda evə gedib-gəlir.

17. İş üzrə iddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. İddiaçı İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını və Goranboy Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

18. 13-cü maddəsinə İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın ##-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

20. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

21. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

22. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

23. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

24. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

30. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.

34. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh iddiaçının gəlinidir. Cavabdeh iddiaçının oğlu ilə nikahlarını ## ##### 2012-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Cavabdeh iddiaçının mülkiyyətində olan, Goranboy rayonu, Balakürd kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və tərəflər arasında mübahisə yarananadək orada əri və uşaqları ilə birlikdə yaşamışdır. İddiaçı evin açarlarını dəyişdirmiş, onu evə buraxmır. İddiaçı onu evdən çıxarandan sonra ilk öncə kirəyədə yaşamış amma kirayə üçün pul verə bilmədiyinə görə hal-hazırda anasıgildə yaşayır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun mülkiyyətində olan Goranboy rayonunun Balakürd kəndində yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. iddiaçı İddiaçı mülkiyyətində isə məhkəmə kollegiyasının sorğusu əsasında DƏDKR publik hüquqi şəxsinin * saylı Bərdə ərazi idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məlumatla müəyyən edilir ki, 509013058299-10301 daşınmaz əmlakın dövlət reyestr nömrəli fərdi yaşayış evi İddiaçı (tam), 0.06 ha torpaq sahəsi (xüsusi mülkiyyət) 2/5 hissə olmaqla 2 nəfər ailə üzvü ilə birlikdə (İddiaçı və X1) və 1/5 hissə isə X5 adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

36. Göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evində cavabdeh Cavabdeh əri, X1 0.06 ha torpaq sahəsi (xüsusi mülkiyyət) 2/5 hissə olmaqla, payı mövcuddur. Cavabdeh faktiki olaraq ayrıldıqları vaxtadək mübahisəli evdə yaşamışdır. Hal-hazırda da tərəflərin nikahı pozulmamışdır, ailə münasibətlərindəki narazılıq səbəbindən sonuncular faktiki olaraq ayrılmışlar. Nikahın pozulması ilə bağlı iş məhkəmənin icraatında olmaqla, tərəflərə barışmaq üçün vaxt verilmişdir.

37. Kollegiya hesab edir kli, tərəflərin nikahı pozulmadığından cavabdeh Cavabdeh X1 ailə üzvü sayılır. Hüseyn Əliyev isə hazırki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin payçısıdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh Cavabdeh ailə üzvü kimi mübahisə predmeti olan Goranboy rayon Balakürd kənd fərdi yaşayış evində istifadə hüququ var.

38. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsaslanaraq iddianı rədd edilməlidir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əgər cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus evdə yox, həyətdə yerləşən başqa bir evdə yaşasaydı hazırki iddia tələbi öz əhəmiyyətini itirmiş olardı. Başqa bir evə dair və ya tərəflərin ayrı-ayrı təsərrüfat idarə etdiklərinə dair iş materiallarına heç bir mötəbər sübut əlavə edilməmişdir. İddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi ev Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2/5 hissəsi yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş torpaq sahəsi və tam fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh hazırda iddiaçıya məxsus evdə yaşamasa belə, payçılardan birinin ailə üzvü kimi istifadə hüququ vardır. Ona görə də, iddiaçı fərdi yaşayış evindən cavabdehin çıxmasını tələb etməkdə haqlı olmamışdır.

40. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi:

Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar