Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-511/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X4 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı Mehman oğlu sağlamlıq imkanları məhdud uşaqdır. “Serebral iflic” xəstəliyi diaqnozu qoyulmuşdur.
3. Ambulator tibbi kartoçkadan görünür ki, X1 Rayon Mərkəzi xəstəxanasında “astma” diaqnozu ilə qeydiyyata alınmışdır.
4. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Tovuz Rayon Məhkəməsinin qətnaməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından ##.##.2009-cu ildə anandan olmuş Mehman adlı uşaq İddiaçı, ##.##.2011ci ildə anadan olmuş Hüseyn adlı uşaq Cavabdeh yanında saxlanılması qət edilmişdir.
6. Tovuz * saylı Mediasiya təşkilatı tərəfindən ## ######## 2025-ci il tarixdə verilmiş MŞT/MT***/****-**** nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı və Cavabdeh ilkin mediasiya prosesində iştirak etsələr də, mediasiya prosesini davam etdirməyə razlıq verməmişlər.
7. Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnamədən görünür ki, iddia qismən təmin edilmiş ##.##.2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
8. X2” tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli müayinə sənədindən görünür ki, Cavabdeh “Hər iki süd vəzinin axardaxili papilloması” diaqnozu qoyulmuşdur.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim P.Isaqlı) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dаir iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, ## ###### 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3, 5, 18.1, 27-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.3, 88, 106.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparılmadan qətnamə çıxarılmışdır. Belə ki, məhkəmənin qətnamədə qeyd etdiyi nəticələrin heç biri işin hallarına uyğun deyildir. Himayəsində saxlanılan uşaq "serebral iflic" xəstəliyindən əziyyət çəkir, cavabdeh isə uşağın saxlanılmasına görə ona maddi cəhətdən köməklik göstərmir. Ona görədə uşağn saxlanması üçün cavabdehdən aliment tələb etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, Mehman adlı uşaq 2009-cu ildən onun himayəsindədir. Hüseyn adlı uşaq isə anasının, yəni cavabdehin himayəsindədir və həmin uşağın saxlanılması üçün ondan hər ay 160 manat aliment tutulur. Uşaqları Mehman ikinci qrup əlildir və 300 manat pensiya alır. Cavabdeh Cavabdeh isə Mehman adlı uşaqlarının saxlanılmasında ona heç bir maddi yardım göstərmir. Halbu ki, Pəri 500 manat pensiya alır və aliment verməyə maddi imkanı var. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, birgə nikahdan 2 uşaqları olmuşdur. Hüseyn onun himayəsindədir və həmin uşağın saxlanılması üçün 160 manat aliment alır. Ikinci qrup əlilliyə görə isə onun özünə 420 manat pensiya verilir. İddiaçı himayəsinda saxlanılmış Mehman adlı uşaq ikinci qrup əlil olduğundan 300 manat pensiya alır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
19. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
21. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
24. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
25. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
26. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh ## ###### 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və sonuncuların birgə nikahlarından ## #### 2009-cu il tarixdə Mehman, ## ##### 2011-ci il tarixdə isə Hüseyn adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğundan nikahları pozulmuşdur. Hüseyn adlı uşaq ananın, Mehman adlı uşaq isə atanın himayəsində saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ## ###### 2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı da himayəsində olan uşağın saxlanılması üçün Cavabdeh 300 manat alimentin tutulub ona verilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı rədd etmiş, iddiaçı tərəf də qətnamədən apellyasiya şikayəti vermişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, mübahisənin həllinə tətbiq edilməli qanunvericilik normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Çünki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur.
39. Yuxarıda da qeyd olunduğu kimi tərəflərin nikahı Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə pozulmuş, sonuncuların birgə nikahlarından ## #### 2009-cu ildə anandan olmuş Mehman adlı uşaq İddiaçı, ## ##### 2011-ci ildə anadan olmuş Hüseyn adlı uşaq isə Cavabdeh yanında saxlanılmışdır. İddiaçı hazırkı iddia tələbini onunla əsaslandırmışdir ki, Hüseyn adlı uşağın saxlanılması üçün Cavabdeh aliment ödəsədə, lakin himayəsində olan uşağın saxlanılmasına sonuncu tərəfindən heç bir maddi köməklik göstərilmir.
40. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3. maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
41. Göründüyü kimi valideyinlərin hər biri ilə uşaq qalıbsa bu halda bir valideyindən az təminatlı digər valideyinin xeyrinə aliment tutulmalıdır.
42. Bundan əvvəldə qeyd olunduğu kimi, Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə aliment tutulmuşdur.
43. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanun 1.0.5-ci maddəsində az təminatlı ailə anlayışınə verilən tərifə görə, aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvü üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.