Məhkəmə qərarları › İş №2(3-7)-562/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-562/2026

25.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-562/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin azaldılması) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. * saylı Bakı “ASAN xidmət” X5 tərəfindən ## ###### 2026-cı il tarixdə verilmiş *- **-*/*-**-***/**** nömrəli arayışdan görünür ki, X6 ## ######## 2018-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-İddiaçı, anası Cavabdehdır.

2. * saylı Bakı “ASAN xidmət” X5 tərəfindən ## ###### 2026-cı il tarixdə verilmiş *- **-*/*-**-***/**** nömrəli arayışdan görünür ki, X4 ## ######## 2018-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-İddiaçı, anası Cavabdehdır.

3. Abşeron * saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00378) X3 tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli MŞAB/MT***/****-***** saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ının surətindən görünür ki, cavabdeh Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya prosesinin keçirilməsi üçün 60 (altmış) manat mediasiya xərcini ödəmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış “Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayış”dan görünür ki, İddiaçı “Keratokonus, OU-Keratokonus III mərhələ. VİS- OU-0,03 k/i 0,07 Astiqmatizm, OU qeyri-düzgün astiqmatizm VİS-OU-0,03 k/i 0,07. Binokulyar orta ağır görmə VİS-OU0,03 k/i 0,07” diaqnozu ilə 2 (iki) il müddətinə ikinci dərəcəli əlildir. Əlilliyin təyin edilmə tarixi: ## #### 2024-cü il.

5. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli 8(040)- ***/**** saylı qərardadı ilə ərizəçi Cavabdeh Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2022-ci il tarixli qətnaməsinə əsasən, ## ####### 2016-cı il təvəllüdlü X7 və ## ######## 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün maraqlı şəxs İddiaçı ərizəçi Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində indeksasiya olunması, qərardad qanuni qüvvəsini aldığı gündən indeksasiya olunmuş alimentin tutulmasının hesablanması qərara alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə cavabdehlə birgə nikahdan ## ####### 2016-cı ildə doğulmuş X7 və ## ######## 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin olunan alimentin, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 (sıfır tam yüzdə qırx) misli həddində azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahdan ## ####### 2016-cı ildə doğulmuş X7 və ## ######## 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün təyin olunan 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin məbləği Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində indeksasiya olunması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə razı deyildir. Qərardada əsasən, hər ay hər uşağa görə təyin olunmuş aliment məbləğinin onun tərəfindən ödənilməsi qeyri-mümkündür. Belə ki, o, gözdən ikinci qrup əlildir və heç yerdə işləmir. Bu səbəbdən də, alimentin məbləğinin ödəyə biləcəyi həddə azaldılmasına zərurət vardır. Odur ki, Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə cavabdehlə birgə nikahdan ## ####### 2016-cı ildə doğulmuş X7 və ## ######## 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin olunan alimentin, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 (sıfır tam yüzdə qırx) misli həddinə azaldılması tələbi ilə bağlı məhkəməyə müraciat etmək məcburiyyətində qalmışdır.

8. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.S.Qəniyev) ## ####### 2016-cı ildə doğulmuş X7 və ## ######## 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Abşeron Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi əsasında Abşeron Rayon Məhkəməsinin qəbul etdiyi ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qərardadla maraqlı şəxshazırki mülki iş üzrə iddiaçı İddiaçı ərizəçi- hazırki mülki iş üzrə cavabdeh Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılsın: hər uşağa görə tutulan aylıq alimentin miqdarı minimum aylıq əmək haqqı məbləğinin 0,64 (sıfır tam yüzdə altmış dörd) mislindən 0,5 (sıfır tam onda beş) mislinə endirilmiş, ## ####### 2016-cı ildə doğulmuş X7 və ## ######## 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 01 (bir) misli həddində sabit pul məbləğində aylıq aliment iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə tutulmuş, iddia qalan hissədə rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin qəbul edildiyi ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 300 (üç yüz) manat, uşaqlar üçün yaşayış minimumunun məbləği 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Cavabdeh ərizəsinə əsasən Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilərək, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimumum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində müəyyən edilmişdir-2025-ci ildə ölkə üzrə minimum aylıq əməkhaqqının miqdarının 400 (dörd yüz) manat olduğu nəzərə alınmaqla, hazırki halda hər ay hər uşağa görə ödənilməli olan alimentin miqdarı 256 (iki yüz əlli altı) manat məbləğində müəyyən edilmişdir. Hazırki halda iddiaçının (icra icraatında borclu) aylıq qazancı və digər gəlirləri, həmçinin ikinci dərəcəli əlil olması nəzərə alınmaqla, mövcud aliment məbləği onun maddi və ailə vəziyyətinin çətinləşməsinə səbəb olur. Belə olan halda işin halları nəzərə alınmaqla, ## ####### 2016-cı ildə doğulmuş X7 və ## ######## 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Abşeron Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi əsasında Abşeron Rayon Məhkəməsinin qəbul etdiyi ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qərardadla maraqlı şəxs- hazırki mülki iş üzrə iddiaçı İddiaçı ərizəçi- hazırki mülki iş üzrə cavabdeh Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılmalı, ## ####### 2016-cı ildə doğulmuş X7 və ## ######## 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 01 (bir) misli həddində sabit pul məbləğində aylıq aliment iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə tutulmalıdır. İddia qalan hissədə- bu qətnamə ilə təmin edilmiş aliment məbləğindən az olan həddə azaldılmaya dair hissədə qanunsuz və əsassız olduğundan, həmin hissədə rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü maddələrinə, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2, 112.1,-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdeh İddiaçıAbşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə aliment tutulmasıdan uzun müddət keçməsi, hazırda mənim maddi vəziyyətimin çox aşağı olması, uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 193 manat sabit pul məbləğində alimentin uşaqların saxlanması üçün azlıq təşkil etməsi, hazırda onun uşaqların geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkməyi, cavabdeh İddiaçı uşaqların saxlanması üçün ona aylıq aliment miqdarından əlavə heç bir maddi yardım göstərməməsi, onun uşaqların azyaşlı olmaları və daimi ana qayğısına ehtiyaclarının olması ilə əlaqədar işləməkdə çətinlik çəkməyi, uşaqların saxlanması üçün 2026-cı ildə qanunvericilikdə nəzərdə tutulmuş minimum xərcin 260 manat təşki letdiyi halda, cavabdehdən hər uşaq üçün aylıq 200 manat alimentin tutulmasının onların ehtiyaclarının ödənilməsində həddindən artıq çətinliklər yaratması, mənimisə həmin xərcləri ödəyə bilməməyi və uşaqların xərclərini çətinliklə ödəməyi, uşaqların saxlanılması üçün xərclər çox olduğuna görə cavabdehdən hər uşaq üçün tutulan 200 manat sabit pul məbləğində alimentin miqdarının həmin xərcləri ödəməməsi, buna görə də hazırda cavabdehdən tutulan aliment miqdarının artırılmasının zəruri olduğu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının məzmunundan da göründüyü kimi nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verməsi,cavabdehlə aralarında olan nikah pozularkən birgə nikahlarından doğulmuş uşaqların onun himayəsinə verilməsi, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin – onun üzərinə düşməsi, belə olan halda 2026-ci il üzrə uşaqların saxlanması üçün qanunvericiliklə müəyyən edilmiş 260 manat məbləğində minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən – cavabdeh İddiaçı tutulmasına əsas verməsi nəzərə alınmamışdır. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirir ki, 2026-ci il üzrə yaşayış minimumu haqqında qanunvericilikdə uşağın saxlanması xərci 260 manat nəzərdə tutulmuş, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının anında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *-*/**** saylı qərarında Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasın əsas verdiyi göstərilmiş, belə olan halda onun cavabdehin aylıq qazancının miqdarı barədə məhkəməyə sübut təqdim etmə öhdəliyi nəzərdə tutulmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, alimentin azaldılması uşağların saxlanılması üçün çətinliklər yaradır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34, hissə IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ##.##.2016cı il tarixli qərarı: Bənd 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırki işdə iddia qismən təmin edildiyindən və apellyasiya şilkayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Kollegiya qeyd edir ki, ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

25. İşdən görünür ki, tərəflərin iki uşaqları vardır, məhkəmənin 2022-ci il tarixli qətnaməsi ilə ##.##.2016-cı ildə doğulmuş Abdullayeva Fatimə və ##.##.2018-ci ildə doğulmuş Abdullayev Mehdinin saxlanılması üçün iddiaçıdan hər uşağa görə 193 manat aliment tutulmuşdur. Sonradan məhkəmənin ## #### 2025-ci il tarixli qərardadı ilə iddiaçıdan tutulan aliment məbləği indeksasiya olunaraq hər uşağa görə minimum əməkhaqqı məbləğinin 0.64 misli miqdarında müəyyən edilmişdir.

26. İddiaçı tələbində ona əsaslanır ki, gözdən əlildir və indeksasiya nəticəində artan aliment məbləğini ödəyə bilmir. Cavabdeh iddia tələbinə etirazında uşağların maddi tələbatlarına əsaslanır.

27. İşə baxan məhkəmə ona əsaslanmışdır ki, 2025-ci ildə ölkə üzrə minimum əməkhaqqı miqdarının 400 manat olduğu nəzərə alınmaqla, indeksasiyadan sonra hər uşağa ödənilməli olan aliment məbləği 256 manat miqdarında olmuşdur.

28. Kollegiya qeyd edir ki, təyin edilən aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır.

29. ,Qeyd edilməlidir ki, iddiaçının hazırda indeksasiyadan sonra müəyyən edilmiş aliment məbləğini qarşılamağa yetərli qazancının olması müəyyən edilmir. Həmçinin, o da müəyyən edilir ki, iddiaçı gözdən əlildir və bu hal da onun qazanc əldə etməsini məhdudlaşdıran haldır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işləməməsi onun övladlarına münasibətdə aliment ödəmək öhdəliyindən azad etməsə də, lakin bununla belə yuxarıda qeyd olunan məhkəmə qərardadı ilə indeksasiya edilmiş aliment miqdarı – hər ay hər uşaq üçün təxminən 256 manat olmaqla cəmi 512 manat miqdarında aliment məbləğini ödəmək üçün kifayət qədər maddi imkana malik deyildir.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar