Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-581/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Işin halları
1. X11 ##.##.2006-cı il tarixli vəsiyyətnamə ilə Şəmkir rayonu Mahmudlu kəndinə yerləşən evini, bütün əmlakını, həyətyanı sahəsini və pay torpağını Şəmkir rayonu Yeniabad kəndində yaşayan nəvəsi İddiaçı vəsiyyət etmişdir.
2. Miras qoyan X11 ##.##.2007-ci il tarixdə koma, xroniki böyrək çatışmazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında qeydlər kitabında ##.##.2007-ci il tarixində qeyd aparılmışdır.
3. X11 iddiaçının, cavabdehin və üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nənəsi, üçüncü şəxslər Zilxumar və Məlahətin anası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 keçmiş qayınanası olmuşdur.
4. Şəmkir rayon Notariat Ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı məktubdan görünür ki, Şəmkir rayonu, Yeniabad kəndi ünvanında qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən mərhum ##.##.2007-ci ildə vəfat etmiş X11 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldğı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ##.##.2025-ci il tarixdə *** saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsindən Vəsilə Yaqubovadan qalmış miras əmlaka dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsində nəzərdə tutulan qaydada vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə notariat ofisinə təqdim edilməsi İddiaçı vasitəsi ilə ölmüş şəxsin adına çıxarış, arayış və yap forma 1 təqdim edilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur.
5. Şəmkir rayon Notariat Ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina edilmişdir.
6. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan və JN 226F KOD ******** saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayonu, Yeniabad kəndində yerləşən həyətyanı torpaq sahəsi ümumibirgə mülkiyyətdədir, həmin həyətyanı torpaq sahəsinin 0.28 ha hissəsi ##.##.2025-ci il tarixli, ********** saylı çıxarış əsasında X11 mülkiyyətindədir.
7. ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və ##.##.2025–ci il tarixli “X4 və Ölçüsü”ndən surətindən görünür ki, Şəmkir rayonu, Yeniabad kəndi Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi Cavabdeh və X11 ümumi birgə mülkiyyətindədir.
8. Cavabdeh Şəmkir Rayon Icra Hakimiyyətinə təqdim etmiş ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq “Məlumatlandırma icraatı” qaydasında ünvan 2 saylı ünvanda yerləşən ona məxsus torpaq sahəsində 1930-2025-ci ildə tikilmiş, tikintialtı sahəsi-129.1 kv.m, ümumi sahəsi-101.7 kv.m, hündürlüyü - 3.5 m olan 1 mərtəbəli fərdi yaşayış evi inşa etdirdiyini bildirmişdir.
9. Şəmkir rayon * saylı dövlət notariat ofisində ##.##.2006-cı il tarixli, 2V-150 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməyə dair notariat işindən görünür ki, X11 ##.##.2006-cı il tarixdə Şəmkir rayon Notariat Ofisində saat 12:00-da ona məxsus olan Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evini bütün əmlakını, həyətyanı torpaq sahəsini, pay torpağını Şəmkir rayonu, Yeniabad kəndində yaşayan nəvəsi İddiaçı vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. Vəsiyyətnamə vəsiyyət edənə oxunmuş və notariusun, şahidlərin yanında imzalanmışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli protokol qərardadı ilə, miras qoyanın vərəsəsi olan Yaqubov Vidadi Ismayıl oğlunun ölümü ilə əlaqədar onun həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı cavabdehə qarşı (maraqlı şəxslər) iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Mahmudlu kəndində yerləşən, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2025-ci il olan HDQH DƏDR-dən Çıxarış əsasında mərhum ana nənəsi X11 ilə Cavabdeh ümumi birgə mülkiyətlərində olan, 0,28 ha həyətyanı torpaq sahəsinin nənəsinin payına düşən 0,14 ha hissəsindən ibarət miras əmlaka vəsiyyət üzrə vərəsə kimi payının müəyyən edilməsi və həmin miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum ana nənəsi X11 vəsiyyət üzrə vərəsəsidir. Ana nənəsi X11, Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızı anası, Cəfərova (Yaqubova) Iradə Ismayıl qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, Yaqubov Vidadi Ismayıl oğlu və X5 adlı beş övladları olmuşdur. Ana nənəsi, X11 ##.##.2007-ci ildə, övladlarından X5 oglu ##.##.1995-ci ildə, Yaqubov Vidadi Ismayıl oglu isə ##.##.2013-cü ildə vəfat etmişlər. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 Islam qızı Şəmkir rayonu Yeniabad kəndində, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 Türkiyyə Respublikasında yaşayırlar. Ana nənəsindən Şəmkir rayonu Mahmudlu kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan ##.##.2025-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında 0,28 ha həyətyanı torpaq sahəsindəki payı miras qalmışdır. ##.##.2006-cı il tarixdə Şəmkir rayon * saylı Notariat Kontorunda 2V-*** №-li reyestrlə qeydə alınmış vəsiyyətnamə əsasında ana nənəsi X6 rayonu Mahmudlu kəndində yerləşən evini, bütün əmlakını, həyətyanı torpaq sahəsini və pay torpağını ona vəsiyyət etmişdir. Ana nənəsinə məxsus həmin həyətyanı torpaq sahəsinin nənəsinin payına düşən hissəsini nənəsinin sağlığında və vəfatından sonra da o faktiki olaraq qəbul edərək əkib becərmiş, ancaq qanunla müəyyən edilmiş müddətdə nənəsinin vəfatından sonra həmin miras əmlaka vəsiyyət üzrə vərəsə olmağına dair şəhadətnamə almamışdır. Yalnız, nənəsinin oğul nəvəsi Cavabdeh həmin miras torpaq sahəsində yerləşən evini torpaq qarışıq satacagı barədə məlumatı eşitdikdən sonra miras torpağa və evə vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün 3-cü şəxsə Şəmkir * saylı xüsusi notariat Ofisinə müraciət etmişdir. Ancaq 3-cü şəxsin ona ünvanladığı ##.##.2025-ci il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair” qərarında nənəsindən miras qalmış, qeyd olunan miras həyətyanı torpaq sahəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə qəbul etməməyinə görə ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, mirası qəbul etməyi faktının müəyyən eilməsinə dair məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Onu da əlavə edir ki, mirasın qəbulu faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edəndən sonra cavabdeh, nənəsinin oğul nəvəsi Cavabdeh ona həmin torpaq sahəsindəki nənəsinin payından istifadəsinə maniəçilik yaratmağa başlamış, həmin torpaq sahəsində əkib-becərdiyi göyərti məhsullarını istifadə etməyinə imkan verməmişdir. Mirasla bağlı mübahisələrinin olmasına görə Məhkəmə (Hakim Həvayət Məhəmmədi) müvafiq qərardadı ilə ərizəni baxılmamış saxlamış və iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması tövsiyyə edilməsinə görə məlum iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməli olmuşdur.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı həmin torpaq sahəsindən istifadə edir. Ana nənəsinə məxsus həmin həyətyanı torpaq sahəsinin nənəsinin payına düşən hissəsini nənəsinin sağlığında və vəfatından sonra da o faktiki olaraq qəbul edərək əkib becərmiş, ancaq qanunla müəyyən edilmiş müddətdə nənəsinin vəfatından sonra həmin miras əmlaka vəsiyyət üzrə vərəsə olmağına dair şəhadətnamə almamışdır. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə cavabdehin mülkiyyətindədir. Iddiaçının nənəsinin oğul nəvəsi Cavabdeh həmin miras torpaq sahəsində yerləşən evini torpaq qarışıq satacağı barədə məlumatı eşitdikdən sonra ona nənəsindən miras qalmış torpaq sahəsinin sənədləşdirilməsinə dair qərar qəbul etmişdir
14. Məhkəmə iclasında cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun bibisi qızıdır. Şəmkir rayonu Mahmudlu kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan ##.##.2025-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında 0,28 ha torpaq nənəsi Vəsilə Yaqubovaya və ona ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olmuşdur. Belə ki, əsgərlikdən gəldikdən sonra onun uşaqları olacağı təqdirdə nənəsi tərəfindən nənəsinə məxsus olan torpaq sahəsinin də onun adına rəsmiləşdiriləcəyi bildirilmişdir. Belə ki, onun himayəsində 9 uşağı vardır. O, elə bilmişdir ki, nənəsi öz payına düşən torpağı ona verəcəkdir, lakin bu barədə heç bir rəsmi vəsiyyətnamə verməmişdir, Ramiyyəyə verilən vəsiyyətnamə haqqında heç bir məlumatı olmamışdır. Atası öldükdən sonra nənəsi onu övladlıq götürmüş və evini ona vermişdir. Nənəsi Vəsilə 2006-cı ildə vəfat etmişdir. İddiaçı hazırda onunla çəpər qonşusudur. Ramiyyə nənəsinə məxsus olmuş torpaq sahəsini öz anası ilə birgə əkib becərir, gəlir əldə edir. Lakin o, Ramiyyənin həmin torpaq sahəsindən istifadəsinə maneəçilik törətməmiş, iddiaçı hazırda nənəsinə məxsus olmuş torpaq sahəsinə sahiblik edir, həmin torpaq sahəsi nənəsinin ölümündən sonra İddiaçı sahibliyində olmuşdur. Lakin bir gün iddiaçının anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 onun hamilə arvadını döymüş və bununla da aralarında narazılıq yaranmışdır. Iddiaçı ilə bağlı heç bir narazılığı olmamış, lakin onun anası ilə mütəmadi olaraq mübahisələri olmuşdur. Nənəsinə məxsus olmuş torpaq sahəinin Ramiyyə tərəfindən istifadə edilməsinə heç bir etirazı yoxdur
15. Məhkəmə iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır. İddiaçı nənəsi X12 rayonu Mahmudlu kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan ##.##.2025-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında 0,28 ha həyətyanı torpaq sahəsindəki payı miras qalmışdır. ##.##.2006-cı il tarixdə Şəmkir rayon * saylı Notariat Kontorunda 2V-*** №-li reyestrlə qeydə alınmış vəsiyyətnamə əsasında Ramiyyənin nənəsi X6 rayonu Mahmudlu kəndində yerləşən evini, bütün əmlakını, həyətyanı torpaq sahəsini və pay torpağını ona vəsiyyət etmişdir. Nəsinə məxsus həmin həyətyanı torpaq sahəsinin nənəsinin payına düşən hissəsini nənəsinin sağlığında və vəfatından sonra da o faktiki olaraq qəbul edərək əkib becərmiş, ancaq qanunla müəyyən edilmiş müddətdə nənəsinin vəfatından sonra həmin miras əmlaka vəsiyyət üzrə vərəsə olmağına dair şəhadətnamə almamışdır. Yalnız, Cavabdeh həmin miras torpaq sahəsində yerləşən evini torpaq qarışıq satacagı barədə məlumatı eşitdikdən sonra iddiaçı miras torpağa və evə vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün 3-cü şəxsə Şəmkir * saylı xüsusi notariat Ofisinə müraciət etmişdir. Ancaq 3-cü şəxsin ona ünvanladığı ##.##.2025-ci il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair" qərarında iddiaçı nənəsindən miras qalmış, qeyd olunan miras həyətyanı torpaq sahəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə qəbul etməməyinə görə ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, mirası qəbul etməyi faktının müəyyən eilməsinə dair məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Iddianın təmin edilməsini xahiş edir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Şəmkir Rayon * saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim – Nazlı Heydərova) ilə, iddianın təmin edilməsi, ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh ilə X11 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Yeniabad kəndi Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin X11 payına düşən 0,14 ha hissəsindən ibarət miras əmlakı mərhum X11 vəsiyyət üzrə vərəsəsi kimi İddiaçı tərəfindən faktiki qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakı üzərində İddiaçı tam payı müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsümunun iddiaçıya aid edilməsi qət edilmişdir.
18. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X11 rayonu, Yeniabad kəndi, Ü.Hacıbəyli küçəsi, giriş 28 ünvanında yerləşən Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan 0,28 ha həyətyanı torpaq sahəsinin ona düşən hissəsini iddiaçı İddiaçı vəsiyyət etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, İddiaçı X11 mirasından pay almaq hüququna malikdir və onun miras qoyanın payı həcmində pay almaq hüququ tanınmalıdır. Həmçinin, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq X11 öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən miras əmlak olan Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin iddiaçının nənəsinin payına düşən 0,14 ha hissəsi miras qoyanın vəsiyyətnamə üzrə vərəsəsi olan nəvəsi İddiaçı tərəfindən qəbul edilmiş və o, həmin əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışdır. Qeyd olunanlar işin faktiki halları ilə öz təsdiqini tapmışdır.
19. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh ilə X11 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Yeniabad kəndi Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin X11 payına düşən 0,14 ha hissəsindən ibarət miras əmlaka vəsiyyət üzrə vərəsə kimi İddiaçı tam payı müəyyən edilməli və İddiaçı həmin həyətyanı torpaq sahəsi üzərində mirası qəbul etmə faktı müəyyən edilməlidir.
20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1151.2, 1159.1-1159.1.1, 1166, 1167, 1170, 1179.1, 1180.1, 1180.2, 1243.1, 1243.2, 1255, 1274 və 1275-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
21. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
22. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı İddiaçı onun bibisı qızıdır. X7 həm onun, həm də iddiaçının nənəsidir. Şəmkir rayonunun Mahmudlu kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan ##.##.2025-ci il tarixli HDQH DƏDR-dən çıxarış əsasında 0.28 ha horpaq sahəsi həm ona, həm də X7ya mülkiyyət hüququ ilə məxsus olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsində o fərdi yaşayış evi tikmiş və həmin evdə o öz ailə üzvləri ilə birlikdə yaşayır. O mərhum nənəsi ilə birlikdə yaşamış və nənəsi onu övladlığa götürmüşdür. O nənəsinin sağlığından nənəsilə bir təsərrüfatda yaşamış və onun ölümündən sonra da miras əmlakı qəbul edib, idarə etmişdir. Nə mərhum nənəsinin sağlığında, nə də mərhum nənəsinin vəfatından sonra onun və nənəsinin mülkiyyətində olan torpaq sahəsi naturada bölünməmişdir. Eyni zamanda mərhum nənəsi vəsiyyətnamə qoyan zaman onun mülkiyyətində əmlak olmadığı üçün, iddiaçı mərhum nənəsi tərəfindən qoyulmuş vəsiyyətnamə ilə miras əmlaka vərəsə tanına bilməz. Çünki, qanun normasının tələbinə görə daşınmaz əmlakla bağlı sərəncam hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən yaranır. Bu səbəbdən də hesab edir ki, mərhum nənəsindən qalan miras əmlakın iddiaçı tərəfindən vəsiyyət üzrə vərəsə olaraq qəbul edilməsi faktını məhkəmə müəyyən etməkdə haqlı olmamışdır. Əvvala ona görə ki, məhkəmə hazırkı iddiaya baxanda mərhum Vəsilə Mahmudovanın bütün vərəsələrini maraqlı şəxs olaraq mübahisənin həllinə cəlb etməmişdir. Bununla da məhkəmə həm maddi hüquq normalarını, həm də prosessual hüquq normalarını kobudluqla pozmuşdur. Buna görə də mübahisə predmeti olan qətnamənin ləğvo lunmasını və iddia tələbinin təmin olunmamasını istəyir. Iş materiallarından da göründüyü kimi mərhumdan qalan daşınmaz əmlakla bağlı mülkiyyət hüququ 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Vəsiyyətnamə isə mərhum tərəfindən 2006-cı ilin avqust ayının 16-da imzalanmışdır. Bu səbəbdən də həmin vəsiyyətnamə heç bir hüquqi nəticə doğurmamalıdır. Eyni zamanda hesab edir ki, mərhumun bütün vərəsləri hazırkı iddia tələbi ilə bağlı tərəf kimi işə cəlb olunmalı və o da mirası qəbul edib, idarə etdiyi üçün miras əmlakdan pay almalıdır. Məhkəmənin mübahisə predmeti olan qətnaməsi isə məni miras əmlakdan məhrum edir. Eyni zamanda iş materiallarından da aydın görünür ki, miras əmlak mərhumla onun paylı mülkiyyətində olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdeh ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı onun bibisi qızıdır. Şəmkir rayonu Mahmudlu kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan ##.##.2025-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında 0,28 ha torpaq nənəsi Vəsilə Yaqubovaya və ona ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olmuşdur. Belə ki, əsgərlikdən gəldikdən sonra onun uşaqları olacağı təqdirdə nənəsi tərəfindən nənəsinə məxsus olan torpaq sahəsinin də onun adına rəsmiləşdiriləcəyi bildirilmişdir. Belə ki, onun himayəsində 9 uşağı vardır. O, elə bilmişdir ki, nənəsi öz payına düşən torpağı ona verəcəkdir, lakin bu barədə heç bir rəsmi vəsiyyətnamə verməmişdir, Ramiyyəyə verilən vəsiyyətnamə haqqında heç bir məlumatı olmamışdır. X1 1995ci ildə vəfat etdikdən sonra nənəsi onu övladlıq götürmüş və evini ona vermişdir. Nənəsi 2007ci ildə ölmüşdür. Nənəsi ölən zaman 13-14 yaşı olmuşdur. Nənəsi öldükdən sonra bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 öz ailəsi ilə birlikdə nənəsinə məxsus həmin evdə onunla birgə yaşayırdılar. Həmin zaman Zilxumarın qızı və oğlu da onlarla yaşayırdılar. Digər nənəsinin övladları evə qonaq kimi gəlib gedirdilər. Iddiaçı onunla hazırda çəpər qonşudurlar. Ramiyyə nənəsinə məxsus olmuş torpaq sahəsini öz anası ilə birgə əkib-becərir və gəlir əldə edirlər. O Ramiyyənin həmin torpaq sahəsindən istifadəsinə heç bir maneçilik törətməmişdir. Bibisi Zilxumar ilə mütəmadi mübahisələri olur. Bibilərindən biri olan Məlahət hazırda Türkiyə Respublikasında işləməklə orada yaşayır. Bundan başqa bibisi Iradə Şəmkir şəhərində yaşayır. Digər bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 qonşuluqda yaşayır. X2 Ismayıl oğlu da vəfat edib və öləndə Şəmkir rayonu Keçili kəndində yaşayırdı. X8 uşaqları da var. Əmisi içkiyə meyilli olduğu üçün ailəsi sonradan dağılmış və buna görə də ailəsi ilə ayrı yaşamışlar. Uşaqları isə Gəncə şəhərində yaşayırlar. Nənəsi öldükdən sonra Əsgərliyə gedib gəlmiş və sonra isə 2013-cü ildə evlənmişdir. Əmisi arvadının adının adı Zibər olmuşdur, lakin soyadını bilmir. Əmisi uşaqlarının adları Aynur, Pərvanə Könül və Əvəz olmuşdur. Hamısı evlidir və Gəncə şəhərində yaşayırlar. Yalnız əmisiqızı olan Könül Gürcüstan Respublikasında yaşayır. Məlahət beş ildir ki, Türkiyə Respublikasında yaşayır.
25. Iddiaçı ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, nənəsi ona vəsiyyətnamə vermişdir. Ana nənəsinə məxsus həmin həyətyanı torpaq sahəsinin nənəsinin payına düşən hissəsini nənəsinin sağlığında və vəfatından sonra da o faktiki olaraq qəbul edərək əkib becərmiş, ancaq qanunla müəyyən edilmiş müddətdə nənəsinin vəfatından sonra həmin miras əmlaka vəsiyyət üzrə vərəsə olmağına dair şəhadətnamə almamışdır. Nənəsinin vəfatından sonra da həmin evdə yaşamışdır. Atasının özünə məxsus evi olmamışdır və buna görə də nənəsinin evində yaşamışlar.
26. Üçüncü şəxs Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızı ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, mərhum X11 onun anasıdır. Anası ilə birlikdə yaşamışdır. Öz qızı olan iddiaçı Ramiyyə onlara baxmışdır. O hazırda torpaq sahəsindən əkini davam etdirmək istəyir. Anası Vəsilə ilə birlikdə yaşamışdır. O birinci səfər 1980-ci ildə ailə qurmuşdur. Daha sonra ayrılmış və 1995-ci ildə ikinci dəfə ailə həyatı quran zaman anasının yanında yaşamışdır. Qardaşı da o zaman subay olmuşdur. 1998-ci ildə həyət torpağı götürmüşdür və bir il sonra ora köçmüşdür. Daha sonra ailə dağılmış və bacı-qardaşları müxtəlif yerlərə dağılmışlar. O isə evdə qalaraq yaşamışdır. Qardaşı Nizamini də Məlahət tutdurmuşdur. Nizami 1984-cü ildə həbs olduqdan sonra anası Vəsilənin yanına gəlmişdir. Anası tək olduğu üçün o da onun yanında qalmışdır.
27. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahata oxşar izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
28. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
29. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o əvvəllər Şəmkir rayonu Kür qəsəbəsində yaşamışdır. Hazırda beş ildir ki Türkiyə Respublikasında yaşamaqla orada işləyir. Anası Vəsilə ölən zaman anası ilə birlikdə yaşamış və həmin məhləyə baxmışdır. Anası öldükdən sonra ailəyə baxmışdır. Torpaq sahəsində daimi yaşamamışdır və həmin əraziyə gəlib getmişdir. Anası vəfat etdikdən sonra evdə heç kəs yaşamamışdır. Atası və anasını da o dəfn elətdirmişdir. Evə gedib gəlmişdir. Səhər gedib axşam da qayıtmışdır. Zilxumar dolana bilməyi üçün həmin torpaq sahəsini əkinlə məşğul olmaq üçün vermişlər. X9 ruhi xəstə olmuş və fərqli yerlərdə qalmışdır. Belə ki, qonşu kəndlərdə işləmiş və elə işlədiyi yerlərdə də qalmışdır. Ayda bir dəfə gələrdi ya yox.
30. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o hazırda Gürcüstan Respublikasının Tiflis şəhərində yaşayır. O atası Vidadi Yaqubovun ikinci ailə həyatından doğulmuş uşağıdır. Atası içki bağımlısı olduğu üçün başqa yerdə yaşayırdı. Atası mübahisəli evdə yaşamamışdır və sadəcə gəlib getmişdir. O nənə yurdunda böyümüşdür və sonra isə ərə gedib həmin evdən çıxmışdır. Lakin, daha sonra kəndə qayıtdıqdan sonra isə Zilxumar evə girməyə qoymamışdır. Bu zaman nənəsi sağ olmuşdur. Atası ölən zaman Gürcüstan Respublikasında olmuşdur.
31. Maraqlı şəxs Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, anası ölən zaman Nizami yoxdu idi, anasından qabaq ölmüşdür. Anası öldükdən qardaşı Vidadi evdə yaşayırdı. Lakin, daha sonra Məlahət qardaşını evdən çıxartdırmışdır. Vidadi Məlahətə görə evə gələ bilmirdi. Gəldikdə isə mübahisələr düşürdü. Vidadi arvadı ilə çoxdan boşanıb amma tarixi dəqiq yadında deyildir.
32. Üçüncü şəxslər Şəmkir Rayon * saylı Notariat Ofisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakı təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyinetməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyənedilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
39. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
40. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
41. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
42. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
43. Maddə 1159.2. Ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
44. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həmvərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
45. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
46. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
47. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın. notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
48. Maddə 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miraspaylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
49. Maddə 1176.1. vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və yahamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
50. Maddə 1193. vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin)vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
51. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalıməqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
52. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgərvəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
53. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
54. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.
55. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
56. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
57. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
58. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (zamana görə qüvvədə olan redaksiyada)
59. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
60. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (zamana görə qüvvədə olan redaksiyada)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarı
61. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarı
62. ... Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il # ###### tarixli Qərarı).
63. O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
64. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarınınhəmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı
65. Vərəsəlik hüquq normaları nəzərdən keçirilərkən vərəsəliyin sosial-iqtisadi mahiyyətini, onun hüquqi məzmununu və hüquqi tənzimlənməsinin xarakterini müəyyən edən vərəsəlik hüququnun prinsiplərinin mühüm əhəmiyyət kəsb etdiyi aydın görünür. Bu prinsiplər vərəsəlik hüququnun əsasını təşkil etməklə, şəxsin ölümü nəticəsində onun əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı yaranan vərəsəlik münasibətlərini tənzimləyən hüquq normalarında ifadə olunmuş əsas ideyalar və rəhbər başlanğıclardır. Vərəsəliyin hüquqi nizamlanması məhz həmin prinsiplərin vasitəsilə həyata keçirilir. Vərəsəlik hüquq prinsiplərinə vəsiyyət azadlığı, vərəsəliyin mühafizəsi, növbəlik, ailə mənafeyinin qorunması, miras paylarının bərabər olması, miras əmlakın vərəsəlik hüququ üzrə dövlətə keçməsi kimi prinsiplər aiddir. Mülki hüquq nəzəriyyəsində və mülki qanunvericilikdə vərəsəliklə bağlı normalarda əks olunmuş bu prinsiplərdən məhz növbəlik, ailə mənafeyinin qorunması, miras əmlakın dövlətə keçməsi kimi qaydalar qanun üzrə vərəsəlik institutunda özünü biruzə verir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibətiilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
66. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
72. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
73. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
74. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
75. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
79. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – “##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh ilə X11 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Yeniabad kəndi Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin X11 payına düşən 0,14 ha hissəsindən ibarət miras əmlakı mərhum X11 vəsiyyət üzrə vərəsəsi kimi İddiaçı tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilməsi və həmin miras əmlak üzərində İddiaçı tam payı müəyyən edilməsi” hissəsində dəyişdirilməli, miras əmlakı üzərində İddiaçı 2/4 hissədə və Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızının 2/4 hissədə payları müəyyən edilməlidir.
81. Belə ki, iş materiallarından görünür ki, X11 ## ###### 2007-ci il tarixdə ölmüş və onun ölümü ilə miras açılmışdır. Miras qoyanın sağlığında ## ###### 2006-cı il tarixdə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə ilə ona məxsus bütün əmlakını, o cümlədən yaşayış evini, həyətyanı torpaq sahəsini və digər əmlakını nəvəsi İddiaçı vəsiyyət etdiyi iş materiallarında olan vəsiyyətnamə ilə təsdiq olunur. Mübahisə predmeti olan miras əmlak ünvan 3 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin miras qoyana məxsus payından ibarətdir. Həmin torpaq sahəsinin miras qoyana aid olan 1/2 hissəsi, yəni 0,14 ha hissəsi miras əmlakı təşkil edir və hazırkı mübahisə də məhz həmin pay üzərində yaranmışdır.
82. Həmçinin müəyyən edilmişdir ki, miras qoyanın beş övladı olmuşdur. Bunlar Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızı, Cəfərova (Yaqubova) Iradə Ismayıl qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, Yaqubov Vidadi Ismayıl oğlu və X5r. Cavabdehin X1 miras açılmamışdan əvvəl, ## ####### 1995-ci il tarixdə vəfat etmiş, Yaqubov Vidadi Ismayıl oğlu isə miras açıldıqdan sonra ## ###### 2013-cü il tarixdə vəfat etmişdir. Iddiaçı İddiaçı mərhum X11 nəvəsi olmaqla, vəsiyyətnamə üzrə vərəsədir.
83. Bundan başqa, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mərhum Yaqubov Vidadi Ismayıl oğlu ikinci nikahda olmuş, onun hüquq varisləri həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 olmuşdur. Həmin şəxslər apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasının protokol qərardadı ilə iş üzrə maraqlı şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
84. Iş üzrə toplanmış sübutlar və məhkəmə iclaslarında verilmiş izahatlar məcmu halında qiymətləndirildikdə müəyyən edilir ki, miras qoyanın ölümündən sonra onun qızı Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızı miras qoyanla birlikdə yaşamaqda davam etmiş, mübahisəli əmlakdan istifadə etmiş, həmin əmlakı idarə etmiş və faktiki sahiblik etmişdir. Eyni zamanda iddiaçı İddiaçı da həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarda mübahisəli torpaq sahəsini uzun illər əkib-becərdiyini, həmin əmlaka faktiki sahiblik etdiyini bildirmiş, bu hal cavabdehin izahatı ilə də təsdiq edilmişdir.
85. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
86. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
87. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
88. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.
89. Ilk öncə qeyd olunmalıdır ki, mərhum X11 ##.##.2007-ci ildə, övladlarından X5 ##.##.1995-ci ildə, Yaqubov Vidadi Ismayıl oglu isə ##.##.2013-cü ildə vəfat etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
90. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
91. Göstərilənlərin təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
93. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının anası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır.
94. Iddiaçının mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini
95. ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.
96. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Işin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.
97. Məhkəmə qeyd edir ki, mərhum X11 qızı Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızı miras qoyanla uzun müddət birlikdə yaşamış, onun ölümündən sonra da mübahisəli əmlakdan istifadəni davam etdirmiş, həyətyanı torpaq sahəsini becərmiş, həmin əmlak üzərində faktiki sahiblik və idarəçilik həyata keçirmişdir. Bu hallar həm iddiaçının, həm cavabdehin, həm də məhkəmə iclasında izahat vermiş digər maraqlı şəxslərin ifadələri ilə qarşılıqlı şəkildə təsdiq olunur.
98. Bu səbəbdən məhkəmə Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızının Mülki Məcəllənin 1243.2-ci maddəsinin mənasında mirası faktiki qəbul etdiyi qənaətinə gəlir.
99. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı mərhumun vəsiyyət üzrə vərəsəsi olmaqla, miras qoyanın sağlığında və ölümündən sonra mübahisəli torpaq sahəsini becərmiş, həmin torpaq sahəsindən istifadə etmiş, miras əmlakına faktiki sahiblik etmişdir. Cavabdeh Cavabdeh da həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarda iddiaçının və onun anası Zilxumarın həmin torpaq sahəsini uzun illər istifadə etdiklərini təsdiq etmişdir.
100. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı da Mülki Məcəllənin 1243.2-ci maddəsinə uyğun olaraq mirası faktiki qəbul etmişdir.
101. Iş materialları ilə həmçinin müəyyən olunur ki, miras qoyanın oğlu Yaqubov Vidadi Ismayıl oğlu miras açıldığı vaxt sağ olmuş, sonradan vəfat etmişdir. Məhkəmə iclaslarında verilmiş izahatlardan görünür ki, o, müxtəlif vaxtlarda mübahisəli əmlakla əlaqəsini saxlamış, həmin evə gəlib-getmiş və miras əmlakı ilə hüquqi və faktiki bağlılığını itirməmişdir. Buna görə də məhkəmə Yaqubov Vidadi Ismayıl oğlunun da mirası qəbul etmiş şəxs olduğu qənaətinə gəlir.
102. X3 Ismayıl oğlunun ölümündən sonra onun hüquq varisləri olan həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Vidadidən keçən vərəsəlik hüququnu qəbul etmələrini təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Əksinə, məhkəmə iclaslarında verilən izahatlardan görünür ki, onlar mübahisəli əmlakda yaşamamış, həmin əmlaka sahiblik və ya idarəçilik etməmiş, mirası qəbul etdiklərini göstərən hər hansı faktiki hərəkətlər həyata keçirməmişlər.
103. Bundan başqa, miras qoyanın digər övladları olan Cəfərova (Yaqubova) Iradə Ismayıl qızının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 da miras əmlakına sahiblik etmələri, onu idarə etmələri, yaxud mirası qəbul etməyə yönəlmiş hər hansı hərəkətlər etmələri iş materiallarında olan sübutlarla təsdiq edilmir. Məhkəmə iclaslarında verilmiş izahatlar da onların yalnız ara-sıra həmin ünvana getmələrini göstərir ki, bu hal özlüyündə Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbləri baxımından mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz.
104. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna əsasən müəyyən edir ki, mərhum X11 qalmış miras əmlakı vəsiyyət üzrə vərəsə İddiaçı, qanun üzrə vərəsə Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızı və miras açıldığı dövrdə qanun üzrə vərəsə olan Yaqubov Vidadi Ismayıl oğlu tərəfindən faktiki qəbul edilmiş, digər qanun üzrə vərəsələrin, habelə Yaqubov Vidadi Ismayıl oğlunun hüquq varislərinin isə həmin mirası Mülki Məcəllənin 1243-cü maddəsində nəzərdə tutulmuş qaydada qəbul etmələri sübuta yetirilməmişdir.
105. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar və tətbiq edilməli maddi hüquq normaları baxımından miras əmlak üzərində payların müəyyən edilməsi zamanı həm vəsiyyət azadlığı prinsipi, həm də qanunla qorunan məcburi pay hüququ eyni vaxtda nəzərə alınmalıdır.
106. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını tamamilə və ya bir hissəsini istənilən şəxsə vəsiyyət edə bilər. Bununla yanaşı, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən miras qoyanın uşaqları, valideynləri və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay hüququ vardır. Həmin Məcəllənin 1195 və 1196-cı maddələrinin tələblərinə əsasən isə məcburi pay müəyyən edilərkən qanun üzrə vərəsə ola biləcək bütün şəxslər nəzərə alınmalıdır.
107. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, vəsiyyət azadlığı vərəsəlik hüququnun əsas prinsiplərindən biri olsa da, bu prinsip qanunla müəyyən edilmiş məcburi pay hüququnun təmin olunmasını istisna etmir və həmin hüquqlar arasında ədalətli tarazlıq qorunmalıdır.
108. Hazırkı iş üzrə müəyyən olunur ki, miras qoyan X11 bütün əmlakını vəsiyyət üzrə iddiaçı İddiaçı vəsiyyət etmişdir. Bununla belə, miras açıldığı zaman miras qoyanın sağ olan övladlarından Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızı və Yaqubov Vidadi Ismayıl oğlu Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən məcburi pay hüququna malik olmuşlar. Iş üzrə toplanmış sübutlarla həmin şəxslərin mirası faktiki qəbul etdikləri də müəyyən edilmişdir. Buna görə də onların məcburi pay hüquqları qanunla qorunmalı və vəsiyyət üzrə vərəsənin hüququ müəyyən edilərkən nəzərə alınmalıdır.
109. Məhkəmə nəzərə alır ki, məcburi pay ayrıldıqdan sonra miras əmlakının qalan hissəsi miras qoyanın iradəsinə uyğun olaraq vəsiyyət üzrə vərəsəyə keçir. Bu baxımdan mübahisəli miras əmlakı üzərində vəsiyyət üzrə vərəsə İddiaçı hüququ məcburi paylar çıxıldıqdan sonra müəyyən edilməlidir.
110. Məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edəninuşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
111. Məhkəmə kollegiyası əvvəlcə bu normada nəzərdə tutulan məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salmağı vacib hesab edir.
112. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.
113. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir.
114. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
115. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır.
116. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz.
117. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi vəmənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.
118. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.
119. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüquqa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır.
120. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. Istisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür.
121. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir.
122. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər.
123. Məhkəmə təcrübəsində əksər hallarda məcburi payın pozulub-pozulmadığı aydınlaşdırılmadan vəsiyyət edilən (bağışlanan) hər predmetdən vərəsələrə pay tanınır. Halbuki, qanunda bu məzmunda bir norma mövcud deyil.
124. Bu məsələ ilə bağlı məhkəmə vurğulayır ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı.
125. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
126. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburipayın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır.
127. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır.
128. Bununla yanaşı, iş materialları ilə müəyyən olunur ki, məcburi pay hüququna malik olan Yaqubov Vidadi Ismayıl oğlu sonradan vəfat etmişdir. Mülki Məcəllənin vərəsəliklə bağlı ümumi müddəalarına əsasən onun əmlak hüquqları öz vərəsələrinə keçə bilər. Lakin belə hüququn həyata keçirilməsi üçün həmin şəxslər Vidadidən açılmış mirası qanunda nəzərdə tutulmuş qaydada qəbul etməlidirlər.
129. Iş üzrə araşdırılmış sübutlarla isə müəyyən edilir ki, Yaqubov Vidadi Ismayıl oğlunun ikinci nikahdan olan həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Vidadidən açılmış mirası qəbul etdiklərini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Əksinə, verilmiş izahatlardan görünür ki, mübahisəli əmlakda yaşamamış, həmin əmlaka sahiblik və idarəçilik etməmiş, miras əmlakına münasibətdə Mülki Məcəllənin 1243.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri həyata keçirməmişlər.
130. Belə olan halda, Vidadinin məcburi pay hüququnun onun hüquq varislərinə keçməsi üçün zəruri olan hüquqi əsaslar mövcud olmadığından həmin hüququn həmin şəxslər tərəfindən əldə edildiyi hesab edilə bilməz.
131. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş materialları ilə mərhum Yaqubov Vidadi Ismayıl oğlunun miras qoyan X11 qalmış miras əmlakı faktiki qəbul etməsi müəyyən edilir. Belə ki, onun miras açıldıqdan sonra mübahisəli əmlakla faktiki əlaqəsini davam etdirməsi, həmin əmlaka münasibətdə vərəsə kimi davranması məhkəmə iclaslarında verilmiş izahatlarla öz təsdiqini tapmışdır. Bununla da Yaqubov Vidadi Ismayıl oğlunda miras əmlakı üzərində məcburi pay hüququ yaranmışdır.
132. X3 Ismayıl oğlunun sonradan vəfat etməsi ilə əlaqədar onun əldə etdiyi həmin əmlak hüququ artıq Vidadidən açılmış mirasın tərkibinə daxil olmuşdur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu bütün əmlak hüquqlarının və vəzifələrinin məcmusu daxildir. Buna görə də Yaqubov Vidadi Ismayıl oğlunun Vəsilə Yaqubovadan əldə etdiyi məcburi pay hüququ da onun mirasının tərkib hissəsini təşkil etmişdir.
133. Iş materialları ilə müəyyən edilir ki, Yaqubov Vidadi Ismayıl oğlunun həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Vidadidən açılmış mirası qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etdiklərini təsdiq edən mötəbər sübut təqdim etməmiş, onların Vidadiyə məxsus əmlaka sahiblik etmələri, onu idarə etmələri və ya notariat orqanına mirasın qəbul edilməsi barədə müraciət etmələri müəyyən edilməmişdir.
134. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbə qanun üzrə vərəsələr ölənin bacıları və qardaşlarıdır. Iş materiallarından görünür ki, Yaqubov Vidadi Ismayıl oğlunun mirası üzrə onun bacısı Rzayeva (Yaqubova) X20 qalmış hüquqların qəbul edilməsinə mane olan hər hansı hal olmadan həmin əmlakla bağlı faktiki sahiblik və idarəçiliyi davam etdirmiş, mübahisəli əmlakdan istifadə etmiş və Vidadinin mirası ilə bağlı hüquqlarını həyata keçirmişdir.
135. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Yaqubov Vidadi Ismayıl oğlunun Vəsilə Yaqubovadan qəbul etdiyi məcburi pay hüququ onun birinci növbə vərəsələri tərəfindən qəbul edilmədiyindən, həmin hüquq Vidadidən açılmış miras üzrə qanunla müəyyən edilmiş növbəlilik qaydasında ikinci növbə vərəsə olan bacısı Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızına keçmiş hesab edilməlidir. Odur ki, Zilxumarın əvvəllər malik olduğu məcburi paya əlavə olaraq Vidadiyə məxsus payın da ona aid edilməsi nəticəsində mübahisəli miras əmlakı üzərində onun payının 2/4 hissə həcmində müəyyən edilməsi işin faktiki halları və tətbiq edilməli maddi hüquq normalarına uyğun hesab edilir.
136. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
137. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – “##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh ilə X11 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Yeniabad kəndi Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin X11 payına düşən 0,14 ha hissəsindən ibarət miras əmlakı mərhum X11 vəsiyyət üzrə vərəsəsi kimi İddiaçı tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilsin və həmin miras əmlakı üzərində İddiaçı tam payı müəyyən edilməsi” hissəsində dəyişdirilməli, miras əmlakı üzərində İddiaçı 2/4 hissədə və Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızının 2/4 hissədə payları müəyyən edilməlidir.
138. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarı qəbul edilmiş və vərəslik hüquq münasibətləri ilə bağlı həmin tarixdən sonra mirasdan imtinaya dair qaydalar müəyyən edilmişdir.
139. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
140. Qeyd edildiyi kimi miras qoyanlar ## ###### 2023-cü il tarixədək ölmüş və hazırki iş ##.##.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarı qəbul edildiyi ## ###### 2023-cü il tarixdə qəbul edilmiş və hazırki iş məhkəmələrin icraatında olmamışdır.
141. Bu səbəbdən də hazırki iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarının təsir dairəsinə düşmür.
142. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər.
143. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.3, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi – “##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh ilə X11 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Yeniabad kəndi Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin X11 payına düşən 0,14 ha hissəsindən ibarət miras əmlakı mərhum X11 vəsiyyət üzrə vərəsəsi kimi İddiaçı tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilsin və həmin miras əmlakı üzərində İddiaçı tam payı müəyyən edilməsi” hissəsində dəyişdirilsin. ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh ilə X11 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Yeniabad kəndi Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin X11 payına düşən 0,14 ha hissəsindən ibarət miras əmlakı mərhum X11 vəsiyyət üzrə vərəsəsi kimi İddiaçı tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilsin. Həmin miras əmlakı üzərində İddiaçı 2/4 hissədə və Rzayeva (Yaqubova) Zilxumar Ismayıl qızının 2/4 hissədə payları müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.