Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-587/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi və Gəncə * saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehin ilk iddiasının qismən təmin edilməsi, onun övladı ##.##.2021-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 10-00-dan gecə onun yanında qalmaqla bazar günü saat 18-00-dək cavabdehin iştirakı olmadan ünsiyyət hüququnun həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbinə dair qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi və hər iki iddiaya bir icraatda baxılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə, ilk və qarşılıqlı iddia tələbləri təmin edilmiş, ## ###### 2023-cü il tarixli, MŞG//*-***** nömrəli Barışıq Sazişi ilə ##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulma üsulunun dəyişdirilməsi, ##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməsi, aliment tutulmasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan icraya yönəldilməsi, ilk iddia üzrə ödənilmiş mediasiya xərcinin ilk iddiaçıya aid edilməsi, ##.##.2021-ci il təvəllüdlü X1 atası Cavabdeh ilə hər həftənin şənbə günü saat 11:00-dan 14:00dək görüşüb ünsiyyətdə olması hüququnun təmin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvanda hər həftənin şənbə günü saat 11:00-da İddiaçı tərəfindən Cavabdeh, həmin gündə saat 14:00-da isə eyni ünvanda Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. Ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ##.##.2026-cı il tarixdə EMIS – Elektron Məhkəmə Informasiya Sistemi vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə, ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, ötürülmüş prosessual müddətin bərpa edilməsi və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin alimentin əmək haqqına yönləndirilməsi barədə mülki iş üzrə *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir və ondan apellyasiya qaydasında ##.##.2026-cı il tarixində şikayət vermişdir. Şikayəti kağızda məhkəməyə əyani təqdim etmək istəsə də, kargüzarlıqda çalışan xanımlar şikayəti Elektron Məhkəmə sistemi vasitəsilə göndərməli olduğunu bildirmişlər. O da, bütün lazım olan məlumatları daxil etmişdir. Sonda təsdiq düyməsini də basıb təsdiqləmişdir. O vaxtdan mütəmadi olaraq sistemə girib baxmışdır. Bu gün görmüşdür ki, iş icraya yönəldilmişdir. Əlaqə saxladıqda ona sənədi ASAN imza ilə imzalamalı olduğu məlum olmuşdur. Onu çaşdıran məlumatların içərisində imzalayan şəxs kimi adının çıxması olmuşdur. Lakin, elektron sistem barədə məlumatsızlığı üzündən apellyasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddətdə verə bilməmişdir. Bu səbəbdən də, buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü sayılması və şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Zaman Imanov) ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi əsassız olduğundan rədd edilmiş və həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsi ##.##.2026-cı il, *(***)- ****/**** saylı qərardadı ilə onun prosesual müddətin bərpası ilə bağlı müraciətini əsassız olaraq rədd etmişdir. Qeyd edir ki, hakim Zaman Imanovun qəbul etdiyi qətnaməsi kimi, qərardadı da, müvafiq qanunverilik aktlarının kobud şəkildə pozulmasıdır. Qeyd edir ki, ##.##.2026-cı il tarixində Gəncə Şəhər Məhkəməsində 2(125)- ****/**** saylı qətnaməsi ilə Ailə Məcəlləsinin və AMP-nun və KMP-nun qərarlarının əksinə olaraq hakim Zaman Imanov barəsində ədalətsiz qərar qəbul etmişdir. Qeyd edir ki, qətnamə Elektron Məhkəmə sisteminə ##.##.2026-cı il tarixində axşam saatlarında sistemə yüklənmişdir. Halbuki, MPM-nin 227.2-ci maddəsində deyilir: Qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır. Hesabladıqda: 10 iş günü 21 yanvar tarixində bitir. 227.4. maddədə isə: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. 3 təqvim günündən söhbət getdiyini nəzərə aldıqda bu tarix ## ###### 2026-cı il edir. Buna baxmayaraq ona müddətin ötürülməsini qəsdən edilməsini irad bildirən hakim özü prosesual müddətləri görməzdən gəlir və MPM-nin maddələrinə uyğun hərəkət etmir. Gəncə Şəhər Məhkəməsinin alimentin əmək haqqına yönləndirilməsi barədə mülki iş üzrə *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, “##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin.” Qeyd edir ki, o, məhkəmə qərarı ilə digər övladına gəlirlərin 4/1 miqdarında aliment ödəyir. ##.##.2026-cı il tarixində Gəncə Şəhər Məhkəməsində *(***)-****/****-*** nömrəli iş üzrə hakim Zaman Imanovun sədrliyi ilə məhkəmə keçirilmişdir. Məhkəmədə hakim qərəzli şəkildə Ailə Məcəlləsini, Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin qərarlarını heçə sayaraq barəsində əsassız qətnamə qəbul etmişdir. Cavabdeh olduğu iş üzrə qətnamə ##.##.2026-cı il tarixində elektron məhkəmə sistemi vasitəsilə ona çatdırılmışdır. O, iş üzrə məhkəmədə də apellyasiya şikayəti verəcəyini qeyd etmişdir. Qətnaməni aldığı tarixdən təxmini 1 həftə sonra apellyasiya şikayətini məhkəmənin dəftərxanasına təqdim etmək istəsə də, ona müraciətin yalnız Elektron Məhkəmə portalı üzərindən verilməli olduğunu bildirmişlər. ##.##.2026-cı il tarixində Elektron Məhkəmə sistemi üzərindən apellyasiya şikayəti ərizəsini yazmışdır. Bütün lazımi bölmələri doldurub, sonda təsdiq düyməsini sıxaraq təsdiqləmişdir. Sonra imzalayan şəxs bölməsində öz məlumatlarını görəndən sonra arxayın şəkildə sistemdən çıxmışdır. Daha sonra dəfələrlə sistemə daxil olub prosesin nə yerdə olduğuna baxmışdır. ##.##.2026-cı ildə Elektron Məhkəmə sisteminə giriş edərkən qətnamənin ##.##.2026-cı il tarixində qüvvəyə mindiyi barədə məlumatın şahidi olmuşdur. Dərhal yerli məhkəmə ilə əlaqə saxlamışdır. Məlum olmuşdir ki, onun müraciəti məhkəməyə çatmamışdır. O, Məhkəmə-Hüquq Şurasının qaynar xətti ilə əlaqə saxlayanda ona Elektron (Asan) imza və ya Sima imza ilə sənədləri təsdiq etməli olduğunu bildirmişlər. Bu barədə heç bir yerdə xəbərdarlıq qarşına çıxmamışdır. O cümlədən Sistemdə istifadə qaydaları və ya təlimata rast gəlməmişdir. Öyrədici heç bir köməkçi və ya video-çarx tapa bilməmişdir. Qaynar xəttin təklifi ilə Gəncə Şəhər Məhkəməsinə müddətin bərpası ilə bağlı müraciət etmişdir. Hakim Zaman Imanov faktları yenə görməzdən gələrək, qərəzli sürətdə onun müraciətini rədd edən qərardad çıxardı. Elektron Məhkəmə sistemi vətəndaşların və məhkəmələrin işlərini asanlaşdırmaq, sənəd dövriyyəsinə nəzarət etmək üçün yaradılsa da, sistemdə olan çatışmazlıqlar onun kimi vətəndaşların hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il, 01 iyun tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında əsasnamənin 7.2.24 bəndində “Informasiya sisteminin fəaliyyətini bu Əsasnamənin 1.2-ci bəndində göstərilən normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, onun formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına, arxivləşdirilməsinə, dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsinə nəzarət etmək;” 7.2.25 bəndində isə “iştirakçılara və istifadəçilərə Informasiya sisteminin iş prinsipi və funksional imkanları haqqında məlumat vermək, metodiki kömək göstərmək.” qeyd olunsa da sistemdə bu prinsiplərlə bağlı çatışmamazlıqlar vardır. Elektron Məhkəmə sisteminin iş prinsipi və funksional imkanları barədə köməkçi məlumatların olmaması ucbatından onun pozulmuş apellyasiya məhkəməsinə müraciət hüququnu ##.##.2026-cı il tarixindən (təsdiqlənmə tarixi) hesablanmaqla bərpa edilməsini xahiş edir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsidə özü də qeyd etmişdir ki, apellyasiya qaydasında şikayətini ##.##.2026-cı il tarixində şikayət vermiş, şikayəti kağızda məhkəməyə əyani təqdim etmək istəsə də, kargüzarlıqda çalışan xanımlar şikayəti Elektron Məhkəmə sistemi vasitəsilə göndərməli olduğunu bildirmişlər. O da, bütün lazım olan məlumatları daxil etmiş, sonda təsdiq düyməsini basıb təsdiqləmişdir. O vaxtdan mütəmadi olaraq sistemə girib baxmış, görmüşdür ki, iş icraya yönəldilmişdir. Əlaqə saxladıqda ona sənədi ASAN imza ilə imzalamalı olduğu məlum olmuşdur. Onu çaşdıran məlumatların içərisində imzalayan şəxs kimi adının çıxması olmuşdur. Lakin, elektron sistem barədə məlumatsızlığı üzündən apellyasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddətdə verə bilməmişdir. Göründüyü kimi, Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müddəti ötürməsinin səbəbi kimi qanunu bilməməyini qeyd etmişdir. Lakin, qeyd edilən hal buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü hal hesab edilə bilməz. Belə ki, MM-nin 9.3-cü maddəsinə əsasən, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026cı il tarixli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-587/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-587/2026
06.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver