Məhkəmə qərarları › İş №2(3-7)-605/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-605/2026

16.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-605/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh, X6 qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** nömrəli X12 Şəhadətnamədən görünür ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(125)- 2901/2024 qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh Cavabdeh arasında Gəncə Şəhər Qeydiyyat Şöbəsində ## #### 2024-cü il tarixdə bağlanmış nikah pozulmuşdur;

2. * saylı X2 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2023-cü ildə Gəncə şəhəri, Nizami rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır;

3. ## ###### 2024-cü il tarixli qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi tərəfindən verilmiş hesabatından görünür ki, 750 əyarlı qızıldan hazırlanmış klon-5,56 qr1000 manat, 585 əyyarlı qızıldan hazırlanan qızıl sep “Tundra” modelli-5,7 qr-650 manat, 583 əyyarlı qızıldan hazırlanan qızıl qəpik 5-lik-5 qr-750 manat, 585 əyyarlı qızıldan hazırlanmış qızıl sırğa dəsti-9,5 qr-2000 manat, ümumilikdə 4400 manat təşkil edir;

4. Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ##.##.2025-ci il tarixdə vəfat etmişdir.

5. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontoru tərəfindən verilmiş V-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, ##.##.2025-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu-Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır.

6. Fotoşəkillərdən İddiaçı üzərində 7 gözəl adlanan sırğanın olması görünür.

7. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin qiymətləndiricisi qızıl-zinət əşyalarının bazar dəyərinin müəyyən edilməsi işini həyata keçirilmişdir. Həmin hesabatdan görünür ki, 750 əyyarlı qızıldan hazırlanmış klon-5,56 qram çəkidə-1000 manat; 585 əyarlı qızıldan hazırlanmış, qızıl sep “tundra “ modelli-5,7 qram çəkidə-800 manat; 583 əyyarlı qızıldan hazırlanmış 5-lik-1100 manat; 585 əyyarlı qızıldan hazırlanmış qızıl sırğa dəsti- 9,5 qram-2400 manat; cəmi 5300 manat təşkil edir.

8. Birinci instaniya məhkəməsində şahid qismində dindirilmiş, Həsənzadə İsmayıl Fazil oğlu iddiaçının qardaşı olduğunu, 19 martda bacısının əşyalarını çıxarmaq üçün getdiyi zaman, bacısı, yoldaşının döyüb əlindən alacağından qorxduğunu üçün, gül sırğaları ona verdiyini, cavabdeh Ramil isə ona sırğaları geri verməsini, anasının evə dava-dalaş salacağını, onun Vüsaləyə daha yaxşısını alacağını dediyini və bu səbəblə o sırğaları bacısına geri verdiyini qeyd etdi.

9. Birinci instaniya məhkəməsində şahid qismində dindirilmiş, X7 iddiaçının bacısı olduğunu, 19 martda bacısının əşyalarını çıxarmaq üçün getdiyi zaman, cavabdeh Ramil Vüsaləyə daha yaxşısını alacağını dediyini və bu səbəblə o sırğaları geri aldığını bildirdi. Həmin sırğaları Vüsalə gəlin köçən zaman evdə taxıldığını, 3100 manat pulun evdən götürülməsinin yalan olduğunu qeyd etdi.

10. Birinci instaniya məhkəməsində şahid qismində dindirilmiş, X1 tərəflərin Gəncə şəhərində kirayədə qaldığı evin sahibi olduğunu, 2022-ci ilin mart ayında Ramilin Türkiyədə olduğu zaman, Vüsalənin uşağı ilə birlikdə sırğaları satmaq üçün univermağa getdiyini və onu maşınla apardığını bildirmişdir.

11. Birinci instaniya məhkəməsində şahid qismində dindirilmiş, X8 tərəflərin Gəncə şəhərində qonşuları olduğunu, Ramilin Türkiyəyə gedən zaman, ailəsinin harasa getmək lazım olduğunda, ondan aparmağını xahiş etdiyini bildirdi. Bir gün Vüsalə ona zəng edərək Ramilin Türkiyəyə tək istirahətə getdiyi üçün əşyalarını yığaraq evdən getdiyini, onu maşınla aparmağı xahiş etdiyini, Vüsalənin yanında bir qadın olduğunu qeyd etdi.

12. İddiaçı tərəfindən təqdim edilmiş və apellyasiya icraatı zamanı dinlənilmiş səs yazısı ilə müəyyən olnur ki, iddiaçı X4ya zəng edərək cavabdehin ona “gül” sırğanı və anasının ona verdiyi beşlik qızılı vermədiyini bildirir, X4 isə iddiaçıya “svetofor” sırğanı apardığını və beşliyi qaytaracaqlarını, sırğanı (“svetofor” sırğanı) isə alacaqlarını bildirir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı İddiaçı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh ona məxsus 5300 (beş min üç yüz) manatlıq zinət əşyalarının, eləcə də 130 manat dəyərində “Hoffman” markalı sobanın dəyərinin, 100 manat dəyərində “Evroluks” ət maşınının dəyərinin və 70 manat pulun, hüquqi yardıma görə vəkilə ödədiyi 325 manat, 55 manat mediasiya ödənişini, 50 manat mütəxəssisə olan ödənişi və dövlət rüsumu olaraq 67 manat pulun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh onun sabiq əri, digər cavabdeh X6 isə onun sabiq qaynanasıdır. O, cavabdeh Cavabdeh ##.##.2022-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, Gəncə şəhər məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə rəsmi olaraq boşanmışlar. Birgə nikahdan ##.##.2023cü il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. Ona toy hədiyyəsi olaraq verilmiş qızılzinət əşyaları cavabdehlərdə qalmışdır. Belə ki, hər ikisinin ikinci ailəsi olduğu üçün toylarını kiçik şənlik kimi keçirmişlər. Həmin şənlikdə Ramilin xalası qızı Səadət ona sep və klon taxmışdır və şənlikdən sonra Goranboya cavabdehlərin ata evinə gedəndə qaynanası Sevda Eyvazova brilyant qaşlı sırğaları ona hədiyyə olaraq vermiş, Səadət də sırğaları ona taxmışdır. 5-lik kulonu isə anası toy hədiyyəsi olaraq ona vermişdir. Cavabdeh ona məxsus brilyant qaşlarla bəzədilmiş kulonu ilə birlikdə qızıl boyunbağını, 5-lik qızılı ondan xəbərsiz lombarda girov qoyub hamamlarının kafelini dəyişmək üçün pul götürmüşdür. Ona məxsus 7 gözəl adlanan brilliant qaşlı sırğa ##.##.2023-cü il tarixdə qayınanası X6 evdə bəhanə ilə dava salmış və ondan satıb dərmanına verəcəyini deyib briliant qaşlı sırğanı tələb etmişdir. O, vermək istəməyəndə Ramil ona “eybi yoxdur sənə bir başqasını alacam ver getsin" demişdir. O da, ona inanıb vermişdir. Hazırda, o cavabdehlərdən qızıl-zinət əşyalarını geri istədikdə Sevda Eyvazova ona "sən nə gəlinlik etmisən ki, qızıl davası döyürsən, sənə qızıl düşmür" demişdir. Cavabdeh bacısına Whatsapp vasitəsilə yazmışdır ki, “bacını bir il firlatdım tulladım”. Göründüyü kimi, onun fikri normal ailə həyatı qurmaq olmuş, Cavabdeh fikri isə onu aldatmaq olmuşdur. Ramildən qızıllarını istədikdə o, bildirmişdir ki, lombarddan qızılları götürüb satıbdır, halbuki, qızıllar hazırda lombarddadır və Ramil hər dəfə kredit müqaviləsini yeniləyir. O, cavabdehlərdən tələb etməyinə baxmayaraq ona məxsus zinət əşyaları özünə qaytarılmamışdır. Cavabdehlər ona məxsus qızıl-zinət əşyalarını özlərində saxlaya bilməzlər. Toy hədiyyəsi olaraq cavabdehlər tərəfindən ona alınmış aşağıdakı zinət əşyaları cavabdehlərdə qalmışdır: 1. Briliant qaşlarla bəzədilmiş Kulon -750 əyar-5.56 qr.- 1000 manat; 2. Qızıl boyunbağı – 585 əyar-5.7 qr.-650 manat; 3. Qızıl 5-lik –583 əyar-5 qr.- 750 manat; 4. Qızıl sırğa 7 gözəl, brlyant qaşlı – 585əyar-5,6 qr.-2000 manat. Cəmi: 4400 (dörd min dörd yüz) manat. Bundan başqa, Cavabdeh qardaşı İsmayıl Həsənzadənin ona hədiyyə aldığı 130 manat dəyərində "Hofman" markalı duxovkanı, 100 manat dəyərində "Evroluks” ət maşınını verməkdən də imtina etmişdir. Cavabdehlərlə onun arasında olan mesajlar və telefon danışıqları ilə də ona məxsus qızıl-zinət əşyalarının və əmlaklarının cavabdehlərdə qalması sübuta yetirilir. Bundan başqa, qardaşı “Kontakt home” mağazasından kredit olaraq 415 manat dəyərində televizor almış, həmin televizorun ödənişlərinin hər ay pulunu Ramil İsmayıla ödəmiş, lakin, axrıncı ödənişi 70 manat pulu ödəməkdən imtina etmişdir və televizor hazırda Ramilin istifadəsindədir. Baxmayaraq ki, birgə nikah dövründə əldə edilmişdir, o televizorun Ramil tərəfindən ödənilməyən ödənişini tələb edir. Beləliklə, cavabdehlər ona məxsus 4400 manat dəyərində qızıl-zinət əşyalarını və 230 manat dəyirəndə əmlakını və 70 manat pul verməlidirlər.

15. Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Hafiz Əliyev) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1000 manat dəyərində olan 750 əyyarlı qızıldan hazırlanmış klon-5,56 qram çəkidə; 800 manat dəyərində olan 585 əyarlı qızıldan hazırlanmış, qızıl sep “tundra “ modelli-5,7 qram çəkidə; 1100 manat dəyərində olan 583 əyyarlı qızıldan hazırlanmış 5-lik, olmadıqda isə onların ümumi dəyəri 2900 manat məbləğində pul, "Hofman" markalı duxovka və "Evroluks” ət maşınının ümumilikdə dəyərini təşkil edən 230 manat, iddiaçı tərəfindən ödənilmiş televizorun aylıq ödənişini təşkil edən 70 manat pul həmçinin ödənilmiş 325 manat hüquqi xidmət haqqı, 50 manat məbləğində mütəxəssizə olan ödəniş, 56,3 manat (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) məbləğində dövlət rüsumu və 55 manat məbləğində mediasiya xərcinin əvəzi alınaraq iddiaçı İddiaçı ödənilməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan – 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh cavabdeh Cavabdeh tutularaq Daşınar Və Daşınmaz Əmlakların Qiymətləndirilmə Xidməti MMC-nin hesabına (İcraçının hesablaşma hesabı: H/h:AZ66AİİB38030019443905478109,Kapital Bank ASC-in Nərimanov filialı Kod: 200093 VÖEN: ********** S.W.İ.F.T. AIIBAZ2X M/h: AZ37NABZ01350100000000001944) tutulması qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ## #### 2022-ci il taixdə rəsmi nikaha girmiş, bundan sonra iddiaçı cavabdeh Cavabdeh yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflər arasında bağlanmış nikah Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə pozulmuşdur. Gəlin köçdüyü zaman iddiaçıya iddiada göstərilən qızıllar hədiyyə olunmuş və "Hofman" markalı duxovka və "Evroluks” ət maşını qardadşı tərəfindən ona hədiyə verilmişdir. Həmçinin cavabdeh iddia tələbində tələb olunan 750 əyyarlı qızıldan hazırlanmış klon, 585 əyarlı qızıldan hazırlanmış, qızıl sep “tundra “ modelli, 583 əyyarlı qızıldan hazırlanmış 5-lik dəstin və məişət avadanlıqlarının mövcudluğunu, iddiaçıya məxsus olmasını mübahisələndirməmiş və inkar etməmişdir. Odur ki, qeyd olunan hallar işin mübahisəsiz halları olduğu kimi sözügedən qızıl-zinət əşyalarının da kimdə olması işin mübahisəli halıdır. İddianın 750 əyyarlı qızıldan hazırlanmış klon, 585 əyarlı qızıldan hazırlanmış, qızıl sep “tundra“ modelli və 583 əyyarlı qızıldan hazırlanmış 5-lik dəstin və ya onların dəyərinin cavabdehdən alınması hissəsinə münasibətdə qeyd olunmalıdır ki, sözügedən əşyalar iddiaçıya hədiyyə olaraq verildiyindən həmin əşyaların iddiaçıya məxsusluğu mübahisələndirilmir və cavabdeh həmin əşyaları lombarda qoyduğunu, pul götürdüyünü qəbul edir, daha sonra həmin əşyaların dəyərini ödəyərək geri aldığını etiraf edir. Bu səbəbdən iddia həmin hisədə təmin edilməlidir. Məhkəmə işin mübahisəli digər halı olan “Hoffman” markalı sobanı, “Evroluks” ət maşınına dair hissədə qeyd edir ki, ilk öncə bu əşyaların mövcudluğu sübut olunmalıdır ki, bu sübutetmə yükü də qanunla iddiaçının üzərinə düşür. İş materiallarından göründüyü kimi, yuxarıda qeyd edilən cehiz əşyalarının möcvudluğu barədə sübutlar iddiaçı tərəfindən təqdim edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən həmin cehiz əşyalarının iddiaçıya məxsus olması inkar edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi sözügedən cehiz əşyalarının dəyərini təşkil edən ümumilikdə 230 manatın cavabdehdən alınması hissəsində də təmin edilməlidir. Bundan başqa hazırda cavabdehin istifadəsində olan televizor aylıq ödənişini təşkil edən 70 manatın cavabdehdən alınmasını hissəsində məhkəmə qeyd edir ki, televizor hazırda cavabdehin istifadəsindədir, baxmayaraq ki, həmin televizor birgə nikah dövründə alınmışdır. Birgə nikah dövründə əladə edilmiş əşya tərəflərin birgə mülkiyyəti olduğundan iddiaçının həmin əmlakda pay hüququ vardır və hazırki tələb üzrə iddiaçı yalnız ödəmiş olduğu 70 manatı tələb edir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. İddianın 7 gözəl adlanan 585 əyarlı 5,6 qr qızıl sırqanı və ya onların dəyərinin cavabdehdən alınması hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qeyd olunan 7 gözəl adlanan 585 əyarlı 5,6 qr qızıl sırqanı qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyanın mövcud olması; 2) əşyanın iddiaçıya məxsus olması; 3) əşyanın cavabdehin qanunsuz sahibliyində olması. Məhkəmə qeyd edir ki, 1-ci hal sübut olunur. Belə ki, iddiaçının iddia etdiyi 7 gözəl adlanan 585 əyarlı 5,6 qr qızıl sırqanının mövcudluğu cavabdehin etirafı ilə təsdiqini tapır. 2-ci hal isə ümumiyyətlə mübahisə predmeti deyil. Əşyanın mövcudluğu təsdiqini tapdığı kimi, onun iddiaçıya məxsus olması da işin mübahisəsiz halıdır. Mübahisə 3-cü hal ilə bağlıdır. Belə ki, iddiaçı ona məxsus 7 gözəl adlanan 585 əyarlı 5,6 qr qızıl sırğanı cavabdehin yalan vədi ilə ona verdiyini və onu cavabdeh tərəfindən satıldığını bildirir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından bu halda iddiaçı 7 gözəl adlanan 585 əyarlı 5,6 qr qızıl sırğanı cavabdehə qeyd şərtsiz verdiyini sübut etmək vəzifəsini daşıyır. Lakin o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etmir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, mübahisəli 7 gözəl adlanan 585 əyarlı 5,6 qr qızıl sırğanının iddiaçı tərəfindən cavabdehə verilmiş olması təsdiqini tapmadığından iddia qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan – 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq Daşınar Və Daşınmaz Əmlakların Qiymətləndirilmə Xidməti MMC-nin hesabına (İcraçının hesablaşma hesabı: H/h:AZ66AİİB38030019443905478109,Kapital Bank ASC-in Nərimanov filialı Kod: 200093 VÖEN: ********** S.W.İ.F.T. AIIBAZ2X M/h: AZ37NABZ01350100000000001944) tutulmalıdır.

17. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

18. Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı qızının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 7 gözəl adlanan brliyant qaşlı sırğa ##.##.2023-cü il tarixdə cavabdeh mərhum X6 evdə bəhanə ilə dava salaraq satıb dərman alacağı bəhanəsi ilə sırğanı iddiaçıdan tələb etmişdir. İddiaçı isə vermək istəmədikdə cavabdeh Cavabdeh ona “eybi yoxdur sənə bir başqasını alacam ver getsin” deyərək Vüsalənin qarşısında öhdəlik götürüb icra etmədiyi üçün əsasız varlanma baş vermişdir. Qeyd edilməlidir ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, əvvəla qətnamədən də göründüyü kimi, cavabdeh Cavabdeh həmin zinət əşyasının onlarda olmadığını göstərməmişdir. Əksinə məhkəmə iclaslarında cavabdeh Cavabdeh iddiaçının tələb etdiyi 7 gözəl adlanan briliant sırğaları onun anasına məxsus olduğunu və Vüsalənin evdən gedərkən pul götürdüyü səbəbi ilə qızılları ona qaytarmadığını bildirmişdir. 7 gözəl adlanan qızıl sırğanın cavabdehdə olması işin mübahisəsiz halıdır. Eyni zamanda qeyd edilməlidir ki, işin həmin halının təsdiqi olaraq iş materiallarına əlavə olunmuş cavabdeh X6 ilə iddiaçının telefon danışıqlarındakı səs yazısından iddiaçı sırğasını tələb etdikdə ona “sən nə gəlinlik etmisən ki, qızıl davası döyürsən, sənə qızıl düşmür” deməsindən bir daha həmin zinət əşyasının cavabdehdə olması aydın olmuşdur. Bundan başqa, məhkəmə iclasında şahid qismində iştirak edən Həsənzadə İsmayıl Fazil oğlu 19 martda bacısının əşyalarını çıxarmaq üçün getdiyi zaman, bacısı, yoldaşının döyüb əlindən alacağından qorxduğunu üçün, gül sırğaları ona verdiyini, cavabdeh Ramil isə ona sırğaları geri verməsini, anasının evə dava-dalaş salacağını, onun Vüsaləyə daha yaxşısını alacağını dediyini və bu səbəblə o sırğaları bacısına geri verdiyini qeyd etmişdir. Məhkəmə iclasında digər şahid X7 da 19 martda bacısının əşyalarını çıxarmaq üçün getdiyi zaman, cavabdeh Ramil Vüsaləyə daha yaxşısını alacağını dediyini və bu səbəblə o sırğaları geri aldığını bildirmişdir. Bundan başqa, Cavabdeh iddiaçının bacısının mobil telefonuna Whatsapp vasitəsilə yazmışdır ki,” gül sırğaları istəsəz Sevda ayağını yeridər, konsert verər sizə. Konsert istəyirsiz.” Bu yazışmadan da aydın olur ki, həmin mübahisəli sırğa cavabdehdədir. Əks halda “Sevda ayağını yeridər, konsert verər sırğaları istəsəz”-deyil,”sırğalar Vüsalənin özündədir” kimi ifadələr yazardı. Göründüyü kimi, işin faktiki hallarından 7 gözəl adlanan brliyant qaşlı sırğaların cavabdehdə olması aydın olsa da, məhkəmə düzgün, obyektiv araşdırma aparmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Baxmayaraq ki, iddiaçı tərəfdən iddianın tam təmin edilməsinə əsas olan kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir, cavabdeh tərəfdən isə etirazını təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir, məhkəmə iş materiallarındakı sübutlara uyğun olmayan qətnamə çıxarmışdı.

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq 7 gözəl qızıl-zinət əşyasını ona gəlin gəldiyi gün verildiyini, evdən çıxan gün isə qaynanası tərəfindən əlindən alındığını qeyd etmişdir. Yeddi gözəl sırğasını qaynanasının xalası qızı tərəfindən onun qulağına taxıldığını və evdən çıxan bir günə kimi özündə olduğunu bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdeh Cavabdeh Azər oğlundan Türkiyəyə getdiyi üçün aralarında narazılıq olduğunu qeyd etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında qızılların taxılan gündən iddiaçıda olduğunu qeyd etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında 7 gözəl adlanan brilyant qaşlı sırğanın anasına məxsus olduğunu, sadəcə əmisi oğlunun toyuna taxmaq üçün ona verildiyini qeyd etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 225.2. nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

28. Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin olunmamış hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər ##.##.2022-ci ildə rəsmi nikah qeyd etdirməklə nikah bağlamış, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Toy zamanı iddiaçıya 1000 manat dəyərində olan 750 əyyarlı qızıldan hazırlanmış klon-5,56 qram çəkidə; 800 manat dəyərində olan 585 əyarlı qızıldan hazırlanmış, qızıl sep “tundra “ modelli-5,7 qram çəkidə; 1100 manat dəyərində olan 583 əyyarlı qızıldan hazırlanmış 5-lik və 7 gözəl adlanan brilyant qaşlı sırğa hədiyyə olunmuşdur. Həmin qızıl zinət əşyalarından 750 əyyarlı qızıldan hazırlanmış klon, 585 əyarlı qızıldan hazırlanmış, qızıl sep “tundra“ modelli və 583 əyyarlı qızıldan hazırlanmış 5-lik dəstini cavabdeh lombarda qoyaraq pul götürmüş və daha sonra həmin əşyaların dəyərini ödəyərək geri almışdır. Lakin, 7 gözəl adlanan brilyant qaşlı sırğanın cavabdehin qanunsuz istifadəsinə qalması iş materialları ilə sübut olunmur.

43. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir.

44. Mülki prosessual qanunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

45. İddiaçı 7 gözəl adlanan brilyant qaşlı sırğanın mövcudluğuna dair sübut növü kimi yalnız 2 ədəd fotoşəkil təqdim etmişdir. Lakin, iddiaçı həmin sırğanın ona X4 tərəfindən hədiyyə edilməsi, yəni həmin brilyant qaşlı sırğanın onun mülkiyyətinə verilməsini sübut edə bilməmiş, bununla da üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

46. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

47. Kollegiya iddiaçının yeganə sübut növü olaraq təqdim etdiyi birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Həsənzadə İsmayıl Fazil oğlu və X7 ifadəsinə münasibət bildirərək, qeyd edir ki, şahidlər iddiaçının qardaş və bacısı olmaqla onların ifadələri izahatları əsaslı şübhədən kənar sübut kimi qəbul edilə bilməz.

48. Həmçinin məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarına münasibətdə qeyd edir ki, həmin yazılarını dinlənərkən müəyyən edilir ki, iddiaçı X4ya zəng edərək cavabdehin ona “gül” sırğanı vermədiyini və anasının ona verdiyi beşlik qızılı vermədiyini bildirir, X4 isə iddiaçıya “svetofor” sırğanı apardığını bildirir. X4 isə beşliyi qaytaracaqlarını, sırğanı (“svetofor” sırğanı) isə alacaqlarını bildirir.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi 7 gözəl adlanan brilyant qaşlı sırğanın ona hədiyyə edilməsi ilə bağlı yetərli sübutları məhkəməyə təqdim edə bilməmişdir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mahiyyəti üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar