Məhkəmə qərarları › İş №2(3-7)-618/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-618/2026

14.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-618/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: şəxsiyyət hüquqlarının müdafiəsi; mənəvi zərərin əvəzinin ödənilməsi; sübutetmə yükü Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi, həmçinin işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı X7 Ayşən Taryel qızının sorğusuna verdiyi ##.##.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, müraciətlə əlaqədar mağazada qeyd olunan məhsulun satış vitrininə baxılan zaman sanitar gigiyenik qaydalara uyğun olaraq saxlanıldığı, tamlığı pozulmuş istehlaka yararsız, fiziki çirklənmə əlamətləri müşahidə edilməmişdir. Qeyd edilən məhsulun Tərtər rayonu ərazisində emal olunduğunu nəzərə alaraq müraciət Agentliyin Qarabağ regional bölməsinə göndərilmişdir. Araşdırmanın nəticəsi barədə Qarabağ regional bölməsi tərəfindən məlumat veriləcəyi qeyd edilmişdir.

2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi X5 Bölməsinin İddiaçı sorğusuna verdiyi ##.##.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, X5 Bölməsinin əməkdaşları tərəfindən yoxlamanın aparılması haqqında Qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” alınmış çıxarış əsasında ##.##.2024-cü il tarixdə Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-yə məxsus günəbaxan tumlarının emal zavodunda plandan kənar (növbədən kənar) yoxlama aparılmışdır. Yoxlama zamanı Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-yə məxsus günəbaxan tumlarının emalı zavodunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının ##.##.2020-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş Qida məhsulları üzrə gigiyena tələblərinə dair * nömrəli əlavənin, “Qida obyektlərinə dair gigiyena tələbləri”-nin * nömrəli əlavəsinin və “X8” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olan hallar müəyyən edilmişdir. Belə ki, günəbaxan tumlarının emalı zavodunda temperaturun monitorinqi və qeydiyyatın aparılmasının təmin edilmədiyi, müəssisədə əl yuma çanaqlarının gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, müəssisədə ümumi mübadiləli süni havalandırma üçün öz-özünə (avtomat) mexaniki havalandırma sisteminin quraşdırılmadığı, müəssisədə çarpaz çirklənmənin qarşısının alınması üçün texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, belə ki, qovrulma, duzlanma hissəsindən paketlənmə hissəsinə daxil olan hissənin (elavatorun) üzəri açıq vəziyyətdə saxlanıldığı, qida məhsullarının emalı prosesində və ya qida məhsullarının komponenti kimi istifadə edilən suyun çirklənmə riski yaratmasının qarşısının alınması üçün filtrasiya ilə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası IXM-nin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-yə məxsus günəbaxan tumlarının emalı zavodunun vəzifəli şəxsi X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün Tərtər Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-yə məxsus günəbaxan tumlarının emalı zavodunun vəzifəli şəxsi X3 icrası məcburi olan göstərişlər verilmişdir.

3. İddiaçı Cavabdeh MMC-yə göndərdiyi elektron sorğuya dərhal reaksiya verilmiş, şikayətçiyə onun müraciətində göstərdiyi halla bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi, ondan əlaqə telefonun istənildiyi və ya ona müvafiq mobil nömrə ilə əlaqə saxlanılması bildirilmişdir.

4. “Xəbər səhifəsi” olan “XEBERIMIZ VAR” səhifəsində paylaşım edilmiş, paylaşımda İddiaçı mağazadan 1 manat 40 qəpiyə aldığı “Patron” tumlarından siçovul çıxdığını bildirmişdir.

5. Fotoşəkillərdə patron tum qabıqlarının içərisində ölü siçan balası olduğu əks edilmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərin əvəzi olaraq 10000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh Cavabdeh MMC də iddiaçı İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, işgüzar nüfuza vurulmuş zərərə görə 5000 manat vəsaitin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “Yaşat” fonduna köçürülməsi, İddiaçı məxsus “Ayshanvibes” instagram səhifəsində, “Qafqazinfo.com, 24 news.az internet” xəbər saytlarında təkzib etirafının yerləşdirilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ilk iddia üzrə iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə, saat 23:00 radələrində xalası qızı X1 ilə birlikdə olarkən, Bakı şəhəri Biləcəri qəsəbəsi Natavan küçəsi “IDEAL” marketdən “Patron” günəbaxan tumu almışdır. Tumdan bir qədər istifadə etdikdən sonra tum paketinin içərisində xırda siçan balasının cəsədi olduğunu görmüşdür. Bu hal ona hədsiz pis təsir etmişdir. Bir müddət gündəlik həyatına davam edə bilməmişdir. Hazırda da vəziyyəti qənaətbəxş deyildir. Bir çox xəstəliklər iyrənməkdən yarandığını hamının bildiyini qeyd etmişdir. Bu sadə bir hal deyildir. Daş, qum və ya hər hansı bir əşya olsa məsələni dərinləşdirməyə gərək qalmazdı. Lakin belə bir hal insan ölümünə gətirib çıxara bilər. Ölüm hadisəsinin həmin an və ya bir neçə il sonra baş verməsi nəticəni dəyişmir. Insan immuniteti fərqli olduğundan başqa insanlarda dərhal zəhərlənməyə səbəb ola bilər və ya illər sonra fəsadları ortaya çıxa bilər. Həmçinin artıq onun sağlamlığı ilə əlaqədar heç bir hazır məhsul həmçinin tumlar ala bimir. Bunun əsas səbəbi isə artıq bütün bu cür qidalara qarşı iyrənir. Bunun əsas səbəbi isə təqsirkar cavabdeh şirkətdir. Bu səbəbdən həmin gün axşam saatları zamanı instagram sosial şəbəkə vasitəsi ilə paylaşım etmişdir. Bu paylaşım əsasında başqa bir “xəbər səhifəsi” olan “XEBERIMIZ VAR” səhifəsi də paylaşım etdi həmin gün axşam saatları olduğundan növbəti gün, yəni ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə zəng edərək müraciət etmişdir. Onun məktubuna cavab olaraq ##.##.2024-cü il tarixli *-**-*/*-*-*-****/**** saylı Azərbaycan Respublikası Qida X11 Bölməsi tərəfindən baxılmış, ##.##.2024-cü il tarixdə Tərtər rayonu Xoruzlu kəndində yerləşən hüququi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumları emalı zavodunda plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-yə məxsus günəbaxan tumları emalı zavodunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının ##.##.2020-ci tarixli ** saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” * nömrəli əlavəsinin, “Qida obyektlərinə dair gigiyena tələblərinə dair” * nömrəli əlavəsinin və “Qida təhlükəsizli Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu aşkarlanmışdır. Nəticədə Azərbaycan Respublikası IXM-nin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Tərtər rayonu, Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-yə məxsus günəbaxan tumlarının emalı zavodunun vəzifəli şəxsi X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.

9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tələbini onunla əsaslandırmışdır ki, ilk iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək marketdən aldığı “Patron” günəbaxan tumu paketinin içərisindən siçan balasının cansız bədəninin çıxdığını bildirmişdir. Hadisə ilə bağlı onlarla əlaqə saxladıqdan sonra rəsmi qaydada cavab almaq əvəzinə şəxs müxtəlif xəbər saytlarına müraciət edərək həm öz “Instagram” hesabında, həm də digər xəbər saytlarının səhifələrində bununla bağlı xəbər yayınlamışdır. Özünün də bildirdiyi kimi, həmin paylaşımlar ucuz əyləncə axtaran bir çox şəbəkələr və xəbər saytları tərəfindən, reket jurnalistlər tərəfindən tirajlanaraq geniş auditoriyaya çatdırılmışdır. Paylaşımın yayılması Cavabdeh MMC-nin şirkətinin satış dövriyyəsinə olduqca mənfi təsir göstərmiş, satışlar rekord dərəcədə azalmış, işgüzar nüfuzlarına mühüm zərər yetirilmişdir. Belə ki, hazırda istənilən axtarış sisteminə “Patron” adını daxil etdikdə dərhal fake olan bu xəbər nəticə kimi görsənir, nəticədə ölkənin ən böyük günəbaxan tumu istehsalçısı olan şirkətin adı bu çirkli avanturaya görə mənfi assosiasiyalar yaradır. Onların işgüzar nüfuzuna vurulmuş zərər böyük ölçülsə də məqsədləri iddiaçı kimi kimdənsə pul qazanmaq deyil. Belə ki, şirkətin adı və illərdir ki, qazandığı hörmət, buna imkan vermir. Məqsədləri bu cür halların gələcəkdə yarana bilməsinin qarşısının alınması, vicdansızcasına əsassız pul şantajının cəzasız qalmayacağını, Azərbaycan Respublikasının hüquqi dövlət olmasını cavabdeh kimi şəxslərə göstərməkdən ibarətdir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin vəkalətli nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, cavabdeh İddiaçı əsassız tələbi ilə bağlı “Ayshanvibes” instagram səhifəsində, “Qafqazinfo.com, 24 news.az internet” xəbər saytlarında Cavabdeh MMC-nin barəsində paylaşımlar etmiş, həmin paylaşımların yayılması Cavabdeh MMC-nin şirkətinin satış dövriyyəsinə olduqca mənfi təsir göstərmiş, satışlar xeyli azalmış, cəmiyyətin işgüzar nüfuzuna mühüm zərər yetirmişdir. Belə ki, hazırda istənilən axtarış sisteminə “Patron” adını daxil etdikdə dərhal fake olan bu xəbər nəticə kimi görsənir, nəticədə ölkənin ən böyük günəbaxan tumu istehsalçısı olan Cəmiyyətin adı bu çirkli avanturaya görə mənfi fikirlər yaradır. Halbuki, iddiaçı əsassız paylaşımları etməmişdən əvvəl ona Cavabdeh MMC-nin iş rejimi, istehsal şəraiti ilə tanış olmaq imkanı yaradılmış olardı, lakin o, bunu etməmiş, bir başaCavabdeh MMC-nin barəsində fake məlumatlar yaymışdır. Cavabdeh MMC-də “Qida məhsulları üzrə gigiyena tələblərinə” tam riayət olunur, istehsal şəraiti qanunvericilikdə nəzərdə tutulmuş norma və qaydalara uyğun davam etdilir. Cavabdeh İddiaçı tələbi heç bir sübuta söykənməyən, yalnız üzərində “Patron” yazılmış paketlərin fotoşəkilləri əlavə edilməklə və əsassız tələb olmaqla Cavabdeh MMC-nin yüksələn işgüzar nüfuzuna xələl gətirmək, gözdən salmaqdan başqa bir şey deyildir.

11. Ilk iddia üzrə iddiaçı İddiaçı məhkəməyə ünvanladığı çıxışında qeyd etmişdir ki, bəzən həyatında elə anlar olur ki, o anları unutmaq mümkün deyil. Hər dəfə xatırladıqca eyni hissləri yenidən yaşanılır, eyni iyrənmə, eyni qorxu, eyni narahatlıq. Həmin axşam xalası qızı Aynurla birlikdə marketə getmişlər. Sadə bir alış-veriş edib günəbaxan tumu alıb parka getmişlər. Onlardan əvvəl həmin məhsulu alan yüzlərlə insan olmuşdu və onlar da düşünmədən oturacaqda oturaraq, açıq istifadə etməyə başlamışlar. Ancaq bir anda bütün adi həyatları kabusa çevrilmişdir. Çünki tum paketinin içində ölmüş siçan balası vardı. O an hiss etdiyi duyğuları sözlə ifadə etmək çətindir. Bir anlıq hər şey donmuşdur. Əlləri titrəmiş, boğazı qurumuş, nəfəsi daralmışdır. Axı onlar həmin tumdan artıq yemişlər. Mədəsində bir ağırlıq hiss etmiş, gözü qaralmış, iyrənməkdən bədəni sarsılmışdır. O gecə yata bilməmiş, ağrı, narahatlıq və qorxu içində qıvrılmışdır. Ertəsi gün dərhal Qida Təhlükəsizliyi agentliyinə müraciət etmiş və araşdırmalar başlanılmışdır. Məlum olmuşdur ki, bu məhsulun istehsalçısı Cavabdeh MMC-dir. Rəsmi yoxlamalar bu müəssisənin gigiyenik qaydalara əməl etmədiyini üzə çıxardı. Bəli, o, tək deyildi. Onun kimi bəlkə də, neçə-neçə insan bu cür təhlükəli məhsullarla üzləşmişdi. Bütün bunlardan sonra onun bütün hazır məhsullara, xüsusilə də tumlara qarşı nifrət hissi oyanmışdır. Marketdə o rəflərə yaxınlaşa bilməmişdir. Belə ki, həmin görüntü gözünün önündən getməmişdir. Hazırda o, yemək seçməyin deyil, sağlamlığını qorumağın nə qədər vacib olduğunu anlamışdır. Bu isə sadəcə bir şəxsin deyil, bütöv bir cəmiyətin problemidir. Məhkəməyə müraciət etməkdə məqsədi təkcə öz haqqını bərpa etmək deyil. O, heç bir insanın bu cür iyrənc və təhlükəli hadisə ilə üzləşməsini istəməmişdir. O, isteklakçıların məsuliyyət hiss etmələrini, qanunların işləməsini və insanların qorunmasını istədiyini bildirmişdir. Ona dəymiş mənəvi zərərin qarşılanmasını tələb edir və inanır ki, məhkəmə bu işdə ədaləti bərpa edəcək. Qida Təhlükəsizliyi sadəcə məhsulun təmiz və sağlam olması ilə məhdudlaşmır. O, istehlakçının hüquqlarının toxunulmaz qalmasını, aldığı məhsulun onun sağlamlığına zərər verməməsini təmin etməlidir. “X8” Qanunun 17.1-ci maddəsi məhz bu məsələni vurğulayır: məhsullar elə qablaşdırılmalıdır ki, onların dövriyyəsi zamanı təhlükəsizlik təmin edilsin. Amma əgər bu qaydalara riayət edilmirsə nəticə necə olur?. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128-ci maddəsi aydın şəkildə bildirir ki, məhsulun qüsurları nəticəsində insan sağlamlığına və əmlakına dəyən zərəri satıcı və ya istehlakçı ödəməlidir. Yəni, bu, istehlakçının şəxsi problemi deyildir. Bu qanunun təmin etdiyi haqdır. Əslində hər gün alış-veriş edərkən, fərqinə varılmasa da hüquqlarını da alırlar. Amma həmin hüquqlar pozulanda nə baş verir? “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsi aşıq şəkildə deyir: əgər istehlakçının hüquqları pozularsa, ona dəyən mənəvi ziyan da ödənməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəs dövlət orqanlarının və hüquqi şəxslərin hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət edə bilər. Mülki Məcəllənin 21-ci maddəsi isə zərər çəkmişin ona vurulmuş zərərinin tam ödənilməsini tələb etmək hüququnu təsdiqləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında isə mənəvi zərər anlayışı daha da dərindən izah edilir. Bu sadəcə kağız üzərində bir termin deyil, bu insanın duyğularına, psixoloji vəziyyətinə vurulan zərbədir. Bir yanlışlıq nəticəsində, qüsurlu məhsul və ya bir yalan məlumat səbəbindən insanın bütün həyatı dəyişə bilər. Bütün bunları nəzərə alaraq, bu gün o, 10000 manat kompensasiya – bu təkcə bir rəqəm deyil. Bu pozulmuş haqqların bərpası üçün də atılmaz bir addımdır. Çünki hüquq, sadəcə qanun maddələri ilə deyil, insana verilən dəyər ilə ölçülür. O, burada təkcə mənəvi zərəri deyil, haqqlarının, sağlamlığının qorunmasını da tələb etmişdir. Bu sadəcə məhkəmə işi deyil, haqqın bərpasından ibarətdir.

12. Tərtər Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) ilkin iddia tələbi üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul tələbinə dair iddiasının təmin olunmaması; Qarşılıqli iddia tələbi qismən təmin olunaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı işgüzar nüfuza vurulmuş zərərə görə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “Yaşat” fonduna köçürülməsi; Ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus “Ayshanvibes” instagram səhifəsində, Qafqazinfo.com, 24 news.az internet xəbər saytlarında təkzib etirafının yerləşdirilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulması; Qarşılıqli iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 23.2, 23.4, 23.6 və 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 1999-cu il tarixli * nömrəli Qərarına, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində məlum hadisə (tumların içindən ölü siçan çıxması) baş verən zaman yanında xalası qızı X1 olduğunu qeyd etmiş və onun əlaqə nömrəsini də iddia ərizəsində qeyd etmişdir. Işə baxan məhkəmə həmin şahidin ifadəsini almaq üçün heç bir tədbir görməmişdir. Istehlakçı hüquqlarının müdafiəsi sahəsində tənzimləməni və dövlət nəzarətini həyata keçirən qurum qismində çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi X5 Bölməsinin təqdim etdiyi cavab məktubu ilə də sübuta yetirilir ki, Cavabdeh MMC-yə məxsus günəbaxan tumlarının Tərtər rayonunda yerləşən emalı zavodunun fəaliyyətində antisanitar vəziyyət mövcud olmuş, zavodun fəaliyyətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının ##.##.2020-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş Qida məhsulları üzrə gigiyena tələblərinə dair * nömrəli əlavəsinin, “Qida obyektlərinə dair gigiyena tələbləri”-nin * nömrəli əlavəsinin və “X8” Qanunun tələblərinə zidd olan hallar müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə təqdim etdiyi fotoşəkillərə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi X5 Bölməsinin məktubu ilə iddia tələbinin əsaslı olduğunu sübuta yetirmişdir. Işə baxan məhkəmə isə ilk iddianı təmin etməmiş və qarşılıqlı iddianı təmin etmişdir. Belə olan halda sual yaranır ki, iddiaçının təqdim etdiyi sübutların əsassız olduğu cavabdehin təqdim etdiyi heç bir sübutla təsdiq olunmadığı halda, qarşılıqlı iddia tələbi nəyə əsasən təmin edilmişdir. Iddiaçı cavabdehin məhsul istehsalı zamanı yol verdiyi pozuntulara görə bu halın yarandığını və bu halın ona hədsiz pis təsir etdiyini bildirmişdir. Tum paketinin içərisindən ölü siçan balası çıxana qədər artıq iddiaçı tumların bir hissəsini istifadə etmişdi və onun istifadə etdiyi tum paketinin içindən ölü siçan balasının çıxması ona hədsiz pis təsir etmişdir. Belə bir halın yaranmasına görə iddiaçı bir müddət gündəlik həyatına davam edə bilməmişdir. Hazırda da vəziyyəti qənaətbəxş deyildir. Belə bir hal insan ölümünə gətirib çıxara bilər. Qarşılıqlı iddia ərizəsində qeyd edilən məlumatları özünə məxsus “Ayshanvibes” instagram səhifəsində paylaşmışdır. Digər xəbər saytları, yəni Qafqazinfo.com, 24 news.az internet xəbər saytları onun instagram hesabında yerlşdirilən paylaşım əsasında öz portallarında xəbər paylaşıblar. Yəni, Qafqazinfo.com, 24 news.az internet xəbər saytlarına müsahibə verməyib. Yəni, yayılan məlumatlar həqiqətə uyğun olmasaydı da qətnamənin nəticə hissəsində belə iddiaçının üzərinə həmin məlumatları təkzib etmək öhdəliyinin icrası yeri kimi Qafqazinfo.com, 24 news.az internet xəbər saytları yox, məhz iddiaçının özünə məxsus olan və həmin paylaşımı etdiyi “Ayshanvibes” instagram səhifəsi göstərilməli idi. Belə ki, istinad edilən Plenum qərarında da qeyd edildiyi kimi həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Indiki halda, bu məlumatları Qafqazinfo.com, 24 news.az internet xəbər saytlarında yayan iddiaçı yox, həmin saytların əməkdaşları olublar. Ona görə də həmin saytlarda müvafiq məlumatların təkzib edilməsi öhdəliyi həmin əməkdaşların üzərinə qoyulmalı idi. Digər tərəfdən, Plenum qərarında da qeyd edildiyi kimi məhkəmə qətnamənin qərar hissəsində həqiqətə uyğun olmayan məlumatın nədən ibarət olması, hansı məlumatın təkzib edildiyi göstərilməli idi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı xalası qızının yanında tum yeyərkən tum paketinin içərisindən kiçik siçan meyidi çıxmışdır. Iddiaçı həmin hadisəylə bağlı psixoloji narahatlıq yaşamış və səhhətində problem yaranmışdır. Həmin hadisədən sonra sağlamlıqla bağlı problem yaşadığı üçün yemək yeyə bilmir, özünü narahat hiss edir və nəticədə 12 kq çəki itirmişdir. Iddiaçı həmin paketdəki siçan meyidinin şəklini çəkərək sosial şəbəkədə öz hesabında paylaşmışdır. Daha sonra başqa media qurumları da bu məlumatı götürüb paylaşmışlar. Eyni zamanda bununla bağlı aidiyyatı qurumlara şikayət etmişdir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən iddiaçının tələbinə əsaslanaraq növbədənkənar yoxlama aparılmışdır. Yoxlamalar zamanı günəbaxan tumlarının emalı zavodunda temperaturun monitorinqi və qeydiyyatın aparılmasının təmin edilmədiyi, müəssisədə əl yuma çanaqlarının gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, müəssisədə ümumi mübadiləli süni havalandırma üçün öz-özünə (avtomat) mexaniki havalandırma sisteminin quraşdırılmadığı, müəssisədə çarpaz çirklənmənin qarşısının alınması üçün texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, qovrulma, duzlanma hissəsindən paketlənmə hissəsinə daxil olan hissənin (elavatorun) üzəri açıq vəziyyətdə saxlanıldığı, qida məhsullarının emalı prosesində və ya qida məhsullarının komponenti kimi istifadə edilən suyun çirklənmə riski yaratmasının qarşısının alınması üçün filtrasiya ilə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilmişdir. Əslində, tərəflər arasında hər hansı qərəzli münasibət, şəxsi problem olmamışdır. Birinci instansiya məhkəməsi sağlamlığa dəymiş zərərlə bağlı tibbi arayış tələb etmişdir. Iddiaçının tələbi mənəvi zərərlə bağlı tələbdir, bu halda iddiaçıdan tibbi arayış tələb edilməməlidir. Iddiaçı hər hansı bir müəssisə haqqında yalan, həqiqətə uyğun olmayan məlumat yaymayıb. “Qafqazinfo” media qurumu bu iddiaçının hesabından şəkili götürərək “vətəndaşın tumunun içindən siçan çıxdı” başlığı ilə xəbər dərc edib. Sədrlik edənin suallarına cavab olaraq vəkil bildirmişdir ki, iddiaçı patron tum paketinin içindəki siçan meyitinin şəklini çəkərək instagram sosial şəbəkə hesabında paylaşıb. Tumun içindən çıxan siçan meyidinin fotoşəkli, video görüntüsü, AQTA-ya şikayət və yoxlama ilə bağlı ərizə iş materiallarına əlavə edilib. Ilk iddiaçı ölkə hüdudlarından kənarda yaşayır, həmin hadisə vaxtı yay tətili üçün Azərbaycana gəlib. Hadisədən bir neçə gün sonra həkimə müraciət edib. Siçan meyidinin paketə düşməsinin səbəbi zavodda tumun doldurulması prosesi zamanı filtrin olmamasıdır.

18. Hazırkı məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ötən məhkəmə iclası tərəflərin iştirakının təmin edilməsi məqsədilə təxirə salınmışdır. Lakin, ilk iddiaçının bir neçə gündür övladı dünyaya gəlmişdir və bu səbəbdən məhkəmə iclasında iştiak etmir. Aytən Hətəmliyə qarşı olan iddia əsassızdır. İddiaçı müəssisə haqqında yalan, həqiqətə uyğun olmayan məlumat yaymayıb. Iddiaçı həmin paketdəki siçan meyitinin şəklini çəkərək sosial şəbəkədə öz hesabında paylaşmışdır. Daha sonra başqa media qurumları da bu məlumatı götürüb paylaşmışlar. Məlumatın böhtan olduğunu bildirən tərəf bunu 3 əsasla sübuta yetirməlidir: Məlumatın İddiaçı tərəfindən yayılması, onun tərəfdən həmin media qurumlarına ötürülməsi və tərəfindən bununla bağlı media qurumlarına müsahibə verilməsi. Lakin bu hallar qarşılıqlı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq vəkil bildirmişdir ki, ilk iddiaçı öz instagram hesabında paylaşıb həmin şəkli. Məsələ ilə bağlı qafqazinfo xəbər səhifəsinə hər hansı məlumat ötürülməyib və müsahibə verilməyib. Ilk iddiaçı məlum baş verən hadisədən dolayı səhhətində yaranmış problemlərlə bağlı bir neçə gün sonra həkimə müraciət edib. Lakin onun xəstəxanaya müraciəti ilə bağlı məhkəməyə tibbi sənəd təqdim edə bilmirlər. Tumu alarkən mağazanın verdiyi ödəniş qəbzi da hazırda mövcud deyildir. Vəkil Vəkil sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə verərək qeyd etmişdir ki, cəmiyyətdə baş verən mənfi tendensiyalar nəticəsində hazırkı tip ittihamlarla demək olar ki, mütəmadi rastlaşırlar. Reket jurnalistlər, cəmiyyətə borclu olan sahibkarların yaxın qohumları və sair şəxslər hədə niyyəti ilə mütəmadi olaraq barələrində bu cür şikayətləri aidiyyatı orqanlara ünvanlayırlar və heç bir halda belə hal öz təsdiqini tapmamışdır. Hazırkı halda da məhkəməyə sadəcə məlumat üçün bildirir ki, İddiaçı bu şikayətindən üç gün əvvəl onlara 300 manat məbləğində borcu olan kiçik sahibkardan borcu tələb edəcəyi halda belə məlumatla çıxış edəcəyini əvvəlcədən bildirmişdir. Bu səbəbdən bu növ ittihamlar tərəflərindən adi qarşılanır. Qida təhlükəsizliyi agentliyinin yoxlamasının nəticələrində qeyd olunan “temperaturun monitorinqi və qeydiyyatın aparılmasının təmin edilmədiyi, müəssisədə əl yuma çanaqlarının gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, müəssisədə ümumi mübadiləli süni havalandırma üçün öz-özünə (avtomat) mexanikı havalandırma sisteminin quraşdırılmadığı, müəssisədə çarpaz çirklənmənin qarşısının alınması üçün texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, qovrulma, duzlanma hissəsindən paketlənmə hissəsinə daxil olan hissənin (elavatorun) üzəri açıq vəziyyətdə saxlanıldığı, qida məhsullarının emalı prosesində və ya qida məhsullarının komponenti kimi istifadə edilən suyun çirklənmə riski yaratmasının qarşısının alınması üçün filtrasiya ile təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilmişdir” barədə rəyinin heç bir bəndi paketlərə kənar əşyanın düşə biləcəyini ehtiva etmir. Halbuki, bu halların qeyd olunmasının özü belə tərəflərindən dəfələrlə mübahisələndirilmiş və mövqeləri inzibati orqan qarşısında uğurla müdafiə olunmuşdur. Bundan əlavə şikayəti yazan şəxsin istehsal prosesi ilə tanış olmaması yazılmış iddianı və şikayəti, proseslə tanış bir şəxs üçün yüngül desək gülünc edir. Belə ki, günəbaxan tumlarının paketlənməsindən əvvəl keçdiyi kalibrləşmə günəbaxan tumundan böyük həcmdə hər hansı bir əşyanın paketə düşməsini 100 faiz ehtimalı ilə mümkünsüz edir. Bu qeyd etdiyi yalnız kalibrləşməyə aiddir, bundan əlavə, günəbaxan tumu istehsal prosesində ilkin kalibrləşmə, yuyulma, duzlama, qovrulma, soyudulma, cilalama, yenidən kalibrlənmə mərhələləri keçir ki, hər birində əməkdaşlar və mexaniki aparatlar tərəfindən yoxlanılır. Hörmətli iddiaçının texnoloji proseslərdən xəbəri olmadığı üçün ölkənin ən böyük günəbaxan tumu istehsalçısı olan Patron MMC-ni kustar üsulla günəbaxan tumu istehsal edən kiçik sexlər miqyasında qəbul edib və buna uyğun olaraq iddia ərizəsindəki faktı fikirləşib. Bütün qeyd etdiklərini məhkəmə zəruri hesab edərsə yerində baxış keçirməklə də əyani şəkildə göstərə bilərlər. Işgüzar nüfuzlarına dəymiş ziyanı sübut etmək üçün də maliyyə sənədlərini məhkəməyə təqdim etmişlər və yaranmış fərq aşkar surətdə sənədlərlə təsdiq olunur. Qarşılıqlı iddia tələbinin həcmindən də görünür ki, məqsədi iddiaçının hesabına gəlir əldə etmək deyil, istehsalçını özünün çirkin məqsədləri ilə hədələyən, asan yolla gəlir əldə etmək istəyən, son statistik məlumatlara əsasən onsuz da çətinliklə üzləşmiş daxili istehsalçılara zərər vurmaq istəyən müftəxorlara hüquqlarının qanunla qorunduğunu, səbrlərinin hədsiz olmadığını göstərməkdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəmə iclasında vəkil vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

22. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

23. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

24. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

27. Ali Məhkəmənin Plenumunun «Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında» ## ###### 2025-ci il tarixli Qərarı Bənd 2.2.4. Işgüzar nüfuz – fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. Bənd 2.2.6. Məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. Bənd 2.2.7. Şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. Bənd 2.2.8. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. Işgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır. Bənd 2.2.18. Yayılma dedikdə məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyri müəyyən şəxslər dairəsinə onun (onların) eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsi başa düşülür Bənd 2.2.19. Yayılma informasiya agentliklərində, audiovizual, çap, onlayn media subyektlərində, habelə sosial şəbəkələrdə yayımlanmaqla, əsərlərdə təsvir və ifadə edilməklə, yığıncaq və toplantılarda səsləndirilməklə (edilməklə), məlumatın və ya ifadənin məktub, ərizə, şikayət və digər sənədlərdə göndərilməsi yolu ilə və s. üsullarla edilə bilər. Bənd 2.2.26. Şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı işlərə baxarkən, məhkəmələr xüsusilə yayılan məlumatların məzmununa və onların ictimai şüurda təsirinin ağırlığına, iddiaçının keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların dərəcəsinə, digər mənfi nəticələrin yaranıb-yaranmamasına, məlumatların yayılma müddəti, üsulu, yeri və zərərçəkmiş şəxs haqqında mənfi ictimai fikrin formalaşdırılmasındakı roluna, iddiaçının işgüzar nüfuzuna, habelə şəxsiyyətinə, onun ictimai mövqeyinə, vəzifəsinə təsir edib-etməməsinə və digər əhəmiyyətli hallara diqqət yetirməlidirlər. Bənd 2.3.1. Qeyri-əmlak hüquqlarından biri olan işgüzar nüfuz həm sahibkarlıq, həm də digər peşəkar fəaliyyəti əhatə etdiyindən onun subyektləri dairəsinə kommersiya, qeyri kommersiya hüquqi şəxsləri və fiziki şəxs qismində fərdi sahibkarlarla yanaşı, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də aiddir. Bənd 2.3.2. Işgüzar nüfuzun müdafiəsi, habelə mənəvi zərərin kompensasiyası əsasları bu qərarda əks olunmuş şərəf və ləyaqətin müdafiəsi ilə bağlı ümumi qaydalara (hüquqi əsasları, dispozisiya şərtləri, əməlin hüquqazidliyini aradan qaldıran hallar, prezumpsiya və sübutetmə, hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulları və s.) uyğun həyata keçirilməli, habelə işgüzar nüfuza aid aşağıdakı özünəməxsus xüsusiyyətlər də nəzərə alınmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, işgüzar nüfuzun ləkələnməsindən doğan maddi zərərin tutulması əsasları da bu qərarda əks olunmuş ümumi qaydalara tabedir. Bənd 2.3.4. Işgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonra yaranır. Belə ki, hər hansı subyektin müəyyən müddət ərzində müxtəlif sahələrdə biznes və ya digər peşəkar fəaliyyətlə məşğul olması, yerli və xarici bazarlarda tanınması, ticarət dövriyyəsinə malik olması, müvafiq əmtəə nişanları adı altında məhsullar istehsal etməsi, işlər görməsi, xidmətlər göstərməsi, biznes reytinqlərində yer tutması, həmin subyekt barədə çoxsaylı müsbət xarakterli tərəfdaş və müştəri rəylərinin, nəşrlərin mövcudluğu onun işgüzar nüfuzunu formalaşdırmış olur. Bənd 2.3.5. Işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır. Bənd 2.3.6. Bu məlumatlar bir qayda olaraq aid olduğu fiziki və ya hüquqi şəxs tərəfindən qanunvericiliyi pozmasına, sui-istifadə hallarına, haqsız rəqabətə yol verməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar biznes tərəfdaşlarının və istehlakçıların hüquqlarının və maraqlarının, işgüzar davranış qaydalarını pozması kimi mənfi xarakterli informasiya hesab olunur. Məsələn, müvafiq malların satışı ilə məşğul olan şəxsin barəsində müştərilərin aldadılmasına dair, yaxud da təmir-tikinti işləri görən şirkətin bu fəaliyyət üçün müvafiq razılıq olmadan qanunsuz fəaliyyət göstərməsinə dair məlumatlar. Bənd 2.3.10. Işgüzar nüfuzun pozulması sahibkarlıq subyektinin rəqabət səviyyəsinin aşağı enməsi, investisiyaların, ticarət dövriyyəsinin, müştərilərin və (və ya) istehlakçıların sayının azalması, biznes tərəfdaşları tərəfindən bağlanılması nəzərdə tutulan əqdlərin rəsmiləşdirilməsindən, yaxud bağlanılmış müqavilələrin icrasından imtina olunması, maliyyətəsərrüfat göstəricilərinin pisləşməsi, tenderlərdən kənarlaşdırılma və maddi zərərlə səciyyələnən digər mənfi nəticələrə səbəb ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

38. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş və qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Ilk iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin ilk iddianın təmin edilmədiyi, qarşılıqlı iddianın isə qismən təmin edildiyi və qarşılıqlı iddiaçının tələbinin təmin edilməyən hissəsini mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində ilk iddia və qarşılıqlı iddianın təmin edilmiş hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.

39. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

40. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh MMC dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir (VÖEN **********). MMC-yə məxsus emal zavodunda «Patron» günəbaxan tumları və.s məhsullar istehsal edilir. İddiaçı «Patron» günəbaxan tumlarından siçan meyidi çıxması barədə Qida Təhlükəsizliyi Agentliyinə müraciət ünvanlamışdır. Həmin müraciət əsasında agentlik tərəfindən Cavabdeh MMC-yə məxsus günəbaxan tumlarının emal zavodunda növbədən kənar yoxlama aparılmışdır. Bununla yanaşı, İddiaçı ##.##.2024-cü il tarixdə özünə məxsus instagram sosial şəbəkə hesabında «Patron» günəbaxan tumlarının paketi və tum qabıqları arasında ölü siçan meyidi əks olunan fotoşəkil paylaşmış, paylaşımında qeyd etmişdir ki, «semiçka çırtlayarkən əlimi bir atdım ki, ölü siçovul gəldi. Iyrəndiyimdən hələ də özümə gələ bilmirəm. Siz insanlara nə cür məhsul satışa çıxarırsınız? Bu nədir belə? Kim sizi akkresktasiyadan keçirib. Daha haralara müraciət etməliyəm ki, buna baxılsın». Eyni zamanda, İddiaçı Cavabdeh MMC-yə məxsus günəbaxan tumlarının emal zavodunun instagram sosial şəbəkəsindəki hesablarını da bu paylaşıma tağ etmişdir. Bu paylaşım Qafqazinfo.com və 24 news.az internet xəbər saytlarında da həmçinin tirajlanmışdır. İddiaçı Cavabdeh MMC-nin hüquqazidd hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh MMC də qarşılıqlı iddia ərizəsi verərək İddiaçı sosial şəbəkədə MMC barəsində yaydığı həqiqətə uyğun olmayan məlumatlar nəticəsində hüquqi şəxsin işgüzar nüfuzuna xələl gəldiyini bildirərək məlumatların təkzib edilməsini və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir.

43. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

44. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

45. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

46. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Baxılan işdə ilk və qarşılıqlı iddia mövcuddur. Kollegiyanın qənaətinə görə, iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilkin olaraq İddiaçı iddiası, yəni ilk iddia üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

48. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı İddiaçı cavabdeh müəssisənin hüquqazidd hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını iddia edir.

49. Bu mənada, onun tələbinin maddi hüquqi əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.

50. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

51. Zərərin əvəzinin ödənilməsi barədə iddiaçı İddiaçı tələbi deliktə əsaslanır.

52. Ali Məhkəmənin Plenumunun «Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında» ## ###### 2025-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, delikt əsası ilə maddi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən aşağıdakı dispozisiya şərtlərinin mövcudluğu araşdırılmalıdır: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu; əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla); şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması; şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu.

53. Hüquqazidd əməl istənilən xarakterli (mülki, inzibati, inzibati xəta, cinayət və s.) qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə olunan mülki hüquq pozuntusu və ya müqavilə öhdəliyinin pozulmasıdır. Məsələn, şəxsiyyətin alçaldılması, razılıq olmadan ailə və şəxsi həyat sirrinin ictimailəşdirilməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, tibbi müdaxilənin vaxtında və keyfiyyətli edilməməsi, qanunsuz həbsə alma, qanunsuz məhkum etmə, qanunsuz olaraq ölkədən çıxışa qadağa qoyma, qüsurlu malın satılması və ya xidmətin göstərilməsi, fərdi yaşayış evinin söküntüsünə dair inzibati orqanın qanunsuz inzibati aktı nəticəsində şəxsin yeganə yaşayış yerindən məhrum edilməsi və s.

54. Mülki Məcəllədə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn iki növ məsuliyyət nəzərdə tutulmuşdur: təqsirli məsuliyyət və təqsirsiz məsuliyyət.

55. Delikt məsuliyyətinin əsas qaydası isə təqsirli məsuliyyətdir. Bu halda məsuliyyətin ən önəmli ünsürü zərər vuran şəxsin təqsirli olmasıdır. Yəni məsuliyyətin yaranması üçün hüquqazidd əməl, zərər və səbəbli əlaqə ünsürlərindən başqa zərər yetirənin hərəkətinin təqsirli olması da sübuta yetirilməlidir.

56. Növbəti dispozisiya şərti olan - şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və (və ya) iztirabların nədə ifadə olunduğu iddia ərizəsində göstərilməli və məhkəmə bu əsaslar üzrə müəyyən etdiyi işin faktiki halları baxımından qiymətləndirmə aparmalıdır.

57. Həmin sarsıntı və (və ya) iztirabların cavabdehin hüquqazidd əməli nəticəsində baş verməsi iddiaçı tərəfindən sübut olunmalıdır.

58. Kollegiya göstərir ki, iddiaçı İddiaçı iddia etdiyi «Patron» günəbaxan tumlarından siçan meyidi çıxması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Hətta bu hüquqazidd hərəkət həqiqətən də baş vermişdirsə belə, ancaq bu hala görə məhz cavabdeh müəssisənin təqsirli olması iş materialları ilə öz təsdiqini tapmamışdır.

59. Bununla belə, iddiaçı İddiaçı sarsıntı və (və ya) iztirablar yaşadığını və bunun da məhz iddia etdiyi hüquqazidd əməl nəticəsində baş verməsini təsdiq edəcək sübutu da məhkəməyə təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.

60. Bir sözlə, mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiaçı İddiaçı iddiası sübutların çatışmamazlığı nöqteyi-nəzərdən əsassız olmuşdur.

61. Qarşılıqlı iddiaya münasibətdə kollegiya vurğulayır ki, iddiaçı müəssisə həqiqətə uyğun olmayan məlumatların cavabdeh İddiaçı tərəfindən yayılması nəticəsində işgüzar nüfüzunun ləkələndiyini iddia etmişdir.

62. Bu tələbin qanuni əsası kimi isə Mülki Məcəllənin 23-cü maddəsi çıxış edir (§ 21-24)

63. Işgüzar nüfuzun müdafiəsi barədə iddialara baxılarkən aşağıdakı dispozisiya şərtlərinin mövcudluğu yoxlanılmalıdır: məlumatların işgüzar nüfuzu ləkələyici xarakter daşıması; məlumatların həqiqətəuyğun olmaması; məlumatların yayılması faktı;

64. Baxılan iş üzrə hansı halların sübuta yetirilməli olduğu təsbit edilməli, daha sonra isə həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyü müəyyən edilməlidir.

65. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir.

66. Ümumi prinsip ondan ibarətdir ki, sübutetmə yükü iddiaçının üzərinə düşür. Ancaq, ümumi qaydanın bəzi istisnaları da vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.

67. Bu kontekstdə kollegiya qeyd edir ki, məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə işgüzar nüfuzu ləkələyən xarakter daşıdığını iddiaçı, bu məlumatların həqiqətə uyğun olduğunu isə cavabdeh sübut etməlidir.

68. Işin mübahisəsiz halına görə, Cavabdeh MMC dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir və MMC-yə məxsus emal zavodunda «Patron» günəbaxan tumları və.s məhsullar istehsal edilir.

69. Işin mübahisəsiz olan digər halına görə isə, Cavabdeh MMC kifayət qədər ticarət dövriyyəsinə malik, biznes reytinqlərində özünə görə yer tutan bir kommersiya hüquqi şəxsidir. Bu hal vergi ödəyicisi olan Cavabdeh MMC-nin iş materiallarına əlavə edilmiş vergi hesabatları ilə öz təsdiqini tapır.

70. Işin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, cavabdeh İddiaçı ##.##.2024-cü il tarixdə özünə məxsus instagram sosial şəbəkə hesabında «Patron» günəbaxan tumlarının paketi və tum qabıqları arasında ölü siçan meyidi əks olunan foto şəkil paylaşmış, paylaşımında qeyd etmişdir ki, «semiçka çırtlayarkən əlimi bir atdım ki, ölü siçovul gəldi. Iyrəndiyimdən hələ də özümə gələ bilmirəm. Siz insanlara nə cür məhsul satışa çıxarırsınız? Bu nədir belə? Kim sizi akkresktasiyadan keçirib. Daha haralara müraciət etməliyəm ki, buna baxılsın». Eyni zamanda, cavabdeh İddiaçı Cavabdeh MMC-yə məxsus günəbaxan tumlarının emal zavodunun instagram sosial şəbəkəsindəki hesablarını da bu paylaşıma tağ etmişdir. Bu paylaşım cavabdehin hesabı vasitəsilə üçüncü şəxslərə yayılmışdır. Cavabdeh özü apellyasiya şikayətində etiraf edir ki, digər xəbər səhifələri məhz onun səhifəsindən götürüb bu məlumatları öz səhifələrində paylaşmışlar. Beləliklə, bu məlumatlar həm cavabdehin, həm də Qafqazinfo.com və 24 news.az internet xəbər saytlarının səhifələrində paylaşılması nəticəsində geniş izləyici kütləsi arasında yayılmışdır.

71. Kollegiyanın qənaətinə görə, cavabdeh İddiaçı sosial şəbəkədə iddiaçı müəssisə barəsində etdiyi paylaşım məzmununa və ictimai şüurda təsirinin ağırlığına görə, işgüzar nüfuzu ləkələyən məlumat kimi qiymətləndirilməlidir. Ona görə ki, bu məlumat üçüncü şəxslərdə iddiaçı müəssisənin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəy yaratmaq potensialına malik informasiyadır. Həmin məlumatın geniş izləyici kütləsinə malik sosial şəbəkə səhifələrində paylaşılması isə fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsinin əldə edib və qorumağa çalışdığı rəqabət səviyyəsinin aşağı enməsinə, investisiyaların, ticarət dövriyyəsinin və müştəri sayının azalması kimi arzu olunmaz nəticələrə gətirib çıxara bilər.

72. Xüsusilə nəzərə almaq lazımdır ki, cavabdeh İddiaçı sosial şəbəkədə iddiaçı müsəsisə barədə yaydığı məlumatın məzmunu iddiaçının birbaşa işgüzar nüfuzunu ləkələməyə yönəldilmişdir. Kollegiyanın bu qənaətə gəlməsinə səbəb - paylaşımda yer alan, yəni cavabdehin seçdiyi ifadələr və bu ifadələrin izləyici kütləsinə çatdırılması üslübudur.

73. Cavabdeh İddiaçı sosial şəbəkədə iddiaçı müəssisə barədə yaydığı məlumat tənqid, qiymətləndirici fikir, ya da mülahizə xarakterli olmamışdır.

74. Cavabdeh İddiaçı sosial şəbəkə hesabındakı paylaşımında təkcə «Patron» günəbaxan tumlarının paketindən ölü siçan meyidi çıxmasını qeyd etməklə rastlaşdığını iddia etdiyi xoşagəlməz bir hadisə kimi bunu öz səhifə izləyiciləri ilə bölüşməmişdir.

75. Cavabdeh sosial şəbəkə hesabındakı paylaşımında «Patron» günəbaxan tumlarının paketindən ölü siçan meyidi çıxmasını qeyd etmiş və buna təqsirkar şəxs kimi də həmin tumu emal edən müəssisəni göstərmişdir.

76. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçı müəssisə barəsində işlətdiyi ifadələr o qədər sərt və ittihamedici motivdədir ki, bu ifadələrin bu üslübla geniş izləyici kütləsinə çatdırılmasını heç bir halda cavabdehin söz, fikir, ya media azadlığı çərçivəsində davranışı kimi qəbul etmək mümkün deyildir.

77. Barəsində mübahisə edilən məlumatın yayılması və bu məlumatın iddiaçı müəssisənin işgüzar nüfuzunu zədələyən məlumat olması müəyyən edildiyinə görə, artıq növbəti araşdırılmalı məsələ - yayılan bu məlumatın həqiqi olub-olmamasıdır. Bunu sübuta yetirmək isə həmin məlumatları yayan şəxsin, yəni cavabdehin üzərinə düşür.

78. Kollegiya bir daha qeyd edir ki, cavabdeh tərəf «Patron» günəbaxan tumlarından siçan meyidi çıxmasını israrla bildirsə də, lakin ümumiyyətlə bu hadisənin həqiqətən də baş vermiş olmasını belə kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Hətta fərz edilsə ki, bu hadisə baş verib, ancaq bu hala görə məhz iddiaçı müəssisənin təqsirli olması sübuta yetirilmir. Bu qənaətin məntiqi davamı olaraq kollegiya apellyatorun qohumunun iş üzrə şahid qismində dindirilməsi barədə arqumentinin əsassız olduğunu və şahid ifadəsinin işin həlli baxımından əhəmiyyət daşımadığını vurğulayır.

79. Cavabdeh İddiaçı tərəfindən çəkilmiş fotoşəkildə «Patron» günəbaxan tumlarının paketi və tum qabıqları arasında ölü siçan meyidinin əks olunması hələ o qənaətə gəlməyə əsas vermir ki, həqiqətən də «Patron» günəbaxan tumlarından siçan meyidi çıxıb və bunun səbəbi zavodda məhsulun paketlənməsi zamanı yol verilən diqqətsizlik, habelə zavodun fəaliyyəti ilə bağlı digər neqativ haldır.

80. Göründüyü kimi, cavabdeh İddiaçı qanunla üzərinə düşən sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş, sosial şəbəkə hesabı vasitəsilə qeyri-müəyyən şəxslər dairəsinə yaymış olduğu və iddiaçı müəssisənin işgüzar nüfuzunu ləkələyən məlumatların doğru olduğunu sübut edə bilməmişdir.

81. Qeyd edilənlərin yekunu olaraq olaraq kollegiya cavabdeh İddiaçı hüquqazidd hərəkətləri nəticəsində iddiaçı müəssisənin işgüzar nüfuzunun ləkələndiyi qənaətinə gəlir. Odur ki, həmin məlumatların təkzib edilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiaçı müəssisənin tələbi qanuni əsaslara sökkənir.

82. Mənəvi zərər mələği ilə bağlı kollegiya göstərir ki, mənəvi ziyanın xarakteri, iddiaçı müəssisənin ticarət bazarındakı mövqeyi, habelə cavabdehin yaşı, əmlak və ailə vəziyyəti və işin digər halları nəzərə alınaraq mənəvi zərərin məbləğinin 250 manat həddində müəyyən edilməsi ədalətli və ağlabatandır, ümumilikdə qəbul edilmiş qətnamə iddiaçının pozulmuş hüququnun bərpa olunması üçün yetərli vasitə kimi çıxış edir.

83. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla qətnamənin yoxlanılan hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar