Məhkəmə qərarları › İş №2(3-7)-627/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-627/2026

07.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-627/2026 07.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edənməruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi, vəkil nümayəndə2, cavabdeh2 ASC–nin nümayədəsi X3, Sultanova İradə Tofiq qızının nümayəndəsi, vəkil X6 və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X15 filialının nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh2 ASC–yə və Sultanova İradə Tofiq qızına qarşı elektrik sayğacının onun adına dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Sultanova İradə Tofiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2022–ci il tarixli, TŞ–**/*** nömrəli Texniki şərtdən görünür ki, həmin Texniki şərt "xxxx” ASC tərəfindən Şəmkir rayonu, Xuluf kəndində yerləşən qeyri–yaşayış sahəsinə dair İddiaçı verilmişdir.

2. cavabdeh2 ASC–nin ##.##.2022–ci il tarixli ATŞ**/*** nömrəli arayışından görünür ki, İddiaçı (Şəmkir rayonu, Xuluf kəndində yerləşən qeyri–yaşayış sahəsinə) cavabdeh2 ASC tərəfindən verilmiş TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərtlər yerinə yetirmişdir. Obyektin şəbəkəyə qoşulmasına etraz etmirik.

3. cavabdeh2 ASC tərəfindən ##.##.2024–cü il tarixdə Sultanova İradə Tofiq qızına ünvanlanmış məktubundan görünür ki, *********** nömrəli abonent kodunun ad dəyişməsi ilə bağlı müraciətinə (##.##.2024–cü il tarixli, 13–13/1–S–11229–*/**** nömrəli) cavabdeh2 ASC–də baxılmış və bildirilmişdir ki, müraciəti əsasında qeyd edilən məsələ araşdırılmış və ##.##.2024–cü il tarixdə *********** nömrəli abonent kodu onun (Sultanova İradə Tofiq qızının) adına keçirilmişdir.

4. ##.##.2024–cü il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyri– istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı–satqısının birtipli müqaviləsi”ndən görünür ki, həmin müqavilə LUNA tipli 25717546 zavod nömrəli sayğaca görə cavabdeh2 ASC ilə Sultanova İradə Tofiq qızı arasında bağlanmışdır.

5. İddiaçı tərəfindən ##.##.2024–cü il tarixdə notarial qaydada yazılmış ərizədən görünür ki, o, ##.##.2023–cü il tarixdə * saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində 8İ– **** reyestr nömrəli ərizə vermişdir. Hazırda sayğacı öz adına qaytardığı üçün yuxarıda qeyd edilən ərizədən imtina edir.

6. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X15 filialının İddiaçı ünvanladığı ##.##.2024–cü il tarixli məktubundan görünür ki, bağçılıq təsərrüfatının elektrik şəbəkəsinə qoşulması üçün enerjitəchizatı müəssisəsinə təqdim edilmiş müvafiq sənədlərə əsasən, cavabdeh2 ASC tərəfindən həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013– cü il 27 avqust tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olaraq tələb olunan və icazə verilən gücü 35 kvt olmaqla TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərt hazırlanaraq sizə verilmişdir. Həmin texniki şərt əsasında ETM tərəfindən bağçılıq təsərrüfatının elektrik təchizatı üçün quraşdırılmış KTM–in 0,4 kvt–luq PQ–də sizin adınıza LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı quraşdırılaraq elektrik şəbəkəsinə qoşulmuşdur. Bundan sonra 2024–cü il tarixdə cavabdeh2 ASC–nin Hüquq idarəsinin verdiyi sənəd əsasında bağçılıq təsərrüfatının *************** saylı kod üzrə abonent haqqında cədvəlində razılığınız olmadan dəyişiklik olunaraq Sultanova İradə Tofiq qızının adına keçirilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.21–ci bəndinə əsasən, elektrik enerjisinin alqı–satqı müqaviləsini, şəxsi hesabın digər abonentin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən 5 gün ərzində baxılır və həll edilir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən bağçılıq təsərrüfatının abonent haqqında cədvəlində cavabdeh2 ASC–nin verdiyi TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərtə uyğun dəyişiklik olunması məsələsinə baxılması barədə tərəfimizdən xxxx” ASC–yə məktub göndərilmişdir. Müraciətimiz cavablandırıldıqdan sonra sizə əlavə məlumat veriləcəkdir.

7. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X15 filialının İddiaçı ünvanladığı ##.##.2025–ci il tarixli məktubundan görünür ki, kənd təsərrüfatı sahəsinin (bağçılıq təsərrüfatının) elektrik şəbəkəsinə qoşulması üçün enerjitəchizatı müəssisəsinə təqdim etdiyiniz müvafiq sənədlərə əsasən, cavabdeh2 ASC tərəfindən həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013–cü il 27 avqust tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olaraq tələb olunan və icazə verilən gücü 35 kvt olmaqla TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərt hazırlanaraq sizə verilmişdir. Həmin texniki şərt əsasında ETM tərəfindən bağçılıq təsərrüfatının elektrik təchizatı üçün quraşdırılmış KTM–in 0,4 kvt–luq PQ–də sizin adınıza LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı quraşdırılaraq elektrik şəbəkəsinə qoşulmuşdur. Bundan sonra 2024–cü il tarixdə cavabdeh2 ASC–nin Hüquq idarəsinin verdiyi sənəd əsasında bağçılıq təsərrüfatının *************** saylı kod üzrə abonent haqqında cədvəlində razılığınız olmadan dəyişiklik olunaraq Sultanova İradə Tofiq qızının adına keçirilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.21–ci bəndinə əsasən, elektrik enerjisinin alqı–satqı müqaviləsinin, şəxsi hesabının digər abonentin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən 5 gün ərzində baxılır və həll edilir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən bağçılıq təsərrüfatının abonent haqqında cədvəlində cavabdeh2 ASC-nin verdiyi TŞ-**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərtə uyğun dəyişiklik olunması məsələsinə baxılması barədə tərəfimizdən ETM–ə ünvanlanmış məktuba cavab olaraq bağçılıq təsərrüfatının abonent haqqında cədvəlində digər şəxsin adına dəyişiklik olunmasının hazırkı istifadəçisi İradə Sultanovanın razılığı əsasında mümkün olduğu bildirilmişdir. Bildiririk ki, ETM-in cavab məktublarının təhlili zamanı müəyyən edilmişdir ki, bağçılıq təsərrüfatının abonent haqqında cədvəlində razılığınız olmadan 2024–cü il tarixdə cavabdeh2 ASC–nin Hüquq İdarəsinin verdiyi sənəd əsasında İradə Sultanovanın adına dəyişiklik olunarkən mövcud texniki şərtin, eləcə də yuxarıda adı çəkilən Qaydaların tələbləri nəzərə alınmamışdır. Bununla belə məlumat üçün bildiririk ki, yaranmış bütün mübahisəli məsələlərlə əlaqədar ETM–ə qarşı iddia tələbi ilə bilavasitə məhkəməyə müraciət etmək hüququnuz vardır.

8. cavabdeh2 ASC–nin ##.##.2025–ci il tarixdə iddiaçının nümayəndəsi nümayəndə2 ünvanladığı məktubdan görünür ki, İddiaçı Şəmkir rayonu, Xuluf kəndində 10/0,4 KV gücündə trasformatorun qoyulması üçün cavabdeh2 ASC–yə ərizə ilə müraciət edərək ##.##.2019–cu il tarixli, ********** saylı çıxarışın və şəxsiyyət vəsiqəsinin surətlərini təqdim etmiş, bunun nəticəsində ##.##.2022–ci il tarixdə TŞ–**/*** nömrəli Texniki şərt almışdır.

9. ##.##.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.1431 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir.

10. ##.##.2019–cu il tarixli 3119008218 (3119008220) qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 2.4424 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı, Sultanova İradə Tofiq qızının, Qurbanlı Gülər İsa qızının və Qurbanlı Şamxal İsa oğlunun adına qeyd edilmişdir.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Mütəxəssis publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2026–cı il tarixli mütəxəssis rəyindən görünür ki, Sultanova İradə Tofiq qızının adına olan (abonent kodu 50420220050) sayğacın quraşdırıldığı, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 63HVA, gərginliyi 10/0,4 KV olan gücdə trasformator qurğusu İddiaçı, Qurbanlı Gülər İsa qızı, Qurbanlı Şamxal İsa oğlu və Sultanova İradə Tofiq qızının birgə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Sultanova İradə Tofiq qızının adına olan (abonent kodu 50420220050) sayğacın quraşdırıldığı, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 63HVA, gərginliyi 10/0,4 KV olan gücdə trasformator ##.##.2019–cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçı İddiaçı mülkiyyətində olan 0,1431 ha torpaq sahəsində yerləşmir. Sultanova İradə Tofiq qızının adına olan (abonent kodu 50420220050) sayğacın quraşdırıldığı, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 63HVA, gərginliyi 10/0,4 KV olan gücdə trasformator ##.##.2019–cu il tarixli 3119008218 (3119008220) qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarış əsasında iddiaçı İddiaçı, Qurbanlı Gülər İsa qızı, Qurbanlı Şamxal İsa oğlu və Sultanova İradə Tofiq qızının birgə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Sultanova İradə Tofiq qızının adına olan (abonent kodu 50420220050) sayğacın quraşdırıldığı, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 63HVA, gərginliyi 10/0,4 KV olan gücdə trasformatorun əhatə etdiyi ərazi 12.9 kv.m–dir.

12. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X15 filialının ##.##.2026–cı il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən obyektin elektrik şəbəkəsinə qoşulması üçün İddiaçı cavabdeh2 ASC–yə etdiyi müraciət əsasında həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013–cü il 27 avqust tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olaraq TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərt hazırlanaraq sifarişçiyə təqdim edilmişdir. Həmin texniki şərtə əsasən, sözügedən obyekt cavabdeh2 ASC–nin informasiya məlumat bazasında İddiaçı adına *************** saylı kodu ilə qeydiyyata alınmış və obyektə məxsus komplekt transformator məntəqəsinin 0,4 kvt–luq paylayıcı qurğusunda ##.##.2022–ci il tarixdə LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı quraşdırılaraq elektrik şəbəkəsinə qoşulmuşdur. Bundan sonra texniki şərtdə dəyişiklik aparılmadan, eləcə də İddiaçı razılığı olmadan cavabdeh2 ASC–nin Hüquq İdarəsinin təqdim etdiyi sənəd əsasında obyektə aid elektrik enerjisinin alqı–satqısı müqaviləsi, eyni zamanda şəxsi hesabı ##.##.2024–cü il tarixdə Sultanova İradə Tofiq qızının adına keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 ASC–yə və cavabdeh qismində cəlb edilmiş Sultanova İradə Tofiq qızına qarşı elektrik sayğacının onun adına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Xuluf kəndində yerləşən bağçılıq təsərrüfatının abonent cədvəlində cavabdeh2 ASC–nin verdiyi ##.##.2022–ci il tarixli, TŞ–**/*** saylı texniki şərtə uyğun elektrik sayğacının onun adına dəyişdirilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Xuluf kəndində xüsusi mülkiyyətində 0.14 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur. Həmçinin həmin torpaq sahəsində şəxsi vəsaiti hesabına 2022–ci ildə 63HVA, gərginliyi 10/0,4 kv olan gücdə transformator quraşdırılmış, sonradan yenə öz şəxsi vəsaiti hesabına transformatorun daxilində elektrik sayğacı quraşdırılmışdır. Həmin tarixdən elektrik enerjisindən istifadə etmiş, sərf etdiyi elektrik enerjisinin pulunu vaxtlı–vaxtında ödəmişdir. 2024–cü ildə cavabdeh idarə onun razılığı olmadan onun vəsaiti hesabına quraşdırılmış elektrik sayğacını Sultanova İradə Tofiq qızının adına keçirmişdir. Bu barədə məlumat aldıqdan dərhal sonra cavabdehə və digər aidiyyatı orqanlara şikayət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən bağçılıq təsərrüfatının abonent cədvəlində cavabdeh2 ASC–nin verdiyi ##.##.2022–ci il tarixli, TŞ– **/*** saylı texniki şərtə uyğun elektrik sayğacının onun adına dəyişdirilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

15. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddianın təmin edilməsi, Şəmkir rayonu, Xuluf kəndində yerləşən bağçılıq təsərrüfatının abonent cədvəlində cavabdeh2 ASC–nin verdiyi ##.##.2022–ci il tarixli, TŞ–**/*** saylı texniki şərtə uyğun olaraq 63HVA, gərginliyi 10/0,4 kv olan gücdə transformatora məxsus elektrik sayğacının (abonent kodu: 50420220050) cavabdeh Sultanova İradə Tofiq qızının adından iddiaçı İddiaçı adına dəyişdirilməsi qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bağçılıq təsərrüfatının elektrik şəbəkəsinə qoşulması üçün enerjitəchizatı müəssisəsinə təqdim edilmiş müvafiq sənədlərə əsasən cavabdeh2 ASC tərəfindən həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013– cü il 27 avqust tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olaraq tələb olunan və icazə verilən gücü 35 kvt olmaqla TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərt hazırlanaraq iddiaçı İddiaçı verilmişdir. Həmin texniki şərt əsasında ETM tərəfindən bağçılıq təsərrüfatının elektrik təchizatı üçün quraşdırılmış KTM–in 0,4 kvt–luq PQ–də İddiaçı adına LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı quraşdırılaraq elektrik şəbəkəsinə qoşulmuşdur. Bundan sonra ##.##.2024–cü il tarixdə abonent haqqında cədvəldə həmin sayğac iddiaçının razılığı olmadan Sultanova İradə Tofiq qızının adına keçirilmişdir. Qanunvericiliyin tələbinə əsasən Şəmkir rayonu, Xuluf kəndində yerləşən obyektin elektrik şəbəkəsinə qoşulması üçün İddiaçı TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərt hazırlanaraq təqdim edilmiş, həmin texniki şərtə əsasən sözügedən obyekt cavabdeh2 ASC–nin informasiya məlumat bazasında İddiaçı adına *************** saylı kodu ilə qeydiyyata alınmış və obyektə məxsus komplekt transformator məntəqəsinin 0,4 kvt–luq paylayıcı qurğusunda ##.##.2022–ci il tarixdə LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı quraşdırılaraq elektrik şəbəkəsinə qoşulmuşdur. Lakin texniki şərtdə dəyişiklik aparılmadan, eləcə də İddiaçı razılığı olmadan həmin obyektə aid elektrik enerjisinin alqı–satqısı müqaviləsi, eyni zamanda şəxsi hesabı ##.##.2024–cü il tarixdə Sultanova İradə Tofiq qızının adına keçirilmişdir. Halbuki, qeyd olunan qanun normaları, eləcə də, Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X15 filialının ##.##.2026–cı il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, elektrik enerjisinin alqı–satqısı müqaviləsi, eyni zamanda şəxsi hesabı, o cümlədən sayğacda adın dəyişdirilməsi üçün texniki şərtdə dəyişiklik edilməmişdir. Yəni, elektrik şəbəkəsinə qoşulma üçün tələb olunan ilkin sənəd–texniki şərt İddiaçı adına olduğu halda sayğac iddiaçının razılığı olmadan İradə Sultanovanın adına dəyişdirilmişdir. Başqa sözlə desək, elektrik şəbəkəsinə qoşulma üçün tələb olunan ilkin sənəd– texniki şərt İddiaçı adında qaldığı halda, İradə Sultanova texniki şərt almadan sayğac onun adına keçirilmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası əsaslı hesab edilərək təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması” Qaydalarının 1.12, 2.3-ci maddəsinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.21–ci bəndinə, Elektrik Şəbəkəsinə dair Qaydalar”ın 154.1, 155.4, 159.1, 159.12, 159.17, –ci bəndinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

18. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Sultanova İradə Tofiq qızı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin məhkəmə aidiyyat qaydalarının pozulmaqla çıxarıldığından ləğv edilib, işin Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını, əks halda qətnamənin ləğv edilib, iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi və faktiki halları ondan ibarətdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Sultanova İradə Tofiq qızının digər 2 şəxslə birlikdə ümumi birgə mülkiyyətlərində Şəmkir rayonu, Xuluf kəndi ərazisində kənd təsərrufatlı təyinatlı 2.4424 ha torpaq sahələri vardır. 2022-ci ildə iddiaçı cavabdeh İradə Sultanovanın əri Şahin Sultanovla iddiaçı İddiaçı arasında etibarlı şərikli təsərrüfat-sahibkarlıq münasibətləri olmuş, həmin ildə Sultanovların 30.000 manat vəsaiti ilə qarşılıqlı razılaşmaya əsasən həmin ümumi mülkiyyətdə olan torpaq sahəsində transformator quraşdırılaraq İddiaçı adına texniki şərt alıb abonent kodu rəsmiləşdirmişlər. ## #### 2023-cü ildə onlar adarında ilkin razılaşmanın davamı olaraq tərəflər Gəncə Asan Xidmət Mərkəzinə gedib, İddiaçı notariatda təsdiq olunmuş razılıq ərizəsi əsasında sayğacın abonent kodunu İradə Sultanovanın adına rəsmiləşdirmişlər. 2024-cü ilin yaz aylarında tərəflər arasında şəriklik münasibətlər pozulmuş, bundan sonra İddiaçı öz adına olan başqa 0.14 hektar torpaq sahəsinin sənədini və guya transformatorun həmin torpaq sahəsində yerləşməsinə dair saxta arayışı Gəncə Asan Xidmət Mərkəzinə təqdim etməklə ## ##### 2024-cü ildə sayğacın abonent kodunu qanunsuz yolla, eyni zamanda İradə Sultanovanın xəbəri olmadan öz adına keçirmişdir. Bundan sonra İradə Sultanovanın şikayəti əsasında cavabdeh2 ASC araşdırma aparmış, sayğacın İddiaçı adına qanunsuz dəyişdirildiyini rəsmi etiraf etmiş və abonent kodunu qanuni əsaslarla ## ####### 2024-cü ildə İradə Sultanovanın adına yenidən bərpa etmişdir. Bundan sonra İddiaçı Şəmkir rayon Məhkəməsində cavabdeh2 ASC-yə qarşı elektrik sayğacının onun adına dəyişdirilməsinə dair iddia qaldırmışdır. Şəmkir rayon Məhkəməsinin*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi onun iddiası təmin olunmuş, elektrik sayğacının İradə Sultanovanın adından İddiaçı adına dəyişdirilməsiqət olunmuşdur. Məhkəmənin həmin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilərək, aşağıdakılara əsasən iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən heç bir maddi hüquq normasına istinad edilməmişdir. Məhkəmə yalnız Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” və “Elektrik şəbəkəsinə dair Qaydaların” bir necə bəndini qeyd etməklə, həmin “Qaydaları” qətnamədə düzgün olmayaraq qanun norması adlandıraraq qətnaməni əsaslandırmağa calışmışdır. Məhkəmə nəticəyə gəlmişdir ki, texniki şərt İddiaçı adına olduğu halda, onun razılığı olmadan sayğacın kodunun və enerji alqı-satqı müqaviləsinin ##.##.2024-cü ildə İradə Sultanovanın adına keçirilməsi onun hüquqlarını pozmuşdur. Hesab edir ki, həmin nəticə işin hallarına uyğun olmayan, araşdırılmamış və sübut olunmamış nəticə olmaqla tam əsassızdır. Belə ki, birincisi cavabdeh2ASC ##.##.2024-cü il tarixdə sayğacı və enerji satqı müqaviləsini İradə Sultanovanın adına dəyişdirməmiş, yalnız bərpa etmişdir. Abonentin adının dəyişdirilməsi ilə əvvəlki abonent kodunun bərpa edilməsi tamam fərqli anlayışlardır. Məhkəmə mübahisə üzrə ortada olan zəruri faktları və halları görməzliyə vuraraq araşdırmamış və nəzərə almamışdır. Yalnız sayğacın abonent kodunun ##.##.2024-cü ildə İradə Sultanovanın adına bərpa edilməsini müzakirə etmiş və əsassız olaraq dəyişdirmə kimi qiymətləndirərək səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə diqqətdən qaçırmışdır ki, ##.##.2024-cü ildən əvvəl, yəni ## #### 2023-cü ildə, iddiaçı İddiaçı notariatda təsdiq olunmuş öz razılıq ərizəsi əsasında sayğac onun adından İradə Sultanovanın adına qanuni əsasla dəyişdirilmişdir. Bundan sonra İddiaçı cavabdeh2 ASC-yə guya transfarmatorun ona məxsus 0.14 ha torpaq sahəsində yerləşməsinə dair saxta sənəd və texniki şərti təqdim edərək aldadıcı yolla eyni zamanda İradə Sultanovanın xəbəri olmadan (razılığı alınmadan) qanunsuz yolla sayğacı öz adına keçirmişdir. Məhkəmə bu qanunsuz keçirməni görməzliyə vurmuş, onu müzakirə edib qiymətləndirmədən, yalnız ##.##.2024-cü il tarixli bərpa etmə əməliyyatında İddiaçı razılığının alınmamasını qüsur kimi əsas tutub iddianı tam əsassız olaraq təmin etmişdir. Əslində isə məhkəmə ilkin olaraq birinci halda ## #### 2023-cü ildə İddiaçı öz ərizəsi və razılığı əsasında işıq sayğacının onun adından İradə Sultanovanın adına keçirilməsini müzakirə edib qiymətləndirməli idi. Bundan sonra ikinci halda ## ##### 2024-cü ildə qanuni abonent olan İradə Sultanovanın xəbəri olmadan sayğacın saxta sənədlər əsasında İddiaçı öz adına keçirməsini müzakirə edib qiymətləndirməli idi. Daha sonra isə üçüncü halda 22 oktyabr tarixdə cavabdeh cavabdeh2 ASC-nin yenidən sayğacı İradə Sultanovanın adına bərpa etməsini əvvəlki hallarla birlikdə qiymətləndirməklə düzgün nəticəyə gəlməli idi. Məhkəmə isə cavabdeh2ASC-nin ##.##.2023-cü il tarixli və ## ##### 2024-cü il tarixli ad dəyişmələri prosedurlarına toxunmamaqla, yalnız 22 oktyabr tarixli dəyişdirməni müzakirə etməklə yarımçıq, səthi və əsassız qərar qəbul etmişdir. Ona görə də, həmin qətnamə heç bir halda qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh cavabdeh2 ASC tərəfindən ##.##.2024-cü ildə sayğacın abonent kodunun İradə Sultanovanın adına bərpa edilməsi qanuni əsaslarla icra edildiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə diqqətdən qaçırmışdır ki, iddiaçının iddia ərizəsindəki və məhkəmədəki izahatındakı dəlilləri həqiqətdən uzaq düz olmayan məlumatlardır. Belə ki, İddiaçı iddia ərizəsində özünə məxsus 0.14 ha torpaq sahəsində özü tərəfindən transfarmator quraşdırdığını qeyd edir. Əslində isə transfarmator həmin sahədə deyil, ümumi mülkiyyətdə olan başqa sahədə qoyulmuş və onun xərcini Alıyev deyil Sultanovlar çəkmişlər. Bu fakt məhkəmə qərarları ilə təsdiq edilir. Bundan başqa o, iddia ərizəsində və izahatında sayğacı ##.##.2023-cü ildə Sultanovanın adına öz ərizəsi ilə keçirdiyini gizlətmək istəmiş, lakin məhkəmənin suallarına cavab verərkən məcbur olub bunu etiraf etmişdir. Məhkəmə isə iddiaçının məntiqsiz, ümumi sözlərdən ibarət dəlillərinə qiymət vermədən qəbul edərək, əsassız qətnamə çıxarmışdır. Bundan başqa məhkəmə, cavabdeh cavabdeh2 ASC-nin məhkəməyə göndərdiyi cavab məktubunu tərəflərin vəkillərinin sorğuları əsasında alınıb təqdim edilmiş arayışlardakı ziddiyətləri, eyni zamanda “Azərişığın” nümayəndəsinin məhkəmədə verdiyi izahatdakı ziddiyətli məqamlara münasibət bildirmiş və qiymətləndirməmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X15 filialının İddiaçı ünvanladığı ##.##.2025–ci il tarixli məktubundan görünür ki, kənd təsərrüfatı sahəsinin (bağçılıq təsərrüfatının) elektrik şəbəkəsinə qoşulması üçün enerjitəchizatı müəssisəsinə təqdim etdiyiniz müvafiq sənədlərə əsasən, cavabdeh2 ASC tərəfindən həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013–cü il 27 avqust tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olaraq tələb olunan və icazə verilən gücü 35 kvt olmaqla TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərt hazırlanaraq sizə verilmişdir. Həmin texniki şərt əsasında ETM tərəfindən bağçılıq təsərrüfatının elektrik təchizatı üçün quraşdırılmış KTM–in 0,4 kvt–luq PQ–də sizin adınıza LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı quraşdırılaraq elektrik şəbəkəsinə qoşulmuşdur. Bundan sonra 2024–cü il tarixdə cavabdeh2 ASC–nin Hüquq idarəsinin verdiyi sənəd əsasında bağçılıq təsərrüfatının *************** saylı kod üzrə abonent haqqında cədvəlində razılığınız olmadan dəyişiklik olunaraq Sultanova İradə Tofiq qızının adına keçirilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.21–ci bəndinə əsasən, elektrik enerjisinin alqı–satqı müqaviləsinin, şəxsi hesabının digər abonentin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən 5 gün ərzində baxılır və həll edilir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən bağçılıq təsərrüfatının abonent haqqında cədvəlində cavabdeh2 ASC–nin verdiyi TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərtə uyğun dəyişiklik olunması məsələsinə baxılması barədə tərəfimizdən ETM–ə ünvanlanmış məktuba cavab olaraq bağçılıq təsərrüfatının abonent haqqında cədvəlində digər şəxsin adına dəyişiklik olunmasının hazırkı istifadəçisi İradə Sultanovanın razılığı əsasında mümkün olduğu bildirilmişdir. Bildiririk ki, ETM– in cavab məktublarının təhlili zamanı müəyyən edilmişdir ki, bağçılıq təsərrüfatının abonent haqqında cədvəlində razılığınız olmadan 2024–cü il tarixdə cavabdeh2 ASC–nin Hüquq İdarəsinin verdiyi sənəd əsasında İradə Sultanovanın adına dəyişiklik olunarkən mövcud texniki şərtin, eləcə də yuxarıda adı çəkilən Qaydaların tələbləri nəzərə alınmamışdır. Bununla belə məlumat üçün bildiririk ki, yaranmış bütün mübahisəli məsələlərlə əlaqədar ETM–ə qarşı iddia tələbi ilə bilavasitə məhkəməyə müraciət etmək hüququnuz vardır.

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiasının iclasında iştirak edən Sultanova İradə Tofiq qızının nümayəndəsi, vəkil X6 apellyasiya şikayəti müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ## #### 2023-cü ildə İddiaçı rəsmi razılığı ilə sayğac İradə Sultanovanın adına dəyişdirilmişdir. Bundan sonra İddiaçı həmin sayğacın yerləşdiyi torpaq sahəsinə dair arayış əldə etmişdir. Lakin, transformator faktiki olaraq İradə Sultanovaya məxsus torpaq sahəsində yerləşir. İddiaçı həmin arayışı Asan Xidmətə təqdim etmişdir. 2024-cü ildə Asan Xidmətdə arayışa əsasən birtərəfli qaydada sayğacı İddiaçı adına dəyişdirmişdir. Bundan sonra İradə Sultanova bununla bağlı şikayət etmiş, araşdırma aparılmış və həmin sənədin qanunsuz olduğu aşkar olunmuşdur. Bununla da ##.##.2024-cü ildə də işıq sayğacı İradə Sultanovanın adına bərpa olunmuşdur. Birinci instansiya məhkəməsi sonuncu dəyişdirmədə İddiaçı razılığı olmamasını əsas gətirərək iddianı Sultanovanın adına bərpa olunmasında İddiaçı razılığına ehtiyac yox idi. Belə ki, sayğac İradə Sultanovanın adına qanuni dəyişdirilmişdir.

22. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2022-ci ildə biz sayğacın özünün yox, abonent kodunun İradə xanımın adına keçirilməsinə razılıq vermişdir. Sayğac hər hansı bir divar və ya başqa nəyəsə bağlı olur. Burda isə transformator əmlak olaraq göstərilir. Tekniki şərtdə sayğacın kodu göstərir ki, sayğacla ikisi birlikdə komplektasiya tamamlayır. Bununla da sayğacı başqa kiminsə adına keçirmək mümkün olmur. Yalnız abonent kodunu kiməsə vermək olar. İstənilən vaxt da onu geri qaytarmaq olur. Onun sayğacın İradə Sultanovanın adına keçirilməsinə razılığı olmamışdır. İradə Sultanovanın yoldaşı ondan problemləri olduğu üçün abonet kodunun İradə Sultanovanın adına keçirilməsini xahiş etmiş, o isə razılıq verilmişdir. cavabdeh2 ASC də abonent kodunu dəyişdirmişdir. Sayğac da, transformator da onun adına rəsmiləşdirilmişdir. Abonent kodunu indi İradə Sultanovanın adına keçiriblər. Abonent kodunun İradə xanımın adına keçməsi onun transformatordan istifadəsi üçün əsas deyil. O, yeni abonent kodu ala bilər. Lakin, problemlər ortaya çıxdığı üçün qanuni yolla abonent kodunu əldə etmək istəyir. Transformator onun torpağındadır. O, transformatorun quraşdırılması üçün sənəd təqdim etmişdir. Texiniki şərtin razılaşması üçün də sənəd təqdim etmişdir. Əgər transformatoru quraşdıran şirkət onun düzgün quraşdırmazsa artıq bu onun səhvidir. Eyni zamanda transformatordan Energetika Nazirliyi də onun adından cərəyan buraxır. Həmçinin abonent kodunu kiminsə adına keçirmək üçün həmin sayğac yerləşdiyi rayon üzrə cavabdeh2 ASC-nin xidməti arayışı olmalıdır. Sayğac İradə xanımın adına keçirildiyi zaman da həmin arayış alınmışdır. Lakin cavabdeh2 ASC sayğacın İddiaçı məxsus olmasına dair arayış vermişdir. Sadəcə olaraq bunu gizlədərək İradə xanımın adına keçirmişlər. Asan Xidmətdə sayğacın İradə xanımın adına keçməsi ilə bağlı sənədlər toplusunda xidməti arayış yenə də onun adımadır. Yəni onun adıma xidməti arayış ola-ola yenə də sayğacı İradə xanımın adına keçirdilər. Transformatoru şirkətdən şəxsi vəsaiti hesabına almışdır. Transformatorun texniki şərtini o, sifariş etdikdən, ödənişini etdikdən, layihəsini təqdim etdikdən və transformator tam quraşdırıldıqdan sonra “Azər Enerji” tərəfindən texniki şərtin parametrlərinə uyğun olaraq quraşdırılması məsələləri tamamilə bitdiyinə və İddiaçı adına cərəyanın buraxılmasına icazə verildiyinə dair arayış verilir.

23. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi vəkil nümayəndə2 izahat verib bildirmişdir ki, komputerin hər hansı qurğusu kiməsə müvəqqəti verilə və həmin şəxsdə komputerdən istifadə edə bilər. Lakin bu o demək deyil ki, kompüter onun mülkiyyətindədir. Abonent kodu da eyni məsələdir. Tekniki şərtdə transformatorun bütün məsuliyyəti İddiaçı aiddir. Transformatorda olan tekniki qurğuların dəyişməsinə və digər məsələlərinə İddiaçı nəzarət edir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, transformatorun onlara məxsus olduğunu sübut edən tekniki şərt və xidməti arayış vardır. Transformatorun qeydiyyatı “Azər İşıq” ASC-dədir. Seymurun icazəsi olmadan transformatordan kiməsə işıq verilə bilməz. Gələcəkdə həmin transformatorda kənar xətt aşkar edilsə onun cəriməsi də İddiaçı yazılacaq.

24. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh2 ASC-nin nümayədəsi X3 izahat verib bildirmişdir ki, o, apellyasiya şikayəti ilə razıdır. Mütəxəssis rəyində də göstərilir ki, transformator məntəqəsində yerləşən sayğac ümumi istifadə üçün verilən torpaq sahəsində quraşdırılmışdır. Bu isə İradə Soltanovanın mülkiyyətçisi olduğu torpaq sahəsinə düşür. O, birinci instansiya məhkəməsində həmin sahəyə yerində baxış keçirilməsini də təklif etmiş, lakin bu vəsatət nəzərə alınmamışdır. İddiaçı texniki şərtə əsasən sayğacın onun ərazisinə düşdüyünü qeyd edir. Lakin, sayğaca da, texniki şərtə də, diqqətlə baxdıqda göstərilir ki, sayğacın ümumi istifadəyə verilmiş torpaq sahəsindədir. Yəni torpaq bölgüsü aparılmadan sayğacın kimin torpaq sahəsində olduğu bilinmir. Lakin, İradə Soltanovanın şikayəti əsasında araşdırma aparıldı və “ASAN Xidmət” tərəfindən müəyyən olundu ki, sayğac iddiaçının adından İradə Soltanovanın adına qeydiyyata alınmışdır. Hal-hazırda həmin sayğac İradə Soltanovanın adınadır. Eyni zamanda ##.##.2026-cı il tarixdə məhkəmə tərəfindən transformatorun kimin torpaq sahəsinə düşməsi ilə bağlı xxxx Publik Hüquqi Şəxsinə müraciət edilmiş və bununla bağlı mütəxəssis rəy vermişdir ki, transformator İradə Soltanovanın da, mülkiyyətçisi olduğu torpaq sahəsindədir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirilir ki, onda olan məlumata görə İddiaçı sayğacın İradə Soltanovanın adına keçirilməsinə razılıq ərizəsi vermişdir. Transformator dövlətin mülkiyyətindədir. Texniki şərt transformatorun İddiaçı mülkiyyətində olduğunu təsdiq etmir. Texniki şərti alan şəxsin razılığı ilə sayğacdan başqa şəxslər istifadə edilə bilər, razılıq olmadıqda elektrik enerjisindən istifadə edilə bilməz. Texniki şərt aldıqdan sonra qanunvericiliyin tələbinə uyğun olaraq tərəf enerjinin istismara buraxılması şərti yazması barədə müraciət edir. Bundan sonra X5 İdarəsi yoxlama aparır və daha sonra İdarə filan saylı texniki şərtin şərtlərinə əməl olunmasına və transformatorun enerji ilə qidalandırmağına razılıq verilməsinə dair arayış verir. Bu arayışla da, enerji verilməsi başlayır. Yəni texinki şərt əsasında transformatorun qidalanması üçün nəzərdə tutularaq verilən enerji o transformatorun vətəndaşa məxsus olduğunu təsdiq etmir. Texniki şərt alan şəxs transformatorun quraşdırılmasına görə “Azər İşıq” İB-yə pul ödəmir.

25. Məhkəmə kollegiasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X15 filialının nümayəndəsi nümayəndə1 izahat verərəl bildirmişdir ki, vətandaşın müraciəti əsasında 2022-ci ildə texniki şərt verilmiş, daha sonra sayğac digər şəxsin adına keçirilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024–cü il 25 iyun tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Şəbəkəsinə dair Qaydaları”:

26. 154.1–ci bəndinə əsasən Bu Qaydalarda nəzərdə tutulmuş şəbəkəyə qoşulma üzrə qaydalar aşağıdakı tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, şəbəkəyə qoşulma layihəsinin hazırlanması və verilməsi, habelə şəbəkəyə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 154.1.1. məişət istehlakçılarının və tələb olunan gücü 200 kVt–a qədər olan (200 kVt daxil olmaqla 0,4 kV–luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin; 154.1.2. tələb olunan gücü 200 kVt–a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 200 kVt–dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin; 154.1.3. istehsalçıların elektroenergetika obyektlərinin; 154.1.4. elektrik enerjisinin paylayıcılarının tikinti obyektlərinin. 155.1–ci bəndinə əsasən tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə elektrik enerjisi (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə həmin müqavilənin tərkib hissəsi olan texniki şərt verilir.

27. 155.4–cü bəndinə əsasən Texniki şərt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11–ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20–ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir.

28. 155.8–ci bəndinə əsasən bu Qaydaların 154.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, texniki şərtlər 2 il müddətinə qüvvədə olur.

29. 159.1–ci bəndinə əsasən məişət istehlakçılarının və tələb olunan gücü 200 kVt–a qədər (200 kVt daxil olmaqla mövcud 0,4 kV–luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin şəbəkəyə qoşulması və ya əlavə elektrik enerjisi (güc) alması məqsədilə texniki şərtlərin və şəbəkəyə qoşulma layihəsinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29–cu və 30–cu maddələrinə uyğun olaraq, bu Qaydaların 159.2–ci bəndində qeyd olunan məlumatları İnformasiya Sisteminə daxil edir və ya həmin məlumatların İnformasiya Sisteminə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində sistem operatorunun nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Sifarişçinin tikinti obyekti birbaşa istehsalçının və ya istehlakçının şəbəkəsinə qoşulduğu halda sifarişçinin bu bəndə uyğun olaraq sistem operatoruna təqdim etdiyi ərizəsinə və ya tikintiyə icazə verən orqandan (qurumdan) sistem operatoruna daxil olan sorğuya istehsalçının və ya istehlakçının yazılı razılığı (fiziki şəxslərə münasibətdə notariat qaydasında təsdiq edilmiş yazılı razılığı) əlavə edilməlidir.

30. 159.12–ci bəndinə əsasən tikinti obyektinə elektrik enerjisi (gücü) verilməsi üçün seçilən trassanın (yolun) rəyi tələb olunan orqanlarla (qurumlarla) razılaşdırıldığı gün İnformasiya Sistemi tərəfindən texniki şərt hazırlanır və həmin gün sistem operatoru tərəfindən tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına başlanılır

31. 159.17–ci bəndinə əsasən tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən şəbəkəyə qoşulma ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti–quraşdırma işlərinin yerinə yetirilməsinin başa çatdırıldığı gün sifarişçinin və sistem operatorunun nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə sənədlərinin və Qanuna əsasən təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, sistem operatoru ilə sifarişçi arasında 2 nüsxədə qoşulma müqaviləsi, şəbəkəyə qoşulma aktı, habelə elektrik enerjisinin alqı–satqı müqaviləsi bağlanılır, həmin sənədlər kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və sistem operatoru tərəfindən həmin gün İnformasiya Sisteminə yerləşdirilir. Görülmüş işlərin nəticəsi barədə məlumatlar, o cümlədən texniki şərtlər və tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə sənədləri sistem operatoru tərəfindən həmin gün İnformasiya Sisteminə yerləşdirilir və ya kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və sistem operatoru elektrik enerjisinin verilməsini təmin edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

42. İşin faktiki halları kimi müəyyən olunmuşdur ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən obyektin elektrik şəbəkəsinə qoşulması üçün İddiaçı TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərt hazırlanaraq təqdim edilmiş, həmin texniki şərtə əsasən sözügedən obyekt cavabdeh2 ASC–nin informasiya məlumat bazasında İddiaçı adına *************** saylı kodu ilə qeydiyyata alınmış və obyektə məxsus komplekt transformator məntəqəsinin 0,4 kvt–luq paylayıcı qurğusunda ##.##.2022–ci il tarixdə LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı quraşdırılaraq elektrik şəbəkəsinə qoşulmuşdur. ##.##.2023-cü il tarixdə İddiaçı notarial qaydada razılığı ilə abonent kodu İradə Sultanovanın adına qeydiyyata alınmışdır. Daha sonra ##.##.2024-cü il tarixdə İradə Sultanovanın razılığı olmadan abonent kodu İddiaçı adına keçdiyindən və o, ##.##.2024-cü ildə notariusa ərizə verərək abonent kodunun İradə Sultanovanın adına keçirilmısi barədə ##.##.2023-cü ildə verdiyi ərizədən imtina etmişdir. İradə Sultanova müraciəti əsasında ##.##.2024-cü il tarixdə abonent kodu İradə Sultanovanın adına bərpa etdirmişdir. Qeyd edilən hallar tərəflərin izahatları ilə də, təsdiqini tapmışdır.

43. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq olunmuş ##.##.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdə * saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisində 8İ-**** reyestr nömrəsi ilə verdiyi ərizədən imtina etmiş, imtina səbəbi kimi isə sayğacı öz adına qaytarmasını göstərmişdir. Göründüyü kimi, İddiaçı ##.##.2023-cü il tarixdə abonent kodunun İradə Sultanovanın adına keçməsinə notarial qaydada ərizə verməklə razılıq vermiş və həmin tarixdə abonent kodu İradə Sultanovanın adına qeydiyyata alınmışdır.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında ##.##.2023-cü il tarixdə abonent kodunun İradə Sultanovanın adına keçməsinə notarial qaydada ərizə verməklə razılıq verdiyini, lakin onun razılığı yalnız abonent kodunun İradə Sultanovanın adına keçirilməsi bağlı olmuşdur, sayğacın deyil.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, TŞ–**/*** nömrəli ##.##.2022–ci il tarixli texniki şərt hazırlanaraq təqdim edilmiş, həmin texniki şərtə əsasən sözügedən obyekt cavabdeh2 ASC–nin informasiya məlumat bazasında İddiaçı adına *************** saylı kodu ilə qeydiyyata alınmış və obyektə məxsus komplekt transformator məntəqəsinin 0,4 kvt–luq paylayıcı qurğusunda ##.##.2022–ci il tarixdə LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı quraşdırılaraq elektrik şəbəkəsinə qoşulmuş, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə abonent kodunun İradə Sultanovanın adına keçməsinə notarial qaydada ərizəsi əsasında həmin tarixdə abonent kodu İradə Sultanovanın adına qeydiyyata alınmışdır. ##.##.2024-cü il tarixdə İddiaçı texniki şərtin onun adına olması və transformatorun ona məxsus torpaq sahəsində yerləşməsi və bu səbəbdən də, abonent kodunun onun adına dəyişdirilməsi barədə ərizəsi əsasında İradə Sultanovanın razılığı olmadan abonent kodu yenidən İddiaçı adına qaytarılmış və İradə Sultanova müraciəti əsasında ##.##.2024-cü il tarixdə abonent kodu İradə Sultanovanın adına bərpa etdirmişdir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024–cü il 25 iyun tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Şəbəkəsinə dair Qaydaları”nın 159.1–ci bəndinə əsasən məişət istehlakçılarının və tələb olunan gücü 200 kVt–a qədər (200 kVt daxil olmaqla mövcud 0,4 kV–luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin şəbəkəyə qoşulması və ya əlavə elektrik enerjisi (güc) alması məqsədilə texniki şərtlərin və şəbəkəyə qoşulma layihəsinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29–cu və 30–cu maddələrinə uyğun olaraq, bu Qaydaların 159.2–ci bəndində qeyd olunan məlumatları İnformasiya Sisteminə daxil edir və ya həmin məlumatların İnformasiya Sisteminə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində sistem operatorunun nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Sifarişçinin tikinti obyekti birbaşa istehsalçının və ya istehlakçının şəbəkəsinə qoşulduğu halda sifarişçinin bu bəndə uyğun olaraq sistem operatoruna təqdim etdiyi ərizəsinə və ya tikintiyə icazə verən orqandan (qurumdan) sistem operatoruna daxil olan sorğuya istehsalçının və ya istehlakçının yazılı razılığı (fiziki şəxslərə münasibətdə notariat qaydasında təsdiq edilmiş yazılı razılığı) əlavə edilməlidir.

47. Göründüyü kimi, “Elektrik Şəbəkəsinə dair Qaydaları” Sifarişçinin tikinti obyekti birbaşa istehsalçının və ya istehlakçının şəbəkəsinə qoşulduğu halda istehlakçının yazılı razılığı (fiziki şəxslərə münasibətdə notariat qaydasında təsdiq edilmiş yazılı razılığı) tələb olunur. İşin hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə abonent kodunun İradə Sultanovanın adına keçməsinə notarial qaydada ərizəsi əsasında həmin tarixdə abonent kodu İradə Sultanovanın adına qeydiyyata alınmış və bu zaman qaydaların tələblərinə riayət edilmiş və LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı vasitəsilə elektrik enerjisinin alqı-satqısına dair cavabdeh2 ASC ilə İradə Sultanova arasında ##.##.2024-cü il tarixli *********** saylı yeni müqavilə bağlanılmışdır. ##.##.2024-cü il tarixdə İddiaçı texniki şərtin onun adına olması və transformatorun ona məxsus torpaq sahəsində yerləşməsi və bu səbəbdən də, abonent kodunun onun adına dəyişdirilməsi barədə ərizəsi əsasında abonent kodu yenidən İddiaçı adına qaytarılsa da, LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı vasitəsilə elektrik enerjisinin alqı-satqısına dair cavabdeh2 ASC ilə İradə Sultanova arasında ##.##.2024-cü il tarixli *********** saylı müqavilə olduğu halda İradə Sultanovanın razılığı alınmamış və bununla da, Elektrik Şəbəkəsinə dair Qaydaları”nın tələbləri pozulmuşdur. İradə Sultanova müraciəti əsasında ##.##.2024-cü il tarixdə abonent kodu İradə Sultanovanın adına bərpa edilmişdir.

48. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi yalnız İradə Sultanovanın müraciəti əsasında ##.##.2024-cü il tarixdə abonent kodunun İradə Sultanovanın adına bərpa edilməsi halına istinad edərək abonent kodunun İradə Sultanovanın adına bərpa edilməsi zamanı İddiaçı razılığının alınmamasına istinad etməklə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi LUNA tipli 25717546 zavod nömrəli hesablaşma elektrik sayğacı vasitəsilə elektrik enerjisinin alqı-satqısına dair cavabdeh2 ASC ilə İradə Sultanova arasında ##.##.2024-cü il tarixli *********** saylı müqavilə olduğu halda İradə Sultanovanın razılığı alınmadan abonent kodunun ##.##.2024-cü il tarixdə İddiaçı adına qeyd edilməsinə hüquqi qiymət verməmiş, bununla da, iş üzrə həqiqətə nail olmaq üçün sübutları işin faktiki hallarına uyğun olaraq tam, hərtərəfli araşdırmamışdır.

49. Məhkəmə kollegiyasl iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli notarial qaydada ərizəsində yalnız abonent kodunun İradə Sultanovanın adına keçirilməsinə razılıq verməsi, sayğacın İradə Sultanovanın adına keçirilməsinə razılıq verməməsi və sayğacın da, transformatorun da onun adına rəsmiləşdirilməsi, abonent kodunun İradə xanımın adına keçməsinin onun transformatordan istifadəsi üçün əsas olmaması ilə bağlı qeyd edir ki, “Elektrik Şəbəkəsinə dair Qaydaları”nın 155.1–ci bəndinə əsasən, tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə elektrik enerjisi (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə həmin müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. Həmn qaydaların 155.4–cü bəndinə əsasən texniki şərt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11–ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20–ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir. Qaydaların 155.8-ci maddəsinə əsasən, Bu Qaydaların 154.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, texniki şərtlər 2 il müddətinə qüvvədə olur. Göründüyü kimi, istehlakçının şəbəkəyə qoşulması müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə həmin müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. Göründüyü kimi, texniki şərt yalnız şəbəkəyə qoşulmanın uyğunluğunu müəyyən edən sənəddir, qoşulmanı təsdiqləyən sənəd isə tərəflər arsında bağlanmış elektrik enerjisinin alqı-satqısı baradə müqavilədir.

50. Həmçinin iddiaçı İddiaçı iddia tələbi, Şəmkir rayonu, Xuluf kəndində yerləşən bağçılıq təsərrüfatının abonent cədvəlində cavabdeh2 ASC–nin verdiyi ##.##.2022–ci il tarixli, TŞ–**/*** saylı texniki şərtə uyğun elektrik sayğacının onun adına dəyişdirilməsindən ibarət olmuşdur. Yəni iddiaçı sayğacın deyil, abonent kodunun onun adına dəyişdirilməsini xahiş etmişdir ki, İddiaçı ##.##.2023-cü il tarixli notarial qaydada ərizəsində məhz abonent kodunun İradə Sultanovanın adına keçirilməsi ilə bağlı olmuşdur.

51. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

53. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Sultanova İradə Tofiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 ASC-yə və Sultanova İradə Tofiq qızına qarşı elektrik sayğacının onun adına dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar