Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-725/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh X3 qarşı müəyyən olunmuş alimentin miqdarının azaldılması qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Alimentin miqdarının azaldılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh X3 qarşı müəyyən olunmuş alimentin miqdarının azaldılması tələbinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağdam Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü Əliyev İlqar Cavid oğlu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində alimentin tutulub X3 xeyirinə ödənilməsi qət edilmişdir.
2. Ağdam Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü Əliyev İlqar Cavid oğlu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulub X3 xeyirinə ödənilən cəmi 100 (bir yüz) manat məbləğində alimentin miqdarı indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, Azərbaycan Respublikasında müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,47 misli olmaqla, cəmi 0,94 misli həddində müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X5 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən olunmuş ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü Əliyev İlqar Cavid oğlu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 50 manat (minimum əmək haqqının 0,47 misli həddində) ondan tutulan alimentin miqdarının azaldılaraq, hər ay, hər uşağa 100 manat (minimum əmək haqqının 0,25 misli həddində) müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdr ki, cavabdeh X3 ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan X2 və ##.##.2011-ci il təvəllüdlü Əliyev İlqar Cavid oğlu adlı uşaqlar yetkinlik yaşına çatanadək ananın himayəsinə verilmiş və Ağdam Rayon Məhkəməsinin qətnaməsinə əsasən uşaqların saxlanması üçün X3 xeyirinə hər ay, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulmasının qət edilmişdir. Daha sonra X3 müraciəti ilə əlaqədar olaraq Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə alimentin miqdarı indeksasiya edilərək, ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü Əliyev İlqar Cavid oğlu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləği, sonrakı artımlar nəzərə alınmaqla, Azərbaycan Respublikasında müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin iki uşağa cəmi 0,94 misli həddində müəyyən edilmişdir. Hazırda yenidən ailə qurmuş və rəsmi nikahından daha iki övladı vardır. Fəhlə işləyir, aylıq əmək haqqı 400 manatdır, başqa gəliri yoxdur, 100 manat alimenti belə güclə ödəyir.
5. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov), iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən “Uşaq hüquqları haqqında” BMT-nin ## ###### 1989-cu il tarixli Konvensiyasının 3 və 27-ci maddələrinə, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin II bəndinə, 34-cü maddəsinin IV bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5, 8, 13 və 19-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75 və 112-ci maddələrinə, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli qərarına istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdehlə nikahı pozulduqdan sonra o, X6 ilə ## #### 2014- cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikahlarından ##.##.2014-cü il təvəllüdlü Azər və ##.##.2015-ci il təvəllüdlü Gülşən adlı övladıları anadan olmuşdur. O, hazırda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsində fəhlə işləyir. Aylıq əmək haqqı 400 manatdır. Həmin əmək haqqı ilə həm əvvəlki həyat yoldaşı ilə aralarında olan nikahdan doğulmuş uşaqların alimentini ödəyir, həm də yeni ailəsini saxlayır. Başqa gəlirlər və qazancı yoxdur. Daha çox əmək haqqı olan iş üçün müraciət etsə də tapa bilmir. Aliment azaldılmazsa o, yeni ailəsini maddi cəhətdən təmin edə bilməyəcək. Artıq ailədə söz-söhbət yaranıbdır. Əgər aliment azaldılmasa yeni ailəsinin də dağılmaq təhlükəsi vardır. O, alimenti ödəməkdən boyun qaçırmır, lakin, hər uşaq üçün minimum əmək haqqının 0,47 misli həddində alimenti ödəmək iqtidarında deyil. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
11. İş üzrə cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
20. Maddə 1. Uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
24. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə;
25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin birgə nikahlarından ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü Əliyev İlqar Cavid oğlu doğulmuşdur. Daha sonra ailədaxili münaqişələrə görə ayrılmışlar və aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə, alimentin miqdarı indeksasiya edilərək, ##.##.2010cu il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü Əliyev İlqar Cavid oğlu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün tutuluan aliment məbləğinin miqdarı dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla Azərbaycan Respublikasında müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin iki uşağa cəmi 0.94 misli həddində müəyyən edilmişdir. Hazırda iddiaçı təyin olunmuş aliment məbləğinin miqdarının azaldılmasını istəyir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə azaldılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin azaldılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
40. Göründüyü kimi, qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun.
41. Baxılan iş üzrə isə sadalanan hüquq normaları əsasında işin hallarını sistemli şəkildə araşdıraraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, alimentin azaldılması üçün əsas verən hallar yoxdur. İddiaçının maddi durumunun pis olması barədə dəlilləri alimentin azaldılmasını şərtləndirən hal deyildir. Birinci növbədə ona görə ki, valideyn heç bir halda uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Məhkəmə uşağın normal maddi təminatından az miqdarda aliment müəyyən etməyə haqlı deyildir. Tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. İddiaçının tələb etdiyi hər uşaq üçün 0.25 misli aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşaqların maddi tələbatlarını təmin etmədiyi açıq-aşkardır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
43. Apellyatorun alimentin sonrakı artımlar nəzərə alınmaq minimum əmək haqqının hər uşağa görə 0.25 misli həddində müəyyən olunması barədə dəlili ilə bağlı kollegiya göstərir ki, bu dəlil əsassızdır.
44. Uşağa qayğı göstərilməsinin valideynlərin həm hüququ həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını və uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikasının MPM-in 385-ci maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud olmadığından apellyasiya şikayəti təmin edilməməlidir.
45. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
48. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
49. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə tərəflərin birgə nikahlarından ##.##.2010-cu ildə Samirə və ##.##.2011-ci ildə İlqar adlı uşaqları doğulmuşdur. Daha sonra onlar ayrılmışlar və aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə, alimentin miqdarı indeksasiya edilərək, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün tutuluan aliment məbləğinin miqdarı dəyişdirilərək, hər uşağa 0,47 misli olmaqla hər iki uşağa cəmi 0.94 misli həddində müəyyən edilmişdir. İddiaçı təyin olunmuş aliment məbləğinin miqdarının azaldılmasına dair iddia qaldırmış. İddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermişdir. Bu istiqamətdə araşdırma aparılmaqla müəyyən edilmişdir ki, apellyasiya şikayətinin təmin olunması üşün heç bir əsas yoxdur. İddiaçı 400 manat əmək haqqı aldığını bildirmişdir. Göründüyü kimi, iddiaçının maddi durumunun pis olması barədə dəlilləri alimentin azaldılmasını şərtləndirən hal deyildir. Belə ki, valideyn heç bir halda uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Belə olan halda apellyasiya şikayətinin dəlilləri həqiqəti əks etdirmir və təmin edilə bilməz.
50. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci intansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
51. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın alimentin tutulması (azaldılması) hissəsində (illik məcmusu) iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.