Məhkəmə qərarları › İş №2(3-7)-743/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-743/2026

01.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-743/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı “alimentin azaldılması” tələbinə dair mülki işi üzrə Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Tərəflərin faktiki ailə münasibətlərindən iki uşaqları doğulmuşdur: ##.##.2011-ci il təvəllüdlü Oksana və ##.##.2021-ci il təvəllüdlü Ramal. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ## ######## 2011-ci il tarixdə anadan olmuş X3 və ## ###### 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün cəmi 240 manat məbləğində alimentin tutulması qət edilmişdir. Gədəbəy Rayon Məhkəmsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə sözügedən qətnamə ilə tutulan aliment məbləği indeksasiya edilərək hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,666 misli həddində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oksana və Ramalın yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə alimentin miqdarının bir uşaq üçün minimum aylıq əmək haqqına münasibətdə müəyyən edilmiş 0,666 mislinin azaldılaraq minimum aylıq əmək haqqının 0,325 misli həddində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, heç bir yerdə işləmir. Əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş 120 manat alimenti belə ödəməkdə çətinlik çəkir. Aliment indeksasiya olunduqdan sonra ödəməli olduğu aliment bir uşaq üçün 266,40 manat edir ki, bu məbləği ödəmək gücü yoxdur. Hazırda bir uşaq üçün maksimum 130 manat aliment ödəyə bilər. Ümumiyyətlə, 2019-cu ildə alimentin məbləği bir uşaq üçün 120 manat müəyyən edildiyi vaxtdan bu günədək onun maddi vəziyyətində heç bir yaxşılaşma olmamışdır. Əksinə o yenidən ailə qurmuş, həmin ailədən iki övladı var. İki həyat yoldaşından da boşanmışdır və ikinci ailədən olan uşaqlarının saxlanılması üçün hər ay 230 manat aliment ödəyir. Bu, onun xərclərinin artması deməkdir. Eləcə də şəkər xəstəliyindən əziyyət çəkir. Belə olan halda alimentin indeksasiya olunması yolu artırılaraq bir uşaq üçün 266,40 manat olması əsassız və ədalətsizdir. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(***)- ****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı iltarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbinin qismən təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə təyin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarının azaldılması, ##.##.2011-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, tərəflərin maddi durumunu, ailə vəziyyətini nəzərə alaraq tərəflərin birgə münasibətlərindən doğulmuş uşaqlarının saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. Rayon Məhkəməsi öz mövqeyini “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *-*/**** nömrəli Qərarına, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.1, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələlərinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərar qəbul edərkən onun şəkərli diabet xəstəsi olmasını, işləmək imkanının olmadığını, ikinci ailəsindən olan uşaqlarının saxlanması üçün hər ay 230 manat aliment ödəməli olduğunu nəzərə almamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, onun təyin olunmuş alimenti ödəməyə maddi imkanı çatmır. Hər uşağa 130 manat aliment ödəyə bilər. Cavabdehə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdehin faktiki ailə münasibətlərindən iki uşağı doğulmuşdur. Tərəflərin münasibətləri pisləşdiyindən onlar ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Onlar ayrıldığı vaxtdan uşaqlar cavabdehin (ananın) yanında yaşayırlar. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı uşaqlarının saxlanılması üçün ondan alimentin tutulmasına etiraz etmir. O, təyin olunmuş alimenti ödəməyə maddi imkanı çatmadığını, yenidən ailə qurub ayrılmasını, ikinci ailəsindən olan uşaqların saxlanması üçün də hər ay 230 manat aliment ödəməli olduğunu bildirir və təyin olunmuş alimentin miqdarının azaldılmasını xahiş edir. Məhkəmə apellyasiya şikayətinin müzakirə olunan dəlillərinə münasibətdə bildirir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Tərəflər ayrıldığı vaxtdan uşaqlarin cavabdehin (ananın) yanında yaşaması işin mübahisəsiz halıdır. Belə olan halda, uşaqların gündəlik qayğıları ilə məşğul olmaq, məişət tələbatlarını ödəmək və s. kimi həyat prosesində yaranan məsələləri həll etmək yükü əsas etibarilə, ananın üzərinə düşür. Uşaqların saxlanması üçün onların maddi ehtiyaclarının ödənilməsi öhdəliyi isə hazırki halda atanın üzərinə düşmüşdür. Başqa sözlə, aliment ödəməyə borclu olan tərəf indiki halda iddiaçıdır. Məhkəmə həmçinin qeyd edir ki, maddi vəziyyətinin hansı səviyyədə olmasından asılı olmayaraq, iddiaçı uşaqlarını saxlamağa borcludur və iddiaçının yenidən ailə qurması və həmin uşaqlara görə də aliment ödəməsi onu cavabdehlə münasibətindən doğulan uşaqlara görə alimenti ödəmək vəzifəsindən azad etmir. İddiaçı apellyasiya şikayətində səhhətində ciddi problemlərin olduğunu, şəkərli diabetdən əziyyət çəkdiyini bildirərək, iddiasının əsaslı olduğunu bildirir. Məhkəmə bildirir ki, səhhətində müəyyən problemlərin mövcudluğu şəxsin əmək qabiliyyətini tam itirdiyini və ya aliment ödəmək imkanından məhrum olduğunu təsdiq etmir. Bu halın alimentin azaldılması üçün nəzərə alınması üçün iddiaçı tərəfindən xəstəliyin ağır olması, daimi əmək qabiliyyətsizlik yaratması və gəlir əldə etməsinə maneə törətməsi barədə mötəbər sübutlar təqdim edilməlidir. İddiaçı isə qeyd olunan halları təsdiq edəcək sübutları məhkəmələrə təqdim etməmişdir. Göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırki yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar