Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-771/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) iş üzrə (Açar sözlər: alimentin tutulması) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X3 qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) «aliment» tələbi barədə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. AZ-II seriyalı ****** nömrəli nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah ##.##.2024-cü il tarixdə 244 akt nömrəsi ilə Gəncə şəhəri Qeydiyyat şöbəsində qeydə alınmışdır.
2. AZ-V seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2025-ci il tarixdə anadan olmuş X1 atası Cavabdeh, anası isə İddiaçıdır.
a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından ##.##.2025-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh nikahlarını ##.##.2024-cü il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahından ##.##.2025-ci il tarixdə anadan olmuş X1 anadan olmuşdur. Onunla Cavabdeh arasındakı ailə münasibətləri bir müddət yaxşı olsa da, sonradan həmin münasibətlər pozulmuş və daimi mübahisələr yaranmışdır. Hazırda birgə nikahından doğulmuş uşaq İddiaçı ilə birlikdə yaşayır. Cavabdeh maddi imkanı kifayət qədər yaxşı olsa da ata kimi məsuliyyətini dərk etmir və uşağın maddi təminatlarının ödənilməsində hər hansı maddi yardım göstərmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
3. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Y.Quliyev) İddiaçı iddiası qismən təmin edilmiş, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2025-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,56 misli həddində sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş, İddiaçı iddiası qalan hissədə təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə tərəflərin maddi vəziyyətini və Cavabdeh maddi vəziyyətinə dair İddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də Cavabdeh ilə yanaşı İddiaçı da uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumunun 246 manat, eləcə də 2026-cı il üzrə 260 manat olmasını nəzərə alaraq, hesab edir ki, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2025-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,56 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 100.1, 100.2, 110.2-ci maddələrinə, «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» ## ###### 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa, «Azərbaycan Respublikasında 2026-cı ildə yaşayış minimumu haqqında» ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli sərəncamına, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2016-cı il tarixli, 8- */**** nömrəli Qərarının 8.4-1-ci bəndinə, MPM-nin 14.2, 77.1, 185.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək uşağın saxlanması üçün ayda 170 manat alimentin müəyyən edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı məhkəmədə sübut edə bilməmişdir ki, o, uşağa baxmır. İddiaçı və azyaşlı övladı onun valideyninə məxsus olan evdə yaşayır. Onların bütün tələbatları onlar tərəfindən ödənilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh işsizdir, iki uşağa görə aliment ödəyir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
14. “Azərbaycan Respublikasında 2026-cı ildə yaşayış minimumu haqqında” 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir.
15. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği ##.##.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir.
16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə apellyasiya şikayətinin məzmununa əsasən qətnamə cavabdeh tərəfindən tam hissədə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin hallarından görünür ki, tərəflərin birgə nikah münasibətlərindən ##.##.2025-ci il tarixdə X1 anadan olmuşdur. Onlar arasındakı ailə münasibətləri bir müddət yaxşı olsa da, sonradan həmin münasibətlər pozulmuş və daimi mübahisələr yaranmışdır. Hazırda birgə nikahından doğulmuş uşaq İddiaçı ilə birlikdə yaşayır. İddiaçı həmin uşaqların saxlanılmasına görə cavabdehdən aliment tələb edir, Cavabdehin uşaqların himayəyə verilməsi ilə bağlı iddia tələbi mövcud deyil, hazırkı iş ancaq iddiaçının aliment tələbi ilə bağlıdır.
22. Kollegiya ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
23. Məhkəmə kollegiyası onu da qeyd edir ki, aliment ödəyən valideynin az qazanca malik olması və ya işsiz olması, digər əlavə xərclərə məruz qalması onu uşağını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, cavabdeh işsiz statusunda olmasına baxmayaraq, bu hal onu alimentin ödənilməsi məsuliyyətindən azad etmir.
24. Nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir.
25. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayanın mənafelərini əsas tutaraq və işin hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamə ilə qət edilən aliment maddi hüquq normalarının tələbləri baxımından qanuni və əsaslıdır. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya, həmçinin cavabdehdən tutulmalı olan alimentin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyə əsasən 2026-cı il uşaqlar üçün yaşayış minumumu 260 manat məbləğində müəyyən edilmiş və 2025-ci il üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil etmişdir.
27. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarına əsasən, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, sonrakı artımlar nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.