Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-783/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Əsədova (Xəlilova) Turanə Bahəddin qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Əsədova (Xəlilova) Turanə Bahəddin qızına qarşı «aliment» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Əsədova (Xəlilova) Turanə Bahəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-II seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2013-cü il tarixdə anadan olmuş X1 anası Əsədova (Xəlilova) Turanə Bahəddin qızı, atası isə İddiaçıdur.
2. AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2015-ci il tarixdə anadan olmuş X2 anası Əsədova (Xəlilova) Turanə Bahəddin qızı, atası isə İddiaçıdur.
3. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin surətindən görünür ki, ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015ci il tarixdə anadan olmuş X2 iddiaçı İddiaçı himayəsində saxlanılması qət edimişdir.
4. Cavabdeh Əmək müqaviləsindən görünür ki, Azərbaycan Dövlət Aqrar Univeritetində Pisxoloq vəzifəsində çalışır və aylıq əmək haqqı 500 manat, Baş müəllim vəzifəsində aylıq əmək haqqı 72 manat və əlavə olaraq 450 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
5. Əsədov İddiaçı (Xəlilova) Turanə Bahəddin qızına qarşı tərəflərin birgə nikahlarından ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Əsədova (Xəlilova) Turanə Bəhəddin qızı ilə ailə qurmuşdur. Nikahları Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2011-ci il tarixdə 559 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından onların ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 adlı övladları vardır. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025 ci il tarixli qətnaməsi ilə ##.##.2013cü il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 iddiaçı İddiaçı himayəsində saxlanılması qət edilmişdir.
7. Cavabdeh Əsədova (Xəlilova) Turanə Bahəddin qızı məkəməyə etiraz verərək, ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə aralarında olan razılaşmaya əsasən o, uşaqlarının atalarının yanında qalması, İddiaçı da ondan aliment tələb etməyəcəyi barədə razılıq əldə etmişlər. O atanın, ananın yeganə övladıdır. Hal-hazırda atası və anası onun himayəsində qalır və bütün ehtiyaclarını o qarşılayır. Lakin ana olaraq məsuliyyətini dərk edərək birgə nikahlarından ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015-ci il tarixdə anadan olmuş X2 üçün hər uşağa görə 100 manat aliment ödəyə bilər. O, Azərbaycan Dövlət Aqrar Universitetində Psixoloq vəzifəsində işləyir və vəzifə maaşı 500 manat təşkil edir. Həmin maaş özünün ehtiyaclarını ödəməyə güclə çatır. Bundan əlavə atası və anası onun himayəsindədirlər. Həmçinin, birgə nikah dövründə banklardan kredit götürmüşdür və həmin kreditlər onun tərəfindən ödənilməkdədir.
8. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Məmmədova Maya) İddiaçı iddiasının qismən təmin edilməsi, ##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,5 misli həddində sabit pul məbləğində aliment Əsədova (Xəlilova) Turanə Bahəddin qızından İddiaçı xeyrinə tutulması, Əsədova (Xəlilova) Turanə Bahəddin qızından ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, qətnamədə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəflərin maddi vəziyyətini və Əsədova (Xəlilova) Turanə Bahəddin qızının maddi vəziyyətinə dair İddiaçı tərəfindən sübutların təqdim edilməməsini, Əsədova (Xəlilova) Turanə Bahəddin qızının iddia tələbinə dair etirazında göstərilən hallara dair məhkəməyə sübutlar təqdim etməməsini, eləcə də Əsədova (Xəlilova) Turanə Bahəddin qızı ilə yanaşı İddiaçı da uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, uşaqlar üçün yaşayış minimumunun 2026-cı il üzrə 260 manat olmasını nəzərə alaraq, hesab edir ki, ##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 76, 78.1, 100.1, 100.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh Əsədova (Xəlilova) Turanə Bahəddin qız apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il, 2(2-121)-766/2026 qətnaməsi ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsini hər uşağa görə 100 manat alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda qətnamənin iddianın qismən təmin edilmiş hissəsi ilə yəni ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün sonrakı artımlar nəzərə almaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,5 həddində sabit pul məbləğində alimentin tutulması hissəsində məhkəmənin gəldiyi nəticə tam əsassız olmaqla qanunsuzdur. Ilk öncə məhkəmənin diqqətinə çatdırmışdır ki, Gəncə şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə birgə nigahlarından anadan olan ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 ataları İddiaçı himayəsində qalmasına məcbur olduğundan məhkəmə tərəfindən qəbul edilmiş qətnamədən şikayət verməmişdir. Gəncə şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsini mübahisələndirməməkdə məqsədi uşaqların daha çox travma almaması və onların aralarında olan mübahisədən daha çox əziyyət çəkməmələri olmuşdur. Onlar aralarında olan razılaşmaya əsasən o, uşaqların ataları İddiaçı yanında qalması o, da cavabdehdən aliment tələb etməyəcəyi barədə razılıq əldə etmişdilər. Çünki, o, özü atanın və ananın yeganə övladıdır. Hal-hazırda atası ilə anası onun himayəsində qalır və onların bütün ehtiyaclarını cavabdeh qarşılayır. Lakin o, ana olaraq məsuliyyətini dərk edərək, birgə nigahlarından anadan olan ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 aliment ödəməyə razıdır. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi aliment məbləği çoxdur. İddiaçı iddia ərizəsində hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində pulun tutulmasını xahiş etmişdir. O, Azərbaycan Dövlət Aqrar Universitetində Psixoloq vəzifəsində işləyir və vəzifə maaşı 500 manat təşkil edir. Həmin maaş özünün zəruri ehtiyaclarını qarşılamağa güçlə çatır. Bundan əlavə valdeyinlərinin zəruri ehtiyacları da, onun himayəsindədir. Ən əsası ondan ibarətdir ki, o, birgə nikah dövründə banklardan kredit götürmüşdür və həmin kreditlər onun tərəfindən ödənilməkdədir. O, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində deyil hər uşağa görə 100 manat aliment ödəyə bilər. Hal-hazırda iddiaçı aliment iddiası qaldırmaqla razılaşmalarını birtərəfli qaydada pozmuşdur. Hazırki qəbul edilmiş qətnamə onu cıxılmaz vəziyyətdə qoymaqdadır.
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əsədova (Xəlilova) Turanə Bahəddin qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlava olaraq bildirmişdir ki, onların qarşılıqlı razılaşması ilə uşaqlar iddiaçının yanında qalmışdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyaisya şikayətinin qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq cavabdehin dediklərinin yalan olduğunu, xəyanət üstündə boşandıqlarını bildirmişdir. Heç bir yerdə işləmədiyini, səhhətində narahatlıq olduğunu qeyd etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
16. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
23. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
24. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
25. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
26. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
27. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
28. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən alimentin məbləğinin 100 manatdan artıq hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilməli və ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,35 misli həddində sabit pul məbləğində aliment Əsədova (Xəlilova) Turanə Bahəddin qızından İddiaçı xeyrinə tutulmalıdır.
40. İş materiallarından görünür ki, tərəflər ##.##.2011-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və birgə nikahlarından ##.##.2013-cü il tarixdə X1 və ##.##.2015-ci il tarixdə X2 doğulmuşdur. Tərəflər aralarında olan mübahisələrə görə ayrılmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş və ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015-ci il tarixdə anadan olmuş X2 onun himayəsinə verilməsini xahiş etmiş və Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015-ci il tarixdə anadan olmuş X2 iddiaçı İddiaçı himayəsində saxlanılması qət edimişdir. Hazırda isə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
41. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərin maddi vəziyyətini və Əsədova (Xəlilova) Turanə Bahəddin qızının maddi vəziyyətinə dair İddiaçı tərəfindən sübutların təqdim edilməməsini, Əsədova (Xəlilova) Turanə Bahəddin qızının iddia tələbinə dair etirazında göstərilən hallara dair məhkəməyə sübutlar təqdim etməməsini, eləcə də, Əsədova (Xəlilova) Turanə Bahəddin qızı ilə yanaşı İddiaçı da, uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, uşaqlar üçün yaşayış minimumunun 2026cı il üzrə 260 manat olmasını nəzərə alaraq, hesab edir ki, ##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Qeyd olunmalıdır ki, qətnamənin icrasından sonra uşaqlar anasının yanında yaşayacağından, onların bütün qida, geyim, tibbi və digər xərcləri mütəmadi şəkildə anaları tərəfindən ödəniləcəkdir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin, yəni iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni cavabdehdən tutulmasına əsas verir.
43. Bununla belə, birinci instansiya məhkəməsinin tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş azyaşlı uşaqlara görə təyin etdiyi hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment məbləği cavabdehin maddi vəziyyətinə uyğun deyildir.
44. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğdə müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.
45. Belə ki, alimentin miqdarının təyin olunması üçün əsas meyarları müəyyən edən Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
46. Diqqətəlayiq digər hallar dedikdə isə tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmaması və s. məsələlər başa düşülür.
47. Bu baxımdan işin halları təhlil olunduqda müəyyən olunur ki, cavabdeh Azərbaycan Dövlət Aqrar Univeritetində Pisxoloq vəzifəsində çalışır və aylıq əmək haqqı 500 manat, Baş müəllim vəzifəsində aylıq əmək haqqı 72 manat və əlavə olaraq 450 manat təşkil edir, başqa hər hansı gəlirinin olması müəyyən edilməmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə tutulan alimentin məbləği hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Bu hal isə qətnamənin dəyişdirilməsi üçün hüquqi əsasdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026ci il tarixli qətnaməsi dəyişdirilməli və ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,35 misli həddində sabit pul məbləğində aliment Əsədova (Xəlilova) Turanə Bahəddin qızından İddiaçı xeyrinə tutulmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Əsədova (Xəlilova) Turanə Bahəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi “##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,5 misli həddində sabit pul məbləğində alimentin Əsədova (Xəlilova) Turanə Bahəddin qızından İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. ##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2013-cü il tarixdə anadan olmuş X1 və ##.##.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,35 (sıfır tam yüzdə otuz beş) misli həddində sabit pul məbləğində aliment Əsədova (Xəlilova) Turanə Bahəddin qızından İddiaçı xeyrinə tutulsun. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.