Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-856/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cəfərova (Məmmədova) Vəfa Vidadi qızı tərəfindən verilmiş şikayətə Gəncə Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 15000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış ##.##.2023cü il tarixli, KBMK*******B*** nömrəli kredit müqaviləsi üzrə 21374,10 manat pulun ½ hissəsi, 10687,05 (on min altı yüz səksən yeddi manat 5 qəpik) manat pulun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verməklə, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədova (Cəfərova) Vəfa Vidadi qızı ilə iddiaçı arasında mövcud olmuş nikah münasibətlərinə xitam verilmiş və nikahın pozulması faktı rəsmi qaydada dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı müvafiq qeydiyyat orqanı tərəfindən ##.##.2026-cı il tarixində nikahın pozulması haqqında şəhadətnamə təqdim edilmişdir. Nikah münasibətlərinin rəsmi qaydada pozulması ilə əlaqədar olaraq cavabdeh Cavabdeh şəxsiyyət vəsiqəsində dəyişiklik edilməsi zərurəti yaranmışdır. Belə ki, nikahın pozulmasından sonra qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsiyyət vəsiqəsindəki məlumatların yenilənməsi məqsədilə Məmmədova (Cəfərova) Vəfa Vidadi qızı tərəfindən ##.##.2026-cı il tarixindən sonra müvafiq dövlət orqanına, yəni “ASAN xidmət” mərkəzinə müraciət edilmiş və yeni şəxsiyyət vəsiqəsinin hazırlanması proseduruna başlanılmışdır. Məlum olduğu kimi, yeni şəxsiyyət vəsiqəsinin hazırlanması prosesində əvvəlki şəxsiyyət vəsiqəsi etibarsız hesab edilir və dövriyyədən çıxarılır. Nəticədə müəyyən müddət ərzində şəxsin yeni şəxsiyyət vəsiqəsi hazır olana qədər əvvəlki sənəd hüquqi qüvvəsini itirmiş olur. Bu səbəbdən cavabdehin əvvəlki şəxsiyyət vəsiqəsi də etibarsız hesab edilmiş və həmin müddət ərzində şəxsiyyət vəsiqəsinin yenilənməsi prosesi davam etmişdir. Qeyd olunan hal isə Məmmədova (Cəfərova) Vəfa Vidadi qızının elektron məhkəmə sistemindən istifadə imkanına birbaşa təsir göstərmişdir. Belə ki, mövcud praktika üzrə “Elektron məhkəmə” informasiya sisteminə (e-məhkəmə portalına) daxil olmaq üçün istifadə olunan identifikasiya vasitələri və autentifikasiya məlumatları şəxsiyyət vəsiqəsinin məlumatları ilə əlaqəlidir. Şəxsiyyət vəsiqəsinin etibarsız hesab edilməsi və yeni sənədin hazırlanması mərhələsində cavabdeh tərəfindən elektron məhkəmə sisteminə daxil olmaq və şəxsi elektron kabinetdən istifadə etmək mümkün olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-ci il tarixində Elektron Məhkəmə sistemində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Lakin göstərilən üzrlü səbəblərdən, yəni Məmmədova (Cəfərova) Vəfa Vidadi qızının şəxsiyyət vəsiqəsinin yenilənməsi prosesi ilə əlaqədar elektron məhkəmə sisteminə giriş imkanının məhdudlaşması səbəbindən elektron kabinetə daxil olmaq mümkün olmamış və nəticədə həmin qətnamə ilə vaxtında tanış olmaq imkanı əldə edə bilməmişdir. Bundan əlavə qeyd olunan qətnamənin kağız daşıyıcıda olan nüsxəsi Cavabdeh təqdim edilməmiş və ya poçt vasitəsilə ona çatdırılmamışdır. Bu səbəbdən cavabdeh nə elektron formada, nə də kağız daşıyıcıda məhkəmə qətnaməsi ilə vaxtında tanış olmaq imkanına malik olmamışdır. Həmçinin, nikahın pozulması haqqında şəhadətnamənin müvafiq informasiya sisteminə yerləşdirilməsi gecikmişdir. Belə ki, nikahın pozulması haqqında şəhadətnamənin məlumatlarının sistemə ən tezi 20-30 gün ərzində daxil edilə biləcəyi haqqında məlumat verilmiş, qeyd olunan məlumatların sistemə vaxtında daxil edilməməsi səbəbindən şəxsin ailə vəziyyəti barədə məlumatlar dövlət bazasında yenilənməmiş və nəticədə Məmmədova (Cəfərova) Vəfa Vidadi qızının yeni şəxsiyyət vəsiqəsi alması prosesi uzanmışdır. Əgər qeyd olunan məlumat vaxtında sistemə yerləşdirilsəydi, şəxsiyyət vəsiqəsinin verilməsi prosesi də daha qısa müddətdə həyata keçirilə bilərdi. Yeni şəxsiyyət vəsiqəsi bu gün əldə olunmuşdur. Belə ki, keçmiş şəxsiyyət vəsiqəsi qüvvədən düşdüyündən etibarsız hesab olunmuş, nəticədə bu günə qədər elektron məhkəmə sisteminə giriş mümkün olmamışdır. Beləliklə, göstərilən hallar apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilməməsinin cavabdehin iradəsindən asılı olmayan üzrlü səbəblərlə bağlı olduğunu göstərir. Cavabdehin elektron məhkəmə sisteminə daxil ola bilməməsi və qətnamə ilə vaxtında tanış olmaq imkanının olmaması apellyasiya şikayəti müddətinin ötürülməsinə səbəb olmuşdur. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Həmin qərardaddan cavabdeh Cəfərova (Məmmədova) Vəfa Vidadi qızı şikayət verərək, ləğv olunmasını və həmin iş üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasının üzrlü hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə iddiaçı İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş borcun yarısının alınması tələbinə dair mülki iş mövcuddur. İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında mövcud olmuş nikah münasibətlərinə xitam verilmiş və nikahın pozulması faktı rəsmi qaydada dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı müvafiq qeydiyyat orqanı tərəfindən ##.##.2026cı il tarixdə nikahın pozulması haqqında şəhadətnamə təqdim edilmişdir. Nikah münasibətlərinin rəsmi qaydada pozulması ilə əlaqədar olaraq cavabdeh Məmmədova (Cəfərova) Vəfa Vidadi qızının şəxsiyyət vəsiqəsində dəyişiklik edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən Məmmədova (Cəfərova) Vəfa Vidadi qızı ##.##.2026-cı il tarixindən sonra müvafiq "ASAN xidmət" mərkəzinə müraciət etmiş, onun yeni şəxsiyyət vəsiqəsinin hazırlanması proseduru başlanılmışdır. Məlumdur ki, yeni şəxsiyyət vəsiqəsinin hazırlanması prosesində əvvəlki şəxsiyyət vəsiqəsinin etibarsız hesab olunması və dövriyyədən çıxarılması yeni şəxsiyyət vəsiqəsi hazır olana qədər əvvəlki sənədin hüquqi qüvvəsini itirmiş olması ilə nəticələnir. Yaranmış vəziyyət Məmmədova (Cəfərova) Vəfa Vidadi qızının elektron məhkəmə sistemindən istifadə imkanlarının məhdudlaşmasına səbəb olmuşdur. Belə ki, elektron məhkəmə sisteminə daxil olmaq üçün istifadə olunan identifikasiya vasitələri və autentifikasiya məlumatları şəxsiyyət vəsiqəsinin məlumatları ilə əlaqəlidir. Əvvəlki şəxsiyyət vəsiqəsinin etibarsız sayılması və yeni sənədin hazırlanma prosesi başa çatmadığından Məmmədova (Cəfərova) Vəfa Vidadi qızının elektron məhkəmə sistemindən istifadə etmək imkanı olmamışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə elektron məhkəmə sistemində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Lakin qeyd olunan üzrlü səbəblər Məmmədova (Cəfərova) Vəfa Vidadi qızının elektron kabinetə daxil olmağını mümkünsüz etmiş, bu səbəbdən Məmmədova (Cəfərova) Vəfa Vidadi qızı həmin qətnamə ilə tanış ola bilməmişdir. Əlavə olaraq, həmin qətnamənin kağız daşıyıcıda nüsxəsi Məmmədova (Cəfərova) Vəfa Vidadi qızına təqdim edilməmiş və ya poçtla göndərilməmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin müvafiq informasiya sisteminə yerləşdirilməsinin gecikməsi yeni şəxsiyyət vəsiqəsinin hazırlanma prosesinin uzanmasına səbəb olmuşdur. Belə ki, nikahın pozulması haqqında şəhadətnamənin ən tezi 20-30 gün ərzində hazır ediləcəyi barədə məlumat verilsə də, qeyd olunan məlumatların sistemə vaxtında daxil edilməməsi şəxsin ailə vəziyyəti barədə məlumatların bazasında yenilənməməsi ilə nəticələnmiş, bu da öz növbəsinde Məmmədova (Cəfərova) Vəfa Vidadi qızının yeni şəxsiyyət vəsiqəsi alması prosesinə ciddi təsir göstərmişdir. Bütün qeyd olunan hallar apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilməməsinin cavabdehin iradəsindən asılı olmayan üzrlü səbəblər kateqoriyasına aid edilməli olduğunu göstərir. Məmmədova (Cəfərova) Vəfa Vidadi qızının elektron kabinetə daxil ola bilməməsi və qətnamə ilə vaxtında tanış ola bilməməsi prosessual müddətin ötürülməsinə səbəb olmuşdur. “Cavabdehin ##.##.2026-cı il tarixdə soyadını dəyişdirmək məqsədilə şəxsiyyət vəsiqəsini yeniləmək üçün müraciət etməsi özünün şəxsi seçimi ilə əlaqədar olmuş, şəxsiyyət vəsiqəsini dəyişdirmədən də apellyasiya şikayəti vermək imkanına malik olmuşdur.” ifadəsinə münasibətdə bidirmişdir ki, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müvafiq orqana müraciət edərkən həmin şəxsiyyət vəsiqəsinin nömrəsi və fərdi identifikasiya nömrəsi müvəqqəti olaraq yeni şəxsiyyət vəsiqəsi verilənə qədər elektron sistemdə etibarsız kimi göstərilir. “Etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və etibarnamə üzrə nümayəndəsi (anası) X1 apellyasiya şikayəti vermək səlahiyyəti olmuşdur.” ifadəsinə münasibətdə bildirmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün yalnız yekun iş üzrə vəkilə verilmiş etibarnamə və orderin olması kifayət etmir. Belə ki, apellyasiya şikayətinin verilməsi üçün vəkil və nümayəndə ilə yenidən hüquqi yardım haqqında müqavilə bağlanmalıdır və apellyasiya şikayətinə görə müvafiq məhkəmə rüsumu ödənilməlidir. Vəkil və nümayəndə tərəfindən apellyasiya şikayətinin tərtib olunması və elektron sistemə yüklənməsi üçün hamıya məlumdur ki, vəkillə yeni hüquqi yardım haqqında müqavilə bağlanmalıdır, vəkilə müvafiq qonorar ödənilməlidir ki, vəkil bundan sonra hüquqi yardım haqqında müqaviləyə əsasən xidmət göstərməyə başlasın. Vəkilin cinayət işindən fərqli olaraq hüquqi yardım haqqında müqavilə bağlamadan müştəriyə hüquqi xidmət göstərməyə başlamasını tələb edən hər hansı norma mövcud deyildir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(125)- ****/**** nömrəli qətnaməsinin “Vəkil məxsus elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir.” ifadəsinə münasibətdə bildirmişdir ki, iş materiallarına əlavə olunmuş “ASAN xidmət” tərəfindən verilmiş sıra nömrəsi olan qəbzlərdən görünür ki, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün tərəf müvafiq orqana ##.##.2026-cı il tarixdən əvvəl, daha doğrusu ##.##.2026-cı il tarixdə müraciət etmişdir. Bu halın özü apellyasiya şikayəti vermək üçün şəxsiyyət vəsiqəsində olan texniki problemlər səbəbindən sistemə daxil olmağın qeyri-mümkünlüyünü təsdiq edir. Həmin texniki problemin yaranması isə obyektiv səbəb olduğuna görə üzrlü hal kimi qiymətləndirilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məxsus elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, apellyasiya şikayəti müəyyən olunmuş müddət keçdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə verilmişdir. Cavabdehin ##.##.2026-cı il tarixdə soyadını dəyişdirmək məqsədilə şəxsiyyət vəsiqəsini yeniləmək üçün müraciət etməsi özünün şəxsi seçimi ilə əlaqədar olmuş, şəxsiyyət vəsiqəsini dəyişdirmədən də apellyasiya şikayəti vermək imkanına malik olmuşdur. Bununla əlavə işə baxılarkən onu etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və etibarnamə üzrə nümayəndəsi (anası) X1 təmsil etməklə apellyasiya şikayəti vermək səlahiyyəti olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarında olan Cavabdeh vəkili Vəkil verdiyi etibarnamədən görünür ki, etibarnamə Azərbaycan Respublikasının MPM-in 74.1 və 74.2-ci maddələrində nəzərdə tutulan bütün hüquqları, o cümlədən məhkəmə aktlarından şikayətləri vermək hüququnu etibar etmişdir. Göründüyü kimi cavabdeh həmçinin nümayəndə (vəkil) vasitəsilə məhkəm iclaslarında təmsil olunmuşdur. Cavabdehin şəxsiyyət vəsiqəsinin olmaması onun nümayəndə vasitəsilə, yaxud vəkilin hüquqi yardımından istifadə etməklə məhkəmə aktından şikayət verməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan kollegiya şikayətin dəlillərini əsassız hesab edir. Kollegiya həmçinin qeyd edir ki, üzürlü səbəb şəxsin müəyyən vəziyyətlərə görə məsələn ağır xəstəlik, köməksiz vəziyyət və sair hallara əsasən müəyyən edilir ki, qeyd olunan hallara əsasən şəxs öz hüquqlarını qanunla müəyyən edilmiş müddətdə öz iradəsindən asılı olmayan və ya çətinlik yaradan hallara görə həyata keçirə bilmir. Cavabdeh isə prosessual müddətin bərpasına dair ərizəsində qeyd edilən hallarla bağlı hər hansı bir arqument irəli sürməmişdir. Göründüyü kimi cavabdeh barəsində olan məhkəmə prosesindən məlumatlı olmuş, nümayəndə vasitəsilə məhkəmə iclaslarında təmsil olunmuşdur. Qətnamə isə ona məxsus elektron kabinetə yerləşdirilmişdir. Cavabdehin şəxsiyyət vəsiqəsinin dəyişilməsi məhkəmə aktından şikayət verməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan kollegiya şikayətin dəlillərini əsassız hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cəfərova (Məmmədova) Vəfa Vidadi qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-856/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-856/2026
25.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver