Məhkəmə qərarları › İş №2(3-7)-915/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-915/2026

16.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qətnamə Gəncəǝşəhəri İşǝ№ǝ2(3-7)-915/2026 16.07.2026 GƏNCƏǝAPELLYASIYAǝǝMƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi; əldən çıxmış fayda Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad ZiyaviddinǝoğluǝvəǝMəcidovǝRüfətǝAzadəliǝoğlundanǝibarətǝtərkibdə, KərimovaǝCəmiləǝƏbülfətǝqızınınǝkatibliyi, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh19 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbulǝetdi. Işin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi Şatırlı Bələdiyyəsi ilə bağlanmış ## ######## 2004-cü il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən 70 il müddətinə İddiaçı icarəyəǝverilmişdir.

2. Bərdə rayonu Şatırlı Bələdiyyəsi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli aktın surətindən görünür ki, Bərdə rayonu Kürdboraki kənd sakini İddiaçı Bərdə rayonu Şatırlı kənd Bələdiyyəsinin ehtiyat əkin fondundan 70 illik icarəyə götürdüyü ##.##.2016-cı il tarixli, ************ reyestr nömrəli 6 ha torpaq sahəsi 2021-ci ilin mart ayından bir qrup kənd sakinləri tərəfindən zorla zəbt edilmişdir. Həmin şəxslər qeyd edilən tarixdən akt tərtib edildiyi günə qədər İddiaçı sözügedən 6 ha torpaq sahəsini əkib becərməyə imkan verməmişlər. Həmin torpağı əkib-becərə bilmədiyi üçün İddiaçı 6 ha torpaq sahəsi üçün icarəǝhaqqınıǝödəyəǝbilmir.

3. Bərdə Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçılar cavabdeh14, X6, cavabdeh13, X4, cavabdeh12, X10, cavabdeh24, X7, cavabdeh26, cavabdeh25, X11, cavabdeh3, cavabdeh31, nX15, cavabdeh28, cavabdeh9, X1, cavabdeh23, cavabdeh8, cavabdeh18, cavabdeh5, X8, cavabdeh7, cavabdeh22, cavabdeh20, cavabdeh2, cavabdeh21, cavabdeh6, cavabdeh19, X2, X20 cavabdehlər Bərdə rayonu Şatırlı kənd Bələdiyyəsinin sədri X5, İddiaçı və X14 qarşı Bərdə rayonu Şatırlı kənd sakini olmayan Bərdə Rayonu Kürdborakı kənd sakini İddiaçı ilə Bərdə rayonu Şatırlı kənd bələdiyyəsi arasında bağlanmış ## ######## 2004-cü il tarixli, icarə müqaviləsinə əsasən 70 il müddətinə ümumilikdə 12 ha torpaq sahəsinə dair icarə müqaviləsinə əavvəvn Seriya RX ****** nömrəli, ## ##### 2016- cı il tarixli çıxarış, Seriya RX ****** nömrəli ## ##### 2016-cı il tarixli çıxarış və seriya RX ******* nömrəli ## ##### 2016-cı il tarixli çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər cavabdeh14, X6, cavabdeh13, X4, cavabdeh12, X10, cavabdeh24, X7, cavabdeh26, cavabdeh25, X11, cavabdeh3, cavabdeh31, X15, X3, cavabdeh9, X1, cavabdeh23, cavabdeh8, cavabdeh18, cavabdeh5, X8, cavabdeh7, cavabdeh22, cavabdeh20, cavabdeh2, cavabdeh21, , cavabdeh6, cavabdeh19, X2, X20 qanunsuz hərəkətlərinə qadağan qoymaqla, zəbt etdikləri İddiaçı məxsus torpaq sahəsindənǝçıxarılmalarıǝqətǝedilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bərdə rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən həmin - ilk iddianın Bərdə rayon Kürdboraki kənd sakini İddiaçı ilə Bərdə rayonu Şatırlı kənd Bələdiyyəsi ilə bağlanmış ##.##.2004-cü il tarixli, 2 ha torpaq sahəsinə dair 70 illik bağlanmış icarə müqaviləsi, ##.##.2004-cü il tarixli 4 ha torpaq sahəsinə torpaq sahəsinə bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi və həmin icarə müqaviləsinə əsasən Bərdə rayonu Kürdboraki kənd sakini İddiaçı adına DƏDRX-nin Bərdə * saylı Ərazi Idarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli, ##.##.2016-cı il tarixli çıxarışın və Seriya RX ******* nömrəli, ##.##.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Bərdə Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçılar cavabdeh14, cavabdeh13, cavabdeh17, cavabdeh11, cavabdeh24, X7, cavabdeh26, cavabdeh25, cavabdeh3, cavabdeh31, X15, cavabdeh28, cavabdeh9, cavabdeh4, cavabdeh27, cavabdeh23, cavabdeh8, cavabdeh18, X8, cavabdeh7, cavabdeh22, cavabdeh20, cavabdeh2, cavabdeh21, cavabdeh6, cavabdeh19, X2, X12, X9, X16, cavabdeh1, cavabdeh15 cavabdehlər Bərdə rayonu Kürborakı kənd Bələdiyyəsinə və İddiaçı, üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bərdə Ərazi Idarəsinə qarşı cavabdeh Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə digər cavabdeh arasında ## ######## 2004-cü il tarixdə 02 nömrə ilə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında cavabdeh İddiaçı oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçılar cavabdeh14, cavabdeh19, cavabdeh13, cavabdeh11 və cavabdeh18 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə işin faktik halları kimi müəyyən edilmişdir ki, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi tərəfindən cavabdeh İddiaçı icarəyə verilmiş 6 ha torpaq sahəsinin 0.99 ha hissəsi qamışlıq və şoranlıq əraziyə, 0.25 ha hissəsi su arxına, 4.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı əkin sahəsinə aiddir. Həmin torpaq sahəsi ümumi istifadədə olan örüş torpaq sahəsi deyil. 70 il müddətinə İddiaçı icarə hüququ qeydiyyata alınan torpaq sahəsi iddiaçılarınǝiddiaǝetdikləriǝtorpaqǝsahəsininǝəraziǝhüdudlarıǝiləǝüst-üstəǝdüşür. Məhkəmənin iş üzrə gəldiyi yekun qənaətə görə, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi tərəfindən cavabdeh İddiaçı icarəyə verilmiş 6 ha torpaq sahəsinin ümumi istifadədəǝolanǝörüşǝtorpaqǝsahəsiǝolmasıǝözǝtəsdiqiniǝtapmamışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, iddiaçı cavabdeh19 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasıǝqəraraǝalınmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2025-ci il tarixli **(***)-**/**** nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il ## ####### tarixli *(***)-****/**** nömrəli qərarından iddiaçı cavabdeh19ǝtərəfindənǝverilmişǝəlavəǝkassasiyaǝşikayətiǝgeriǝqaytarılmışdır.

9. “X24” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ha torpaq sahəsindən 1 il müddətində 480 bağ yonca kipi əldə edilə bilər. 6 ha torpaq sahəsindən 1 il müddətində 2880 bağ yonca kipi əldə edilə bilər. 2021-ci ildə 6 ha torpaq sahəsindən əldə edilən 2880 yonca kipinin xərci 2880 kip * 1.4 manat = 4032 manat, 2021-ci ildə 6 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2880 kip * 3.5 manat = 10.080 manat cəmi satışdan əldə edilən gəlir 10.080 manat cəmi xərc 4032 manat cəmi yekun gəlir 6048 manat, 2022-ci il tarixdə 6 ha torpaq sahəsindən əldə edilən 2880 yonca kipinin xərci 2880 kip * 1.4 manat = 4032 manat, 2021-ci ildə 6 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2880 kip * 3.5 manat = 10.080 manat, cəmi satışdan əldə edilən gəlir 10.080 manat cəmi xərcǝ 4032 manat cəmi yekun gəlir 6048 manat, 2023-cü ildə 6 ha torpaq sahəsindən əldə edilən 2880 yonca kipinin xərci 2880 kip * 1.4 manat = 4032 manat, 2023-cü ildə 6 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2880 kip * 3.5 manat = 10.080 manat, cəmi satışdan əldə edilən gəlir 10.080 manat cəmi xərc 4032 manat cəmi yekun gəlir 6048 manat, 2024-cü ildə 6 ha torpaq sahəsindən əldə edilən 2880 yonca kipinin xərci 2880 kip * 1.4 manat = 4032 manat, 2021-ci ildə 6 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2880 kip * 3.5 manat = 10.080 manat, cəmi satışdan əldə edilən gəlir 10.080 manat cəmi xərc 4032 manat cəmi yekun gəlir 6048 manat, ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxıldıqdan sonraǝcəmiǝgəlirǝ24192ǝmanatǝtəşkilǝedir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, */*** nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsində heyvandarlıqda geniş istifadə olunan yem bitkisi növü olub, həmin sahədə bir mövsüm ili ərzində 4 dəfə biçilməklə düzgün aqrotexniki qulluqlar edilməklə hər bir hektardan hər biçimdə ortalama 110-120 kip (yonca bitkisinin məhsulu) olmaqla bir ədəd kipin ortalama kütləsiǝ16-18ǝkqǝolmaqlaǝbirǝmövsümǝiliǝərzindəǝ440-480ǝkipǝalınaǝbilər.

11. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ***/E nömrəli mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsindən 2021ci ilin mart ayından 2025-ci ilin yanvar ayınadək 11520 (on bir min beş yüz iyirmi) yonca kipi əldə etmək olar, Bərdə rayonunda 2021-ci ilin mart ayından 2025-ci ilin yanvar ayınadək olan dövr ərzində illər üzrə 1 ədəd yonca kipinin orta bazar qiyməti 3,40 (üç manat qırx qəpik) AZN təşkil edir. Bərdə rayonu, Şatırlı kəndində yerləşən 6.00 ha torpaq sahəsində 2021-ci ilin mart ayından 2025-ci ilin yanvar ayınadək olan dövr ərzində yonca bitkisinin əkilməsinə və becərilməsinə çəkilən xərclər çıxıldıqdan onra 23040 (iyrimi üç min qırx) manatǝgəlirǝəldəǝetməkǝolardı.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh19, cavabdeh19, cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh3, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh27, cavabdeh2, X13, cavabdeh31, cavabdeh30, cavabdeh29 və cavabdeh28 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz zəbt faktı nəticəsində ona dəymiş 24192 manat maddi, 4800 manat icarə borcu və 10000 manat mənəvi ziyan olmaqla cəmi 38992 manat ziyanın cavabdehlərdən alınıb ona ödənilməsi barədəǝqətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir.

13. Iddiaçı İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə cavabdehlərin cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 kimi qeyd edilməsi və cavabdehlərdən solidar (birgə və müştərək) qaydada 38262 manat təzminat, o cümlədən 3720 manat icarə haqqı, 24192 manat maddi ziyan, 10000 manat mənəvi ziyan və 350 manat qiymətləndirmə xərcininǝtutulmasıǝbarədəǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.

14. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə Şatırlı bələdiyyəsinin ehtiyat əkin fondundan (BEF) 6 ha torpaq sahəsi icarəyə götürmüşdür. ##.##.2016-cı il tarixli, ************ reyestr nömrəli RX № ******* saylı çıxarış almışdır. Bu sahəyə müxtəlif illərdə taxıl, pambıq, çuğundur əkilib. 2020-ci ilin payızında isə yonca əkmişdir. 2021-ci ilin mart ayından etibarən cavabdeh19 və qohum-əqrabası cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh27, cavabdeh1, cavabdeh30, cavabdeh29 və cavabdeh28 ilə birlikdə yuxarıda qeyd etdiyi 6 ha yonca sahəsini zorla zəbt etmişlər. Şatırlı bələdiyyəsinin 37 ha ümumi istifadəli örüş yeri var və hamısı kənd camaatının istifadəsindədir. Lakin cavabdehlər 6 ha yonca yerinin də guya ümumi istifadəli örüş yeri olması iddiası ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə prosesi 4 il sürmüş, Bərdə Rayon Məhkəməsi (iş № *(021)-620/2022), Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası (iş № *(104)-42/2024), Azərbycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası (iş № *(102)-3576/2024) hər üçü onların iddiasını rədd etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ##.##.2023-cü il tarixli № **/**** rəyi, ##.##.2024-cü il tarixli № *-16-16/2-10/620 rəyi ilə həmin 6 ha torpaq sahəsinin ümumi istifadəli örüş sahəsi olmadığı və əkinə yararlı bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsi olduğunu təsdiqləmişdir. Cavabdehlər 2021-ci ilin mart ayından 2025-ci ilin ######ın ##-na qədər 6 ha yonca sahəsini zəbt edib mal-qara otarmışlar. 4 illik zəbt nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər vurublar. Belə ki, təzə əkilən yonca sahəsindən bir ildə 1 hektardan minimum 480 ədəd kip əldə edilir. Zəbt edilən 6 hektardan bir ildə (6ha*480 kip=2880 kip) 2880 ədəd yonca kipi biçilir. Zəbt edilən 4 ili 6 hektardan bir ildə əldə edilən yonca kipinə vurduqda (4il * 2880 kip=11520 kip) 11520 ədəd yonca kipi əldə edirlər. Son 4 ildə 1 ədəd yonca kipinin bazar dəyəri 3-5 manat arasında dəyişib. Bir kipin dəyərini minumuma yaxın 3.5 manat qiymətlə götürdükə (11520 kip * 3.5 AZN = 40320 manat) 4 ildə zəbt olunmuş 6 hektardan minimum satılacaq yonca kipinin satış dəyəri 40320 manat edir. 1 ədəd yonca kipinin maksimum maya dəyəri 1.4 manatdır. Beləliklə 4 ildə zəbt olunmuş 6 hektardan götürülməli olan 11520 ədəd yonca kipinin maya dəyəri (11520 manat * 1.4 manat = 16128 manat) 16128 manat edir. Nəticədə 40320 manat satış qiymətindən 16128 manat maya dəyərini çıxdıqda (40320 –manat=24192) 24192 AZN xalis mənfəət qalır. Deməli cavabdehlər 4 il ərzində ona minimum 24192 manat maddi zərər vurublar. Sözügedən 6 Һа sahənin bələdiyyə ilə illik 1 hektar sahəyə 200 manat icarə haqqı ödəmək müqaviləsi var. Lakin zəbtə görə 4 ildir bu sahəni əkib-becərə bilmədiyi üçün 4800 manat icarə haqqını ödəyə bilməmiş və borc kimi qalır. Bu zəbt səbəbindən özü və ailəsi mənəvi psixoloji sarsıntı keçirmişdir. Özü 2002-ci ildən Bexterev xəstəsidir və xəstəliyi həblərlə passiv formada saxlanılırdı. Bu hadisələrdən sonra səhhəti ciddi ağırlaşmış, xəstəliyi aktiv formaya keçmiş. əmək qabiliyyətini qismən itirmiş, 2-ci qrup əlil olmuş və bahalı bioloji iynələrə keçmişdir. (Humira 40 mg). 4 il ərzində atası və anasının şərəf və ləyaqəti alçaldılıb, olmazın şər və böhtanlarına məruz qalmışlar. Sahədə, meydanlarda kütləvi aksiyalar keçirib, şoular düzəldib sosial şəbəkələrdə kanallarda yaymaqla onları linç etdiriblər. Müəllimə anasını şagirdləri qarşısında təhqir ediblər. Onun və ailəsinin şərəf və ləyaqətini alçaldıblar. Cavabdehlər öz hərəkətlərinə kütləvilik donu geyindirmək məqsədi ilə kənd camaatının bəzilərindən torpağı otarmaları qarşılığında pul alaraq öz dəstələrinə qatmışlar. Beləliklə onun sahəsindən həm də pul gəliri əldə etmişlər. Torpağını qanunsuz zəbt edən şəxslər torpaq sahəsindən çıxmaqdan imtina edib, onun mülkiyyət hüquqlarını pozublar. 2021-ci ilin aprel ayında Bərdə Rayon Məhkəməsinə qanunsuz hərəkətlərə qadağa qoyulması və zəbt olunmuş torpaqdan çıxarılma tələbi ilə qarşılıqlı iddia ərizəsi vermiş, qarşılıqlı iddia üzrə cavabdehlər yəni indiki cavabdehlərin məhkəmə araşdırması zamanı ona aid olan 6 ha yonca sahəsini zəbt edərək otardıqlarını etiraf etmələri Bərdə Raуоn Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Məhkəməǝonunǝqarşılıqlıǝiddiasınıǝtəminǝetmişdir.

15. Cavabdehlər eitraz ərizəsi göndərərək etirazlarında göstərmişlər ki, həm örüş sahələrini qanunsuz zəbt edən bir sənəd altında iki bələdiyyə torpağını ələ keçirən və onlara qarşı əsassız iddia tələbi irəli sürən iddiaçı İddiaçı və onun nümayəndəsi (anası) Nümayəndə, əsassız olaraq kənd sakinlərinə qarşı maddi və mənəvi ziyan tələbi ilə iddia ərizəsi vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna, əlavə kassasiya şikayəti olaraq (yeni açılmış hallar üzrə) şikayət vermişlər, hal-hazırda Ali Məhkəmənin Plenumunda icraatdadır, şikayətilərini tam əsaslandırmışlar. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- ****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarını aldıqdan sonra, yəni 08 noyabr tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə Idarəsi tərəfindən 3-16-22/5 -koll-***/**** nömrəli, ##.##.2024-cü il tarixli rəsmi sənədi əsasında onların ünvana göndərilən sənəddə iddiaçı İddiaçı qanunsuz olaraq örüş sahəsini zəbt etmiş və onun barəsində inzibati tənbeh növü seçilmişdir, iddiaçının müqavilələri rəsmi olaraq ləğv edilmişdir, Region Ədliyyə idarəsinin rəsmi tapşırığı əsasında‚ Şatırlı Bələdiyyəsi ilə aralarında bağlanan müqavilə ləğv edilmişdir, çünki uzun müddətli müqavilə və əsassız örüş sahəsinin zəbt etmə faktı ortaya çıxmışdır, əlavə olaraq Gəncə Inzibati Məhkəməsinin icraatında olan icarə çıxarışı sənədinin ləğv edilməsi tələbi ilə iddia ərizəsi ilə müraciət etmişlər. ##.##.2025-ci il tarixdə *-*(***)-****/****-*** nömrəli iş Gəncə Inzibati Məhkəməsinin hakimi Gülşən Əliyevanın icraatındadır qanunsuz ekspert rəyləri, məhkəmə qərar və qətnamələri əyani sübutdur, hakimlər heç bir araşdırma etməmişdir, ekspert isə düzgün rəy verməmişdir, bu səbəbdən də qanunsuz rəy verən ekspert barəsində yuxarı prokurorluğa şikayət vermişlər. Qanunsuz torpaq zəbti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilmiş cinayət əməlidir, bununla da iddiaçılar barəsində də prokurorluq orqanlarında araşdırma olmalıdır. Bununla da onlara qarşı maddi və mənəvi ziyan tələbinə dair əsassız iddia tələbinə qarşı etiraz edirlər. Iddiaçının onlara qarşı qaldırdığı iddia əsassızdır, əsassız iddianı qəbul etmirlər. Belə ki qanunsuz olaraq örüş sahəsini zəbt etmiş, hətta barəsində inizbati tənbeh növü tətbiq edilmiş və qanunsuz ekspert rəyi alan, qanunsuz olaraq bələdiyyə ilə uzun müddətli müqavilə bağlayan, hətta örüş sahəsinə torpağın təyinatı dəyişilmədən, olan bir haldır. Hətta Şatırlı bələdiyyəsi tərəfindən heç bir müqavilənin bağlanmadığı barədə rəsmi arayış almışlar. Iddiaçı qərəzli olaraq kənd sakinlərinə hədəqorxuǝgəlməkǝməqsədiǝiləǝmüəyyənǝaddımlarǝvəǝtəhdidlərǝetmişdir.

16. Məhkəmə hazırlıq iclasında cavabdeh cavabdeh19 və digər cavabdehlər onlara verilən suallara cavab olaraq, örüş üçün istifadə etdikləri sözügedən torpaq sahəsində 2021ciǝilinǝəvvəlindəǝyoncaǝəkildiyiniǝqeydǝetmişlər.

17. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Bayram Məhərrəmov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 müştərək qaydada 3720 manat icarə haqqı, 22080 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25800 (iyirmi beş min səkkiz yüz manat) manat vurulmuş maddi ziyan əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməsi; Cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 müştərək qaydada 350 (üç yüz əlli manat) manat məbləğində qiymətləndiriciyə ödənilmiş haqq tutularaq iddiaçı İddiaçı ödənilməsi; Məhkəmə məsrəfi hesab edilən 70 (yetmiş) manat ekspertiza xərcinin cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi;ǝIddiaǝtələbininǝqalanǝhissədəǝtəminǝedilməməsiǝqətǝedilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 23.4, 140, 1096.1, 1096.2, 1097.1, 1113.1, 1113.2 və 1115ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 82.3, 88, 106.1, 106.3, 119.1, 217.1, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh cavabdeh19 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədəǝyeniǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.

20. Cavabdeh cavabdeh19 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə bu qətnaməni qəbul edərkən əsasən ekspert rəyinə istinad etmişdir. Lakin həmin ekspert rəyi həm texniki, həm də hüquqi baxımdan qüsurludur, reallığı əks etdirmir. Ekspertin baxış keçirdiyi koordinatlar ilə iddiaçının icarə sənədində göstərilən koordinatlar üst-üstə düşmür. Bu isə o deməkdir ki, ekspert rəyi mübahisəli torpaq sahəsinə deyil, kənar bir əraziyə aiddir. Belə bir rəy MPMnin 76-cı maddəsi baxımından aidiyyəti olmayan sübut hesab edilməlidir. Tərəfindən təqdim edilmiş layihə sənədləri və yerquruluşu planına əsasən (RX ******* nömrəli çıxarışa aid sənədlər), 6.0 ha sahənin: 0.99 ha hissəsi qamışlıq və şoranlıqdır (heç bir bitki əkilməsi mümkün deyil); 0.25 ha hissəsi su arxıdır (ictimai istifadəli infrastruktur). 2 ha hissəsi isə örüş-otlaq sahəsidir. Ekspert isə bu coğrafi və hüquqi reallıqları nəzərə almadan, sanki 6 ha ərazinin hamısı məhsuldar “yonca sahəsi” imiş kimi hesablama aparmışdır. Bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan “itirilmiş fayda” prinsipinin kobud şəkildə təhrif olunmasıdır. Mövcud olmayan sahədən gəlir gözləmək və buna görə kompensasiya tələb etmək qanunsuz varlanmaya yol açır. Müəyyən edilmişdir ki, iddiaçı 2.0 ha örüş sahəsini qanunsuz şumladığı üçün barəsində IXM-ə uyğun protokolǝtərtibǝedilmişǝvəǝcəriməǝtənbehiǝtətbiqǝolunmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, cavabdeh tərəf şikayətində zəbt olunmuş 6 ha yonca sahəsinin guya 0,99 ha hissəsinin şoranlıq və qamışlıq, 0,25 ha hissəsinin su arxı olduğunu, həmçinin ona məxsus olmuş, reyestr nömrəsi tamam fərqli olan 2 ha torpaq sahəsini də bura aid edərək dəymiş ziyanın (təzminatın) məbləğinin azaldılmasını tələb edir. Hesab edir ki, apellyasiya şikayəti tamamilə əsassızdır, həqiqəti əks etdirmir. Şikayətin təmin edilməməsi barədə dəlillərini və hüquqi əsaslarını bənd-bənd məhkəmənin diqqətinə çatdırır: 1) dəymiş ziyanın miqdarı tərəflərin subyektiv mülahizələrinə görə deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi ekspert rəyinə əsasən müəyyən edilmişdir. Ekspert tərəfindən sahənin sadəcə bir hissəsi deyil, tam təmsilçiliyi təmin etmək məqsədilə 3 fərqli yerindən torpaq nümunələri götürülmüş, laborotoriya analizi aparılmış, yonca toxumu əkilərək faktiki məhsuldarlıq elmi-praktiki üsulla qiymətləndirilmişdir. Əgər sahənin hər hansı bir hissəsi şoran və yararsız olsaydı, bu, dövlət ekspertinin rəyində mütləq öz əksini tapardı. Ekspert rəyi həlledici, mötəbər və təkzibedilməz sübutdur. 2) dövlət reyestr sənədləri rəsmi və üstün sübutdur. Ona məxsus 6 ha torpaq sahəsinə dair 2016-cı ildə verilmiş rəsmi çıxarışda bütövlükdə 6 ha torpaq fərqləndirilmədən 2-ci kateqoriyalı əkin sahəsi kimi qeydiyyata alınmış və onun 70 bonitet balı (yüksək münbitlik göstəricisi) müəyyən edilmişdir. Sənəddə hər hansı bir hissənin şoran və ya yararsız olması barədə heç bir qeyd yoxdur. Cavabdeh tərəf dövlətin rəsmi reyestr sənədini heç bir hüquqi əsas olmadan şübhə altına almağa çalışır ki, bu da yolverilməzdir. 3) Ona məxsus 6 ha torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin EKTIS sistemində tam şəkildə əkin sahəsi statusu ilə qeydiyyatdadır. Dövlət tərəfindən aqrar subsidiyaların verilməsi və əkinlərin monitorinqi məhz bu rəsmi sistem üzərindən aparılır. Sahənin yararsız olması barədə cavabdeh tərəfin dəlili rəsmi dövlət elektron bazasının məlumatları ilə ziddiyyət təşkil edir. 4) 0,99 ha sahə şoranlıq və qamışlıq, 0,25 ha su arxı olması barədə cavabdeh tərəfin dəlilini tamamilə altüst edən ən mühüm obyektiv sübut torpağın zəbt altında olduğu dövrü əks etdirən peyk (kosmik monitorinq) görüntüləridir. Həmin fotoşəkillərdən aydın şəkildə görünür ki, zəbt edilmiş 6 ha torpaq sahəsinin bütöv bir hissəsi eynicinsli (bircins) və sıx yonca sahəsi kimi bitki örtüyünə malik olmuşdur. Sahədə hər hansı bir şoranlıq, şoran ləkələri və ya əkinə yararsız boşluqlar, su arxı mövcud olmamışdır. Bu vizual sübut bir daha təsdiq edir ki, qarşı tərəf zəbt etdiyi 4 il ərzində sahənin hamısından bərabər və tam şəkildə istifadə etmişdir. 5.) Cavabdeh tərəf apellyasiya şikayətində tamamilə hüquqi savadsızlığa və manipulyasiyaya yol verərək, ona məxsus olmuş, lakin tam fərqli coğrafi mövqedə yerləşən 2 ha torpaq sahəsini zəbt olunmuş 6 ha sahəyə aid etməyə çalışır. Bildirir ki, sözügedən 2 ha torpaq sahəsi mübahisə predmeti olan 6 ha sahədən tamamilə ayrıdır və onun tam fərqli, ayrıca reyestr qeydi olmuşdur Həmin fərqli çıxarışın surəti məhkəmə sənədlərində var. Həmin torpaq sahəsinin istifadə müddəti (iqodiyası) bitdiyi üçün 2024-cü ildə tərəfindən rəsmi ərizə ilə imtina edilmiş və onun çıxarışı ləğv edilmişdir. Keçmişdə həmin fərqli torpaqla bağlı baş vermiş hər hansı inzibati cərimə məsələsinin bu iş üzrə zəbt edilmiş 6 ha sahəyə və hesablanmış ziyana heç bir hüquqi və məntiqi aidiyyatı yoxdur. Ziyan yalnız zəbt faktı təsdiq edilmiş konkret daşınmaz əmlak (6 ha) üzrə hesablanır. Bundan başqa, cavabdeh tərəf apellyasiya şikayətində qeyd edir ki, 1998-ci il islahatında burada 0,99 ha şoran, 0 25 ha su arxı olub. Islahatdan sonra torpaq əkilərək münbitləşdirilib. Araya düşən su arxı ləğv edilərək kənardan çəkilib. Bununla bağlı qeyd edir ki, cavabdehlərin torpağı zəbt etdiyi 4 il ərzində bu sahə tam yararlı, bütöv 2-ci kateqoriyalı əkin sahəsi idi. Mülki qanunvericiliyə görə, əldən çıxmış fayda (ziyan) torpağın 28 il əvvəlki (1998-ci il) vəziyyətinə görə deyil, zəbtǝedildiyiǝdövrdəkiǝ(sonǝ4ǝil)ǝfaktikiǝvəǝrəsmiǝvəziyyətinəǝgörəǝhesablanır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında cavabdeh cavabdeh19 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Iddiaçının istifadəsində olan torpaq sahəsi kəndin ümumi istifadəsində olmuş örüş sahəsidir. Bir çox yerlərə şikayət etmişlər. Mübahisə yaranan zaman torpaq sahəsinin ölçülməsi, tanıdılması ilə bağlı çoxsaylı müraciətlər etmişlər. Müraciətlərindən sonra Bərdə rayon Icra Hakimiyyəti tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, baxış nəticəsində həmin mübahisəli torpaq sahəsinin 0,99 ha hissəsinin qamışlıq sahə olduğu, 0,68 ha hissəsinin zəbt olduğu müəyyən edilmiş, bundan başqa iddiaçının icarəsində olan 2 ha torpaq sahəsinə görə icarə müqaviləsi ləğv edilmiş, iddiaçı inzibati qaydada cərimə edilmişdir. Iş Gəncə Apellyasiya Məhkəməsinin icraatında olarkən müvafiq ekspertiza təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə * saylı Ərazi Idarəsinin mütəxəssisləri gələrək əraziyə baxış keçirmişdir. Bir müddət keçdikdən sonra həmin baxışın nəticəsinə dair rəyi tələb etsələr də, Gəncə * saylı Ərazi Idarəsinin əməkdaşları rəy vermək səlahiyyətlərinin olmadığını bildirərək, rəy verilməsindən imtina etmişlər. Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin Şəmkir Ərazi Idarəsinin nümayəndələri mübahisəli torpaq sahəsinə gəlib baxış keçirmədikləri halda Bərdə * saylı Ərazi Idarəsinin rəyi ilə eyni rəy vermişdir. Bildirir ki, heç kimin torpaq sahəsini zəbt etməmişlər. Istifadə etdikləri torpaq sahəsi ümumi istifadədə olan örüş yeri olmuşdur. Həmçinin onlar tərəfindən heç kimə maddi və mənəvi zərər vurulmamışdır. Sədrlik edənin sualına cavab olaraq cavabdeh19 bildirmişdir ki, mübahisə predmeti olan 6 ha torpaq sahəsindən 2021-ci ilin mart ayından 2024-cü ilin dekabr ayına kimi istifadə etmişlər. Cavabdeh cavabdeh19 sonda məhkəmə kollegiyasındanǝapellyasiyaǝşikayətininǝtəminǝedilməsiniǝxahişǝetmişdir.

23. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər cavabdeh19 verdiyi izahata əlavələri olmadığını qeyd etmişlər. Sədrlik edənin sualına cavab olaraq cavabdehlər bildirmişlər ki, mübahisə predmeti olan 6 ha torpaq sahəsindən 2021-ci ilin mart ayından 2024-cü ilin dekabr ayına kimi istifadə etmişlər. Cavabdehlər sonda məhkəmə kollegiyasındanǝapellyasiyaǝşikayətininǝtəminǝedilməsiniǝxahişǝetmişlər.

24. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi qanuni əsaslarla nümayəndəsi olduğu şəxsin sahiblik və istifadəsindədir. Iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 2021-ci ilin mart ayından 2025-ci ilin yanvar ayınadək, yəni 4 il müddət ərzində cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilməsi nəticəsində əldən çıxmış faydanın ödənilməsini tələb edirlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahişǝetmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkünǝhesabǝetmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədəǝzərərinǝəvəzininǝdahaǝazǝmiqdardaǝödənilməsiǝnəzərdəǝtutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəǝşəraitindəǝəldəǝedəcəyiǝgəlirlərǝ(əldənǝçıxmışǝfayda)ǝbaşaǝdüşülür.

28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədəǝnəzərdəǝtutulanǝəsaslaǝəmlakaǝsahiblikǝedənǝşəxsəǝdəǝmənsubdur. 29.ǝ158.1.ǝMülkiyyətǝhüququǝiləǝyanaşıǝaşağıdakılarǝdaǝəmlakǝhüquqlarıǝsayılır: girovǝhüququ; əmlakdanǝistifadəǝhüququ; servitutlar. 30.ǝMaddəǝ158.2.ǝƏmlakǝhüquqlarıǝhəminǝəmlakınǝmülkiyyətçisiǝolmayanǝşəxslərəǝdə mənsubǝolaǝbilər.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 32.ǝMaddəǝ1096.2.ǝDeliktǝtörətmişǝşəxsǝmülkiǝhüquqǝməsuliyyətiǝdaşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzunaǝvurulmuşǝzərərinǝəvəziǝzərərvuranǝtərəfindənǝtamǝhəcmdəǝödənilməlidir.

34. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltməkǝvəǝi.a.)ǝvəǝyaǝvurulmuşǝzərərinǝəvəziniǝödəməkǝöhdəliyiǝqoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə köməkǝgöstərir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıǝsübutǝetməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç birǝsübutunǝməhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur.

38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlıǝmünasibətinəǝuyğunǝəsaslandırılmalıdır.

39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuşǝsübutlarǝəsasındaǝyeniǝqətnaməǝqəbulǝedəǝbilər.

40. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsiǝüçünǝəsasdır.

41. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxudǝqanunuǝsəhvǝtəfsirǝetsin.

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmetiǝbölünməzǝolduqdaǝisəǝtamǝyoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarınaǝriayətǝetməsiniǝyoxlayır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsindəǝ“nəǝqədərǝşikayətǝ-ǝoǝqədərǝqərar”ǝqaydasınaǝçevrilir».

45. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və mərhum cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Iddiaçı Adilə Yusifova birinci instansiya mıəhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin dəlillərindən müəyyən edilir ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmiş, qətnamə qalan hissədə mübahisələndirilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 müştərək qaydada 3720 manat icarə haqqı tutularaq iddiaçı İddiaçı ödənilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli, qətnamə «cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 ümumilikdə 25800 (iyirmi beş min səkkiz yüz manat) manat vurulmuş maddi ziyan əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməsi» hissədə dəyişdirilməli, cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 müştərək qaydada iddiaçı İddiaçı xeyrinə tutulmalı ümumi məbləğ 22080 manat müəyyən edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədənǝsaxlanılmalıdır.

47. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin ## ######## 2004-cü il tarixli ** saylı iclas protokolu ilə Kürdborakı kənd sakini İddiaçı ərizəsinə əsasən bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6 ha torpaq sahəsi ayrılaraq İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Bundan sonra həmin iclas protokolunun nəticəsi əsasında Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə İddiaçı arasında ## ######## 2004-cü il tarixli ** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Kürdborakı bələdiyyəsinə məxsus 6 ha torpaq sahəsi 70 il müddətinə İddiaçı icarəyə verilmişdir. Həmin müqavilə üzrə İddiaçı torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına müvafiq çıxarış verilmişdir. Iddiaçılar sözügedən torpaq sahəsinin kəndin örüş otlaq sahəsi olduğunu əsas göstərməklə icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər, lakin Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaları təmin edilməmişdir. Həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan əlavə, İddiaçı icarəsinə verilmiş Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsinin cavabdehlər cavabdeh14, X6, cavabdeh13, X4, cavabdeh12, X10, cavabdeh24, X7, cavabdeh26, cavabdeh25, X11, cavabdeh3, cavabdeh31, X15, X3, cavabdeh9, X1, cavabdeh23, cavabdeh8, cavabdeh18, cavabdeh5, X8, cavabdeh7, cavabdeh22, cavabdeh20, cavabdeh2, cavabdeh21, cavabdeh6, cavabdeh19, X2 və X22 qanunsuz sahibliyindən alınması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə onun iddiası təmin edilərək adları qeyd olunun şəxslərin İddiaçı məxsus torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə müvafiq yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Torpaq sahəsinin icarəçisi olan iddiaçı cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etməklə onu torpaq sahəsindən gəlir əldə etmək hüququndan məhrum etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciətǝetmişdir.

48. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

49. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

50. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinəǝuyğunǝolmasınınǝyoxlanılmasındanǝibarətdir.

51. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

52. Hazırkı işdə iddiaçı icarəsinə verilmiş torpaq sahəsindən cavabdehlərin hər hansı hüquqi əsas olmadan istifadə etməsi nəticəsində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirinǝ(əldənǝçıxmışǝfayda)ǝtutulmasınıǝtələbǝetmişdir.

53. Bu halda, iddia tələbinin maddi hüquqi əsası kimi qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.

54. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.)ǝirəliǝgəlir.

55. Zərərin əvəzinin ödənilməsi barədə iddiaçı İddiaçı tələbi deliktə əsaslanır. Çünki, iddiaçı maddi ziyana məruz qalmasını icarəsinə verilmiş torpaq sahəsinə cavabdehlərin qanunsuz daxil olaraq onun icarə hüququnu həyata keçirtməsinə maneçilik yaratmaları ilə əlaqələndirmişdir.

56. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimiǝüçǝəsasǝünsürünǝməcmuǝhaldaǝmövcudluğuǝzəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu; zərər vuran şəxsin təqsirliliyi.

57. Deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Həmin dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbiǝəsassızǝedir.

58. Işin mübahisəsiz halına görə, Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi Şatırlı Bələdiyyəsi ilə bağlanmış ## ######## 2004-cü il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən 70 il müddətinə iddiaçı İddiaçı icarəyə verilmişdir. Onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestrin həqiqiliyi və tamlığı prezumpsiyasıǝisəǝqüvvədədir.

59. Işin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, hazırkı iş üzrə cavabdehlər iddiaçı İddiaçı icarəsinə verilmiş 6 ha torpaq sahəsindən 2021-ci ilin mart ayından 2024-cü ilinǝdekabrǝayınaǝkimiǝistifadəǝetmişlər.

60. Işin bu halı, yəni iddiaçı İddiaçı icarəsinə verilmiş 6 ha torpaq sahəsindən cavabdehlərin 2021-ci ilin mart ayından 2024-cü ilin dekabr ayına kimi istifadə etmiş olması cavabdeh tərəfin apellyasiya məhkəməsinin iclasında verdiyi etirafedici məzmunda izahatla özǝtəsdiqiniǝtapırǝ(§ǝ22-23).

61. Şərh edilənlərin məcmusunu nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar - maddi ziyanın əvəzinin ödənilməsi barədə onun tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə istinadən şəxsin əmlakından məhrum olması ona zərər vurulması anlamına gəlir ki, baxılan işin halları əsasında da cavabdehlərin hüquqazidd hərəkətləri səbəbindən iddiaçının 2021-ci ilin mart ayından 2024-cü ilin dekabr ayınadək əmlakındanǝməhrumǝolduğuǝmüəyyənǝedilir.

62. Bu mənada, iddiaçı qeyd edilən dövr üzrə əmlakından qanunsuz məhrum olması ilə əlaqədar adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzinin (əldən çıxmış fayda)ǝtutulmasınıǝtələbǝetməkdəǝhaqlıdır.

63. Ziyan məbləği ilə bağlı kollegiya göstərir ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspertiza rəyi əsasında müəyyən edilmişdir ki, Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsində bir mövsüm ili ərzində hər bir hektardan 440-480 kip yonca alına bilər. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ***/E nömrəli mütəxəssis rəyinə əsasən isə, 1 ha torpaq sahəsindən 1 il müddətində 480 bağ yonca kipi əldəǝedilməsininǝmümkünǝolduğuǝgöstərilmişdir.

64. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin 1 ha hissəsindən 1 il ərzində əldə edilməsi mümkün olan yonca kipinin 440-480 ədəd civarında, yəni təqribi sayda olduğunu nəzərə alaraq ortalama hesabla 1 ha ərazidən 460 kip yonca əldə edilməsinin mümkün olduğu qənaətinə gəlmişdir. Torpaq sahəsinin 6 ha-dan ibarət olması və yonca kipinin müvafiq illər üzrə bazar dəyəri (1çəkilən xərc çıxıldıqdan sonra) əsas götürülərək torpaq sahəsinin cavabdehlərin qanunsuz sahiblik və istifadəsində olduğu dövr üzrə iddiaçının torpaqdan əldə edəcəyi gəlir məbləği ümumilikdə 22080 manat hesablanmışdır.

65. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq əldən çıxmış faydaya görə iddiaçıya dəymiş maddi ziyanın 22080 manat məbləğində ǝmüəyyənǝetmişdir.

66. Lakin, iddiaçı İddiaçı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahiblik və istifadələrində olduqları dövr üçün torpağa görə bələdiyyəyə ödəməli olduğu icarə haqqı məbləğininǝcavabdehlərdənǝtutulmasınıǝtələbǝetməkdəǝhaqlıǝolmamışdır.

67. Nəzərə alınmalıdır ki, torpaq sahəsinə görə icarə haqqını ödəmək iddiaçının icarə müqaviləsindənǝirəliǝgələnǝöhdəliyidir.

68. Işin müəyyən olunmuş və faktiki hallarına əsasən müəyyən edilir ki, həqiqətən də cavabdehlərin hüquqazidd hərəkətləri səbəbindən 2021-ci ilin mart ayından 2024-cü ilin dekabr ayınadək iddiaçının həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqları əsassız yerə pozulmuş, bunun nəticəsində də, o, torpaq sahəsindən qeyd edilən dövr üzrə adi mülki dövriyyəǝşəraitindəǝəldəǝedəcəyiǝgəlirdənǝməhrumǝolmuşdur.

69. Cavabdehlərin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə qanunsuz sahiblik və istifadə etməsi sonuncunun hüquqlarını pozan davranış kimi xarakterizə edilsə də, ancaq bu hüquqazidd hərəkətin baş verməsi iddiaçının icarəyə götürdüyü torpaq sahəsinə görə icarəyə verən qarşısındakı öhdəliyinin cavabdehlərin üzərinə qoyulması qənaətinə gəlməyə əsasǝvermir.ǝ

70. Çünki, iddiaçının tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 21-ci maddəsində hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda) əvəzininǝzərərǝvuranǝşəxsdənǝtələbǝetməkǝhüququǝtəsbitǝedilmişdir.

71. Kollegiya göstərir ki, cavabdehlərin hüquqazidd hərəkətləri səbəbindən iddiaçı əmlakından məhrum olmuş və həmin dövr üzrə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzi də hazırkı qətnamə əsasında əldən çıxmış fayda qismində ona ödəniləcəkdir ki, bu pul vəsaiti də iddiaçıya ödənilməsi müəyyən edilən onun məruz qaldığı qanunsuzluğunǝbirǝnövǝkompensasiyasıdır.

72. Birinci instansiya məhkəməsi isə hüququn tətbiqində səhvə yol verərək - torpaq sahəsinin cavabdehlərin qanunsuz sahiblik və istifadələrində olduqları dövr üçün iddiaçının torpağa görə bələdiyyəyə ödəməli olduğu icarə haqqı məbləğinin cavabdehlərdən tutulması qənaətinə gəlmişdir. Odur ki, qətnamə həmin hissədə ləğv edilərək, həmin hissədə yeni qətnaməǝçıxarılmalıǝvəǝiddiaǝbuǝhissədəǝtəminǝedilməməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393,ǝ402ǝvəǝ405-ciǝmaddələriniǝrəhbərǝtutaraq,ǝməhkəməǝkollegiyası Qət etdi : Cavabdeh cavabdeh19ǝtərəfindənǝverilmişǝapellyasiyaǝşikayətiǝqismənǝtəminǝedilsin. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi «cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 müştərək qaydada 3720 manat icarəǝhaqqıǝtutularaqǝiddiaçıǝİddiaçıǝödənilməsi»ǝhissədəǝləğvǝedilsin. Həminǝhissədəǝyeniǝqətnaməǝqəbulǝedilərəkǝiddiaǝhəminǝhissədəǝtəminǝedilməsin. Qətnamə «cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 ümumilikdə 25800 (iyirmi beş min səkkiz yüz manat) manat vurulmuş maddi ziyan əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməsi» hissədəǝdəyişdirilsin. Cavabdehlər cavabdeh19, cavabdeh18, cavabdeh31, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh2, cavabdeh11, cavabdeh3, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh26, cavabdeh25, cavabdeh24, cavabdeh23, cavabdeh22, cavabdeh20, cavabdeh21 və cavabdeh28 müştərək qaydada iddiaçı İddiaçı xeyrinəǝtutulmalıǝümumiǝməbləğǝ22080ǝ(iyirmiǝikiǝminǝsəksən)ǝmanatǝmüəyyənǝedilsin. Qətnaməǝyoxlanılanǝqalanǝhissədəǝdəyişdirilmədənǝsaxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali MəhkəməsininǝMülkiǝKollegiyasınaǝkassasiyaǝşikayətiǝveriləǝbilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydadaǝverildiyiǝgündənǝ2ǝayǝmüddətindəǝqanuniǝqüvvəyəǝminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar