Məhkəmə qərarları › İş №2(3-7)-920/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-920/2026

30.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-920/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏN ETDİ Iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək ##.##.2012-ci il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan X4 adlı uşağın, ##.##.2014-cü il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan X2 adlı uşağın, ##.##.2016- cı il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan X1 adlı uşağın, yaşayış yeri atanın iddiaçı X5 yanında müəyyən edilməsi, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinin ləğv edilməsinə, iş üzrə qəyyumluq və himayəçilik orqanının rəyinin alınmasının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadına əsasən mülki iş üzrə icraata xitam verilmişdir. Iddiaçı İddiaçı məhkəmənin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından şikayət verərək Bərdə Rayon Məhkəmənin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** nömrəli qərardadının ləğv edilməsinə dair qərardad qəbul etməklə mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, #.##.2026-cı tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361.3 və 363.1.2-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə qanunverciliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, eləcə də iddiaçı İddiaçı dövlət rüsumunu ödəməkdən azad olan şəxs olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsində də təsbit edilmişdir ki, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Iddiaçı tərəf isə həmin qanunun 8.5ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi qərardaddan şikayət verilməsinə görə həmin Qanunun müvafiq olaraq 8.5-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu ödəməlidir. Birinci instansiya məhkəmsi isə apellyasiya şikayətinin 361.3-cü maddəsinin tələbinə uyğun verilməsini yoxlamadan işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasənapellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayəti Mülki Prosessual Məcəllənin 361.3 və 363.1.2-ci 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar