Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-937/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminin ##.##.2025-ci il tarixli iş yeri haqqında arayışdan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir.
2. ##.##.2025-ci il tarixli MŞB/MT-***/****-***** nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir.
3. ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı Bərdə Rayon Məhkəməsinin qərardadından görünür ki, ərizənin qismən təmin edilməsi, Bərdə rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli 2(021)- ****/**** saylı məhkəmə qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu İddiaçı hər ay tutulmalı olan aliment məbləği hər ay hər uşağa görə ## #### 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minimum əmək haqqının 0.68 misli həddində, sonrakı artımlar nəzərə alınmaqla, (400*0.68=272 manat həcmində) indeksasiya olunması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı məhkəməyə müraciət edərək, ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanması üçün ondan tutulan hər ay 272 manat olmaqla 816 manat aliment məbləğinin azaldılaraq, hər ay hər uşağa 150 manat olmaqla ümumilikdə 450 manat məbləğində müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan ##.##.2015-ci il təvəllüdlü X5, ##.##.2017ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-1984/2020 say!ı, ##.##.2020-ci il tarixti qətnaməsindən görünür ki, cavabdeh İddiaçı ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat, cəmi 510 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh aliment məbləğinin indeksasiyasina dair Bərdə Rayon Məhkəməsinə ərizə vermişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2020ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bərdə rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli *(***)-****/**** saylı məhkəmə qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2017-ci təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu İddiaçı hər ay tutulmalı olan aliment məbləği hər ay hər uşağa görə ## #### 2025- ci il tarixdən başlayaraq ölkə üzrə minimum əmək haqqının 0.68 misli həddində, sonrakı artımlar nəzərə alınmaqla, (400*0.68=272 manat həcmində) indeksasiya olunması qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ondan hər ay hər uşağa 272 manat olmaqla 816 manat alimentin tutularaq Cavabdeh verilməsi azaldılmalıdır. Belə ki, işə əlavə etdiyi arayışdan da göründüyü kimi o heç bir yerdə işləmir və heç bir əmək haqqı almır. Maddi imkanı yaxşı deyildir. Mülkiyyətində daşınar və ya daşınmaz əmlak yoxdur. Hazırda qüvvədə olan məhkəmə qətnaməsi onun maddi vəziyyəti səhhəti nəzərə alınmaqla hazırki vaxtın tələblərinə cavab vermir. Başa düşür ki, övladının normal yaşaması üçün əlindən gələni etməlidir. Lakin sözügedən məhkəmə qətnaməsinə əsasən hər ay hər uşağa 272 manat olmaqla, 816 manat pul vəsaitini cavabdehə ödəməyi yuxarıda göstərilənlərə əsasən qanunsuzdur və buna nə səhhəti, nə də maddi imkanı kifayət etmir.
6. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Abdullayev Ziya) iddiаnın qismən təmin edilməsi, Bərdə rayon məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilən alimentin məbləği azaldılaraq qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,43 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya ödənişi iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаqlara qаyğı göstərmək bоrcu оlduğundаn, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşağın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin hər iki tərəfin üzərinə düşməsini nəzərə alaraq, iddia qismən təmin edilməlidir. Bərdə rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilən alimentin məbləği azaldılaraq qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,43 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh xeyrinə ödənilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 58.2, 60.1, 60.4, 75.1, 75.4, 76.2, 78.2, 112-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Bərdə Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(021)- ****/**** №-li qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış (araşdırılmamış), məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair birinci dəlili ondan ibarətdir ki, məhkəmə hazırki iş üzrə yaranmış mübahisəli hüquq münasibətlərinə heç bir halda tətbiq edilməli olmayan AR MPM-nin 82.4-cü maddəsini tətbiq etmiş, iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və II, 60-cı maddəsinin İ, II, 71-ci maddəsinin İ, 125-ci maddəsinin III,127-ci maddəsinin III, IV, VII və 129-cu maddəsinin III hissələrini, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında » Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsini, «Uşaq Hüquqları Haqqında» Konvensiyanın 3, 26, 27-ci, « Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci, AR MPM-nin 4, 6-9, 78.1, 81,82.3, 89.1, 106.1, 217.1, 217.2, 220.4-cü maddələrini tətbiq etməmiş, iş üzrə tətbiq etdiyi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ, II, 34-cü maddəsinin IV hissəsini, 125-ci maddəsinin VII, «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5, 8,13, 19-cu,AR AM-nin 49.2, 49.3, 58.2, 60.1, 60.4, 75.1, 75.4, 76.2, 78.2, 112.1-ci, AR MPM-nin 14.1, 14.2,77.1, 88, 217.3, 218.1, 218.3-cü maddələrini isə düzgün tətbiq və şərh etməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da, AR MPM-nin 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın alimentlə baglı hissəsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair ikinci dəlili ondan ibarətdir ki, məhkəmənin qətnamə çıxararkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi və prosesual hüquqi əsasları düzgün müəyyən edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da AR MPM-nin 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində (qətnamənin 6-cı səhifəsinin «Məhkəmənin mövqeyi » adlanan VI bölməsində ) göstərilir: Beləliklə məhkəmə bütün sənədləri nəzərdən keçirib toplanmış materialları araşdırıb hüquqi qiymət verərək, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаqlara qаyğı göstərmək bоrcu оlduğundаn, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşağın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin hər iki tərəfin üzərinə düşməsini nəzərə alaraq, iddia qismən təmin edilməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə hesаb etmişdir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 2022-ci il üzrə 193 (yüz doxsan üç) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğа qаyğı göstərmək bоrcu оlduğundаn, iddiaçının evli və digər uşaqlarının olmamasını nəzərə alaraq, hаbelə uşаğа qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin cavabdehin üzərinə düşməsini nəzərə аlаrаq məhkəmə belə nəticəyə gəlir ki, iddiаçı İddiaçı uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıdığındаn, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər yüksək həddə saxlanması əsas tutularaq, iddiаçıdаn tutulаn alimentin məbləğinin əvvəlki miqdаrdа sаxlаnılmаsı məqsədə uyğundur. Beləliklə, məhkəmə iddiaçının aylıq alimentin azaldılaraq 240 manat müəyyən edilməsi ilə bağlı tələbini ədalətsiz, reallıqdan uzaq və ən əsası uşağın mənafeyinə zidd olduğunu qeyd edərək hesab etmişdir ki, iddia təmin edilməməlidir. Beləliklə eyni bir tələblə iddiaçı iki dəfə məhkəməyə müraciət etmiş, birinci dəfə iddia təmin edilməmişdir. Lakin ikinci dəfə iddia təmin edilmişdir. Ona görə də bu hal yol verilməzdir və son çıxarılmış qətnamə qanunsuzdur. İkincisi, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mövcud olmamışdır ki, belə bir qərar da hazırki mülki işə üzrə mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olsun. Üçüncüsü isə, məhkəmə hazırki qətnaməni heç bir halda əsaslandırılmamışdır, yəni qətnamədə sadəcə olaraq maddi və prosessual hüquq normalarını sadalamış, lakin məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalı olduğu halda yetərli dərəcədə əsaslandırmamış, başqa sözlə uşaq hüquqlarının hər bir şeydən üstün tutulmalı olmasına dair beynəlxalq və dövlətdaxili qanunvericilik normalarının düzgün tətbiq edilməməsini işah və şərh etməmiş və bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin presedentlərinə və Ali Məhkəmənin hüquqi mövqeyinə tamamilə zidd olan qətnamə çıxartmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin presedentlərindən və Ali Məhkəmənin hüquqi mövqeyindən görünür ki, qərarlar yetərincə əsaslandırılmalı, aliment təyin edilməsi uşaq hüquqlarının tərkib hissəsi olmaqla uşaq hüquqları hər bir şeydən üstün tutulmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında işsiz olduğunu bildirərək, iş olduqda fəhlə kimi işlədiyini, maddi imkanı aşağı olduğundan bir uşaq üçün 272 manat ödəməyə imkanının çatmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq övladı üçün kreditlə telefon götürdüyünü hər ay telefon üçün 22 manat aylıq ödədiyini qeyd etmişdir. Həmçinin taksi fəaliyəti ilə məşğul olduğunu bildirmişdir.
12. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
13. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
19. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
20. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
21. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
22. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
23. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
24. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.
31. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
33. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
34. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilməlidir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da, nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
41. ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminin ##.##.2025-ci il tarixli iş yeri haqqında arayı ilə İddiaçı qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud olmaması qeyd edilsə də, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı fəhlə kimi işlədiyini, həm də taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir.
42. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyibişləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. İddiaçı ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmçinin iddiaçı fəhlə kimi işlədiyini, həm də taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir.
43. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli Bərdə rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilən alimentin məbləği dəyişdirilərək ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,52 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh xeyrinə ödənilməlidir.
44. Digər tərəfdən, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən müəyyən edilmişdir.
45. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi “Bərdə rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilən alimentin məbləği azaldılaraq qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,43 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh xeyrinə ödənilməsi” hissəsində dəyişdirilməli və Bərdə rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilən alimentin məbləği azaldılaraq qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonraki artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,52 misli həcmində aliment iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh xeyrinə ödənilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi “Bərdə rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilən alimentin məbləği azaldılaraq qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən ##.##.2015-ci il tarixdə anadan olmuş X3, ##.##.2017-ci il tarixdə anadan olmuş X4 və ##.##.2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,43 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Bərdə rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilən alimentin məbləği azaldılaraq qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən ##.##.2015-ci il tarixdə anadan olmuş X3, ##.##.2017-ci il tarixdə anadan olmuş X4 və ##.##.2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonraki artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,52 misli həcmində aliment iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.