Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-952/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X9 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh cavabdeh1 vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh1, Gəncə * saylı «ASAN xidmət» mərkəzi Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın bağışlama və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, evin ilkin hüquqi vəziyyətinə qaytarılması və miras əmlakda payın müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhaətnamənin surətindən görünür ki, ##.##.1965-ci il tarixdə anadan olmuş X12 atası X10, anası isə Zeynalova Dünya İsrəfil qızıdır.
2. «Elektron notariat» Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsi ilə «X36» AQİSdən əldə edilmiş ##.##.2024-cü il tarixli elektron çıxarışdan görünür ki, ##.##.1970-ci il tarixdə anadan olmuş cavabdeh4 atası X10, anası isə Zeynalova Dünya İsrəfil qızıdır.
3. ##.##.2025-ci il tarixli, *-**-*/*-**-Z-****/**** nömrəli arayışın surətindən görünür ki, Zeynalova Dünya İsrəfil qızı ##.##.2024-cü il tarixdə ölmüşdür.
4. İ-РД seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin tərcüməsinin surətindən görünür ki, X14 ##.##.2010-cu il tarixdə ölmüşdür.
5. ##.##.2025-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 200013006056-***** reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 138 (Yeni qaydalarla: AZ2001, ünvan 3) ünvanında yerləşən ümumi sahəsi 0,088 ha torpaq sahəsi və ümumi sahəsi 114.1 kv/m fərdi yaşayış evi Zeynalova Dünya İsrəfil qızının xüsusi müliyyətində olmuşdur.
6. ##.##.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, ünvan 2 ünvanında ##.##.1934-cü il təvəllüdlü Zeynalova Dünya İsrəfil qızı, ##.##.1970-ci il təvəllüdlü cavabdeh4 və ##.##.2010-cu il təvəllüdlü X1r.
7. Gəncə * saylı «ASAN xidmət» mərkəzi Notariat Ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli «daşınmaz əmlakın bağışlanması» müqaviləsinin surətindən görünür ki, Zeynalova Dünya İsrəfil qızı Gəncə şəhəri, Atatürk prospekti 138 (Yeni qaydalarla: AZ2001, ünvan 3) ünvanında yerləşən fərdi yaşayış evini cavabdeh4 bağışlamışdır.
8. Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ 2001, ünvan 3) ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhəri * saylı notariat kontorunun ## #### 2005-ci il tarixli, 2V-1-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X5 vərəsəsi Zeynalova Dünya İsrəfil qızına keçmiş, ona ## #### 2005-ci il tarixli, ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsi əsasında Zeynalova Dünya İsrəfil qızına ##.##.2024-cü il tarixli, 200013006056-***** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən *** nömrəli evə istifadə hüququ itirilmiş hesab edilmişdir.
10. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-**- ****/**** nömrəli məktubdan görünür ki, Zeynalova (Abbasova) Dünya İsrəfil qızı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «X36» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2025-ci il tarixədək yoxlama aparılmış əri X10, uşaqları X2, X3, X6, X12 və cavabdeh4dır.
11. ##.##.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 200013006056-***** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 Yeni qaydalarla: AZ 2001, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,088 ha olan torpaq sahəsi və ümumi sahəsi 114,1 kv/m olan fərdi yaşayış evi cavabdeh4 xüsusi mülkiyyətindədir.
12. Gəncə şəhəri * saylı notariat ofisində ##.##.2025-ci il tarixdə, 4Ə-*** reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh4 ünvan 2 (yeni qaydalarla: AZ 2001, ünvan 3) ünvanında yerləşən ümumi sahəsi 0,088 ha olan torpaq sahəsini və ümumi sahəsi 114,1 kv/m olan fərdi yaşayış evini ***.000 manata cavabdeh1 satmışdır.
13. ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 138 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhəri * saylı dövlət notariat ofisinin ## #### 2025-ci il tarixli, 2V-1-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Zeynalova Dünya İsrəfil qızına ## #### 2005-ci il tarixli, ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsi əsasında Zeynalova Dünya İsrəfil qızının adına ## ### 2024-cü il tarixli, 200013006056-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. * saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin ## #### 2024- cü il tarixli, 4Ə- **** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh4 ## #### 2024-cü il tarixli, 200013006056- ***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat ofisinin ## ###### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən cavabdeh1 ## ######## 2025-ci il tarixli, 200013006056-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
14. Gəncə şəhəri * saylı notariat ofisində ##.##.2025-ci il tarixdə 4Ə-623 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin surətindən görünür ki, X11 şəhəri, Əkbər Babayev küçəsi, 1-ci döngə, ev 14 (yeni qaydalarla: AZ2000, ünvan 4) ünvanında yerləşən ümumi sahəsi 0,0316 ha olan torpaq sahəsini və ümumi sahəsi 118 kv/m olan fərdi yaşayış evini 123.000 manata cavabdeh4 satmışdır.
15. Birinci instansiya Məhkəməsində şahid qismində dindirilmiş, X15 ifadəsində göstərmişdir ki, onun və İddiaçı ailəsi ailəvi dostdurlar.O, cavabdeh4 İddiaçı bacısı kimi tanımış və cavabdeh4 sonuncu dəfə tərəflərin analarının yas mərasimində görümüşdür. İddiaçı və cavabdeh4 arasında yas mərasimində hər hansı narazılıq hiss etməsə də, yas mərasimindən əvvəl həmin şəxslər arasında cavabdeh4 anasına qulluq etməməsinə görə mübahisə olduğunu bilmişdir. İddiaçı mənzilin ona məxus olduğunu demişdir. O, bir dəfə Ramiz adlı şəxsin yaşadığı ünvana gedib, Ramizin oğlu ilə görüşmüşdür. Lakin o, Ramizin oğlu ilə İddiaçı arasında hansı söhbətin getdiyinə diqqət yetirməmişdir. O, İddiaçı yaşadığı ünvana getsə də, həmin ünvanı dəqiq xatırlamır.
16. Birinci instansiya Məhkəməsində şahid qismində dindirilmiş, X4 ifadəsində göstərmişdir ki, o, İddiaçı və cavabdeh4 anası Dünya xanımla birlikdə işləmişdir. Həmçinin İddiaçı və cavabdeh4 ilə eyni küçədə qonşu olmuşlar. Onların evlərinin arasındakı məsafə təxminən 250-300 metr olmuşdur. Mübahisə predmeti olan evin kimin aldığını bilməmişdir. 2025-ci ilin yay aylarında o, Dünya xanımı notariat ofisinə aparmışdır. Vəfat edən zaman da, Dünya xanımın yanında olmuşdur. Ölən günədək Dünya xanım normal vəziyyətdə olmuşdur.
17. Birinci instansiya Məhkəməsində şahid qismində dindirilmiş, X7 ifadəsində göstərmişdir ki, İddiaçı və cavabdeh4 onun dayısı nəvələridir. Onun İddiaçı və F.V.Məmmədova arasındakı mübahisədən məlumatı olmamışdır. Dünya Zeynalova avqust ayında ya da sentyabr ayında vəfat etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdeh4, cavabdeh1, Gəncə * saylı «ASAN xidmət» mərkəzi notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə * saylı «ASAN xidmət» mərkəzi notariat ofisində bağlanmış Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli mülkün anası Zeynalova Dünya İsrəfil qızı tərəfindən cavabdeh4 bağışlanmasına dair ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, evin ilkin hüquqi vəziyyətinə qaytarılması, həmin əmlak və anasından miras qalmış 50.000 manat dəyərində qızıl-zinət əşyaları üzərində vərəsəlik payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Atatürk pr. 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri Atatürk pr. giriş ***) saylı mülk anası Zeynalova Dünya İsrəfil qızının mülkiyyətində olmuşdur. Zeynalova Dünya 1934-cü ildə anadan olmuş, 91 yaşında ##.##.2024-cü ildə vəfat etmişdir. Zeynalova Dünyanın 5 övladı olmuşdur. O, cavabdeh Flora, ##.##.2012-ci ildə vəfat etmiş bacısı Zeynalova Xanım, ##.##.2019-cu ilfə vəfat etmiş qardaşı Zeynalov Əli, ##.##.2023-cü ildə vəfat etmiş qardaşı Zeynalova Gəray. 2025-ci ilin avqust ayının ortalarında o, anasından miras qalmış ünvana getdikdə bacısı Flora onu döyərək evdən qovmuşdur. Ona bildirmişdir ki, ev artıq onundur və evi satıır. Onun həmin evdə heç bir payı yoxdur. Bundan sonra o, Daşınmaz Əmlakın Dövlət Reyestrindən evlə bağlı ətraflı arayış almışdır. Ona verilən ##.##.2025-ci il tarixli arayışla evin hələ də anasının mülkiyyətində olduğunu öyrənmişdir. Notariat kontoruna vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etdikdə isə ona notariat hərəkətlərinin elektron sisteminə əsasən bildirmişdir ki, digər cavabdeh Gəncə şəhəri * saylı ASAN xidmətin notariat kontorunda notariat hərəkətləri aparılmışdır. Sorğu ilə müraciət etdikdə anasının 2024-cü ilin iyun ayında evi bağışladığını öyrənmişdir. Bildirmişdir ki, anasının yaşı 90-dan artıq idi. Anası son zamanlar qocalığı ilə əlaqədar onları tanımır, bəzən mərhum oğlu ilə danışır, oğlunun yanından keçdiyini, lakin yıxıldığı halda onu qaldırmadığını bildirmişdir. Anası yalnız ölmüş oğlu ilə deyil, başqa ölən şəxslərlə də danışırdı. Anasının yaddaşı tez-tez gedib gəlirdi. Belə bir vəziyyətdə onun öz hərəkətlərinin mənasını dərk etməsi mümkün deyildir. Bildirmişdir ki, bacısı Flora anası ilə yaxşı rəftar etmirdi. Onun dərmanlarını almırdı, çox yaşayacağı halda onu qocalar evinə qoyacağını bildirirdi. Hətta insanlar onu danlayaraq bildirmişdir ki, anasının huşu başında deyil qocalar evində qalmaq ona yaxşı təsir etməyəcək. O, qeyd edilən əmlaka və digər əşyalarla bağlı vərəsəlik hüququ vardır. Belə ki, anasının 50 min manata yaxın qızılzinət əşyaları olmuşdur. Həmin əşyaları da bacısı Flora tərəfindən mənimsənilmişdir.
20. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli mülkün anası Zeynalova Dünya İsrəfil qızı tərəfindən cavabdeh4 bağışlanmasına dair Gəncə * saylı «ASAN xidmət» mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli, 4Ə-*** reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evin ilkin hüquqi vəziyyətinə qaytarılması, həmin əmlak və anasından miras qalmış 50.000 manat dəyərində qızıl-zinət əşyaları üzərində vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
21. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Quliyev Camal) İddiaçı iddiasının qismən təmin edilməsi, Zeynalova Dünya İsrəfil qızının mülkiyyətində olmuş Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evindən ibarət mirasın ¼ hissəsinə İddiaçı payının müəyyən edilməsi, Zeynalova Dünya İsrəfil qızı və cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi» ¼ hissədə etibarsız hesab edilməsi, cavabdeh4 Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evinin ¼ hissəsinin əvəzi qismində 41.250 (qırx bir min iki yüz əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməsi, İddiaçı iddiası qalan hissədə təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, ünvan 3) Zeynalova Dünya İsrəfil qızının mülkiyyətində olmuş və D.İ.Zeynalova həmin əmlakı ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən cavabdeh4 bağışlamışdır. D.İ.Zeynalova ##.##.2024-cü il tarixdə vəfat etmiş, D.İ.Zeynalovanın iddiaçı X19, cavabdeh cavabdeh4, ##.##.2012-ci il tarixdə vəfat etmiş X6, ##.##.2019-cu il tarixdə vəfat etmiş X2 və ##.##.2023- cü il tarixdə vəfat etmiş X3 ibarət beş vərəsəsi olmuş, vəfat etmiş X.V.Zeynalovanın, Ə.V.Zeynalovun və G.V.Zeynalovun vərəsələri olmamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli mülkün anası Zeynalova Dünya İsrəfil qızı tərəfindən cavabdeh4 bağışlanmasına dair Gəncə * saylı «ASAN xidmət» mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli, 4Ə-*** reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evin ilkin hüquqi vəziyyətinə qaytarılması, həmin əmlak və anasından miras qalmış 50.000 manat dəyərində qızıl-zinət əşyaları üzərində vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi fəaliyyət qabiliyyəti olsa da öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsız əqddir. Hazırki halda iddiaçı X19 öz iddia tələbinin əsası kimi Zeynalova Dünya İsrəfil qızının mülkiyyətində olmuş Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evini ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən cavabdeh cavabdeh4 bağışlayarkən, öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara rəhbərlik edə bilmədiyini göstərmişdir. Lakin iddiaçı İddiaçı həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanların əksinə mülki iş materialları ilə Zeynalova Dünya İsrəfil qızının mübahisə predmeti olan ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin bağlanmasından bir neçə ay əvvəl İddiaçı qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edildiyi müəyyən edilir. Göründüyü kimi, Zeynalova Dünya İsrəfil qızı fəaliyyət qabiliyyəti olmaqla və öz hərəkətlərinin mənasını dərk etməklə, əmlakın bağışlanmasına dair hərəkətlərinin ardıcıllığını müəyyən edib, əvvəlcə mənzildə qeydiyyatda olan şəxslərin mənzildə qeydiyyatdan çıxarılmaları üçün hərəkətlər etmiş, daha sonra əmlakın bağışlanmasını həyata keçirmişdir. İddiaçı tərəfindən Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və həmin vaxt Zeynalova Dünya İsrəfil qızının öz hərəkətlərinin mənası başa düşmək barədə xüsusat mübahisələndirilməmişdir. Lakin iddiaçı İddiaçı iddia tələbi «mübahisə predmeti olan əmlakın ilkin hüquqi vəziyyətə qaytarılması və mirasda payın müəyyən edilməsi» olduğundan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdıran ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli Qərarında ifadə olunmuş mövqeni də nəzərə almaqla, işin hallarının tam tədqiqini və etibarsızlığın digər hallarının yoxlanılmasını zəruri hesab edir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evi vərəsəlik hüququ ilə məhdudlaşdığı halda ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən Zeynalova Dünya İsrəfil qızı tərəfindən cavabdeh cavabdeh4 bağışlanmış və bundan 6 ay 12 gün sonra vəfat etmişdir. Zeynalova Dünya İsrəfil qızının 5 vərəsəsi vardır, həmin vərəsələrdən X6 ##.##.2012-ci il tarixdə, X2 ##.##.2019-cu il tarixdə, X3 ##.##.2023-cü il tarixdə vəfat etmişdir və onların vərəsələri yoxdur. Hazırki halda Zeynalova Dünya İsrəfil qızının 2 vərəsəsi – İddiaçı və cavabdeh4 yaşayır. İddiaçı Zeynalova Dünya İsrəfil qızından başqa əmlak miras qalmamışdır. Bununla da İddiaçı Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulan qaydada bağışlanmış əşya hesabına məcburi payın tamamlanmasını tələb hüququ yaranmışdır. Buna görə də Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evinin bağışlanmasına dair ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi» həmin əmlakda İddiaçı məcburi payına mütənasib qaydada ¼ hissədə etibarsızdır. Lakin həmin əmlak ##.##.2025ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 satıldığından hazırki mülkiyyətçinin vicdanlılığı araşdırılmaqla onun ilkin hüquqi vəziyyətə qaytarılması əsasları yoxlanılmalıdır. Hazırki halda iddiaçı İddiaçı cavabdeh cavabdeh4 ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 arasında bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etsə də, alqı-satqı zamanı və alqı-satqıdan sonrakı mərhələdə, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı hazırki mülkiyyətçi cavabdeh1 hərəkətlərində vicdanlılığı istisna edən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan səbəbdən iddiaçı İddiaçı iddiası «##.##.2025ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair hissədə təmin olunmamalıdır. Buna görə də məhkəmə Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evinin ilkin hüquqi vəziyyətinin bərpasının və ilkin hüquqi vəziyyətdə həmin əmlaka məcburi payın müəyyənləşdirilməsinin mümkün olmadığını nəzərə alaraq, hesab edir ki, mübahisə predmeti olan əmlaka məcburi pay həcmində iddiaçı İddiaçı kompensasiya təyin edilməli və təyin olunmuş kompensasiya məbləği cavabdeh cavabdeh4 alınaraq, ona verilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evi cavabdeh4 tərəfindən ***.000 manat məbləğinə cavabdeh1 satılmışdır. Buna görə də həmin məbləğin ¼ hissəsi həcmində, yəni 41.250 manat məbləğində pul vəsaiti cavabdeh4 İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı mərhum Zeynalova Dünya İsrəfil qızından başqa mirasın qalmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia qalan hissədə rədd edilməlidir.
23. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 148.2, 149.2, 178.1, 324.1, 337.1, 337.3, 337.4, 346.1, 346.4, 459.5, 667.1, 1159.1.1, 1193, 1200, 1246, 1273.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
24. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026--ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməninin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Atatürk prospekti 138 (yeni qaydadlarla AZ 2001, ünvan 1) ünvanında yerləşən əmlak mərhum anası Zeynalova Dünya İsrafil qızının xüsusi mülkiyyətində olmuşdur. Bacısı cavabdeh4 anasının yaşlı olmasından istifadə edərək onu aldadaraq, ##.##.2024-cü il tarixdə anasının mülkiyyətində olan evi öz xeyrinə bağışlama etdirmişdir. Həmin bağışlama müqaviləsindən onların xəbərləri olmamışdır. Göründüyü kimi, bağışlama müqaviləsi bağlanan zaman mərhum anası ahıl yaşda, yəni 90 yaşında olmuşdur. Anası özünü sərbəst idarə edə bilməmişdir. Göründüyü kimi bacısı anasını aldadaraq onun mülkiyyətində olan evi özünə bağışlatdırmışdır. Anası rəhmətə getdikdən sonra, o, anasından qalmış 50.000 (əlli min) manatlıq qızıl-zinət əşyalarının və evin aqibətini soruşduqda o, iddiaçını evdən döyərək qovmuşdur. Sonra o, bacısı Floranın ata mülklərini satmaq istədiyini bildikdə vərəsəlik etmək üçün notariat ofisinə getmişdi, həmin vaxt ona məlum olmuşdur ki, ##.##.2024-cü ildə anası Floraya bağışlama vermişdir. Yuxarıda qeyd etdiyi kimi bağışlama müqaviləsi bağlanan zaman anasının 90 yaşı olmuşdur və o, həmin yaşlarında özünü sərbəst idarə edə bilmirdi və öz iradə ifadəsini bildirmək qabiliyyətində deyildir. Ona görə hesab etmişdir ki, bağışlama müqaviləsi etibarsız hesab edilməlidir və anasından miras qalmış mülkə tam qaydada hər bir vərəsə üçün bərabər paylar müəyyən edilməlidir. Ona görə hesab etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi qanunsuz və əsasızdır. Göstərdiyi xüsusatlara görə sözügedən qətnamə ləğv edilməli və iddiam tam təmin olunmalıdır. Anasının ahıl yaşda olması və iradə ifadəsini bildirə bilməsi və ya bilməməsinə hər hansı aydınlıq gətirilməmişdir. Anasından qalmış qızıl-zinət əşyaları ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Ancaq iddiaçının ifadəsinə uyğun qətnamə qəbul edilmişdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş tam düzgün hərtərəfli araşdırmamışdır. İş tam sübuta yetirilsə, də birinci instansiya məhkəməsi iddianı tam yox qismən təmin etmişdir. Bağışlanılma müqaviləsi etibarsız hesab edilməli, miras qalmış əmlak əvvəlki vəziyyətinə qaytarılmalı və hər bir vərəsə üçün paylar müəyyən edilməlidir.
26. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026--ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməninin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki işlə bağlı qətnamə qəbul edərkən nəzərə almamışdır ki, mərhum anası Zeynalova Dünya İsrəfil qızı ilk öncə hazırki iddiaçıya qarşı iddia qaldıraraq onun mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmiş və Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən *** nömrəli evə istifadə hüququ itirilmiş hesab edilmişdir. Bundan sonra isə anası Dünya Zeynalova sağlığında öz iradəsini bildirərək, daşınmaz əmlakı ona bağışlamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 vəkili vəkil2 izahatında iddiaçının şikayətinin təmin olunmaması, cavabdehin şikayətinin təmin olunmasını isə məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.
29. İddiaçı İddiaçı, cavabdehlər cavabdeh4, Gəncə * saylı «ASAN xidmət» mərkəzi Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdeh4 “Elektron Məhkəmə İnformasiya Sistemi” vaitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
32. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
37. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
38. Maddə 667.3. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.
39. Maddə 668.1.1. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
40. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir
41. Maddə 567-ci. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
42. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
43. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
44. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
50. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
51. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
52. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Hazırkı apellyasya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmamış hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin olunmuş hissəsin mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verlmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi qismən, “Zeynalova Dünya İsrəfil qızı və cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi» ¼ hissədə etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli və hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
57. İşin halları ilə müəyyən olunur ki, Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, ünvan 3) Zeynalova Dünya İsrəfil qızının mülkiyyətində olmuşdur. Dünya Zeynalovanın beş nəfər uşağı -X19, cavabdeh4, X6, X2 və X3 adlı övladı olmuşdur. Onlardan X6 ##.##.2012-ci il tarixdə, X2 ##.##.2019-cu il tarixdə, X3 isə ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra Dünya Zeynalova məhkəməyə müraciət edərək İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən *** nömrəli evə istifadə hüququ itirilmiş hesab edilməsini xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən *** nömrəli evə istifadə hüququ itirilmiş hesab edilmişdir. Daha sonra Dünya Zeynalova həmin əmlakı ##.##.2024-cü il tarixdə cavabdeh4 bağışlamış və ##.##.2024-cü il tarixdə ünvan 2 Yeni qaydalarla: AZ 2001, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,088 ha olan torpaq sahəsi və ümumi sahəsi 114,1 kv/m olan fərdi yaşayış evi cavabdeh4 xüsusi mülkiyyətinə keçmişdir. Dünya Zeynalova ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Daha sonrac cavabdeh4 ##.##.2025-ci il tarixdə mübahisəli evi ***.000 manata cavabdeh1 satmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə * saylı «ASAN xidmət» mərkəzi notariat ofisində bağlanmış Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli mülkün anası Zeynalova Dünya İsrəfil qızı tərəfindən cavabdeh4 bağışlanmasına dair ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, evin ilkin hüquqi vəziyyətinə qaytarılması, həmin əmlak və anasından miras qalmış 50.000 manat dəyərində qızıl-zinət əşyaları üzərində vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir.
58. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Zeynalova Dünya İsrəfil qızının mülkiyyətində olmuş Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evindən ibarət mirasın ¼ hissəsinə İddiaçı payı müəyyən edilməsi, eləcə də cavabdeh4 Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evinin ¼ hissəsinin əvəzi qismində 41.250 (qırx bir min iki yüz əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməsi hissəsidə düzgün nəticəyə gəlsə də, Zeynalova Dünya İsrəfil qızı və cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi» ¼ hissədə etibarsız hesab edilməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir.
59. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Həmin qərarın nəticə hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarının əsaslandırıcı hissəsində həmçinin qeyd etmişdir ki, məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.
61. Göründüyü kimi Mülki Məcəlləsinin 1200-cü maddəsində əşya üçüncü şəxsə bağışlandıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilməsi hüququ nəzərdə tutulmuşdur. Yəni, məcburi pay hüququ olan şəxs bağışlanmış əşya üzərində payının müəyyən edilməsini deyil, məcburi payının tamamlanması üçün bağışlanmış əşyaya görə arta biləcəyi məbləği tələb etmək hüququna malik olur. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsi də qərarında qeyd etmişdir ki, məcburi payın tamamlanması tələbi irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.
62. Ali Məhkəmənin qeyd edilən məsələ ilə bağlı formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəstdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. Məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edibetməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
63. Yuxarıda qeyd edilənlərə uyğun olaraq kollllegiya qeyd edir ki, Mülki Məcəlləsinin 1200-cü maddəsində nəzərdə tutulmuş, əşya üçüncü şəxsə bağışlandıqda, məcburi paya hüququ olan şəxsin, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilməsi hüququ, bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas deyildir, həmin hüquq yalnız mirasa daxil olan digər əmlaklar hesabına məcburi payın tamamlanması, digər miras əmlaklar olmadıqda isə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissənin pul dəyəri ilə ödənilməsi üçün əsasdır.
64. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi məcburi payın tamamlanması təmin etmək üçün cavabdeh4 Gəncə şəhəri, Atatürk prospekti 138 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Atatürk prospekti, giriş ***) nömrəli fərdi yaşayış evinin ¼ hissəsinin əvəzi qismində 41.250 (qırx bir min iki yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsidə düzgün nəticəyə gəlsə də, eyni zamanda Zeynalova Dünya İsrəfil qızı və cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin məcburi pay hissəsində, yəni ¼ hissədə etibarsız hesab edilməsini təmin etməklə, həm məcburi payın tamamlanmamış hissəsinin pulla dəyərinin ödənilməsi, həm də bağışlanma müqaviləsinin məcburi pay hissəsində etibarsız hesab edilmısi ilə bağlı daxilən zidiyyətli və düzgün olmayan nəticəyə gəlmişdir.
65. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində Zeynalova Dünya İsrəfil qızının mülkiyyətində olmuş Gəncə şəhəri, Atatürk prospekti *** nömrəli fərdi yaşayış evini ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən cavabdeh cavabdeh4 bağışlayarkən, öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara rəhbərlik edə bilmədiyini göstərmişdir. Lakin iddiaçı İddiaçı həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir ki, həmin hissədə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
66. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin anasından qalmış qızıl-zinət əşyaları ilə bağlı hər hansı araşdırma aparılmamasını, iddiaçının ifadəsinə uyğun qətnamə qəbul edilməsini qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə isə iddiaçı anasından qızl-zinət əşyasının miras qaldığını iddia etsə də, həmin halı təsdiq edə biləcək sübut təqdim etməmişdir.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
68. Belə ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
69. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
70. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
72. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
73. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
74. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verlmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026ci il tarixli qətnaməsi qismən, “Zeynalova Dünya İsrəfil qızı və cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin ¼ hissədə etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi : Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi qismən, “Zeynalova Dünya İsrəfil qızı və cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin ¼ hissədə etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.