Məhkəmə qərarları › İş №2(3-7)-998/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-998/2026

23.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-998/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh X2 (Cavabdeh) oğluna qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair ilkin və X2 (Cavabdeh) oğlunun İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadından X2 (Cavabdeh) oğlunun nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh X2 (Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X5 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə iddiaçı X4 payının müəyyən edilməsi, bu mümkün olmadıqda isə həmin evin tikintisi üçün xərclənmiş 80.000 manat pulun yarısı olan 40.000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 160 manat və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə X2 (Cavabdeh) İddiaçı qarşı İddiaçı ilə aralarında Daşkəsən rayon Qeydiyyat şöbəsində ##.##.1995-ci il tarixdə 46 akt qeyd nömrəsi ilə qeydə alınmış nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmiş və qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə İddiaçı X2 (Cavabdeh) qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə X2 (Cavabdeh) İddiaçı qarşı «nikahın pozulması» tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan X2 (Cavabdeh) nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən mübahisə üzrə X2 (Cavabdeh) * saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə (üçüncü şəxs X6) qarşı * saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli «notariat hərəkətlərinin aparılmasından imtinaya dair» qərarın etibarsız hesab edilməsi, iddiaçının mülkiyyətində olan X5 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair təsdiq etmə öhdəliyinin * saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusuna həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (Gəncə Şəhər Məhkəməsi e*(***)-****/**** nömrəli mülki iş). Buna görə də ilk iddia tələbini təşkil edən birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsünün üçüncü şəxsin mənafeyinə toxunma xüsusatının araşdırılması zərurəti olduğundan, həmçinin məhkəmənin icraatında olan ilk iddia tələbinin araşdırma predmetinin qarşılıqlı iddia tələbi ilə müqayisədə daha mürəkkəb və buna mütənasib olaraq, daha uzun müddət tələb etdiyindən qarşılıqlı iddia ilə ilkin iddianın bir icraatda araşdırılması nəinki mübahisənin daha tez və düzgün baxılması ilə, hətta qeyd olunanların əksinə tərəflərin prosessual hüquqlarının pozulması ilə nəticələ bilər. İddiaçı X2 (Cavabdeh) qarşı iddia qaldıraraq sonucuya vərəsəlik qaydasında keçmiş əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək ½ hissədə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda iddiaçı iddia ərizəsində özü də etiraf edir ki, onlar uzun müddətdir ki, faktiki olaraq ər-arvad münasibətində deyillər və ayrı yaşayırlar. Bu səbəbdən cavabdeh X1 Məcəlləsinin qeyd olunan maddəsinə istinad edib, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin təmin olunaraq nikahın pozulmasını məhkəmədən xahiş edir. Belə ki, mübahisə predmeti olan əmlak hələ də Vaqif Muxtarovun mülkiyyətindədir. Yəni həmin əmlaka dair hər hansı üçüncü şəxsin mənafeyinə toxunacaq heç bir qanuni hal yoxdur (məhkəmə qərarı və ya alğısatqı, bağışlama müqaviləsi).Bir sözlə qeyd olunan mübahisə ər və arvad arasındadır. Hansı ki, arvad əmlak tələb edir ər isə boşanmaq istəyir. Buna görə də istər qanundan istərsə də işin faktiki halından çıxış edərək hər iki iddia bir icraatda baxıla bilər. Ali məhkəmənin qeyd olunan plenum qərarında deyilir ki, nikahın pozulması prosesində ər-arvadın ümumi əmlakının bölünməsi məsələsi də həll olunarsa, məhkəmə hər şeydən əvvəl hansı əmlakın bölünməli olmasını, bu əmlakın nə vaxt əldə edilməsini, ümumi mülkiyyətdə olan birgə əmlak sayılıb-sayılmamasını, əmlakın bölünməsinin üçüncü şəxslərin mənafeyinə toxunubtoxunmamasını müəyyən etməlidir. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər. Qərarda da qanunvericilikdə də qeyd olunur ki, nikahın pozulması ilə bağlı iddi tələbində məhkəmə əmlak bölgüsü məsələsinə də baxa bilər. Mülki prossesual qanunvericiliyə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Lakin məhkəmə qəbul etdiyi qərardadla bu hüququ məhdudlaşdırmış olur. Belə ki, cavabdeh qarşılıqlı iddia ilə çıxış edərək ilkin iddia tələbinin əsaslığını da aradan qaldıran tələblə çıxış edir. Bu da özlüyündə onu dəlalət edir ki, artıq bu iki şəxs arasında hər-hansı münasibəti qalmayıb. Yəni hər iki iddia nə qədər tez yekunlaşsa bir o qədər tərəflər üçün rahat olar. Zatən ilkin iddia məhkəmənin icraatındadır. İş üzrə müəyyən prosessual hərəkətlər aparılıb. Qarşılıqlı iddia tələbini nikahın ləğvi hissəsində cavabdeh yenidən mediasiyaya müraciət etməli bunun üçün rüsumlar ödəməli, bundan başqa buna vaxt tələb olunmalı bir sözlə məhkəmə çəkişməsinin tezliyi yox əksinə vaxt itkisi ilə nəticələnən uzanmasına gəlib çıxır. Odur ki, hər iki iddia birlikdə baxılmalıdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və mövqe ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia predmetini təşkil edən Gəncə şəhəri, X5 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinə dair məhkəmənin icraatında olan başqa mübahisə vardır. Həmin mübahisə üzrə X2 (Cavabdeh) * saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə (üçüncü şəxs X6) qarşı * saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli «notariat hərəkətlərinin aparılmasından imtinaya dair» qərarın etibarsız hesab edilməsi, iddiaçının mülkiyyətində olan X5 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair təsdiq etmə öhdəliyinin * saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusuna həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (Gəncə Şəhər Məhkəməsi e-*(***)-****/**** nömrəli mülki iş). İşə baxan məhkəmə haqlı nəticəyə gəlmişdir ki, ilk iddia tələbini təşkil edən birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsünün üçüncü şəxsin mənafeyinə toxunma xüsusatının araşdırılması zərurəti olduğundan, həmçinin məhkəmənin icraatında olan ilk iddia tələbinin araşdırma predmetinin qarşılıqlı iddia tələbi ilə müqayisədə daha mürəkkəb və buna mütənasib olaraq, daha uzun müddət tələb etdiyindən qarşılıqlı iddia ilə ilkin iddianın bir icraatda araşdırılması nəinki mübahisənin daha tez və düzgün baxılması ilə hətta qeyd olunanların əksinə tərəflərin prosessual hüquqlarının pozulması ilə nəticələ bilər. Şikayətdə göstərilmişdir ki, əmlaka dair hər hansı üçüncü şəxsin mənafeyinə toxunacaq heç bir qanuni hal yoxdur (məhkəmə qərarı və ya alğısatqı, bağışlama müqaviləsi).Bir sözlə qeyd olunan mübahisə ər və arvad arasındadır. Hansı ki, arvad əmlak tələb edir ər isə boşanmaq istəyir. Buna görə də istər qanundan istərsə də işin faktiki halından çıxış edərək hər iki iddia bir icraatda baxıla bilər. Şikayətin dəlillərini qəbul etməyən kollegiya qeyd edir ki, nikahın pozulması prosesində ərarvadın ümumi əmlakının bölünməsi məsələsi də həll olunarsa, məhkəmə hər şeydən əvvəl hansı əmlakın bölünməli olmasını, bu əmlakın nə vaxt əldə edilməsini, ümumi mülkiyyətdə olan birgə əmlak sayılıb-sayılmamasını, əmlakın bölünməsinin üçüncü şəxslərin mənafeyinə toxunubtoxunmamasını müəyyən etməlidir. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər. Digər iş üzrə hazırda məhkəmə icraatı davam etdiyindən hazırki iş üzrə qarşılıqlı iddia tələbinin ayrıca icraatda baxılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM: 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: ...22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;... 22.3. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadından X2 (Cavabdeh) oğlunun nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar