Məhkəmə qərarları › İş №2(3-8)-1064/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1064/2026

26.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 2(3-8)-1064/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şəxsin xəstəliyi zamanı yığılmış aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Məmmədov Fuad Əli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şәxsin xәstәliyi zamanı yığılmış aliment borcunun silinmәsi” tәlәbinә dair mülki iş üzrә Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrardadı qәbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Xaçmaz rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ####### 2024-cü il tarixli icra vәrәqәsinә әsasәn ##.##.2024-сü il tarixdәn ##.##.2026-ci il tarixәdәk İddiaçı iş üzrә cavabdeh Cavabdeh borclu qaldığı 6300 manat aliment borcunu ödәmәkdәn onun xәstәliyi sәbәbindәn azad edilmәyi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

2. Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә (hakim Günel Kamilli) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şәxsin xәstәliyi zamanı yığılmış aliment borcunun silinmәsi” tәlәbinә dair iş üzrә icraata xitam verilmişdir.

3. Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdә şikayәt verәrәk, şikayәtin tәmin edilmәsini, qәrardadın lәğv edilmәsini mәhkәmәdәn xahiş etmişdir. 4 Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә şikayәt baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

5. Şikayәt onunla әsaslandırılmışdır ki, Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ####### 2024-cü il tarixli icra vәrәqәsinә әsasәn ## ###### 2009-cu il tәvәllüdlü X3 vә ## ###### 2012-ci il tәvәllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ## ###### 2024-cü il tarixdәn başlayaraq ondan hәr ay hәr uşaq üçün 150 manat sabit mәblәğdә aliment tutularaq Cavabdeh ödәnilmәlidir. O, ## ###### 2024-cü il tarixdә Xaçmaz-Şabran yolunda yolu keçәn zaman nәqliyyat vasitәsi ilә vurularaq “sol baldır sümüklәrinin orta 1/3 hissәsinin yerdәyişmiş qәlpә sınıqlar, "sağ bazunun cәrrahi boynunun yerdәyişmә sınığı” xәsarәtlәrini almışdır. 14 gün xәstәxanada yatmışdır. Hal-hazırda әmәk qabiliyyәti vә işlәmәk imkanı yoxdur, şikәstdir vә әlil arabasındadır. Bu sәbәbdәn onun xәstәliyi üzündәn yığılmış aliment borcu ödәmәkdәn azad olmalıdır. Aliment borcunun yaranması onun qәsdәn vә ya öhdәlikdәn yayınmaq niyyәtimdәn irәli gәlmәmiş, yalnız qәza keçirmәyi vә uzun müddәt müalicәdә olmağı ilә bağlı olmuşdur. Hal-hazırda o, әlil üçün olan dәyәnәklәrlә gәzir vә әmәk qabiliyyәtinә malik deyil. Bu hallar iş materiallarında olan tibbi sәnәdlәrlә tәsdiq edilir. Onun tәlәbi aliment öhdәliyindәn azad olmaqla bağlı deyildir, qәtnamә üzrә yığılmış aliment borclarının silinmәsi ilә bağlıdır. Sumqayıt Apellyasiya Mәhkәmәsin 03 .02. 2025-ci il tarixdә onun tәrәfindәn verilmiş apellyasiya şikayәtinә baxılan zaman aliment borcunun silinmәsinә deyil, aliment tәyin etmә mәsәlәsinә baxmışdır. Quba Rayon Mәhkәmәsi qeyd edir ki, eyni әsas, eyni predmet, eyni tәrәflәr arasında әvvәllәr baxılmış mәhkәmә qәtnamәsi mövcuddur. Lakin elә bir mәhkәmә qәtnamәsi vә hal mövcud deyildir. Quba Rayon Mәhkәmәsi qәrәzli şәkildә onun iddiasına xitam vermişdir. Onun iddiasına baxılmalı vә hüquqi qiymәt verilmәlidir. Hesab edir ki, mәhkәmәnin bu nәticәsi işin faktiki hallarına vә hüquqi mahiyyәtinә uyğun deyildir. Mәhkәmә әrizәdә göstәrilәn halları vә tәqdim edilmiş sübutları araşdırmadan iş üzrә icraata xitam vermişdir. Belәliklә, iş üzrә icraata xitam verilmәsi qanunsuz vә әsassızdır. Odur ki, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı qanunsuz vә әsassızdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

6. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7.Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri Maddә 372.7. maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Maddә 397. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn şikayәtә baxılması müddәti vә qaydası 397.2. Apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Mәhkәmә işdә iştirak edәn şәxsin bu barәdә verdiyi vәsatәti әsaslı hesab etdikdә vә ya öz tәşәbbüsü ilә şikayәt üzrә işә mәhkәmә iclasında baxa bilәr. Bu barәdә mәhkәmә tәrәfindәn müvafiq qәrardad qәbul edilmәklә işdә iştirak edәn şәxslәrә mәlumat verilir.

8. Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәti 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; (...)

9. Maddә 399. Apellyasiya instansiyası mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir.

10. Maddә 402. Kassasiya şikayәti vermә hüququ (...) 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Apellyasiya instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

12. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrardadı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilmәli, yenidәn baxılması üçün mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.

14. Mülki Prosessual Mәcәllәnin (MPM) 4.1-ci maddәsinә görә bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr.

15. Hәmin Mәcәllәnin 261.0.2-ci maddәsinә әsasәn, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam verir.

16. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, iddiaçı İddiaçı aliment tutulması barәdә mәhkәmәnin qәtnamәsi ## ####### 2024-cü il tarixdә qәbul edilmişdir. Yol nәqliyyat hadisәsi isә hәmin qәtnamә qәbul edildikdәn sonra, yәni ## ###### 2024-cü il tarixdә baş vermişdir. Iddiaçı iddia әrizәsindә әmәk qabiliyyәtinin olmadığını, әlil olduğunu bildirmәklә aliment ödәmәk iqtidarında olmadığını qeyd etmişdir. Lakin işdәn görünür ki, İddiaçı Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ####### 2024-cü il tarixli qәtnamәsindәn apellyasiya şikayәti vermiş, hәmin qәtnamәni tәyin edilmiş aliment mәblәğini mübahisәlәndirmişdir. Apellyasiya şikayәtindә isә anasının xәstә olmasını vә onun himayәsindә olmasının nәzәrә alınmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Mәhkәmәsi tәrәfindәn ##.##.2025-ci il tarixdә qәrar qәbul edilәrkәn özüdә mәhkәmә prosesindә iştirak etmişdir. Mәhkәmә hazırki iş üzrә icraata xitam verilmәsi barәdә qәnaәtә gәlәrkәn ona istinad etmişdir ki, Sumqayıt Apellyasiya Mәhkәmәsi ##.##.2025-ci il tarixli qәtnamәsindә cavabdehin apellyasiya şikayәtindә göstәrdiyi dәlillәrin onun hәm mәnәvi, hәm dә hüquqi cәhәtdәn borclu olduğu uşaqlarının saxlanılmasına görә müәyyәn edilmiş aliment ödәmәk öhdәliyindәn azad edilmәsi üçün әsas ola bilmәdiyini göstәrmişdir. Belә ki, yuxarı instansiya mәhkәmәsinin qәnaәtinә görә cavabdehin azgәlirli olması vә ya himayәsindә yaşlı anasının olması kimi dәlillәr onu aliment öhdәliyindәn azad edә bilmәz, daha konkret ifadә edilsә, hazlrki aliment mәblәğindәn daha az mәblәğdә aliment tәyin edilmәsinә әsas ola bilmәz. Hazırki iddia tәlәbi aliment borcundan azad oluması ilә bağlı olsa da, mәhkәmә hesab edir ki, artıq şәxsin aliment öhdәliyindәn azad edilmәsinin mümkün olmaması ilә bağlı qanuni qüvvәyә minmiş mәhkәmә qәrarı mövcuddur.

17. Mәhkәmә kollegiyası qeyd edir ki, hazırki iş üzrә iddiaçının tәlәbi yaranmış aliment borcunun, konkret olaraq ## ###### 2024-cü il tarixdәn ## ###### 2026-cı il tarixәdәk yaranmış 6300 manat borcun keçirdiyi qәza nәticәsindә sәhhәtindәki problemlәr nәzәrә alınmaqla ödәnilmәsindәn azad edilmәsidir.

18. Digәr tәrәfdәn, İddiaçı Xaçmaz Rayon Mәhkәmәsinin ## ####### 2024-cü il tarixli qәtnamәsindәn verdiyi apellyasiya şikayәtinin predmetinin dә hazırkı mübahisә ilә eynilik tәşkil etmәdiyi nәzәrә alınmalıdır. Belә ki, hәmin apellyasiya şikayәtindә әsas etiraz alimentin mәblәği vә aliment müәyyәn edilәrkәn onun ailә vә maddi vәziyyәtinin, o cümlәdәn onun himayәsindә xәstә anasının olmasının nәzәrә alınması ilә bağlı olmuşdur. Hәmin iş üzrә Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli mәhkәmә aktında da qiymәtlәndirilәn mәsәlә aliment öhdәliyinin yaranması vә müәyyәn edilmiş aliment mәblәğinin dәyişdirilmәsi üçün әsasların olub-olmaması olmuşdur.

19. Halbuki hazırkı işdә mübahisә edilәn hallar әvvәlki mәhkәmә araşdırmasının predmeti olmayan sonradan baş vermiş yol-nәqliyyat hadisәsi, hәmin hadisә nәticәsindә iddiaçının sәhhәtindә yaranmış xәsarәtlәr, onun әmәk qabiliyyәtinin itirilmәsi vә bu halların aliment borcunun ödәnilmәsinә tәsiri ilә bağlıdır.

20. Eyni zamanda, “şәxsin aliment öhdәliyindәn azad edilmәsi” ilә “artıq yaranmış aliment borcunun ödәnilmәsindәn azad edilmәsi” eynilәşdirilә bilmәz. Birinci hal gәlәcәk vә ya davam edәn aliment öhdәliyinin mövcudluğuna aid olduğu halda, ikinci hal artıq müәyyәn edilmiş vә icra sәnәdi әsasında hesablanmış borcun sonradan yaranmış hallarla әlaqәdar ödәnilmәsinin mümkünlüyü mәsәlәsinә aiddir. Buna görә dә әvvәlki mәhkәmә aktında aliment öhdәliyindәn azad edilmәnin mümkün olmadığı barәdә nәticәnin mövcud olması sonradan yaranacaq aliment borcunun ödәnilmәsindәn azad edilmә tәlәbinin dә hәll edilmiş olması mәnasına gәlmir.

21. Ailә Mәcәllәsinin 107.2-ci maddәsindә tәsbit edilmişdir ki, mәhkәmә aliment ödәmәli şәxsin iddiası üzrә aliment borcunun şәxsin xәstәliyi vә digәr üzürlü sәbәblәrә görә әmәlә gәldiyini, ailә vә maddi vәziyyәtinin bu borcları ödәmәyә imkan vermәdiyini müәyyәn edәrsә, onu hәmin borcları ödәmәkdәn tamamilә vә ya qismәn azad edә bilәr.

22. Belә olan halda, hazırkı tәlәbin әvvәlki mәhkәmә işindә hәll edilmiş tәlәblә eyni olduğu barәdә nәticәyә gәlmәk mümkün deyildir. Əksinә, iddiaçının istinad etdiyi hallar әvvәlki mәhkәmә baxışından sonra yaranmış vә hazırkı tәlәbin faktiki әsasını tәşkil edәn yeni hallardır.

23. Bu baxımdan birinci instansiya mәhkәmәsi iddiaçının irәli sürdüyü tәlәbin hüquqi mahiyyәtini düzgün müәyyәn etmәmiş, әvvәlki mәhkәmә aktının hazırkı mübahisәyә tәsirini düzgün qiymәtlәndirmәmiş vә iş üzrә әhәmiyyәtli faktiki halları araşdırmadan icraata xitam vermişdir.

24. Göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, şikayәt tәmin olunmalı, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilmәli, iş baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

qərara aldı:

Şikayәt tәmin edilsin. Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilsin. Yenidәn baxılması üçün mülki iş birinci instansiya mәhkәmәsinә göndәrilsin. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar