Məhkəmə qərarları › İş №2(3-8)-1094/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1094/2026

01.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1094/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakim G.İmanova) iddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Cavabdeh Əbülfəz qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı İddiaçı İbrahim oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadını ləğv edərək, məhkəmə iclasnın təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin icraatında olan *(***)-***/**** nömrəli mülki iş üzrə icraatın təzələnməsi barədə iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş ərizə təmin edilməməsi qərara alınmışdır. İddiaçı İddiaçı İbrahim oğlu həmin qərardaddan şikayət vermişdir. Zəngilan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçı İddiaçı İbrahim oğlu cavabdeh Cavabdeh Əbülfəz qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Sabunçu rayon məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** nömrəli 02.04.202015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması ilə bağlı qərarla birgə nikahdan ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2011-ci təvəliüdlü X1 yetkinlik yaşına çatan kimi saxlnması üçün alimentin miqdarı azldılaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı İddiaçı İbrahim oğlu Zəngilan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, məhkəmədən qərardadın ləğv olunması və ərizəsinin təmin edilərək iddianı məhkəmə iclasına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, məhkəmə iclaslarında iştirak etmiş, ##.##.2025ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə ona SMS xəbərdarlıq göndərilmiş, lakin tərəflər qeyd olunan məhkəmə iclasında iştirak etmədiklərindən mülki iş Zəngilan Rayon Məhkəməsinin 2(034)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə baxılmamış saxlanmışdır. Mülki işə yenidən baxılmasını xahiş edən iddiaçı İddiaçı İbrahim oğlu məhkəmənin yeri və vaxtı barədə ona heç bir sms və ya bildrişin göndərilməməsini, o, cümlədən üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardadı tam olaraq qanunlara zidd olaraq qəbul edilmişdir. Belə ki, məhkəmənin qeyd etdiyi kimi 6 dəfə məhkəmə iclasında iştirak etsə də, məhkəmə tərəfindən lüzumsuz yerə olaraq məhkəmə iclasları təxirə salınmışdır. Sonucu iclasda isə məhkəmə iclası vaxtı barədə ona bildiriş verilsə də, üzürlü səbəbdən iştirak edə bilməmişdir. Göründüyü kimi 6 dəfə məhkəmə iclasında iştirak etsə də, bir dəfə üzürlü səbəbdən iştirak edə bilmədiyi üçün məhkəmə qərəzli olaraq ərizəni baxılmamış saxlanmışdır. Halbuki, 3 hazırlıq iclası və 2 baxış iclasında iştirak edərək ərizəsinin təmin edilməsini məhkəmədən tələb etmişdir. Məhkəmənin qərəzli olması tam olaraq görünür. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi icraatın təzələnməsi barədə iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş ərizə təmin edilməməsini iddiaçı bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsi, məhkəmə iclaslarında iştirak etməsi, ##.##.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə ona SMS xəbərdarlıq göndərilməsi, lakin tərəflər qeyd olunan məhkəmə iclasında iştirak etmədiklərindən mülki iş Zəngilan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə baxılmamış saxlanması, mülki işə yenidən baxılmasını xahiş edən iddiaçı İddiaçı İbrahim oğlunun məhkəmənin yeri və vaxtı barədə ona heç bir sms və ya bildrişin göndərilməməsini, o, cümlədən üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Məhkəmə kollegiyası şikayətin dəlillərini qiymətləndirərək qeyd edir ki, iddiaçı şikayətində sonuncu məhkəmə iclasının vaxtı barədə məlumatlandırıldığını inkar etməmiş, əksinə, həmin məhkəmə iclasının vaxtı barədə ona bildiriş verildiyini, lakin üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmişdir. Lakin MPM-in 260.5-ci maddəsinin tələbinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi üçün şəxsin məhkəmə iclasında iştirak etməməsinin və bu barədə məhkəməyə məlumat verməməsinin üzrlü səbəbdən baş verdiyini təsdiq edən sübutların təqdim olunması tələb olunur. İddiaçının məhkəmə iclasında iştirak etməməsinin hansı konkret üzrlü səbəbdən baş verdiyini və həmin səbəbin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübutun iş materiallarına təqdim edildiyi müəyyən olunmur. Bu baxımdan iddiaçının yalnız məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirməsi, həmin halı təsdiq edən sübutlar təqdim edilmədiyi şəraitdə, MPM-in 260.5-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticənin yaranması üçün kifayət etmir. Məhkəmə kollegiyası iddiaçının əvvəlki məhkəmə iclaslarında iştirak etməsi ilə bağlı şikayət dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının iş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak etməsi və iddia tələbini müdafiə etməsi özlüyündə ərizənin baxılmamış saxlanılmasına səbəb olmuş konkret məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən baş verdiyini təsdiq edən hal deyildir. Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinin tətbiqi zamanı şəxsin əvvəlki məhkəmə iclaslarında iştirak edib-etməməsi deyil, konkret olaraq ərizənin baxılmamış saxlanılmasına səbəb olmuş məhkəmə iclasında iştirak etməməsinin və bu barədə məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərlə bağlı olub-olmaması hüquqi əhəmiyyət kəsb edir. Şikayətdə məhkəmə iclaslarının lüzumsuz yerə təxirə salınması və məhkəmənin qərəzli olması barədə irəli sürülən dəlillər də iddiaçının ## ###### 2025-ci il tarixli məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən baş verdiyini təsdiq etmir. Həmin hallar, hətta iddiaçının göstərdiyi formada mövcud olmuş olsa belə, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu əvəz etmir. Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli * nömrəli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Qeyd olunan qərarın 17-ci bəndində isə göstərilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. MPM-nin 260.4cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının icraatın təzələnməsi barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və əsassız olduğunu göstərmir və qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar