Məhkəmə qərarları › İş №2(3-8)-241/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-241/2026

07.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-241/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İsmayılov Vüqar İsmayıl oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil İman oğlunun, cavabdeh İsmayılov Vüqar İsmayıl oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh İsmayılov Vüqar İsmayıl oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil İman oğlu cavabdeh İsmayılov Vüqar İsmayıl oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu ilə razılığa gələ bilmədiklərinə görə birgə faktiki nikahlarından ## #### 2018-ci il tarixdə doğulan Novruzov İsmayıl Vüqaroviçin, ## #### 2019-cu il tarixdə doğulan Novruzova İera Vüqarovnanın, ## ###### 2021-ci il tarixdə doğulan X3 uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumiyyətlə, aylıq üç uşağa 738 (yeddi yüz otuz səkkiz) manat məbləğində alimentin cavabdeh İsmayılov Vüqar İsmayıl oğlundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən əvvəlki 3 (üç) illik müddət daxil olmaqla ondan tutularaq birgə faktiki nikahlarından ## #### 2018-ci il tarixdə doğulan oğlu Novruzov İsmayıl Vüqaroviçin, ## #### 2019-cu il tarixdə doğulan Novruzova İera Vüqarovnanın, ## ###### 2021-ci il tarixdə doğulan oğlu X3 saxlanılması üçün uşaqları saxlayan ana iddiaçı X9 verilməsi, cavabdeh İsmayılov Vüqar İsmayıl oğlundan nümayəndə və vəkilin göstərdiyi yardıma görə ödədiyi 550 (beş yüz əlli) manat, mediasiya xidmətinə görə ödədiyi 60 manat, cəmisi 601 (altı yüz bir) manat pul vəsaitinin cavabdeh İsmayılov Vüqar İsmayıl oğlundan tutularaq iddiaçı X9 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

2. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu ilə faktiki nikahları ## ###### 2018-ci il tarixdə Qusar şəhərində, Məryəm şadlıq sarayında keçirilmişdir. Məryəm şadlıq sarayında birgə faktiki nikahları keçirildikdən sonra cavabdeh İsmayılov Vüqar İsmayıl oğlunun atasına məxsus ünvan 1 ünvanda fərdi yaşayış evində birgə yaşamışlar. İş axtarışı məqsədilə Rusiya Federasiyasınının Volqoqrad şəhərinə getmiş, bir müddət Rusiya Federasiyasının Volqoqrad şəhərində birgə ailə təsərrüfatını idarə etmişlər. Birgə faktiki nikahlarından 3 (üç) övladları doğulmuşdur: ## #### 2018-ci il tarixdə Novruzov İsmayıl Vüqaroviç, ## #### 2019-cu il tarixdə Novruzova İera Vüqarovna, ## ###### 2021-ci il tarixdə X3 doğulmuşdur. İlk əvvəl birgə nikah dövründə çox yaxşı ailə münasibətləri olmuşdur. Sonradan cavabdehin xoşagəlməz hərəkətlərindən aralarında incikliklər yaranmışdır. Cavabdeh bir xanımla kifayətlənmək fikrində olmamışdır. Onun həyatında başqa xanımların olması ailədə ciddi narazılıqlara səbəb olmuşdur. Ailədə cavabdehlə onun arasında olan narazılıqlar birgə faktiki nikahlarının pozulması il nəticələnmişdir. Cavabdehlə birgə faktiki nikahlarından doğulan uşaqlarının hər üçünə cavabdeh tərəfindən atalıq verilmişdir. Cavabdehlə bir yerdə yaşamaq mümkün olmamış, cavabdeh birgə faktiki nikah dövrünün müəyyən hissəsini onunla və uşaqları ilə birgə yaşasa da, 3 (üç) ildən yuxarı müddətdir ki, cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu ailə üzvlərilə bir yerdə olmur, başqa bir qadınla faktiki nikah quraraq Qusar şəhərində atasına məxsus fərdi yaşayış evində yaşayırlar. Birgə faktiki nikahdan doğulan uşaqlarını o tək saxlayır, tənha qadındır, uşaqların atasından bu vaxtadək uşaqların saxlanması üçün heç bir vəsait daxil olmayıb. Neçə illərdir ki, uşaqların saxlanması üçün maliyyə köməkliyi tələb etməyinə baxmayaraq İsmayılov Vüqar İsmayıl oğlu uşaqların saxlanılmasına köməklik göstərmir. Birgə faktiki nikahları dövründə doğulmuş 3 uşağının saxlanması üçün cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu uşaqların saxlanmasına köməklik göstərməyib. O, uşaqları saxlamaqla bahəm aldığı əmək haqqı hesabına ailənin möhkəmlənməsi naminə onun fərdi əməklə məşğul olması üçün müəyyən avadanlıqlar alıb vermişdir ki, cavabdeh pul qazanıb, uşaqların saxlanmasına görə ona köməklik göstərsin. Bunların əvəzində cavabdeh 3 (üç) uşaqlı anaya xəyanət edərək başqa- başqa qadınlarla sevgi macəraları yaşamışdır. 3 ildən yuxarı müddətdir ki, dəfələrlə müraciətinə baxmayaraq uşaqların saxlanmasına köməklik göstərmir. Uşaqların nə şəraitdə və necə saxlanması onu əsla maraqlandırmır. Cavabdehin maraqlandıran yeganə yeni-yeni xanımlarla əylənib vaxtını keçirməkdir. Cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu ilə yanvar 2021-ci il tarixdən etibarən bir mənzildə yaşamırlar. Ailəsinə baxmadığına görə, xoşagəlməz hərəkətlərlə məşğul olduğu üçün, xasiyyətləri uyğun olmadığı üçün birgə təsərrüfatı idarə etmirlər, ər-arvad kimi yaşamırlar. Cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu ilə ailə həyatının pozulmasının səbəbi onun evə gəlməməsi, xoşagəlməz aludələrlə məşğul olması, ailəni maddi cəhətcə təmin etməməsi, onunla, uşaqları ilə ünsiyyətdə olmaması və başqa qadınlarla əylənməsidir. Cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu ilə barışmaq, onun gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil. Cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu ##.##.2025-ci il tarixdə, * saylı X8 çağırılsa da, onunla razılığa gəlməyib. Hazırda o, iddiaçı X9 cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu birgə razılığa gələ bilmədiyinə görə birgə faktiki nikahlarından doğulan yetkinlik yaşına çatmayan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumiyyətlə, aylıq 738 (yeddi yüz otuz səkkiz) manat məbləğində cavabdeh İsmayılov Vüqar İsmayıl oğlundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən əvvəlki 3 (üç) illik müddət daxil olmaqla alimentin tutularaq birgə faktiki nikahdan ## #### 2018-ci il tarixdə doğulan Novruzov İsmayıl Vüqaroviçin, ## #### 2019-cu il tarixdə doğulan Novruzova İera Vüqarovnanın, ## ###### 2021-ci il tarixdə doğulan X3 saxlanılması üçün uşaqları saxlayan ana iddiaçı X9 verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Uşaqların əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın inkişafı üçün daima şərait yaradır, uşaqların fiziki və mənəvi tərbiyəsi ilə vaxtaşırı məşğul olur. Sadəcə olaraq maddi çətinliklərlə rastlaşmışdır.

3. Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddianın qismən təmin edilməsi, İsmayılov Vüqar İsmayıl oğlundan İddiaçı xeyrinə ## #### 2018-ci il təvəllüdlü İsmayılov İsmayıl Vüqaroviçin, ## #### 2019-cu il təvəllüdlü İsmayılova İera Vüqarovnanın və ## ###### 2021-ci il təvəllüdlü İsmayılov Davud Vüqaroviçin yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimun aylıq əmək haqqının 0.425 misli miqdarında aliment tutulması, alimentin tutulması ##.##.2025-ci il tarixdən hesablanması, aliment tutularkən Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 16(029)- **/**** nömrəli müvəqqəti təminat tədbirləri barədə qərardadının nəzərə alınması, İsmayılov Vüqr İsmayıl oğlundan 81.20 (səksən bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, cavabdeh İsmayılov Vüqar İsmayıl oğlundan nümayəndə və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 550 (beş yüz əlli) manat, mediasiya xidmətinə görə ödənilmiş 60 manat, cəmisi 600 (altı yüz) manat pul vəsaiti tutularaq iddiaçı X9 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının himayəsində olan azyaşlı uşağın mənafeyini və uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alması ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı İddiaçı Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin İsmayılov Vüqar İsmayıl oğlundan İddiaçı xeyrinə ## #### 2018-ci il təvəllüdlü İsmayılov İsmayıl Vüqaroviçin,## #### 2019-cu il təvəllüdlü İsmayılova İera Vüqarovnanın və ## ###### 2021-ci il təvəllüdlü İsmayılov Davud Vüqaroviçin yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,425 misli miqdarında alimentin tutulması hissəsində ləğv edilərək, İsmayılov Vüqar İsmayıl oğlundan İddiaçı xeyrinə ## #### 2018-ci il təvəllüdlü İsmayılov İsmayıl Vüqaroviçin,## #### 2019-cu il təvəllüdlü İsmayılova İera Vüqarovnanın və ## ###### 2021-ci il təvəllüdlü İsmayılov Davud Vüqaroviçin yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, alimentin əvvəlki 3 (üç) illik müddət daxil olmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,615 misli miqdarında alimentin cavabdeh İsmayılov Vüqar İsmayıl oğlundan tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 100.3 maddəsində nəzərədə tutulmuş qaydaları tətbiq etməli olduğu halda bunu etməmişdir. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" ##.##.2016-cı il tarixli *-*/**** nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: Həmin yarımbəndə qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 2025-ci ildə respublika üzrə minimum əmək haqqı məbləği 400 manat təşkil etmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən Qusar Rayon Məhkəməsi əsassız qətnamə çıxarmışdır. İşə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 76.1-ci, 76.2-ci və 88-ci, 217.1-ci və 217.3cü maddələrinin tələbini pozmaqla qətnamə çıxarmışdır. Qusar Rayon Məhkəməsi obyektiv və hərtərəfli araşdırma aparmayaraq müdafiə hüququnun kobud şəkildə pozulmasına yol vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün 2025-ci ildə uşaqlar üçün alimentin miqdarının 246 manat olduğu məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil İman oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh İsmayılov Vüqar İsmayıl oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Azərbaycan Respublikasının Ali Məcəlləsi

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

M a d d ə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı İddiaçı tərəfindən alimentin məbləği hissəsində mübahisələndirilmiş, iddiaçı alimentin əvvəlki 3 (üç) illik müddət daxil olmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,615 misli miqdarında alimentin tutulmasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7. maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» ## ### 2011-ci il tarixli qərarı da məhkəmələrdən məhz bunu tələb edir. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

15. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının himayəsində olan azyaşlı uşağın mənafeyini və uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alması ilə əsaslandırmışdır.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı İddiaçı tərəfindən alimentin məbləği hissəsində mübahisələndirilmiş, iddiaçı alimentin əvvəlki 3 (üç) illik müddət daxil olmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,615 misli miqdarında alimentin tutulmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7. maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» ## ### 2011-ci il tarixli qərarı da məhkəmələrdən məhz bunu tələb edir. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

20. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

22. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II hissəsi).

23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır.

24. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri).

25. Ailə Məcəlləsinin 76.1.1. maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

26. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

27. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşaqların marağı təmin edilməlidir. Tərəflərin birgə nikahlarından olan ## #### 2018-ci il təvəllüdlü İsmayılov İsmayıl Vüqaroviçin, ## #### 2019cu il təvəllüdlü İsmayılova İera Vüqarovnanın və ## ###### 2021-ci il təvəllüdlü İsmayılov Davud Vüqaroviçin saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində alimentin cavabdeh Vüqar İsmayılovdan tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bütün maddi və mənəvi yükün ananın üzərində qalması, cavabdehin mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasını qaçılmaz edir. Halbuki övladın saxlanılması üçün hər iki valideyn birgə məsuliyyət daşıyır.

29. Məhkəmə kollegiyası uşaqların saxlanılmasının yaşayışı minimum həddindən az olmayan təminat hüququnun olmasını, uşaqların saxlanılması üçün hər iki valideynin birgə məsuliyyət daşıması, uşaqların ananın himayəsində olmaqla, uşaqların saxlanılması üçün müəyyən edilən aliment ödəniş ardıcıllığının təmin edilməsindən ötrü hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ## #### 2018-ci il təvəllüdlü İsmayılov İsmayıl Vüqaroviçin, ## #### 2019-cu il təvəllüdlü İsmayılova İera Vüqarovnanın və ## ###### 2021-ci il təvəllüdlü İsmayılov Davud Vüqaroviçin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlmişdir.

30. Ailə Məcəlləsinin 100.3. maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

31. Məhkəmə kollegiyası alimentin əvvəlki 3 (üç) illik müddət daxil olmaqla tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

32. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

36. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləği hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində, yəni 170 (yüz yetmiş) manat olmaqla, 510 (beş yüz on) manat məbləğində aliment müəyyən edilmişdir. İddiaçı isə apellyasiya şikayətində hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində, yəni 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 738 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Həmin fərqin bir il ərzində məcmusu isə (738-510=228x12=2736) 2736 manat 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar