Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-253/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları 1.Ədliyyə Nazirliyi mygov.az saytından əldə edilmiş portaldan çıxarışdan görünür ki, X4 ##.##.2015-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. 2.Ədliyyə Nazirliyi mygov.az saytından əldə edilmiş portaldan çıxarışdan görünür ki, Zeynalov İbrahim Eldar oğlu ##.##.2017-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. 3.Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017ci il təvəllüdlü Zeynalov İbrahim Eldar oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu İddiaçı ərizəçi Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunması qərara alınmışdır. 4.Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, borclu İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qət edilmşdir. 5.Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh X6 Təhsil İdarəsində kimya müəllimi işləyir və əmək haqqı 733 manat təşkil edir, həmçinin o, X6 Təhsil İdarəsində müəllim işləyir və əmək haqqı 328,44 manat təşkil edir. 6.Maliyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** saylı əmrdən görünür ki, Maliyyə Nazirliyinin aparatı/ictimaiyyətlə əlaqədar və vətəndaş müraciətləri ilə iş şöbəsi/ ictimaiyyətlə əlaqələr sektoru bölməsində məsləhətçi vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xeyrinə ##.##.2015-ci il təvəllüdlü Zeynalova Məryəm və ##.##.2017ci il təvəllüdlü Zeynalov İbrahim üçün hər ay hər uşaq üçün 25 manat ümumilikdə 50 manat alimentin tutulması üçün dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasında iddiaçı İddiaçı izahatında göstərmişdir ki, onun cavabdeh Cavabdeh ilə aralarında olan nikahlarından ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü Zeynalov İbrahim Eldar oğlu anadan olmuşdur. Cavabdeh ilə aralarında olan nikah cavabdehin tələbi ilə Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci-ci il tarixli qətnaməsi ilə pozulmuş və hər iki uşaq cavabdehə verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası ##.##.2025-ci il tarixində qərardadı ilə hakim Elman Məmmədovun alimenti qaldıraraq ##.##.2025-ci il tarixində qəbul etdiyi qərardadı qüvvədə saxlamaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunması barədə qərar vermişdir. 2025-ci il minimum əmək haqqı 400 manat olduğu üçün 400 x 0,62 = 248 manat edir. Cavabdeh ərizəsində hər uşağa 246 manat istədiyi halda hakim cavabdehin xeyrinə bir az da artıq pul təyin edərək hər uşağa görə 248 manat təyin etmişdir. Bu isə 2 uşağa görə 496 manat deməkdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, əmək haqqı yaxşı olan işdə işləyirdi. Maliyyə nazirinin ##.##.2025-ci il *-**/*-*-***/**** nömrəli əmri ilə işdən azad olmuşdur. Hal-hazırda işi yoxdur, işsizdir, heç bir gəliri yoxdur. Buna görə də 50 manat aliment ödəməyə imkanı çatır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. 9.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,55 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və II hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair ## #### 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.12-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1, 112.1.3, 112.1.6, 119.2 və 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 11.İddiaçı İddiaçı apellyasiya şikayəti verib, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilərək onun yaşayış minimunu çıxılandan sonra net əmək haqqısından qalan 134 manat vəsaitin alimentə cəlb olunması yəni hər bir uşaq üçün aylıq 67 manat tutulmasını, dövlət rüsumunun cavabdehdən tutulması barəsində yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. 12.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,55 misli həddində sabit pul məbləğinə indeksasiya edib. Məhkəmə onun 451 manat net əmək haqqından iki uşağa görə alimentə 440 manat tutaraq ona yaşamağa 11 manat saxlamışdır. Məhkəmə qətnaməsindən aydın görsənir ki, cavabdeh iki yerdə işləyir, əmək haqqısı 1061,44 manatdır. Cavabdeh rəsmi qazancından başqa qeyri-rəsmi olaraq şagird hazırlayır. Həyətində ikinci evini tikdirib. Məcburi köçkünlük müavinəti alır. Onun 11 manata yaşamağı mümkün deyil. Üstəlik cavabdeh onu uşaqlarıyla görüşməyə qoymur. Yığılmış borclara görə # ###### 2025 ci ildə barəsində İnzibati Xətalar Məcəlləsi 528.1-ci maddə ilə məhkəməyə çağrılıb (3(011)-11009/2025). Hakim Rəfail Sadıxov ağır maddi vəziyyətini başa düşərək işə xitam vermişdir. Cavabdeh ondan aldığı alimentin heç də hamısını uşağa xərcləmir. Amma həyətində 2-ci evini tikdirib, birinci evini isə təmir etdirib. Məhkəmə onun net əmək haqqından az qala hamısını alimentə tutaraq onun yaşamaq hüququnu pozub. Yerdə qalan 11 manatla yaşamaq mümkün deyil. Qanunda onun yaşamağı üçün minimum 317 manat nəzərdə tutulduğuna baxmayaraq məhkəmə onun net əmək haqqısının az qala hamısı alimentə cəlb edərək ona 11 manat saxlayıb. Məhkəmə onun net əmək haqqının az qala hamısını alimentə tutaraq valideynlərin bərabərlik hüququnu pozub. Qanunda onun gəlirlərinin icbari ödənişlərə yəni alimentə cəlb edilməyən həddinin əsaslandırılması nəzərdə tutulduğuna baxmayaraq məhkəmə onun net əmək haqqısnın az qala hamısı alimentə cəlb edərək ona 11 manat saxlayıb Qanunda rüsumun cavabdehdən tutulmasının açıq şəkidə göstərildiyinə baxmayaraq məhkəmə bu rüsumu ona aid edib. 2026-cı il üçün yaşayış minimumum haqqında qanun, onun aldığı net əmək haqqının miqdarı, cavabdehin işləyərək onun aldığı məvacibdən yüksək məbləğdə əmək haqqı alması, eləcə də məcburi köçkün kimi müavinət alması, fərdi şəkildə şagird hazırlaması kimi faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə aliment təyin edərkən onun net əmək haqqına baxmamış və onun özünü saxlamaq üçün minimum tələbatının ödənilməsi üçün vəsait saxlamamışdır. 13.Məhkəmə onun indiki maddi durumunu nəzərə almamış net əmək haqqını gizlətmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir Belə ki, birinci instansiya məhkəməsi 2026-cı il üçün yaşayış minimumu haqqında qanun əmək qabiliyyətli əhali üçün 317 manat məbləğində müəyyən edilməsi, əmək haqqının 451 manat məbləğində olması, cavabdehin işləyərək 1061,44 manat məbləğində əmək haqqı alması, məcburi köçkün kimi müavinət alması, fərdi şəkildə şagird hazırlayaraq əlavə gəlir əldə etməsi ilə bağlı xüsusiyyətləri tam və obyektiv araşdırmamış, beləcə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. 14.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini, qətnamə qəbul edilərkən 2026-cı il üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumun nəzərə alınması xahiş etmişdir. 15.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 2026-cı ildə 260 manat müəyyən edilmişdir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Abşeron Rayon Məhkəməsi qətnamə qəbul edərkən hüquqi əhəməyyətli faktları araşdırmamışdır. Belə ki, məhkəmə qətnaməsinə əsasən iddiaçıdan tutulmuş aliment məbləği 2026-cı il üçün uşaqlar barəsində nəzərdə tutulan yaşayış minimumundan aşağıdır. Məhkəmə qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,55 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qət edilmişdir ki, bu da uşaqların hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddi dedikdə 220 manat alimentin tutulması qət edilmişdir məhkəmə bununla da ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü Zeynalov İbrahim Eldar oğlunun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə 2026-cı il üçün uşaqlar barəsində nəzərdə tutulan yaşayış minimumu barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamını nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 16.Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. 18.Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. 19.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 20.Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 21.Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 22.Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 23.Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. 24.Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 25.Maddə 19.1. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 26.Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 27.Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 28.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 29.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 30.Maddə 112.1. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Mülki Prosessual Məcəllə 31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 36.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 37.Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh qızı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Apellyasiya şikayətlərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və qətnamənin dəyişdirilməsi üçün əsaslıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşımaqla, əsaslı hesab edilmir. 41.Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 43.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, 8- */**** №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 44.Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər uşağın saxlanılması üçün birgə və bərabər məsuliyyət daşıyırlar. 45.Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. 46.Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. 47.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 48.Qeyd olunanları, həmçinin uşağın üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirlməli, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləği ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü Zeynalov İbrahim Eldar oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq borclu İddiaçı ərizəçi Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli məbləğində müəyyən edilməlidir 49.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü Zeynalov İbrahim Eldar oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq borclu İddiaçı ərizəçi Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli məbləğində müəyyən edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-253/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-253/2026
22.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver